
Vurduq, əzildi burnu- “İşverənlərin” işi evləri yıxmaq idi,
Sonra anladım bunu-
Öyüd verənlərimin çoxusu axmaq idi,
Dözərək hər cür ağır əzablara, töhmətə,
(ağlım kəsəndə gəldim bu gerçək qənaətə)
“məsləkləri nə sevgi, nə sayqıydı millətə;
şırəfsizlər amalı- yuxarı qalxmaq idi”,
Çatmırdı əxlaqları- işıqlı iz qoymağa,
Azadlığın himinə daşları düz qoymağa,
cumdular güc önündə hər yerdə diz qoymağa-
İşləri- çatlayınca El malın tıxmaq idi,
Özüm gördüm- sonunda
nə cürə oldu onlar?
Rütbələrdən salındı, məclislərdən qovulu,
özlərini Allaha, çaşıb, şərik qoşanlar,
taleylərin hökmüyə Şeytana
şərik oldu…