Post Views: 53 2020-ci il yanvarın ilk günləri havalar soyuq keçsə də, seyrək buludlar arxasından boylanan günəşin parlaq şəfəqləri Bakının səmaya boylanan yaraşıqlı, qeyri-adi mənzərəsini nura qərq edir. Nəriman Nərimanovun əzəmətli tunc heykəli, sanki arzuların gerçəkliyinə heyrətlə baxır…Xalqın böyük oğlu ömrü boyu bu həqiqət uğrunda oddan-alovdan keçmiş, mübarizə aparmış, şəhid olmuşdur.Nəriman Nərimanov 1870-ci il aprelin …
Mart 13, 2020
Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub
Post Views: 30 Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub.Kitaba 2016-2020-ci illərdə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş silsilə yazıları daxil edilib.“Mücrü” nəşriyyatının “Proza” seriyasında nəşr edilmiş kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi «Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır.Mənbə:http://edebiyyatqazeti.az/
Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın şeirləri Özbəkistan mətbuatında
Post Views: 33 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və …
Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti “Ulduz” jurnalında işıq üzü görüb
Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalında işıq üzü görüb.Qeyd edək ki, …
Şəfa VƏLİYEVA.”Düşüncə döngələri…”
Post Views: 34 “Ulduz”un ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində Dilek Yükselin “Pompeyi sevərkən” hekayəsi yer alıb. Maraqlı hekayədir, insan düşüncəsini xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi xaraba qoymuşdu…Hekayədə Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və onun Maximaya sevgisini… İnsanlar canlarını qurtarmaq, yaşamaq üçün Tanrılara olan sevgilərinin hüdudsuzluğunu sübut etməyə çalışır. Amma insanın …
Kitabxananın virtual rejimdə növbəti tədbiri
Post Views: 30 Kitabxanaların fəaliyyətini virtual məkanda səmərəli formada təşkil etmək, istifadəçilərin fəallığını və onların mütaliəyə maraqlarını artırmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında sorğu təşkil edib. İzləyicilər A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nı oxuyaraq bir suala cavab verməlidirlər. Ən maraqlı cavablar “Kitabsevər uşaqlar” …
Xalq şairi Zəlimxan YAQUB.”Mən hardan bilərdim şairlik nədir?”
Post Views: 35 Keçilməz dərələr keçilməsəydi, Aşılmaz zirvələr aşılmasaydı, Yeldən qanad alıb, seldən güc alıb, Ruhum küləklərə qoşulmasaydı Mən hardan bilərdim şairlik nədir? Torpaqdan, toxumdan, dəndən gəlməsəm, Qurandan, kitabdan, dindən gəlməsəm, Dərdi çoxalanda yerdəkilərin Göylərə saldığı gündən gəlməsəm, Mən hardan bilərdim şairlik nədir? Minadan gəlməsəm, Turdan gəlməsəm, Allahın verdiyi nurdan gəlməsəm, Sinəmi saz edib, əlimi mizrab, Qopuzdan, Qorquddan, qordan gəlməsəm, Mən hardan bilərdim şairlik nədir? Gedir qismətinə, bəxtinə sarı, Yorulmur qarışqa, dincəlmir arı. Qəlbimi riqqətə gətirməsəydi Ana təbiətin yaratdıqları, Mən hardan bilərdim şairlik nədir? Fələklər sirdaşı, mələklər yarı, Hər misra şairin sərvəti, varı. Qulaq eşitməsə, könül duymasa Göylərdən süzülən pıçıltıları, Mən hardan bilərdim şairlik nədir?!
Xalq şairi Zəlimxan YAQUB.”Mən sözün anası”
Post Views: 38 Tanrının sözünə dirsəklənmişəm, Söz – yaşıl yamacım, söz – talam mənim. Yeddidən yetmişə rəngi gözümdə, Söz – gülüm, gülşənim, söz – lalam mənim. Dilimdə ilk kəlmə dinəndən bəri, Söz oldu ömrümün sərvəti, zəri. Mənəm sərkərdəsi, mənəm əsgəri, Söz – daşım, divarım, söz – qalam mənim. Yoğurdum, başımda ağıl elədim, Dastana çevirdim, nağıl elədim. Böyütdüm, bəslədim, oğul elədim, Mən sözün anası, söz – balam mənim. 28 yanvar 2005
Xalq şairi Zəlimxan YAQUB.”Şair qələmiylə işin olmasın!”
