Post Views: 40 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Daha səni qınamıram Qoca dünya ulu dünya Sən heç düzələn deyilsən Kor fələyin qulu dünya Həqiqət az, haqsızlıq çox Vurulur ürəklərə ox. Bircə kəlmə düz deyən yox Yalanlarla dolu dünya. Məna vardır dünənimdə …
Elnur RƏSULOĞLU.”Zaraftyana”
Post Views: 59 Evimizdən uzaq, qərib şəhərdə Nə yaxşı var imiş dostlarım mənim. Dostluğa qəlblərin verib şəhərdə, Dostluğa and içmiş dostlarım mənim. Universitetin yaxınlığında Həmişəki yerə yığışdıq yenə. Piyada gəzərək “Sahil” bağında Olub-keçənlərdən danışdıq yenə. Dostlarım narahat sordular məndən: – Qorxmusan ki? Ağzın uçuqlayıbdır! Dedim ki, dostlarım, bu olub dünən, Qorxu məni yaman pis haqlayıbdır. …
Elnur ABDİYEV.Yeni şeirlər
Post Views: 43 * * * Getdikcə qəlbində qısqanclıq artır, Allahdan sübhünə şəfqət dilə sən. Ömrün şosesində bil sürət artır, Gülərsən sonuna rəhmət diləsən. Ayna,zülmət ömrə doğan Ay,nadan! Özünü görmürsən hələ aynadan? Özgənin səhvini görən,ay nadan, Özün öz səhvini gətir dilə sən. Qələm yox, bil tutub əlin yabanı, Qarşıq salmısan ya dan,ya banı? Ruhun əcnəbidir,dilin …
Nailm DAĞLAROĞLU.”Ay xumar baxışlım, ay gülər üzlüm”
Post Views: 36 Ay xumar baxışlım, ay gülər üzlüm, Tək sənsən könlümün gözəl maralı. Sən mənim dərdimi qanan, düşünən, Bir anda düşmərəm sənnən aralı. Sən mənim yarama məlhəm olmusan, Mənlə ağlamısan, mənlə gülmüsən. Dərdi-qəmlərimi yarı bölmüsən, Uzaq düşmə qoyma məni yaralı. Bir dənəmsən sənnən ayrı kimim var, Sözümüz bir, dil-dil ötən simim var. Nail deyər …
Gənc xanım yazar Aliyə Əsədovanın yeni kitabının imza günü keçiriləcək
Post Views: 42 25 iyul 2015-ci il tarixində, saat 17.00-da Kitabevim.az-da yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının imza günü keçiriləcək.Kütləvi informasiya nümayəndələrinin iştirakı da gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir. Ünvan: 28 may metrosu tərəfdə dəmiryol …
Gündüz Sevindiyi doğum günü münasibətilə təbrik edirik! (24 iyul 1978-ci il)
Post Views: 79 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qədim sahibini, Gündəlik İnformasiya Agentlikləri və Azərbaycanın MMədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktorunu, Redaksiya heyətinin üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik , Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir! Mətbuat xidməti Gündüz Sevindik …
Şafa KAMİLLİ.”Kədər”
Post Views: 55 Yedin, bitirdin, məni, Ömrüm boyu əl çəkmədin, Hey mənimlə sən bərabər , Bütü ömrüm, Mənimləsən, Kədər… Niyə məni bu qədər sevdin? Niyə, məndən uzaq durmadim? Nə istədin sən məndən? Nə vermisən ,ala bilmirsən? Kədər… Gözlərim heç gülmədi ki, Ürəyimdə daima sən, Ömrüm boyu mənimləsən, Kədər… Mən istərdim, sənsiz olum, Üzüm gülsün, bəxtim …
Gənc xanım yazar Şəfa Vəliyeva “Peşəkar jurnalist” fəxri adına layiq görülüb
Post Views: 57 22 iyul 2015-ci il tarixində Azərbaycan milli mətbuatının yaradılmasının 140 illik yubileyi münasibətilə yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini və “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər …
Allahşükür AĞA.Yeni şeirlər
Post Views: 45 Oynayır… Hərənin içində hava, Hərə bir sözə oynayır. Yoxuşlar üzü dağlara, Enişlər düzə oynayır… Misralardan evcik qurub, Gah yorulub, gah oturub, Yuxudan təzəcə durub, Bu adam təzə oynayır…
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Sərçə sevgisi” (Hekayə)
Post Views: 74 Burdan aşağı baxanda hər şey necə qəribə görünür. Bu gün mənə o günü xatırladır. O gün də belə bərk külək vardı. Onların binasının qarşısında qollu-budaqlı bir ağac vardı. Mən həmişə onun budaqlarında oturardım. Dostlarımla hamımız sırayla bir budağa düzülərdik. Balaca meh əsən kimi hamısı uçardı, bir mən yox. Yelləncək kimi o budaqda …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 44 CƏBRAYILIM Bulaqların aşıb-daşır gözümdə, Qəm-qüssədi hər kəlməm, hər sözüm də. Taqətim yox qollarımda, dizimdə, Çiçəyim, pətəyim, balım, Anam, doğma Cəbrayılım. Sən də mənsiz darıxırsan, bilirəm, Qərib eldə həsrətindən ölürəm. Elə bilmə sənsiz deyib, gülürəm, Ürəyimdə qara xalım, Anam, doğma Cəbrayılım.
Mayisə ƏSƏDULLAQIZI.”Ramazan dualarım”
Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Allahım! Bu gözəl, müqəddəs gündə, Əl açıram sənin O qüdrətinə, Elə bu gecənin şan- şöhrətinə. Şəhid qanı qarışmasın torpağa, Nisgil yetişməsin heç bir ocağa. Ürəklərdə qoy sızıltı gəzməsin, Taleləri kədər, sazaq əzməsin! Allahım! Əl açıram sənin O qüdrətinə, …
Hikmət MƏLİKZADƏ.”Mən dəli olmağı bacardım, şükür…”
Post Views: 45 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ruhlar da bədənə yük olur bəzən, Zülmü bar verməyən bağa oxşatma. Hərdən qorxa-qorxa çıxdığım dağı, Sinəmə çəkdiyin dağa oxşatma. Bəsdir, kipriyimdən yelləncək asdın, Bir az da can soran zəli ol, quzum. Mən dəli olmağı bacardım, şükür, Sən də, ağlın varsa, …
22 iyul-Azərbaycan milli mətbuatının 140 illik yubileyi tamam olur
Post Views: 98 XIX əsrin ikinci yarısında ədəbi proses təşəkkül tapdı. Kapitalist sənayesinin inkişafı, xüsusilə Bakının iri sənaye mərkəzinə çevrilməsi Ədəbiyyatımızın inkişafına təsir göstərirdi. Elm sahəsində aparılan ardıclı işlər öz bəhrəsini verirdi. Əsası Axundov tərəfindən qoyulan dramaturgiya bu dövrdə də inkişaf edirdi. Axundovdan sonra dram, faciə, tarixi-faciə, alleqorik mənzum dram, vodevil, kiçik məzhəkələr və başqa …
Toğrul Kərimlini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1994-cü il)
Post Views: 44 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Mətbuat xidməti Sular daşa dönübdü …
Gülnarə İSRAFİLQIZI.”Eh qoca şəhər”
Post Views: 59 heç kəs xoşbəxt olmadı bu şəhərdə hamı bir səadət axtarışında, saçlarını ağartdı və tapmadıqda, küçələri günahlandırdı cığırları qınadı yolun sonunda tikilən evləri… qəsəbələr də zinakar sifətində göründü insanların gözünə insanlar da… yolun başında itirmişdilər günəşrin sualararını zülmət şəhəri idi insanların daxili. pozulmuşdu əxlaqları… daralmış yollar ölüləri daşıyırdı üstündə o tərəf bu tərəfə… …
Şafa KAMİLLİ.”Baharım soyuq, sazaq…”
Post Views: 70 Baharım soyuq ,sazaq, Öldüm üşüyürəm mən, Sevdiyim baharda da , dondum soyuqdan, Baharmı ? soyuq ,sazaqmı? Baharımı, qış etdin, Günəşmi ,ay etdin, Gülüşümü, göz yaşın çevirdin, Bu baharmı? Üşüyürəm soyuqdan , Səssizlikdən , Bu həsrətimi, Darıxmaqmı ? Bilmirəm .. Mən donuram , Sənsizlikdən ölürəm, Yaşaya-yaşaya, ölürəm, Necə yaşa-yaşaya ölür insan, Sən bunu …
Şəhanə CƏFƏROVA.”Atam və Anam”
Post Views: 58 Bir gündə azalir ömrünüzdən Çox qorxuram sizsizlikdən Bu yalan dünyada kimsəsizlikdən. Allahim qoru Atami və Anami. Körpə uşaq kimiyəm Kövrək ürəkli kəpənək kimiyəm Siz yoxsuzsa məndə yox kimiyəm. Məni yaşadan sizsiz Atam və Anam. Bu həyatda valdeyinsiz olmaq Kimsəsizlikdən aci çəkib ağlamaq Hər gözünü açdiğinda onlarsiz olmaq Allahim mən onlarsiz istəmirəm qalmaq! …
Şəfa Eyvazı doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1987-ci il)
Post Views: 42 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz …
Əsmər Qasımlını doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1991-ci il)
Post Views: 50 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz …
Ülkər PİRİYEVA.”Bakı bütün şübhələrə tam cavab verdi”
Post Views: 51 Bakı Avropanın ilk olimpiadasına ev sahibliyi etdi. Birinci Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunlar yüksək şəkildə təşkil edilib, idarə edildi. Mərasimin təşkilində əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllü iştirak etdi. Eyni zamanda …
Zeynəb DƏRBƏNDLİ.”Qarağım küsüm bizdən”
Post Views: 45 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bulaqların susub axmır Günəşin küsübdür çıxmır. Xarı bülbül bizə baxmır Qarabağım küsüb bizdən. Yolu daşlı kəsəklidir Dağı qarlı küləklidir. Özü insan ürəklidir Qarabğım küsüb bizdən. Neçə ildir yol gözləyir Yadlar onu əzizləyir. Yolu …
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 52 SƏNİ YARALI SEVDİM Gözdən, könüldən uzaq Düşüb aralı, sevdim. Oxlanıb kirpiyinlə, Səni yaralı sevdim. Lalələr qan içində, Ha alış, yan içində. Dağda duman içində İtən maralı sevdim. Heykəl qurub xəzəldən, Eşq umdum hər gözəldən. Bu dünyanı əzəldən Ağlı-qaralı sevdim. GÖRƏK KİM GÖZƏL AYRILIR Gün keçdi dağın dalına, Dağ sevindi bu halına. Gəl …
Təranə Turan RƏHİMLİ.”Qadın ürəyi qədər kövrək poeziya”
Post Views: 46 filologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident təqaüdçüsü Firuzə Məmmədli çağdaş Azərbaycan poeziyasına özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə məxsus həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən şairdir. Onun ilk şeiri 1963-cü ildə çap olunub. “Ay həkim” adlı …
Qalib ŞƏFAHƏT.”Vur başıma ürəyimi”
Post Views: 54 Yarımadı bir işə ki! Vur başıma ürəyimi. Əlindən niyə düşə ki?.. Vur başıma ürəyimi. Sevib, sevilə bilməyib, Danışıb, dinə bilməyib. Sənsiz ki, ölə bilməyib, Vur başıma ürəyimi. İndən belə nə faydası, Dərdim toy tutub oynasın. Vur sınsın qəlbin aynası, Vur başıma ürəyimi. Etibarsız sirdaş kimi, Başsız qalan bir baş kimi, Al əlinə, …
Şafa KAMİLLİ. “Mən səni unudmaq üçün sevmədim…”
Post Views: 50 Mən səni unudmaq üçün sevmədim… Elə bil bu həyat qəsdimə durub, Sevmədim unudam səni, Unudan deyiləm, Özün bilərsən, Ne edibsən, get et sən, Sevdim ki qəlbimə həyan olsan, Bu dərdli dünyama,sevinc qatasan , Xoşbəxtlik payım, Gülüş payim olasan, Sevmədim ömrümə yas gətirəsən? O qara gözləri ömrümə işıq sanmışdım, O gözlər ömrümə gecə …
Hikmət MƏLİKZADƏ.”Gözlərim yol çəkir, divanəm, tez gəl”
Post Views: 60 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gözlərim yol çəkir, divanəm, tez gəl, Çıxsın həsrətimin buxarı, susum. Ya da insaf elə, küçədə görün, Qaldır əllərini yuxarı, susum. Nə dözüm qalıbdı içimdə, nə tab, Yoxluq zəli kimi qanımı alır. Qonşu çəpərdəki alagöz qadın, Ruhuma əl çəkir, canımı alır. …
Mayisə ƏSƏDULLAQIZI.”Pis niyyətli adam”
Post Views: 49 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Ey niyyəti özü kimi çürük adam! Hər bir kəsin öz yolu var. Bu da mənim haqq yolumdu, Tanrının göstərdiyi yol, Cani-dildən qəbulumdu. Deyirsən ki, varmı indi, söz əhlinə, Hörmət qoyan? Bəs sənin öz işin nədi? Adam soyan… Gecə-gündüz …
Məmməd HACIZADƏ.”Çıxara bilmədim dadını ömrün”
Post Views: 89 Gördüyün bu ömür adsız ömürdü, Nə qoyum bilmirəm adını ömrün? Qaçıbdı ləzzəti,dadsız ömürdü, Çıxara bilmədim dadını ömrün. Cilovda saxladım atını ömrün. Mən elə bilmişdim hamıya birdi, Sən demə bu dünya sehirdi,sirdi. Gələn də,gedən də haqqıma girdi, Söymüşəm yüz kərə zatını ömrün. Çıxara bilmədim dadını ömrün. Könlünü bir kəsə açmadı sarvan, Düşüb arxasınca …
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Tozanaqlı şəhərim”
Post Views: 56 Bir tanışımızın evi dağın başındadır. Ordan baxanda Bakının bütün dalanlarını belə görmək olar. Ora gedib çıxmaq başqa şəhərə gedib çıxmaqdan daha çox vaxt istəyir. Vaxt bir tərəfə qalsın, yolları gedəndə yediyin yemək beş dəqiqəyə həzmə gedir. Deyirlər, Bakının mərkəzindəki tozanaqdan, tüstüdən, çirkabdan, ən əsası, səs- küydən uzaq olmaq lazımdı. Lazımdır lazımdır da. …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 80 SƏNİN GÖZLƏRİNƏ BAXA BİLMƏRƏM Sənin gözlərinə baxa bilmərəm, Sənin gözlərindən günahım axır. Mən bu cazibədən çıxa bilmərəm, Ürək sındırmışam-bir ürək axı… Sənli xatirələr üzülər qəmdə, Yanına gəlməyə üzüm də olmaz. Görəndə sarsilib üzülərəm də, Bir kəlmə kəsməyə sözüm də olmaz. Bağışla demərəm, sarsılsam belə, Sən ki büdrəmisən, yıxılan mənəm. Bilirəm-qəlbində yerim var …
Qalib ŞAMXALOĞLU.”Dünyamız”
Post Views: 38 A dostlar , Tanrıdan bir diləyim var , Ağrısız , acısız ola dünyamız . Naqislik olmaya , məkr olmaya , Sevgiylə , eşq ilə dola dünyamız . Zimistan görməyə bir gül , bir çiçək , Özəkdən qopmaya bircə tər ləçək . Kifirlər də ola lap gözəl , göyçək , Gözəllikdən ləzzət ala …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 82 * * * Yox…gəl aldatmayaq bir-birimizi, Yalan danışmağa varmı ehtiyac? Nə olub boynunu bükübsən yenə? Deyirsən; – Bu dərdə yoxdumu əlac?! Niyə danışmadıq biz onda…niyə? Sən demə,susmaq var- ölümdən betər. Qorxduq,qonum-qonşu,qohum-əqraba, Tanışlar-bilişlər nə deyəcəklər…
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 42 AYRILIQ YERİNDƏN QIRILDI BU EŞQ Sənin dodağında çiçəkləmişdi, Bir zalım əliylə dərildi bu eşq. Gözlərim yolunu elə çəkdi ki,- Ayrılıq yerindən qırıldı bu eşq. Qərib fəryadıydı,aşiq halıydı, Divanə ruhların qeylü-qalıydı. Bağrımın başında lalə xalıydı, Keçib göz yaşından duruldu bu eşq. Yenə pəncərəndə yellənir pərdən, Xatirən şam tutub ən xoş xəbərdən. Hər gün …
Günel Nazimi doğum günü münasibətilə təbrik edirik! (14 iyul 1995-ci il)
Post Views: 96 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz …
Təranə TURAN RƏHİMLİ.”Şuşanın dağları…” (Hekayə)
Post Views: 84 Asfalt yolun hər iki tərəfində əkilmiş meyvə ağacları sanki sıraya düzülmüş əsgərlər kimi «farağat» vəziyyəti alıb bizim bu cənnət məkana gəlişimizi salamlayırdı. Ağacların ətrafındakı çəmənliyin sıxlığından bir ovuc da torpaq gözə dəymirdi. Mənzil başına yetişdikdən sonra maşını münasib bir yerdə saxlayan atam: «Hə, uşaqlar, düşün, çəkin ciyərinizə bu havanı. Dünyada tayı-bərabəri yoxdu …
Günel Emin FƏRHADQIZI.”Mədəniyyətimiz – “mədəni niyyətimiz””
Post Views: 86 Cəmiyyətimiz əvvəllər çox mədəni idi, niyyəti də xoş idi, sonra dövlətimiz, iqtisadiyyatımız elə sürətlə inkişaf etməyə və irəli getməyə başlayıb ki, cəmiyyətimiz bu sürətə öyrəşə bilməyib, hələ də geridə qalır… Söhbət müasirlikdən, qərbləşib qəribləşməkdən və s. getmir. Söhbət əvvəllər insanlarımıza, ölkəmizə və cəmiyyətimizə xas olan mədəniyyətdən gedir. Unutmayaq ki, ölkəmiz şərqdə ən …
Şəhanə CƏFƏROVA.”Sonda Ayrıldıq!”
Post Views: 55 Sonda Ayrıldıq! Son günlərdi son baxışlardı Son sözlərdi son görüşlərdi. Çox istədik bitməsin bu sevgimiz. Sonda ayrıldıq ikimiz. İndi hər kəs sevinsin. Sənin ailən toy bayram etsin. Anan istədiyi qıza sənin üçün elçi getsin. Onsuz da onlar ayırdi bizi! Qoymadılar yaşadaq sevgimizi Adımız tarixdə qalacaq. Bir-birini çox sevən ikimiz. Bizdən sonar da …
Şəfaqət CAVANŞİRLİ.”Ölümə gedən ümidlər” (Hekayə)
Post Views: 82 Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən… Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, …
Samit NURİYEV.”Qorxuram dönəcək közə bu dünya…”
Post Views: 91 Bilinmir əvvəli.Böyük bir sirdir. Necə qismət olmuş bizə bu dünya?! Tamam müəmmadır bu Yer kürəsi, Görən necə çıxmış üzə bu dünya? Birinə zirvədir,birinə dərə, Biri xoş yaşayır,biri hədərə. Çoxlarını salır dərdə,kədərə, Azını düz yola,izə bu dünya!
Təhminə MƏMMƏDOVA.”İki yol ayrıcındayam”
Post Views: 99 İki yol ayrıcındayam, Sanki iki dünya arasındayam Bir yanda işıqlar şəfəq saçır, Bir yanda qaranlıqlar mənə qucaq açır Bir yanımda anlardan sevinc süzülür, Bir yanda kədər üzümə gülür İki yol ayrıcındayam Bir tərəfim uçurum, Bir tərəfim səhradır Bilmirəm nədir suçum, Hara üz tutum qaçım? Bir tərəfimdə ilanlar, Bir yanımda yalanlar
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 61 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bilmədən Sevgidən ilham alıram, Dərin xəyala dalıram. Hər kəsi eşqə salıram Özüm sevməyi bilmədən. Öz könlümü ovuduram; Dərdi,qəmi unuduram. Eşqdən dünya yaradıram Özüm sevməyi bilmədən.
Şafa KAMİLLİ.” Qızım…”
Post Views: 99 Ən böyük istəyim, Arzum, diləyim, Ömrümün sevinci, Qəlbimin nuru, Atanın ulduzu, Mənim nar dənəm, Nənənin gül ləçəyi, Qardaşının bacısı, Ömrümüzün bəzəyi, Gözəl qızım, naz qızım, Arzuların çin olsun! Ömrün bəxtəvər olsun! Sən Nigara, Həcərə, Tay olasan, can qızım! Ömrün keçsin sevinclə, Göz yaş görməyəsən, Üzün gülsün daima, Qəm, kədər bilməyəsən, Allahıma min …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 48 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru ŞƏRƏFLİ SƏRHƏDÇİLƏR Vətən torpağı canı, Havası, suyu qanı, İgidlərə tay hanı?! Qeyrətli keşikçilər, Şərəfli sərhədçilər! Dilində, sözdə Allah, La İlahə İlləllah, Yadı edər tərksilah, Ağır əziyyətçilər, Şərəfli sərhədçilər! Çeşməsində yaş olar, Ay-Ulduza qaş olar, Vətən üçün daş olar, …
Gülnarə İSRAFİLQIZI.”Ümidimə!”
Post Views: 77 içimdə ölürəm çölümdə dirilmək ümidi ilə bir qonur gözlünün qönçə dodağında ümidlənən dua! göz yaşına büründüyü yerdən qalxır ərşinə. ey yer-göy məmləkətinə sahib çıxanım bir ovuc ümidin arxasındayam. ümidimi göylərin üzünə sər buludun bəbəyinə tök, tök ətəyimə! bilmədən öz əlimlə verdiyim haqqım alovlanır bir içim suyu qaytar ümidimə!
Aytən QULİYEVA.Yeni şeirlər
Post Views: 89 SEVDİYİM Şirin-şirin xəyala sal könlümü, Tut əlimdən, gəl özün al könlümü, Cox incitdi bu ayrılıq könlümü, Dərd qəm saça sığal çəkir sevdiyim. Kulək əsir rəqs eyləyir tellərim, Həsrət çəkir məhəbbətə gullərim. Saçlarımı oxşamasa əllərin, Ömür ötər yarpaq tökər sevdiyim. Eşqim üçün qınama gəl sən məni, Məhəbbətin eləmişdi lal məni. Ümidlə yaşatdı bu …
Hikmət MƏLİKZADƏ.”Yenə kölgə düşüb sevda bağına”
Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yenə kölgə düşüb sevda bağına, Hava sərinləyib aramızda, qız. Boşuna gedirik bu yolu sənnən – Özgə əli gəzir yaramızda, qız. Sevgi naz çağıymış, heyif, bilmədik, Məndən lal olmağı umma, boşuna. Dəli olacaqsan bu gedişlə, qız, Ta sənnən yadıq biz, cumma …
Həsən MİRAT.”Oruc tut”
Post Views: 51 Vacib buyurubdur ki, yaradanin oruc tut Vardirsa əgər tutmağa imkanin oruc tut Heç olmasa, bir ay uzaq olsun da haramdan, Həm daxili, həm xarici orqanin oruc tut Bir gün qoruyar nari-duzəxdən səni mütləq, Olsun deyə məhşər günü “qalxan”in oruc tut Zəncir ilə bağlar onu allah ramazanda, Et həmləni sinsin beli şeytanin, oruc …
Nail DAĞLAROĞLU.”Sən”
Post Views: 71 (divani) Calış dostum bu dünyada haqq yolundan dönmə, sən, Yananda da elə yanki tez alışıb sönmə, sən. Çalışki yaxşılıq eylə dosta, yada, tanışa, Bir pisliyin ucbatından alçaqlara enmə, sən. Yaxşılıq et hər insana adın düşsün dillərə, Qazan elin məhəbbətin, sevgini ver ellərə. Aşsın, daşsın saf niyyətin ömrü vermə yellərə, Bu yollarda nə …
Elnur ABDİYEV.”Oxşayar”
Post Views: 75 Ok nədi,yes nədi,bir təmiz hə de, Dilin ətir saçsın,qəlbi oxşa,yar. Doğma ikən yada dönən millətə, Bəxti ağı söylər, zaman oxşayar. Xor baxanlar bölünsün, min dilimə, Dildən olum,yad söz gəlsə,dilimə. Mən heyranam,doğma Ana dilimə, De,hansı dil bu saf dilə oxşayar? Coşqun,qaya qopar qat-qat,lay-lay a! Kökü üstə bağlanır hər lay laya. Mən bu dildə …
İlkin ABBAS.”Mən indi bildim ki”
Post Views: 54 Qalmayıb ürəyin taqəti, tabı, Açmamış gül kimi günbəgün solur. Mən indi bildim ki, həsrət əzabı, İnsana həyatda ağır dərd olur. Mən indi bildim ki, bu gedişinlə, Ürəyim mənimlə barışmayacaq. Arxanca boylanan yaşlı gözlərim, Sənin yollarından yığışmayacaq. Mən indi bildim ki, hər gün boylanıb, Baxacam həsrətin pəncərəsindən. Gözlərim ayrıla bilməyəcəkdir Sənli günlərimin xatirəsindən. …
Debüt: Əli MUSA (Kəlbəcər rayonu).Yeni şeirlər
Post Views: 88 Əli Musa(Qənbərzadə Əli Musa oğlu) 1iyun 1992-ci ildə Kəlbəcər rayon kilsəli kəndində anadan olub.2012-ci ildə Mingəçevir Turizm Kollecini bitirib.Şeir və publisistik məqalələri dövri mətbuatda çap olunur.”Sevgidir yaşadan məni”kitabının müəllifidir Aldanma İnanmaq çətindir hər yetən kəsə, Çoxları dar gündə verər səs-səsə Əgər dar ayaqda yaxın gəlməsə Necə dost deyəsən beləsinə sən Tuş gəlsən …
Günel Emin Fərhadqızı.”Bilirsən, nə istəyirəm?!”
Post Views: 81 Bilmirsənsə, yazım, sən bil… İstəyirəm, bu dünyada insanlardan uzaq olmaq, yalnız qalmaq, sən və mən, ikimiz. Nə mobil telefon olsun, nə planşet, noutbuk, internet, unutsun bizi bir neçə günlük hamı… Yada düşməyək az müddətə olsa belə… İstəyirəm, təbiəti, meşələri, şəlaləni, çaya tullanmaq, şəlalənin altında dayanmaq, su yuyub aparsın məni aydınlıq dünyasına, ağaca …
Gənc xanım Aliyə Əsədovanın yeni kitabının təqdimat mərasimi keçirilib
Post Views: 89 10 İyul 2015-ci il tarixində, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, …
Gülnarə İSRAFİLQIZI.”Şadlıq sarayı tikəcəklərmiş”
Post Views: 51 Yolun bir başından mən çıxırdım, O biri başından sən. Görüşə tələsən addımlarımız utanırdılar. bir addımlıqda… Su çalası girirdi araya. Baxışlarımız pıçıldaşırdılar. Eyni binada yaşayırdı arzularımız. Binanın üst mərtəbəsində mən, Alt mətdəbəsində sən. Hər gün qapıya gəlib Gözdən itincə yola salardın, Ayaq taqqıltımı. Günəşin rəngi solunca, Gecə işıqlanınca, Yollardan adamlar çəkilincə, Yolumu gözləyirdin. …
Usta FƏXRƏDDİN.Yeni şeirlər
Post Views: 125 GÖYYALIM (Qubadlı rayonunun Göyyal kəndinə həsr olunub) Ey mənim Cənnət üzlü, Cənnət misallı Göyyalım, Görmədim səndən özgə, qeyri mahalı Göyyalım. İlahi qüdrətindən var etmişdir əla səni, Sərmişdir çöllərinə qeybindən xalı Göyyalım. Düşməzdi Xıdır Nəbi abi-həyat sevdasına, Olsaydı Turş suyundan əgər ki, hali Göyyalım. Nigari Əfəndimiz çün seçmiş Hərtiz dağını, O da bilmiş …
Zeynəb Dərbəndli “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i seçilib
Post Views: 60 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 10 iyul 2015-ci il tarixli qərarı ilə Azərbycan-Dağıstan iki qonşu ölkənin arasındakı mədəni və ədəbi əlaqələrin inkişafındakı müstəsna xidmətlərinə, eyni zamanda ədəbi-bədii yaradıcılığındakı irəliləyişlərə görə, nəğməkar şairə, istedadlı qələm sahibi Zeynəb Dərbəndli (İbrahimxəlilova Zeynəb Şəmsəddin qızı) Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları …
Təranə TURAN RƏHİMLİ.”Məryəm” (Hekayə)
Post Views: 77 Hava təzəcə qaralmışdı. Həyət-bacada sakitlik idi. Nənəm hinə boylanıb toyuq-cücəni yoxladı, hamısının tarda büzüşüb yatdığını görüncə hinin qapısını bağladı. Sürahidən tutub həmişəki kimi ehmallı addımlarla ikimərtəbəli evin artırmasına qalxan pilləkənlə yuxarı çıxırdı ki, həyət qapısı açıldı. (Darvazanı bağlamağı unutduğunu da indi başa düşdü.) Darvaza önündə qonşu Rüxsarə göründü. O, «bəri gəl, buradır» …
Истинным источником демократии являются пророки – посланники Аллаха
Post Views: 43 Свобода, составляющая основу и повышающая уровень жизни человека, возможна лишь при установлении демократии, поскольку демократия – это способ управления, при котором соблюдаются социальная справедливость и равенство всех людей, права и свободы человека. Демократия – это благо, о котором Аллах через пророков гласит своим рабам в священных книгах. Во всех священных книгах говорится …