Post Views: 84 Soyuyub düşür Od püskürən məhəbbət, Dildə soyuyub düşür. Kəpənəyin sevgisi, Güldə soyuyub düşür. Ya kol ol, ya bənövşə, Arxa durmaz çöl, meşə, Alovlar qalxır ərşə, Küldə soyuyub düşür. Hər gün diridir sabah, Sabahda yaşar Allah, Nalə çəkir çahargah, Zildə soyuyub düşür. Götürmür qarğışları, Dağ qoruyur daşları, Sel kimi göz yaşları, Lildə soyuyub …
Dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlıların birliyi və həmrəyliyi Azərbaycançılıq kontekstində
Post Views: 55 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Bu gün, milli-mənəvi bütövlüyü möhkəm təməl üzərində qurulan Azərbaycanın bütün soydaşlarımız və həmvətənlərimiz üçün ümid və güvənc yeri olan qüdrətli bir dövlətə çevrilməsinin göstəricisidir. Xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün həm Azərbaycan dövləti tərəfindən görülən işlərin həcmi və miqyası ildən-ilə genişlənir, həm də …
Elnur RƏSULOĞLU.”Sən olmasaydın”
Post Views: 49 Rahat buraxmayır məni bu sual: Görən nə edərdim, sən olmasaydın? Bəxtəvər olmağa tapmamış macal, Bil, ölüb gedərdim, sən olmasaydın. Gözlərim həmişə tox olub inan, Üzümə gülənlər çox olub inan, Qapanıb özümə, yox olub inan, İynətək itərdim, sən olmasaydın. Bizim ikimizi hislər bağlayır, Sevgi qapısını pislər bağlayır, Cümləni həyata sözlər bağlayır, Cümlətək bitərdim, …
Elnur RƏSULOĞLU.”Qurtarıb”
Post Views: 52 Ağla, bulud, ağla. Yoxsa sənin də Gözlərin quruyub, yaşın qurtarıb? Daşla, fələk, məni. Nə dayanmısan? Yoxsa daş atmaqdan daşın qurtarıb? Sevgi də, nifrət də qəlbdə bəslənir, İnsan fərdilənir, insan kəslənir. Atamın dilində tez-tez səslənir: “Ölən ölüb gedib, başın qurtarıb”. Gözlərim yaşlıdı, ağlardı indi, Qəlbim yaralıdı, dağlardı indi, Elnur, darıxma heç, bahardı indi, …
Fidan ABBASOVA.”Heç xoşbəxtlik, sevinc də inan dəyməyir gözə”
Post Views: 45 Əziz dostlar sizin qarşıdan gələn yeni il münasibətilə ürəkdən təbrik edirəm, bu bayram yeni il olmasada həmrəylik bayaramıdır, bəzilərimizin sıxıntı içində qarşıladığı bayram olsada yetərki üzümüzdən o gülüş təbbi sevinc hissləri əskik olmasın hər birinizin bayramı mübarək olsun….. Sevinerdim öncələr gələndə mən yeni il sanki yeni gün kimi günəş doğardı üzə indi …
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
Post Views: 77 Getmisənsə dönmə daha Hər aşiqin öz ahı var, Pənahsızın pənahı var. Bu gecənin sabahı var, Bu gecə də bat günaha, Getmisənsə dönmə daha. Bu ev sənsiz,ocaq sənsiz, Bu tin sənsiz,bucaq sənsiz. Həsrətlidir,qucaq sənsiz. Bat,batdıqca,bat günaha, Getmisənsə dönmə daha. Yar,sığışmır,evə özüm, Gedişinə necə dözüm. Üzülürəm,düzüm-düzüm, Çatmayırsa yol sabaha, Getmisənsə dönmə daha. Şimşək oldum …
Mehriban İBRAHİMOVA.Yeni şeirlər
Post Views: 53 DOST SÖYLƏMİŞƏM Dilində xoş nəğmə,əlində qələm, Gözündən boylanır bir gözəl aləm, Fikri ,duyğuları safdır ,bilirəm, Mən belə insana dost söyləmişəm. Yoxdu bir kimsəyə kini,nifrəti, El-oba içində saf məhəbbəti,, Layiqdir ,hər yerdə şanı şöhrəti, Mən belə insana dost söyləmişəm. Zəifə arxadır ,acizə dəstək, Bir arzu,bir məqsəd ,tək bircə istək, Uzaqdı yalandan ,varlığı gerçək, …
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 56 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü KÖNLÜM HAKİMİ Səni gördüm vuruldum, Gözləməkdən yoruldum. Həsrətindən kor oldum, Sən unutdur dərd qəmi Gəl ol könlüm hakimi. Məni …
Mehri ƏLİYEVA.Yeni şeirlər
Post Views: 50 ALIN BU KƏDƏRİN ƏLİNDƏN MƏNİ Alıbdı dövrəmi bir acı kədər, Alın bu kədərin əlindən məni. Dara çəkir qəlbimi düşüncələr, Sinəmdə çəkirəm elin dərdini, Alın bu kədərin əlindən məni. Dərdliyəm,dərdimə bir çarədə yox, İllərdi sancılıb sinəmə bir ox. Niyə unutdular bilməm,vətəni? Harda gəzim bu dərdimə çarəni? Alın bu kədərin əlindən məni. Mən kədər …
Vidadi Ağdamli Şair.”Qarabağnamə” poemasından IV və V fəsil
Post Views: 69 QARABAĞIN ACI DƏRDİ Bir gün bulud aldı vətən üstünü, Dağlarda titrədi güllə səsindən. Qovdular milləti öz obasından, Qovdular milləti Xankəndimizdən. Qovdular milləti dağdan,dərədən Qovdular milləti ev-eşiyimizdən. Azğın ermənilər it tək qudurdu, Kiçikli-böyüklü evdən qovurdu. Başladı bəlası Qarabağımın, Bəlalı yurdumun torpaqlarımın. Mundar ermənilər azğınlaşırdı, Qudurub elimə tamah salırdı. Susurdu mərkəzdə hakimiyyətdə, Düşmüşdü el-obam …
Mais TƏMKİN.”Gözüm qalıb”
Post Views: 57 Əllərimə toxunan, Əlində gözüm qalıb. Şəlalə zülflərində, Telində gözüm qalıb. Qoyma könlüm üzülə, Qəm sinəmə düzülə. Şəhdi-şəkkər süzülən Dilində gözüm qalıb. Gör sənsiz nə haldayam, Başı qalmaqaldayam. Bəminlə xəyaldayam, Zilində gözüm qalıb. Əhdə sadiq yarınam, Əsil xiridarınam. Şirə çəkən arınam, Gülündə gözüm qalıb. Gəl, qurtar məni dərddən, Könlümü şad et hərdən. Gərdənin …
Nail DAĞLAROĞLU.”Biz güvənən dağların başı boran-qardadı”
Post Views: 104 Biz güvənən dağların özü darda qalıbdı, Laqeyid oğullardan onu düşmən alıbdı. Arxa söykəyəmmirik yaman uzaq olubdu, İndi qalıb nagman, yaman ahu-zardadı Biz güvənən dağların başı boran qardadı. Bilirsizmi nə çəkir, yağı düşmən əlində?, Dindirmə, dilə gəlsə, qan ağlaya dilində, Nələr, nələr qalıbdı off,, Qarabağ elində, Vaqifin, Natavanın indi ruhu hardadı?, Biz güvənən …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 59 GÖR KİMSƏN MƏNİMÇÜN Söyləyim, dinlə gör, kimsən mənimçün:- Sevdalı canımın ruhu, nəfəsi. Sevdamın qəlbdəki, döyüntü səsi. Məhəbbət dünyamın eşq ilahəsi… Söyləyim, dinlə gör, kimsən mənimçün:- Sevgili könlümün istək, arzusu. Sevdiyim Rəbbimdən, bir eşq ruzusu, Atəşli qəlbimə, sərin kuzə su… Söyləyim dinlə gör kimsən mənimçün:- Ürək, qəlb sirdaşım, ana, həm bacı. Vüqarlı başımın, …
Yalçın YÜCEL.”SÖYLEYECEKLERİM VAR”
Post Views: 56 Çocuklar Hele bir toplanın yanıma şöyle Söyleyeceklerim var Dinleyin bir, konuşmadan Kocadım biliyorsunuz Karlı tepelere dönen saçlarıma Pantolon gibi kırışmış şu yüze Beni artık taşımak istemeyen ayaklarıma, sözüm geçmiyor İnsanız Çok değil, hemen şuracıkta ölüm bekleşir durur Kucaklar sonunda Hepimizi de bir mezar Yolda giderken Ya da beklerken birilerini Düşmeyeceğiniz belli midir …
