Post Views: 30 Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba, Şəhid məzarı nədir? Müqəddəs pirimizdir,Ziyarət yerimizdir,Bayatı, şeirimizdir,Bala, şəhid məzarı. Orda igid uyuyur,Əsgər, zabit uyuyur,Ölməz bir ad uyuyur,Ödur şəhid məzarı. Bəzənibdir güllərlə,Əlvan qızılgüllərlə,Saysız qərənfillərlə,Bala, şəhid məzarı. Dur, saxlayaraq ayaq,Lap yaxından tanıyaq,Canlıdır – bunu duyaq,Bala, şəhid məzarı. Bu gündür, gələcəkdir,Hamımıza örnəkdir,Qəhrəmanlıq deməkdir,Bala, şəhid məzarı. Şairlərin sözüdür,Həqiqətin özüdür,Tariximin izidir,Bala, şəhid …
Mart 16, 2021
Coşqun XƏLİLOĞLU.”Şəhidim” (Esse)
Post Views: 77 Azərbaycan Yazıçılar Birliyinin üzvü Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm. Sən, xalqımızın fəxri, qürur mənbəyi, əbədi yaşar övladısan. Sən, Günəşin doğmasında, küləyin əsməsində, yarpaqların pıçıltısında, yağışın yağmasında xatırlanacaqsan. Baharın gəlişində, təbiətin oyanışında, qaranquşların qayıtmasında, bənövşənin kol dibindən boy atmasında, çayların şırıltisinda səni duyacaq, eşidəcək, görəcəyik. Lalələr qızaranda, …
Xalq şairi Rəsul RZA.Küçələr
Post Views: 38 YETİM KÜÇƏ Təbrizdə bir küçə var –“Yetim küçə”.Bu adı mən vermişdim ona,yanıqlı bir gecə.Yanaşıdır, çəpəkidirTəbrizin küçələri.Gah ayrılır bir-birindən,gah bir-birini kəsirTəbrizin küçələri.Gördüklərimdən yüzdə biriqalmayıb xatirimdə.Ancaq bu gün olmuş kimiqalıb yadımdabir uşaq hıçqırığı da,bir qadın da.Bir səs eşitdim;yana-yana ağlayanuşaq səsi.Səkidə bir qaraltı,bir qadın oturubarxasını dayamışdı divara,qucağında uşaq.Küçədə çapırdı atınıBelədən-beləsazaqlı külək – avara.Soyuq, şinelimin içindəgöynədirdi …
Xalq şairi Nigar RƏFİBƏYLi.”Sənsiz”
Post Views: 33 SƏNSİZ Bir son bahar da düşdüömrümün təqvimindən,Nə sənə məhəbbətim,nə həsrətim azaldı.Özüm də heç bilmirəmniyə bir ömür boyuGözüm uzaq yollarda –sənin yolunda qaldı.Bir qocaman dağ olsansəni vurub yıxardım.Ürəyimdən ən incəteli necə qopardım?Dünyada gözəl də çox,gözəl ürəklər də çox.Şirin-şirin arzular,incə diləklər də çox.Bir sən oldun könlümünyaxın dostu, həmdəmi.Sən olmazsan tutmazdıbəlkə əlim qələmi.Sən olmazsan baharınyazın …
Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər
Post Views: 74 Aprel şəhidləri Bizi ilk qarşılayanAprel şəhidləriydi,Bu Cocuq MərcanlınınƏn müqəddəs yeriydi.Ayağına gül qoyduqŞəklinə baş əydik.Ay oğul, təki beləToyunuza gələydik.Daim gənc qalarsınızGöz aydın, üzü gülər,Daim ayağınızıÖpəcək qızılgüllər.Əsgər gedən oğullarBurdan gedər döyüşə.Sevən yaşıdlarınızBura gələr görüşə.Gələnlər gedəcəklərKimi ucalacaqdı,Kimi qocalacaqdı,Kimi zəfər çalacaq!Düşməndən intiqamıDönə-dönə alacaq!Aprel döyüşçüləriBelə cavan qalacaq.Onlar zamandan güclü,Dövrandan üstündülər.Onlar gecə aydılar.Gündüzlər də gündülər…Eh… Bunlar hamısı sözdü,Şəhidlər …
Xalq şairi Ramiz RÖVŞƏN.Seçmə şeirlər
