Tag: Uşaq Musiqi məktəbi

  • Ulu öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib

    Şəkidə Ulu öndər Heydər Əliyev irsinin təbliği mövzusunda elmi seminar keçirilib. Tədbirdə Mədəniyyət nazirliyinin məsul şəxsləri və əməkdaşları, ziyalılar, gənclər iştirak edib.

    Çıxış edənlər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və işıqlandırılmasının həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunə olduğunu bildiriblər.

    Seminarda Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin və Uşaq İncəsənət məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında milli-vətənpərvər ruhlu musiqi nömrələri təqdim edilib.

  • “Ey vətən oğlu”

    29 may 2025-ci il tarixdə Şəki şəhər Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə dahi Azərbaycan şairi B.Vahabzadənin 100 illik yubileyi və “27 May – Kitabxanaçılar Günü” münasibətilə ədəbi-bədii gecə keçirilib.

    Tədbir dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

    Ədəbi-bədii gecədə Şəki şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə və təşkilatların nümayəndələri, şəhid anaları, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib.

    Tədbirdə dahi şair B.Vahabzadənin şeirləri, eyni zamanda Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında şairin sözlərinə bəstələnmiş musiqi, rəqs nümunələri təqdim edilib.

    Çıxış edənlər B. Vahabzadə yaradılıcığı, həmçinin “Kitabxanaçılar Günü” ilə əlaqədar fikirlər səsləndirib, Qax rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı tamaşa təqdim edilib.

    Şəki-Zaqatala RMİ tərəfindən B.Vahabzadə Ev muzeyinə hədiyyə təqdim edilib. Sonda xatirə şəkli çəkilib.