Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 10 of 10 NƏTİCƏLƏR
Publisistika

Rəsulova Fəridəni doğum günü münasibətilə təbrik edirik! ( 9 yanvar 2000-ci il)

Post Views: 61 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 351 NECƏSƏN Mənim səndən uzaqlarda Yamandı halım, necəsən? Özgəsinə qismət olan Cahı-cəlalım, necəsən? Yalana döndü gerçəyim, Ay gözəlim, ay göyçəyim. Çəmənim, çölüm, çiçəyim, Pətəyim, balım, necəsən? Daşam yolun üstə bitən, Nə sirdi anlamaz yetən. Gözü, könlü dil-dil ötən, Dilləri lalım, necəsən? Zər-zibam, ləlim, gövhərim, Yaqut-yəmən, simu-zərim, Barmaqları bəxtəvərim, Başı bəlalım, necəsən? Üzün dönməz …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 39 * * * Bəlkə də ən çətini geri dönməkdi elə. Qoyub gəldiyin ocaq demə dönübmüş külə… Sel yuyub,su aparıb sən getdiyin yolları. Qurumuş budaq kimi düşüb yana qolların… İndi könül evinin divarı göy mamırdı. tavanı damır elə, deyirsən,nə yağmurdu? təzə ocaq çatmağa bir dənə kibritin var. Bu yağmurlu havada o da çətin …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Yola ver”

Post Views: 33 Kül olsun oğul başına, Girələ, günü yola ver. Hər axşam gələn sabahı Kirələ, günü yola ver. Dərd səni çıxarmaz dağa, Öyrəşməyib bu üz ağa, Vücudundan sola, sağa Kir ələ, günü yola ver. Az gözlərə torpaq ələ, Həqiqətə tor bax hələ, Tanrım, bunu torpaq ilə Bir elə, günü yola ver.

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 36 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, NƏ DEYİM… “Sonetlərim” – silsiləsindən Qəlbim doluxsunmuş payız səması, İncitək gilələr süzür yanaqdan. İçimdə başlayıb dünya savaşı, Ən incə hisslərim keçir sınaqdan. Könül intizarda,gözümdə həsrət, Gəl desən şimşəyə dönərəm hər an. Kimi gözləyirəm,bilmirəm fəqət, Ruh məni tərk edib qalıb quru can. Bir …

Azərbaycan ədəbiyyatı

Şəhla RAMAZANQIZI.Yeni şeirlər

Post Views: 30 Ayı olub qış uzunu yatdın, heç Balıq kimi dəryalarda üzdün xoş, Qurbağa tək bataqlığa batdın, heç. Qarışqa tək zəhmət çəkdin, afərin! Ayı olub qış uzunu yatdın, heç. Əhdə vəfa oldun sənə, min əhsən, Doğru izə düşdün yenə, min əhsən, Saf vicdana dönə-dönə, min əhsən. Halalına haram tikə qatdın, heç. Əmanəti pak qorudun, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.Yeni şeirlər

Post Views: 26 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Şənbə melodiyası Yatıram mışıl-mışıl Həsrətə baş qoymuşam… Yazıram üsul-üsul Xəyalla danışmışam… Yanıram alov-alov Ahım göydə burum-burum… Xatirələr duman-duman Bürünmüşəm bürüm-bürüm… Ömür dediyin beşcə gün… Bu sonsuz arzular nəydi ? Sevilmişdim beşinci gün Getdiyin gün şənbə idi… Yenəmi yeni ildi? Yenəmi …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 26 Görəsən ölmürəm ki, mən Dərgahına sığınmışam, Tanrım versin mətləbimi. Sac üstündə qovrulmuşam, Qorumuşam məzhəbimi. Eşq sinəmdə qan ağlayır, İtib könlümün sahmanı. Ruh ağlayır, can ağlayır, Allaha qalıb gümanı. Öz eşqimin çəkə-çəkə, Dərdini mən kamilləşdim. Sözdən qala tikə-tikə, Öturub sözlə əlləşdim. Çıxdı canımın dərisi, Döyülmədim üyülməkçün. Olmadım şöhrət hərisi, Kiçilmədim böyüməkçün. Dolub qara …

Azərbaycan ədəbiyyatı

Deyişmə: Yeganə Bağırova və Mais Təmkin

Post Views: 34 Mais Təmkin: Sevgimiz, eşqimiz zirvələr aşa, Arzu-istəyimiz çıxmasın boşa. Seyr edək dünyanı, gəl gəzək qoşa, ,,Mən də rahatlaşım, sən də rahatlaş.” Əllərim şəlalə telində gəzsin, ,,Can” sözü bal-şəkər dilində gəzsin. Qolum kəmər olub belində gəzsin, ,, Mən də rahatlaşım, sən də rahatlaş.” Nə mən həsrət çəkim, nə sən qəm yemə, De, sənsiz …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 27 ÇÖZÜLMÜR BU KOR DÜYÜN 21 Azər də beləcə gəlib keçdi, Vətəndə bir kimsənin tükü də tərpənmədi. Çoxlarıyçın sadəcə təqvim günü dəyişdi, Şəhid haraylarından ürəklər ürpənmədi. …Onlar duyub Vətənin o ağrı-acısını, Yurdumu bölənlərin taxtını devirdilər. Parçalanmış-didilmiş yurdun bir parçasını, Mücahid babalarım məşələ çevirdilər. Azadlıq, müstəqillik, birlik arzularıyla, Vətəni qopardılar əsirlik pəncəsindən. Qurub-yaratmaq eşqi, …