Author: Delphi7

  • “Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi keçiriləcək

    Silahlı Qüvvələr gününə həsr edilmiş “Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın bütün cəbhə bölgələrində yerləşən rayonlarında keçirilməsi planlaşdırılır.
    Hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Azərbaycan Respublikasının bütün cəbhə rayonlarını: Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, həmçinin Gəncə və Naftalan şəhərlərini əhatə edir.
    Müsabiqədə həmçinin Azərbaycan Respublikasının digər rayonlarında yaşayan gənclər iştirak edə bilərlər. Bundan ötrü iştirakçının şəxsi iştirakına ehtiyac yoxdur, müsabiqədə uzaqdan da iştirak etmək olar. İştirakçı öz çıxışını video-çarx şəklində müsabiqənin elektron ünvana (festival@gim.az) göndərə bilər.
    Müsabiqənin iştirakçılarının qeydiyyatı 10 aprel 2015-ci il tarixədək keçirilir. İştirak etmək üçün ərizələr Gəncə Qarnizonu Zabitlər Evində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 56) və ya festival@gim.az elektron ünvanına göndərilərək verilir.
    Müsabiqə iştirakçılarının bütün çıxışları internet səhifəsində yerləşdiriləcək. Həmin səhifədə istənilən iştirakçının video-çarxına baxmaq və bəyəndiyi iştirakçıya səs vermək imkanı olacaq.
    İştirakçıların çıxışları professional münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
    Birinci turun konsertləri hərbi hissələrin ərazilərində keçiriləcək. Mülki iştirakçılara hərbi hissənin ərazisində gəzinti təşkil ediləcək. İştirakçılar gəzinti zamanı əsgər yataqxanası, sinif otaqları, atıcı silah və hərbi texnika ilə tanış olacaqlar. Seçim konserti keçirildikdən sonra əsgər yeməkxanasında iştirakçılar üçün nahar yeməyi təşkil ediləcək.
    İkinci turun konsertləri aşağıda göstərilən bölgələrdə keçiriləcək: Bərdə, Beyləqan, Şəmkir, Gəncə.
    Yarımfinal və final konsertləri Gəncə Qarnizonu Zabitlər Evinin tamaşa zalında keçiriləcək.
    Qaliblərin mükafatlandırılması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş qala-konsertdə baş tutacaq.

    Şəfa VƏLİ,
    AYB üzvü və Prezident təqaüdçüsü.

  • Pərviz HƏKİMOV.”Əvvəli öndədir gəldiyin yolun”

    Dönüb simuzərə mini birində,
    Daha kəraməti yoxdur pirin də.
    Göz yaşı qaynayır hər ləpirində,
    Üstündə şadlanıb güldüyün yolun.

    Sevinc buludundan yağan kədərdir,
    Allahın günahı bəxtdır,qədərdir.
    Sirri,müəmması milyard qədərdir,
    Ovcunun içitək bildiyin yolun.

    Hərə bu dünyanı bir cürə yozdu,
    Fikir çəmbərində saydı,uduzdu.
    Sənin həyatına xəmirdi,duzdu,
    Üstündə bayılıb öldüyün yolun.

    Şirin sabahların zəhər dadıdır,
    Göydə uçanların yer qanadıdır.
    Axır da əvvəlin başqa adıdır,
    Əvvəli öndədir gəldiyin yolun

  • Debüt: Qalib ŞAMXALOĞLU (Füzuli rayonu).Yeni şeir

    Millətim yatıbdı fil qulağında,
    Gəlirin, çıxarın bilmədi, vallah!
    Çapıb talamağa gəlirlər bizə,
    Gələn xoş niyyətlə gəlmədi, vallah!

    itirə-itirə gəlirik!-Hanı,
    Yurdun Zəngəzuru, ya İrəvanı?!
    Bölgələrə bölürük Azərbaycanı,
    Yad gəlib bizləri bölmədi, vallah!

    Dərbəndim,Təbrizim müdam ağlayır,
    Qarabağlıların qara bağlayır!
    Borçalının dərdi ürək dağlayır,
    Kərkük göz yaşını silmədi, vallah!

    Bir sancı doğruyur qəlbimi mənim,
    Bizə biz olmuşuq hər zaman qənim!
    Məşəqqət içində yazıq vətənim,
    Bir dəfə ürəkden gülmədi,vallah !

    Öndə gədəniyik biz latın, lütün,
    Hardan xeyir gələr, kəsmişik kütün!
    Qalibin ölübdür ümidi bütün,
    Bir quru cismidi ölmədi, vallah !

  • Elnur RƏSULOĞLU.”Dünyada”

    elnurresuloglu

    Dünyada
    Sən qəlbimin hərarəti, atəşi,
    Səndən gözəl ola bilməz
    dünyada.
    Gözəlliyin utandırar günəşi,
    Səndən gözəl ola bilməz
    dünyada.

    Bu məqamı gözləmisən xeyli
    sən,
    Vurulmusan, sən də mənə
    meylisən
    Divanəyəm, Məcnun mənəm, Leyli sən,
    Səndən gözəl ola bilməz

    dünyada.
    Bir xəstədir, sənsən şəfa
    Elnura,
    Əbəs yerə vermə cəfa
    Elnura. Sevgidə sən göstər vəfa
    Elnura,
    Səndən gözəl ola bilməz dünyada.

  • Elnur ABDİYEV.” Bu kürədə yaşa sevgi hörmək üçün”

    1424259792_elnur

    Bu gün kənd qəbiristanlığında Şəhidlərin məzarlarını ziyarət etdim. Baxdım,baxdım,sadəcə qəlbimdə bir qürur hissi doğdu.

    Bu məzarlar şanlı tarix səhifəsi,
    Uyuyublar, Vətən ömür sürmək üçün.
    Hər bir şəhid özü boyda Yer kürəsi,
    Bu kürədə yaşa sevgi hörmək üçün.

    O qanlarla Bayrağımda Vətən gülür,
    Ruhu enməz şəhidlərdir,Vətən gülü.
    Haqq yolunda ölənlərə demə ölü,
    Onlar yaşar,sən acizsən görmək üçün.

    Gör nə qədər böyüksən ki, ey şəhid sən!
    Bir savabın cavabına tək şahidsən.
    Baş əyirəm məzarların önündə mən,
    Şəhidlərə şanlı salam vermək üçün.

  • Nail DAĞLAROĞLU.”Edə bilsin”

    10671462_1506906362912856_7090846000264678093_n

    Ürəyimdə güclü məhəbbət oyat,
    Ömrün sonunadək bəs edə bilsin.
    Duyğular müqəddəs, saf, təmiz olsun,
    Dillənsin ürəkdə səs edə bilsin.

    Elə et ki, hazır olum olməyə,
    Təkcə sənnən danışmağa, gülməyə.
    Mənimlə dərdini yarı bölməyə,
    Qoyma snnən qeyri kəs edə bilsin.

    Nailəm, eşqinlə alışım yanım,
    Sənsiz keçən günə qoyma dayanım.
    Sənnən ayrı düşsə bu sevən canım,
    Naz-qəmzəndən umu-küs edə bilsin.

  • Gənc xanım yazar müsabiqənin qalibi olub

    1 may 2015-ci il tarixdə Azərbaycan Dİllər Universiteti tərəfindən Azərbaycan Xalqının ümummilli lideri, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
    Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə müxtəlif ali təhsil müəssisələrinin tələbələri və müəllimləri iştirak edib.Müsabiqənin qalibi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin I kurs dinləyicisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, gənc xanım yazar Ülkər Piriyeva olub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nigar RÜSTƏMQIZI.”Qabriel Qarsia Markizdən…”

    qza

    Gecənin zülmətinin tozunu
    üstümdən çırpmamış səhər açılmışdı…
    Onsuz keçən günlərimin hədiyyəsi
    Şillə kimi üzümü qızartmışdı.
    Dünyadakı heç bir həzzi bu iztiraba
    dəyişməzdim.
    Tipik Oxatanlar kimi inadkardım,
    Oysa o qədər mərhəmətli idi ki, hətta
    Iblisə də yazığı gəlirdi…
    Ehh, kim təsəvvür edə bilər ki, bu nə cür
    xoşbəxtlikdir.
    Daha ölməyə azca da niyyətim yoxdur.
    Amma o gün…
    O gün…Səhər dodaq boyasıyla
    güzgüyə yazdım:
    “Sevgilim, bu dünyada biz tənhayıq”
    Qayıtmadım…

  • Ülviyyə VAHİD. “Vaqif Səmədoğlu haqqında düçüncələr”

    Şəxsiyyətlərindən biri,əvəzsiz insan,Səməd Vurğunumuzun yadiğarı, şair-drammaturq Vaqif Səmədoğlu bu gün dünyasını dəyişdi. Bu dahi şəxsiyyət haqqında zamanında deyilib və bundan sonra da daha çox xoş sözlər deyiləcək,əminəm.Çünki gerçəkdən də ölümü ilə ölümsüzlüyün zirvəsini qət edənlərdən oldu,Vaqif Səmədoğlu.
    Sadəcə onu deyim ki,yanvar ayını heç sevmirəm.Doğma,dəyərli,əvəzsiz və s. bütün insanları məndən almaq üçün illərdir, qəsdimə durub sanki.Vaqif müəllim,çox təəsüf ki,sizləri də bizlərdən dən almış oldu zalım yanvar… (daha&helliip;)

  • Ülviyyə VAHİD (Bakı şəhəri).Yeni şeirlər

    XATİRƏ QALACAQ

    Bir yol olub, yürüdüyüm illərim,
    Sirdaş olub mənə,ötən günlərim.
    Yazdığım hər misralarım,sözlərim,
    Bu ömürdən bir xatirə olacaq.

    Enisli-yoxuşlu uzanan yollar,
    Güvənli dağlara yağan o qarlar,
    Yaşanan uğurlar,həm imtahanlar,
    Bu ömürdən silinməz iz salacaq.

    Yaşanan illərin qışı, həm yazı,
    Vusalın sevinci, hicranın yası,
    Ürəkdən süzülub gələn hər yazı,
    Bu ömürdən bir gün daha alacaq.

    Həyat öz köçünü çəkib gedəcək,
    Kimlər ağlayacaq,kimlər güləcək?
    Günun birindəysə hər şey bitəcək,
    Bu ömürdən tək nişanə qalacaq.
    Bu ömürdən, bir xatirə qalacaq.

    SEVGİ NAĞILI

    Bir sevgi nağılı danış sən mənə,
    Orda həsrətlərdən söz açılmasın,
    Xoşbəxt sevgilərsə yarı qalmasın.
    Bir sevgi nağılı danış sən mənə.

    Orda həm sədaqət,həm vəfa olsun,
    Sevinc yaşlarıyla gözlər də dolsun.
    Yasanan hər sevgi bir örnək olsun,
    Bir sevğı nağılı danış, sən mənə..

    Məcnunlar Leyliyə həsrət qalmasın,
    Fərhad min əzabla külüng çalmasın,
    Züleyxa Yusifsiz qəmə batmasın,
    Bir sevgi nağılı danış, sən mənə.

    Əzrayıl qapını vaxtsız döyməsin,
    Fərizə eşq üçün kəfən biçməsin,
    Sevgilərin sonu belə bitməsin,
    Bir sevgi nağılı danış, sən mənə.

    Güvənli dağlara qarlar yağmasın,
    Xəyanət kəlməsi heç anılmasın.
    Vusalın yolları bağlı qalmasın,
    Bir sevgi nağılı danış, sən mənə.

    Nağıl dünyasına qonaq olsam da,
    Bir gün bu həyatla vidalaşsam da,
    Daha nağıllara inanmasam da,
    Bir sevgi nağılı danış, sən mənə.

    GEDİRSƏN

    Yenə görüşünə gəlib dostların,
    Bu görüş -acı bir tarix yazacaq.
    Hər görüş xoşbəxtlik deyilki,ustad,
    Qələm də bir vida şeirin yazacaq..

    Qəsdimə dayanan bu zalım ay da,
    Səni də bizlərdən alıb aparır.
    Ruhun bizimlədir,cismin yol üstdə,
    Ömür də öz köçün çəkib aparır.

    Dəvətinə gəlib, səni sevənlər,
    Ölümə-“xoş gəldin”,deyib gedirsən.
    Qəlbimdə acı bir fəryad yüksəlir,
    Qonaqların gəlib, hara gedirsən..?!

    Ülviyyə Vahid

  • AYB Gənclər Bölməsi yeni kitabın təqdimatını keçirib

    http://s018.radikal.ru/i514/1505/54/8d11a07c9708.jpg

    01 may 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində “Ədəbi nümunələrdə Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözüylə AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova açıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı qələm sahibləri üçün tükənməz mövzudur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, Beynəlxalq “Altın Yıldız” medalına layiq görülmüş yazıçı Qərib Mehdi də Ulu Öndərin ədəbiyyata olan sevgisindən və qayğısından danışıb.
    Daha sonra Firəngiz İdrisqızının rəhbərliyi ilə Gəncə Dövlət Universitetində fəaliyyət göstərən “Gəncliyin səsi” ədəbi dərnəyinin yetirməsi olan, AYB üzvü və Prezident təqaüdçüsü Xəyalə Sevilin yeni nəşr olunmuş “Saçlarıma ay qonub” kitabının təqdimatı keçirilib.
    Gəncə ədəbi mühitinin görkəmli nümayəndələri- Prezident təqaüdçüsü Aləmzər Əlizadə, Sahib İbrahimli, İnqilab İsaq, Ramiz Təmkin, Oqtay Abdulla, Almaz Yusifqızı öz çıxışlarında Xəyalənin istedadından və özünəməxsus üslubundan danışıblar. Firəngiz İdrisqızı gənc şairin “Gəncliyin səsi” dərnəyindəki fəallığını, Elməddin Nicat və Vüsal İsgəndərli isə dərnəyin Xəyalənin yaradıcılığına təsirini xüsusi qeyd ediblər.
    Tədbirdə gənclərdən AYB və DGTYB üzvü Şəfa Vəli, Faiq Abdullayev, Aytac Məmmədova, Təhminə Məmmədova, Elvin Mustafayev, Samirə Səma, Gülnarə Sadiq, həmçinin, Aşıq Elbrus da iştirak ediblər.

    Şəfa VƏLİ,
    AYB üzvü və Prezident təqaüdçüsü.

  • Mais TƏMKİN.”Adamı” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Dostlar, olmaz dadı-duzu,
    Söz-söhbəti şit adamın.
    Nə arı var, nə həyası,
    Ruhu çılpaq, lüt adamın.

    Haqqa dəvət etsə mini,
    Yenə eylər bildiyini.
    Yox imanı, yox bir dini,
    Səcdəgahı büt adamın.

    Üzdə tərif yapan gördüm,
    Hiylə yolun tapan gördüm.
    Arxadan çox qapan gördüm,
    Belə qapmaz it,- adamı.

    Xainlərin qəlbi kindir,
    Nə danışdır, nə də dindir.
    Başa salmaq çox çətindir:
    Bu zamanda küt adamı !

  • Şafa KAMİLLİ.”Uzaqdan-uzağa bu nədi belə?”

    http://s017.radikal.ru/i400/1505/4d/121abb3a0fc8.jpg

    Sən və sənlə bağlı hər şey incidir məni,
    Uzaqdan-uzağa bu nədi belə?
    Qəlbim yanında olduğu üçün,
    Hiss edir sənin hər halını,
    Axı nə gizlədim darıxıram mən,
    Deyəsən sənin də bir sıxıntın var ,
    Ehtimal edirəm, bu belə deyil,
    Sadəcə bu mənim hislərim olar ,
    Şadlanan qəlbinlə, gülən üzünlə,
    Sanki yanmdasan,sən mənimləsən.
    Butü düşüncənlə, o saf qelbiylə ,
    Deyəsən elə sən də beləsən…
    Bu hislər sənində qəlbindən keçir,
    Qəlbimdən, qəlbinə olan bu yolda,
    Unutma, daima qəlbim sənindi…

    30.04.2015.

  • Mahmud Kaşğari.“Divani-lüğət it-türk” əsəri

    http://s011.radikal.ru/i317/1505/ab/0914472107ab.jpg

    Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Divani-lüğət it-türk” əsəridir. Bu əsərin müəllifi XI əsrdə yaşayıb-yaratmış məşhur türkoloq Mahmud Kaşğaridir.Müəllif bu əsəri 1075-ci ildə yazmağa başlayır.Əsəri 1077-ci ildə tamamlayır.Bu əsər ərəblərin türk dilini öyrənmək məqsədi ilə yazılıb. “Divani-lüğət it-türk” əsərində 7500-dən çox sözün şərhi verilib.Bu sərdə türk xalqlarının həm şifahi, həm də yazılı ədəbiyyatından şeir nümunələri də verilib.Şeirlər əsasən dördlük formasındadır.Misra daxili bölgü 4+3 formsındadır.Səkkiz hecalı şeirlərə də təsadüf olunur. “Divani-lüğət it-türk” əsərində türk dillərində ahəng qanununun olması haqqında ilk dəfə olaraq məlumat verilir.

  • Yusif Balasaqunlu.”Kutadqu bilik” əsəri

    http://s017.radikal.ru/i406/1505/e0/7195b854fd54.jpg

    Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Kutadqu bilik” poemasıdır.Poemanın müəllifi Yusif Xas Hacib Balasaqunludur.Müəllif bu əsəri 18 ay ərzində yazıb.Poemanı 1069-cu ildə tamalayıb.Əsəri Qaraxni dövlətinin hökmdarı Süleyman Arslan Qaraxana həsr edib.Hökmdar bu poemanı yüksək qiymətləndirib.Əsərin müəllifinə “Xas Hacib” fəxri adını verib.
    “Kutadqu bilik” poeması 85 bölmə və 6520 beytdən ibarətdir.Şeirlər əsasən dördlük şəklindədir.Dil və üslub baxımından Mahmud Kaşğarinin “Divani-lüğət it-türk” əsəri il yaxından səsləşir.Əruz vəzninin mütəqarib bəhrində yazılıb.Bu əsər əxlaqi-didaktik mövzudadır.
    Poemanın “Kutadqu bilik” adlanması da təsadüfi deyil.Müəllif özü bu əsər haqqında yazır: “Bu kitabı oxuyan kutlu olsun.Kitab onun əlindən tutsun”.Bu əsəri Azərbaycan dilinə Ramiz Əsgər və Kamil Əliyev tərcümə edib.
    Bu poemanın elm aləmində üç nüsxəsi var:
    1.Vyana nüsxəsi 2.Qahirə nüsxəsi 3.Fərqanə nüsxəsi

  • Gülten Ertürkü doğum günü münasibətilə təbrik edirik!

    02

    Gülten Sultan mahasıyla tanığımız Gülten Ertürk 1969 yılında Beypazarında doğdu.İlk, orta ve lise öğrenimini Beypazarında, yüksek öğrenimini de. Selçuk Ü. Eğt. Fak. Kız Sanat Eğit. Y.Okulunda birincilikle tamamladı.1991 yılından beri Beypazarı Kız Teknik ve Meslek Lisesinde Takı Tasarım öğretmenliği yapan şairin, şiire iligisi lise yıllarında başlamış, aldığı ödüller daha çok yazmaya teşvik etmiş ve şairi bu günlere taşımıştır.
    Başanlı öğretmenliğinin yanı sıra Türkiyenin çeşitli yerlerinde sahne alan ERTÜRK, TRTnn çekimlerini Beypazarında gerçekleştirdiği “Son mektup” ve “Türkmen düğünü” dizilerinde rol alarak seslendirme yaptı.Beypazarı yöresine ait bir yiyecek olan Beypazarı Kursunun hikayesini senaryo olarak yazdı.Pek çok TV Programlarına konuk oldu.Kendisi de TV programları hazırladı ve sundu.Büyük organizasiyonlarda, festivallerde ve Uluslararası programlarda sunuculuk yaptı.Türkiyede yayınlanan muhtelif edebiyat, kültür, sanat ve fikir dergilerinde, gazetelerde yazı ve şiirleri yayımlandı.
    Öğretmenlik meslekinde Takı Tasarımı alanında sanat eseri konumunda çalışmaları bulunan Gülten ERTÜRK, 2008 yılında öğrencilerine rehberlik ettiği bir proje yarışmasında Türkiye 2.liği Ödülünü aldı.
    2010 yılında Türkiyede bir ilk olan şair ve programcıların katıldığı “1. Çukurova Şiir Okuma Yarışması” ında 2. oldu.
    2012 yılı Eylül ayının 24-de Türkiye Yazarlar Birliği Temsilci Kurulu üyesi olarak ilk kez Bakü’ye sefer etdi.Həmin ziyaret çerçevesinde “Aydın Ocağı” Sosyal Birliğinin organizasyonu ile “Divan-ı Hikmet” de gerçekleştirilen muhteşem görüşmede 2011 yılında Ankara’da yayımlanan
    “harflerin Dansı” (Assonans ve Aliterasyonlarla Şiirler) kitabından hediyeler etdi.Türkiyə Türkçesinde yazdığı şiirlerden okudu. “Aydın Ocağı” Sosyal Birliği Onursal üyesi seçildi.
    Dünya Genç Türk Yazarlar Birliği üyesi, yetenekli Türk hanım yazar Gülten ƏRTÜRKün şiirleri Türkiye Türkçesinden Türkiye Türkçesine tercüme olunarak ilk defa olarak Azerbaycan’da “Aydın Ocağı” Sosyal Birliğinin yayın organı “Aydın Ocağı” dergisinde-dergisinde olunarak ışık yüzü gördü.Dünya Genç Türk Yazarlar Birliği
    ve “Aydın Ocağı” Sosyal Birliği elektronik organı Azerbaycan Kültür ve Edebiyat portalına şiirleri yayınlandı.
    2012 yılı Ekim ayının 6’sında “Aydın Ocağı” Sosyal Birliği elektronik organı Azerbaycan Kültür ve Edebiyat portalının Birinci Kurultayı’nda Azerbaycan’ın Kültür ve Edebiyat portalının yayın, Yaratıcı, Temsilci Heyetlerinin Fahri üyesi ve “Türkiye Edebiyatı” bölümünün Baş editörü seçilmiştir.
    İkinci kitabı olan “Nerdesin Kırık Ayna”nın 2. baskısının gelirini Türkiye Gücsüzleri Vakfına bağışlayan şair;
    İLESAM ( Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği),
    TURÇEV ( Turizm ve Çevre Gazetecileri kültür sanat komisyonu)
    DGTYB (Dünya Genş Türk Yazarlar Birliği),
    Yurd Yuva Derneği üyesdir.
    Şiir Kitapları; “Paylaşılacak Duygular”, “Nerdesin Kırık Ayna2, 1. ve 2. Baskı, “Gönlümdün Damlalar” ve Milli Eğitim Bakanlığı Devlet kitapları çocuk serisi yayınlardan “Şiirlerle Kutlayalım”
    Şiir Albümleri; “Yüregimdeki Duygulardan Merhaba”, “Gönül Gülteni”
    Ders kitapları; “Basit Telkari Teknikleri”, İçi Bos (kutu) Tekniği”
    Hikaye kitabı; “Beypazarı Kurusu”

    SEVER SENİ

    Canımda can varsa, sağsam,
    Bir öfkeyle dağları aşsam,
    Gökten taş olup da yağsa,
    Dolum yine sever seni

    Her sezon açıp Scholes da,
    Bulut içine dolsa da,
    Fırtına, boran olsam da,
    Yelim yine sever seni.

    Özlemin beynimi yorsa,
    Zaman hiç ötməyib dursa,
    Dalgalar kıyıya vurursa,
    Gönlüm yine sever seni.

    Baxılmadı genç yaşıma,
    Üzüntü katıldı Asım.
    Neler gelse de başıma,
    Kolum yine sever seni.

    Cefa etse de çok zalim,
    Fetvalar verse de alim,
    Qalamasa da hiç macalım,
    Halim yine sever seni

  • Gənc yazarlar “Shahbulaq.az” saytına keçdi

    shahbulaq.az

    30 aprel 2015-ci il tarixdə “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, tanınmış yazıçı Eyvaz Zeynalov tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, gənc yazarlar Nigar Rüstəmqızı, Cahan Xanım, Kənan Aydınoğlu “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının Redaksiya heyətinə üzv qəbul olunublar.Yetişməkdə olan yeni nəsil Azərbaycan ədəbiyyatının nümayəndələrinin-gənc yazarların tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirililəcək.

  • Debüt: Ülviyyə VAHİD (Bakı şəhəri).Yeni şeir

    Bir yol olub, yürüdüyüm illərim,
    Sirdaş olub mənə,ötən günlərim.
    Yazdığım hər misralarım,sözlərim,
    Bu ömürdən bir xatirə olacaq.

    Enisli-yoxuşlu uzanan yollar,
    Güvənli dağlara yağan o qarlar,
    Yaşanan uğurlar,həm imtahanlar,
    Bu ömürdən silinməz iz salacaq. (daha&helliip;)

  • Afət Viləşsoyu doğum günü münasibətilə təbrik edirik! (27 aprel 1985-ci il)

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti (daha&helliip;)

  • “Sözlərlə rəqs edən şair”

    1423756700_sefa-xanim

    Bu dünyanın sözə həsrət səhra üzündə, təşnə söz aşiqlərinin ürəyinə su səpəcək biri var. Viləş çayı kimidir onun hər sözü, səssiz də axar, çağlayar da… Kim bilir, bəlkə elə Viləş çayı özü də kiminsə göz yaşlarından yaranıb, hər açıq yarada bir az daha qaynayır. Hər qaynadıqca da sözlərlə rəqs edən bir qız gəlir dünyaya – Viləşi özünə ad seçib, hər sözündə yenidən doğulan bir qız. (daha&helliip;)

  • Harika UFUK.”Kadir Gecesi”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Çok şükür ki ulaştık mübarek Ramazan’a,
    Herkes sevinçli mutlu; baba, oğul, kız, ana,
    Kur’an-ı Kerim’imiz bildirir her insana,
    Bin aydan daha kutsal yetiş Kadir Gecesi.

    Kibirden uzaklaşır bütün rütbeler, sanlar,
    Çünkü Allah katında eşittir tüm insanlar,
    İftar sofralarında toplanır dostlar, canlar,
    Bin aydan daha kutsal yetiş Kadir Gecesi. (daha&helliip;)

  • Debüt: Təbriz ELXAN (Gədəbəy rayonu).Yeni şeirlər

    http://s009.radikal.ru/i308/1504/0b/a2abc628f2ef.png

    Təbriz Elxan (Musazadə Təbriz Elxan oğlu) 1991-ci il oktyabr ayının 29-da Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya göz açmışdır. Doğulandan atası, gözəl riyaziyyat müəllimi və şair olan Elxan müəllimin şeirləri ilə böyüyən, dağların təmiz havasından udub, suyundan içən Təbrizdə şeirə və sözə maraq yaranmışdır. Ilk qələm nümunələrini də əsgərlikdə olarkən yazmışdır. Sevgi və vətənpərvərlik motivli şeirlər yazan Təbriz Elxan yurda və millətə sevgi dolu bir gəncdir.

    Vətən

    Atalar fexr eləsin, analar ağlamasın,
    Bacılar gizli-gizli içinde sızlamasın,
    Vətən üçün doğulub hünərli, mərd oğullar.
    Düsmənlərlə çarpışıb uca şəhid olurlar.

    Vətəni tərk edən kəs .xar olar, xar həmişə,
    Vətən üçün can vermək qürurdur hər igidə.
    Nə qeder sinemde çirpinir urek,
    Döndərən deyilem düşmənə kürək. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Ümidim də ona sarılıb..!”

    234435423665547648

    boğulan göz yaşlarımın
    matəminə gəlmişdi ümidim
    dənə-dənə ağlayırdı.
    kəndirənmişdi boğazımda.
    intihar günahdır deyirlər axı.
    asılmağın günahı,
    asılqan yerindəydi bəlkə də…
    öldükləri gecə
    adını çəkə bilmədiyim
    zülmətlərə qarışan ömür,
    qanına boyanan gənclik, (daha&helliip;)

  • Fidan ABBASOVA.”Duyğuların ən ülvisi sevgidir”

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Duyğuların ən ülvisi sevgidir
    Bir gün , bir vaxt kimisə sevəcəksən
    içindəki qısqanclığın hissidir
    dəli kimi sevmə dəyişəcəksən…

    Fikirlərdən qocalacaq arzular
    nə ümüdün , nə isdəyin qalacaq
    boğacaqdır qəlbindəki duyğular
    bəzən səni sevə sevə yoracaq…
    (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir gün gələcəm sizə

    bir gün gələcəm sizə,
    elə-belə… təsadüf…
    qonşu qoyacaq sözə,
    -arsızdı, özü gəlib…

    keçəcəyəm mətbəxə,
    qaynayacaq çaydanın…
    dadı qalıb deyirlər,
    damağında dolmanın… (daha&helliip;)

  • Şafa KAMİLLİ.” Yağma daha…”

    http://s020.radikal.ru/i706/1504/81/aaa41402d810.jpg

    Bahar gəlib ,ağaclar da, çiçəklənib ,
    Qəlbizdə arzu – isdək ,
    Sən yağirsan bahar fəsli ,
    Qiş ditibdi ,qişda yağdin ,
    Ağaclara ,qəlnimizə ,
    Daha yağma ,bəsdi yağdin,
    Qəlbimizi dondirursan ,
    Çiçəklnmiş ağaclara ,
    Daha yağma ,
    İndi bahar fəsli ğəlib ,
    Sən ğet qəlmə ,
    Yağma daha , (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.”Adımı yaz sinənə”

    1533150_672733326111760_899121006_n

    Deyirəm, ay sevgilim,
    Sən, adımı yaz sinənə.
    Qızıldan hərflərlə,
    Lövhə düzəlt, as sinənə.
    Ürəyində mənimçün,
    Gizli cığır aç sinənə,
    Kim bilir, kim inciyir,
    Dəxli yoxdu, heç mənə nə?!.
    Deyirəm, bu dünyanın,
    Hər bir işi sirr müəmma,
    İnsanlığı olmayan,
    Gəzir şöhrət azarında.
    Sevənə lağ eləyir,ağız əyir,
    Özü, amma,
    Batıb çirkab içinə,
    Alış-veriş bazarında!
    Deyirəm, eləsinin,
    Bilinməz nə yazı, qarı,
    Xasiyyəti bədxahlar,
    Bax elə qalsın, xaraba!
    Niyyəti pisdi, rəzildi,
    Adı da bayquş qarı,
    Yığışıb köç etsinlər,
    Burda qalsın, gözəl oba!

  • Hikmət MƏLİKZADƏ.” “YaşaM”ın kod açılışı” (Məqalə)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mənzərə xanımın “YaşaM” kitabına qısa baxış

    “YaşaM” adı zənnimizcə, ya bir məxfi qrif, ya bir kod, ya da bir şifrədir. Bu adın güzgü konsepsiyası da maraq doğurur. Bu məxfi adın açılışına çalışaq.
    İlk olaraq bu adın sol yarımkürə vəziyyətini şərh edək. Adın ilk və son hərfləri böyük şəkillidir. Hər iki hərf arasındakı ardıcıllığı analiz – sintez etmək üçün heroqlifik (sağ yarımkürə) işarə tipinə müraciət edə bilərik. Semiotik sistemə əsasən, antik-arxaik vəziyyətlər sol və sağ yarımkürələr üzrə icra olunur. Bu period mərkəzi xəttə meyllilik də yaradır – yəni “Y” hərfilə “M” aralığı məxfi – pünhan vəziyyəti açır. Demək, sol yarımkürə sağ yarımkürədə müvafiq analitik – fraqmentarlıq izhar edir və bu prosesə meyllidir. (daha&helliip;)

  • Gənc yazar Elşad Baratın yeni kitabının imza günü keçiriləcək

    http://i077.radikal.ru/1504/7b/9ec5ecdb4cb4.jpg

    23 aprel 2015-ci il tarixdə, saat 12:00-da, Kitabevim mağazasında Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Elşad Baratın yeni kitabı işıq üzü görüb

    http://s47.radikal.ru/i115/1504/f6/92acf573f2ca.jpg

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, istedadlı gənc yazar Elşad Baratın “310-cu Otaq” adlı yeni şeirlər kitabı 2015-ci ildə Bakı şəhərində “Vektor” nəşriyyatı tərəfindən 120 tiraj olmaqla, 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru tanınmış şair Elçin İsgəndərzadədir.
    Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
    Qeyd edək ki, bundan öncə gənc yazar Elşad Baratın “Tükənməz Məhəbbətim” (2008), “Ruhumun Səsi” (2012) şeirlər kitabı işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Çinarə ÖMRAY.”Uzunömürlü kəpənək” (Məqalə)

    cinareomray

    Sizə “Eşq haqqı” adlı bir rəngli kəpənəkdən danışmaq istəyirəm. Biz Günayla lap əvvəldən tanış idik. Sonra qismət elə gətirdi ki, biz həm də qrup yoldaşı olduq. Mənim hər zaman insanlarda bir şey diqqətimi çəkib. Çox zaman insanların adlarıyla xarakterləri və ya yaşam tərzləri bir-bri ilə vəhdət təşkil edir. Hansısa bir oxşarlıq mütləq olur. Mən bunu Günayda da müşahidə eləmişəm. Günayın adı iki adın birləşməsindən əmələ gələn mürəkkəb bir addır. “Gün” və “Ay” . Maraqlısı ondadır ki, Günay bunların hər ikisini özündə əks etdirir. Məsələn: onun daxili Gün kimi işıqlıdı, şəfafdı, o istiliyi verə bilir qarşı tərəfə. Istər münasibətdə, istərsə də ünsiyyətdə. Ay kimi gözəldir, cazibədardır. Və bir də bildiyimiz kimi ayın görünmüyən tərəfi var. Yəni sirrli tərəfi. Bu gün Günayın EŞQ HAQQI adlı kitabı əlimdədi və düşünürəm ki, kitab həmin Ayın məhz o görünməyən tərəfidi. Kitabı götürüb sakit bir yerə çəkildim oxumaq üçün. Və oxudum. Yox, yox oxumadım, onunla söhbət etdim. Bilirsiz, bəzi kitablar var ki, onları oxuyursan, bəzi kitablar da var ki, onlarla söhbət edirsən. Mən Günayın kitabı ilə söhbət etdim. Təbii ki, söhbət əsnasında ayın görünməyən tərəflərini mənə açmağa çalışdı kitab dostum. Mənə bir qadın ruhunun narahatlığından danışdı, bir bakirə qız sevgidən söbət açdı, əsl vətən sevgisindən danışdı, bir qadının dünyaya hayqırışından bəhs etdi, bir ana qayğısından, bir ana nəvazişindən söz saldı kitab dostum. Bir də illərin arxasından boylanan, bəlkə də artıq daşlaşmış bir qadın kədərindən danışdı… (daha&helliip;)

  • Debüt: Cahan GÜLSÜN (Masallı şəhəri).Yeni şeirlər

    cahangulsun

    Cahan Gülsün 3 mart 1993-cü il tarixində Masallı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri S.Hacıyev adına 5 nömrəli orta məktəbi bitirib.2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Hal-hazırda Bakı Dövlət Universiteti, Filologiya fakültəsi Dünya ədəbiyyatı kafedrasının magistrantıdır.
    Ədəbi-bədii yaradıcılığıa erkən hələ uşaq yaşlarından başlayıb.Şeirləri “Yeni nəfəs”, “Bakı Universiteti” qəzetlərində, “ Ulduz” jurnalı, “Amal” incəsənət və ədəbiyyat dərgisində, həmçinin kult.az, avromedia.az və digət saytlarda çap olunmuşdur. (daha&helliip;)

  • Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçirilib

    http://s018.radikal.ru/i521/1504/02/fca6a246a02f.png

    20 aprel 2015-ci il tarixdə, saat 14:00-da,Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma ay qonub” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqanə Mehdiyeva, AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin orqanı “Qobustan” jurnalının Baş redaktoru Narıngül,Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının Poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, DGTYB üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc yazar Vasif Zöhraboğlu və digər qonaqlar iştirak ediblər. (daha&helliip;)

  • Şəfa EYVAZ.”Çağırış”

    1423756700_sefa-xanim

    Ay mənim ömrümün saat əqrəbi,
    Yaman tez keçirsən ömrümdən, yaman.
    Günlər əvəzləyir biri-birini
    Nə sən qayıdırsan, nə durur zaman.

    Ay mənim ömrümün yaralı yeri,
    Qaysaq tutmağına varmı bir güman?
    Kimsə söyləməsin unudum səni,
    Kimsə toxunmasın yarama, aman.

    Ay mənim ömrümün günəş sevgisi,
    Nə qədər sürəcək bu zülmət duman?
    Ay xəstə adamın son təsəllisi,
    Gəl, qayıt sevinsin bu tənha liman.

    20.04.2015

  • Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

    tedbir

    18 aprel 2015-ci il tarixdə “Dostluq Məşəli” İctimai Birliyi tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru , tanınmış şairə, jurnalist Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri,şairə Fərqanə Mehdiyeva, DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu və digər qonaqlar iştirak ediblər.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc xanım yazar Şəfa Vəliyeva Prezident təqaüdünə layiq görülüb

    sefa1-450x300

    Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi-istedadlı gənc xanım yazarlar AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktoru Şəfa Valiyeva ədəbi yaradıcılıqlarındakı fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nemət HACIƏLİYEV.”Qarabağ”

    nemethacileiyev

    Vətəndən gözəl yer cənnət sayılar,
    Vermə bu elləri yağı düşmənə.
    Dərd çəkmə yatanlar bir gün ayılar,
    Vermə başı qarlı dağı düşmənə.

    Qurumuş bədənlər torpağın üstə,
    Güllələr uçuşur evlərin üstə,
    Kimsəsiz uşaqlar qucağı üstə,
    Oxusun analar ağı düşmənə

    Xarı bülbülünü,sarı gəlini,
    İncə lalələrin şirin ətrini,
    Qəhrəman oğullar verən elini,
    Vermə qara bəxtli bağı düşmənə…

  • Harika UFUK.”Peyğamberim”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Nisan’ın yirmisinde şeref verdin dünyaya,
    İki cihan serveri Hazreti Muhammed’im.
    Nur oldun yıldızlara, doğan güneşe, aya,
    İki cihan serveri Hazreti Muhammed’im.

    Haşimoğulları’nın adı anlı şanlı san,
    Baban Abdullah idi değerli, dürüst insan,
    Sen dünyaya gelmeden göçmüş idi dünyadan,
    İki cihan serveri Hazreti Muhammed’im. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Yazıram, silirəm…”

    10649557_1595229947361302_2038457091311851064_n

    yazıram, silirəm
    misralarım alovlanır
    yanmaq, özümü yandırmaq qədər çətin
    başqalarını yandırmaq qədər asandır.
    körpələrinin gözündə yaniram…
    adını tutmadığın gül üzlü iki körpən.
    günahının səbəbini soruşduğumda;
    -səni itirmək qorxusundan gizlətdim dedin
    bəs itirmədin?! (daha&helliip;)

  • Fidan ABBASOVA.”Bilmirlər ki mən nə üçün ağladım

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Deyirdilər gedən üçün ağlama
    Bilmirlər ki mən nə üçün ağladım
    heç bir zaman xatirəndə saxlama
    Xatirəmdə çox gümanki qalamdın…..

    Üzüb məni yetərincə sözlərin
    ağlar qalıb səndən sonra gözlərim
    şükür hələ gedə bilir dizlərim
    sən heç zaman gerçək hissim olmadın (daha&helliip;)

  • Şəfa EYVAZ.”Gözümdə gözünün şəkli qalmasın”

    1423756700_sefa-xanim

    * * *

    Gözümdə gözünün şəkli qalmasın,
    Ayrılıb gedəndə üzümə baxma.
    Ölsəm bu ölümün adını sən qoy,
    Qatil olduğunu boynuna alma. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Heç bilirsən ayrılıq nə rəngdədir?” (Hekayə)

    sefa1-450x300

    -“Onun gözlərindəki bu sevginin əzabından qorxmuşdum nə vaxtsa… Amma, bu gün, iki uşağımı bağrıma basıb da qoxusunu aldığım anda anlayıram ki, onun ayrılığı…. daha doğrusu, ayrılığa rəng tapması özü bir dastan idi… “Arzu-Qəmbər”dən daha böyük bir dastan…” Bunu kiçik bir sms-dən oxumaq özü bir qəribəlikdi deyilmi? Hə… Maraqlıdırmı sənə?
    Günəş gülümsəməyə çalışırdı… Ancaq, gözlərindəki, o balaca, qəhvə rəngli gözlərindəki gilələnən yaş onun çöhrəsindəki təbəssümü incəliklə kədərə bürüyə bilirdi… Qucağımda böyüyən bu qızın üzündəki bütün ifadələri əzbərləmişəm artıq… Hirsini, hikkəsini, özünə inamlı danışığını, nəyinsə qarşısında aciz qalınca süzgün-süzgün gözlərimə dikilən baxışlarını, kədərlənəndə daha da məsumlaşan, gülərkən batan yanaqlarını…. Odur ki, onun yanaqlarının şehdən islanmış laləyə dönməsinə az qaldığını anlamışdım… Əhvalatı başdan danışmağa qərar vermişdim… (daha&helliip;)

  • Xəyalə SEVİL.”İllər sonrakı görüş”

    1c6ca78d2a83

    Nə yaman gec qayıtmısan?
    Səni elə gözləyirdim.
    Deyirdilər dönməyəcək,
    Bilə – bilə gözləyirdim.

    Eh, soruşma ürəyimi,
    Yadın olub, yadın olub.
    O qızcığaz da böyüyüb,
    Qadın olub, qadın olub. (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Məhkum…”

    sefaxanim

    Bilmirəm nə edim ,
    Nə duşünum ki ,
    Unudum ,unudum ,
    unudum səni,
    Bu qədər dəyərsiz ,
    Bu qədər hecmiş ,
    Səninücun mənasi yoxmuş…
    Bilirsən ,anliya,
    bilmirəm nədən , (daha&helliip;)

  • Əsmər QASIMLI.”Ürəyin məzəmməti”

    1423889445_esmer

    Heç kimin heç kəsiyəm.
    Həm sözdə, həm əməldə
    Hərşeydən keçəsiyəm…
    Mamırlı bir daş kimi,
    Havalanmış baş kimi
    Həyatdan küsəsiyəm…
    Yağmurlu havalarda
    İçimdə üşüyürəm. (daha&helliip;)

  • Şəhanə MÜŞFİQ.”Pəncərəndəki ümid”

    1423890042_pic

    Sevgim qanadı qırılmış quş,
    Yolunu azıb,
    Pəncərənə qondu.
    Pəncərəndən sonra dibsiz uçurum,
    Qaranlıq quyu.
    Ya aç pəncərəni, (daha&helliip;)

  • Eyvaz ZEYNALOV: “Onlar quşa döndülər” (hekayə)

    eyvaz ist

    Farzuq Seyidbəyliyə

    Səmərqənddə, açıq səma altındakı qədim abidələr muzeyindəyəm. Üz-gözündən qəribə bir qədimlik yağan özbək bələdçim özü də elə ətrafdakı abidələrə bənzəyir. Onların nə vaxt, necə yarandığını, zaman-zaman burda baş verənlərin hamısını yerli-yataqlı bilir. Elə bil, həmin o sirli-sehrli əhvalatları ziyarətçilərə çatdırmaq üçün o dövrdən təsadüfən bu abidələrin arasında yaddan çıxıb qalıb.
    – Memar yuxudaymış kimi, birdən ayıldı. Tikintini bu sürətlə davam etdirsə, vaxtından qabaq başa çatdıracaqdı. O zaman sevdiyi qadının daha nə üzünü görəcək, nə də məlahətli səsini eşidəcəkdi. (daha&helliip;)

  • Eyvaz ZEYNALOV: “Meşədən qayıdarkən” (hekayə)

    eyvaz ist

    Bir dəfə nəvəm dirəndi ki, onu meşəyə, göbələk yığmağa aparım. Mən də apardım.

    Nəvəm şəhərdə böyümüşdü. Birinci dəfəydi meşəyə ayaq basırdı. Burda onunçün hər şey yeni, maraqlı idi. Addımbaşı dayanır, yar­­paqların pıçıltısına, quşların cəhcəhinə qulaq asır, ətrafı dinşəyir, elə hey nəsə so­­­ruşurdu. (daha&helliip;)

  • Teymur HƏBİBİ.Yeni şeirlər

    1491698_1718348995058408_1892849279862912385_n

    MƏNİM QƏBİR DAŞIM

    Bir arzum var sevənlərdən,
    Unutmayın sizlər məni.
    Gələndə də ürəklərdən
    Qoparıb atmayın məni.

    Mən öləndə qəbir daşım
    Doğma olsun sizlər üçün.
    Şəkildəki gözüm, qaşım
    Doğma olsun sizlər üçün (daha&helliip;)

  • Tural SAHAB–”Anlatmalıyam…” (Köşə yazısı)

    1545553_10203040697648544_1046483349_n

    İnsanlara sevginin hekayəsini anlatmalıyam və hekayəni sevgi ilə… Zaman dəyişə bilər, ancaq dəyişən zamanın içində dəyişilməyən şeylərin də var olduğunu. Çox sevməyin üzsüzlük olmadığını, sevda uğrunda mücadilə etməyin acizlik olmadığını və sevgilini unuda bilməyənlərin nakişi olmadığını anlatmalıyam…
    Elə bir zamanda yaşayırıq ki, ürəklərimiz ağlımıza təslim olub, ağlımız da, ancaq heyvani istəklərin arzusunda… (daha&helliip;)

  • Debüt: Abdulla MƏMMƏD (Quba şəhəri).Yeni şeirlər

    abdullamemmed

    Abdulla MƏMMƏD (Məmmədov Abdulla Qəzənfər oğlu) 1963-cü il noyabr ayının 4-də anadan olub.1970-1980-ci illərdə Quba şəhər 2 saylı orta məktəbdə təhsil alıb.1981-1985-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb.1985-ci ildə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.1990-1992-ci illərdə məktəb direktoru, 1997-2002, 2004-2009-ci illərdə direktor müavini vəzifəsində çalışıb.Ailələlidir, iki oğlu var.
    (daha&helliip;)

  • Allahşükür AĞA.Yeni şeirlər

    1424249538_sekil

    Qaranlıq gecənin qara adamı….

    Qaranlıq gecənin qara adamı,
    Burax çıxım gedim, öz yolum ilə….
    Dolanbac yolların yorğunu oldum,
    Burax çıxım gedim, düz yolum ilə..

    Körpə uşaq kimi, ağlatdın məni,
    Duz basıb yarama sızlatdın məni,
    Qaranlıq gecədə aldatdın məni,
    Burax çıxım gedim, düz yolum ilə (daha&helliip;)

  • Vasif ZÖHRABOĞLU.Yeni şeirlər

    1601578_710347309084020_7077466699777794928_n

    Gulnar Qasimli-ya cavab…

    Oruc-oruc pəncərənə,
    Baxar bu ac pəncərənə,
    Ovuc-ovuc pəncərənə,
    Daş gəldi, namə gəlmədi.

    Sənin kimi gözəl ola,
    Gülüm, məndə ürək qalar
    Dur gəl qonağı qarşıla,
    Xoş gəldi, namə gəlmədi.
    (daha&helliip;)

  • Qabil ƏDALƏT.Yeni şeirlər

    Qabil_edalet (2)

    Qalıb hələ…

    barmağından üstümə çıxarıb atdığın
    üzüyün tökülmüş qaşları…
    çırpdığın qapının zərbəsindən
    divarların əməmlə gəlmiş çatları…
    qalıb hələ…
    sındırdığın güzgüdə çiliklənmiş əksimin
    dabanımın qanı ilə yuduğum üzü…
    çərçivədən çıxarıb yandırmaq istədiyin
    toy şəklimizin əzikləri… (daha&helliip;)

  • Tural ADIŞİRİN.Yeni şeirlər

    378318_508394119221817_1971439614_n
    ****

    Ayrıldıq..o gündən səbrim azaldı
    Bacara bilmədim əsəblərimlə
    Sənsizlik dərd olub qaldı mənimlə
    Mənsizlik getdimi görən səninlə?

    Başımda fikirlər gör neçələşdi
    Gör nələr baş verdi bir ayrılıqdan
    Ayrıldıq…aradan axı nə keçdi
    Sənsiz saçlarımda dan ağardı,dan (daha&helliip;)

  • Ruslan Dost ƏLİ.Yeni şeirlər

    10557202_516664981811596_1592662451939323226_n

    * * *

    bu pulun olmayan vaxtı,
    deyirəm nola, bircə vədə
    yeyib-içəsən, deyələrhttp://edebiyyat-az.com/wp-admin/post.php?post=11645&action=edit&message=10#
    hesabı şeirnən ödə.

    ömrün-günün qara vaxtdı,
    şeiri bir bəyaz boya san.
    bircə səhər üzün gülə:
    məktəbə gedən oğlunun
    cibinə şeir qoyasan… (daha&helliip;)

  • İsa HƏSƏNOĞLU.Yeni şeirlər

    10818593_717633538314366_1000672302_n

    CƏNNƏTDƏN GƏLƏN SƏS

    Gəl həsəd aparma yurduma, qardaş?
    Sən gələn diyardan köçüb gəlmişəm.
    Məni bu ünvana səsləyən ki var,
    O kəsin yolunu seçib gəlmişəm.

    Bu yolda başıma gəlməyib nələr?!…
    Əzabla aşmışam dağlar, dərələr,
    Polad qalxanımı etmişəm sipər
    Vəhşi düşmənimdən qaçıb gəlmişəm.
    (daha&helliip;)

  • Debüt: Həsən MİRAT (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

    hesen

    Hüseynov Həsən 1982-ci il iyunun 26-sı, Naxçıvan MR-nın Ordubad rayonunda dünyaya göz açıb. Orta təhsilimi Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 114 saylı məktəbdə başa vurub, 1999-cu ildə Ali məktəbə daxil olmuşam. Təhsilimi bitirib 2006-cı ildə hərbi xidmətə yollanmışam və 2007-ci ildə hərbi xidmətimi bitirib qayıtmışam. Bakınin Buzovna kəndində Hacı Arif Buzovnalının rəhbərliyi ilə təşkil olunmuş “Məcmə-üş-şüəra”nın üzvü olmuşam. 2013-cü ilin sentyabrında İran İslam Respublikasının Urmiya şəhərində keçirilən “Türkdilli xalqların 8-ci beynəlxalq Rəzəvi şeir festivalı”nda yer tutub, diplom və mükafatlarla təltif olunmuşam. Hal-hazırda ixtisasım üzrə orta məktəbdə müəllim işləyirəm. Dövlətçiliyimizə, müstəqilliyimizə xələl gətirənləri, səhv yolda olanları Mirat (güzgü) təxəllüsü ilə yazdığım şeirlərlə tənqid etdiyim üçün yaradıcılığımın əsasını satira təşkil edir. (daha&helliip;)

  • Kənan AYDINOĞLU.”Səmimi hislərin carcısısan sən” (Məqalə)

    Photo Kenan

    QADINSIZ DÜNYANIN YOXDU QİYMƏTİ

    Səmimiyyəti ilə nümunə olmağı bacaran sayğıdəyər dostumuz, istedadlı gənc xanım yazar Şəfa Vəliyeva haqqında düşüncələrim

    Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti Ədəbiyyat yarandığı gündən bu günə qədər müxtəlif irqlərə, dinlərə mənsub olan şəxsləri-ədəbi-bədii yaradıcılıqla məğul olan istedadlı yazarları müxtəlif ideya ətrafında birləşdirməyə müyəssər olub. Hətta, dövrlərinin tanınmış şəxsləri, mütəfəkkirləri, alimləri istedadın UCA Allah tərəfindən gəldiyini anlamış, dərk etmiş və bu haqda öz fikirlərini də söyləməyi unutmamışlar. Qədim yunan filosofları bu haqda daha çox fikir söyləməyə müyəssər olmuşlar. Hər dövr üçün söylədiyi dəyərli fikirlərə, aforizmlərə, hikmətli sözlərə görə dünya ölkələri arasında qabaqcıl yer tutan qədim yunan filolosofu Aristotelin “İnsan yalnız öz gücünə inanandan sonra öz istədiyinə nail olur” -fikri, İngilis ədəbiyyatının klassiki hesab edilən Uilyam Şekspirin “İstedadını danma-istedadlılıq əlamətidir”-deyimi, Xalq şairi Nəriman Həsənzadənin illər öncə qələmindən çıxan “Niyə istedadlı istedadsıza, ya qanan qanmaza hesabat verir?!”-misraları deyilənləri ədəbi fakt kimi təsdiqləyir.
    Son zamanlar dövri mətbuat səhifələrində (istər mətbu orqanlarda, istərsə də müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda) forma və məzmun etibarı ilə bir-birini periodik olaraq tamamlayan şeirləri, məqalələri, hekayələri və müsahibələri ilə diqqətimi çəkən yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi-istedadlı gənc xanım yazar Şəfa Vəliyeva çağdaş dönəmdə də araşdırmaçıların diqqətindən kənarda qalmalı deyil. Ən sadəsi ona görə ki, gənc xanım yazarın müxtəlif mövzuda ərsəyə gətirdiyi ədəbi-bədii nümunələr, poeziya örnəkləri özünün ifadə etdiyi məzmun və formasına görə müxtəlif üslublarda və janrlarda qələmlərini sınayan yazarlardan köklü surətdə fərqlənir. Nəsr ilə çox maraqlanmasam da, doğrusu, bir neçə il öncə DGTYB başqanı Əkbər Qoşalının mənə oxumaq üçün hədiyyə etdiyi “Bölgələrdən səslər” kitabını (yeri gəlmişkən bu kitab Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində 2013-ci ildə “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 240 səhifə olmaqla 500 tirajla dərc olunub.Layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbüycan üzrə başqanı Əkbər Qoşalı idi) varaqlayanda Şəfa xanımın hekayəsini gördüm. Adı da məzmununda olduğu kimi həm maraqlı, həm də diqqətçəkən idi. “Sevimli küçə süpürən” adlanırdı sayğıdəyər dostumuzun hekayəsi. Oxumaq qərarına gəldim. Oxudum da. Doğrusu, vaxtın necə gəlib keçdiyini heç hiss də etmədim. Əslində, bu mənim üçün ilk oxunan və sevilən hekayə olaraq, yaddaşıma hopdu. Əsərin müəllifini də, özünü də çox sevdim. Lap çoooooox. Sonradan facebook sosial şəbəkəsində arayıb buldum. Şeirlərini, məqalələrini və hekayələrini imkanımız daxilində istedadlı yazarların təbliği ilə məşğul olan portallara göndərdik. Şükürlər olsun ki, göndərməkdə heç yanılmadıq da.Nümunə üçün bir il öncə həyata keçirilən “Gənc qələm sahibləri” müsabiqəsində qalib gəlmiş hekayəsini göstərmək olar. Sonrakı günlərdə isə şeirlərini və hekayələrini shahbulaq.az, gundelik.info, edebiyyat-az.com portallarında dərc etməklə, könül xoşluğu ilə sayğıdəyər dostumuza dəstək olmağa çalışdıq. Etiraf edim ki, gənc xanım yazarın uğuru bununla qurtarmadı. Əksinə, sədası müxtəlif mətbu orqanların redakasiyalarından (xüsusilə “Azad qələm”, “Ədəbiyyat qəzeti”) gəldi, “Bəyaz ölüm” pyesi əsasında, rejissor Çinarə Əlizadənin quruluş verdiyi eyniadlı tamaşa Gəncə Dövlət Dram Teatrında təqdim edildi. Azərbaycan Yazıçılar Birliyinə, Dünya Gənc Türk Yazarlar Birliyinə, “Gənc Ədiblər Məktəbi”nə üzv qəbul olundu, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsi üzrə Baş redaktoru təyin olundu. Çağdaş dönəmdə oxucuların ruhundan xəbər verən əsas faktorlardan birini-Türkiyə türkcəsində yazıların, əsərlərin geniş oxucu kütləsi tərəfindən müsbət qarşılandığını nəzərə alsaq, böyük inam hissi ilə deyə bilərik ki, əgər gənc xanım yazarın həm poeziya, həm də nəsr nümunələri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevirib dərc olunmaq üçün Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlarda, antologiyalarda, portallarda işıq üzü görərsə, sanarım, sözün yaxşı mənasında böyük rezonans doğura bilər. Müasir Azərbaycan ədəbi dilinin qayda-qanunlarını mükəmməl yiyələnməsi, Ədəbiyyat tariximizdə həmişə aparıcı mövqeyə malik olmuş Bədii üslubun hər üç səviyyədə (fonetik, leksik, qrammatik) göstəriləciləri üçün səciyyəvi olan ən xırda detallara belə həssaslıqla yanaşması, son dərəcə ən mükəmməl bədii əsər ərsəyə gətirməsi istedadından xəbər verən faktorlardan biri kimi səciyyələnməlidir. Sanarım, yazılarının heç birinə ayrı-ayrılıqda şərh verməyə ehtiyac olmadığı üçün öz yazıları ilə oxucuları düşündürməyə vadar edən, hər yeni əsəri ilə könül xoşluğu gətirən, qəlbinin odunda gəzdirdiyi səmimiyyəti-əsl Türk qadınına layiq olan əxlaqi-fəlsəfi fikirləri ilə ruhumuzdan xəbər verməyi bacaran, hər bir kəsə, dilindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq, eyni doğmalıq hissi ilə yanaşmağı bacarmaq qabiliyyəti və xüsusiyyəti istedadlı gənc xanım yazar, sayğı dəyər dostumuz, qələm yoldaşımız, məsləkdaşımız Şəfa Vəliyeva bir çox spesifik xüsusiyyətləri ilə ən ümdə gedən yazarlardan biri olaraq, bu missiyanı uğurla, Uca Allahın köməyi ilə büdrəmədən həyata keçirməyə müyəssər olur. Bu Ədəbiyyat yolunda yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi isə özümə həm qardaşlıq, həm də oxucu borcu bilirəm. Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü
    16 aprel 2015-ci il. Bakı şəhəri

  • “Səmimi hislərin carcısısan sən” (Məqalə)

    Photo Kenan

    QADINSIZ DÜNYANIN YOXDU QİYMƏTİ

    Səmimiyyəti ilə nümunə olmağı bacaran sayğıdəyər dostumuz, istedadlı gənc xanım yazar Şəfa Vəliyeva haqqında düşüncələrim

    Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti Ədəbiyyat yarandığı gündən bu günə qədər müxtəlif irqlərə, dinlərə mənsub olan şəxsləri-ədəbi-bədii yaradıcılıqla məğul olan istedadlı yazarları müxtəlif ideya ətrafında birləşdirməyə müyəssər olub. Hətta, dövrlərinin tanınmış şəxsləri, mütəfəkkirləri, alimləri istedadın UCA Allah tərəfindən gəldiyini anlamış, dərk etmiş və bu haqda öz fikirlərini də söyləməyi unutmamışlar. Qədim yunan filosofları bu haqda daha çox fikir söyləməyə müyəssər olmuşlar. Hər dövr üçün söylədiyi dəyərli fikirlərə, aforizmlərə, hikmətli sözlərə görə dünya ölkələri arasında qabaqcıl yer tutan qədim yunan filolosofu Aristotelin “İnsan yalnız öz gücünə inanandan sonra öz istədiyinə nail olur” -fikri, İngilis ədəbiyyatının klassiki hesab edilən Uilyam Şekspirin “İstedadını danma-istedadlılıq əlamətidir”-deyimi, Xalq şairi Nəriman Həsənzadənin illər öncə qələmindən çıxan “Niyə istedadlı istedadsıza, ya qanan qanmaza hesabat verir?!”-misraları deyilənləri ədəbi fakt kimi təsdiqləyir. (daha&helliip;)