Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 17 of 17 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Ana yurdun Kəlbəcəri yoxdusa”

Post Views: 45 İnsan oğlu vaxtsız getməz həyatdan,Bir qəzası, bir qədəri yoxdusa.Xoşbəxtlərin xoşbəxtidi dünyada,Yurd sarıdan dərdi-səri yoxdusa. Ocaq keçər, könül küldən qor ummaz,Qərib düşən qürbət eldən gor ummaz.O dağlarda adətimiz qorunmaz,Oğul toyu, qız nəməri yoxdusa. “Ceyran” bulaq sinəm üstən car olmur,Başı üstə saz dillənmir, tar olmur.Niyə mənim qulaqlarım kar olmur,Dəlidağdan bir xəbəri yoxdusa. Vaxtsız solub …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Qurbanam, Türkə qurban!!!”

Post Views: 42 Tanrının əsəridi,Tanrılara tən gəlib.Çırpıb qanadlarını,Enib göylərdən gəlib,Qurbanam, Türkə qurban!Allah özü güc verib,Qoluna, qanadına.Bir mələk pıçıltısıTürk söyləyib adına,Qurbanam, Türkə qurban!Dəliləri dəlimdi,Haqqa çatan əlimdi.İlkimdi, əvvəlimdi,Əvvələ, ilkə qurban,Qurbanam, Türkə qurban!Dərd bağlanıb yükünə,Budağına, kökünə.Türkün bircə tükünəMin Oğuz, Bilgə qurban,Qurbanam, Türkə qurban!Haqqın yolu deyilən,Haqla dolu deyilən,Anadolu deyilənGörkəmə, görkə qurban,Qurbanam, Türkə qurban!Can içində can nədi,Damardakı qan nədi,Altay, Türküstan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.”Bu nə cürə məhəbbətdi?”

Post Views: 47 Özü yandı, özü söndü,Bu nə cürə məhəbbətdi?Birdən-birə üzü döndü,Bu nə cürə məhəbbətdi? Bir qisməti həsrət imiş,Bir qisməti möhnət imiş,Bir qisməti nifrət imiş,Bu nə cürə məhəbbətdi? Əvvəl idi, axır oldu,Həmdəm idi, yağı oldu,Həqiqəti nağıl oldu,Bu nə cürə məhəbbətdi? Bir adı qəbahət imiş,Bir adı xəyanət imiş,Bir adı fəlakət imiş,Bu nə cürə məhəbbətdi? Çox-çox illərim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXI hissə)

Post Views: 139 TEZLİKLƏ O GÜNLƏR GERİ QAYIDA Tezliklə o günlər geri qayıda,azala dünyanın qüssəsi,qəmi,doyunca dərdləşib çayxanarda,dolaşaq şəhəri səhərə kimi, Dostlar bir-biriylə qol-boyun gəzə,mövzuya çevrilə xoş xatirələr,valah,uzaq olmaq yaraşmaz bizə, hamı bir-birinə yadlaşa bilər. Ensiz küçələrdə keçdi vaxtımız,ürəyim sızladı–nə kimsəsizdir!düzünü deyim ki,köhnə Bakımızmənə indikindən daha əzizdir! Hafıflar-ulduzlu,mehli gecələr,kimi səyahətdə,kimi bağında,bir vaxt yaşıllıqda dincələn şəhərindi “Göydələnlər” …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.”Səni yaz qatarı apardı tezdən”

Post Views: 169 Səni yaz qatarı apardı tezdən,Elə bil dünyanı qarlı qış aldı.Heç yana getmədin sən yerüzündən,Bəs niyə yer üzü birdən boşaldı. Hicran elə gəldi, ayırdı bizi,Sanki üfüqlərə uçan xəyaldın.Hicran elə bildi ayırdı bizi,Bir idin, min olub qəlbimdə qaldın. Gecələr sakitcə axan ulduzlar,Göylər çəmənində naxışlarındır.Hardansa gözümə baxan ulduzlarUlduz yox, həsrətli baxışlarındır!

