Xalq şairi Vahid ƏZİZ.”DƏCƏL UŞAQ…”

Tərsə düşən dəcəl uşaq,
sən-sən ol, məndə- mən olum!
istəmirsənsə qovuşaq,
sən- sən öl, mən də- mən ölüm,

Gördün işlərin tərsini-
almadın “Sevgi dərsimi”
ömrü (sevib özgəsini)
nə sən böl, nədə- mən bölüm,

Daş yaranıbsa ürəyin,
bilməzsən eşqin dəyərin,
get, Dünyanın bəxtəvəri
nə sən ol, nədə- mən olum,

Bu cür sındısa qədəmi-
ürək sevər özgə kimi?
Gəl, atılmış çiçək kimi
nə sən sol, nədə- mən solum..

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir