Post Views: 46 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı XX əsrin ən böyük və dəhşətli faciəsi olan Xocalı Soyqırımının ildönümü ilə əlaqədar olaraq, Türk dünyasının …
Nail DAĞLAROĞLU.”Dağları”
Post Views: 55 Yadımdadı hər cığırı, hər daşı, Bircə an da unutmaram dağları. Anam olub, balasıyam əzəldən, Ölənəcan yad tutmaram dağları. Körpəlikdən qucağında dolandım, Səhər-səhər şehə suya bulandım. Ayrılanda yanar oda qalandım, Qürbətelə mən satmaram dağları. Vəsf edərəm, gözəl sözlər düzərəm, Ayrılanda ürəyimi üzərəm. Son günədək qucağında gəzərəm, Nail deyər, mən atmaram dağları.
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 47 ÇƏK BÜLÖVƏ RUHUNU Vaxtı deyil yatmağın, ey millət , oyan! Varlığıma mənliyin , qerətin olsun həyan. Duy özünü dərk elə , dön içinə bir daha, Dağ kimi söykən yenə qeyrətinə , Allaha. Çək bülövə ruhunu , bəsdi sığındın qına, Qoyma dağılsın Vətən , qalx onu sal sahmana. Vermə aman düşmənə , dön …
Mais TƏMKİN.”Xocalı faciəsinə”
Post Views: 57 Gülləri saralmış bağ dözə bilməz, Biz necə dözürük bu dərdə, Allah? Qaya parçalanar, dağ dözə bilməz, Biz necə dözürük bu dərdə, Allah? Yüzlərlə insanın kəsilib başı, Bu kədər ağladır torpağı, daşı. Axır üzümüzə acı göz yaşı, Biz necə dözürük bu dərdə, Allah ? Kimlər çəkdi yolumuza hasarı? Verdi bizə bu qəmi, bu …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 52 GET Ürəyimi vermişəm, Tut əlindın götür, get. Xəyalım otağında, Dur qapıdan ötür, get. Qoyma nisgilli qala, Həsrət saçını yola. Sən salma haldan-hala, Vüsalını gətir, get. Gözü yolunda qalıb, Nəfəsin səndən alıb. Ürəyində yurd salıb, Sən özünü yetir, get. Aşiqdi göz-qaşına, Sevgi baxmaz yaşına. Bulaşdın üst başıma, Paltarımda ətir, get. MƏNİ BAĞIŞLA Səni …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 55 ƏSGƏRƏM ANA Hisslər atəşlədi qəlbdəki odu, Yoxdur sevincimin həddi, hüdudu. Tanrıdan istəyim, bax gerçək oldu, Əsgərəm, Ana! Haqqında minlərcə xəyal qurduğum, Səngərdə, sərhəddə hazır durduğum. Vətənə ya qazi,şəhid olduğum, Əsgərəm, Ana! Oğul,ər böyütdün,öndə dayana, Qurbandır gənc canım vətənə, sana. Düşmən cavab versin tökdüyü qana, Əsgərəm, Ana! Hünərdir,zəfərdir axşam, sabahım, Dilimdə təkbirim, qəlbdə …
Şəfa VƏLİYEVA.”Üşüdünmü bu axşam?”
Post Views: 49 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Üşüdünmü bu axşam? Keçdimmi ürəyindən? Mən elə darıxmışam… Sən bildinmi, bilmirəm… Ütüləyib yığdığım Xatirələri açdım… Bir vaxtlar utandığım Şəkillərinə baxdım… Adın çəkdim… bəzəndi Dünyam nişanlı qıztək… Günlər ürək üzəndi… Gəl, ömrün ipini çək… Gəl, götür əllərimdən Əlinin yaddaşını… Pozmağa …
Mehriban İBRAHİMOVA.Yeni şeirlər
Post Views: 70 DUYĞULARIM,DÜŞÜNCƏLƏRİM.. Kim nə deyir ,qoy desin, Gözəl düşün ,gözəl yaz, Bu dünyada onsuz da , Biri çoxdu ,biri az. Düşünmə ki dünyanən, Sevinci var qəmi var, Sən düşün ki dünyanın, Sirrli-sirli dəmi var. Sirr açarı özünsən, Sevinc səndə ,qəm səndə, Sən elə yaşayırsan , Düşündüyün aləmdə. Bir yetimin göz yaşın, Silə bilsən …
“Unutulmayan Hocalı” Şiirler Antolojisi
Post Views: 47
Gənc xanım yazar Ülkər Dəniz DGTYB-ə üzv qəbul olunub
Post Views: 52 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi, bədii qiraətçi, şairə-jurnalist, gənc xanım yazar Ülkər Dəniz (Piriyeva) DGTYB-yə yeni üzv qəbul olunan yazarlar arasında yer alıb. Qeyd …
Xaliq MƏMMƏDOV.”Bu mümkünsüz məhəbbətdi”
Post Views: 46 Əvvəl vardı çox ümüdüm. Qəlbdən gördü ox ümüdüm. Qovuşmağa yox ümüdüm. Bu mümkünsüz məhəbbətdi. Bu könlümdə istəsəmdə. Hey sevgiylə bəsləsəmdə. Mən bezmədən gözləsəmdə. Bu mümkünsüz məhəbbətdi. Alınmadı bizdə gülüm. Çünki sevdin sözdə gülüm. Ağlasada gözdə gülüm. Bu mümkünsüz məhəbbətdi. Necə döndük biz bir yada? Ömür qurban bir fəryada. Can versədə qəlb dəryada. …
Xaliq MƏMMƏDOV.”Canım, gözüm Naxçıvanım”
Post Views: 59 Səfalıdır hər torpağın. Hər qarışın, hər bir bağın. Solun düşmən, qardaş sağın. Canım, gözüm Naxçıvanım. Torpağına qurban olum. Sənlə gülüm, sənlə dolum. Sənə gəlir hər bir yolum. Canım, gözüm Naxçıvanım. Çox gözəldir Batabatın. Hər qarışın, kəhlən atın. İzin ver qoynunda yatım. Canım, gözüm Naxçıvanım. Müalicədir o duz dağı. Yerdən çıxan zor bulağı. …
Şəfa VƏLİYEVA.”Uzaqlar… sərin olurmu?”
Post Views: 52 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Uzaqlar… sərin olurmu? Yoxsa orda üşüyürsən? Ümidlər bir-bir ölürmü? Ölümləmi yaşayırsan? Uzaqlar… rəngi necədi? Oxşayır hansı donuma? Orda saatın neçədi? Nə qədər qalıb sonuma? Uzaqlar… beşik başında Çaldığın bir bənd layladı… Ömrümün yarı yaşında Sənə çatmayan haraydı… Uzaqlar… boyu-buxunu …
Gənc xanım yazar Ülkər Piriyeva Xəzər Televiziyasında keçirilən müsabiqədə iştirak edib
Post Views: 47 16 dekabr 2015-ci il tarixində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi, bədii qiraətçi, şairə-jurnalist, gənc xanım yazar Ülkər Dəniz (Piriyeva) respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət …
Şəhanə CƏFƏROVA.”De necə bağişlayim səni”
Post Views: 55 De necə bağişlayim səni Bu sevgini heç saydin. Başqalarini görəndə sevgimizi danadin. Mənim yanimda başqa qizlari andin. De necə bağişlayim səni?! Bu sevgini ancaq yalanladin. Gecdə olsa anladin. Bəsdi özünü danladin. De necə bağişlayim səni. Mən səni sevdiyim zaman Sendə sevsəydin o zaman. İndi dərdinə olardim yanan. Yaninda mən olardim qalan De …
Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər
Post Views: 96 ANAMIN Anam Saran Göyçaylının əziz xatirəsinə Yanımda olanda xoş günlərinin, Çoxu mənim idi, azı anamın. Ağlı-qaralıydı saçları kimi, Ömrünün Payızı, Yazı anamın. Ürəyi kürədən, saçı tüstüdən, Ahları acıydı acı tüstüdən, Şaxtada, boranda, qarda isidən, Ana qucağıydı, bizi, anamın. Mərd idi, heç zaman haqdan dönməzdi, Haqqın qarşısında laldı, dinməzdi, Nələr çəkdiyini kimsə bilməzdi, …
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 60 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü XİLAS ET ALLAH Nə müddətdir gözüm aglayır mənim, Dilimdəki, sözüm ağlayır mənim. Tükənibdir dözüm ağlayır mənim, Nəolar, yurdumu xilas et Allah. Bir kəlmə deməmiş dilim quruyur, …
Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!”
Post Views: 52 Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə. Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş …
“Bizim Era” studiyası tərəfindən yeni şeir müsabiqəsi keçiriləcək
Post Views: 60 Salam, Əziz oxucularımız! “Bizim Era” studiyasının da dəstəyi ilə Dekabr ayının 20-dən 30-dək səhifəmizdə yeni şeir yarışması start götürür. Əgər siz də özünüzə və şeirinizə güvənirsinizsə o zaman 20 dekabr tarixinədək şeirlərinizi səhifəmizin mesaj qutusuna göndərə bilərsiniz. Şeirlər 20 dekabr gecə saat 00:00-dək qəbul olunur. Bunun üçün şeirlər şeirə aid bütün normalara …
Kemale ABDULLAYEVA.”Sevgi Her Yerde”
Post Views: 70 Dostluk, kardeşlik bağı tek, Yayılsın sevgi her yerde!!! Asıl şifa kaynağı tek, Sayılsın sevgi her yerde!!! Sevgi bir mutluluk hebi; Sagaltıyor ruhu, kalbi… Sevinçli bir çığlık gibi, Duyulsun sevgi her yerde!!! Mesajlarla, name’lerle Yayılsın sevgi her yerde!!! Güzel-güzel nagmelerle Duyulsun sevgi her yerde!!!
Kemale ABDULLAYEVA.”Sevgi Kalitedir”
Post Views: 65 Sevgi dinçleştirir, Sevgi gençleştirir. Sevgi güzel edir… Sevgi guzelliktir, Güzellik sevgidir… En zevkli hayattır… Nadide sanattır… Sevgi saltanattır; Sevgi Kalitedir, Kalite sevgidir Sevgi ruha candır, Şevkdir, heyecandır, Kurup, yaratandır; Sevgi tamir edir, Tamirci sevgidir…
AJB Sumqayıt şəhər təşkilatının elektron orqanları yeni layihənin rəsmi informasiya dəstəyi olacaq
Post Views: 59 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən maliyyələşdirilən və “Vehdet.org” saytı tərəfindən həyata keçirilən “Söz və …
Sündüs Arslan Akça.”BESTAMİ YAZGAN İLE SÖYLEŞİ”
Post Views: 56 Sevmekten geri kalma, Yapan ol, yıkan olma, Sevene diken olma, Gülü incitme gönül. Söyleşimize sizden de dinlemiş olduğum GÜLÜ İNCİTME GÖNÜL adlı şiirinizden bir dörtlükle “Merhaba” demek istiyorum. Şunu da demeden geçemeyeceğim sizinle aynı sahnede şiir okumak ayrı bir heyecan ve mutluluktu. Biz şiir yolculuğuna çıkmış kalemler; sizin gibi değerli üstatlarımızın çalışmalarından, …
Ayhan NASUHBEYOĞLU.”Dokunma”
Post Views: 50 Dokunma toprağa elin kirliyse, Andan gelir bütün yiyip içtiğin. Gölgesine oturduğun ağacın, Kirli elle gövdesine dokunma. Yarınlara giden bir yolcusun sen, Uçan kuşun kanadına dokunma. Hayatın anlamı budur bilirsen, Başkasının yuvasına dokunma. Kötülük edeni çevir yolundan, İyilik yapana sakın dokunma. Hayat ağacının meyvesi tatlı, Bu meyveyi ölçülü ye, dokunma. Gördüğün her şeyde …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 47 ƏBƏDİ İZİNİZ VAR 21 Azər inqilabçılarına Siz dadıb azadlığın şəhdini, şərbətini, Qırdınız yağıların harın əsarətini. Qəlbinizdə qalandı zülməti yaran işıq, Milləti azadlığa çəkib aparan işıq. Şəfəqlərə döndünüz günəşə tən ölkədə, İnsanəın azadlığı, haqqı itən ölkədə. Vətənin ürəyindən sızıldayan yaranı qopardınız, Səttarxan, Xiyabanı, Əranı, Baş qaldırıb məzardan sanki, “Afərin”-dedi, “Mübarəkdir, ey Vətən, şanlı …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru BU NAĞIL Yaman çox uzandı bu qəmli nağıl, Ağlımı, huşumu yellər apardı, Qaldı yuxularda gör neçə oğul, Qoy qalsın sabaha nağılın ardı. Xatirə torundan çıxa bilmirəm, Susuz balıq kimi çapalayıram, Dərd-qəmin üzünə baxa bilmirəm, Dərdimin üstünə dərd calayıram. Gör …
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
Post Views: 52 Bəxti olmur sevənlərin… Ürəyimi çəkib dara, Xəyallarım getdi hara.. Fikirlərim qara-qara Bəxti olmur sevənlərin… Sevgidə dad şirin olur, Açıb gültək qəlbi solur. Könül yanır,gözlər dolur, Bəxti olmur sevənlərin… Düşünürəm məna dərin, Ağlıma gəlir gözlərin. Külək əsir,sərin-sərin, Bəxti olmur sevənlərin. Şübhə qəlbə daman olur, Sənə qalan zaman olur. Ayrılıq çox yaman olur, Bəxti …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 44 SÖYLƏ BƏS NƏDİR Sorursan nədir eşq, nədir məhəbbət? Insanda bu istək, bu həvəs nədir? Özünü dərk etmək, eşq, ülviyyət, Məhəbbət deyilsə, söylə, bəs nədir?! Gözlərdən yanağa, yaş şəlaləsi, Sinəni titrədən,könülün səsi. Almatək allanan üz ifadəsi, Məhəbbət deyilsə, söylə, bəs nədir?! Qəlb evin müqəddəs məbədi sayan, Hər ritmi, hər hissi, anında duyan. Aşiqin …
Kənan AYDINOĞLU.”Azərbaycan dünyasısan!”
Post Views: 46 Türk-İslam Mədəniyyətinin paytaxtı seçilən doğma BAKIM haqqında. Qədimliyi, tarixi də ADƏMLƏ NUH yaşındadı, İgidliyi, cəsarəti torpağında, daşındadı. Həsrətinin nişanəsi çatılan bax qaşındadı, Sevinci də, kədəri də süzülən göz yaşındadı. Türk-İslam dünyasının bir ümmanı, damlasısan, Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN! Sən də qərar tutubdu çox bax VAQİFİMİN HARAYI, FÜZULİNİN incilərdən düzüləndə şah …
Gülnarə SADİQ.”Aciz kişinin sonsuz qadını…”
Post Views: 53 Əvvəllər nənəm deyərdi ki, kişilik at belində tüfəng oynatmaqla, göstərilən qəhrəmanlıqlarla, hər yerdə qazanılan hörmətlə ölçülərdi. Hətta sadə kənd uşaqları var imiş ki, bəy balaları onların kişiliyini nümunə gətirirmiş. O zamanlar sonsuz sözünü yalnız uşaqsızlara deyirlərmiş. Hətta sonsuz – uşaqsız adamların qəlblərinə dəymirdilər ki, tək adamdı nə edərsə etsin fikir verməyin. Hə, …
Gülnarə İSRAFİLQIZI.”Alçaldılmış qadınların tüprüyü”
Post Views: 52 alçaldılmış qadınların tüprüyü sinəmdə məzar daşları ildən ilə böyüyür… qan daşlanır.. yaddaşlanır… yad daşlanır. özümüzə dəyir daşımız! təzələnir ildən ilə yaddaşımız daşımız, baş daşımız!!! bu ağrılar lövhələrdə göyərir… bitir ölkə-ölkə. salxım-salxım dən verir elə bil hər il. yollara qanlı ləçəklər sərilir bayraq bayraq! qışın üzü sərtləşir ayın bu günündə altıyüz on üç …