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XX hissə)

Post Views: 268 GEDƏYDİN… Sən gedənnən ömür olub üzücü,sevdiyimə gərək peşman edəydin?bu tərəfdən yol salanda,gözucu,heç olmazsa bir az baxıb gedəydin, Yaşamaqda ürək həsrət çəkərək,ayrılığın zindanına çökərək,özgələrə tapşırmağa nə gərək?komamızı özün yıxıb gedəydin, Gəncliyimdən tək xatirə qalma-sən,mən dözərəm,amma gülüm, solma sən!sellərimdə ən sonuncu damla-sən;ürəyimdən özün sıxıb gedəydin, Qorunarsan baharımda, qışımda,ayrılığın uçrumları qarşımda,qara bulud timsallısan başımda,qalmaqdansa,gərək yağıb …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Duz-çörək”

Post Views: 247 İnsanın şərəfi, bəzəyi, məncə,Deyildir nə ipək, nə tirmə, oğlum!Yaxşıdan yaxşı ol ellər içində,Dostuna bir ziyan yetirmə, oğlum! Yersiz gülümsəmə, yersiz ağlama,Bir könül də qırma, sinə dağlama,Sirrini ellərdən gizli saxlama,Dilinə yalan söz gətirmə, oğlum! Yel qanadlı illər ömürdən gedir,İnsan zəhmətilə kamala yetir,Bağında nərgizlər, lalələr bitir,Tikanlar, qanqallar bitirmə, oğlum! Ürəyim arzuyla doludur, dolu,Hünər meydanıdır …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Nüsrət KƏSƏMƏNLi.”Mənə biraz onnan danış”

Post Views: 502 Mənə biraz onnan danışMənə biraz onnan danışAz da olsa yaşat məniÇox dolmuşam için-içinBir az ağlat boşalt məniYaman sıxır həyat məni Mənə bir az onnan danışDuruşundan, yerişindənGəlişindən, gedişindənŞirin-şirin gülüşündənBacardıqca hər işindənNə bilirsən axır çalışMənə bir az ondan danış Mənə bir az ondan danışSöylə, neynir can yoldaşım?Qısqanclıqdan coşum, daşımQoy lap quru söznənsə dəÖzümü itirim, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd ARAZ.”Mənə biganəlik öyrət, ürəyim!”

Post Views: 46 Mənə biganəlik öyrət, ürəyim!Qıvrılım içimdə,Yatım içimdə.Yaxşını yamandan seçə bilməyim,Büdrəyim, yıxılım, batım içimdə. Bir gündə ütsələr meşəni, yolub,Yıxıb – sürüsələr dağları, susum.İçib məst olmasam, baxıb məst olum,Desələr bulağa şərabdır bu su. Sapanda güc olum, daşa ağırlıqTənha ulduzlara daş atan olsa,Deyim “xəlbirlənən” daş qumdur artıq-Yetimi, yesiri yaşadan olsa. Heç üzü qaraya üzüm gülmədiSən ki, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Bayraq”

Post Views: 56 Torpağım üstünə kölgələr salan Mənim varlığımın cilası – bayraq. Zəfərdən doğulmuş, Göytürkdən qalan Qurdbaşlı bayrağın balası bayraq.  Üçrəngli bayrağın kölgəsində mən Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövri-qədimdən Bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq – öz yurduma öz hakimliyim.  Harda əcdadımın ayaq izi var, Bu zəfər bayrağım orda dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar Onun hüzuruna salama gəlsin.  Tarixdən qədimdir, zamandan qoca Mənim …

"Yeni nəşrlər"

Azərbaycanlı yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb

Post Views: 30 Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” jurnalının Baş redaktor müavini, tanınmış yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb. Kitabın ön söz müəllifi tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslana, kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşara, tərcüməçi Saadət Örmecidir. Müəllif kitabın ərsəyə gəlməsində zəhməti …

"Yeni nəşrlər"

Şair Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 31 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb. Meracda Cəbrayıl Məhəmməd peyğəmbərə: “Mən burdan belə gedə bilmərəm, çünki qanadlarım yanar. Sən daha tək getməlisən” -dedikdə, Peyğəmbərimiz soruşmuşdu: Bəs, mən necə gedəcəm?-Eşqlə! – deyə yolda …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Sarmaşıq”

Post Views: 27 Nə kökü dərindədir,Nə möhkəm gövdəsi var.Nə meyvə gətirəndir,Nə də ki, kölgəsi var.Nə fərqi, yanındakıPayıd, ya qovaq olsun;Bircə onu düşünür-Sarınıb qalxmaq üçünTəki bir dayaq olsun. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Şəhərdə duydum”

Post Views: 33 Şirindir zoğalın meyvəsi, payı,Onun ləzzətini şəkərdə duydum.Zoğal mürəbbəsi, somovar çayı…Meşənin ətrini şəhərdə duydum. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Günəş”

Post Views: 29 Gün batdı… Bozardı göylərin üzü,Bir yarpaq üzülüb düşdü budaqdan.Gün doğdu… nur tutdu dərəni, düzü,Bir toxum cücərib qalxdı torpaqdan. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Var”

Post Views: 28 Meşədə məğrur palıd,Əyilən söyüd də ar.Həyatda qorxaq insan,Təmkinli igid də var. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.