Post Views: 46 Özü öz qanına bələndi dünya, Rəngbərəng günahlar savaba bənzər, Utancaq baxışıar nələr yaradar?! Xəyanət – sevgidə cavaba bənzər, Cüt olan ümidə təklik yazılar. Yalanlar doğruya sahib çıxıbdı, Səhv düşüb yazısı, sözü dünyanın. Imanlı könüllər qəlbdən axıbdı,
Fidan ABBASOVA.”Ruhumuzda qovuşacaq….”
Post Views: 45 Qanad açıb uçsam belə arzularım qucaq – qucaq deyirəm ki dön gəl mənə ruhumuzda qovuşacaq…. Atıb dərdi bir kənara sevinərik ürəkdən biz yazıq olar olanlara qoy bitməsin saf sevgimiz…
Şəfa EYVAZ.”Xoşbəxtliyə rekviyem”
Post Views: 43 Bu gün doğum günüdür Və tam 33 il gecikmişdi xoşbəxtlik… Bir qərinə ayağını sürüyüb Çata bilməmişdi həyatın səssizliyinə. Ya həsrət əllərini uzatmışdı, Ya xoşbəxtlik… “Kloun təbəssümü” gəzdirən Saxta ürəklər qalmışdı səhnədə. Və pərdə arxasında Məğlub olmuş xoşbəxtlik Tam 33 il sonra Ağlayırdı həyata.
Afət VİLƏŞSOY.”Daha nələrdi…”
Post Views: 50 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sevəndə yazılır sevgi şeiri, Sonradan yazılan xatirələrdi. Vüsal Oğuz Öldürdü bu sevgi, öldürdü bizi- -Bıçqıdı, tətikdi, daha nələrdi.. Narahat ruhlardı yerə enənlər, Həftənin günləri bəhanələrdi. Yağıya, düşmənə gərəyimiz yox, Qocalıb ölməyə diləyimiz yox, Sevgidən keçirik, ələyimiz yox, Ələnib keçənlər əfsanələrdi. Güləndə üzünə …
Kənan AYDINOĞLU.”Anam Türkiyənin bir parçasısan”
Post Views: 35 Anam Türkiyənin bir parçasısan, Gördükcə səni şad oldum, Adana! Qəriblər qəribdi qərib dünyada, Dünyada mən də yad oldum, Adana! Qoynunda dil açan yeni nəğmələr, Dodaqdan dodağa süzülüb gəldi. Hüsnü camalına tamaşa üçün, Ərənlər torpağa düzülüb gəldi. Günəşlə birlikdə oyanan səhər, Üzünə nurunu səpib gələcək. Köhnə xatirəni təzələməkçün, Sənin yanağından öpüb gələcək. Daha …
Zeynəb Dərbəndlini doğum günü münasibətilə təbrik edirik! (25 iyun 1970-ci il)
Post Views: 42 “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanlar ilə birgə olun! Mətbuat xidməti SƏNSƏN Ana, mənim ürəyimin, Ən böyük dəvası …
Debüt: Nurlana BEYBUDOVA (Naxçıvan Muxtar Respublikası).Yeni şeir
Post Views: 78 Beybudova Nurlana Bidadi qızı 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Bakı şəhəri 102 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsində ali təhsil alıb.Hal-hazırda Naxçıvan Dövlət Universitetində magistr təhsili almaqdadır. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc …
Saqif QARATORPAQ.”Üzümdəki təbəssüm”
Post Views: 53 Üzümdəki təbəssüm içimdəki hıçqırıq, Sızıb üzə çıxınca olubdu qırıq-qırıq. Sinəm bir köhnə divar, güllələrlə yazılıb. Bir eşqin kölgəsində qəbrim çoxdan qazılıb. Dünən qəfil güllədən ölənin yasındayam. Gündüzlər “Fatihə”-də, gecələr “Yasin”-dəyəm. Təbrizdə güllələnib, Hələbdə soyuluram. Bir çinaram,min ildi içimdən oyuluram. Tökülür yarpaqlarım, könlümdə xəzan yeli. Məni tərsinə atıb qoca taleyin əli… Dövranın sapı …
Harika UFUK.”Gözyaşlarım”
Post Views: 41 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Nehirleri mecralarından çıkarıp Bana getirsen Ödeyemezsin bir damla gözyaşımı. Gönlümden gönlüne Uçmaz ki sevdam! Artık Kanadı kırık, yüreği yanık, Üşümüş, ıslak, Yaralı kuştur aşk… Yitik anılar yumağı Titrek uykusuzluğuma sarılmış, Tırnaklarım Uykusuzluğumla yastığıma geçmiş. Yağmur Dışarıda cama, İçeride yüreğime vuruyor. Güçsüz değildim ki ben Yıkamazdı …
“Usare” dergisinin yeni sayı yayınlandı
Post Views: 48
Mayisə ƏSƏDULLAQIZI.”Səni gizli görümmü?”
Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Səni gizli görümmü? Tellərini hörümmü? Bal kimi dodaqları, Yana-yana öpümmü?! Busələri pay eylə, Vücudunla könlümü, Məcnunlara tay eylə… Ürək yaşasın deyə, Heyranam gözəlliyə… Xəta olmasın deyə, Kimsə xətrinə dəyə, Səni gizli görümmü?! Meyxoş olum, ölümmü?!
Elnur RƏSULOĞLU.”Demək, yaşayıram mən”
Post Views: 46 Əgər bir gözələ könlümü verib Sevirəmsə, demək, yaşayıram mən. Ürəyimin mənə dediyi yerə Gedirəmsə, demək, yaşayıram mən. Bəsdir yaşadığım mütilər kimi! İtirsəm, itirrəm, söylə nəyimi? Axı mən insanam! İstədiyimi Edirəmsə, demək, yaşayıram mən. Çox ağac əkmişəm dostluq bağında. Dostluq etməmişəm pul marağında. Dostun köməyinə dar ayağında Yetirəmsə, demək, yaşayıram mən.
Şəhanə CƏFƏROVA.”Bəzən susub-susub xəyala dalan!”
Post Views: 42 Bəzən susub-susub xəyala dalan! Bəzəndə çox danışıb gözləri dolan! Ürəyimdə yaşatdığım varlığım! Çox düşünə bilmirəm həyatimi! bilirəm bir gün tutacaqlar yasimi! heç vaxt ölməyəcək yaşayacaq varliğim! Zaman çox tez keçir! Dünən ən uşaq idim bu gün gənc oldum! Həyat məni sabah necə dəyişəcək bilmirəm! Bəlkə də zamanız öldürəcək! Amma heç vaxt yaşlanmayacaq …
Günel ƏJDƏRQIZI.”Yaşın nə fərqi var ki…” (Esse)
Post Views: 49 Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları …
Əlirza HƏSRƏT.”Kitabım”
Post Views: 49 Kövrəldim bu gəlişinə, Yubandın nədən,kitabım? İkimiz bir canıq elə, Sən ruh,mən bədən,kitabım. Qoy gəlsin sözə əl basan, Sevən könlü duyar asan. Bu qəribin yurd payısan, Ay mənim Vətən kitabım. Eşq nurudur sözün cəddi, Məğrurdur əyilməz qəddi. Gözəlliyə ibadətdi, Hər nazın,ədan,kitabım.
Gündüz SEVİNDİK.”Şeirlərimnən soydular…”
Post Views: 43 Gözlərim yada düşmədi, Məni içimnən soydular. Məni ürəyimnən asıb, Şeirlərimnən soydular… Daşladılar sol-sağımı, Yaxınımı, uzağımı – Kölgəmi, əl-ayağımı, Nə də “yeməkdən” doydular… Tərpəndim, gücə gəldim mən, Bilmədim necə gəldim mən… Dünyaya gecə gəldim mən – Adımı Gündüz qoydular!…
Hikmət MƏLİKZADƏ.”Kölgəm, dünya savaşına ac adam…”
Post Views: 49 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Kölgəm, dünya savaşına ac adam… Sevdam, zirzəmi pilləkəni kimi uçuq. Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə. Allahım, neynim?! İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır. İndi qurbağalar oxuyur elçi daşlarının üstündə. İndi… Sən sənsən. Mən mən …
Həftəsonu paytaxtda maraqlı sərgi keçirilib
Post Views: 45 5 – 7 iyun tarixlərində 3 gün olmaqla səhər saat 10:00 – dan axşam saat 22:00 – a qədər Megafun Ticarət və Əyləncə mərkəzində Fosil Sərgisi təşkil etdik. Sərgi Megafun AVM – in 1 – ci və 3- cü mərtbəsində 3 ayrı yerdə olmaqla keçirildi. I Avropa Oyunları ilə əlaqədar şəhərimizdəki xariciləri …
Şəhanə CƏFƏROVA.”Qoyma ağlayım!”