Post Views: 268 HİRSLİ ADAM Bu adamı dindirməyin, hirslidi;Qapısına əzazil it bağlananev kimi hirsli.Cırtdana aldanandiv kimi hirsli.Bir sarışın gözəlinipək saçları dayumşaltmaz onu.Hirslidi –dişləri qırılmışdaraq kimi hirsli.Məclisin şirin yerindəqəfil sönüb qaralmış.çıraq kimi hirsli.Hirsindən gözləri görmür dörd yanı,Ağzı kilidlənib bığının altda.Gecə də, gündüz də qaradır qanı,Ona yaxın düşmür ağcaqanad da.Hirsi ağrı kimi gəzir canında,Hirslidi –yaralı ov kimi hirsli.Uduzulan …
Xalq şairi Musa YAQUB.Seçmə şeirlər
Post Views: 93 Taleyin qisməti Taleyin qisməti rast saldı bizi.Yolumuz haradasa qırılacaqsa,İtirəcəyiksə, bir-birimizi,Xatirəm yadında qalmayacaqsa,Bu əllər mənimki olmayacaqsa,Bu tellər mənimki olmayacaqsa,Gəl məni, özünə öyrətmə məni,Hicran qorxusuyla göynətmə məni. Əlimi saçıma öyrətmə belə,Gözümü gözünə öyrətmə belə,Üzümü üzünə öyrətmə belə, Mən bir az baharlı budaq kimiyəm,Bir az da sadəlövh uşaq kimiyəm.Bala atasına qovuşan kimi,Leylək yuvasına yovuşan kimi,Arı …
AĞVALİDEYN YAXUD ZAVALLI MƏŞƏDİ ZAMAN BİR-İKİ SÖZ
Post Views: 35 Seyid Hüseynin “Ağvalideyn yaxud zavallı Məşədi Zaman” hekayəsi 1911-ci ildə çap olunmuşdur. Yazıçı əsəri inqilabdan əvvəlki yaradıcılıq mərhələsində ərsəyə gətirmişdir. Mövzusunu Azərbaycan məişətindən alan hekayədə yanlış övlad tərbiyəsinin yol açdığı faciə Məşədi Zaman və oğlu Kərimin timsalında əksini tapmışdır. Tərəflərin fərdi xarakteri, həyata, gələcəyə dair duyğu və düşüncələri paralel şəkildə verilmişdir. Övladına …
“Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin Baş redaktoru cənab Teymur ƏHMƏDOV dünyasını dəyişib
Post Views: 38 16 mart 2021-ci il tarixində tanınmış tədqiqatçı alim, yazıçı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, akademik, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru cənab Teymur Əhmədov 90 yaşında dünyasını dəyişib. …
Rafiq ODAY.”Keçir”
Post Views: 34 Keçir Öz günümə ağlamıram,Günüm ağlamaqdan keçib.Ağlamağın faydası nə?Gülüm, ağlamaqdan keçib. Qısıl yaşa tək içində,Öz dərdini çək içində.Ömrümüz ələk içində,Qəddimiz yumaqdan keçir. Tərk olduq təkə dönüncə,Biz ürkə-ürkə dönüncə,Çuxamız kürkə dönüncə,Bəlkə yüz yamaqdan keçib. Bu həyat bir qəm sandığı,Kim açsın, de, kim, sandığı?Ac balığın yem sandığıÖlümü qarmaqdan keçir. Haqqın uvandı, tərsi bir,Haqq oğlu haqqa …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Yalın arzular”
Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru YALIN ARZULAR Arzularım yalın qalıb,Ağlım olubdu piyada.Qəlbimin əmrindən çıxa,Duyğular məni oyada. Bəzən sığal çəkib dərdə,Son ümidə göz tikirəm.Sökülürəm ilmə-ilmə,Şeir üçün söz tikirəm. Birdən enir köksüm …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”
Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Şeirimin bahar gözü,Yaşla dolub, kövrəlibdi.Yaz nəfəsli ürəyimdəQış yenidən dirçəlibdi. Hər sözümün bənövşəsi,Qara xallı laləsi var.Vətən deyən dilləriminGöyə qalxan naləsi var. Misra-misra qocalıram,Kəlmə-kəlmə can verirəm.Şeir-şeir ucalıram,Vətən …
Ədəbiyyatın “adqoydusu”, yaxud zombilərin yaradılış resepti – Şəfa Vəlinin essesi
Post Views: 47 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o, adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda …
Şəfa VƏLİYEVA.”Kim dedi ki, dözürəm?!”