Xaliq MƏMMƏDOV.”Yenə də görüşdük”
Post Views: 66 Yenədə görüşdük biz bu şəhərdə. Neyləyim başqa, bir şəhərim yox. Həsrətə dönüşdük biz bu şəhərdə. Neyləyim başqa, bir şəhərim yox. Sənin gözlərində varıydı hüzün. Elə bil qəlbində varıydı sözün. Qaçırda bilmədin dolmuşdu gözün. Yenədə görüşdük biz bu şəhərdə. O qədər qəlbimdə sual varıydı. Havada soymuşdu yaman qarıydı. Necədə bu Bakı bizə darıydı. …
Afət VİLƏŞSOY.Yeni şeirlər
Post Views: 53 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Unutsam… Bircə yol sinənə baş qoyum deyə, Dönərəm, qarının teli olaram. Sən məni unutsan,vəfalı yoldaş, Mən səni unutsam, dəli olaram. Balıncın altında qalan mitiləm, Görüş yerindəki köhnə kətiləm, Elə istəyirəm, gedəm, itiləm, Arxanca bir sual seli olaram. Başını qat elə oğul-uşaqla, Mənim də yerimi boşluqda saxla, …
Şəfa EYVAZ.”Evimizdən evinizin damı görünərdi…”
Post Views: 45 uşaq idik… evimizdən evinizin damı görünərdi… bir-balaca. hələ onda qonşum idin sadəcə. mahiyyətini anlamırdım. düşünməzdim hələ o vaxt sonra mənə əziz olar damınızın görünən o hissəsi… uşaqlığımızdan və qonşuluğumuzdan xatirə kimi… uşaq idik… evimizdən evinizin damı görünərdi… boylanmazdım heç o tərəfə bütün evlər kimi idi sizin kiçik eviniz də… böyümək haqqında fikirlərim …
Şəfa VƏLİYEVA.”Rəngin dilini bilən və anlayan hər kəs rəssam ola bilər”
Post Views: 48 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Elə narahat haldayam… Bilirəm ey, bilirəm ki, “narahatlığım-bu həyatda olan varlığımdır”. Yenə də hərdən istəyirəm ki, bütün dünyaya göz yumub, qulaqlarımı bağlayıb rahatca köks ötürüm… Qaçım… Qaça bildiyim qədər… Çatım xoşbəxtliyin sonuncu taksisinə… Kim deyir ki, ayrılıq qatarla gəlib-gedir, …
Şəfa VƏLİYEVA.”Gözündən düşərsən küçələrə…”
Post Views: 44 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Durub bu axşamın Gözündən düşərsən küçələrə… Yerini kimsə verməz “Kiminsə”… Addımlarını cütləyib Hoppanarsan Xatirələrin bu üzündən o üzünə… Onu da xatirəndə Büküb gizlədə bilərsən “Öz”ün istərsən… Üşüyərsən anidən.. Titrəyər əllərində qalan Arzuların… Dönərsən evinə… Səni gözləyər “Öz”ündən qurtulmaqçün Hökm …
Eldar Nəsib SİBİREL.Şeirlər
Post Views: 74 Ay dağlar, ay dağlar Gözümə qonan çəndimi? Kəsib bərəmi bəndimi. Dərddən lal olan bəndəni Dindir, ay dağlar, ay dağlar. Laləni yolumda yandır, O da mən tək bağrı qandır. Məni başına dolandır, Döndər, ay dağlar, ay dağlar. Qəlbim köklənib qəm üstə, Kim qınanıb sitəm üstə?! Şimşəyini sinəm üstə Söndür, ay dağlar, ay dağlar. …
Aqil SABİROĞLU.”Günəş hara, sən hara?!”
