Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 10501 - 10560 of 12. 744 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xaliq MƏMMƏDOV.”Canım, gözüm Naxçıvanım”

Post Views: 46 Səfalıdır hər torpağın. Hər qarışın, hər bir bağın. Solun düşmən, qardaş sağın. Canım, gözüm Naxçıvanım. Torpağına qurban olum. Sənlə gülüm, sənlə dolum. Sənə gəlir hər bir yolum. Canım, gözüm Naxçıvanım. Çox gözəldir Batabatın. Hər qarışın, kəhlən atın. İzin ver qoynunda yatım. Canım, gözüm Naxçıvanım. Müalicədir o duz dağı. Yerdən çıxan zor bulağı. …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Uzaqlar… sərin olurmu?”

Post Views: 41 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Uzaqlar… sərin olurmu? Yoxsa orda üşüyürsən? Ümidlər bir-bir ölürmü? Ölümləmi yaşayırsan? Uzaqlar… rəngi necədi? Oxşayır hansı donuma? Orda saatın neçədi? Nə qədər qalıb sonuma? Uzaqlar… beşik başında Çaldığın bir bənd layladı… Ömrümün yarı yaşında Sənə çatmayan haraydı… Uzaqlar… boyu-buxunu …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Ülkər Piriyeva Xəzər Televiziyasında keçirilən müsabiqədə iştirak edib

Post Views: 39 16 dekabr 2015-ci il tarixində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi, bədii qiraətçi, şairə-jurnalist, gənc xanım yazar Ülkər Dəniz (Piriyeva) respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət …

Azərbaycan ədəbiyyatı

Şəhanə CƏFƏROVA.”De necə bağişlayim səni”

Post Views: 44 De necə bağişlayim səni Bu sevgini heç saydin. Başqalarini görəndə sevgimizi danadin. Mənim yanimda başqa qizlari andin. De necə bağişlayim səni?! Bu sevgini ancaq yalanladin. Gecdə olsa anladin. Bəsdi özünü danladin. De necə bağişlayim səni. Mən səni sevdiyim zaman Sendə sevsəydin o zaman. İndi dərdinə olardim yanan. Yaninda mən olardim qalan De …

Azərbaycan ədəbiyyatı

Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər

Post Views: 75 ANAMIN Anam Saran Göyçaylının əziz xatirəsinə Yanımda olanda xoş günlərinin, Çoxu mənim idi, azı anamın. Ağlı-qaralıydı saçları kimi, Ömrünün Payızı, Yazı anamın. Ürəyi kürədən, saçı tüstüdən, Ahları acıydı acı tüstüdən, Şaxtada, boranda, qarda isidən, Ana qucağıydı, bizi, anamın. Mərd idi, heç zaman haqdan dönməzdi, Haqqın qarşısında laldı, dinməzdi, Nələr çəkdiyini kimsə bilməzdi, …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 48 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü XİLAS ET ALLAH Nə müddətdir gözüm aglayır mənim, Dilimdəki, sözüm ağlayır mənim. Tükənibdir dözüm ağlayır mənim, Nəolar, yurdumu xilas et Allah. Bir kəlmə deməmiş dilim quruyur, …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!”

Post Views: 40 Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə. Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş …

Azərbaycan ədəbiyyatı

“Bizim Era” studiyası tərəfindən yeni şeir müsabiqəsi keçiriləcək

Post Views: 52 Salam, Əziz oxucularımız! “Bizim Era” studiyasının da dəstəyi ilə Dekabr ayının 20-dən 30-dək səhifəmizdə yeni şeir yarışması start götürür. Əgər siz də özünüzə və şeirinizə güvənirsinizsə o zaman 20 dekabr tarixinədək şeirlərinizi səhifəmizin mesaj qutusuna göndərə bilərsiniz. Şeirlər 20 dekabr gecə saat 00:00-dək qəbul olunur. Bunun üçün şeirlər şeirə aid bütün normalara …

Azərbaycan ədəbiyyatı

AJB Sumqayıt şəhər təşkilatının elektron orqanları yeni layihənin rəsmi informasiya dəstəyi olacaq

Post Views: 50 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən maliyyələşdirilən və “Vehdet.org” saytı tərəfindən həyata keçirilən “Söz və …

Türkiyə ədəbiyyatı

Sündüs Arslan Akça.”BESTAMİ YAZGAN İLE SÖYLEŞİ”

Post Views: 46 Sevmekten geri kalma, Yapan ol, yıkan olma, Sevene diken olma, Gülü incitme gönül. Söyleşimize sizden de dinlemiş olduğum GÜLÜ İNCİTME GÖNÜL adlı şiirinizden bir dörtlükle “Merhaba” demek istiyorum. Şunu da demeden geçemeyeceğim sizinle aynı sahnede şiir okumak ayrı bir heyecan ve mutluluktu. Biz şiir yolculuğuna çıkmış kalemler; sizin gibi değerli üstatlarımızın çalışmalarından, …

Türkiyə ədəbiyyatı

Ayhan NASUHBEYOĞLU.”Dokunma”

Post Views: 42 Dokunma toprağa elin kirliyse, Andan gelir bütün yiyip içtiğin. Gölgesine oturduğun ağacın, Kirli elle gövdesine dokunma. Yarınlara giden bir yolcusun sen, Uçan kuşun kanadına dokunma. Hayatın anlamı budur bilirsen, Başkasının yuvasına dokunma. Kötülük edeni çevir yolundan, İyilik yapana sakın dokunma. Hayat ağacının meyvesi tatlı, Bu meyveyi ölçülü ye, dokunma. Gördüğün her şeyde …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 40 ƏBƏDİ İZİNİZ VAR 21 Azər inqilabçılarına Siz dadıb azadlığın şəhdini, şərbətini, Qırdınız yağıların harın əsarətini. Qəlbinizdə qalandı zülməti yaran işıq, Milləti azadlığa çəkib aparan işıq. Şəfəqlərə döndünüz günəşə tən ölkədə, İnsanəın azadlığı, haqqı itən ölkədə. Vətənin ürəyindən sızıldayan yaranı qopardınız, Səttarxan, Xiyabanı, Əranı, Baş qaldırıb məzardan sanki, “Afərin”-dedi, “Mübarəkdir, ey Vətən, şanlı …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru BU NAĞIL Yaman çox uzandı bu qəmli nağıl, Ağlımı, huşumu yellər apardı, Qaldı yuxularda gör neçə oğul, Qoy qalsın sabaha nağılın ardı. Xatirə torundan çıxa bilmirəm, Susuz balıq kimi çapalayıram, Dərd-qəmin üzünə baxa bilmirəm, Dərdimin üstünə dərd calayıram. Gör …

Azərbaycan ədəbiyyatı

Arzu RÜSTƏMSOY.Yeni şeirlər

Post Views: 41 Bəxti olmur sevənlərin… Ürəyimi çəkib dara, Xəyallarım getdi hara.. Fikirlərim qara-qara Bəxti olmur sevənlərin… Sevgidə dad şirin olur, Açıb gültək qəlbi solur. Könül yanır,gözlər dolur, Bəxti olmur sevənlərin… Düşünürəm məna dərin, Ağlıma gəlir gözlərin. Külək əsir,sərin-sərin, Bəxti olmur sevənlərin. Şübhə qəlbə daman olur, Sənə qalan zaman olur. Ayrılıq çox yaman olur, Bəxti …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 37 SÖYLƏ BƏS NƏDİR Sorursan nədir eşq, nədir məhəbbət? Insanda bu istək, bu həvəs nədir? Özünü dərk etmək, eşq, ülviyyət, Məhəbbət deyilsə, söylə, bəs nədir?! Gözlərdən yanağa, yaş şəlaləsi, Sinəni titrədən,könülün səsi. Almatək allanan üz ifadəsi, Məhəbbət deyilsə, söylə, bəs nədir?! Qəlb evin müqəddəs məbədi sayan, Hər ritmi, hər hissi, anında duyan. Aşiqin …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Azərbaycan dünyasısan!”

