Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 34 of 34 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Post Views: 27 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı SEVGİ VARSA/”Düşüncələrim” – silsiləsindən/ Yar – yarından alammasa sorağı,Zülmət çökər, sönər qəlbin çırağı.Onda olmaz sevgi, könül marağı,Sevgi varsa , könül ülfət bağlayır. Yar tapanda yarısını tam olur,Dəli könül daha ürkmür, ram olur.Sevən ürək eşq …

Ana səhifə

Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Post Views: 43 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı D Ö V R A N S I Z Açıb doğma yurdda ilk bahar gülü,Nərgizlər bəzəyib çəməni, çölü.Gül- gülü səsləyir, bülbül- bülbülüAçılıb bayram süfrəm sevdasız, yarsız,Qovuşduq Novruza bu il Dövransız. Hər zaman sevərdi toyu, …

Ana səhifə

Şəfa VƏLİYEVA.”Ədəbiyyat haqqında kim nə düşünür?”

Post Views: 43 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Həqiqət, sadəcə, qavramdır. Biz onu reallıqda görəmmirik, əllə tutammırıq. Ona görə də həqiqət hamı üçün fərqli olur. Ədəbi əsərdən tam olaraq reallıq gözləmək mümkün deyil. Hadisələrin mahiyyəti …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bir az vaxtım var….” povetsindən hissələr

Post Views: 27 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı (povest) I hissə… Özüm… – İnsanlar içində yalqızam. Geriyə dönə biləcəyim qədər irəli getməmişəm çünki… Elə bir yerdəyəm ki, daha mənə “həyatı belə yaşamazlar” – deyən yoxdur. …

Ana səhifə

Şəfa EYVAZ.” Bu axşam…”

Post Views: 34 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Mənim nə gülüşüm, nə göz yaşım var,Doğru bildiyiniz yalan adamam.Sevincin, şadlığın tamına baxıb,Özünə tamarzı qalan adamam. Hər gün əlçim-əlçim buluda dönüb,Özü-öz başına yağan yağışam.Bayırdan qurulu saray görünüb,Könlü içəridən talan adamam. Məni tanımağa …

Ana səhifə

Şəfa EYVAZ.”Bütün sətirlərim incidi məndən”

Post Views: 30 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Bütün sətirlərim incidi məndən,Bir şair qəlbini sındırdığım gün.Didildi, dağıldı ruhum içindən,Bir şair qəlbini sındırdığım gün. Nə dedin bal dilim acıya döndü,Getdiyim düz yollar əyildi bütün.Dünyanın mən adlı işığı söndü,Bir şair qəlbini sındırdığım …

Ana səhifə

Xəyalə SEVİL.”İlahi, canım çox yandı”

Post Views: 34 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü İlahi, canım çox yandı,Mənimki də oddan çıxır.İlahi, verdiyin ömrüSürmədikcə yaddan çıxır. Göy uzaqdı deyə qalxır,Dizin döyə-döyə qalxır.Ruhum elə göyə qalxırElə bil, qanaddan çıxır. Qaranlığın son gecəsi,Günəş üzü, gün təzəsi.Günlərimin ən təzəsiSən demə ən altdan çıxır.

Ana səhifə

Xəyalə SEVİL.”Mən hardan baxıram? -Sükut içindən”

Post Views: 28 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Mən hardan baxıram? -Sükut içindən,İnsan sükutundan da bəlli olur.Üzümü göylərə tutub durmuşam,Sağ olsun, Tanrı da təsəlli olur. Külək döyəclədi, yağış islatdı,Payız ağacıyam, çöl ortasında.Nə məndən keçən var, nə mən keçdiyim,Elə bir yolam ki, yol ortasında. Eh! Sən …

Ana səhifə

Şairə Adilə NƏZƏR.”HU… dəli-dəli”

Post Views: 37 Sevgilim, qulaq ver gələn fəğana,Dinlə, gör nə deyir bu dəli-dəli.Çəkim saçlarımı gözümdən yana-Bax, necə çağırır, Hu… dəli-dəli. Sözün sözüm idi, andındı andım,Əydin, əyilmədim, amma ki, sındım.Mən odsuz-ocaqsız yandıqca yandım,Çilə atəşimə su dəli-dəli… Burada bir dəli qulun oynayır,Axtarır tapammır yolun, oynayır.Düşüb ortasına gölün oynayırSonuncu rəqsini qu dəli-dəli… Bir ağrı, bir acı atıbdı çəngəl,Gözümün …

Ana səhifə

İradə AYTEL.“Darıxmaqdan ölər adam!” (video)

Post Views: 35 Bilirsənmi, darıxmağın yöntəmini,İçin boyda çöl olarsan.Qaldırırsan saatları başın üstəBir gecəni nuş etməyə yad gəzərsən,Çölündəki özgələrdə od gəzərsən,Çölündəki özgələrdən əl umarsan.Bilirsənmi,DarıxandaBir baxışda min ah olar,Bir ümiddə neçə-neçə günah olar.Bilirsənmi, darıxanda cığır düşəryanağından bir işığa,o işıqda güzgülənər xəyal-xəyal sevişmələr,puçurlanar saçlarında bir gecənin min günahı,puçurlanar buxağında bir öpüşünbir ah boyda min tamahı.“Ah” səsinə bədən-bədən uçunarsan,bir …

Publisistika

İradə AYTEL.“Qafiyəsiz baxışlar”

Post Views: 35 İnqilab İsağın “Canım sənə desin” şeirlər kitabını oxuyandan sonra… Oyatdım canımdakıAğrıların şahını.Anamın göz yaşını,Atamın günahını… Canındakı ağrıları, anasının göz yaşını və atasının günahını oyadaraq söz-söz əriyən, misra-misra dirilən İnqilab İsaqdan danışmaq xoşdur. Çünki İnqilab müəllim mənə çox doğma olan Gəncə Ədəbi mühitinin özündədir. O mühitdə sevilən şairin şeirləri sərhədlərini aşaraq ərazisini genişləndirməyi …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Mən işığı öz dibinə”

Post Views: 31 Mən işığı öz dibinəDüşməyən çırağam,adam.Gedib ünvana çatmayanbir gizli sorağam,adam. Nəyim varsa,yaxşı,yaman…elə sən görənəm-həmən.Üstünə göz yaşı damanSaralmış varağam,adam. Yuxu deyiləm,yozulam;çətin ömrünə yazılam.Bərəsi,bəndi pozulanXəzan vurmuş bağam,adam. Bir eşqə ocaqdı sinəm,günəşi batmayan günəm.Öz içində gümüldənənkimsəsiz bulağam,adam. Bilməzsən nədir etdiyin,yol deyil hələ getdiyin.Hər gün yanından ötdüyünbir tənha qovağam,adam.

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Gecəni bir yuxuluq saxlamışam yolundan…”

Post Views: 30 Gecəni bir yuxuluqSaxlamışam yolundan… Bir pəncərə sevinc Bir vaxt çox sevinərdimDərsdən aldığım beşə.Çox heyif ki,o beşlərIndi yaramır işə… Demə qəribə imişHəyatın imtahanı.Tanrı tərsinə asıbBaşım üstdən zamanı. Üşüyür son bahardaYanına qaçdığım gül.Bir xırmanlıq zəmidənNişanə-bircə sünbül. Sevinc bir pəncərəlik,Kədər bir ev boydadır.Tərəzi çoxdan sınıb,Hamı götür-qoydadır. Çıxara çıxıb çoxu,Baha bilib ayranı.Köhnə maskanın üstdənTaxıb təzə maskanı. …

Azərbaycan ədəbiyyatı

Ay Bəniz ƏLİYAR.”Düşdü”

Post Views: 31 Qəribsəyib darıxmağım,Bu gün lap yerinə düşdü.Beynim bir fikirdən qaçdı,Eh….…… başqa birinə düşdü. Hər gün bir cür ümid verdi,Yandım, Allah, bu nə idi?Dərdimin açar-kilidi,Dərindən dərinə düşdü. Yenə vayqanlıdır adım,Sevindirdik dostu, yadı.Görüşümüz alınmadı,Axşamın şərinə düşdü. Ey diri-qafil, qalx, oyan!Varmıdır sevdadan doyan?Mənim sevgimə uymayan,Gör kimin toruna düşdü.

Azərbaycan ədəbiyyatı

Ay Bəniz ƏLİYAR.”Oğurluq”

Post Views: 30 #şeiroxuyaq Yenə gəldim oğurluğa,Ömürdən gün oğurladım.Yenə darıxdım səninçün,Oğruluğu doğruladım. Gün adi gün deyildi ki,Bir ömürə tən günüydü.İki eşq dolu ürəyinHəsrəti bitən günüydü. Ömürdən gün oğurladım,Günaha batdım, nə gözəl.Pozdum alnımın yazısın,Arzuma çatdım, nə gözəl. Məni gözəl hisslərinəƏsir etdiyinçün sağ ol!Mənə hər dəfə bir başqaTəsir etdiyinçün sağ ol!

Ana səhifə

Şairə Xatirə FƏRƏCLidən rus dilindən bədii tərcümə

Post Views: 39 Şeyit-Xanum Alişova Ad günü – həyatımın başlanğıc günü, Parlaq, təntənəli keçməlidir bu günüm… Dostlarımdan eşitdim ki,  getmisən hədiyyə almağa, nə axtarırsan orda? Anlamıram, donluq parçamı seçirsən yoxsa? Nə alsan qəbulum, nə alsan dəyərlidir mənə. Lakin bütün bunlar mənasız. Əgər sevirsənsə, bu günü mənimçün gözəlləşdir, parlat, rəng qat mənim bu günümə. Ən gözəl …

Azərbaycan ədəbiyyatı

Xatirə FƏRƏCLİ.”Bahar gəlir”

Post Views: 41 Təbiətqonaq gözləyənev sahibi kimi tədarükdə,var – gəldədirağacların qarasınıçırpıb tökən külək də,qar yükünü atmış göy üzübəyaz tül,buludlarağlayıb ürəyini boşaldan adam kimiyüpyüngül,oturubelçi daşı üstündə günəşaçılıb eyni,gözləri yanır bulaqlarıneşqə düşən gənc kimi,qucağı dolu dərələrqayaların təbəssümünəəzilib-büzülməkdə,ağaclar düyün – düyün,qoca ağaclarınquruyan budaqlarıyaşlanan gözəlinüzündəki qırış kimi sezilməkdə,qış uzunulüt budaqlarıdayanacaq yeri seçənsərçələrsevincək.… demək,bahar gəlir,bahar gəlir demək…

Ana səhifə

Xatirə FƏRƏCLİ.”Suya düşən xəyallarım”

Post Views: 30 Suya düşən xəyallarım,Gün gülmədi üzünüzə.Hardan əsdi, hansı tufanQum üfürdü gözünüzə? Suya düşən xəyallarım,Od tutdu su, yandı qar da.Həvəslə qurulmuşdunuzHarda boşluq oldu, harda? Suya düşən xəyallarım,Sizi ki gerçək sanmışdım.Mən onsuz sizə qədər dəBelə qor alıb yanmışdım. Suya düşən xəyallarım,Qarşınızdan su axmadı.Elə yıxdı sizi yıxanNə çəkdiyimə baxmadı.

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Torpaq ölüm yeşiyidi”

Post Views: 27 *** Torpaq ölüm yeşiyidi, –Qəmin evi-eşiyidi…Ürək sevgi beşiyidi,Eh, ayrılıq dəmi çoxdu. Tora düşdü kim, anında, –Bada verdi imanın da.O sevdanın limanındaLövbər salmış gəmi çoxdu. Oda salıb səni yar ki…Görüşəcək üzü var ki?Bulud, sən də yağ, qurtar ki,Biçiləsi zəmi çoxdu. Şeytan baxır, yeri cızda,Nə qalıb ki, aramızda?Qəfil eşqə düşən qız daHələ bilmir, qəmi …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Məni lal elədi o dəli gözlər”

