Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 15 of 15 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.Uşaq şeirləri

Post Views: 188 Ana Əziz anam.,can anam,Mənim mehriban anamArzum budur hər səhərSəndən əvvəl oyanam.Gecələr oyaq anam,Ömrümə dayaq anam,İstərəm tez böyüyüb,Qulluğunda dayanım Nənəmi çox sevirəm,Dəyməyirəm xətrinə.Heyran qalmışam onun,Saçlarının ətrinə.O, mənə söhbət açır,Yurdun igidlərindən.Dilində nağıllaşanVətən igidlərindən. Yaman sevirəm,Babamı yaman.Ayrılmaram mənOndan bircə an.Sözü -söhbətiŞəkərdir, şəkər.Belə babadanDe, kim əl çəkər.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Ey bixəbər!”

Post Views: 28 Mən səni sevdiyim qədər,Bir daşı sevsəydim əgər.Daş dünüb insan olardı,Bir quşu sevsəydim əgər,O donub terlan olardi.Hər gün qonub pəncərəmə,Mənə nəğmə oxuyardı.Könlüm belə qan olmasın,Halım pərişan olmasın!Sən nə daşsan,Sən nə quşsan.Ne gozumden axan yawsan,Niyə yoxdur səndən xəbər?Niyə gözüyaşlı qalıb?O müqəddəs xatirələr?

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Kişi”

Post Views: 43 Hər papaq qoyana kişi desəm mən,Kişilər inciyər səxavətimdən.Elə qadınlar da böyüdüb vətən,Günahdır onlara kişi deməsəm. Kişi -alınmayan qala deməkdir.vətənə arxadır, elə köməkdir.Kişi -məhvəridir yer kürrəsinin,Onun çiyni üstə durur qitələr. Ocaqdır, odunda onun isinin,Mayakdır, ümmanda o yol göstərər.Çıraqdır, bir evdə o sönsə əgər,O evə zülmətin nəfəsi girər. Kişi sözü versə insan-insana,Vəkalət, zəmanət nə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Şirin dilim”

Post Views: 45 Saçlarından tel əsəndə,Telinə qurban olmuşam.Dilin sözə tələsəndə,Dilinə qurban olmuşam. Təzə çıxan süd dişinə,Qəh-qəhəli gülüşünə.Tırıp- tırıp yerişinə,Çox baxıb heyran olmuşam. Yanağının gülü solsa,Könlün bir an tutqun olsa,Bir ağrıyla gözün dolsa,Mən ürəyi qan olmuşam. Keçib getdi ayım, ilim,Sən açıldın, qönçə gülüm,” Ana” deyən gündən dilin,Ən xoşbəxt insan olmuşam.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”İncənin yolları burma-burmadı…”

Post Views: 31 İncənin yolları burma-burmadı…Yolçu oldum yollar məni yormadı,Elə bilmə,el halımı sormadı?..Qərib gəldim,qərib getdim vətəndən! Bu el mənim nənəm-babam elidi,İncə çayı,göz yaşımın selidi,Mən gəlmişəm,il ayrılıq ilidi,Cənnətdəyəm,bura gəlib-gedəndən! İncə kəndim,sazın-sözün vətəni,Şair etdin,səni qəlbən sevəni,Mirvaridəm,könlüm sənə güvəni,Anadiltək,İsaq-Musaq ötəndən.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLi.”Sazın dərdi”

Post Views: 33 Hər kim ustasıdır, asandır onun,Oğurluq, əyrilik, talan əlində.Həqiqət özü də oyuncaq olur,Yalançı əlində, yalan əlində. Ya danəndə olun, ya olun dəni,Oyuncaq etməyin siz hər yetəni,Dindirə bilməzsən ölsən də, mənim,Mən dilə gəlirəm çalan əlində. Nə saz sevir onu, nə xoşlayır tar,Yazıq məni, göyə hey atıb, tutar.Qaça da bilmirəm, qalmışam naçar,Hər şeydən yarımçıq qalan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLi.”Gəlsin!”

Post Views: 37 Mənimlə xoş məclis qurma qistəyən,Qoy Ocaq dağının başına gəlsin!Əgər Oyuqluda* yorulsa, atı,Barı Divəklinin qaşına gəlsin! Mənim Telliqayam, Dəvədaşım var,Hər yerdə öz dostum, öz sirdaşım var…Bizim oylaqlara gəlməsin yadlar,Mehriban dost gəlsin, aşina gəlsin! Mənasız keçməsin bir an ömür-hün,Yaşıl bir talada toy oldu bu gün.Ürəkdən istərdimŞ belə toy-düyün,Əryan cavanların başına gəlsin! Dağlar zivəsidir eşqim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLi.”Səni”

Post Views: 28 (Səməd Vurğun sayağı) Ocaq dağı oyatdımı,Sazım səni, sözüm səni?Könül quşu qanadlandı,Görən kimi gözüm səni… Arzum budur saz əlimdə,Şirin mahnılar dilimdə,Bir dəli köhlən belində,Qarış-qarış gəzim səni. Sözü süzdüm süzgəcindən,Qaçdım insanın gəcindən,Min türfə gözəl içindən,Özüm seçdim, özüm səni. Qayaların qalanıbdır,“Könlüm evi talanıbdır”,Neçə yerdən dolanıbdır,Mənim yolum, izim səni. Quzqulaqlı dağ ətəyi,Körpə baldırğan özəyi,Dağgülü, qaymaqçiçəyi,Misralara düzüm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLi.”Qalıbdır”

Post Views: 44 Mahnı qoşdun çiçəklərə bir zaman,İndi dolan bu yerləri, alış, yan,Seyrangahda ceyranları ovlayan,Ovçuların oylaqları qalıbdır. Ərimişdir, dağ döüşndən enib qar,İndi dağda nə qoyun var, nə mal var,Köçən gündən ağır ellər, obalar,Gözü yolda yaylaqları qalıbdır. Aşıq dedi: gözüm qaldı sənəmdə,Nə onda bir cürət oldu, nə məndə,Gözəllərin zolaq-zolaq sinəmdə,Bilərsiniz nə dağları qalıbdır… *Bu şeir Xalq …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLi.”Var mənim”

Post Views: 46 Axşam, səhər seyrə çıxan, ay pəri,Gülüstanda gülüzarım var mənim!Gözüm yoxdur, gülşənində, gülündə,Öz bağçamda öz nigarım var mənim! Hicranda hər günüm keçdi il kimi,Soldu rəngim xəzan vurmuş gül kimi,Sədaqətə sadiq oldum qul kimi,Etibara etibarım var mənim! Əgər düşsə, oylağıma güzarı,Silinməzmi bu könlümün qübarı?!Gələr, deyə gecə-gündüz yolları,Gözləyirəm, intizarım var mənim! Saçlarına nə sığal ver, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Tüstü gəlir”

Post Views: 36 Baxıram pəncərədənOyanıb səhər-səhər;Meşədən tüstü gəlir,Könlümü sıxır kədər. Düşünürəm bəlkə də,Tüstü deyil, dumandır.Dağlar kəsib aranı,Uzaqlıq nə yamandır. Qıymaram palıdlara,Dostumdur vələs, çinar,Meşədən tüstü gəlir,Yatmayın, ay adamlar! *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Tapdım-itirdim”

Post Views: 45 Ayrıldım, ayrılmaq istəməsəm də,Bir həyat neməti tapdım-itirdim.Məni qınamayın acı desəm də-Şəkəri, şərbəti tapdım-itirdim. Vamı mənim kimi dərd çəkən aşiq,Dönüb zülmət oldu gözümdə işıq,Hanı o şirin dil, o xoş danışıq,Hər sözü-söhbəti tapdım-itirdim. Üstümə gülməsin yaxınım, yadım,Şair çağrılsa da, həyata adım,Necə indən belə yazım, yaradım,Şeri, şeriyyəti tapdım-itirdim. Yadımdan çıxmayır hər axşamçağı,Qoşa gəzdiyimiz bağçanı, bağı,Duzlu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Meşədə keçib günü”

Post Views: 35 Ömrünün çox hissəsini Azərbaycanın meşələrinin inkişafına sərf edən Nikolay İqnatyeviç Boqomolova ithaf edirəm. Yaş ötüb altmışı,İpək tellər ağarmış.Yetişib ömrün qışı,Ömrün hər fəsli varmış! Gülər üz, açıq ürək,Hamı üçün əzizdir.Şah dağının qarı tək,Vicdanı tərtəmizdir. Meşədə keçib günü,Qurub, yaradır yenə.Calayıb öz ömrünüPalıdların ömrünə. *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Yadıma bahar düşür”

Post Views: 74 Elə ki, bahar fəsliAğaclar yarpaqlayır;Ürəyimdə sevincdənSellər, sular çağlayır. Elə ki, yay aylarıŞitilliyə od yağır;Canımdan alov qopub,Başımdan tüstü qalxır. Elə ki, payız fəsli,Yarpaq əsir budaqda;Dayanıb öz-özüməÜşüyürəm otaqda. Elə ki, qış fəslindəYağış gəlir, qar düşür;Xəyalıma yaz qonur,Yadıma bahar düşür. *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Bənövşələr”

Post Views: 40 “Bənövşə xatirinə,Kol dibinə iz düşdü”.İlyas Tapdıq. İlk baharda narın qarı,Yarıb keçər bənövşələr.İnci kimi damlaları,Bir-bir içər bənövşələr. Meh toxunar üzlərinə,Nur ələnər gözlərinə,Kol dibini özlərinə,Məskən seçər bənövşələr. Ürək ondan necə doya,Dözmür yaza, qalmır qaya,Vaxtlı gəlib bu dünyaya,Vaxtsız köçər bənövşələr. *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi …