Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 12 of 12 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Şair İbrahim Səfərlinin şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 28 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Ağlama” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan …

Azərbaycan ədəbiyyatı

Şair İbrahim SƏFƏRLİ.”Ağlama”

Post Views: 36 İbrahim Hidayət Səfərli Yaman günün ömrü azdır, ay ana,Belə qalmaz, ötüb-keçər, ağlama.Kəlbəcər elinə zülm eyləyənƏcəl şərbətini içər, ağlama. Altun sarayların şamın söndürən,Neçə zülmkarı səssiz sındıran,Fironu taxtından vaxtsız endirənYaxşını yamandan seçər, ağlama. Bir elin varına göz dikənləri,Nahaqdan torpağa qan tökənləri,Saxta var-dövlətlə ev tikənləriZaman dəryazıyla biçər, ağlama. İbrahim, Fələyin budur gərdişi,Düşməsin heç kimin tərsinə işi.«Günü …

Ana səhifə

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Qadan alım”

Post Views: 59 “Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”,- deyən oğlum leytenant Sənan Sadıqzadəyə Yolunu sal, oğul, doğma dağlara,Doyunca zirvələr gəz, qadan alım.Haray sal çiçəkli göy yaylaqlara,Bir dəstə bənövşə üz, qadan alım. Özünlə götürüb əsil dostları,Dolan təpələri, qalx dağa sarı.Yayın ortasında görəndə qarı,Götür yaz bir qatar söz, qadan alım. O bulaq, bu tala, o da ki …

Ana səhifə

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!”

Post Views: 40 Tərpətməyin, hal-əhvalım qarışıb,Yurd gedəli din-imanım yoxdu, yox.Kökdən düşüb telli sazım, çalarmı,Dədə Şəmşir, Ağdabanım yoxdu, yox! Yaş da getdi, baş da getdi əlimdən,Payız ötdü, qış da getdi əlimdən.Uçdu tərlan quş da, getdi əlimdən,Qayıtmağa bir gümanım yoxdu, yox! Nərimanoğlu, iyirmi ildi dözürük,Sərgəndarıq, haqq axtarıb, gəzirik.Canımızı bax beləcə üzürük,Xoş gələcək bir zamanım yoxdu, yox?!

Publisistika

USTAD Məhəmməd NƏRİMANOĞLU.” Unudulmuş unudulmazlar “

Post Views: 58 DAĞLARIN BƏXTƏVƏR DUSTAĞI BU GÜN UNUDULMAZ ŞAİR-ALİMİMİZ ƏNVƏR RZANIN KƏLBƏCƏRDƏ DÜNYAYA GÖZ AÇDIĞI GÜNDÜR! Xəzan vaxtı bahar bilin ƏnvəriDağ çayı tək çağlamağa gələrdi… Saflaşmaq, durulaşmaq, özümüzə, kökümüzə– saflığımıza qayıtmaq istəyəndə Ənvər Rzanın şeirlərinə üz tuturam Qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: …

Ana səhifə

USTAD Məhəmməd NƏRİMANOĞLU.”İstedadlılar”

Post Views: 37 Qızıl barmaqlılar“Bacarıqlı əllər”dən çıxan əl işləri mükəmməl sənət əsərləri kimi sevilir “Çoxuşaqlı ailə”nin üzvləri… Onları çoxuşaqlı ailənin üzvləri də hesab etmək olar: bir-birləri ilə səmimi, doğma münasibətlərinə görə. Barmaqları qızıl olan bu istedadlıları bir “ailəyə” toplamaq heç də asan olmayıb. 10 il bundan öncə “zərgər barmaqlı” istedadlıları bir araya toplmaqla böyük xeyirxahlıq …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 29 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın “Sən gedəndən bəri” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” …

Azərbaycan ədəbiyyatı

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Gəldim”

Post Views: 55 Kənan balamı Beyləqanın ilanmələyəndüzlərində əsgəri xidmət keçmək üçün “N” saylı hərbi hissəyə təhvil verib qayıdanda elə bildim ki,həyatda o da, mən də yalqız qaldıq. Böyütdüyüm, yetirdiyim KənanıVətənə xidmətə verdim də gəldim.Muğan çöllərinin ceyran, cüyürün,Nə sərin havasın gördüm də, gəldim. Dolandıq düzləri biz qarış-qarış,Oğulsan talehlə gəl burda barış.Torpaq cadar-cadar, üz qırış-qırış,Artdı bu yerlərdə …

Azərbaycan ədəbiyyatı

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Kəlbəcərə gedən yollar”

Post Views: 31 Ölməz alim-şairimiz Ənvər Rzaya Gör neçə ildi bağlıdır,Kəlbəcərə gedən yollar?!Sinəmiz kimi dağlıdırKəlbəcərə gedən yollar. Haçalanmır neçə kəndə,Yolçusu yox bircə bəndə.Bir yaxşı bax, gör nə gündə,Kəlbəcərə gedən yollar. Düşməni azdıra bilmir,Qəbrini qazdıra bilmir,Yazısın yozdura bilmirKəlbəcərə gedən yollar. Ot basıbdı, yoxdu izim,Qırılıb taqətim, dizim,Qurban olum sizə özüm,Kəlbəcərə gedən yollar. Sizdən keçib atam, anam,Sizdən keçib, …

Azərbaycan ədəbiyyatı

USTAD Məhəmməd NƏRİMANOĞLU.”SənəmSən”

Post Views: 54 Cəmilə Çiçəyin “Əyyub və Sənəm” dastanına Bir baxışdan həsrətini duymuşam,Sən ürəyi paralısan, sənəmsən.Vüsalına əliçatmaz Məcnunam,Leylimisal yaralısan, sənəm, sən! Gül qönçəsi, ətrin edib məst məni,Üzməmişdi belə əda, qəsd məni.Lal eyləyib, kar eyləyib – süst məni,İndi bildim haralısan, Sənəm, sən. İstisuda, Dəlidağda maraldın,Gül açmamış qönçə-ləçək saraldın.Yanıb-sönüb od almamış qaraldın,Əyyub görən o işvəli Sənəmsən?! Tər …

Azərbaycan ədəbiyyatı

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Göz dəyib deyirlər gülünə, gözəl!”

Post Views: 29 Yamanca susubdu, danışmır, dinmir,Vurub qadağanı dilinə gözəl!Bağban olub qorumadıq yəqin ki,Göz dəyib deyirlər gülünə, gözəl! Bahar donlu tər çiçəkdən gözəlsən,Gözəllərdən, sən göyçəkdən gözəlsən.Ay qara tel, sən ləçəkdən gözəlsən,Qurban didərgin obana, elinə, gözəl. Sən hürkək baxışlı körpə maralsan,Dözərəmmi çiçək-ləçək saralsan?!Hicranınla dərd dağında qalarsan,Dən düşər saçına, telinə, gözəl!

Publisistika

Bu gün Od çərşənbəsidir

Post Views: 54 Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.Çərşənbələrr yazın gəlişindən xəbər verir. Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının …