Post Views: 42 Söyüdlər, hər yerdə söyüddü. Tək, kölgəsi sərin olur. Qəlbinə söyüd əkmisən, havalar isti keçəndə, budaqları yellənə, yarpaqları tellənə, bədənin sərinlənə. Kölgəsində dincəlsən, hamıya acıq verəsən, həyata gəl-gəl deyəsən. Rüzigar dəyişəndə, Havalar soyuyanda köçünü- Özündən çox uzağa çəkəsən. Daha sən O sən deyilsən. Yoxsa, özündə Donub ölərsən.
Əzildikcə, danıldıqca… (Cabir Novruza nəzirə)
Post Views: 47 Əzildikcə, danıldıqca, Coşub daşıram çay, sel kimi… Qələmi alıram əlimə, Tufanlar qopur içimdə, İç dünyamda baş qaldırır qiyam, Daha kəskin yazmağa başlayıram… Dilə gəlir bütün hisslər, fikirlərim… Mən şairəm, mən yazaram, qınamıram heç kəsi mən, bəxtim, alın yazım, qismətimdir yəqin bunlar… Paydan artıq yemək olmaz… Söyürsünüz, alçaldırsınız, yazdıqca mənə şərh, ismarıc, Yazdıqlarım …
Hamının üzü içindədir (Cabir Novruza nəzirə)
Post Views: 54 İnsanlara inanmayın! Sözlər yalan, mimika yalan, Jestlər yalan, əməl yalan, Baxışlara aldanmayın! Hisslər yalan, qəlbi yalan, geyib maska… Astarı özündən baha… Axtarma onlarda vicdan… Hamısının üzü içindədir, Gizli qalıb özlərinə… Niyyət yalan, arzu yalan, Məqsəd yalan, seçim yalan, Verdikləri qərar yalan… Çox toxunar qəlbimə, İnciyirəm mən o zaman, Deyəndə kimsə, yazma, baş …
Tural SAHAB.”Postmodernistin cinsini dəyişdirə bilməməsi”
Post Views: 77 Onun adı ilə…. Çox şeyi dəyişdirmək istəyirdi- ailəsini, cəmiyyəti, milləti ən əsası da cinsini. Bəli səhv duymadınız cinsini dəyişdirmək istəyirdi postmodernist köşə yazarı, şair, nasir Əliqulu Səhradaqum. Ancaq hələlik buna nə ailəsi, nə də yaşadığı cəmiyyət hazır deyildi. Cinsini dəyişdirmək istədiyini söyləsə ailəsi övladlıqdan rədd edər, ətrafındakı insanlar isə onu daşqalaq edib …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının X hissəsi
Post Views: 57 Səfər maşından düşdü. Hiss etdi ki, Fidana qarşı etdiyi hərəkətdən utandı. Siqaret yandırıb içinə çəkdi. Fidanda o biri tərəfdən maşından düşdü, asta addımlarla Səfərə yaxınlaşdı. Heç nə danışmadan sevgilisinin qoluna girdi, başını onun çiyninə qoydu. – Bağışla. – Əksinə, sən bağışla məni. Hisslərimə zəif düşdüm. – Mən hələ hazır deyiləm. – Toydan …
Qafqaz ƏVƏZOĞLU.”Ağladı”
Post Views: 39 Gözlədim, gəlmədin, görüş yerimiz, Halıma mükəddər oldu, ağladı! Sənin görüşünə tələsən güllər, Əlimdə saralıb-soldu, ağladı! Bükdü qamətimi, əydi bu halət, Gəldiyin yollar da çəkdi xəcalət. Məhəbbət yanğılı bir dəli həsrət, Qolların boynuma saldı, ağladı! Nə bilim bu imiş yaxınlığımız, Bir eşqin oduna yaxındığımız. Bir vaxt qucağına sığındığımız, Söyüdlər saçını yoldu, ağladı! A …
Rafiq ODAY.”Sevinir”
Post Views: 46 Qoşa yaranıbdır sevgiylə, nifrət, Seçməyən qəmlidi, seçən sevinir. Hər kəsə eşq adlı bir badə qismət, İçməyən qəmlidi, içən sevinir. Hissini, duyğunu sevgidən yoğur, Səni dərk edəni sev ki, – tən yoğur. Hər nurlu sabah da sevgidən doğur, Doğdumu dan gülür, gecən sevinir. Səni anlayansa könül həmdəmin, Yönsüz tufanlara tuş olmaz gəmin. Qədər …
Əziz MUSA.Həyatı və Yaradıcılığı
Post Views: 79 Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci il fevral ayının 2-də Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər …
Müzəffər MƏZAHİM.”Sazım mənim”
Post Views: 52 Aşıq Ədalət saz çalırdı. Sədəfə tutdurram səni, Sinəmə yatdırram səni, Dil-dil oxutduram səni, Nəğmələnmiş arzum mənim, Qu boğazlı sazım mənim. Sən Məcnunun Leylasısan, Anamın ilk laylasısan, Öz ruhumun balasısan, Ömrüm, günüm, yazım mənim, Qu boğazlı sazım mənim. Sözümün ekiz tayısan, Qorqud babamın payısan, Əsrlərin harayısan, Dünyayla təmasım mənim, Qu boğazlı sazım mənim. …
Aqil SABİROĞLU.”Nar” (Hekayə)
Post Views: 88 Üst-başı çirkli,ütüdənsə əsər-əlamət yox idi.Saqqallı görünürdü.Deyəsən yuxusuzluqdan gözləri şişmiş,qızarmışdı.Qəbiristanlığa gedib-gələnlər ruhi xəstə sanaraq ondan yan keçməyə çalışırdılar.O özü də hamıya ölgün nəzərlərlə baxaraq uzaq olmağa çalışırdı.Bir qəribə hərəkətini isə nəzərdən qaçırmadım;əlində tutduğu narı alacaqlarmış kimi hamıdan gizləməyə çalışırdı.Yaxınlaşıb salam verdim. -Əleykəssəlam,-dedi. -Narahat görünürsünüz.Bir kömək lazım deyil ki? Əllərini arxasına apardı,narı gizləməyə çalışdı.Məzlum …
Şəfa VƏLİYEVA.”Mənə toxunmayın”
Post Views: 40 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sarı yarpaqlar kimi üşüyən ürəyinin incə tellərinə toxunan kim idi, nə idi, hələ də bilmirdi. Bəlkə də, bilmək istəmirdi. Hardasa bu tellərin titrəməsindən də razı idi. Nə də olsa, o, bu taleyin atılmış qadını hesab edirdi özünü… *** …Səhər …
Nadir ZİYADLI.”Yunus Əmrənin XI qəbri və yaxud dumanlıq və toranlıqlardan boylanan işıq…”
Post Views: 58 Yunus Əmrə (Yunis Əmrə, Yunus İmrə) kimdir? “xeberinfo.com”: Nədən adı əfsanələrə qarışmış, tarixin yaddaşının ilmə- ilmə çözələnməsinə, incələnməsinə baxmayaraq bu şəxsiyyət haqqında danışanda, müəyyən zaman bucağından onun ömür yolunun toranlığa və dumanlığa qarışmış görüntülərinə nəzər salanda taleyini və özünü 7-8 əsr keçməsinə baxmayaraq bizlərə tanıdan, bizlərə doğmalaşdıran misralarını xatırlamamaq mümkün olmur… Məni …
Xuraman CAMALQIZI.”Qəlbimdə yerin var”
Post Views: 40 Qelbimde yerin var, gözümde eksin, Üreyim sızlayır , göyneyir menim Sen niye bele tez ömrümden getdin? Qenim kesilerek bextime menim. Seni yaşadıram setirlerimde, Sözümde gül açır sen deme derdim. Seni arayıram etirlerimde Başımı çiynını qoysam ne derdim. Getsen de üreyin qelbimde qaldı, Getdin bexş eleyib meni kedere, Seni gözlemekden gözüm qaraldı, Hopmusan …
Ülviyyə VAHİD.”Söylə”
Post Views: 50 Nə ücün susqunsan,bu qədər gülüm, Söylə, saf qəlbinin gileyi nədir.. Onsuz da dünyada qonağıq gülüm, Səni bu həyatdan küsdürən nədir?! Qişlar yazdan küsər,günəşsə aydan, Yollar izdən küsər,dənizsə caydan, Kim nə anlar, qəlbindəki haraydan? Səni bu həyatdan küsdürən nədir?! Taleyin oyunu bəzən sərt olur, Sevimli güllər də zamansız solur, O gözəl gözlərin nədən …
Nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Post Views: 75 12 sentyabr 2015-ci il tarixində saat 12:00-da Dağıstan Respublikasının Dərbənd rayonunun Rukel kəndində Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Elmir Mədətoğlu, İlqar …
Əlirza HƏSRƏT.”Sənsiz ürəyimdən soyuqlamışam”
Post Views: 38 Ruhum aynasıdır baxışlarının, Belə kim çəkibdir pərim,şəklini? Bilmirəm hayandan göstərim sənə,- Könlümə düşdüyün yerin şəklini? Qoy sərhəd telinin üstündən aşım, Bir az da qürbətə qarışsın başım. Üzümə nə gözəl tutub göz yaşım,- Arazın şəklini,Kürün şəklini. Təpədən-dırnağa çovğunam,qışam, Yenə qış ömrümdə buz bağlayıb şam. Sənsiz ürəyimdən soyuqlamışam,- Bəri dur,üstümə sərim şəklini.
Şairə-jurnalist Nəcibə İlkin Qurtuluş TV Televiziyasında işləmək üçün dəvət alıb
Post Views: 50 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, “Bir ömür uduzdum”, “Qəlbimdə dil açan dünya“, “İllərin …
Azər NƏSİBLİ.”Qocalar evində qocalan qadın…”
Post Views: 63 Əyildi qamətin, ağardı basın, Ağır zəhmətilə ucalan qadın… Həyatdan köçəndən həyat yoldaşın, Qocalar evində qocalan qadın… Sənin üç oğlun var, bir də ki qızın, Əyilib ayağın yuyanın yoxdur. Tənhalar evindən gəlir avazın, Nədənsə səsini duyanın yoxdur. Həmdəmi olmusan özgənin, yadın, Qocalar evində qocalan qadın… Görmədin heç övlad məhəbbtini, Görmədin bir xoş gün …
Mayisə ƏSƏDULLAQIZI.”Azərbaycan uğrunda!”
Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Əsgərlərimin himni ədalət nəğməsidi, Səngərlərin igidlər, ərənlər nənnisidi. Mübarizin, Ramilin əməli haqq səsidi, Bir kəlmə şüarı var, dilində dodağında, Hamımız çalışırıq Azərbaycan uğrunda!.. Millətimin şöhrəti dastanlar yaradıbdı, Düşmənlərin bağrını yaxıbdı-yandırıbdı, Yağılara ölümlük nifrəti yağdırıbdı, Şairə ilham gəlir qələbə …
Elnur ABDİYEV.Yeni şeirlər
Post Views: 42 * * * Sınaq-sınaq çökür bəşər, Qiymət-qiymət ucalan var. Bir imtahan doğur səhər, Gecəgözlü gələn yollar. Əməl əldən hökm istəyir, Yazılıb kitaba düşə. Hər gecə sübhü gözləyir, Kim tələsmir,bu görüşə? Hər gün yaşa,sanma sağsan, Gün say diri günlərini. Bir vəfalı gün doğarsa, At o biri günlərini. Qaç dünyanın boşdur eyşi, İç İlahi …
Təranə Şəmsi doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr)
Post Views: 41 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik …
Şafa Kamillini doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr)
Post Views: 44 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik …
Fidan Abbasovanı doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr 1986-cı il)
Post Views: 43 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının IX hissəsi
Post Views: 56 Kərim başını iki əlinin arasına almışdı. Təhminə daha ağlamırdı, Kərimin yanında – divanda yox, yerdə dizlərini qucaqlamışdı, boynu bükük gözlərini bir nöqtəyə zilləmişdi. Kərim başını qaldırmadan soruşdu – Neçə nəfər idilər? – 3 nəfər. Evə gələn adamlar idi, məni hədələmişdilər. Eşitmədim, axırdada… Kərim əlini Təhminənin çiyninə qoydu. – Sakiiit, danışma. Mənə söz …
Yalçın YÜCEL.Muhteşem şiirler
Post Views: 46 * * * Elimizden tuttuğundan beri İçimizde duyuverdik Öylece öğrendik özgürlük nedir Ve çocuklar gibi şendi artık düşünce Seninle yürürken Yaşam da başkalaşıverdi Bir gül bahçesi olduk insanlığa açan Ey gökçek cumhuriyet! Sen ne özlü bir dostsun bize Nice günler, nice yıllar Hep el ele , ayrılmaz bir sevgiyle yürüdük Dostluğun o …
Harika UFUK.”Efeler diyarı İzmir”
Post Views: 47 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi İzmir’in kurtuluş günü kutlu olsun. Cennet vatanımın nadide şehri, Ata’mdan armağan kaldın İzmir’im. Hep seni anlatır Menderes nehri, Adını inciden aldın İzmir’im, Gönlüme sevdanı saldın İzmir’im. Menemen efeler, mertler otağı, Bergama’dan başlar turist atağı. Aliağa antik eser yatağı, Elmastın, yakuttun, laldın İzmir’im, Gönlüme sevdanı saldın …
Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər
Post Views: 46 * * * bu bahar gəlmədi qaranquşlar. evimin tavanı bomboş qaldı. yoxsullaşdı şüşələrin üstü. ağızlarında su daşıyır, yoğurub hamarlayırdılar torpağı ev tikincə. səhərin gözü açılmamış ətcə balaların gözü açılırdı. dimdiyi ilə aclığını anasına söyləyirdi yavrular. günəş beş gün doğunca qanadlanırdılar. mənsə seyr edirdim həyatın diriliyini. deyəsən bu il həyat da ölüb… yolçuluq …
Fidan ABBASOVA.Yeni şeirlər
Post Views: 63 * * * Yuxusuz gecəmsən , bəxtsiz yazımsan sinəmdə çalınan telli sazımsan ömrümə pay düşən sərt ayazımsan üşüdür soyuq , buz baxışlar məni mən unuda bilsəm sevməzdim səni… Çevirdin ömrümü zəngli saata gəmim var dənizdə qayaya çata bir gün vəfasız tək mənidə sata üşüdür soyuq , buz baxışlar məni mən unuda bilsəm …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 42 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Göyün üzü göy divardı Axşam düşür. Qaranlıq pərdə kimi Çəkilir pəncərəmə, Qaralır evimin rəngi Və tənhalıq başlayır… Tavanı çökmüş evdi gözüm, Damır, damır yanağıma. Üzü sənə sarı Yol da uzanıb, Böyüyüb ayağıma. Eeeh! Bircə bacarasan ölməyi, Gözlərini sulu …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 41 ETİRAF Nə qədər gizləyim baxışımı mən, Nə qədər gözündən yayınım, qaçım? Sığınıb gecənin ağuşuna mən, Tənha bir qüssəni nə qədər qucum? Sənli ümidimin gerçəyi baha, Sövq etmə əlçatmaz istəyə məni. Ömrümün payızı yetişib daha, Salma dərd eləyib ürəyə məni. Bu könül dünyam da könlümü almır, Könülsüz açılır gözümdə səhər. Ürəyim könüllü qayğıma …
Elnur ABDİYEV.Yeni şeirlər
Post Views: 58 Gedirəm Hamı kimi bu səhərdə, Mən də bir yana gedirəm. Yolları ölçür addımım, Yol yona-yona gedirəm. Özüm sığmıram əynimə, Əynim daralıb,qəm yemə. Özümü alıb çiynimə, Özümdən ona gedirəm. Getdikcə gödəlir uzun, Gödək,uzun alın yazım, Bu yazını hara yozum? Bunu yozana gedirəm.
Rüfət AXUNDLU.”Sinəm üstə dağlarım var silsilə”
Post Views: 85 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Başım üstə hər çalarlı buludlar, Sinəm üstə dağlarım var silsilə. Gözlərimdə donub qalan kadrlar, Baxışlarda sükunətli fasilə… Mənbəyi var ürəyimin yağından, Yanağımda ümman yatır, səs etmə… Dişlərimi saxlamışam keşikdə, Dil altında vulkan yatır, səs etmə… Qollarımda zaman adlı zəncirlər, …
Həsən MİRAT.Yeni şeirlər
Post Views: 51 Ana Nə olar, aç gözünü dur da, ana Anasız qoyma bizi burda ana Ayağa dur de, “işim çoxdu bu gün”, Kredit borcunu dərd eylə düşün, Namaza bizləri qalxıtmaq üçün, Saatı beş otuza(05:30) qur da ana Nə olar, aç gözünü dur da, ana Anasız qoyma bizi burda ana Yenə də dur evinin çək …
Mirzə TƏRXAN.”Nəsihət”
Post Views: 59 Bismilləhlə başla sözə, Yalan yerə durma üzə, Haram dolu həsəd ilə, Günah qazandirma gözə. Dur sübhə ibadət eylə, Namaz ,Zikir,Dua ilə Allahdan bir islah dilə, Həm özünə,həm də bizə. Qul ol Rəbbin sevsin səni, Savabla doldur kisəni, Allah sevdiyi kimsəni, Sinağla qoyar göz-gözə. Səbr et ki, yet muradına, Güvənmə heç vaxt adına, …
Sevgini öldürməyin əsas 8 “səmərəli” üsulu…
Post Views: 51 Bu yazı Paritet qəzetinin 11-12 may 204-cü il buraxılışında dərc edilmişdir. İnsanların əksəriyyətini sevgi və sevgi münasibətləri, aralarındakı münasibətlərin düzgün olub-olmaması düşündürür. Bəs görəsən, bizim insanlar arasında olan münasibətlərimiz düzgündürmü, sevgidirmi? Bir müdrik şəxs sevgini düzgün anlamaq üçün yazmışdır və əsrlərin ötməsinə baxmayaraq, onun sevgiyə verdiyi bu mahiyyət və sözləri öz əhəmiyyətini …
Gözəl söz söyləməklə nə itiririk?!
Post Views: 54 Yaradılmışlar içərisində ən üstün canlı insandır. Biz digər canlılardan fərqliyik. Danışırıq, sevinirik, gülürük, fikrimizi ifadə edirik Yaradılmışlar içərisində ən üstün canlı insandır. Biz digər canlılardan fərqliyik. Danışırıq, sevinirik, gülürük, fikrimizi ifadə edirik. Ən əsası, şüur sahibiyik – düşünürük, qərar veririk, nəticə çıxarırıq, bir-birimizlə ünsiyyət qururuq. Allah bizim ünsiyyət yaratmağımız üçün müxtəlif dillər …
İntiharların qarşısını necə almaq olar?
Post Views: 54 İnsan Allahın yaratdığı üstün varlıqdır. Allah insana ruhundan üfürmüşdür, ona digər canlılarda olmayan düşünmək, danışmaq, işləmək, oxumaq, hiss etmək və s. kimi bacarıqlar vermişdir. İnsan Allahın yaratdığı üstün varlıqdır. Allah insana ruhundan üfürmüşdür, ona digər canlılarda olmayan düşünmək, danışmaq, işləmək, oxumaq, hiss etmək və s. kimi bacarıqlar vermişdir. Çox təəssüf ki, bəzi …
Doğum gününüz kutlu olsun!
Post Views: 41 Günlük Haber Ajansının Yönetimi Sizi, Çağdaş Türkiye edebiyatının ünlü temsilcisini, yetenekli eski sahibini, Günlük Haber Ajansları ve Azerbaycan’ın MMƏDƏNİYYƏT ve Edebiyat Portalının Türkiye təmsilcisini doğum gününüz vesilesiyle içtenlikle tebrik, Size uzun ömür, sağlık, çalışmalarınızda başarılar diler! Basın hizmeti
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının VIII hissəsi
Post Views: 41 Səfərlə Fidanın xoşbəxt günləri o gündən başlamışdı. İşdə də hər kəs gəncləri təbrik etdi, Səfər tort aldı, bir yerdə qeyd etdilər. Aybəniz gələndə anasının danışdıqlarını eşidəndə çox pis oldu. Anasıyla qoşulub ağlaşdılar. Cəmilə başını qızının dizlərinin üstünə qoymuşdu, rahatlıq tapmaq istəyirdi. Kərim Təhminəylə onun evində nahar edirdilər. Şirin-şirin danışıb gülürdülər Kərim – …
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Bu da bizim mal- qara”
Post Views: 50 Narın, həzin yağış yağır. Qəflətən güclənir, sonra yenə də yavaşıyır. Hərdən yağış damcıları ilə bərabər qar dənəcikləri də gözümə dəyir. Havada uçuşurlar. Necə də yüngüldülər. Həzin meh onları qonmaq istədikləri yerdən uzağa atır. Küçədə insanlar tez-tez ora- bura qaçırlar. Kimi evinə, kimi maşınına tələsir.Yağışdan hər hansı bir yolla özlərini qorumağa çalışırlar. Yağışdan …
Rauf Qərib ALAGÖZ.Yeni şeirlər
Post Views: 80 VƏTƏNSİZ DÖZMƏYƏ NƏ VAR Kİ…. Şeir nə sıradı, nə də ki, düzüm. Sözləri düzməyə nə var ki, qardaş. Bir-iki kədərli misra düzəldib, Dərdlini üzməyə nə var ki, qardaş. Söz var ki, deməsən dözməyir ürək, Söz də var kimsəyə deyildir gərək. Sözünlə uzağı görəsən gərək, Yaxını sezməyə nə var ki, qardaş. Mamır vətən …
Qalib ŞƏFAHƏT.”Dar ağacı”
Post Views: 70 Salam, Dar ağacı! Hər vaxtın mübarək. Şanlı-şöhrətli taxtın-tacın, Qara bəxtin mübarək! Bir kişi qeyrəti, Bir qadın isməti, ümidlərdən asılıb qalıb səndə. Bir ümidsiz ümidin, Kölgəsinə qısılmısan sən də. Bir ana fəryadı, Saçlarını yolub səndə. Saçları asılı qalıb, Yellənir, o yana-bu yana Qara yellər əsəndə. Salam, Dar ağacı! Özünü öymə, Ya da ki, …
Aqşin EVRƏN.”Zəng vuruldu: 5 dəqiqəlik tənəffüs”
Post Views: 164 (Hamı üçün 1 Sentyabr şeiri) Biz Əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik – Bunu 3-cü sinifdə oxuyanda anladım. Dəftərimdən qopardığım qoşa vərəqə iki söz yazmışdım – “sənin adın+mənim adım”. Rəsm dərsində ox sancılmış ürək çəkirdik bayraq və gerb əvəzinə, körpə qəlbimiz öz sümük beşiyində yenicə qığıldayırdı onda. Onda hələ öyrənməmişdik rəqəmlərin, yalnız …
Qalib ŞAMXALOĞLU.”Qaldı”
Post Views: 36 O mələksimalı tərk etdi məni , Getdi , ürəyimdə həsrəti qaldı . Hopdu yaddaşıma daş kitabətək Son dəfə etdiyi söhbəti qaldı . Çəkilməz dərd imiş ayrılıq dərdi , Onsuz yaşamağım ölümlə birdi . Cəmi bircə dəfə bir busə verdi , Boynumda ömürlük minnəti qaldı . Könül sarayımda soldu naxışlar , Vüsalın yolların …
Mais TƏMKİN.”Vəfalıdı”
Post Views: 39 Bu nə nəğmə, nə bəstədi? Sən gedəli, can xəstədi. Hələ də çiynim üstədi, Telin səndən vəfalıdı. Gözümdə həsrət torunu, Tikib, apardın nurunu. İçində saxlar qorumu, Külüm səndən vəfalıdı. Başımın üstə dayanır, Gah qara, gah al boyanır. Mənnən bir yatıb oyanır, Ölüm səndən vəfalıdı!!!
Elməddin RAHİBOĞLU.”Bir uşaq uzanıb, sahildə səssiz”
Post Views: 52 Bir uşaq uzanıb, sahildə səssiz. Üzünü tanrıdan çevirmişmi, nə. Sevgidən xəbərsiz, qəmdən xəbərsiz. Dəniz sahilini, sevirmişmi, nə? Həzz alır, dalğanın toxunuşundan, Bəlkə də günəşdən enerji alır, Paltarı soyunmaq çıxıb huşundan? Axı o, paltarla birgə uzanıb. İlahi, o ölüb. O, nəfəssizdir. Suriya zülmündən qaçmaq istəyib. Bu dünya, bu zülmə niyə səssizdir? Bəlkə səssizliyi …
Mayisə ƏSƏDULLAQIZI.”Səmanın al günəşi”
Post Views: 46 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Yağış yağır, damcı-damcı, Ürəklərə qəm ələnir, Acı-acı. Həm də zülmətə bürünmüş bu gecəyə Kədər verir, yağan yağış, Damlaları naxış-naxış. Amma mənə elə gəlir, vallah bu heç Yağış deyil, Səma adlı bir gözəlin,o mənalı gözlərindən Axan yaşdı! İtirdiyi sevgisinə …
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 64 Ayrılıq yerindən qırıldı bu eşq Sənin dodağında çiçəkləmişdi, Bir zalım əliylə dərildi bu eşq. Gözlərim yolunu elə çəkdi ki,- Ayrılıq yerindən qırıldı bu eşq. Qərib fəryadıydı,aşiq halıydı, Divanə ruhların qeylü-qalıydı. Bağrımın başında lalə xalıydı, Keçib göz yaşından duruldu bu eşq.
Cəmiyyət Dövlətinə sahib çıxmalıdır
Post Views: 41 Cəmiyyətin rifahı üçün – Güclü dövlət Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifah təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur. Dövlət, tarixin məlum olan ən …
Remzi ZENGİN.”Doğum Günün Kutlu Olsun”
Post Views: 44 Dilerim yüce mevlâdan Gözlerin yaş, Tekerin taş, Memleketin savaş görmesin. Cebinde bitmesin para Başın düşmesin hiç dara Dırdırı çok bir kaynana Başından eksik olmasın. Altında bir arap atı Gezesin hep memleketi, Malının bet bereketi Azalmasın, daim artsın. Duaların kabul olsun Mutluluğun bâki kalsın, Beklediğin yolcu gelsin Gözlerin yolda kalmasın Dilerim hiç çekme …
Hasan AKAR.”Yamansın Be Sami!”
Post Views: 61 Çözemezler seni yamansın be Sami, Sanıyorsun ki senden gayrisi ali, Sensiz n’olur Anadolu Lisesi hali, Müdürlük az olasın bir şehre vali. Şifreleri kaptın,puanları bastın, Bilemezler sandın,şimdi faka bastın, Aralık’tan sonra Cemaati astın, Bitiyorsun nedir kendine bu kastın. Öyle güçlüsün ki sendika vız gelir, Yalakalık, yağdanlık sana az gelir, Sen şahinsin artık Tokat …
Ahmet DİVRİKLİOĞLU TUFAN.”Tufan var”
Post Views: 50 Bedenim birdir amma İçinde iki can var Birisi Hak’tan yana Birinde sis duman var Kulağımın birinde Ezanlar iniltide Dinlerim diğerinde Kemaneler çalan var Sağ gözüm Elif,Mim de Sol gözüm dolu,demde İkisi de benim de Beynimde bir çiyan var Ağzım içinde dilim Düşmanım san ki benim Söylemez istediğim Her sözünde yalan var Bir …
Nemətlərdən istədiyin şəkildə zövq almağın tək yolu imandır
Post Views: 44 İnsanların əsl xoşbəxtliyi əldə etmələrinin tək yolu Allah’a iman gətirmələridir. Bu həqiqət Quranda belə bildirilir: ”Bilin ki, qəlblər ancaq Allah’ı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28). Yaşanılan bədbəxtlikdən və sıxıntıdan ancaq Allah’ın rəhməti qavrandığı və iman əxlaqı yaşandığı halda qurtulmaq olar. Dünya həyatından ancaq bu şəkildə zövq alıb, gözəlliklərin dəyərini qavramaq …
“Yer kürəsinin harayı”
Post Views: 51 Nə zamansa təbiətin canlı olduğunu, öz içinizdə yaşadığını hiss etdinizmi? Hiss etdinizmi təbiətin özünəməxsus tarazlığa malik bir sistem olduğunu? Bəlkə bir az düşünək: Təbiət Anadır deyirik, bəs biz bu Ananı qoruya bilirikmi? Hələ dahi Nizami doqquz əsr öncə yazırdı:”Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.” Görəsən, nədən …
Mirzə TƏRXAN.”Bir lal tanıyıram”
Post Views: 45 Bir lalın xəyalı danışmaqdırsa Düşüncəsi inqilab,üsyan və kindir. O susmuş vücudu tanımaq üçün Get ona yaxınlaş və onu dindir. Necə açıqlayır düşüncəsini Gör nələr danışır dilsiz,ağızsız . Havaya yazını əlləri ilə Gör necə yazır o qələm kağızsız. Danışdır onunda istəkləri var Danışan insana yoxdur etibar. Mən indi anladım danışmayan da Əl ilə …
Elnur RƏSULOĞLU.”Anam”
Post Views: 74 Həyatda borcluyam anama təkcə. Anamın borcunu qaytarım necə? Ömründə doyunca yatmayıb gecə Ümidini mənə bağlayar anam. O, məni böyüdüb, yetirib başa, Arzusu dünyada dəyməsin daşa. Yolumda qocalıb dolubdur yaşa, Dərdini qəlbində saxlayar anam. Saçları ağarır keçdikcə illər, Anamın varlığı mənimçün yetər. Yaxşı oğul olsam, anama əgər Dözməyib sevincdən ağlayar anam.
Nisə Qədirovanın yeni kitabı işıq üzü görüb
Post Views: 48 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qələm sahibini, Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “Qızıl Qələm” Media Mükafatı laureatını, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, istedadlı qələm sahibi, tanınmış şairə-publisist Nisə Qədirovanın 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 448 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru Çağdaş …
Xürrəm Qafanlının yeni kitabı işıq üzü görüb
Post Views: 41 Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Xürrəm Qafanlının “Yaşamaq yanmaqdı…” adlı yeni kitabı 2015-ci ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 352 səhifə səhifə həcmində, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru və ön sözünün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının …
Rauf Qərib Alagözün yeni kitabı işıq üzü görüb
Post Views: 45 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “edib.az” saytının qurucusu və rəhbəri, gənc yazar Rauf Qərib Alagözün “Silə” adlı ilk şeirlər kitabı Bakı şəhərində “Müttərcim” nəşriyyatı tərəfindən 156 səhfə həcmində “Aybkitab” layihəsi çərçivəsində işıq üzü görüb.Kitabın redaktoru və korrektoru “edib.az” saytının baş redaktoru, gənc xanım yazar Şəhriyyə …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 55 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i KEÇIR Öz günümə ağlamıram, Günüm ağlamaqdan keçib. Ağlamağın faydası nə? – Gülüm, ağlamaqdan keçib. Qısıl yaşa tək içində, Öz dərdini çək içində. Ömrümüz ələk içində, …