Post Views: 28 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Kim dedi ki, dözürəm?!hər günüm tək səbirdi…sevdam üzü göylərəhönkürdüyüm təkbirdi…dön…bu ayrılıq deyil…baş qatmaqdı, dərvişim…gülüşüm nazlıq deyil,utanmaqdı hər işim…onda nənəm pıçıldadı:“vay, yazısı qara gəlmiş”,..ağrılarım puçurladı:-sevdam, qadan yara …
“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi işıq üzü görüb
Post Views: 36 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi nəşr edilib. İnstitut Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli 4 saylı iclas protokolunun qərarı ilə nəşr olunan üçüncü cild “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” bölməsini əhatə edir. 1092 səhifəlik kitabın baş redaksiya şurasına Ramiz Mehdiyev (sədr), …
Görkəmli ədəbiyyatşünas-alim, şair Vüqar Əhmədlə görüş
Post Views: 33 13 mart 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayonu Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədlə zoom proqramı vasitəsilə onlayn görüş keçirilib. Görüşü giriş sözü ilə Ağdam rayon Mədəniyyət Mərkəzinin …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Azərbaycan”
Post Views: 203 Od ürəkli, od nəfəsli diyarımsanOcağına canım qurban, Azərbaycan!Əzilsən də, əyilməyən vüqarımsanBu çağına canım qurban, Azərbayca ! Savaşlardan alnıaçıq çıxan zamanTarixlərə bağışladın neçə qurban.Hər qonşuda bir parçası əsir qalanTorpağına canım qurban, Azərbaycan! Neçə gizli sərvət yatır qucağında,Neçə ölkə od aparır ocağından.Azadlığın al rəmzi var bayrağındaBayrağına canım qurban, Azərbaycan! Hər uğurun gələcəyə bir yol …
Xalq şairi Zəlimxan YAQUB.”Dünya”
Post Views: 103 Vaxtında uzadıb kömək əlini,Vermədin mənimlə əl-ələ, dünya!Nəyimə gərəkdi vaxtı keçəndə,Göydən qızıl yağdır, ləl ələ, dünya! Acı yel üstümdən əsdikcə əsdi,Yağan qar yolumu bağladı, kəsdi.Gəl, məni bu qədər yandırma, bəsdi,Mən ki nə Kərəməm, nə Lələ, dünya! Yolsuz yoxuşlarda yordum dizləri,Ahımla qurutdum göy dənizləri.Qaldı kürəyimdə kəndir izləri,Dərdi dərd üstündən şələlə, dünya! Aşılmaz dağları mən …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Vətəndaş”
Post Views: 61 Vətəndaş! Nə gözəl səslənir bu söz,Yəni – bir Vətənin övladıyıq biz.Anamız eynidir, qardaşıq demək,Mən sənə arxayam, sən mənə kömək. Vətəndaş! Nə gözəl səslənir bu söz,Yəni – iki canda bir ürəyik biz.Gücsüzük, bir heçik sən də, mən də tək,Vətənə güvənib olduq Vətəndaş.Mənim ürəyimi qanatsın gərək,Sənin dırnağına dəyən çırtma daş. Vətəndaş! Nə gözəl səslənir …
Xalq şairi Xəlil Rza ULUTÜRK.”Qaytar mənim qüdrətimi, AZƏRBAYCAN!”
Post Views: 1. 333 (ixtisarla)Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş.Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş.Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş.Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı! Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan.Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan.Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan.Boğazından yapışanı boğmalısan, …
Xalq şairi Məmməd ARAZ.”Azərbaycan–dünyam mənim”
Post Views: 67 Azərbaycan – qayalarda bitən bir çiçək,Azərbaycan – çiçəklərin içində qaya.Mənim könlüm bu torpağı vəsf eləyərək,Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan – mayası nur, qayəsi nur ki…Hər daşından alov dilli ox ola bilər.“Azərbaycan!” – deyiləndə ayağa dur ki,Füzulinin ürəyinə toxuna bilər. Oğulları Kür gəzdirər biləklərində,Oğulların göz atəşi gözəl əridir.Azərbaycan səhərinin bəbəklərindəQütb ulduzu, dan ulduzu gözəlləridir. İllər olub – kürrələrdə dəmir …
Xalq şairi QABİL.”Mərsiyə (20 yanvar şəhidlərinə)”
Post Views: 133 Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Tutulub vahimədən nitq bu gün, dil bu səhər,Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,Üstümə tank yeridən fitnəkarın şəstinə …
Xalq şairi Nəbi XƏZRİ.”Dərələr”
Post Views: 101 DƏRƏLƏR Çinarlar qatar-qatar,Qalxıb zirvəyə çatarDağa qısılıb yatarMışıl-mışıl dəгələг,Yaşıl-yaşıl dəгələг Sizlərə vurğunam mən,Bəzəyiniz şəfəqdənGünəş çıxar üfüqdənOvuc-ovuc zər ələr,Dərələr, ay dəгələг Sevdiyiniz ağaclarKüknarmıdır, şammıdır?!Sizdən qalxan dumanlarDağlara salammıdır? Quş kimi üstünüzdənQanad çalım, dərələr!Şamlıqda bir axşamlıqQonaq qalım, dərələr! Əgər ki, yıxılsam çinar göstərin,Mən ona söykənib arana baxım.Gözlərim görməsə Göygölü verin,Mən onun gözüylə cahana baxım. Hər yerdə, …
Xalq şairi Cabir NOVRUZ.”Mənim ölməz şeirlərim”
Post Views: 45 Xoş gəlmisiz bu dünyaya, balalarım,Sevinclərim, əzablarım, bəlalarım.Siz gəldiniz, bilirsiniz neylədiniz?Oğul idim, məni ata eylədiniz.Qəşənglərim, kifirlərim, keçəllərim,Fərman veribAnama da nənə adıbəxş eyləyən dəcəllərim.Aşıb-daşdı evimizdə gülüşünüz,Bilirsizmi nələr etdi gəlişiniz?Gəlişiniz qələm çəkdi dincliyimə,Gəlişiniz nöqtə qoydu gəncliyimə.Siz gəldiniz, öz-özümü unutdum mən,Siz gəldiniz, “mən” sözünü unutdum mən.Hara getsəm indi sizi düşünürəm,Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.Hara getsəm …