Post Views: 403 Dikdirin qaşına gəlib dayandı. Yuxarıdan aşağıya boylanıb baxdı. Yolun buradan o tərəfi qara, çirkli suyun altında qalmışdı. Günəşin asfalt rəngindəki suda əks edən şəfəqləri gözlərini qamaşdırdı. Əllərini sinəsində çataqlayıb göz qapaqlarını endirdi. Kirpiklərinin kölgəsində yarıdan yuxarısı görünən evlərə baxıb köks ötürdü. Onlar bu məhəlləyə köçdüklərində hələ gölü əhatə edən yamaclar məskunlaşmamışdı. Gölün …
Aprel 16, 2026
Lətifə Mirzəyevanın “Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri” kitabı işıq üzü görüb
Post Views: 180 YENİ NƏŞRLƏR Lətifə Mirzəyeva. Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri. Bakı, “Optimis” MMC, 2026,124 səh.Elmi redaktoru: Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün BağırlıRəyçilər: Filologiya üzrə fəlsəfə doktoru,dosent Xuraman Hummatova, Filologiya elmləri doktoru, dosent Zakirə Əliyeva2015-ci ildə çapa hazır olan, 2019-cu ildə əsas hissəsi elektron nəşr edilən, 2018-2019-cu illərdə “Vahid Azərbaycan” qəzetində, 2019-cu ildə …
CƏNUB FOLKLORU HAQQINDA YENİ KİTAB
Post Views: 165 Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Qiymət Məhərrəmlinin yeni monoqrafiyası işıq üzü görüb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 9 dekabr 2025-ci il tarixli iclasının qərarı ilə (Protokol №7) çap olunmuş 256 səhifəlik “Sulduz folklor mühiti etno-mədəni dəyərlər müstəvisində” adlı tədqiqat əsəri şöbə əməkdaşının bir neçə illik gərgin elmi …
Xalq şairi Vahid ƏZİZ.”KÖÇƏR BU DÜNYADAN HƏR KƏS BİR CÜRƏ”
Post Views: 178 Havalar isinir,dağların qarıqopur damla-damla, ya parça-parça,eyniylə bu cürdür ömrün qatarıgedir ləngər ilə, yaqaça-qaça. Hərdən bir cür olur səhərin nazı-üfüq ya boz olur, yada qırmızı,sakitcə ötüşür vaxt qapımızıbağlaya-bağlaya, yaaça-aça, Gözəldir yağmurlar həzin yağanda,by vaxtlar olasan çay qırağında,düşər budaqlar da Eşqlər bağındaya çarpaz dolaşıq, yahaça-haça, Dünya gerçəkdən də sirli pəncərə;kaş ki, tapılaydı hər dərdə …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”MƏNİ BİR QIZ GÖZLƏYİR”
Post Views: 109 Bəstəkar Rüstəm Rüstəmzadə Mən görüşə gedirəm,Məni bir qız gözləyir.Gün əyilir, yel əsir,Yarpaq yarpağa dəyir.Məni bir qız gözləyir.Tələsirəm… bilmirəm,Heç niyə tələsirəm…O qızın gülüşünügörməyə tələsirəm…Çənəsindən, üzündənöpməyə tələsirəm.Dəyişmərəm mən onudünyada heç bir qıza.Gözü moruğa bənzər,ətri təzə yarpıza.Elə ki, axşam olur,yarpaq yarpağa dəyir;bir bağçada hər axşamo qız məni gözləyir.Mən görüşə gedirəm;Balam məni gözləyir,Qızım məni gözləyir.
Lütviyyə ƏSGƏRZADƏ.”RENGİ VE ÖZÜ AYNI OLAN ESERLER VEYA SANATTA SAVAŞIN YÜZÜ”
Post Views: 263 Prof.Dr. Lütviyye Asgerzade Kıyamet Günü’nün – evrenin ve tüm canlıların sonunun ve Diriliş Günü’nün olduğuna inanılır. Ayrıca “insanın kiyameti ölümüdür, ya da tam tersi: herkesin ölümü kendi kiyametidir” şeklinde yaygın bir düşünce de vardır. Her insanın ölümü gerçekten onun kiyametimidir, yoksa tüm ölümler ayrı birer kiyametdir? Nedense, bu satırları yazarken, gerçek kıyametin, …
Şəfəq NASİR.””MOLLA NƏSRƏDDİN”İN İLK SAYININ DƏRC OLUNMASINDAN 20 İL ÖTÜR…”
Post Views: 130 ƏDİB HAQQINDA XATİRƏLƏRİM1912-ci ilin payız fəsli idi. Havalar soyumuşdu. Atam bağımızdan biçib gətirdiyi axırıncı otu bir tərəfə töküb yuyunmaq üçün hazırlaşırdı ki, darvazamız döyüldü. Cəld qaçıb qapını açdım. Qapını döyən qoca bir kişi idi. O, atamı soruşdu. Atamın evdə olduğunu deyən kimi icazə istəmədən içəri girdi. Atam qonağı mehribanlıqla qarşıladı, otağa apardı. …
Şəfəq NASİR.””Bir şəhid ailənin tarixçəsi”ndən yaranan elegiya -“
Post Views: 113 O, doğulduğu gündən şəhidliyə yol gedirdi. Uca Yaradan millətinin içində sevib-seçdiyi bəndələrindən biri kimi onu önə çəkdi. Çiyninə qoyduğu missiyası ilə seçdiklərinin sırasında bərqərar etdi, əyninə şəhidlik libası biçdi. Pak libasında O, qəlbinin istəyi, şüurunun dərkilə fədakar bir ömrə yolçuluq etdi. Bu mübariz İnsan cəfalar, əziyyətlərlə süslü şərəfli bir həyat yaşadı… və …