Post Views: 152 Bir-iki kəlmə dua, beş-altı kələmə arzu,Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi.Sənə üz çevirən gün üzümüzə nur çilə,Səndən üz döndərən gün daş elə, keyit bizi. İnsanı Haqq yanında hər varlıqdan baş elə,Qızını doğma bacı, oğlunu qardaş elə.İnsanlığı unutsaq, bağrımızı daş elə,Qışın qarına döndər, buz kimi soyut bizi. Köksüzlər öz ömrünü bəxtəvər …
Aprel 4, 2026
Xalq şairi Zəlimxan YAQUB.”Mən öz dastanımı yazıb gəlmişəm”
Post Views: 149 Ey qərib məmləkət, ey qürbət diyar,Demə, yollarımı azıb gəlmişəm.Alnıma nə yazıb, Allahım bilir,Mən öz dastanımı yazıb gəlmişəm. Köküm, çiçəklərim, tağım ordadı,Mən burda xəstəyəm, sağım ordadı.Qayalı, bulaqlı dağım ordadı,Damlayam, qayadan sızıb gəlmişəm. Özün bil, özgəyə bildirmə məni,Ağlada-ağlada güldürmə məni.Sən Allah, qürbətdə öldürmə məni,Vətəndə qəbrimi qazıb gəlmişəm.
Səməndər müəllim ziyalılıq örnəyi idi
Post Views: 181 Bayram tətilinin son günü – martın 30-da Səməndər müəllimin amansız xəstəliklə mübarizədə qalib gələ bilməməsi xəbəri qısa müddətdə yaxın-uzaq ellərə yayıldı. Uzun illər təhsil sahəsində çalışan bacarıqlı maarif təşkilatçısı, “Qabaqcıl təhsil işçisi” Səməndər Məmmədovun vaxtsız ölümü təkcə doğmaları, dostları üçün yox, həm də ölkəmizin pedaqoji ictimaiyyəti üçün ağır itkidir. 1954-cü il fevralın …
Qulu ZƏRDABİ.”Qədrini”
Post Views: 149 Hər zər atan usta olmaz,Zərgər bilər, zər qədrini.Karvan gedər yol, yorulmaz,Sarvan bilər nər qədrini. Aşığın söz, saz ətri var.Gözəllərin naz ətri var.Hər çiçəyin yaz ətri var,Bilirsənsə dər qədrini Min illərdi zaman mənəm.Köhnə kəşkül şaman mənəm.Çəkilən ah aman mənəm.Billəm dərdü, sər qədrini Yolçu yolda daş ağardarÇün çıxanda,qaş ağardarGözləməkdən baş ağardarKim bilirsə ər qədrini.
Qulu ZƏRDABİ.”Yaşamaq olmur”
Post Views: 207 Sənin baxışların yadbaxışıdı.Biraz ötəridi, yaz yağışıdı.Buda bir taledi bir naxış idiDaha ürəyində yaşamaq olmur. Qış olub ruhumu üşüdür hərdənYaş olub qəlbimə süzülür bəzənÇox vaxt boğuluram mən bu qəhərdənSənin ürəyində yaşamaq olmur. Köçəri quş kimi uçub gedəcəmGözündən yaş kimi düşüb gedəcəmBaşqa bir ürəyə köçüb gedəcəmSənin ürəyində yaşamaq olmur. Mənə çox uzaqsan, heç çatmır …
Qulu ZƏRDABİ.”Ağlayan gərək”
Post Views: 177 Bir ağız bayatı, bir ağız sözlə,Özüm öz günümə ağlıyam gərək.Bir cüt həsrət çəkən yaşarmış gözlə,Özüm öz günümə ağlıyam gərək. Həsrətin ağırdı, yaşamaq olmur,Bu yükü , bu dərdi, daşımaq olmur,Sənsiz deyib gülüb danışmaq olmurÖzüm öz günümə ağlıyam gərək. Mənə təsəllidir xatirələrinYanımda hər zaman görünür yerinVaxt tapıb əlindən qəmin kədərinÖzüm öz günümə ağlıyam gərək. …