Eyvaz ZEYNALOV.”Şəkər” (Hekayə)
Post Views: 58 – Sən burda neynirsən, ə? – Rəflərə ərzaq məhsulları düzən dükançı geri çönəndə piştaxtanın qabağında dayanmış uşağı görüb soruşdu. Onun nə zaman içəri girdiyindən xəbər tutmamışdı. – Şəkər almağa gəlmişəm, – uşaq yavaşca mızıldadı. – Pesok? – Anam, şəkər, dedi. Dükançı dəqiqləşdirmək üçün yan tərəfdəki ağzıaçıq şəkər kisəsini göstərib soruşdu: – Bunnan? …
Şəfa VƏLİYEVA.”Ümidim öldü, adam…”
Post Views: 52 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Məni məndən alar gedər Vüsaldan üzülən ümid… Gəlmədin ki, sevinim… Gəl dedim ki, sevirdim… Gəlmə… de ki, sevincim, Ümidim öldü, adam… Eşqdən böyük dərdsənmiş… Eşq ən böyük dərd-sərmiş… Eşqdən böyük dərd gəlmiş:- Ümiddən döndüm, adam… Sevdam özümə zülmüm… Sevdam… …
Məhəmməd TURAN.Yeni şeirlər
Post Views: 60 Toy nəğməsi… Əlinə düzülmüş o göyçək xına, Bəzəsin ömrünü ömrün boyunca… Dədə evindəki “qız otağın”a Birdə bax , birdə bax , bir də doyunca… Həyat cənnət olsun ayağın altda, O göyçək gözündən sevinc tökülsün… Sabah açılmasın gün ağaranda, Sevdiyin güləndə gecən sökülsün… Ağlama kövrəlmə bu toy günündə Yaşın o daş-qaşa təzə nur …
Xaliq MƏMMƏDOV.”Bu gecə yadıma yaman düşmüsən”
Post Views: 91 Hər gecə yadım düşərdin ama. Bu gecə yadıma yaman düşmüsən. Bəlkədə sən başa düşərdin ama. Sadəcə sevgiyə yalan düşmüsən. Gəlməyir yuxuda gözümə yatım. Bürünüm uşaqtək özümə yatım. De necə uzanım, de necə çatım? Bu gecə yadıma yaman düşmüsən. Bəlkədə yatmısan sən indi rahat. Mənəsə yoldaşdır qəm indi rahat. Gör necə həsrətin salıbdır …
Dövlət və Din
Post Views: 54 Niyə dövlətlə dini müqayisə etmək üçün məqalə yazmaq istəyirik, çünki dövlətin önəmi və vəzifələri dedikdə, adətən siyasi fikirlərə rast gəlirik. Amma bir dövlət üçün din olmazsa, olmazlar sırasındadır. Çünki millətləri ayaqda tutan, dövlətləri güclü edən ən önəmli ünsürlərdən biri mənəvi dəyərlərdir, din əxlaqıdır. Dövlət nə deməkdir? Dövlət – ortaq həyat və mədəniyyəti …
“Bir az güzgüyə baxmalıyıq, məncə…”
Post Views: 76 Azərbaycan televiziya efirində məna və anlam yükü çox yüngül olan verilişlər ön plandadır və sayca da çoxluq təşkil edir. Bunun günahını ilk növbədə toplumda görmək lazımdır. Çünki televiziya zövqü birbaşa veriliş reytinqinə təsir edən amildir. Bu, problemli hissənin bir istiqamətidir. İndi isə sizə gördüyüm bir efir eybəcərliyindən danışmaq istəyirəm. Türkiyənin layihəsi olan …
Eldar Nəsib SİBİREL.Şeirlər
Post Views: 73 Burda asta yeriyin Burda asta danışın Hər şəhid arzusundan Od götürün alışın. Bu yer haqla nahaqqın Savaşından yaranıb. Anam Azərbaycanın Göz yaşından yaranıb. Burda zirvə ömürlü Ərlər, ərənlər yatır. Canını bu torpağa Qurban verənlər yatır. Azadlığ ilk bahar Havasında uyuyur Anam Azərbaycanın Laylasında uyuyur. Azadlıq dünyamızdan Onlar agahdır bu gün. Məzarları bir …
Əlirza HƏSRƏT.”Necə ovunduraq qərib ŞUŞANI?!”
Post Views: 61 Sərhəd dirəkləri dikəlib bir-bir, Nə zəvvar qalıbdır o yerdə,nə pir. Haçandır dan üzü sökülmək bilmir, Basıbdır bağrına qürub ŞUŞANI. Ruhsuz da oynayır bədən yerindən, Təmənna gözləmə gedən yerindən. Bu başı bəlalı Vətən yerindən,- Zalımlar nə yaman qırıb ŞUŞANI. Nəğmə bəstələyib gündə bir ahla, Döyüşə gedirik qoşunsuz şahla. “İtkin şişəstə”ylə, “yetim segah”la,- Necə …
Qalib ŞAMXALOĞLU.”Az olan imkan da öldü manatla !”
Post Views: 55 Sarıb səmamızı qara buludlar , Sabaha güman da öldü manatla ! Heç oldu , puç oldu əllərdə nə var Az olan imkan da öldü manatla ! Qeybə çəkilibdi haqqla ədalət , Bürüyür ölkəni zülüm , zəlalət ! Daha əlli faiz artdı səfalət , Ac Azərbaycan da öldü manatla ! Yenə dağılacaq neçə …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 49 BİLƏSƏN GƏRƏK Dərdimin üzünü ağ edən gündən, Sevinə bilmirəm gözüm doyunca. Qoşulub ömrünə canımdır gedən, Ağrına,acına dözür doyunca. Sən mənim gözümə çəkilən həsrət, Özümü unudub sənə yanıram. Gözümdə əksindir yerinə qismət, Hara gedirəmsə səni anıram. Qəlbimi salmışam sənin dalınca, Getmisən köksümdə ürəyin qalıb. Məni məndən etmə mənim olunca, Elə zənn eləmə-ürəyim qalıb. …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 57 XOŞBƏXT ELƏMƏYƏ GƏLMİŞƏM SƏNİ Kövrək xatirəndə qalan izlərim, Əbədi həkk olsun ömür yolunda. Sənə həsrət qalan yorğun gözlərim, İzn ver dincəlsin gül camalında. Çıxart xəyalından aşkara məni, Bəxtim qoy bəxtinə zəmanət olsun. Xoşbəxt eləməyə gəlmişəm səni, Ömrün də ömrümə əmanət olsun. Eşqinlə çək çıxart ürəyimi, gəl, Təkliyin qaranlıq gor quyusundan. İllər yolumuzda …
Rahilə DÖVRAN.”Fani dünya”
Post Views: 46 Şikayətəm, mən gileyəm, Gün görməyən, don quzeyəm. Ağlatdığın qəmli neyəm, Nədir mənlə qəsdin dünya? Hanı sənin ədalətin? Qismət,ruzin, səxavətin? Nədir mənim qəbahətim? Hey ipimi kəsdin dünya… Atdığım zər yekdi, dudu, Kor bəxtim də, üzə durdu. Gedən vurdu, gələn vurdu, Tapdaladın, əzdin dünya. Yoxsa məni hədəf gördün, Yük atıtək qoşdun, sürdün. Mən yandırdım, …
Rahilə DÖVRAN.”Yavaş-yavaş”
Post Views: 51 Axdı qəlbdən dilə, bir neçə kəlmə, Söyləyim, qulaq as, sən yavaş- yavaş. Sırınıb qəlbimə qəm ilmə- ilmə, Dərddə qərq oluram, mən yavaş- yavaş. Olsa da könlümdə hisslər dum- duru, Zaman alazlayır əqli, şüuru. Azalır günbə-gün gözlərin nuru, Ələnir saçlara, dən yavaş- yavaş. Itib damaq dadı, hər bir nemətdə, Xoş bir şey görmürəm, …
Əziz MUSA.”Könül”
Post Views: 52 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru Könlüm, gözüm gülməz bir də, Dövran bizi salıb dərdə, Qərib insan qərib yerdə , Ağlamaz, öz yurdu olsa. Göylər sevməz bəxti kəmi, Vürər bizə hər sitəmi, Bəndə ürəyində qəmi, Saxlamaz, öz yurdu olsa. Hər kəs sevər binəsini, Yurd unutmaz …
Mehriban İBRAHİMOVA.”Dünya, səndə nəyim qaldı?”
Post Views: 57 Sorğu gəzir,ürək dolu, Hesab sorur öz-özündən: Dünya səndə nəyim qaldı? Şirin-şirin arzularım, Yığın -yığın duyğularım, Dünya dolu qayğılarm. Əlim gəlməz bir çiçəyin, Yarpağını qoparmağa, Gəlişim tək gedişimdə, Sirrli aləm aparmağa. Bilinməzsə bu dünyaya Nə gəlişim ,nə gedişim Nə faydası gəlişimin, Bu dünyadan gedişimin. Qalmayıbsa varlığımın yoxluğumun bir mənası, Yaşamağın nə mənası? Bu …
Mehriban İBRAHİMOVA.”Yaşamaq elə budur”
Post Views: 46 Yağan yağışda islanmaq, Qışın sazağında donmaq, Yayın istisinə yanmaq, Yaşamaq deyil ki ,hələ. Sevirəm deyib bağırmaq, Mən varam deyib çığırmaq, Dərdlə içində ağrınmaq, Yaşamaq deyil ki,hələ. Kimlərəsə boyun əymək Kiminsə çörəyini yemək Günlərini hədər saymaq. Yaşamaq deyil ki hələ. İnsanlığın halına yanmaq, İnsan tək yaşayıb,insan tək qalmaq İnsanlığın zirvəsinə ucalmaq. Yaxşı əməllərlə …
Vasif ZÖHRABOĞLU.”Heykəl əllərin…”
Post Views: 53 Qadasın alardım, tozun alardım, Mən ki, dəlisiyəm daş gözəllərin. Öpüb gözlərimin üstə qoyardım, Canlana bilsəydi heykəl əllərin. Biraz da sükutdur elə yaşamaq, Biraz da dincəlsəm kölgəndə sənin. Sənin dayandığın zirvəyə ancaq, Ölənlər yetişir ölkəndə sənin. Utanma gözümün içinə baxıb, Min il yaşamısan, min il ölmüsən. Sən bu ucalığa səsinlə qalxıb, Bir heykəl …
Vasif ZÖHRABOĞLU.”Səkilər”
Post Views: 55 Təkliyinlə doldurarsan otağı, Gözlərindən yuxun ərşə çəkilər. Boylanarsan pəncərədən aşağı, Görərsən ki, buza dönüb səkilər. Ürəyinin alovunu, odunu, Ovcundaca kiridərsən, kiriməz. Unutduqca ayrıldığın qadını, Səkilərin buzu hələ əriməz. Dizlərini ürəyinə sıxasan, Buza dönər gözlərinin yaşı da. Pəncərədən hey aşağı baxasan, Səki üstə keçirəsən qışı da… Bəhanə tap, gözlərinlə ha yol çək, Gələcəkdi, …
“Mən səni özümə qaytaracağam” adlı kitab çap olunub
Post Views: 73 Şair-publisist, AYB-nin üzvü və AJB-nin üzvü, I qrup əlil Ofelya Mədətqızı 6-cı dəfə oxucuları ilə görüşə gəlib. “Mən səni özümə qaytaracağam” adlı kitabın 1-ci və 2-ci fəsilləri müəllifin tale yazıları, ölümlə çarpışan zaman sözdən və zamandan imdad diləməsi, söz meydanında özünü tapması ilə bağlı yazılarla yadda qalır. 3-cü fəsildə söz adamlarının, qələm …
Tanınmış yazçı Eyvaz Zeynalovun yeni kitabı İstanbulda işıq üzü görüb
Post Views: 56 Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Eski bisiklet” (“Köhnə velosiped”) adlı hekayələr kitabı “Anatolia” nəşriyyatı tərəfindən 160 səhifə həcmində, 2000 tirajla işıq üzü görüb.Kitaba 20 hekayə daxil edilib.“Eski bisiklet” kitabı artıq Türkiyənin …
Saqif QARATORPAQ.”Getməmişəm hələ mən”
Post Views: 54 Getməmişəm hələ mən Kimsənin ayağına. Gəlsəm, üzümə vurma, Qucaqla, bas bağrına. Gərək yiyəsi olsun Bu həyatda itun də. Elə bil ki artqdı Indi bir yetimin də. Lap acı söz desən də, Onu da de ürəkdən. Ürəksiz bir söz desən, Çıxıb gedəcəyəm mən…
Saqif QARATORPAQ.”Kəsdirib qapımı budu son bahar”
Post Views: 41 Bilmirəm nə deyim sənə bu yaşda, Ilk dəfə vurulan uşaq deyiləm. Bir az utancağam,bir az da tənbəl, Neyləyim, elə də qoçaq deyiləm. Kəsdirib qapımı budu son bahar, Ayağım altında xəzəldi illər… Mənim qız qaytaran vaxtım ha deyil, Elə görən kimi sevə gözəllər. Yoxsa sən gecikdin bu ömrə-günə, Bilmirəm, gec tapdım bəlkə mən …
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
Post Views: 75 Məni o küçədən keçirmə daha… Mənə nağıl danış,gələcəyimdən, Bəxtimdə var isə, güləcəyimdən. Hələ neçə küçə ,keçəcəyimdən, Söylə sən haqqımı bitirmə daha, Məni ,o küçədən keçirmə daha. Mənim o küçədən ayaq izim var, Bir cüt ağlargözlü ümidsizim var. Ona deyilməmiş sirrim-sözüm var. Qoy bir ümid olum,itirmə daha, Məni o küçədən keçirmə daha. Yağan …
Şəfa VƏLİYEVA.”Vatsonum” publisist yazısından….”
Post Views: 47 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Cılız mətbəx qadınları susmağı öyrənir.. çünki onları cəmiyyətlə qorxudublar… təsəvvür edə bilərsən bunu? Hər ikisi susdu… dəqiqələr sonra qaşlarını çataraq : -etməsən olar!-dedi.- onsuz da cəmiyyət ancaq təsəvvürdədi. Ətrafımızda heç zaman cəmiyyət yox, adamları düşünürük biz. Adamların cəmiyyət olub-olmamağı …
Şəfa VƏLİYEVA.”Yaxşı ki, soruşmadın”
Post Views: 66 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yaxşı ki, soruşmadın Bu il də əhvalımı.. Gözümdən oğurladın Köhnə, nimdaş halımı… Sən soruşmadın deyə Mən də “sənsiz” olmadım… “Darıxmaqdan ölməyə” Bir il cığır salmadım… Amma… birdən inciyər O kiçik söz:-necəsən… Gərək elə mən deyəm?! Özün söylə! Necəsən?…
Əlirza HƏSRƏT.”Sevgiyə ibadət eyləsə bəşər”
Post Views: 56 Sənin yerişinin adı başqadır, Qalxır xumar-xumar toz ayağından. Bir sevda rəsmidir rəngsiz,boyasız, Yollara tökülür iz ayağından. Sevgiyə ibadət eyləsə bəşər, Yaxşı əməllərə məğlub olar şər. Boynuna məhəbbət kəməndi düşər,- Asılıb qalarsan öz ayağından. Mənim qəlbimdəki bu eşq təpəri, Ana təbiətin sirridir,pəri. Zirvəyə ucalmaq istəyənləri,- Sınağa çəkərik biz,ayağından.
Təranə Turan RƏHİMLİ.”Dənizin qanı qaradı”
Post Views: 53 Bu dənizin sahilindən arzular uzaq görünür. Bu dənizin sularında balıqlar yazıq görünür. Adamlar axışıb axşam dəniz havası almağa, Yosunlar ilişib yenə balıq yerinə qarmağa. Bürküdən nəfəsi durub, Dənizin havası çatmır. Üzündə dərd qaysaqlayıb, Dalğalar hey vurur, batmır. İçindən qara qan axır, Gecə tək donu qaradı. Gəl qayıdaq, gedək evə, Dənizin qanı qaradı.
Təranə Turan RƏHİMLİ.”Gözümdən düşdüyün yola düşürəm”
Post Views: 57 Məni tanımadın, körpə ağacdım, Vaxtsız doğradılar, kölğəm olmadı. Böyük ağacların kötüyü qalır, Bir kötük boyunda izim qalmadı. Sən hardan biləsən soyuqdu mənə, Ruhumun paltarı çoxdan çürüyüb. Elə dərd biçmisən boyuma gəlmir, Məni sabahımın dərdi bürüyüb. Nə deyib çıxasan haqqın üzünə, Belə ayrılıqlar dərddi Allaha. Gözümdən düşdüyün yola düşürəm, Səni axtarmağa gedirəm daha.
Xəyalə SEVİL.”Asaram özümü goyün üzündən”
Post Views: 47 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Buludların ac it kimi Elə hürür ki, üstümə, İlahi, Məni yağışın tutacaq. Qapından qayıdır dualarım da, Məni qarğışın tutacaq. Ömrüm il – il tökülür, Daşlayıblar ömrümü. Bir ulduzsuz gecəyəm, Bir kimsəsiz küçəyəm. Bu dəlisov yağışlar Xoşlayıblar ömrümü. Eh! …
Xəyalə SEVİL.”Bətnimdə böyüyən adam”
Post Views: 81 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bətnimdə böyüyən adam, Bir ömür gözləyir səni. Ömrün yaşına gələcək, Həyat başına gələcək. Qoy səni aldatmayım ki, “Dünya xoşuna gələcək”… Bətnimdə böyüyən adam, Dünya bətnim kimi deyil, Enişi var, yoxuşu var. Bu dünyaya hər gələnin Torpağa bir qapı …
Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl… “
Post Views: 59 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Göydə ulduz əlçim-əlçim, Gözlərimə baxar, gedər… Bu həsrətə dözəcək kim, Həsrət məni yaxar, gedər… Göydə ulduz qatar-qatar, Sərnişini xəyalındı, Bəxtim elə yatar, yatar, Röyası da hicranındı… Göydə ulduz birər-birər, Hərəsi bir güvən, ümid… Məni məndən alar gedər, Vüsaldan üzülən …
Şəfa VƏLİYEVA.”Bu yay torpağı oxşadı…”
Post Views: 51 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Inanma hər deyilənə Hələ sənə nə yazmışam? (Intiqam) Mənim sənə yazdıqlarım Bu yay torpağı oxşadı… Döndü üzü qiblə sarı Tərsa eşqimə baxmadı… Eşq-naməhrəm… eşq-səd günah… Eşq -beş ləçəkli zanbaqmı? Eşq-kitabsız bir səcdəgah Eşqli-məbəd Şamxatımı? Elə asan öldürürlər Sevgi rəngli …
Xaliq MƏMMƏDOV.”Mən ki sevmək istəmədim”
Post Views: 53 Düşünərdim silməm səni. Getdin daha görməm səni. Necə sevdim bilməm səni. Mən ki sevmək istəmədim. Dönə-dönə dedim qəlbə. Daha çıxım gedim qərbə. Necə kömək edim qəlbə? Mən ki sevmək istəmədim. Çox saxlama gülüm məni. Qoy aparsın ölüm məni. Bağışlasın könlüm məni. Mən ki sevmək istəmədim. Tək yanında mən olmuşam. Bu həsrətdən yorulmuşam. …
Məhəmməd TURAN.” Görən o məktubun axırı necə oldu?..”
Post Views: 50 Bəzən insan ani hisslərin, ani duyğunun, ani əsəbin ucbatından sonradan ömür boyu peşman olacağı elə işlər görür ki… Sonra o peşmançılıq hər zaman insanın ürəyini dəlir. Təbii işdir, hər kəs aldanır – lənət şeytana! Şəfa Vəlinin bir obrazı var. Bilmirəm, bu obraz onun ürəyinin küncündə yaşayırmı, Şəfa Vəlinin ürək ölkəsində elə bir …
Kənan AYDINOĞLU.”Gəncənin tarixi yaddaşındadı”
Post Views: 55 Gəncə deyəndə hər dəfə yadıma Şəfa Vəliyeva düşür.Yenə də masa arxasında əyləşib, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olub, geniş oxucu auditoriyasını yeni əsərləri ilə tanış edən son dərəcə həssas və qayğıkeş gənc nəslin nümayəndələri içərisində özünəməxsus yer tutan ən çox sevdiyim Xanımyazar. Bədii təxəyyülünün və potensialının gücləndirilməsi üçün kifayət qədər ciddi mütaliə …
Qalib RƏHİMLİ.”Sözdən sevgiyə gedən yol”
Post Views: 64 Zaman-zaman Aybəniz Əliyarın dövrü mətbuatda, feyzbuk səhifəsində yeni şerləri ilə qarşılaşıram. Hər şerini də diqqətlə oxuyuram. Açığını deyim ki, onun şerlərindəki cəsarət məni ovsunlayıb. Hamının gündəlik həyatda qarşılaşdığı məqamları Aybəniz xanım sözün sehri ilə elə cilalayır ki, ovsunlanmaya bilmirsən. Balaca bir ürəyə bu qədər sözün və sözdən doğan sevginin necə yerləşdiyi düşündürür …
ASKEF Türk Dünyasının sənət və ədəbiyyatını dünyaya daşıyır
Post Views: 75 Türkiyənin Antalya şəhərində dünyanın 15 ölkəsindən 250-dən artıq nümayəndənin qatıldığı möhtəşəm bir törən gerçəkləşdirildi. Tədbir artıq sayca yeddincisi düzənlənən Uluslararası Avrasiya Sənət, Kültür və Edebiyyat Böyük Buluşması kimi təqdim olunsa da, gedişatda bütün detallarıyla Türk Dili, Sənəti, Mədəniyyəti və Ədəbiyyatı yönündə gələcəkdə mühüm işlər görəcək və önəmli layihələri həyata keçirəcək daha möhtəşəm …
Rafiq ODAY.”Ali Baş Komandanım!”