Post Views: 77 Sən “Günəşli” deyilsən- Sən günəşlər söndürən yırtıcı dişli məkan! Neçə-neçə məmura sərvət toplamaq üçün Ən əlverişli məkan. Yox,”Günəşli” deyilsən,sən zülmət bir qaranlıq, Durub boylan kənardan öz işinə bir anlıq! Haqq yanıb külə döndü,dəryalarda boğuldu, Üstünə kin saçıldı,sənə nifrət doğuldu! Saf,məsum insanlara şaxta oldun,üşütdün, Amma neçə cəllada sığal çəkib isitdin! Bircə parça çörəyi …
Müzəffər MƏZAHİM.”Oynadır ruhumu”
Post Views: 52 Ayrılıq min ildir qol-qanad gərib, Qara kölgəsini üstümə sərib, Orda sən qəribsən, burda mən qərib, Təbrizim, Dərbəndim, Borçalım, Şuşam. Dolaş addım-addım ulu vətəni, Dağıt üzərimdən dumanı, çəni, Tarixi axtaran oxusun məni, Yurdun özülündə qranit daşam. Varmı bu dünyada bizə tay, Dədə, Kimlərə verildi bu yurd pay, Dədə, Qəzəblən, səsimə hay ver, hay, …
Rəhim MEHNƏT.”Hərdən ziyarətə gəl”
Post Views: 81 Mən verdiyim gülləri, Topla,əlində saxla. Məndən sonra gətirib, Məzarıma qoyarsan. Otur sinə daşımda, Üzü şəklimə sarı. Şəkilli baş daşını, Qucaqla, möhkəm sarı. Bir balaca daş götür, Vurarsan baş daşıma. Gözlərinin yaşını, Qarışdır göz yaşıma. Silərsən əllərinlə, Təmiz olsun məzarım. Çısmim duya bilməyir, Ruhum duyar a zalım. Rəhim Mehnət adımla, Bilinər mən kimsəyəm. …
Əlirza HƏSRƏT.”Yeyir eşqə çatınca”
Post Views: 53 Arxamcda dağtək durub, Həmdəmimdir bu qürub. Könlümə yara vurub,- Yüyür eşqə çatınca. Unut ölçü-biçini, Çağır gəlsin elçini. Burda adam içini,- Yeyir eşqə çatınca. Oxuyub kitabımı, Düyün saldın sapımı. Xəzan yeli qapımı,- Döyür eşqə çatınca.
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVIII hissəsi
Post Views: 51 Fidan heç cür Eldarın onu boşamaq istəyini qəbul edə bilmirdi. Kagız üstündə də olsa ərinə gözləriylə yalvarırdı ki, ona inansın. Fidan – Həyatda inandığım yeganə insansan. Səfərlə əlaqəm yoxdur. Qan verdim düzdür, amma anamın qəbrinə and olsun neçə ildir üzünü də görməmişəm. Sənin adına ləkə gətirməmişəm. Kim deyibsə aramızı vurmaq istəyib. Eldarın …
SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
Post Views: 47 «Azərikimya» İB-nin akt zalında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla anıldığı tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı …
Müzəffər Gülümov: “Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı var Ulu öndər Heydər Əliyevin ideyaları yaşayacaqdır”
Post Views: 56 Müsahibimiz Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Müzəffər Gülümovdur – Müzəffər müəllim, Ulu öndər Heydər Əliyevin dünyasını dəyişməsindən bizi 12 illik bir zaman kəsiyi ayırır. Sanki dünən kimi… – Bəli, adamın heç inanmağı gəlmir. Çünki şərəfli ömrünü xalqımızın xoşbəxt gələcəyinə, firavan yaşayışına və Azərbaycanın dövlət quruculuğuna və dinamik inkişafına həsr etmiş …
Âşık SARICAKIZ.”HALK ŞİİRİNDE KADINLAR “
Post Views: 60 Antalya Âşıklık geleneği; geleneksel sanatların içinde yer alan ve çok önemli olan bir sanat dalıdır. Bu konuyla ilgili birkaç söz söylemeden önce, yakın ve uzak geçmişte, bu alanda emek veren geçmişlerimizi rahmetle, yaşayanlarımızı da sevgi ile saygı ile anmak gönül borcumuzdur. Leylasız Mecnun, Aslısız Kerem olamaz diyen, her türlü olanaksızlıklara karşı varoluş …
Ahmet OTMAN.”SEVDA KOYDUK ADINI”
Post Views: 50 Sevda yollarından geçtik Sevda şehrinin ışıklı caddelerinden Sevda bankasından çektik mutluluğu Limitsiz ve kefilsiz Sevda bahçesinde içtik “Yudum yudum sevda”yı Sevda vitrinlerinde beğendik En güzel giysileri Giydik Çıkardık Aldık Yükledik “Sevda yüklü kervanlar”a Çoğaldıkça çoğaldı sevdamız Sevda ben Sevda sen Sevda o… Sevda biz, Sevda hepimiz… Sevda dağlarından topladık Sevda kokulu aşk …
Bağışlamaq sevgiyə vəsilə olur
Post Views: 61 Hər bir problem sevgi, mərhəmət, səbir və ağılla həll olunar.Allah Quranda insanlara bağışlayıcı olmağı belə tövsiyə edir: Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər Qoy əfv edib bağışlasınlar.Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhimlidir. ( Nur surəsi, …
Günel ƏLİYEVA.”O mənəm”
Post Views: 56 Bir buludun gözündən Axan sel var o mənəm. Bir gənc insan saçında Bəyaz tel var o mənəm. Bir sevginin yolundan Keçən nifrət o mənəm. Bir vüsalın yanından Baxan hicran o mənəm. Bəyaz sima üstündə Qara xal var o mənəm. ”Bəlkələr”lə doluyam, Qəm- kədərin quluyam. Sevincim körpə uşaq, Dərdlərim məndən böyük. Ədalətsiz hakiməm, …
Nail DAĞLAROĞLU.”Taparsan”
Post Views: 52 Dost qan quripuyla tapılmaz, qardaş, Dostu saf ürəkdə, canda taparsan. Dostu gen günlərdə tapmağa nə var, Əsil dostu çətin anda taparsan. Dost var ki, sonacan dost qalar sənə, Dost var ki, çörəklə dost olar sənə. Dost var ki, ürəklə dost olar sənə, Dost var ki, şöhrətdə-şanda taparsan. Dost var dar günündə sivişər …
Mais TƏMKİN.”Bilmədim”
Post Views: 88 Yandım alovun dili tək, Soldum bağçanın gülü tək. Açdım gözümü ölü * tək, Sağ günə çıxa bilmədim. Könlümdə min nalə, ağı, Ürəyimin getdi yağı. Çoxları tək kef-damağı Çağ- günə çıxa bilmədim. Ömrü qaya, dağ yaşadım, Sinəsi dağ-dağ yaşadım. Hər gün üzüağ yaşadım, Ağ günə çıxa bilmədim!
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
Post Views: 52 Buz tutub Boz xalının,ağ naxışı, Xəzəl üstə,yağ naxışı. Şaxta vuran çağ naxışı, Dildə buz tutub,buz tutub. Göy ağsaqqal,yer ağbirçək, Gah xəyaldır,gah da gerçək. Arzularım ləçək-ləçək, Güldə buz tutub,buz tutub. Bəhsə girib,günlər-aylar, Buz salxımlı,bağ saraylar. Şəlalələr,göllər,çaylar, Seldə buz tutub,buz tutub. Çəkməz,Arzu bunca dərdi, Nisgil onu,susuz sərdi. Bəxti,bir ovuc yetərdi, Əl də buz tutub,buz …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 46 TƏNHALIQ Torpağı , havası , suyu yerində, Payızı , baharı , yayı yerində, İncə gözəlliyi , boyu yerində, Niyə solub gedir bu fidan belə? Dürlü qayğılardan biçilib donu, Yellər sığal çəkər oxşayar onu, Nəğməli quşları yarpağı sanı, Niyə solub gedir bu fidan belə? Keçid ağzındadır , yolaq üstədir, Axarlı-baxarlı bulaq üstədir, Baxan …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 60 Millət Səni seçdi Vətən ağır günündə səslədi Səni, Yetişdin haraya xilaskar kimi. Tarix seçə bilmədi ki, heç bir kimsəni, Millət seçdi Səni bir rəhbər kimi. Düşmən agzin əydi, dost gülümsədi, Üç rəngli bayrağı Sən qaldıranda. Erməni Aşotun bagrı çatladı, “Əsrin müqaviləsi”imzalananda. İndi çiçəklənib Vətənim mənim, Hər yerdə, hər yanda qalıb izlərin. “İlhamla …
Rahilə DÖVRAN.”Mən Şuşanın dağlarında qar görürəm”
Post Views: 44 Gəlib vətən torpağına nazlı bahar, Dönür yurda durnalarım qatar-qatar. Sevincindən ulduzlar da göydən baxar, Bu sevinci özüm üçün ar görürəm, Mən Şuşanın dağlarında qar görürəm. Geyinməyib ətəyinə güllü donu, Yaz günəşi əzizləmir hələ onu. Çovğunların, fırtınanın min oyunu… Bülbülləri susqun, dinməz, xar görürəm, Mən Şuşanın dağlarında qar görürəm. Quzğun kimi Qarabağda yad, …
Şəfa VƏLİYEVA.”Bir qız vardı o vaxtlar?!”
