Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 9 of 9 NƏTİCƏLƏR
Mədəniyyət

Xalq yazıçısı Mehdi Hüseynin məzarı ziyarət olunub

Post Views: 28 Bu gün Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdür. 22 mart 2021-ci il tarixində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dahi şəxsiyyət, əvəzsiz müəllim Mehdi Hüseynin doğum günüdür. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Mehdi Hüseynin məzarını ziyarət etdilər. Ruhu şad olsun🙏

Mədəniyyət

Xalq yazıçısı İsmayıl Şıxlının məzarı ziyarət olunub

Post Views: 31 Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür. 22 mart 2021-ci il tarixində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dahi şəxsiyyət, əvəzsiz müəllim İsmayıl Şıxlının doğum günüdür.“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Fəxri Xiyabanda İsmayıl Şıxlının məzarını ziyarət ediblər. Ruh şad olsun🙏

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Danış”

Post Views: 48 Ey hərdən mənimlə üzbəüz olan,Şəri bir yana qoy, xeyirdən danış.Dərəyə, təpəyə salma özünü,Laləli, nərgizli bir yerdən danış. Öyüb yaxınını, söymə yadını,Sınama hər yerdə qol-qanadını,İki yüz şairin çəkmə adını,Bircə ürək açan şeirdən danış. Hanı sellər kimi coşub çağlayan?Sözün qüdrətini ellərə yayan?Hüseyni torpağa, suya bağlayan,Arzudan, əməldən, fikirdən danış. *Bu şeir Xalq şairi Hüseyn Arifin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Şeir”

Post Views: 31 De kimə lazımdır, nəyə gərəkdir,Dostların könlünə yatmayan şeir?!Fəhlənin ruhunu qanadlandırıb,Alimin ağlına batmayan şeir. Yayın dağ ətrini, dəniz ətrini,Qızılgül, göy sünbül, nərgiz ətrini,Yaşarmı-torpağın təmiz ətrini,Göylərin ətrinə qatmayan şeir?! Yaxında alışıb, uzaqda yansın,Tüstüdə boğulub, ocaqda yansın,Kitabda alışıb, varaqda yansın,Bu evdən o evə çatmayan şeir. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, …

Azərbaycan ədəbiyyatı

22 Mart Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü

Post Views: 36 İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Deyiləm”

Post Views: 36 Ey mənim arxamca yumruq oynadan,Bərkə çox düşmüşəm, qorxaq deyiləm.Ayağım yer tutur, əlim əldədir,İnsandan, torpaqdan uzaq deyiləm. Əzəldən həm eşqim, həm nifrətim var,Canımda tükənməz hərarətim var,Bir qəlbdə min sözüm, min söhbətim var,Həyatda beşgünlük qonaq deyiləm. Ölçmə hər yetəni öz sağ, solunla,Tərpətmə qayanı gücsüz qolunla,Hüseynə dərs demə, yeri yolunla,Mən dünya görmüşəm, uşaq deyiləm. *Bu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qızlardan oğlanlara”

Post Views: 45 Qızlardan oğlanlara Oğlanlar,qızlara hörmət eləyin,Ya sevin qızları,ya redd eleyin.Aldadıb atmayın,günahdı qızlarSabahkı ən əziz anadı qızlar. Səsində həya var,gözündə ovsun,Evdə dilavərdi,çöldə lal olur.Gözünüz qızların gözündə olsun,-O gözdə daimi bir sual olur. Qızlar anadılar,oğlanlar ata,Kim deyir,bu işi bir əyən olmur?!Qızların qız baxtı gözəl olsa daGəlinlik vaxtları müəyyən olmur. Fikirə öyrəşir,qəmə qatlaşır,Qəlbində yaşadır,sirrini təkcə.Öz ata …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Qanad bağışladı küləklər mənə”

Post Views: 36 Mələk dodağında səslər eşitdim,Ruhuma hopdurdum o səsləri mən.Qəlbimə köçürdüm, qanıma yığdım,Bütün sevgiləri, həvəsləri mən. Şeyximin yolunda olmadım naşı,Tökdüm Yunus kimi gözümdən yaşı,Vaxtında tanıdım Hacı Bektaşı,Sevdim o sevdiyi həvəsləri mən. Qanad bağışladı küləklər mənə,Güc verdi tanrılar, fələklər mənə,“Dağıt!” deməsəydi, mələklər mənə,Dağıda bilməzdim qəfəsləri mən. *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Vətəndaş”

Post Views: 1. 215 Vətəndaş! Nə gözəl səslənir bu söz,Yəni – bir Vətənin övladıyıq biz.Anamız eynidir, qardaşıq demək,Mən sənə arxayam, sən mənə kömək. Vətəndaş! Nə gözəl səslənir bu söz,Yəni – iki canda bir ürəyik biz.Gücsüzük, bir heçik sən də, mən də tək,Vətənə güvənib olduq Vətəndaş.Mənim ürəyimi qanatsın gərək,Sənin dırnağına dəyən çırtma daş. Vətəndaş! Nə gözəl səslənir …