Post Views: 47
May 6, 2022
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Çərpələng və qarışqa”
Post Views: 48 Çərpələngin üstündəGöyə qalxdı qarışqa.Ucadan dörd tərəfəBaxdı, baxdı qarışqa… Ürəyinin başındaNeçə arzu közərmiş.–Oy, dünya nə böyükmüş,Oy, dünya nə gözəlmiş!!!Yarpaq kimi əsirəmGöydə həyəcanımdan. Fotoaparat olaydıKaş ki, mənim yanımda.Kameraya salaydımUca göylərdən yeri.Gözəl-gözəl şəkillərÇəkib, dönəydim geri… 08.12.2013
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Nəğmə”
Post Views: 38 Nə zaman ki, təklənirsən,Gözlərindən yuxu qaçır.Nə zaman ki, təklənirsən,Dərd sənə dərdini açır. İçin-için ağlayırsan,İçin-için inləyirsən.Ürəyin nəğmə oxuyur,Həyəcanla dinləyirsən. Nəğmə həyat sevgisidi,Nəğmə ilahi nəfəsdi.Sənə həyan olmaq üçünİçindən boylanan səsdi…
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”El arxa sırada adam axtarır…”
Post Views: 43 İnsanmı yerini bilməyən insan?Niyə duz səpirsən köhə yaraya?Layiq olmadığın yerdə durursan,Özünü dürtürsən ən ön sıraya… Daldan atılan daş dəyər topuğa,Yolunu azanda arx,ada qalır.Görünmək istəyən keçir qabağa,Görmək istəyənlararxada qalır… Ümid çiçəkləri saralıb solmur,Cahilər sürüsü eli qorxudur.Önə dürtülənə güvənmək olmur,Arxada duranlar elə arxadır… Yenə əl qatmısan özün özünə,Tutub çəkən yoxmu sənin noxtanı?Heç baxan da …
Şəfa VƏLİYEVA.”Şairi sevməzlər, oğul!”
Post Views: 43 Şairi sevməzlər, oğul,Şeirləri yaman olar, söyərlər…Şeirləri yaxşı olar, söyərlər…Yolda görsə lap dünənki sevdiyiGözündən bircə baxış atar şair tərəfə…Uzanar bir şairçün Tanrı verdiyiBircə an…Olar yüzillik məsafə…Şairi sevməzlər, qızım…Ona sevgi şeiri yazmazlar, yazdırarlar…Onu dəli sevdalarınYollarında azdırarlar…Şairi sevməzlər, anam…Cibinə 3 manat pul qoyan olmaz,Bir kitabı on beş nəfər oxuyar,Bir öynəlik doyan olmaz…Şairi sevməzlər…Sevməzlər, özüm…Şairi aldadarlar …
Şəfa VƏLİYEVA.”Bir dərd tapdım geyindim”
Post Views: 41 Bir dərd tapdım geyindim,Boyumdan yekə çıxdı… Soyunmağa ərindim…Boyum da heçə çıxdı…Yamanmış əl uzadanDərd bozardan donuma…Tanrıymışən uzaqdanSevda yazan sonuma… Bu gün sonuncu dəfəSevələdim adını…Sən demə, “son” özü də“Ilk”in məşum qadını…Tanrı, insafın olsun,Adam unudularmı?Eh…Hanı telefonum?Məni axtaran varmı?…
Xalq şairi Vahid ƏZİZ.”NƏ CÜRƏ?”
Post Views: 56 İnciyib gedən gözəlinkönlünü alım nə cürə?həsrətimi gözlərininyadına salım nə cürə? Məncə-çətin rəhmə gələr,kömək edin,xatirələr!yazıq ürək-bu gözəllərolarmış zalım nə cürə! Görüş keçər aydan-aya,qışdan-qışa,yaydan-yaya,sanki-yadam,salmaz saya-olar əhvalım nə cürə? Nə gedəndə yola salar,nə dönəndə qarşılayar.onsuz qalsam xatırlayarelim,mahalım nə cürə? Bu məkrin sonu nə olar?dirəşsəm-qiyamət qopar!cavabın nə cürə tapar,ona sualım… nə cürə?
Xalq şairi Vahid ƏZİZ.”Tanrının mələkləri”
Post Views: 52 Tanrı mələklərininmənnən olmaz işləri.ruhlara tərgitdirirbəd olan vərdişləri, Fəryadı odan çıxıryerdə ev yıxanların,gözlərindən qan axırHaqqa xor baxanların, Allah adamlarıylaonların işi olmur,bilirlər-belələrimərddi,nakişi olmur Tanrının mələkləri–burdan suçsuz gedənlər,Dərgahda da seviliryerdə qəlbən sevənlər, Tanrının mələkləriruhlara elm öyrədir,həlbət görən olub ki,Dərgahdan söhbət gedir…
Xalq şairi Vahid ƏZİZ.”Yağış…”
Post Views: 108 Mışıl-mışıl körpə yatır,yağış,bir az yavaş danış,ildırım səsini batır,bilək yağır yağış,danış. Ələn Vətən çöllərinə,çaylarına,göllərinə,çiçəklərin özlərinəvura-vura naxış,danlş, Varam-həlim nəfəsinə,yağ susuzlar qəfəsinə,yağış,səni nəğməsinəbülbül sansın alqış-danış! Sevilənsən hər fəsildə,oxuyarsan bəmdə,zildə,bildirkitək yağ bu il də,neçə orman yanmış,yağış…
Xalq şairi Vahid ƏZİZ.”Sevgi-Fələk oldu”
Post Views: 75 Yanmadan kül oldu saçın kömürü,hicranın zindanı canımı sıxdı,yaşaya bilmədim adicə ömrü-sevgi-Fələk olub evimi yıxdı. Getməyin leysanlar axıtdı gözdən,gəlişin bir şirin yuxu kimiydi,vüsalın gen düşmüş Vahid ƏZİZdənümmanda bir qarşı yaxa kimiydi. Zirvəydim-içimdə qopdum,ovuldum,yanlız xoşdəxtmişəm körpəliyimdə,yadların dilinin əzbəri oldum,yar könlün almadışairliyim də…
Xalq şairi Vahid ƏZİZ.””YÜZDƏN” SONRA…”
Post Views: 60 Mənə “Yüz il” arzulayan,nə olacaq “Yüzdən” sonra?yada salıb xatırlayannə salacaq “Yüzdən” sonra? Daha mənə,dost,o zamanfərq eləməz dağla-aran,qurudunsa–Can aparannə alacaq “Yüzdən” sonra? Lap-yerində qalsın huşun,yaşıdı ol kor bayquşun,həmsöhbətin,ya tay-tuşunkim olacaq “Yüzdən” sonra? Çəkil,get üzüyumuşaq,inan mənə; oğul-uşaqsəndən canın qurtarmağaçalışacaq “Yüzdən” sonra! Cana hər cür azar gələr,son bahartək yazlar gələr,tiftiklənmiş astar gələrdidiklənmiş üzdən sonra! Nə …