Post Views: 49 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Unutdunmu, ay oğlan, Bir qız vardı o vaxtlar?! Sıxılmış dodağında Adını “büküb” ağlar… Bəxtəvər sən imişsən, Yadından “yad”ı sildin… Doğması, kimsənəsi O qız tək səni bildi… Sevirdi deyə səni Ölçüsüz “böyütmüşdü”… Qurduğu evciyinin “Adamı” düzəltmişdi… Yıxmısan dünyasını O kür, …
Fidan ABBASOVA.”Bura kimi yaşamaqmış qismətim”
Post Views: 88 Bu şeri həlak olmuş bütün dənizdəki günahsız neftçilərə həsr edirəm.Çox kövrəldim yazıncada Allah hamısına rəhmət etsin.. Men gedirem əcəl gəlib yanıma Bura kimi yaşamaqmış qismətim mən qaneyəm alnımdakı yazıma ancaq bu cür ölməyi heç bilməzdim.. Sən demə tufanda bizi sınadı Eşidənlər gör kimləri qınadı bizim üçün ağlayan tək anadı bu həyatda heç …
Kemale ABDULLAYEVA.”Allah aşkıyla”
Post Views: 50 Yüksek-yüksek zirveleri Aşarız Allah aşkıyla!.. Mutlu-mutlu yarınlara Koşarız Allah aşkıyla!.. Yaprak-yaprak topraklarda, Gonca-gonca yapraklarda, Çiçek-çiçek ırmaklarda Açarız Allah aşkıyla!.. Deli-deli yeller gibi, Coşkun-coşkun seller gibi, Nağmeli bülbüller gibi Coşarız Allah aşkıyla!.. Güzel-güzel sözler ile, Hoş sohbetler sazlar ile, Dualar, niyazlar ile Baharız Allah aşkıyla! Güle-güle hep gülerek, Seve-seve hep severek, Severek hem …
Nigar RÜSTƏMQIZI.”Yəqin sən də gedəcəksən”
Post Views: 62 Yəqin sən də gedəcəksən Hamının getdiyi yerə. Mən öz yerimə sadiqəm, Necə ki, sadiq olurlar, Ağaclar bitdiyi yerə. …uzun ömür, can sağlığı. Bağışla bu uşaqlığı. Ayrılmaqçün gəl görüşə Sevginin itdiyi yerə. Koram, gözüm əllərimdi …ümidlərdən tuta-tuta, Arxanca gəlib çıxmışam Məni tərk etdiyin yerə – Hamının getdiyi yerə.
Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”
Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Sən zülmət gecələrin bir ümid çırağısan, Sən elin ağsaqqalı, sən yurdun dayağısan, Sən hürriyyət sədası, azadlıq sorağısan, Hər qarışda …
Rahilə DÖVRAN.“Bir insan ömrünə nələr sığarmış…” (Poema)
Post Views: 78 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı BİR İNSAN ÖMRÜNƏ NƏLƏR SIĞARMIŞ… Proloq Nə zamandır düşünürəm dərin-dərin, Dərdləşirəm mən gecələr əqlim ilə. Yaratmaqçün dastanını mən Öndərin, Toplayıram dürr-incilər gilə-gilə. Mən bir qorxmaz əsgəriyəm həqiqətin, Yazdıqlarım ümmandakı bir damladır. Söz, sənət də fövqündədir məhəbbətin, Mənim gecəm, həm gündüzüm ilhamladır. Ümümmilli liderimə …