
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri.
Daha simurq quşunun lələkləri
öz sehrli qüdrətini itirmiş.
Onu hər yandırıb
məni yanında görmək istəyəndə
möcüzə baş verməyəcək.
Padşahın bağındakı sehrli almaları
şahzadə dərib aparıb.
Daha onu yeyən kimi divlər özünü
on beş yaşında görməyəcək.
Gəl nağıllar dünyasından
reallığa keçək.
Yüz dəfə ölçdüyümüzü
Nəhayət ki, bir biçək.
Yanımda olmağın bir yana
yadında olmağım da
yadından çıxır.
Onda elə sanırsan ki,
daha vacib işlərin
sənin əlini sıxır…
31.05.2016