
Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
Gecə saat ikidi yuxunun şirin vaxtı,
Beşiyində yuxula şirin qızım ağlama
Ayda yatıb göy üzün qucaqlayıb bu vaxtı,
Anan yuxusuz qalıb, alın yazım ağlama
Göz gəzdirib düşündüm uyuduğun yüyrüyə,
Zaman gələr ayağın ayaq açıb yeriyə,
Gecə də dörd göz olub bu qız nə vaxt kiriyər,
Özünə bir layla de , telli sazım ağlama
Kim qaçırıb yuxunu, nağılların divimi?
Qaranlığda bir siçan eşələyir cibimi,
Günəş nura qərq edib , sən olandan evimi,
Mürgülə get yuxuya , yaxşı quzum ağlama