Post Views: 39 Türk-İslam Mədəniyyətinin paytaxtı seçilən doğma BAKIM haqqında. Qədimliyi, tarixi də ADƏMLƏ NUH yaşındadı, İgidliyi, cəsarəti torpağında, daşındadı. Həsrətinin nişanəsi çatılan bax qaşındadı, Sevinci də, kədəri də süzülən göz yaşındadı. Türk-İslam dünyasının bir ümmanı, damlasısan, Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN! Sən də qərar tutubdu çox bax VAQİFİMİN HARAYI, FÜZULİNİN incilərdən düzüləndə şah …

Azərbaycan ədəbiyyatı

Gülnarə SADİQ.”Aciz kişinin sonsuz qadını…”

Post Views: 43 Əvvəllər nənəm deyərdi ki, kişilik at belində tüfəng oynatmaqla, göstərilən qəhrəmanlıqlarla, hər yerdə qazanılan hörmətlə ölçülərdi. Hətta sadə kənd uşaqları var imiş ki, bəy balaları onların kişiliyini nümunə gətirirmiş. O zamanlar sonsuz sözünü yalnız uşaqsızlara deyirlərmiş. Hətta sonsuz – uşaqsız adamların qəlblərinə dəymirdilər ki, tək adamdı nə edərsə etsin fikir verməyin. Hə, …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Alçaldılmış qadınların tüprüyü”

Post Views: 43 alçaldılmış qadınların tüprüyü sinəmdə məzar daşları ildən ilə böyüyür… qan daşlanır.. yaddaşlanır… yad daşlanır. özümüzə dəyir daşımız! təzələnir ildən ilə yaddaşımız daşımız, baş daşımız!!! bu ağrılar lövhələrdə göyərir… bitir ölkə-ölkə. salxım-salxım dən verir elə bil hər il. yollara qanlı ləçəklər sərilir bayraq bayraq! qışın üzü sərtləşir ayın bu günündə altıyüz on üç …

Azərbaycan ədəbiyyatı

Xaliq MƏMMƏDOV.”Yenə də görüşdük”

Post Views: 59 Yenədə görüşdük biz bu şəhərdə. Neyləyim başqa, bir şəhərim yox. Həsrətə dönüşdük biz bu şəhərdə. Neyləyim başqa, bir şəhərim yox. Sənin gözlərində varıydı hüzün. Elə bil qəlbində varıydı sözün. Qaçırda bilmədin dolmuşdu gözün. Yenədə görüşdük biz bu şəhərdə. O qədər qəlbimdə sual varıydı. Havada soymuşdu yaman qarıydı. Necədə bu Bakı bizə darıydı. …

Azərbaycan ədəbiyyatı

Afət VİLƏŞSOY.Yeni şeirlər

Post Views: 47 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Unutsam… Bircə yol sinənə baş qoyum deyə, Dönərəm, qarının teli olaram. Sən məni unutsan,vəfalı yoldaş, Mən səni unutsam, dəli olaram. Balıncın altında qalan mitiləm, Görüş yerindəki köhnə kətiləm, Elə istəyirəm, gedəm, itiləm, Arxanca bir sual seli olaram. Başını qat elə oğul-uşaqla, Mənim də yerimi boşluqda saxla, …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Evimizdən evinizin damı görünərdi…”

Post Views: 38 uşaq idik… evimizdən evinizin damı görünərdi… bir-balaca. hələ onda qonşum idin sadəcə. mahiyyətini anlamırdım. düşünməzdim hələ o vaxt sonra mənə əziz olar damınızın görünən o hissəsi… uşaqlığımızdan və qonşuluğumuzdan xatirə kimi… uşaq idik… evimizdən evinizin damı görünərdi… boylanmazdım heç o tərəfə bütün evlər kimi idi sizin kiçik eviniz də… böyümək haqqında fikirlərim …

Publisistika

Şəfa VƏLİYEVA.”Rəngin dilini bilən və anlayan hər kəs rəssam ola bilər”

Post Views: 39 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Elə narahat haldayam… Bilirəm ey, bilirəm ki, “narahatlığım-bu həyatda olan varlığımdır”. Yenə də hərdən istəyirəm ki, bütün dünyaya göz yumub, qulaqlarımı bağlayıb rahatca köks ötürüm… Qaçım… Qaça bildiyim qədər… Çatım xoşbəxtliyin sonuncu taksisinə… Kim deyir ki, ayrılıq qatarla gəlib-gedir, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Gözündən düşərsən küçələrə…”

Post Views: 38 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Durub bu axşamın Gözündən düşərsən küçələrə… Yerini kimsə verməz “Kiminsə”… Addımlarını cütləyib Hoppanarsan Xatirələrin bu üzündən o üzünə… Onu da xatirəndə Büküb gizlədə bilərsən “Öz”ün istərsən… Üşüyərsən anidən.. Titrəyər əllərində qalan Arzuların… Dönərsən evinə… Səni gözləyər “Öz”ündən qurtulmaqçün Hökm …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsib SİBİREL.Şeirlər

Post Views: 58 Ay dağlar, ay dağlar Gözümə qonan çəndimi? Kəsib bərəmi bəndimi. Dərddən lal olan bəndəni Dindir, ay dağlar, ay dağlar. Laləni yolumda yandır, O da mən tək bağrı qandır. Məni başına dolandır, Döndər, ay dağlar, ay dağlar. Qəlbim köklənib qəm üstə, Kim qınanıb sitəm üstə?! Şimşəyini sinəm üstə Söndür, ay dağlar, ay dağlar. …

Azərbaycan ədəbiyyatı

Aqil SABİROĞLU.”Günəş hara, sən hara?!”

Post Views: 57 Sən “Günəşli” deyilsən- Sən günəşlər söndürən yırtıcı dişli məkan! Neçə-neçə məmura sərvət toplamaq üçün Ən əlverişli məkan. Yox,”Günəşli” deyilsən,sən zülmət bir qaranlıq, Durub boylan kənardan öz işinə bir anlıq! Haqq yanıb külə döndü,dəryalarda boğuldu, Üstünə kin saçıldı,sənə nifrət doğuldu! Saf,məsum insanlara şaxta oldun,üşütdün, Amma neçə cəllada sığal çəkib isitdin! Bircə parça çörəyi …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Oynadır ruhumu”

Post Views: 42 Ayrılıq min ildir qol-qanad gərib, Qara kölgəsini üstümə sərib, Orda sən qəribsən, burda mən qərib, Təbrizim, Dərbəndim, Borçalım, Şuşam. Dolaş addım-addım ulu vətəni, Dağıt üzərimdən dumanı, çəni, Tarixi axtaran oxusun məni, Yurdun özülündə qranit daşam. Varmı bu dünyada bizə tay, Dədə, Kimlərə verildi bu yurd pay, Dədə, Qəzəblən, səsimə hay ver, hay, …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.”Hərdən ziyarətə gəl”

Post Views: 68 Mən verdiyim gülləri, Topla,əlində saxla. Məndən sonra gətirib, Məzarıma qoyarsan. Otur sinə daşımda, Üzü şəklimə sarı. Şəkilli baş daşını, Qucaqla, möhkəm sarı. Bir balaca daş götür, Vurarsan baş daşıma. Gözlərinin yaşını, Qarışdır göz yaşıma. Silərsən əllərinlə, Təmiz olsun məzarım. Çısmim duya bilməyir, Ruhum duyar a zalım. Rəhim Mehnət adımla, Bilinər mən kimsəyəm. …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVIII hissəsi

Post Views: 40 Fidan heç cür Eldarın onu boşamaq istəyini qəbul edə bilmirdi. Kagız üstündə də olsa ərinə gözləriylə yalvarırdı ki, ona inansın. Fidan – Həyatda inandığım yeganə insansan. Səfərlə əlaqəm yoxdur. Qan verdim düzdür, amma anamın qəbrinə and olsun neçə ildir üzünü də görməmişəm. Sənin adına ləkə gətirməmişəm. Kim deyibsə aramızı vurmaq istəyib. Eldarın …

Publisistika

SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

Post Views: 37 «Azərikimya» İB-nin akt zalında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla anıldığı tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı …

Publisistika

Müzəffər Gülümov: “Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı var Ulu öndər Heydər Əliyevin ideyaları yaşayacaqdır”

Post Views: 46 Müsahibimiz Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Müzəffər Gülümovdur – Müzəffər müəllim, Ulu öndər Heydər Əliyevin dünyasını dəyişməsindən bizi 12 illik bir zaman kəsiyi ayırır. Sanki dünən kimi… – Bəli, adamın heç inanmağı gəlmir. Çünki şərəfli ömrünü xalqımızın xoşbəxt gələcəyinə, firavan yaşayışına və Azərbaycanın dövlət quruculuğuna və dinamik inkişafına həsr etmiş …

Türkiyə ədəbiyyatı

Âşık SARICAKIZ.”HALK ŞİİRİNDE KADINLAR “

Post Views: 47 Antalya Âşıklık geleneği; geleneksel sanatların içinde yer alan ve çok önemli olan bir sanat dalıdır. Bu konuyla ilgili birkaç söz söylemeden önce, yakın ve uzak geçmişte, bu alanda emek veren geçmişlerimizi rahmetle, yaşayanlarımızı da sevgi ile saygı ile anmak gönül borcumuzdur. Leylasız Mecnun, Aslısız Kerem olamaz diyen, her türlü olanaksızlıklara karşı varoluş …

Türkiyə ədəbiyyatı

Ahmet OTMAN.”SEVDA KOYDUK ADINI”

Post Views: 40 Sevda yollarından geçtik Sevda şehrinin ışıklı caddelerinden Sevda bankasından çektik mutluluğu Limitsiz ve kefilsiz Sevda bahçesinde içtik “Yudum yudum sevda”yı Sevda vitrinlerinde beğendik En güzel giysileri Giydik Çıkardık Aldık Yükledik “Sevda yüklü kervanlar”a Çoğaldıkça çoğaldı sevdamız Sevda ben Sevda sen Sevda o… Sevda biz, Sevda hepimiz… Sevda dağlarından topladık Sevda kokulu aşk …

Publisistika

Bağışlamaq sevgiyə vəsilə olur

Post Views: 52 Hər bir problem sevgi, mərhəmət, səbir və ağılla həll olunar.Allah Quranda insanlara bağışlayıcı olmağı belə tövsiyə edir: Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər Qoy əfv edib bağışlasınlar.Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhimlidir. ( Nur surəsi, …

Azərbaycan ədəbiyyatı

Günel ƏLİYEVA.”O mənəm”

Post Views: 47 Bir buludun gözündən Axan sel var o mənəm. Bir gənc insan saçında Bəyaz tel var o mənəm. Bir sevginin yolundan Keçən nifrət o mənəm. Bir vüsalın yanından Baxan hicran o mənəm. Bəyaz sima üstündə Qara xal var o mənəm. ”Bəlkələr”lə doluyam, Qəm- kədərin quluyam. Sevincim körpə uşaq, Dərdlərim məndən böyük. Ədalətsiz hakiməm, …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Taparsan”

Post Views: 41 Dost qan quripuyla tapılmaz, qardaş, Dostu saf ürəkdə, canda taparsan. Dostu gen günlərdə tapmağa nə var, Əsil dostu çətin anda taparsan. Dost var ki, sonacan dost qalar sənə, Dost var ki, çörəklə dost olar sənə. Dost var ki, ürəklə dost olar sənə, Dost var ki, şöhrətdə-şanda taparsan. Dost var dar günündə sivişər …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Bilmədim”

Post Views: 79 Yandım alovun dili tək, Soldum bağçanın gülü tək. Açdım gözümü ölü * tək, Sağ günə çıxa bilmədim. Könlümdə min nalə, ağı, Ürəyimin getdi yağı. Çoxları tək kef-damağı Çağ- günə çıxa bilmədim. Ömrü qaya, dağ yaşadım, Sinəsi dağ-dağ yaşadım. Hər gün üzüağ yaşadım, Ağ günə çıxa bilmədim!

Azərbaycan ədəbiyyatı

Arzu RÜSTƏMSOY.Yeni şeirlər

Post Views: 44 Buz tutub Boz xalının,ağ naxışı, Xəzəl üstə,yağ naxışı. Şaxta vuran çağ naxışı, Dildə buz tutub,buz tutub. Göy ağsaqqal,yer ağbirçək, Gah xəyaldır,gah da gerçək. Arzularım ləçək-ləçək, Güldə buz tutub,buz tutub. Bəhsə girib,günlər-aylar, Buz salxımlı,bağ saraylar. Şəlalələr,göllər,çaylar, Seldə buz tutub,buz tutub. Çəkməz,Arzu bunca dərdi, Nisgil onu,susuz sərdi. Bəxti,bir ovuc yetərdi, Əl də buz tutub,buz …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 40 TƏNHALIQ Torpağı , havası , suyu yerində, Payızı , baharı , yayı yerində, İncə gözəlliyi , boyu yerində, Niyə solub gedir bu fidan belə? Dürlü qayğılardan biçilib donu, Yellər sığal çəkər oxşayar onu, Nəğməli quşları yarpağı sanı, Niyə solub gedir bu fidan belə? Keçid ağzındadır , yolaq üstədir, Axarlı-baxarlı bulaq üstədir, Baxan …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 48 Millət Səni seçdi Vətən ağır günündə səslədi Səni, Yetişdin haraya xilaskar kimi. Tarix seçə bilmədi ki, heç bir kimsəni, Millət seçdi Səni bir rəhbər kimi. Düşmən agzin əydi, dost gülümsədi, Üç rəngli bayrağı Sən qaldıranda. Erməni Aşotun bagrı çatladı, “Əsrin müqaviləsi”imzalananda. İndi çiçəklənib Vətənim mənim, Hər yerdə, hər yanda qalıb izlərin. “İlhamla …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Mən Şuşanın dağlarında qar görürəm”

Post Views: 35 Gəlib vətən torpağına nazlı bahar, Dönür yurda durnalarım qatar-qatar. Sevincindən ulduzlar da göydən baxar, Bu sevinci özüm üçün ar görürəm, Mən Şuşanın dağlarında qar görürəm. Geyinməyib ətəyinə güllü donu, Yaz günəşi əzizləmir hələ onu. Çovğunların, fırtınanın min oyunu… Bülbülləri susqun, dinməz, xar görürəm, Mən Şuşanın dağlarında qar görürəm. Quzğun kimi Qarabağda yad, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bir qız vardı o vaxtlar?!”

Post Views: 41 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Unutdunmu, ay oğlan, Bir qız vardı o vaxtlar?! Sıxılmış dodağında Adını “büküb” ağlar… Bəxtəvər sən imişsən, Yadından “yad”ı sildin… Doğması, kimsənəsi O qız tək səni bildi… Sevirdi deyə səni Ölçüsüz “böyütmüşdü”… Qurduğu evciyinin “Adamı” düzəltmişdi… Yıxmısan dünyasını O kür, …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Bura kimi yaşamaqmış qismətim”

Post Views: 68 Bu şeri həlak olmuş bütün dənizdəki günahsız neftçilərə həsr edirəm.Çox kövrəldim yazıncada Allah hamısına rəhmət etsin.. Men gedirem əcəl gəlib yanıma Bura kimi yaşamaqmış qismətim mən qaneyəm alnımdakı yazıma ancaq bu cür ölməyi heç bilməzdim.. Sən demə tufanda bizi sınadı Eşidənlər gör kimləri qınadı bizim üçün ağlayan tək anadı bu həyatda heç …

Azərbaycan ədəbiyyatı

Kemale ABDULLAYEVA.”Allah aşkıyla”

Post Views: 42 Yüksek-yüksek zirveleri Aşarız Allah aşkıyla!.. Mutlu-mutlu yarınlara Koşarız Allah aşkıyla!.. Yaprak-yaprak topraklarda, Gonca-gonca yapraklarda, Çiçek-çiçek ırmaklarda Açarız Allah aşkıyla!.. Deli-deli yeller gibi, Coşkun-coşkun seller gibi, Nağmeli bülbüller gibi Coşarız Allah aşkıyla!.. Güzel-güzel sözler ile, Hoş sohbetler sazlar ile, Dualar, niyazlar ile Baharız Allah aşkıyla! Güle-güle hep gülerek, Seve-seve hep severek, Severek hem …

Azərbaycan ədəbiyyatı

Nigar RÜSTƏMQIZI.”Yəqin sən də gedəcəksən”

Post Views: 54 Yəqin sən də gedəcəksən Hamının getdiyi yerə. Mən öz yerimə sadiqəm, Necə ki, sadiq olurlar, Ağaclar bitdiyi yerə. …uzun ömür, can sağlığı. Bağışla bu uşaqlığı. Ayrılmaqçün gəl görüşə Sevginin itdiyi yerə. Koram, gözüm əllərimdi …ümidlərdən tuta-tuta, Arxanca gəlib çıxmışam Məni tərk etdiyin yerə – Hamının getdiyi yerə.

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”

Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Sən zülmət gecələrin bir ümid çırağısan, Sən elin ağsaqqalı, sən yurdun dayağısan, Sən hürriyyət sədası, azadlıq sorağısan, Hər qarışda …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.“Bir insan ömrünə nələr sığarmış…” (Poema)

Post Views: 60 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı BİR İNSAN ÖMRÜNƏ NƏLƏR SIĞARMIŞ… Proloq Nə zamandır düşünürəm dərin-dərin, Dərdləşirəm mən gecələr əqlim ilə. Yaratmaqçün dastanını mən Öndərin, Toplayıram dürr-incilər gilə-gilə. Mən bir qorxmaz əsgəriyəm həqiqətin, Yazdıqlarım ümmandakı bir damladır. Söz, sənət də fövqündədir məhəbbətin, Mənim gecəm, həm gündüzüm ilhamladır. Ümümmilli liderimə …

Publisistika

“Bir insan ömrünə nələr sığarmış…” kitabına yazılan ön söz

Post Views: 56 Rahilə Dövranın Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Bir insan ömrünə nələr sığar-mış…” poemasını əlyazma şəklində oxudum. Ulu Öndərə həsr olunmuş onlarla poemanı xatıradım və belə fikirləşdim ki, hər bir şair eyni mövzuya öz daxili dünyasının gözü ilə baxır. Çünki hər bir şairin əvəzolunmaz insana, dahi şəxsiyyətə öz sevgisi, öz məhəbbəti var. …

Azərbaycan ədəbiyyatı

Şairə Rahilə Dövran “Qızıl qələm” media mükafatına layiq görülüb

Post Views: 43 9 dekabr 2015-ci il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, şairə Rahilə Dövran (Əliyeva Rahilə Vəli qızı) Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatı təqdim …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 37 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru QARDAŞIM Bu xalqın, millətin dərdi böyükdü, Oyat yatmışları, oyat qardaşım. Ayrılıq bizlərə bir ağır yükdü, Dağlarda atını oynat qardaşım. Qanlı köynəyini bir bayraq eylə, Şuşnı, Laçını sən yaylaq eylə, Xain düşmənləri daş-qalaq eylə, Zalımın gözünü oy, at , qardaşım. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 45 Qədər axırına çıxır ömrümün (“Didərgin şərqisi,qaçqın harayı”silsiləsindən) Üzümə gülən dağ duman içində, Günlərim vurnuxur güman içində. Məni hey sümürür zaman içimdən, Tüstüsü təpəmdən çıxır ömrümün. Yağı kəsilmişəm,özümə yağı, İçimi göynədən sözümə yağı. Haqq sözüm qayıdıb üzümə yağır, Üzüm yox üzünə çıxım ömrümün. Yağır şəhidlərin məzar daşları, Qurğuşun yaddaşlı od yağışları… Yağır həsrətimə …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.““Sevgilim dənizdədir…””

Post Views: 45 (Qərənfillərin, yosunların, balıqların və balıqqulaqlarının simfoniyası) Deyəsən yorulmuşdular, usanmışdılar Qara torpaq, daş döşəmə, mərmər üzlük üstündə Sərili qalmaqdan qərənfillər… Onunçün də bu dəfə özlərini dənizə atmaq, Yosunlarla, balıqlarla, balıqqulaqlarıyla Dərdləşmək qərarına gəldilər… Yosunların, balıqların, balıqqulağıların Fəryadını eşidib özlərini itirdilər, çaşıb qaldılar qərənfillər… Bu necə ağı, bu necə edi, bu necə fəryad idi, …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Qəhrəmanlı dastanı”

Post Views: 58 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Arif Məhərromova həsr olunur Bu bərəkətli Vətən düşübdü nahaq qana, Arif adlı qəhrəman ağlayır yana-yana. Allaha əl açaraq, üz tutub bu torpağa, İgidləri səsləyib, dedi, qalxın ayağa! Dedi gəlin, birləşək, qurtaraq dərdi-qəmdən, Yapışaq …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Şəhidlər Xiyabanı”

Post Views: 39 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Şəhidlər Xiyabanı, Mənim Məkkəm, Mədinəm!! Doğma övladlarındı, Körpə qol-qanadındı, Vətən, qoynunda yatan… Onlar olub nahaqqın başına Kəmənd atan! Onlar olub düşmənə, Şeytan bilib daş atan!! Onları tanımayan, İnsanlıqdan kənardı, Məzarları başında, Vətən sevgisi …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Səmanın al günəşi”

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Yağış yağır damcı-damcı, Ürəklərə qəm ələnir, Acı-acı. Qara kədərə bürünən Göy Xəzərə, Nələr deyir yağan yağış, Damlaları naxış-naxış… Amma, mənə elə gəlir, Bu yağan heç yağış deyil. Səma adlı bir gözəlin, O mənalı …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeirlər

Post Views: 65 * * * Hər sözü şəkər kimi qəlbə yatır, O gözəl cananımın əngi budur. Təbiət ondan alır ilhamını, Eşq ilə sevginin ahəngi budur. Telefon zənginə aləm qarışır, Darıxıb gözləməyin zəngi budur. Gözləri canıma hakim kəsilib, Gözəllik aləminin rəngi budur. Məni hərdən şad elə qürrələnim, Deməsinlər eşq içrə ləngi budur. * * * …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Qərənfil atmayın dənizlərə”

Post Views: 42 “Günəşli” yatağında həlak olmuş əzizlərimizin xatirəsinə (Gedən hər can bizdəndi, bir parçamızdı) Atmayın, Qərənfil atmayın dənizlərə Baxın! Baxın, güllər belə üzüb getmir dərinliklərə… Gözü yaşlıdı dənizin, Qoynunda bir qucaq yas havası var… Gözü yaşlıdı dənizin, Atdığınız güllər onu ovutmaz! Qərənfil atmayın dənizə, qırmızı ləçəklər ölüm doyurmaz, Duyub sulardakı qan qoxusunu Qərənfil bir …