Post Views: 49 Bir nadanın atdığı daşa cavab Mənə o qələmi nə sənin dədən, Nə vəzir, nə vəkil, nə də şah verib. Ona söz atmasın hər gəlib gedən, Onu Zəlimxana bir Allah verib. Yaz deyib sevinci, yaz deyib qəmi, Fitnəyə verməyib, fəndə verməyib. Allahdan almışam mən o qələmi, Mənə o qələmi bəndə verməyib. Qələm sındırmağa yaranmamışam, Hünərin çatırsa, gəl, sındır onu. Əgər bacarırsan, tək bircə axşam Yazmaq həvəsindən daşındır onu. Qələmin dünyası ocaqdı, pirdi, Qələm sındıranlar şümürdü, bala. Bu nifrət nə zaman qəlbinə girdi, İçini nə zaman gəmirdi, bala? Baxdım bostanıma atılan daşa, Əl sənin əlindi, daş sənin deyil. Gülməli səhnədi, qəmli tamaşa, Ağıl özgənindi, baş sənin deyil. Sən daş at, mən sənə pambıq atacam, Yaralı canımı daş ağrıtsa da. Boş dedi-qodular gəldi-gedərdi, Könüllər sındırıb, baş ağrıtsa da. Səni kim bu yola çəkib, aparıb, At getsin, fırlansın, daş ona dəysin. Sonradan başıma qaxınc etdiyin Əvvəlki sevgin də başına dəysin. Haqqın qəzəbinə gələrsən, bala, Bu qələm “Saz” yazıb, “Ələsgər” yazıb. İmrələr sözüylə çatıb vüsala, Hər ulu kişiyə bir əsər yazıb. Hər sevgi, hər barış bir yeni dastan, Nifrət qəzəblərə, nifrət kinlərə. Bu qələm dərs alıb Dərviş Yunusdan, Bu qələm yas tutub “Didərginlər”ə. Ey qələm sındırmaq istəyən naşı, Allahın danışan dilidir qələm. Şairin əlində od parçasıdı, Cahilin əlində ölüdür qələm. Fərhad külüngüdü Şirin yolunda, Hasardı, qaladı şərin yolunda. Can verib ocağın, pirin yolunda, Ulu ustadların yoludur qələm. Göydə bir mələkdi, yerdə pəridi, Yanan üfüqlərin parlaq zəridi. Coşanda Koroğlu dəliləridi, Sevəndə Məcnuntək dəlidir qələm. Dərvişdi, ozandı, eldi, aşıqdı, Yaradan əllərə bir yaraşıqdı. Harda qaranlıq var, orda işıqdı, …
Xalq şairi Zəlimxan YAQUB.”Bəhmən Vətənoğluna məktublar” silsiləsindən
Post Views: 34 “BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR” SİLSİLƏSİNDƏN I DAĞLAR Səndən ayrılanda bir ah çəkmişəm, Kərəmtək yandırıb ah məni, dağlar! Daramır saçımı sənsiz küləklər, Sənsiz heç oxşamır meh məni, dağlar! Şirin görüşlərin ömrü kəm olar, Gözüm yaşla dolar, könlüm qəm olar. Cənnətim çevrilib cəhənnəm olar, Olmasam dağların mehmanı, dağlar! Hər dərddən xəbərdar, hər işdən halı, Şairdi daşıyan min qilü-qalı. Zəlimxan düşsə də səndən aralı, Saxla gözün üstə Bəhməni, dağlar! II GÖNDƏRİM Bəhmən, hədələrdən qorunmaq üçün Yarağın yoxdursa, yaraq göndərim. Dərdini deməyə dərdli bir qələm, Şerini yazmağa varaq göndərim. Qoşun bil, özünü təkləmə, qardaş, Ürəyi bu qədər yükləmə, qardaş. Qəlbi qəm üstünə kökləmə, qardaş, Lazımsa, eşqimi dayaq göndərim. Cam olum, içməyə camın yoxdusa, Tam olum, dadmağa tamın yoxdusa, Gecə yandırmağa şamın yoxdusa, İki gözlərimi çıraq göndərim! Ellərə doğmadır şairin səsi, Mən necə sevməyim el sevən kəsi? Geniş aç qapını, ay ev yiyəsi, Şair Zəlimxanı qonaq göndərim!
Xalq şairi Zəlimxan YAQUB.”Kimdi”
Post Views: 26 Məfhur türk aşığı Səbri Şimşak oğlunun lent yazılarını dinlərkən Şimşəkoğlu, səsindəki oda qurban, Yandırırsan, yanan kimdi, sönən kimdi? Kimlər sənə vədə verdi, yalan çıxdı, İlqar verib, ilqarından dönən kimdi? Bu səsdimi, haraydımı, nalədimi, Yanmış Kərəm, qara batmış Lələdimi, Daşıdığın dağdan ağır şələdimi, Qəm altında boyun büküb sinən kimdi? Bəlkə Qırat yəhərsizdi, nalı yoxdu, Bəlkə daha qızbirçəkli nah yoxdu. Bəlkə daha Koroğlunun halı yoxdu, Qocalanda dəli köhlən minən kimdi? İncitdimi xotkar səni, paşa səni, Çekdilərmi bərkə səni, boşa səni. Qərib olmaq döndərdimi daşa səni, Yenilməyən qeyrətini yenən kimdi? Dilindəki layladımı, ağıdımı, Sinəndəki min həsrətin dağıdımı, Ayrılıqlar yenə bizə yağıdımı, Düşmənimiz dünən kimdi, bu gün kimdi? Şimşəkoğlu, gəl, bir yazaq yazımızı, Şimşəkoğlu, gəl, bir çəkək nazımızı, Zəlimxanla qoşa çalaq sazımızı, Dünya görsün qalxan kimdi, enən kimdi? 1989