Post Views: 36 Gəlib sizə dəyərdim, Qapınızı döyərdim, Bizdən sizə deyərdim, Sizdən bizə kim düşə? Qoy deyim sözarası, Sağalmır söz yarası, Ürəyimin parası, Sözdən bizə kim düşə? Qışı, yazı, nə yayı, Keçirməyək havayı, Axı bizdən savayı, Bizdən bizə kim düşə? Mənə bir söz ol, boyun, Çıxıb gedək qol-boyun, Saldığımız yol boyu, İzdən bizə kim düşə? …
Sentyabr 16, 2021
Aynur QAFARLI.”*Boynubükük arzular*”
Post Views: 26 İçimdəki sevdanın, Ürəyi yara bağlar. Bu yollar məni bir gün, Aparıb dara bağlar. Eşqin qəfəsmiş ömrü, Quru həvəsmiş ömrü. Yazıq o kəsmiş ömrü, Dövlətə, vara bağlar. Könlündə min arzu var, Neçə mələr quzu var. Boynubükük arzular, Başına qara bağlar. İtirdim eşqdə ağlı, Könül qapısı bağlı. Aynurtək qəlbidağlı, Ümidin hara bağlar?
Şair-publisist Əli Rza XƏLƏFLİ.”ALLAH ƏDALƏTSİZLƏRİ BEŞ DƏFƏ BAĞIŞLASA BELƏ, ƏDALƏTSİZLİKLƏRƏ HAQQ QAZANDIRANLARI BİR DƏFƏ DƏ BAĞIŞLAMIR…”
Post Views: 29 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru Babəkin bu günkü düşmənlərindən soruşmaq istərdim… … bəlkə kişiyana deyəsiniz : Babəkə görə sizə nə qədər pul boyun olublar… Bütün ərəb xilafəti və IX əsr Babəkə qalib gələ bilməyibsə… sən uşaq pulu təbliğatınla Babəkə qalib gələ bilməzsən… İnsafən …
Şair-publisist Əli Rza XƏLƏFLİ.”AĞA LAÇINLI KÖRPÜSÜ”
Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru AĞA LAÇINLI KÖRPÜSÜ Ömürdən doymayan yanan baxışlar, Son anda dünyaya sevgi bağışlar, Sözümdə yeddi qat rəngə boyanar Ağa Laçınlıdan gələn naxışlar. “Alın yazısı”nın həzin kədəri, Bir şair ömrünün qəza-qədəri… Ağa Laçınlının “Gecə yuxusu” Danışır “Uşaqlıq” xatirələri. İldırım ötürən …
Zərifə İSLAM.Yeni şeirlər
Post Views: 42 ULDUZ TOPLA MƏNİM ÜÇÜN Sən köksümdə doğan səhər, Ulduz topla mənim üçün. Taleyimi yazan qədər, Ulduz topla mənim üçün. *** Ruhum saran ayazından, Yolun düşən qar izindən. Dan sökməyən gündüzündən, Ulduz topla mənim üçün. *** Aydınlıqdan dumanlığa, Hissə-hissə, bir anlığa. Döndər özün qaranlığa, Ulduz topla mənim üçün. *** Baxma fələyin sözünə, Düşmə …
Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr olunmuş sayının təqdimatı keçirilib
Post Views: 52 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr olunmuş sayının təqdimatı keçirilib. Onlayn təqdimatda Türkiyədən Yaqub Öməroğlu, Mustafa İsen, Orxan Söyləməz və başqa ziyalılar da iştirak ediblər. Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci …
Elnarə AKİMOVA.”Ədəbi tənqid və nəsr münasibətləri: dünəndən bugünə”
Post Views: 66 Təranə Turan Rəhimlinin “Azərbaycan nəsri və tənqid” monoqrafiyası sovet epoxası daxilində xüsusi mərhələ təşkil edən 1960-1970-ci illər nəsrinin ədəbi tənqiddəki mənzərəsini görükdürmək, bütöv dövrə, dövrün ədəbiyyatında müəyyən təbəddülatlara məruz qalmış nəsrin inkişaf özəlliklərinə, həmçinin həm nəsrin, həm də ədəbi tənqidin keyfiyyət dəyişiminə verilən elmi-nəzəri baxışın aspektlərini meydana qoymaq baxımından əlamətdar işdir. Əvvəlcə …
Günel MUSA.”Şuşanın ruhunu hiss etmək üçün”
Post Views: 37 Zirvələri göy üzünü qucaqlayan dağların arasında dolanbaclı yollarla üzü Allaha ən yaxın şəhərə, Şuşaya qalxırıq. Bizi Azərbaycanın mədəniyyət paytaxtına aparan Zəfər yolunu qürurla, fərəhlə qət edirik. Yolda əslən şuşalı olan həmkarım bizə Zəfər yolunu gedən ilk heyət olduğumuzu bildirir. Bu yol Füzulidən birbaşa Şuşaya çəkilən ən qısa yoldur. Səmasında müqəddəs ruhların dolaşdığı, …
Polşa şairi Xalina Posvyatovskayanın şeirləri
Post Views: 37 Məni adımla səslə Məni adımla səslə, sənə sarı gəlim Ey canımda olanım. Məni adımla səslə, Sorma, adım bir quşmu göy üzündə. Ya da bir kol, kökü salıbdır torpağa caynağını boyuyur qan rənginə Göy üzünü. Nədir adım, deyə soruşma, özüm də bilmirəm. Axtarıram… Adımı axtarıram. Bilirəm əgər eşitsəm adımı Dünyanın harasında olsam Cəhənnəmin …
Küveytli Səadəs-Sabahın şeirləri
Post Views: 34 Səadəs-Sabah Küveytli şairə Səad Məhəmməd Sabah (Səadəs-Sabah) yazıçı və tənqidçidir. Siyasət və iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Ərəbdilli şairə fransız və ingilis dillərini mükəmməl bilir. 1985-ci ildə “Səad” Nəşriyyat Evini təsis edib. Səadəs-sabah dünya miqyaslı ədəbiyyat və poeziya üzrə bir çox mükafatlara layiq görülüb. Onun feminist düşüncəsinin və lirikasının gözəlliyindən dolayı, adı böyük …
Azərbaycanlı alim Salidə Şərifovanın yeni kitabı çapdan çıxıb
Post Views: 28 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın Moskvanın “U Nikitskix vorot” nəşriyyatı tərəfindən “Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” (“Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”) adlı kitabı işıq üzü görüb. AZƏRTAC xəbər …