Post Views: 25 *** Məni lal elədi o dəli gözlər,Eşqin odu qədər külü də varmış.Halım düzəlmir ki, səcdəyə durum,…Ruhumun səadət gülü də varmış… İslanıb içimin sevda yolları,Beşik qorxusu yox canımda, şükür.Ağ pərdə kimisən bu gün, əzizim,Narahat deyilsən yanımda, şükür. Haçan cücərəcək qorxaq hislərim?İstə, bulud olum, limanın artsın.Könül xoşluğu var bu gecə məndə,Məst ol, bu əzabdan …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Karona”

Post Views: 59 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bu karona çaşdırıbdı tay bizi,Qarşısında boynun büküb yer üzü,Daha bezdik eşitməkdən bu sözü;Gecə-gündüz hamı deyir,evdə qal,Maska ilə gəzib, dolalan, nəfəs al. Gücü çatmır tay duanın, dərmanın,Vallah hamı çox istəyir öz canın,Sözü keçmir nə sultanın, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Hardasan?!”

Post Views: 37 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sən mənim tanrıdan ən şirin payım,Sənə can deyirəm, söylə hardasan?Sən mənim günəşim, sən mənim ayım,Mən səni öyürəm, söylə hardasan? Ay gözəl, hüsnündən ilham alıram,Sənin xəyalınla fikrə dalıram,Səni görməyəndə çaşıb qalıram,Gözümü döyürəm, söylə hardasan? Neyləyim …

Ana səhifə

Rafiq ODAY.”Zalım dostların”

Post Views: 36 Öldü sonuncu ümid dəÜzündən zalım dostların.Yalnızlıq daha əfzəlmişYüzündən zalım dostların. Min düşmən üstünə hürsə,Dərd etmə ürəklər birsə.Araz qurşağından, KürsəDizindən zalım dostların. Cücərtməyir su hər dəni,Qəbul etmir bu pər dəni.Tanrım, qaldır bu pərdəniÜzündən zalım dostların. 08.03.2019.

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Pozulur”

Post Views: 28 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Başda hökm eləyir qarın,Hüdudu görünmür varın.Şər dinəndə yaxşıların –Cərgəsi – səfi pozulur. Zülmət minbər, dərd azançı,Yalğquzağa dönür sancı.Kiminin artır qazancı –Kiminin nəfi pozulur. Göylər solğun çöhrə kimi,Ömür  yağsız cəhrə kimi…Yer çalxanır nəhrə kimi –Dünyanın kefi pozulur. 25.03.2020 

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Gedirsən”

Post Views: 28 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri De, nəyə gərəkmiş axı, bu sitəmİsitməz ürəyi nə kədər, nə qəm.Niyə üzün döndü, deyə bilmirəm-Sel kimi kükrəyib-daşıb gedirsən. Dönük bir sevginin beləysə ilki,Zülmətdə qərq olar sonu da, bil ki…Ürəyim üzünə bağlı deyil ki-Sən niyə gözümdən düşüb gedirsən?..

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Bəsimdir”

Post Views: 24 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Get yaxşı yol, bir də sevsən hər kimi,Qoy, sevincin şəfəq saçsın zər kimi.Təkcə mənim ilk sevgimi sirr kimi-Ömrün boyu saxlasan da bəsimdir. Həsrətindən dodaqlarım çatlayıb,Sızlayıram dizlərimi qatlayıb.Xəyalında səddi keçib, adlayıb-Hərdən məni yoxlasan da bəsimdir. Sənsiz demə bir yanıqlı dilmişəm,Tənhalıq da göz yaşıymış-bilmişəm.Eşitsən ki, həsrətindən ölmüşəm-Bircə ağız …

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Qız”

Post Views: 25 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Gözlərimdən damla-damla töküldü,Kölgə kimi harayasa çəkildi.Rəngi solmuş xatirədi, şəkildi-Həsrətimdə göyərən qız, bitən qız. Ocaq idim, isinmədi közümə,Ha səslədim, bənd olmadı sözümə.Xəyalımda gülümsəyib üzümə-Gözlərimin qabağından ötən qız… Mən bir yorğun yolçu idim, sən çaparÇıxıb getdin… saşlarıma yağdı qar.Ürəyimdə közün qalıb gəl apar-Ay illərin zülmətində itən qız.

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Şəlalə”

Post Views: 38 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Dərələrə sığışmayır harayı,Tunc sinəli sərt qayalar “sarayı”.Gah günəşi sehrləyir, gah ayı-Bu gözəli saçlarından kim asıb? Dağ döşündə düşüb qalan aynadır,Sal daşları elə bil ki, qaynadır.Ovcundakı damlaları oynadır-Bu gözəli saçlarından kim asıb? O, dağlarda bir gözəllik allahı,Qəlb sızladan nə dərdi var, nə ahı.Bilən varmı axı, nədir günahı-Bu …

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Söz”

Post Views: 52 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Cavabsızdı “nə üçün”lər, “nədi”lər,Haqqımızı çeynədilər, yedilər.Üz qaraldar əzəl-axır dedilər-Bic doğulan yalan kəlmə, yalan söz. İsidəcək canımızı təzədən,Kəsdirəcək yanımızı təzədən,Duruldacaq qanımızı təzədən-Bulud kimi kövrələn söz, dolan söz. Nizamidən, Füzulidən söz açdı,Xətainin qılıncında iz açdı.Məmməd Araz hikmətində göz açdı-Zaman-zaman qiymətini alan söz. Zərifliyi bir bənövşə həyası,Selə dönsə sal …

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Nar çiçəyisən”

Post Views: 27 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri (Şairə Gülnarə Acalovaya) Ömrümüz elə hey cəngdə-savaşda,Bir kəlmə xoş sözlə isinər daş da.Görəndə, sandım ki, şaxtalı qışda,Yazdan soraq verən qar çiçəyisən. Nə dərd azalandı, nə ömrün yükü,Bu fani dünyada   xoşbəxt ol təki…Bilmirəm, bəlkə də bir ürəkdəkiSevgiyə sığınan “yar çiçəyi”sən? “Rənginə” bələdsən qaranın-ağın,Qəlbində dil açır aranın- dağın.                          Doğma övladların …

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Nə var ki!

Post Views: 27 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Keçir dərd içində hər vaxtım-vədəm,Düşməni qorxutmur qarğışım, hədəm.Kəsiblər qarşımı, qoymurlar gedəm-Haqqın ətəyindən tutub ölməyə. Ta burdan o yana bağlıdır yolum,Bir acı sözlə də dəyişir halım.Məni qınamayın, yoxdu macalım-Şeirlə başımı qatıb ölməyə. Vaxtsız əcəl yola qəfildən çıxır,Adam var çörəyi qəbirdən çıxır.Rur da bədəndən ta birdən çıxır-Qoymur ha, …

Azərbaycan ədəbiyyatı

İsmayıl İMANZADƏ.”Necə deyim”

Post Views: 32 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Mənmi suçlu, sənmi haqlı,Bu sual bir az maraqlı.Hardaydın sevgi soraqlıEvimiz tikilən vaxtı? Nəyin əskik idi, nəyinSızladımı heş ürəyin?Qeyb oldun gülün-çiçəyinSeçilib əkilən vaxtı. Rəngi solanda üzümün,Qay yağdı üstə izimin.Gəlib çıxmadın gözümünYollara dikilən vaxtı. Dilimdən düşmədi adın,Nəyə gərəkmiş inadın?Sütunum-tağım olmadınBelimin bükülən vaxtı. Sən idin arzum-diləyim,Dilimdən düşmür gileyim.Bilmirəm sənə …

Ana səhifə

İsmayıl İMANZADƏ.”Nədənsə”

Post Views: 36 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Yoxmuş insanlığın “əlinin duzu”,Yaxşılıq nədənsə tez yaddan çıxır.Xoş söz əritməsə qəlbdəki buzu,Sonda qaşınmayan yerdən qan çıxır. Şirin xəyallarla ovunur insan,Kim deyir yalanın ömrü az olur?Ürək heydən düşüb üzüləndə can,Adamın çöhrəsi tanınmaz olur. Ömrü uzun imiç nisgilin-qəmin,Dərd əhli bilir ki, sızlamaq nədir.Nədənsə əzəldən bir ağlı kəmin,Bəxti yeyn …