Arifin vaxtsız ölümü Çiçəyi və dostlarını sarsıtmışdı. Heç kim onun ölümünə inana bilmirdi. Onsuz həyatı təsəvvür etməyən Çiçək yemək yemək yeməməklə özünə qəsd edirdi. Yuxularında Arifin adını sayaqlayırdı, qızını da unutmuşdu. Qızının bu halına Fatma da dözə bilmirdi. Bir ana kimi çox əzab çəkirdi, qızının taleyi ona bənzəmişdi. Atasız övlad böyütmək onun da taleyində varmış. Qızı gərək qızını düşünəydi. Fatma: – Qızım, həyat davam edir. Taleyinin yarımçıq olması onsuzda ürəyimə dağ çəkdi. Belə eləmə, səni itirsəm dözə bilmərəm. Fidanı fikirləş. İki aydı keçib, özünə gələ bilmirsən. Güzgüdə özünə bax, gör nə gündəsən. Nahidə xanımla danışmışam. Mənim yerimə aşpaz işləyərsən. Daha qocalmışam, şəkərim də var. Oturaram evdə nəvəmə baxaram. Çiçək anasına diqqətlə baxdı, heç nə demədi.
(daha&helliip;)
Blog
-
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının IV hissəsi
-
Şəfa Kamilli (Yeni şeir) Bu dünyada hər şey boşmuş .
Bu dünyada hər şey boşmuş ….
Bu dünyada hər şey boşmuş ,
Yalan -dolan ,hər şey puçmuş ,
Ne sevqi var ,nə sevən var ,
Nə dost ,taniş ,
Nə insaf var ,nə hörmət var ,
Yalnı ,dolani ,bol olan dünya ,
Səndə her şeş boşmuş ,puçmuş ,
Qəlblər daşdan ,qəlblər daşdi
Rəhm hani ?
De hardadi ?
Satqinliqlar ,xəyanətlər,
Yalanlar ,dolanlar
İnsafzlar qünyasidi
Dünya boşmuş ,
Dünya puşmuş,
Xəyantlə ,yalanla ,
Satqinliqla ,
Göz yaşyla dolu dünya ,
Sendə hec insaf yoxmuş ,
Qəddar dünya ,zalim dünya ,
Qəddarlara ,zalimlara məsgən düya.
İnsanlarla dolu olan ,tənha dünya
Kədər ,qəm ,qüsə ilə dolu dünya ,
Puc dünya ,
Arzusu ,diləy. boş dünya
Fani dünya …
Kim qaldin ?
Axiri boş dünya ….
Hər şey puc olan vəfasiz ,qəddar dünya,
Hər bir şeyi boş olan ,
Hec olan ..
Puç dünya … -
Fidan Abbasova (Yeni şeir) soruşki mən onu o kimi sevir?
Bir payız yağışı yağır eşikdə
Ruhum xəyalına qoşulub gedir
Üşüyən körpə tək soyuq beşikdə
sevgin ürəyimdə sanki dövr edir…Darıxır gözlərim, titrəyir əlim
susur səssizlikdə danışan dilim
sanki dünyamdakı o boş mənzilim
sənidə qapıdan qovlayıb gedir…..İtmiş xəyalına qonaqdır yağış
üzündəki gülüş mənədə tanış
səndə ürəyinlə vicdanla danış
soruşki mən onu o kimi sevir?Cavabı nə olsa qanedir dilək
kaş sonsuz yollar tək sevib sevilək
yazda qönçə olmuş payızda kövrək
ruhum xəyalınla sanki rəqs edir….Dinləyib yağmurun həzin səsini
qucub əlləriylə əziz kəsini
sənin götürdüyün sənin bəsinmi?
Bir düşün o anda kim necə sevir?……..Fidan bu mənzərə kövrəltsə səni
yanına çağırma mən adlı səni
ovcunda sıxdığın kövrək qəlbini
burax gör o hansı məkana gedir…… -
Zeynəb Dərbəndli (Yeni şeir) Allahın olsun
Gündəlik İnformasiya Agentliyinin və
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
“Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Mən səni sevmişdim sidqi ürəkdən,
Ətrini alırdım, mehdən, küləkdən.
Sən baş açanmadın fitnə, kələkdən,
Məni səni sevmişdim, Allahın olsun!
Əğyara yar dedi, məni ağlatdın,
Elə bil ömürlük arzuna çatdın.
Sən məni bir anda özgəyə satdın,
Məni səni sevmişdim, Allahın olsun!
Mənə yalan vədlər very gülürdün,
O zaman eşqini yadla bölürdün.
Guya ki, dərdimdən yaman ölürdün,
Məni səni sevmişdim, Allahın olsun!
Bu yazıq Zeynəbi atmısan oda,
Bütün həyatımı vermisən bada.
Gün gələr bunları salarsan yada,
Məni səni sevmişdim, Allahın olsun!
-
Şəfa Vəliyeva (Yeni şeir) Qara bəxt
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Həsrətimi köz eylədin,
yaramı göz-göz eylədin…
Özün boyda “döz” eylədin…
Dayan, qara bəxtim… Getmə…dil var səni ağlamağa,
Sel var gözdə çağlamağa…
bel var… dərdi saxlamağa,
Düz dur, qara bəxt… Əyilmə…gedişin kimi yandırar?
bu hikkə nəyi andırar?
Vallah, qəlbimi sındırar…
Dərdimə, qara bəxt, gülmə… -
Nizami Məmmədzadə(Yeni şeir) Dünya
Nizami MƏMMƏDZADƏ (Nizami Zilli oğlu Məmmədzadə) 1957-ci il may ayının 10-da Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində bitirib. İlk şeir yaradıcılığına məktəb illərində başlayıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 26 Bakı Komissarları adına mətbəədə çalışıb, “Bakı” axşam qəzetində texniki redaktor işləyib. Jurnalistika fakültəsini bitirən zaman diplom rəhbəri Azərbaycanın məşhur jurnalist, pedaqoq və ictimai xadim, “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev olub və sonra o, Nizami Məmmədzadəni “Bakı”axşam qəzetində işləməyə dəvət edib. (daha&helliip;)
-
Günel ƏJDƏRQIZI (Yeni şeir) Yaşa, var ol, Mehribanım
Yaşa, var ol, Mehribanım
(Ölkəmizin birinci ledisi,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şərəfinə)Sən gözəllik ilahəsi,
Xalqımın ucalan səsi,
Şirin sözü, xoş kəlməsi,
Yaşa, var ol, Mehribanım.Bitib – tükənmir ilhamın,
Qazanmısan xalq inamın.
Ömrünə bəzək, İlhamın
Yaşa, var ol Mehribanım. (daha&helliip;) -
Şakir XANHÜSEYNLİ
“Yarın bağçasında üç gül açılıb-
Ağ gül,qırmızı gül,bir də sarı gül…”
(AŞIQ HÜSEYN)Ey ağ gülüm-
ağ səhərim
bəyaz sevincim,
ilkinliyimiz-uşaqlığımız,uşaq çağımız,
arzulardan yellənən yüyrüyümüz,
ümidlərlə yırğalanan beşiyimiz…Ey qırmızı gülüm-
al qanım,
sevgim, həyəcanım,
dəli-divanə gəncliyim,
bir xeyir-dua səslənir qulaq yaddaşımda:
səni qırmızı pərdə olasan!Ey sarı gülüm-
payız ömrüm,
xəzəlim, yarpağım,
xəzan baxtım-
baxıram,ey dadi-bidad,günəşin qürubu,
sanki nəfəsim daraldı,nitqim qurudu:
Ağ gül,qırmızı gül,bir də sarı gül,
bir də sarı gül… -
Azər Turanın Qalib Şəfahətə məktubu
Əzizim Qalib Şəfahət bəy. Yaxşı ki, tale bizi görüşdürdü. Açığını deyim, poeziyanız mənə nəsrinizdən daha doğma və munis, daha ədəbiyyatca göründü. Bəlkə də yanılıram. Nəsrinizi də bir toplu halında oxuyanda bəlkə düşüncələrimə korrektə edəcəyəm. Ya da bəlkə bu anda ovqatım nəsrə deyil, poeziyaya köklənib, o səbəbdən bunun belə olduğunu düşünürəm. Hər halda, ilk şəxsi tanışlığımız mənə çox şey verdi. Yadıma Nəcib Faziillə Şeyx Arvasinin “söhbəti” düşdü. Görüşmüşdülər. Heç nə danışmamışdılar. Amma nələrisə bir-birinə təlqin etdilər. İndi mənim yazı stolumun yaxınlığında kitab rəfinin bir küncündə vaxtilə Anadoluda mənə bağışladıqları rəmzi bir qab var. Yunus Əmrənin rəsmi və yanında da Yunusun sözləri: Yunusun sözü, Qan ağıar gözü. Doğrudur sözü Aşqın əıindən. Sevəlim seviləlim. Göndəriyiniz şeirlər ardıcıllıqla çap olunacaq. Söhbətimizdən belə başa düşdüm ki, Eyvaz Zeynallı ilə də dostsunuz. Müsaid olsa onun da yazılarını qəzetə yönləndirin. Əziz Qalib Şəfaət həkim. Siz həkimsiniz. Məncə ürək həkimisiniz. Bu mövzuda yazmalı nə qədər mövzular var. Məsələn Şopenin ürəyi adlı bir esse yazardınızmı?
Sayqılarımla, Azər Turan
-
Elməddin RAHİBOĞLU.Yeni şeirlər
* * *
(Qarabağ əlili Zaur Həsənovun xatirəsinə)
Özünüzü yandırmayın, Yandırın Haqsızlığı,
ya da ədaləti satın alan insanları yandırın.
Yandırın,
vicdanını pula satan insanları.
Mənliyini, şərəfini, vəzifəyə satanları.
Özünüzü yandırmayın.
O, kül olmuş bədənlərdən ruhlar ərşə qalxmasın.
Uşağların gözlərindən, göz yaşları axmasın.
Sürünməsin arxanızca, qoca ata, yaşlı ana.
Yoldaşınız ömür boyu ağlamasın yana-yana.
Özünüzü yandırmayın.
Yandırın yoxsulluğu.
O, gözlərə pərdə salan, villaları.
sarayları, (daha&helliip;) -
Ruslan ƏLƏKBƏRLİ.Yeni şeirlər
* * *
Əvvəlki nömrəndi ya dəyişmisən?
Qorxuram zəng edib yoxlamağa da.
Əlim də gəlmirki silim adını,
Yox ki, bir səbəbim saxlamağa da.Bir mesaj yazımmı, halın hecədi?
Bəlkə oxuyarsan, cavab yazarsan.
Bəlkə də yeni bir sevgilin olar,
O görməsin deyə xəlvət pozarsan.
(daha&helliip;) -
Əli MUSA.Yeni şeirlər
Dünya
Zamanla baş-başa dərdli ürəklə
Məni də qoymusan bu günə dünya
Heyf ki barışdın dərdi qəmimlə
Zəhərə dönübdü ömrüm a dünyaVirana qalıbdı gecəm-gündüzüm
Yaralı ürəklə mən necə dözüm
Barışdım həyatda dərdimlə özüm
Zəhərə dönübdü ömrüm a dünya (daha&helliip;) -
Mədinə İLHAMQIZI.”İnsanlar”
Bu günün sabaha yoxdur etibarı
Ïnsanlar itirib düzgünlüyü imanı
Görünür şeytan çox sevdirib yalanları
Vardır əlbət adamlar içində insan olanıXeyir şəri , Şər böhtanı
Sevir hərdən bir qız bir oğlanı
Tanrı nəsib etsin hər kəsə qəlbində olanı
Aldatmayın heç vaxt danışdığınız yalanlara inananları
Yalan çox pis salar gözdən insanı
(daha&helliip;) -
“Bir neft nağılı olarsa gerçək…”

Biri var idi, biri yox idi… Milli sərvətlərlə dolu bir ölkə var idi… Ölkənin inkişaf etməsi üçün bütün imkanlar olsa da, çoxluq bunu istəmirdi… İqtisadi, siyasi, maliyyə, sosial, psixoloji təfəkkür tərzi, savadı olmayan bu xalq özü özünə quyu qazmağı, yorğanına görə ayaqlarını uzatmayıb, sonra üşüdüb xəstələnməyi, sonra həkimləri, dövləti günahkar bilməyi çox sevərdi…
Hər yerdə özünə düşmən axtaran və pisi yaxşıdan ayırmağı bacarmayan toplum, yazar dostum Elmin dediyi kimi “sürü psixologiyası” ilə bildi-bilmədi, fikir yürütməyi, söz deməyi, qərar verməyi və seçim etməyi çox sevərdi… Quyuya su tökməklə, quyu dolmadığı kimi, özünə qazdığın quyudan quyunu lap dərin qazmaqla, quyudan çıxmağın mümkünsüz olduğunu bəlkə çoxları bilir… Bilir, amma əməl etmir… Bir çoxları xəstədir, bəzi öz xeyirlərini güdən, həris, tamahkar, yalançı insanlar bu xalqın çoxluğunun psixologiyasını bilib, ajiotaj yaradar, isteriya xarakterli insanları küçələrə salıb, iqtisadi tarazılığın pozulmasına və xalqın dövlətə qarşı qalxmasına çalışar, xalqın başı dövlətə, hakimiyyətdəkilərə qarışan zaman sui-istifadə edib, ciblərini doldurar, qarnını doydurar, gözü isə doymaz ki, doymaz… (daha&helliip;)
-
Günel ƏJDƏRQIZI.”Həyat eşqi” (Hekayə)
Səmada uçan qaranquşlar baharın gəlişindən xəbər verirdi. Ağaclar qış yuxusundan oyanmışdı. Ətrafda sakitlik hökm sürürdü. Üç yaşına yenicə qədəm qoymuş Ayxan oyuncaqlarıyla bağçada oynayırdı. Şəbnəm 2 aylıq körpəsini yatırdaraq həyətə çıxdı və Ayxanı evə səslədi. Uşaq yüyürərək balaca yumru əlləri ilə anasını qucaqladı. Şəbnəm övladını elə bərk-bərk qucaqladı ki, özündən asılı olmayaraq gözləri yaşardı. Öz-özünə düşündü: “Ya rəbb, bu iki körpənin taleyi necə olacaq? Onları ata-ana sevgisindən məhrum etmə. Məni onlardan ayırma.”
Bu an həyat yoldaşı yorğun halda içəri girdi. İlham onun ikinci dəfə əməliyyat olunması üçün lazım olan pulu toplamaqdan ötrü maşınını Bakıya satmağa aparmışdı. Maşını satıb qayıtmışdı. Şəbnəm tez əl-ayağa düşdü.
İlham oğlunu qucağına alıb ümid dolu səslə Şəbnəmə dedi: “Əzizim, hazırlaş, sabah Bakıya gedirik. Uşaqlara anam baxacaq. Atam, sənin valideynlərin sabah tezden yola düşürük. Allah özü imdadımıza çatsın”.
Şəbnəm nə deyəcəyini bilmədi, astadan dilləndi: “Sən maşınını çox istəyirdin. Nahaq yerə satdın. Onsuz da ……”. İlham onun sözünü ağzında qoydu. “Mənə maşın deyil, sən lazımsan. Maşın sənin həyatından önəmlidirmi? Fikir eləmə, hər şey yaxşı olacaq”.
Ertəsi gün Şəbnəm hamıdan tez oyanmışdı. Yola düşməzdən əvvəl son dəfə uşaqlarını öpüb, oxşamaq istəyirdi. O, süd iyi gələn balaca Arifin üzündən öpdü. Dodağlarını ondan ayırmadı. Elə bildi ki, cənnətdədir. Var- gücüylə ana üçün əvəzedilməz olan bu qoxunu içinə çəkdi. Sonra da Ayxanın əllərini ovcunun içinə alaraq oxşadı, yuxudan oyanmasın deyə əllərindən öpdü. Ürəyi elə şiddətlə döyünürdü ki, yaşamaq üçün kimdənsə kömək istəyirdi. Uşaqlarının nə vaxtsa ögey ana əlinə düşməsini, ana sevgisindən məhrum olmasını istəmirdi. Əllərini göyə qaldırdı: “Məni onlara bağışla, tanrım. Hər şey, hər möcüzə sənə məxsusdur. Canı verən də sənsən, alan da sən. Onları ana sevgisindən məhrum edib, boynu bükük böyütmə”.
Xəstəxanaya çatanda baş həkim onu görüb vəziyyətini soruşdu. Onlar bir az gözləməli oldular. Şəbnəm özü də istəmədən baş həkimin İlhamla söhbətinə qulaq müsafiri oldu. Həkim ikinci dəfə onu ürək əməliyyatına salmağın əleyhinə idi.
-İlham, mən keçən dəfə də sizə demişəm, indi də deyirəm. Həyat yoldaşınız bu əməliyyatdan çıxmayacaq. Onun vücudu zəif və arıqdır. Sağ çıxması yalnız allahın möcüzəsi ola bilər. O da ki, zənnimcə mümkün deyil. Ürəyində elə qüsur var ki, onun hələ birinci əməliyyatdan çıxması qəribə idi. Nə qədər ömrü var qoyun yaşasın. İkinci dəfə əməliyyata salmayın, yazıqdır. İlham doluxsunmuş halda son sözünü söylədi: “Şəbnəm bu əməliyyata gedəcək. İki körpə övladım var. Şəbnəmsiz biz nə edərik. Allahdan başqa heç kimə ümidim yoxdur. Yalnız allah bizə kömək edə bilər. Ümidimi üzə bilmərəm”.
İlhamın Şəbnəmin bu sözləri eşitməsindən xəbəri yox idi. Artıq o ölümün bir addımlığında olduğunu bilirdi. Uşaq kimi ağlayıb onu ölməyə qoymamalarını istədi. Övladları üçün yaşamaq istəyirdi. Həyat eşqi coşub daşırdı. Amma yenə də özünü qürurlu apardı. Əməliyyat otağına gedəndə Şəbnəm axırıncı dəfə İlhama sarıldı və övladlarını ona əmanət etdi.
Səkkiz saat davam edən ağır cərrahiyyə əməliyyatı İlham üçün səkkiz ilə bərabər oldu. Dilində allahın adı, gözləri qapıda əməliyyatın bitməsini gözlədi. Hər kəs matəm içində idi. Şəbnəmin əməliyyat xəbərini eşidib ora gələn qohum-əqrabaları ağlaşırdılar. Nəhayət əməliyyat başa çatdı.
Baş həkimin yorğun və təəccüb dolu simasını görən İlham həkimin ona qara xəbəri necə verəcəyini düşündüyünü zənn edərək dizlərini yerə atıb hönkür-hönkür ağladı. “Ya rəbbim, məni öldür, onu yaşat”. Axı Ayxana nə deyəcəkdi. Anasının yoxluğunu necə öyrədəcəkdi.
Həkim alnının tərini silərək gülümsədi: -İlham, siz deyən oldu. Allahın möcüzəsi baş verdi. Belə ürək qüsuru ilə heç kim əməliyyatdan sağ çıxmayıb. Tanrı Şəbnəmi qorudu və övladlarına bağışladı. Bu xəbər İlhamın həyatında ən gözəl xəbər idi. Ömrünün mənası, sevinci həmişəlik onunla olacaqdı. O, həkimin əllərini sıxdı və öz təşəkkürünü bildirdi. Tanrı övladlarının anasını qorumuş, ona yenidən həyat eşqi vermişdi. Uca yaradana şükürlər olsun…. -
Şəhanə CƏFƏROVA.”Bir sevgim var”
Uzaqlarda qalmiş kimsəsiz.
Xoşbəxt amma səssiz.
İçimdə yaşatdiğim.
Bir sevgim var.
Gülür üzümdə
Xoşbəxtəm özümdə.
Tut əlimdən səndə.
Ürəyimdə sənə qarşi
Bir sevgim var.
Hər danişdiğim söz.
Həyatda deyir səbr et bir az döz.
Necə səbr edim.Ürəyimdə axi bir sevgim var.
Sonu tamamlanmamiş.
Xoşbəxtliyim yarim qalmiş.
Amma bütöv bir sevgim var.
İndi gəl səndə anla məni.
Sevirəm səni səndə sev məni.
Bu ürəydə yalniz sənə qarşi bir sevgim var…!24 Ağu 2015 12:14
-
Fidan ABBASOVA.”Bir payız yağışı yağır eşikdə”
Bir payız yağışı yağır eşikdə
Ruhum xəyalına qoşulub gedir
Üşüyən körpə tək soyuq beşikdə
sevgin ürəyimdə sanki dövr edir…Darıxır gözlərim, titrəyir əlim
susur səssizlikdə danışan dilim
sanki dünyamdakı o boş mənzilim
sənidə qapıdan qovlayıb gedir…İtmiş xəyalına qonaqdır yağış
üzündəki gülüş mənədə tanış
səndə ürəyinlə vicdanla danış
soruşki mən onu o kimi sevir?Cavabı nə olsa qanedir dilək
kaş sonsuz yollar tək sevib sevilək
yazda qönçə olmuş payızda kövrək
rurhum xəyalınla sanki rəqs edir…Dinləyib yağmurun həzin səsini
qucub əlləriylə əziz kəsini
sənin götürdüyün sənin bəsinmi?
Bir düşün o anda kim necə sevir?..Fidan bu mənzərə kövrəltsə səni
yanına çağırma mən adlı səni
ovcunda sıxdığın kövrək qəlbini
burax gör o hansı məkana gedir… -
Ülkər Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (24 avqust 1987-ci il)
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!Mətbuat xidməti
Ürəyimə yağış yağır bu gecə
Gözlərindən baxışların tökülür,
Od nəfəsim sənlə dara çəkilir…
Varlığımda eşq sarayı tikilir,
Bir xəbərsiz eşq yaranır gizlicə,
Ürəyimə yağış yağır bu gecə..Bəxtim sənə nə göz yaşı ol deyir,
Nə tökülən göylər daşı ol deyir..
Bir ürəyin gəl sirdaşı ol deyir,
Arzularla ötüb gedir gün necə,
Ürəyimə yağış yağır bu gecə..Baxışınla gözlərimə dolanda,
Ta qayıtma… Sığın onda qal onda…
Adın qəlbdə, taleyinsə alında,
Sənsiz günüm nə yaşana, nə keçə,
Ürəyimə yağış yağır bu gecə..Gecə
Gəl bağrıma daş tək basıl,
Uyu qoynumda gecə…
Uşaq nağıllardan bezib,
Böyüklər ağılardan.
Dərdlərim salxım kimi,
Asılıbdır tənəkdən,
Min bir dərdi ələrəm
Biri keçməz ələkdən.
Dünya da bir ələkdir..
Keçən heç vaxt
Diri keçməz ələkdən..
Dünyanın işinə matam doğrusu,
Canavar gözünü çıraq eləyir.
Qanun keşiyində milyon oğrusu,
Qəpik oğrusunu dustaq eləyir.. -
Saqif QARATORPAQ.Yeni şeirlər
ÇIYINLƏR
Çiyinlər öyrəşib həmişə yükə,
Baharı daşıyıb, qışı daşıyıb.
Sevdası, qovğası özündən yekə
Ağıllı, ağılsız başı daşıyıb.Çiyinlər öyrəşib həmişə yükə,
Yorulmaz yollarda dəvələr kimi.
Gedərik yol boyu tər tökə-tökə,
Gedər çiynimizdə dünyanın qəmi.Gedərik dayanıb, dinşəyib bir az,–
Torpağın qarğışı tutana kimi,
Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.Çiynimiz tabuta çatıb dayanar,
Yox olar dünyanın nağılı birdən,
Hardasa baxtımız yatıb dayanar,
İtirrik ümidi, ağılı birdən.Yapışar yollara ayaqlarımız,–
Torpaq ilğım kimi çəkər adamı.
Çatlayar qəfilcə dodaqlarımız,
Bir anlıq unudar adını hamı.Bir qorxu qıvrılıb yatar ürəkdə,
Açıb ağartmarıq ancaq heç kimə.
Sevinci hamıyla bölə bilsək də,
Dərd var–bölünəsi deyilmiş demə.Yaxın olanmazmış heç vaxt özgəsi,
Hər kəsin bir mərhəm kədəri varmış.
Hərənin çiynində bir qəm heyvəsi,–
Hərə öz dərdini tək aparırmış.QABAĞIMI KƏSƏN VAR
Daha səni qaçırası deyiləm,
Daha yoxdu yollarının qorxusu.
Anan bilsə çəkməyəcək daha qəm,
Qaçmayacaq innən belə yuxusu.
Yuxularım çin olmadı, neyləyim?!
Nədən oldu?
Ya taledən, ya baxtdan,
Sinəm dolu, üzüm gəlmir söyləyim,
Köks ötürüb boylanıram uzaqdan.Arzularım, diləklərim, şüşəydi,
Sındı qəfil, qəlpə-qəlpə töküldü.
Səni tale, məni də ki vaxt əydi,
Sınan qəlbi bacarırsan tik indi!Görən sənmi, görən mənmi günahkar,
Ya ağlımla dil tapmayan ürəyim?!
Göstər mənə günahsız bir Adam var,
Tanrı deyim, ulu deyim, pir deyim.Daha səni qaçırası deyiləm,
Daha məndən hər gün uman-küsən var.
Daha səni ötürəsi deyiləm,
Bilirsənmi, qabağımı kəsən var. -
Qafqaz ƏVƏZOĞLU.Şeirlər
AĞLADI
Gözlədim, gəlmədin, görüş yerimiz,
Halıma mükəddər oldu, ağladı!
Sənin görüşünə tələsən güllər,
Əlimdə saralıb-soldu, ağladı!Bükdü qamətimi, əydi bu halət,
Gəldiyin yollar da çəkdi xəcalət.
Məhəbbət yanğılı bir dəli həsrət,
Qolların boynuma saldı, ağladı!Nə bilim bu imiş yaxınlığımız,
Bir eşqin oduna yaxındığımız.
Bir vaxt qucağına sığındığımız,
Söyüdlər saçını yoldu, ağladı!A Qafqaz, bu necə taledi, baxtdı?
Ahım göyləri də yandırıb-yaxdı.
Şimşəklər oynadı, ildırım çaxdı,
Buludlar hönkürüb doldu, ağladı!2008.
AZ
Deyirsən, uzaq ol, amma bir zaman,
Bitib yollarımda qalmırdınmı, az?!
Dolanıb başıma pərvanə kimi,
Qadamı-bəlamı almırdınmı, az?!Süzdürə-süzdürə o qaş-gözünü,
Qurban eyləyərdin mənə özünü.
Söykəyib üzümə hərdən üzünü,
Şirin xəyallara dalmırdınmı, az?!Ayrıla bilmidin, zəliydin, zəli,
Olmuşdun sərsəri, olmuşdun dəli.
Mənə salam verən hər bir gözəli,
Şahmar ilan kimi çalmırdınmı, az?!Niyə qurdaladın sən yaddaşımı,
Qafqaz Əvəzoğlu yenə naşımı?!
Bişirə-bişirə bu gic başımı,
Gülüstan qoynuna salmırdınmı, az?!2008.
-
Firdovsi CƏFƏRXAN.Yeni şeirlər
BİR ÖMÜR YETMƏZ
Neçə qışı, neçə yazı keçmişəm,
Əldə dəryaz neçə zəmi biçmişəm,
Buz bulaqdan doyunca su içmişəm,
Ölsəm belə bu sevda yenə bitməz,
Səni sevməyimə bir ömür yetməz.Bu çöllərdə xəzan oldum, yel oldum,
Dərələrdə coşub-daşan sel oldum,
Yurd yerindən perik düşmüş el oldum,
Düşündüm ki, ürək dözər, ya dözməz?!
Səni sevməyimə bir ömür yetməz.Qismətimi aramaqda dirəndim,
Sonu bitməz həsrətimə bələndim,
Bulud olub, hər an dolub, ələndim,
İllər məni dəli edər, ya etməz?!
Səni sevməyimə bir ömür yetməz.O vaxt ki, həyatda tənhaydım, təkdim,
Qəlbində bir kədər toxumu əkdim.
Dərdin piyaləsin başıma çəkdim.
Bu sevda başımdan gedər, ya getməz?!
Səni sevməyimə bir ömür yetməz.Firdovsi, şeh düşüb çəmənə, çölə,
Ahular qayıdır əvvəlki gölə.
Tənha bir qu üzür, qorxuram ölə.
Duman bu dağlardan ötər, ya ötməz?!
Səni sevməyimə bir ömür yetməz.XANIMLAR XANIMI
Boylanan üfüqdən, sökülən dandan,
Bir şir ürəklidən, bir təmiz qandan,
Eylədi seçimin Ulu Yaradan,
Xanımlar xanımı Zərifə xanım.Gəlmədin heç zaman bir sözə, dilə,
Bənzərdin bənzərsiz zərif bir gülə,
Yetişdin sevdalı şeyda bülbülə,
Xanımlar xanımı Zərifə xanım.Əsərdi küləklər aramsız, sərin,
İdrakın, kamalın dərindən, dərin,
Insanlığa layiq uğur, zəfərin,
Xanımlar xanımı Zərifə xanım.Əvəzsiz yar idin, əvəzsiz ana,
Aləm bir yanaydı, ailən bir yana,
Heydər həyatıyla bağlıydı sana,
Xanımlar xanımı Zərifə xanım.Sən bir arxa idin dədə Heydərə,
Qoymazdın, şmrünü versin hədərə,
Qaneydin verilən qismət-qədərə,
Xanımlar xanımı Zərifə xanım.Döyünən ürəyin, yaşayan canın,
Damarda çamlayan, kükrəyən qanın,
Taleyin jlmuşdu Azərbaycanın,
Xanımlar xanımı Zərifə xanım.Şmründən, günündən hey itirərdin,
Əzilmiş qəlblərdə gül bitirərdin,
Tutulmuş gözlərə nur gətirərdin,
Xanımlar xanımı Zərifə xanım.Analar anası, borcluyuq sana,
Övlad böyütdünüz layiq vətənə,
Vətənin əbədi Prezidentinə,
Xanımlar xanımı Zərifə xanım.Xalqın alqışıyla kükrədiz, coşduz,
Nurlu sabahlara nəğmələr qoşduz,
Haqqın dərgahında haqqa qovuşduz,
Xanımlar xanımı Zərifə xanım. -
Abdulla MƏMMƏD.”Qara saçlarında qar olacağam!”
Bir zaman gələcək peşimançıliq,
Sənin ürəyini qübar edəcək.
Onda məni gəzib-arayacaqsan,
Yollar ayagını qabar edəcək.Mən isə gileyli gilavar olub,
Siğal çəkəcəyəm telinə sənin.
Bu günlər vədəsiz ötən qatar tək,
Çətin ki qayida əlinə sənin.Qoşulub qəlbinin harayina mən,
Gözündə bulud tək qaralacağam…
Ömrünün şaxtalı qış dönəmində,
Qara saçlarında qar olacağam! -
Məmməd HACIZADƏ.”Həqiqət” (Hekayə)
20 Yanvar metrosunun çıxışındakı şəhid abidəsinin qarşısında geniş səkiylə gedərkən kimsə özünü zərbəylə mənə çırpdı.25-30 yaşlarında olan bu adam qəzəblə gözümün içinə baxırdı.Bir kəlməmə bənd idi ki,yumruq-larını bərk-bərk sıxmış ,gözlərini qan örtən bu oğlan məni küçənin ortasında döysün.Düzünü deyim ki,bərk həyə-canlandım.Elə həyəcanla da oradan uzaqlaşdım.Yaxın-lıqdakı dayanacaqda özümü toxtayıb marşuruta min-dim.Avtobus o qədər də basabas deyildi.Bir neçə daya-nacaqdan sonra mənimlə yanaşı dayanmış 40-45 yaş-larında bir kişi biləyimdən yapışaraq bağırdı:
– Boyundan,buxunundan utan,cibə girirsən?.
Bir andaca gözlərimə qaranlıq çökdü.Yerlərdən nalayiq sözlər eşidirdim.Bütün baxışlar mənə yönəlmişdi.Göz-lərim yaşla dolub dayanmışdı.Səslərin içindən qeyri-adi bir səs eşidirdim.“Dinmə!,Sus!” deyirdi kimsə.
Dayanacaqda avtobusun qapıları açıldı.Başımı aşağı salıb avtobusdan düşdüm.Donub qalmışdım.Növbəti avtobusla evə gəldim.İştaham kəsildiyindən yemək yeyə bilmə-dim.Gecəni də yatmadım.Başqa bir adam olmuş-dum.Özümə gələ bilmirdim.Ağlamaq istəsəm də ağlaya bilmirdim.İş zamanı başımı masaya dayayıb mürgülməklə iş saatımı bitirdim.Başıma gələni kimləsə bolüşüb yüngülləşmək fikrindən vaz keçirdim.İşdən çıxarkən dayanacağa yaxınlaşmağa ürək etmirdim.Elə bilirdim məni görən “dünənki cibgirdi” deyir.
İş sonu olduğundan avtobuslar adamla dolur,qapılar çətinliklə bağlanır və yola düşürdü.Nəhayət adam selinə qarışıb mən də avtobusların birinə minə bildim.Avtobus yola düşdükdən sonra salona sakitlik çökdü.Fikirdən halsız olmuşdum.Başımda da küt ağrılar vardı.Yazın gəlməsinə baxmayaraq havaların soyuq keçməsi,sübh tezdən evdən çıxanları gödəkcə geyməyə məcbur edirdi.Havasızlıqdan istiləndiyim üçün gödəkcəmin yaxasını açdım.Avtobus o qədər basdırıq idi ki,adam tərpənə bilmədiyindən hətta yanında dayanan adamın kim olduğunu da bilmirdi.Hami susub durmuşdu.Qəfildən başımın sol nahiyəsində bir zərbə hiss etdim.Əvvəlcə kiminsə əlinin tutacaqdan sürüşüb başıma dəydiyini zənn etdim.dönüb baxırdım ki,30-35 yaşlarında qarayanız oğlan gözləri qızarmış halda,təkrar-təkrar“Şofer saxla avtobusu”deyə bağırdı və yenidən başımın eyni hissəsinə eyni zərbə ilə şillə vuraraq acıqlı tərzdə,aram-aram “Düş! Düş!” dedi.Eyni anda yenə sanki bir qeybdən gələn o qeyri-adi səsi eşitdim.”Dinmə,düş”deyirdi.Avtobus saxladı və qapılar açıldı.Adamları yara-yara avtobusdan düşdüm.Elə bildim mənimlə dava etmək üçün o adam da arxamca düşür.Mən düşdüm,qapılar örtüldü və avtobus getdi.Var gücümlə qışqırmaq istəsəm də bacarma-dım.Hönkür-hönkür ağlayaraq irəliləyirdim.Gözlərimdən çıxan yaşların necə rahatlıq gətirəcəyini ağlıma belə gətirməzdim.Dincəlməliydim.Sabah direktorun qəbulun-da olmalıydım deyə özümdə güc saxlamalıydım.Nəqədər ki bu qalmaqallardan salamat çıxmışam,üz-gözümdə şillə,yumruq izləri yoxdur,deməli avara,yalançı damğasından uzaq düşmüşəm.Axı mən böyük fəlakətin qarşısını ala biləcək bir həqiqəti danışmalıyam..Bakı. 15.08.2015.
-
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü***
Kölgəm, dünya savaşına ac adam…
Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
Allahım, neynim?!
İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
İndi… Sən sənsən. Mən mən deyiləm…
Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
Büküm bir parça ağ kağıza, atım,
ayda bir kərə açılan poçt qutusuna?!
…Ah nə ola, onun da ahı tuta,
Mənə ürək açalar, qapı açmayalar.
Hamının yadından çıxa,
Qonşudakı kor qızın könül əvəzi
barmağıma bağladğı sapı açmayalar…Sosial peyzaj
Saxta təbəssümlər
Eşidə bilmədiyin pıçıltılar kimidi;
Adama hicran verir.
…Ruhun fikri göydə, özü darda.
Açığı, alındakı qırışların sayı qədərdi
Sürüşkən xəyallar da…
…Bir də görürsən, duaların
dodaqlarının arasında güvə tutub.
Məyusluq canını sarır,
Əllərini Allahdan aralayırsan.
Kölgənsə, varlı adamların keçmədiyi
beton səkilərdə xatirə şəkli çəkdirir…
Bir tikə çörək üstündə
Bir-birlərinə dimdik atan
alabəzək sərçə balaları ilə.
Qəfildən dağınıq diqqətini
göz qamaşdıran villalara mismarlayır
ruhu ac, qarnı tox dilənçi uşaqlar.
…Zaman çat salır.
Bir əcnəbi də
Kamerasının yaddaşına həkk edir
İşıqlı küçələrdəki qara kölgələri… -
Elnur RƏSULOĞLU.”Telefon söhbəti”
Roman oxuyurdum Əbülhəsəndən.
“Sədaqət”. Beləydi romanın adı.
Açıq-mavi rəngli telefon birdən,
Fasilə vermədən hey dınqıldadı.
Dəstəyi qaldırıb dönük həvəslə
“Nə olub görəsən?” özümdən sordum.
Sonra fikirləşib sönük həvəslə
Deyindim:
“Boş yerə özümü yordum”.
Səsini eşitdim iki nəfərin.
Qət etdim, bildim ki, yola girmişəm.
Birisi çəkərək köksünü dərin
Sözə başlamışdı:
– Mən bilmirmişəm.
Hə, Salman, nə oldu? Söylə ki, nədən
Dəstəyi qoydun sən telefon üstə?
– Vaqif, yol qarışdı. İncimə məndən.
Sağalmamısan heç! Xəstəsən, xəstə!
– Təzədən sənə zəng etməli oldum.
Çünki söhbətimiz qaldı yarımçıq.
Təzədən səni dəng etməli oldum.
Bir gün görərsən ki, ölürsən artıq.
– Təzədən başlama. Qurtar söhbəti.
Mən onu sevmirəm. Mənim qəlbimi
Heç kəs ala bilməz. Saxla hörməti.
– Necə başlamayım? O cür gül kimi
Qızı qaçırtdın sən əldən, ay məzlum!
Hələ də qorxursan xəyanət edər?
– Bəli, mən qorxuram. Güclüdür qorxum.
Qorxuram sevərəm, o atıb gedər.
– Daha sözüm yoxdur. Salman, mən axmaq
Xəbərin olmadan, sənə demədən
Sevgi məktubları yazdım. Sən axmaq
Aləmi qatmısan mənə demədən.
– Vaqif, sən qatmısan aləmi, mən yox!
– Dostluq xatirinə tutdum bu işi.
– Sən mənə köməklik çox etmisən, çox!
– Dosta kömək etmək könlüm vərdişi.
– Onu istəmirəm. Onu sevmirəm.
– Sevmirsən, nə olar? Söhbət zamanı
Ölərdin deyəndə “səni sevirəm”?
– Dilə gətirəydim bu ağ yalanı?
Bəziləri kimi bacarmaram mən.
Sevməyə-sevməyə yalandan deyəm
“Sevirəm”. Gərəkmi sevdirib həmən,
Beynini, qəlbini yalanla yeyəm?
Bunu etməyimə kim haqq veribdir?
– Bəsdir danışdığın filosof kimi.
Salman, olan olub, keçən keçibdir.
– Düzünü deyirəm, kəsmə sözümü.
Bir özün fikirləş.
– …
– Niyə susursan?
Düz söz acı olub hər vaxt bilirəm.
– Sən allah, bağışla! Yaxşı da, Salman,
Gəl, bizə. Hələlik!
– Oldu. Gəlirəm.
Bu söhbət sarsıtdı bütün qəlbimi.
Bir qədər səssizcə xəyala daldım.
Sonra bu söhbəti olduğu kimi
Qələmə almağı qərara aldım. -
Elnur ABDİYEV.”Bir doğma Anatək”
Bir doğma Anatək qucaq aç mənə,
Ya ölüm qoynunda,ya bas bağrına.
Şuşa dərdlərini şüşətək qırıb,
Vətən, qurban olum,sənin ağrına!Dönüb bir şimşəyə eşqimdən çaxam,
Yurda sevgi-sevgi yağışlar yağam.
Mən,bu Vətən daşı nə qədər sağam,
Qıymaram,uf, deyə,Vətən ağrına.Aldı igidləri torpaqlar uddu,
Vətən sevgisinə ellər yas tutdu.
Ana haqqın namərd, oğul unutdu,
Vətən öləmmədi,torpaq uğruna! -
Nail DAĞLAROĞLU.”Səni unutmaram ölənə qədər”
Səni unutmaram ölənə qədər,
Sən mənə hər şeydən əzizsən, gülüm.
Bu ömrü mən sənsiz vermərəm hədər,
Sənsiz yaşamağım zülümdü, zülüm.Aylarım, illərim keçməsin sənsiz,
Sənsiz ey sevgilim, bir günüm ildi.
De, xoşdurmu sənə yaşamaq mənsiz?,
Sənsizlik sinəmə vurulan mildi.Sənsiz olsam susar, könül arzusu,
Duyğulu ürəklər arzuyla yaşar.
Sənsizlik könlümün böyük qorxusu,
Səninlə qəlbimdə məhəbbət coşar. -
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruDUALARIM
Allahım!Bu gözəl, müqəddəs gündə,
Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan- şöhrətinə.
Şəhid qanı qarışmasın torpağa,
Nisgil yetişməsin heç bir ocağa.
Ürəklərdə qoy sızıltı gəzməsin,
Taleləri kədər, sazaq əzməsin!
Allahım!Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə.
Yolun açıq eylə, yurd-yuvasızın.
Çarə qıl halına el-obasızın!
Zalıma yol vermə, qır tələsini,
Yeməsin məzlumun son tikəsini!
Allahım!Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə.
Qoru qoca ata-anaları sən,
Onlara sağlamlıq ver bu həyatda,
Bəs onlar olmasa, Uca Allahım,
Kim alar bizləri qanadı altda?!
Cəmi xəstələrə eylə mərhəmət,
Qoyma xəstəlikdən əsər-əlamət!
Allahım!Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə,
Cəmi dustaqların aç qapısını,
Onların da günü bir imtahandır,
Xeyrə qovuşsunlar, daha, amandır!
Allahım!Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə,
Əskik etmə bizdən suyu-çörəyi,
Qayıtsın torpaqlar, ellər-obalar,
Bağımızda bitir gülü-çiçəyi,
Yetir ey Allahım, xoş gələcəyi!* * *
…Gözlərini görəndən,
Qəm kədəri atmışam,
Sənə qovuşmaq üçün,
Nələrə qatlaşmışam!!
Haqsızlığa inciyib,
Küsmüşəm, ağlamışam.
Gəl keçək bu sədləri,
Sən də mənimtək alış!
Sən Allah yalvarıram,
Mənə sevgidən danış!! -
Nisə QƏDİROVA.Yeni şeirlər
BƏNÖVŞƏ
Tərdi dərdiyim bənövşə,
Heyf…solacaq əlimdə.
Xırda-xırda ləçəyini
Fələk yolacaq əlimdə.Tərtəmizdi dünyam kimi,
Ömrü qısa röya kimi.
Çəkiləcək xülya kimi,
«Günah» qalacaq əlimdə.Yandırdı əlimi közü,
İtirdim gəldiyim izi.
Çöllərin ismətli qızı
İndi öləcək əlimdə.HARDASAN
Yenə işıqlar söndü,
Sükut…Hardasan?
Ayrılığı yaxamdan
Sök at…Hardasan?Qırmızı qar yağır,
Ölüm!…Hardasan?
Səni son nəfəsdə
Görüm…hardasan?Həyat aldanışdı,
Qayıt!hardasan?
Bacarırsan məni
Ovut…hardasan?İlk görüş gözəldi,
Gəldim… hardasan?
Sənin üçün öldüm…
Öldüm…hardasan? -
Zeynəb DƏRBƏNDLİ.”Dünyasındayıq”
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvüNankorlug; namerdlik bash alib gedir;
Aralar qatanlar dunyasindayig.
Hami bir birini ; icinden didir;
Kimliyin satanlar dunyasindayig.Ogul ata saymir; qiz ana saymir;
Qalmayib ne heya; ne namus; abir.
Qardashlar qardashi yixir; alcaldir;
Gunaha batanlar dunyasindayig.Qardash; bacisini qoyur qumara;
Analar; atalar qalir avara.
Insani korlayir ad; san; pul; para;
Bizi aldatanlar dunyasindayig.Ay Zeyneb; sen bele alishib yanma;
Senden uzagdakin; sen yaxin sanma.
Yalan tebessume; daha inanma;
Adami atanlar dunyasindayig. -
Xəyalə SEVİL.”Səndən sonra”
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüSəndən sonra yaman kövrək olmuşam,
Ürəyim ,elə bil, əlsiz əlcəkdir.
Gözlərimə qara bulud çökübdü,
İndicə gözümdə hönkürəcəkdir.Səndən sonra yaman kövrək olmuşam,
Daha ümidlərin ölən vaxtıdı.
Başına-dizinə döyən arzumun,
Yüyürüb üstümə gələn vaxtıdı.Səndən sonra yaman kövrək olmuşam,
Ağlım ürəyimi başıma qaxıb.
Gülümsəyən şəklin qalıb mənimlə,
Ağlayıram gülən şəklinə baxıb.Səndən sonra yaman kövrək olmuşam,
Şirin xəyallarım nə acı olub.
Səsini-küyünü atıb başına ,
İndi baxışlarım qaraçı olub. -
Elnurə AĞAZADƏ.”Nə qədər gözlədəcəm”
Gizli gizli sevəcəm
Sevib qəmin çəkəcəm
Özün söylə mən bu eşqi
Nə qədər gizlədəcəmKitab dolu xatirəni
Sirlə dolu hər cümləni
Bu sirli eşqimizi
Nə qədər gizlədəcəmKönül yazar hər nəğməni
İntizarı yaxar məni
Sənin olan sənsizliyi
Nə qədər gizlədəcəmUzun sürən kədəri
Məni vuran həsrəti
Elnurəyəm saf sevgimi
Nə qədər gizlədəcəm -
Aygün RƏHİMLİ.”Meylər əlində qaldıq…”
Aqil Kengerli-nin “Səylər əlində qaldıq” şeirinə
Məni də sənin kimi carəsiz dərdlər didir,
İmkanlılar xaricə, imkansız kəndə gedir.
Ağıllının pulu yox məcbur hamballıq edir.
Pul ilə alim olan keylər əlində qaldıq.Abbasıya “hambal tək söyləyirik bayatı.
“Rubla” şıllaq atdıq,bəyənmədik manatı
Dollar geridə qoydu Bozat, Dürat,Qıratı.
Hər gün qimətə minən “göylər” əlində qaldıq.Tanıdığım “mələklər” şeytan oldu get-gedə.
Ədalətdən dəm vurduq ədalətsiz seçkidə
Dua yerine dərdə çarə gəzdik içkidə
Min günah çirkabında, meyler əlində qaldıq…İndi də o zaman da tək ümid dua idi..
Kim “fərəsətli” şıxdı basdı el malın yedi.
Biri muncuq topladı biri “Vahid” bank dedi.
Varlanmaqcün hər çürə küylər əlində qaldıq.Damcıyla göl də, dolmur yalvarsan da, min il “dol”.
Ya gərək dayın ola ya da ki pulların bol.
“Xaric” ,”falset” ses imiş məhşurluğa gedən yol.
Hər havaya tutulan züylər əlində qaldıq.Abırlı geyinənə “çuşka”,”kəndçi”deyirlər.
Muğamat,saz gəlındə ağız burun əyirlər.
Diskoteka üstündə bir-birini döyürlər .
Hər gün “Avropa”-laşan toylar əlində qaldıqRəhimli hər dərdimiz söz olub sazdan keçib.
Bu bəxt bir də gül olmaz, payızdı yazdan keçib.
Aqil pazdan danışma bizimki pazdan keçib.
Pazımız da kiçilib çüylər əlində qaldıq..01/08/2015
-
Xatirə RƏHİMLİ.”QARABAĞA-AĞDAMA NÖVBƏTİ SƏFƏRİM…”
CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏRİMDƏN ƏN KÖVRƏK ANLAR…
Ötən ay iyulun 25-dən 28-nə kimi QARABAĞa-AĞDAMa səfər etdim. 4 günlük səfər çərçivəsində Mübariz ruhlu igid əsgərlərimizi ziyarət etməklə yanaşı, Qaçqın Qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrini, Qarabağ müharibəsi iştirakçılarını, eləcə də torpaqlarımız uğrunda canını qurban vermiş şəhid oğullarımızın məzarını da ziyarət etdim.
Belə ki, iyulun 28-də VƏTƏN uğrunda canını fəda etmiş 22 yaşlı şəhid Əhmədov Qaryağdı Eldar oğlunun məzarını ziyarət etdim və ruhuna dualar oxudum. ANA Vətənin fədakar, cəsur və qorxu bilməz oğlu Qaryağdı 1992-ci il iyulun 1-də, o qanlı- qadalı günlərdə Aağdamın Saybalı kəndində dünyaya gəlib. O, 1 yaş 3 günlük olanda onun doğulduğu Saybalı kəndi erməni silahlı birləşmələri tərəfindən 1993-cü il iyulun 4-də işğal edilib.
Vətəncanlı oğul Qrayağdı Əhmədov iyulun 31-də saat 16:09-da məkrli düşmənin açdığı snayper gülləsindən şəhid olub. Tanrının yazısına, taleyin qismətinə baxın. Vətənin igid oğlu Qaryağdı iyulun 1-də dünyaya göz açıb, iyulun 31-də şəhidlik zirvəsinə yüksəlib. Vətənpərvər oğul Qaryağdı 2014-cü ildə ad günündən 30 gün sonra, dünyaya gəldiyi ayda-iyulun 31-də öz canı qədər sevdiyi VƏTƏNin uğrunda şəhidlik zirvəsinə ucalıb…
2014 cü il avqustun 1-də isə çox sevdiyi ANA VƏTƏNin torpağında dəfn olunub Vətənin vüqarlı, dəyanətli və mərd ürəkli oğlu Qaryağdı…
2015 ci il avqustun 1-də Qaryağdı Əhmədovun şəhid olduğu gündən 1 il ötdü…
VƏTƏNin igid oğlu Qaryağdı! Şəhidliyin bir daha MÜBARƏK olsun!
Rahat uyu, VƏTƏNin şəhid oğlu! Düşmən əsarətində qan ağlayan torpaqlarımız işğaldan tezliklə azad olunacaq! Zəfər GÜNü çox yaxındadı! O möhtəşəm ZƏFƏRə çox az qalıb. Çünki Azərbaycanın güclü və qüdrətli Milli Ordusu var!
Uca Tanrının yazısı, qisməti beləymiş, Tanrının yazdığı yazını isə heç kim poza bilməz.
Müstəqil Azərbaycanımız uğrunda canını fəda edərək şəhidlik zirvəsinə çatan oğulların məzarı nurla dolsun, məkanı cənnət olsun!
Vətənin məğrur oğlu Qaryağdı! Səni heç zaman unutmayacağıq. Ona görə ki, sənin adın əbədi olaraq ürəyimizə yazılıb! Şəhidlər heç zaman ölmür.
Allah qəni-qəni rəhmət eləsin sənə ANA VƏTƏNimizin igid oğlu Qaryağdı!
Belə bir fikir var… ŞƏHİDLƏR ÖLMƏZ! VƏTƏN BÖLÜNMƏZ!Xatirə RƏHİMLİ,
Şair-jurnalist
11 avqust 2015-ci il -
Şafa KAMİLLİ.”Göz dağı…”
Göz dağı…
Bu qədər ,dərd ilə ,
Bu qədər kədər ,
Bəs deyilmi ey insafsiz ,
Dah cox ağri ,agi ,dah cox əzab ,
Nəyinə gərək ,
Qisasmi ,
Alirsan
Yarali qəbdən ,
Buna ehdiyac yoxdu ,
Nələr cəkirəm ,
Bir Allah bilir ,
Öznü gəl hec yorma sən ,
Bilirəm ,kimləsən ,
Sən nə edirsən ,
Nələr düşnürsən ,
O kinli qəlbindən ,
Nələr kecir ,
Bəsdi ,öznü yorma ,
Məni inçidmək məqsədin varsa,
Rahat ol,
İnçidin ,
Gəlib ,gəlməmisən ,
Nələr etmisən ,
Ay zalmi ,bu qədər yetər ..
Ağrilar ,açilar ,
Tənhaliq ,sənsizlik ,
Bəs deyilmi ..
Daha başqa göz gağları verirsən ,
Ağri ,ver ,aci ver ,
Zülm ,əzab ver ,
Mən səndən ,
Onlardan başqa nə gördm ,
Ölümlər ,zülmlər
Birdə göz yaşi ..
Ağrilar acilar ,
Bird göz dağı …
Bir də göz gağı…
14.08.2015.. -
Vasif ZÖHRABOĞLU.”Mənə bel bağlama…”
Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Bir günlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam.Ömründə dəvətsiz qonaq bil məni,
Əəbədi yanında qala bilmərəm.
Bu evdən, ocağdan uzaq bil məni,
Qəlbinin sakini ola bilmərəm.Gedərəm həsrətlə sıxıb köksünü,
Axar göz yaşların kiriyə bilməz.
Gülüm, ayağından şikəst sevginin,
Əəlindən tutsan da, yeriyə bilməz.Ömrünə yeni bir sevgi soraqla,
Demə ki, bağlanıb bütün qapılar.
Saxla, ürəyində məhəbbət saxla,
Sənin də, üzünə gülən tapılar.Yandır bu tilsimi, qır bu tilsimi,
Düşünmə əlində çıraq olacam.
Bəlkə də, yanından ayrılan kimi,
Kiminsə ömründə qonaq olacam.Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Bir günlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam. -
Əziz MUĞANİ.”Du birlər”
Arzum daşa dəyir, bu qəm- kədərdi
Tərs düşür işlərim, bu dərdi sərdi
Elə bil taleyim əlimdə zərdi
Nədənsə çox düşür dubirlər mənəÜmidlə atıram qoşa deyərək
Bəlkə də udaram! Risk eyləyərək
Bəxtimi qumara qoymazdım gərək
Nədənsə çox düşür dubirlər mənəİnsanın həyatı nərd tək oyuncaq
Qismətmizlə biz oynadıq doyuncaq
Fələyin atdığı qoşadır ancaq
Nədənsə çox düşür dubirlər mənə -
Debüt: Elməddi RAHİBOĞLU (Astara).Yeni şeir
Tənhalığımla mən
İkimiz yaşaya bilərik sandım.
Sən məndən natəmiz, mən səndən əfəl
Hər səhər yuxudan sənsiz oyandım.
Nə olar, könlümü yığışdırma gəl.Dağınıq istərəm, evi, həyatı.
Səpilsin yerlərə kitab, sevgilər.
Dərdimin dərmanı olan saatı
Bu ömür payımdan mərhəmət dilər.Siqaret tüstüsü basıb otağı.
Küllər səpələnib, stola , yerə.
Yola sal qəlbimin günlük qonağın
Yer yoxdur ömrümə enməmişlərə.Təkcə, yatağımdan yad əşyaları
Yığıştır, görənlər xoşbəxt sanmasın.
Onlar həyatımın ahəng çaları
Badına gözəllik barı yanmasın.Gəl! Mənim başımın tacı tənhalıq!
Sarılaq mehriban, uzanaq, yataq.
Mükəmməl doğmayıq, biz əhli halıq
Daxmada mehriban ortam yaradaq.Yol boyu danışaq problemləri
Görənlər də məni dəli sansınlar
Gəl düş qabağıma gəzək hər yeri.
Fəsillər dəyişsin, gəlsin növbahar.Mərhəmət etsinlər ətrafım mənə
Yığıb yığışdırsın səpdiklərini.
Qapıdan çıxınca səpərik yenə.
Dönəndə itirsin bildiklərini. -
Tural ADIŞİRİN.Yeni şeirlər
Bahar
Sevdiyim gözəlin hörükləri tək
Söyüdün saçları ətir qoxuyur
Qaranquş səsində,durna səsində
Bülbül ləhçəsində bahar oxuyurQərənfil al çəkib yanaqlarına
Ətrindən məst olma oğulsan indi
Yaşı bax xınalı ayaqlarına
Kəkliklər elə bil təzə gəlindiBahar hər çiçəyə təzə don tikib
Nərgiz sarı geyib,lalə qırmızı
Yenə köl dibində boynunu büküb
Bənövşə-baharın küsəyən qızıÖtür min həsrətlə yollarda gözü
Bülbül qızılgüldən görüş alıbdır
Yaşıl yamacların qızarıb üzü
Bahar icazəsiz öpüş alıbdırBağçalar məst olub gül qoxusundan
Barlı budaqların artıb neməti
Ayılar ayılıb qış yuxusundan
Bitib arıların “məzuniyyəti”İsti yuvalarda hey civildəşən
Ətçəbalalar da lələkləyibdir
Al-əlvan çiçəklər körpədir deyən
Yaşıl çəmən boyu iməkləyibdirGözəllik bağrına basıb dünyanı
Təbiət özünə baxıb öyünür.
Bumbuz bulaqların qaynayır qanı
Torpağın nəbzində bahar döyünür.QADINLAR
Soyuq ürəkdə də sevgi oyadar,
Gücünü eşqində bilər,qadınlar.
Evini sevincə,işığa tutar,
Doğma ocağında gülər,qadınlar.Kövrək ülfətini,məhəbbətini,
Verər balasına,verər ərinə.
Qadın əllərinin hərarətini,
Kişilər geyinər əyinlərinə.Gah işdə,gah evdə,mətbəxdə-ANA
Çox zaman bilməz ki,əylənmək nədir
Girsən hansı evə,baxsan hayana
Analar,bacılar iş üstündədiÇatar göylərə məhəbbəti də
Məhəbbətsiz həyat bir həyat deyil.
Qadınla bölməsən səadətini,
Hələ o səadət,səadət deyil.Dan düşər,gecənin başı ağarar,
Qaranlıq çəkilər aydın səhərlə.
Hər kişi qəlbində işıqlı nə var,
Bağlıdır qadınlı xatirələrlə.Qadın gözlərinin çəkdiyi yolla,
Kişilər evlərə yığılar axşam.
Hər kişi qəlbinin qüssə-qəmini,
Bir qadın sevinci dağıdar axşam .Kişilər,haqlıyıq görün harda biz,
Qadını sevməmək mümkün deyildir.
Günah axtarmayaq qadınlarda biz,
Günahkar onların gözəlliyidir.Gözəllik hər qəlbdə sevgi oyadar
Gücünü eşqində bilər,qadınlar
Oğulla-uşaqla arzuya çatar
Doğma ocağında gülər,qadınlar -
Nemət HACIƏLİYEV.Yeni şeirlər
* * *
Gələr nalə,ah səsi,
Çıxsa aşiqin səsi,
Səni sevən bir kəsi,
Ağlatmağa nə var ki?!Qəlbi sənə verəni,
Təkcə səni görəni,
Sevgiyə and içəni,
Aldatmağa nə var ki?!Aşiq dərddə,azarda,
Hər an giley,güzarda,
Canan gələn bazarda,
Gül satmağa nə var ki?!Allah verən vergini,
Qəlbindəki sərgini,
Qarşılıqlı sevgini,
Yaşatmağa nə var ki?!Röyada şeir oxudan,
Çiçəkləri qoxudan,
Yarı şirin yuxudan,
Oyatmağa nə var ki?!Allah versə fərmanı,
Aşiq sevsə cananı,
Gözəl cümlə cahanı,
Boyatmağa nə var ki?!Hər sözü,hər söhbəti,
Sevgisi,məhəbbəti,
Sakit ruhlu Neməti,
Tək atmağa nə var ki?!* * *
Mən susaram ,gözləyərəm sakitləşəsən
Mən donaram,bircə sən istiləşəsən
Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni,
Küsəndə nazınnan kim oynayardı?!
Çıxsaydı gün axşam,ay səhər
Bəlkə belə olmazdı…
Axı,gecələr xəyalıma gəlirsən daha çox
Yuxusuzluq ərşə çəkilir.
Axı,dəniz səviyyəsində yüksəklərdə
Ən hündür dağ
Yer səviyyəsindən olan dağdan alçaqdı
Amma ,bilmirlər…
Axı,gözümüzdən pərdə asanlar
Teatr göstərəcəklər bizə..
Kim nə sərf edir onu danışır
Mənə isə təkcə sən sərf edirsən
Təkcə sən…
Təkcə sənlə çiynimə qonan kəpənəyi duyurdum,
Təkcə sənlə susuzluqdan çat verən torpağdan
Çıxan zərif gülü görürdüm…
Hisslər sığmaz hecalı bəndlərə
Çərçivələrə
Hisslər uçurumdan bir barmağla sallanan
Xoşbəxt bir kəsin hekayəsidir…* * *
Sənin üçün darıxdım,
Bir çay olub mən axdım,
Ürəyimdə karıxdım,
Xəyallar içə endi.Sənsiz ürək dağladım,
Tənəffüsdə ağladım,
Kitabları bağladım,
Qiymətlər üçə endi.Məktəbin son ilində,
Üzük gördüm əlində,
Yox oldum ürəyində,
Arzular heçə endi…* * *
Eşq içrə nələr çəkdi ürək bir onu bildim
Şeytan da dönüb oldu mələk bir onu bildimGöydən yerə daş düşsədə mən inanmaz idim
İllərdi mənə gəldi kələk bir onu bildimMən sevgini bir dağ sanaraq qürrələnirdim
Dağ çəkdi könül, əsdi külək bir onu bildimHəsrətlə yağış damlasını gözləyən zaman
Min nalə ilə soldu çiçək bir onu bildimGücnən döyünən qəlbimi yar yarıya böldü
Sanki heçnədən əzdi böcək bir onu bildimNemət yenədə gözəllərə aldanan oldu
Vaxt keçdi zaman oldu ələk bir onu bildim -
İlkin ABBAS.”Hara gedirəmsə, sən yanımdasan”
Mən səni fikrimdən ata bilmirəm,
Gecə də, gündüz də xəyalımdasan.
Yediyim çörəkdə, içdiyim suda,
Hara gedirəmsə, sən yanımdasan.Bu eşqin doyunca almadıq dadın,
Duyduq ayrılığın o qəddar səsin.
Dünyada iztirab, həsrət olan şey,
Nə tez üstümüzə saldı kölgəsin?!Nömrəni yığıram min ümidlə mən,
Açmırsan, salırsan canıma əzab.
Mənə bu qədərmi nifrət edirsən?
Telefonuma da vermirsən cavab.Ayrılıq elə bir ağır sözdü ki,
Nöqtəsi, vergülü, nidası da yox.
Həyatda məqsədim, amalım itib,
Sənsiz yaşamağın mənası da yox.Mənə bu qısa vaxt il kimi gəldi,
Başımı qoymuram balınca hələ.
Ağlayıb gözümdən su da atmışam,
Gedən sevgimizin dalınca hələ.İçimdə ağrılı hisslər dolaşır,
Bəlkə bu qəlbimin üsyan səsidir?
Burnumda qalıbdır telinin ətri,
Bu – eşqin ən gözəl xatirəsidir.Gedişin qəlbimə min yara vurdu,
Yaratdın ürəkdə həsrət dağını.
Amma qoruyacam göz bəbəyimtək,
Boynumdan asdığın boyunbağını.Görən sevgi dolu o dəqiqələr,
Qayıdıb gələrmi bir daha geri?
İnan ki ölüyəm, yaşamıram mən,
Səndən ayrıldığım o gündən bəri… -
Gülnarə İSRAFİLQIZI.”Ölürəm gözlərim ölmür elə bil”
Ölürəm gözlərim ölmür elə bil .
Dənizdən püskürən vulkan kimiyəm.
Özümdən özümə yol getmir daha.
Səssizcə uzanan orman kimiyəm.İçimdən çölümə çıxmır alovum.
Daş alıb əlimə gözümü ovum.
Bilmirəm ormanmı, vulkanmı olum.
Özümlə əlləşən tüğyan kimiyəm.Elə bil ölməkdən qayıtmayacam.
Özümü yuxudan ayıltmayacam.
Ruhumu göylərdə alçaltmayacam
Son dəfə verilən fərman kimiyəm.. -
Afət VİLƏŞSOY.Yeni şeirlər
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü
Sabah yağış yağacaq
Yağış mənim göz yaşım,
Səndən qopan son baxış,
Gedişin çaparaqdı,
Gəlişin qarış-qarış.Vayına oturdular-
Baharım yox, yazım boş.
Ya gəl daha qışıma,
Ya taleyinlə barış. (daha&helliip;) -
Harika UFUK.”Günaydın…”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
ŞEHİT AĞACI
Ağaca asılmış asker künyesi,
Kuru sedir anıt, yürekte acı,
Dayanamaz buna insan bünyesi,
Kuru sedir anıt, yürekte acı,
Altı bin künyeli şehit ağacı.Gencecik yiğitler toprak mı oldu,
Gözlerim ıslandı, yürek kan doldu,
Taze gelinlerin renkleri soldu,
Ağlar ana-baba, kardeş, eş, bacı.
Altı bin künyeli şehit ağacı.Ayıramaz olduk, düşmanı dostu,
Ayılar giymişler kurt-kuzu postu,
Bizi bize düşman etmek mi kastı,
Unutma, bütünüz, vatan baş tacı.
Altı bin künyeli şehit ağacı.Türk’üz başımız dik, sanma eğildik,
Köydük, kasabaydık, ilçeydik, ildik,
Ne oldu acaba böyle değildik?
Kim içirdi bize gaflet ilacı?
Altı bin künyeli şehit ağacı.Sevgi duygusuyla girdik kol kola,
Hadi yürüyelim, umutlu yola,
Duamız birliktir, ebedi ola,
Gönüller Kâbe’dir, dilekler hacı.
Altı bin künyeli şehit ağacı.Harika’m perişan, bu olay elim,
Kalemim yazmıyor, tutmuyor elim,
Dik durmak zorlaştı, kırıldı belim,
Milletim bölünmez, uyur birkaçı,
Altı bin künyeli şehit ağacı.27 Ekim 2009.Adana
NOT: Bu şiir 27 Ekim 2009 TV’de akşam haberleri izlenirken kaleme alınmıştır.
“Heykeltıraş Derviş Özer, 1980’den beri terörle mücadelede şehit olan Mehmetçiklerin künyelerine yer verdiği ağaç anıtı Ankara’nın Kızılcahamam ilçesinde tamamladı.
Vatan için canını verenleri ölümsüzleştirmek için Türkiye’nin ilk ağaçtan şehitler anıtını yapmaya karar verdiğini belirten Derviş Özer, “6 bin şehidimizin künyelerini bir yılda tamamladım. Künyeleri tek tek yazarken çok ağladım” dedi. Anıt için Şehit Fatih Duru Parkı’na kurumuş bir sedir ağacı dikildi. Şehitler Anıtı 29 Ekim’de düzenlenecek törenle açılacak.”
İNTERNET VE TV HABERLERİ -
Milyonlarla dollarlıq layihə: İslamofobiya…
Xüsusilə 11 sentyabrdan sonra Avropada və ABŞ-da artan İslam əleyhdarlığı səbəbindən Qərb cəmiyyətində günlük həyatda müsəlmanlara qarşı ön mühakimənin və ayrı-seçkiliyin artdığı məlumdur. Bu ayrı-seçkilik və ön mühakiməyə görə Qərbdə yaşayan müsəlmanların istər ictimai, istərsə də iş həyatında bir çox çətinlik və problemlərlə üzləşdiyi də bir həqiqətdir.
11 sentyabrdan irəli gəldiyi deyilsə də, əslində İslamın qlobal təhlükə olaraq önə sürülməsi və İslamofobiyanın siyasi və ideoloji əsasları 90-cı illərin əvvəllərinə gedib çıxır. Keçmiş ABŞ Müdafiə Nazirinin müşaviri Samuel Hantinqtonun «Foreign Affairs» adlı elmi jurnalının 1993-cü il yay sayında dərc etdiyi, sonradan da geniş kitab halına saldığı «Mədəniyyətlər qarşıdurması» məqaləsinə qədər…
Mədəniyyətlər qarşıdurması fikri Soyuq müharibədən sonra artıq qərb-şərq qütbləşməsinin olmadığı və bundan sonra əsl münaqişənin mədəniyyətlər arasında, xüsusilə də Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında olacağını proqnozlaşdırırdı. Qəribədir ki, bugünkü vəziyyət eynilə Hantinqtonun proqnozlaşdırdığı kimi həyata keçdi və bu hələ də davam edir.
«Mədəniyyətlər qarşıdurması» fikrinin ortaya atılmasından dərhal sonra «The New York Times» qəzetinin 1993-cü il sentyabr sayında yeni «düşmən» bu şəkildə elan edilirdi: «İslam fundamentalizmi sürətlə qlobal təhlükəsizlik və sülh üçün ən önəmli təhlükə halına gəlir. 1930-cü illərdəki nasizm və faşizm, 1950-ci illərdəki kommunizm təhlükəsi qədər böyük təhlükədir bu…»
İslamı dinsiz və amansız ideologiyalardan daha təhlükəli görmək və göstərmək şübhəsiz çox acınacaqlı vəziyyətdir. ABŞ-ın ən məşhur kütləvi informasiya vasitələrinin birində dərc edilən və Hantinqtonun fikrini daha dəqiq və sərt şəkildə dilə gətirən bu ifadələr bu gün kilid olan bəzi sualları yaradır: Görəsən Hantinqton həqiqətən də gələcəyi çox yaxşı görmüşdü, yoxsa o tarixdən sonra İslamı dünya miqyasında bir nömrəli hədəf göstərəcək uzun müddətli, qlobal layihənin nəzəri və psixoloji dayağını hazırlayırdı?İslam əleyhdarlığı üçün xərclənən milyonlarla dollar
Miqrantlar ölkəsi olan ABŞ-dakı İslamofobiyanın Avropaya nisbətlə daha aşağı səviyyədə olduğu məlum olsa da, son günlərdə dərc edilən önəmli bir hesabat pərdə arxasındakı İslam əleyhinə təşkilatlanmanın daha yuxarı səviyyələrə çatdığını göstərdi.
«Center for American Progress» adlı düşüncə mərkəzinin dərc etdiyi “The Islamophobia Network’s Efforts to Manufacture Hate in America” (Amerikada nifrət yaratmaq üçün səy göstərən İslamofobiya şəbəkələri) başlıqlı hesabata görə, 2001-2012-ci illər arasında İslam əlehdarı kompaniyalar təşkil edən qurumlara edilən maliyyə yardımının həcmi 57 milyon dollara çatır. İllərdir İslam dini və müsəlmanlar əleyhində hər fürsətdə bütün imkanlarından istifadə edərək nifrət istehsal edən bu düşüncə mərkəzlərinin və bunlara maliyyə dəstəyi verən 8 əsas sponsor və verdikləri pulun miqdarı hesabatda yer alır.
İslam əleyhinə xəbərlər, elanlar, reklamlar, karikaturalar, filmlər, sənədli filmlər kimi vasitələrlə həyata keçirilən İslamofobiya kampaniyası və propaqandalar Amerika cəmiyyətində sadə müsəlmanlar haqqında belə sanki zorakılıq tərəfdarı terror təşkilatı üzvləri imiş kimi bir imaj yaradır.
Hesabata görə, media və bir sıra siyasətçilərin baş rolunu oynadığı bu kampaniyalarda ABŞ ictimaiyyətində «müsəlmanlar ABŞ-ın şəriətlə idarə edilməsini istəyir» kimi konspirasiya nəzəriyyələrinə əl atılır. 2016-cı il prezident seçkilərinə qədər sürətlə həyata keçirilən bu İslamofobiya propaqandası sayəsində ən çox «xilas edən» rolunu oynayacaq namizədin ABŞ xalqından ən çox səsi alması məqsədi güdülür. Müəyyən insanların siyasi fikirlərində və seçki propaqandalarında İslamofobiya ən vacib yeri tutur.
UCLA professoru Travis Diksonun bir araşdırmasına görə, ABŞ mediasında müsəlmanlar Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatlarından daha çox terrorist kimi qələmə verilir. 2008-2012-ci illər arasında milli və kabel yayımı şəbəklərindən nümunə kimi seçilən 146 bölməlik xəbər proqramında yerli terrorist kimi göstərilənlərdən 81%-i müsəlman olaraq göstərilmişdi.
Halbuki, bu tarixləri əhatə edən FTB hesabatlarında şübhəli şəxslərdən yalnız 6%-nin müsəlman olduğu göstərilirdi.
Media quruluşları, internet saytları, düşüncə mərkəzləri və siyasi platformalar üzərindən qətiyyətlə davam etdirilən bu qərəzli nifrət kompaniyası İslama və müsəlmanlara qarşı çox dəqiq bir proqramın həyata keçirildiyinin açıq göstəricisidir.İslamofobiya əslində İslam deyil, radikalizm qorxusudur
İslamofobiya seçki siyasətləri, qlobal mənfəətlər, İslam aləmindəki qətliamları leqallaşdırma, Yaxın Şərqdə nəzarəti əldə saxlama, İslam dünyasının təbii zənginlikləri üzərində hakimiyyət qurmaq və Yaxın Şərqi sonu gəlməyən alov və qan gölünə çevirmək planları kimi müxtəlif mənfəətlər istiqamətində qızışdırılsa da problemin digər və daha çox köklü bir tərəfi var: İslam dünyasını əhatə edən radikalizm!
Təəssüf ki, bu gün müsəlmanların böyük əksəriyyəti savadsızlıqdan İslam adı altında radikalizm bataqlığına sürüklənmiş vəziyyətdədir. Radikalizm, digər deyişlə xurafatçı din anlayışı müasir həyata düşmən, müxtəlif fanatik, mühafizəkar qəbilə ənənələrinin xurafatlarla sintezlənməsindən meydana gəlmiş azğın düşüncə tərzidir. Quranda göstərilən əsl İslam əvəzinə bütövlükdə xurafat dinini mənimsəyən və bu səbəbdən müharibəni, fanatizmi, qadınlara, sənətə, elmə, estetika və keyfiyyətə qarşı qəzəbi yaşayış forması olaraq görən bir cəmiyyətin varlığı bütün dünyanı narahat edir. Bu insanlar İslam adına ortaya çıxır və insanlara Allah adına qorxu salır, gözəl olan hər şeyi qəzəb səbəbi olaraq görürlər. Əlbəttə ki, belə mənfi və ürküdücü bir model qarşısında İslamın əsli haqqında bilgisi olmayan Qərb insanının qorxu və narahatlıq keçirməsi çox təbii haldır.
Qurandakı orijinal forması ilə İslam- sevgi, şəfqət, sülh, qardaşlıq, sənət, mədəniyyət, müasirlik, təmizlik, nəciblik kimi ən inkişaf etmiş və ən keyfiyyətli həyat səviyyəsini və ən üstün əxlaqi xüsusiyyətləri müdafiə edir. Qurandakı İslam xurafat dininin tam əksinə ən ön mühakiməli insanın belə bütün səmimiyyəti ilə müdafiə edib dəstəkləyəciyi və dünyanı əsl sülh şəraitinə aparacaq modeldir.57 milyon dolların təkcə bir neçə milyon dolları belə bütün insanlara İslamın əslini tanıtmaq, İslam və radikalizmin fərqini göstərmək və radikalizmin düşüncə tərzini əbədi olaraq yox edərək bundan irəli gələn terror bəlasının sonunu gətirmək üçün artıqlaması ilə kifayətdir. Ancaq bu ən köklü, təsirli və praktik üsulun hələ də bəzi çevrələrin mənfəəti ilə üst-üstə düşməməsi həll yolunun önündəki ən böyük əngəldir.
1. http://www.ibtimes.com/british-link-muslims-terrorism-reject-syrian-refugees-poll-finds-1968995
Adnan Oktarın «Morocco World News»də dərc olunan məqaləsi:
http://www.moroccoworldnews.com/2015/08/165502/a-million-dollar-project-islamophobia-2/
http://www.harunyahya.org/tr/Makaleler/207296/Milyonlarca-dolarlik-bir-proje-Islamofobi -
Təranə ŞƏMS.Yeni şeirlər
İçməyən yerdə
Dünyanın dərdləri, qovursa məni,
Yandırıb odun da, qovursa məni,
Küləyin mehi də, sovursa məni,
Əkildim, insanlıq itməyən yerdə.Özünü yerdə yox, göydə bilənlər,
Ağacı, budaq yox, gövdə bilənlər,
Allaha imanı, tövbə bilənlər,
Ümidlər susayar, bitməyən yerdə.
(daha&helliip;) -
Mais TƏMKİN.”Öldürər şairi”
Xalq Şairi Zəlimxan Yaqubun şeirinə nəzirə.
Ey gül, sənsiz ərşə çıxıb yuxum, gəl,
Məst eləyən müşk ətirli qoxum, gəl.
Durub mənə gendən baxma, yaxın gəl,
Oğrun baxan göz öldürər şairi.Qovuşmasam öz əhdimə bu yazda,
Dərd ürəkdə aşıb-daşar bir az da.
Əl çəkməsən, bu işvədən, bu nazdan,
İşvə, qəmzə, naz öldürər şairi.Hərdən olur, tez özündən çıxırsan,
Şımşək olub başım üstə çaxırsan.
Gecə-gündüz yandırırsan, yaxırsan,
Qorxmayırsan, köz öldürər şairi?Genişlik sənsiz mənə olub dar,
Sıxır məni, boğur məni dörd divar.
Ələndikcə ürəyimə soyuq qar,
Şaxta vurub, buz öldürər şairi.Sevinc ilə fələk vurub aramı,
Dərdi verib, gizlədibdi çaramı.
Bir bu qədər gəl, göynətmə yaramı,
Sızıldatma, duz öldürər şairi.İzn vermə, dərd sinəmdən asıla,
Mais qəmdən künc-bucağa qısıla.
Ver əlini, gəl qovuşaq vüsala,
Çünki həsrət tez öldürər Şairi. -
Əlirza HƏSRƏT.Yeni şeirlər
VƏFALI İT HAQQINDA BALLADA
Qıvrılıb yatıbdır qapı ağzında,
Yiyəsiz bir evdə kənizdir bu it.
Köpək baxışından nur yağır sanki,
Belə nə göyçəkdir,təmizdir bu it.Yoxdur it könlünü oxşayan,alan,
Şirin arzuları,istəyi talan.
Köçən sahibindən əmanət qalan,-
Köhnə xatirədir,bir izdir bu it. (daha&helliip;) -
Nemət HACIƏLİYEV.”Mən susaram ,gözləyərəm”
Mən susaram ,gözləyərəm sakitləşəsən
Mən donaram,bircə sən istiləşəsən
Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni,
Küsəndə nazınnan kim oynayardı?!
Çıxsaydı gün axşam,ay səhər
Bəlkə belə olmazdı…
Axı,gecələr xəyalıma gəlirsən daha çox
Yuxusuzluq ərşə çəkilir.
Axı,dəniz səviyyəsində yüksəklərdə
Ən hündür dağ
Yer səviyyəsindən olan dağdan alçaqdı
Amma ,bilmirlər…
Axı,gözümüzdən pərdə asanlar
Teatr göstərəcəklər bizə..
Kim nə sərf edir onu danışır
Mənə isə təkcə sən sərf edirsən
Təkcə sən…
Təkcə sənlə çiynimə qonan kəpənəyi duyurdum,
Təkcə sənlə susuzluqdan çat verən torpağdan
Çıxan zərif gülü görürdüm…
Hisslər sığmaz hecalı bəndlərə
Çərçivələrə
Hisslər uçurumdan bir barmağla sallanan
Xoşbəxt bir kəsin hekayəsidir… -
Şəhanə MÜŞFİQ.”Qismətimiz beləymiş” (Hekayə)
İki həftə öncə köçmüşdülər yeni evlərinə. İyirmi iki il yaşadığı məhləni, mühiti qoyub bambaşqa bir yerə gəlmişdilər. İki həftə keçməsinə baxmayaraq, nə təzə mənzilə, nə də mühitə öyrəşə bilirdi. Universitetdə oxuduğu üçün səhər tezdən dərsə gedir, bir də axşam qayıdırdı. Heç ən yaxın qonşularını belə tanımırdı. Anası elə bura gəldiklərinin ikinci günü qapıbir qonşularıyla tanış olmuşdu. Arabir evdə qonşunun söhbətini də edirdi. Hələ ki üzünü belə görməsə də anasının söhbətlərindən qonşu Zivər xala və onun ailəsi haqqında bəzi təsəvvürləri yaranmışdı artıq. Anasının dediyinə görə Zivər xalanın bir oğlu və bir qızı var idi. Oğlunun 26, qızın isə 20 yaşı var idi. Demək ki, oğlu ondan dörd yaş böyük, qızı isə iki yaş kiçik idi. Dərsləri, işləri o qədər çox idi ki, başqa heç nə ilə maraqlanmamış, anasının ara – sıra danışdıqlarını da çoxdan unutmuşdu. (daha&helliip;)
-
Sərvər KAMRANLI.”Daha varlığın da məni üşüdür”
Daha varlığın da məni üşüdür,
Daha buz bağlayıb əlində əlim.
Bir vaxt danışardı baxışlarımız,
İndi o baxışlar laldı, gözəlim.Alma yanaqların niyə qızarmır,
Hanı gözlərində gizli baxışlar?
Deyəsən, yamanca peşman olmusan,
Gözündən boylanır sözlü baxışlar.Yaman dəyişmisən yaman, a zalım,
Beləcə tanıya bilmirəm səni.
Nə ola, bu görüş sonuncu olsun
Özüm də qınaya bilmirəm səni. -
Gülnar SƏMA.”Ramil Əhməd və ya “Zaman tuneli”ndə zamanı sıfırlayan şair”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüÇağdaş ədəbi gəncliyimizin ən məhsuldar gənclərindən biri Prezident təqaüdçüsü, Gənclər mükafatçısı Ramil Əhməddir. Onun işlək qələmi tələbəlik illərinin ən sadiq yol yoldaşı oldu. Ramil publisistik yazıları, dünya ədəbiyyatı və filmləri barəsində esseləri, şeirləri ilə diqqət çəkir. Onun orijinallığı ilə seçilən ilk kitabı – “Zaman tuneli” “AYBkitab” layihəsi çərçivəsindən işıq üzü gördü. “Zaman tuneli” texniki tərtibatından tutmuş şeirlərdəki məcazlara qədər özünəməxsusluğu ilə fərqlənir. Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir. Burada keçmiş və gələcək iç-içə keçirilib, ağ və qara arasındakı xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb. (daha&helliip;)
-
Zeynəb DƏRBƏNDLİ.”Ulu Dərbənd”
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvüÜrəyisən göy Xəzərin,
Eniş-yoxuş küçələrin,
Tarixisən şəhərlərin,
Hər ölkənin yolu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.Dağ tək hündür hasarların,
Biz bəzəkdir qapıların.
Qaynar gözlü bulaqların,
Çeşmələri sulu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.Narın qala görən gözün,
Gəzir el dilində sözün.
Bir tarixdir dağın, düzün.
Meşəsi gül kolu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.Əlim sənlə fəxr eyləyir,
Hər yer səni əzizləyir.
Əllər sənə alqış deyir.
Elin qanad, qolu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.Sən bu Zeynəbin özüsən,
Şirin söhbəti, sözüsən.
Millətin görən gözüsən.
Qonaqları dolu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.20.08.2015 15:50
-
“Xoşbəxtliyi Sumqayıtda, bu gözəl şəhərdə tapmışam”
Azərbaycan kimya sənayesinin tarixində ən mühüm hadisələrdən biri Sumqayıt kimya sənayesinin patriarxı sayılan Səthi aktiv maddələr zavodunun istismara verilməsi olmuşdur. Kimya sənayesinin inkişafında özünəməxsus rolu olan bu müəssisə uzun illəri əhatə edən fəaliyyəti ərzində 30-dan artıq müxtəlif çeşidli məhsullarını Sovetlər Birliyinin bütün respublikalarına, 15-ə yaxın xarici ölkəyə, ümumilikdə isə 100-dən artıq ünvana göndərərək ölkə büdcəsinə külli miqdarda gəlir gətirmişdir. Ötən 70 il ərzində zavod minlərlə insana qucaq açmış, bu insanların hər birinin taleyində silinməz izlər buraxmışdır. Bunların arasından zəhmətkeşliyi, əzmkarlığı ilə fərqlənən, kimyaçı peşəsini bütün peçələrin alisi sayan və bu peşəni öz əməyii ilə şərəfləndirən yüzlərlə insan şöhrət zirvəsinə ucalmış, orden və medallara, yüksək fəxri adlara, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatlarına layiq görülmüşlər. Onların sırasında müəssisənin ilk və uzun müddət direktoru olmuş Azərbaycanın Əməkdar mühəndisi, Lenin ordenli Mehdi Mehdiyev, SSRİ-nin əlaçı kimyaçısı, «Qırmızı Əmək Bayrağı» ordenli Əliş Mustafayev, Sosialist Əməyi Qəhrəmanı, aparatçı Dadaş Dadaşov, Azərbaycanın Əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, hazırda Prezidentin fərdi təqaüdçüsü Zülfü Sadıqov, «Qırmızı Əmək Bayrağı» ordenli çilingər İnqilab Səfərov, Lenin ordenli aparatçı Əlisəfa Səfərov, həmçinin bir sıra mükafatlara layiq görülmüş tanınmış kimyaçılar Lazar Avlastimov, Camal Məmmədov, Qafar Ağayev, Qılıncxan Tağıyev, Arif Musayev, Əmir Abdullayev, Samir Manafov, Firudin Abdullayev, Xəlil Bağırov və onlarla digər əmək adamları var idi.
(daha&helliip;) -
Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov: “Sumqayt şəhərinin bütün məhəllə və mikrorayonları, bütün kimya müəssisələri mənim gözlərim önündə tikilib.”
Azərbaycan kimya sənayesinin tarixində ən mühüm hadisələrdən biri Sumqayıt kimya sənayesinin patriarxı sayılan Səthi aktiv maddələr zavodunun istismara verilməsi olmuşdur. Kimya sənayesinin inkişafında özünəməxsus rolu olan bu müəssisə uzun illəri əhatə edən fəaliyyəti ərzində 30-dan artıq müxtəlif çeşidli məhsullarını Sovetlər Birliyinin bütün respublikalarına, 15-ə yaxın xarici ölkəyə, ümumilikdə isə 100-dən artıq ünvana göndərərək ölkə büdcəsinə külli miqdarda gəlir gətirmişdir. Ötən 70 il ərzində zavod minlərlə insana qucaq açmış, bu insanların hər birinin taleyində silinməz izlər buraxmışdır. Bunların arasından zəhmətkeşliyi, əzmkarlığı ilə fərqlənən, kimyaçı peşəsini bütün peçələrin alisi sayan və bu peşəni öz əməyii ilə şərəfləndirən yüzlərlə insan şöhrət zirvəsinə ucalmış, orden və medallara, yüksək fəxri adlara, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatlarına layiq görülmüşlər. Onların sırasında müəssisənin ilk və uzun müddət direktoru olmuş Azərbaycanın Əməkdar mühəndisi, Lenin ordenli Mehdi Mehdiyev, SSRİ-nin əlaçı kimyaçısı, «Qırmızı Əmək Bayrağı» ordenli Əliş Mustafayev, Sosialist Əməyi Qəhrəmanı, aparatçı Dadaş Dadaşov, Azərbaycanın Əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, hazırda Prezidentin fərdi təqaüdçüsü Zülfü Sadıqov, «Qırmızı Əmək Bayrağı» ordenli çilingər İnqilab Səfərov, Lenin ordenli aparatçı Əlisəfa Səfərov, həmçinin bir sıra mükafatlara layiq görülmüş tanınmış kimyaçılar Lazar Avlastimov, Camal Məmmədov, Qafar Ağayev, Qılıncxan Tağıyev, Arif Musayev, Əmir Abdullayev, Samir Manafov, Firudin Abdullayev, Xəlil Bağırov və onlarla digər əmək adamları var idi. (daha&helliip;)
-
Abdulla MƏMMƏD.”Təsadüf”
Bu nə təsadüfdür, bu nə təsadüf?
Gör harda rastlaşdıq, üz-üzə gəldik.
Ah, necə toy tutdu mənə təsaduf,
Yerin altında da göz-gözə gəldik!Bu boyda gen dünya tutmadi bizi,
Bu küylü şəhərdə səssiz ayrıldıq.
Ayrıldıq, eşqimiz atmadı bizi,
Ayıldıq-təəssüf çox gec ayıldıq.Olub keçənləri mən necə danım?
Sənsiz adiləşib gündüzüm, gecəm.
Kiməsə beləcə lazimmiş, canim,
Ağrıya, acıya dözüm beləcə.Nələr arzuladıq-gör nələr oldu…
Demə bu görüş də gerçək yuxudu.
Dilimin qisməti qüssələr oldu,
Sözüm misra-misra həsrət qoxudu.Bu metro, bu uşaq, bu sən, bu da mən,
Bu da çisənləyən qəmli baxışın.
“Gənclik”də düşmədin, söylə niyə sən,
Gənclik xatirəmin qəmli naxışı?Zorla öyrəşmişdim sənsizliyinə,
Sən demə özün tək qüssən də gözəl.
Məni məndən edən bu görüş yenə
Siğınıb sayqıli qüssəmə, gözəl.Artıq olan olub, hər şey ötüşüb,
Sən əli uşaqli, mən əli qəmli,
Dil də bıçaq kimi yaman küt düşüb,
Dilim söz kəsməyir, ay dili qəmli!Azərbaycan-Quba.
Qeyd:”Gənclik” Baki Metrostansiyasında dayanacaq(stansiya) adı.
-
Təranə Turan RƏHİMLİ.”Elçin İsgəndərzadə poeziyası”
TƏRANƏ TURAN RƏHİMLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosentXARIBÜLBÜL HƏSRƏTİYLƏ VƏTƏNLƏŞƏN ŞAİR
“Əsil hörmət insanın mənəvi məziyyətinə edilən hörmətdir.” XVIII əsr rus yazıçısı Fonvizinin bu qənaətini real həyata, çevrəmizdəkilərə tətbiq edəndə çox az adama məhz insanlığın ali keyfiyyəti olan mənəviyyatına görə hörmət edildiyini görürük. Mənəvi aləminə, bu aləmin ifadəçisi olan istedadına, istedadın təhrikilə cəmiyyətə təqdim etdiyi sənətinə görə nüfuz qazananlar bu hörmətə əbədi sahiblənənlərdir. Haqqında söhbət açacağım Elçin İsgəndərzadə təmsil olunduğu cəmiyyətdə, yaşayıb-yaratdığı mühitdə milli-mənəvi dünyasını, əqidəsini, amalını sözbəsöz misralarına, sətirlərinə səpələdiyi yaradıcılığı ilə belə bir sarsılmaz nüfuzun, hörmətin sahibidir. Və bu nüfuz yalnız milli cəmiyyətimizlə məhdudlaşmayıb, çox geniş bir çevrəni əhatə edir. Ölkəmizin hüdudları daxilində onun milli vətənpərvər şair, jurnalist, tərcüməçi, naşir, azərbaycançı, türkçü ziyalı kimi Azərbaycan və Türkiyə ədəbi, elmi mühitində özünütəsdiqi ədəbi ictimaiyyətimizə yaxşı məlumdur. Lakin Elçin İsgəndərzadənin bu çevrəni ildən-ilə böyüdüb ümümtürk sferada, daha sonra bir sıra Qərb ölkələrində ədəbi təsdiqi onun Beynəlxalq miqyasda bədii, elmi, fəaliyyəti, təşkilatçılıq məharəti, tərcüməçilik və naşirlik bacarığı ilə bağlıdır. (daha&helliip;)
-
Təranə Turan RƏHİMLİ.”Bəxtiyar Vahabzadə poeziyası”
TƏRANƏ TURAN RƏHİMLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosentBƏXTİYAR VAHABZADƏ POEZİYASI
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏMüasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə mayasını el ədəbiyyatından, ətrini vətən torpağından, gücünü xalq ruhundan alan möhtəşəm yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində müstəsna rol oynamışdır. Şairin çoxcəhətli yaradıcılığı millətimizin keçmişi, bu günü, gələcəyi ilə bağlı fikir və duyğular, həyata, sənətə fəlsəfi görüş və baxışlar məcmusu kimi diqqətəlayiqdir. Azərbaycan xalqının yüzilliklərin sınağından çıxmış, daim inkişafda olan milli mənəvi-əxlaqi dəyərlərinə, adət-ənənələrinə sədaqət hissi, azərbaycançılıq məfkurəsi, türkçülük təəssübkeşliyi bu poeziyanın dayaq sütunlarını təşkil edir.
Ömrünün altmış ilini müqəddəs sənət qayəsinə xidmət üçün yorulmadan qələm çalan şair əsərləri ilə xalqımızı milli özünüdərkə səsləmiş, millətinin daim sevgi və ehtirama layiq olduğunu, bütün müqəddəs amalların fövqündə dayandığını nəzərə çatdırmışdır. Çingiz Aytmatov bu cəhətə diqqət yetirərək yazırdı: «Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri səviyyəyə qalxır… İndiki halda sən azərbaycanlı şairi oxuyanda dünyanı duyursan.» (daha&helliip;) -
Təranə Turan RƏHİMLİ.”Akif Səmədin poeziyası”
TƏRANƏ TURAN RƏHİMLİ,
şair-araşdırmaçı,
filologiya üzrə fəlsəfə doktoru, dosentSƏSİ UZAQLARDAN GƏLƏN, UZAQLARA GEDƏN ŞAİR
Akif Səməd 80-ci illər ədəbi nəslinə mənsub şairdir, daha obrazlı desək, milli ədəbiyyatımızda bəxti gətirməyən, “itirilmiş” daha bir ədəbi nəslin nümayəndəsidir. Cəmiyyətin, ictimai quruluşun fövqəladə natarazlığının, bu natarazlıqdan doğan laqeyd münasibətin onun ədəbi taleyindəki izləri də təkcə Akif Səmədin şair taleyinə aid deyil, bütövlükdə 80-cilərin “alın yazısı”dır. Və bu dəfə özünəqədərki və özündənsonrakı ədəbi nəsillərdən fərqli olaraq nədən “itirildiyini” bilməyən, buna hərhansı tutarlı bir səbəblə bəraət (bəlkə də bəhanə deyilməlidi) qazandırmaqda çətinlik çəkən, beyni suallarla dopdolu bu ədəbi nəsil – 80-cilər nə özündən xeyli əvvəlki 20-30-cu illər ədəbi nəsli kimi repressiya qədər ağır, faciəvi bir vəziyyət üzündən “itirilmişdi”, nə də özündən az sonrakı 90-cılar kimi Qarabağ müharibəsi, “keçid dövrü” girdabında əriyiub-itmişdi. 80-cilər sovet imperiyasının yenidənqurma fırtınasında başını itirmiş cəmiyyətin laqeydliyinin qurbanına çevrildi. Cəmiyyət bu ədəbi nəslə layiq olduqlarını verə bilmədiyi üçün uzun müddət onları “gənc” adlandırmağa belə məcbur oldu. 90-cı illərin sonlarında Akif Səmədin dilindən eşitdiyim “Qorxuram həştadımızda da bizə “gənc şair” deyələr” ironiyasının özündə də bu ədəbi nəslin daha “gənc” olmaqdan bezdiyini, bu “gənc” adı altında ədəbi prosesdəki yerinin, mövqeyinin dürüst dəyərləndirilmədiyini, “gənc şair” adlanmağın layiq olduqlarını cəmiyyətdən almaq yolunda bir maneəyə çevrildiyini görmək çətin deyildi. (daha&helliip;)





















