Post Views: 56 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Bütün türk dünyasının gözü dikilib sana, Türk dünyası bir yana, Azərbaycan bir yana, Yüz milyonluq millətə Azərbaycan bir ana, …
Şəfa VƏLİYEVA.”Mənsizliyi sayırsanmı?”
Post Views: 50 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü bu sənsiz neçənci ildi? mənsizliyi sayırsanmı? qayıdıb gələn ümidi qapınıza qoyursanmı? yollarına tən gələcək, saçlarım qayçı tanımır… “bu yolla gedən gələcək”… təsəllilər nağıllanır… Əlahəzrət darıxmağı, möhtərəm kədəri dandım… sənsizlik vermədi ağıl, neyləyim, ağıllanmadım…
Şəfa VƏLİYEVA.”Gözümdə əksin qalacaq”
Post Views: 57 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bilirsən, mən gənc öləcəm, Yarıtmıyacam bu bəxti… Bir bənd ağıya dönəcəm Ürəyində… müvəqqəti… Gözümdə əksin qalacaq, Ürəyimdə yara izin… Bir ilə unudulacaq… Bu da ki, sənə son sözüm: “Yolun düşsə, salam denən Qara-qırmızı lentlərə… Adımı əyninə geyən, Bəzənən qara …
Təranə ŞƏMS.”Qısqanma, könül!”
Post Views: 63 Dəyməsin gülümə o kobud əllər Gülümün gül ömrü itər azalar Xəzanə bürünər qönçə güllərim Bülbülün qəlbini qüssə-qəm alar. Qoxusu dünyanı məst edən gülüm Səni vəsv etməyə gücüm yetərmi Eşqisiz gül ömrü yaşayan gülüm. Bu sevgim bu eşqim,sənə yetərmi? Xisləti naqislər, eşqi naqislər Duymaz ki, gül ömrü, gül sevgisi nə Alışan ürəkdi hər …
Təranə ŞƏMS.”Get, get, biganə Aşiq!” (Esse)
Post Views: 48 Sevgini etiraf etdiyində sən mənsən dedin,səni özümdə tapdım. Bəs zaman ötdükcə bildinmi mən sən olmaq istəmirəm. Bir söz deyə bilərəm. Yetər ki, sən özünü sevə biləydin. Sən məni özünə dəyər verdiyin qədər sevdin. Sənin gözlərində öz dəyərin yox ki…Mən sən olmaq istəmirəm. Sən həmişə özünü hamıdan sonda gördün, amma öldün hammı üçün …
Nəcibə İLKİN.”Ana, əllərinə yaman möhtacam”
Post Views: 60 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Ana, əllərinə yaman möhtacam, Gəl yenə tumarla, əzizilə məni. Bir ağız layla çal, laylasız acam, Kədərdən, nisgildən təmizlə məni. Həm mənə yol göstər, həm təsəlli ver, Günahım varsa da de, danla …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 47 G Ə M İ Q A Y A Daş dövrünün düşüncəsi, Daşdan qopan insan səsi. Əsrlərin daş nəğməsi Hər vərəği bir sal-qaya, Daş kitabım, Gəmiqaya. Tutub əldə ox-kamanı, Dayandırıb vaxt, zamanı. Tariximin əhd-peymanı Iffət, namus, qeyrət, həya, Daş kitabım, Gəmiqaya. Məkanıdır ilk insanın, Gündoğanın, günbatanın. Əkiz tayı Qobustanın, İlk əlifba bu dünyaya, …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 59 ÜRƏYİNDƏ Öldürüb xəyalımı, Basdırma ürəyində. Mən olmasam dayanar, Döyünməz ürəyin də. Kipriyində yaş eylə, Mən axım yanağında. Hıçqırıq boğar səni, Dərd qoyar ürəyində. Sevgi baxmayır yaşa, Yolunda duran daşa. Dönərəm soyuq qışa, Don tutar ürəyin də. Başın üstə buludam, Şimşək olub çaxaram. Çevrilərəm yağışa, Yağaram ürəyində. 24.12.2015 SƏNSİZLİK Bu gün sənin fikirlərin, …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 48 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru DAĞLARDA Can gətirdim qəlbim , ruhum, Qaldı dağlarda, dağlarda. Qartallar da qanadını, Saldı dağlarda, dağlarda. Köçdü elin ağbirçəyi, Yandı yurdun ən göyçəyi, O yerlərin tər çiçəyi, Soldu dağlardq, dağlarda. Qırildı kamanın simi, Aça bilmədik tilsimi, Gözlərimiz bulud kimi, Doldu …