Post Views: 61 Qoyma ağlayım! Həyatım çox acılı! Sil göz yaşlarımı! Qoyma ağlayım! Həsrətim var, Sənsizliyim var! Acı çəkən dərdli ürəyim var! Sənsizlikdən parçalanan ürəyim var! Qoyma Sənsizlikdən ağlayım! Həyat məni hər addımda öldürür… Düşündükcə yoxsan həyatımda Bir daha gözlərim dolur… Gəl, qoyma, ağlayım! Mən də xoşbəxt olmaq istəyirəm. Mən yalnız həyatımda Səni istəyirəm! Ruhum …
Xəyalə SEVİL.”Gücüm çatmır”
Post Views: 61 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O gətirən ümidlərin Yüzü gedər ,biri gəlməz. Günüm, ayım, ilim mənim Diri gedər, diri gəlməz. Bu dünyanın adamıyla Əyrim, düzüm düz gəlmədi. Mənim tər -təmiz hisslərim Qız getmişdi, qız gəlmədi. Vur ,yarala ürəyimi, Mən öləndə sağalaram. Tut başı …
Şafa KAMİLLİ.”Bu nədi, İlahi, dözə bilmirəm”
Post Views: 75 Bu nədi, İlahi, dözə bilmirəm , Bu qedr özüme, mən , zülm edirəm , Qarşimda bir ,duvar ,bir qaya sanki , Bu qedr ,pissemimi .,düşününürəm mən , Bilmirəm ne edim bu ağrilarla , Sadec qelbimde boyük nifret var , Qəlbimə ,biredki özü özemə , Sadece yaşmaq isdemirəm mən , Ne edim ,bilmirem …
Abdulla MƏMMƏD.”Qəribəm, yurdumda qəribəm, canım!”
Post Views: 67 QƏRİBƏM YURDUMDA, QƏRİBƏM, CANIM (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Bir ovuc təsəlli, bir ovuc səbir, Bir ovuc ümid ver- çəkim başıma. Ağlıma gəlməyən, bağrımı dəlir, Haranın külünü töküm başıma ?! Yerinə düşmür heç, sözüm yerinə, Ha “İllah” edirəm- söz yerə düşür. Əyrilər ucalır düzün yerinə, Əyilə- əyilə düz yerə düşür. Yad əldə …
Qalib ŞAMXALOĞLU.”Ürək”
Post Views: 40 Nə vaxtdı baxıram yollara sənsiz , Düşmüşəm səhraya , çöllərə sənsiz . Dözə bilməyirəm illərə sənsiz , Bu qədər həsrətə dözərmi ürək ? Gündüzüm gecətək qaralanıbdır , Bu dərdli ürəyim paralanıbdır . Ürək pərdəsindən aralanıbdır , Bu qədər həsrətə dözərmi ürək ? Dərdi ürəyimə salası oldum , Kədərlə baş – başa qalası …
Nail DAĞLAROĞLU.”Sevirəm, sevirəm, sevirəm səni”
Post Views: 53 İcazə ver deyim sözün doğrusu, Qoy olum üzündən busə oğrusu. Ürəyimin bəlkə keçə ağrısı, Qulaq as sözümə incitmə məni, Sevirəm, sevirəm, sevirəm səni. Xumar baxışlara heyran olmuşam, Sənsizlikdən xəzan kimi solmuşam. Nə müddətdi mən də sənsiz qalmışam, Sənsiz çoxalıbdı saçımın dəni, Sevirəm, sevirəm, sevirəm səni. Sən eşid Naili yaxın gəl gülüm, Sənsiz …
Elnur RƏSULOĞLU.”İçində”
Post Views: 49 Gecə qonaq idin yuxuda mənə, Qapımı döyürdün qorxu içində. Bildim ki, bu sənsən duycaq ətrini, Ətirlər içində, qoxu içində. Yox oldun baxmamış gözlərinə mən, Səni tapdım düşüb izlərinə mən, Başımı qoymuşdum dizlərinə mən, Yuxuya getmişdim yuxu içində. Yuxudan oyandım, ayıldım sənsiz, Dözmədi ürəyim bayıldım sənsiz, Bir dəli, divanə sayıldım sənsiz, Hörmətdən də …
Elnur ABDİYEV.”Ömürdən”
Post Views: 65 Külək döyür,ömrümüzün yazını, Yarpaq-yarpaq günlər uçur ömürdən. Yaşayırıq Tanrı yazan yazını, Hər günümüz gün-gün köçür ömürdən. Kiçilirik böyüdükcə yaşımız, Ağır olur bəzən ömür daşımız. Dünya boyda bir qazanda aşımız, Qaynadıqca buğ-buğ içir ömürdən. Elnur Coşqun,sevgi ömrün marağı, Qəlb telini darar eşqin darağı. Həyat alıb əlinə bir orağı, Gün keçdikcə günü biçir ömürdən.
Hikmət MƏLİKZADƏ.”Ay, çöhrəsi duvaqsız”
Post Views: 43 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Ay, çöhrəsi duvaqsız, Namusu suvaqsız ləçər, Sən bildin nədi ayrılıq? …Sevgi yaralarımın qaysağını qopardana qədər pirdin mənimçün. Əlçatmaz, bakirə adamdın; İndi nəşəsi olmayan sığal kimisən. Gözlərinə de ki, bir də 30 il məhkumluq yaşamış bir kişi yeniyetmə …
Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”
Post Views: 54 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru Nədəndi bu qədər soyuqsan mənə. Yoxsa eşqimizi kədərmi uddu? Dedin: «hər kəlmənlə dayaqsan mənə», Yoxsa sözlərin də sənə yad oldu? Bəlkə günahkaram, bəlkə suçunam? Düşmüşəm ömrünün sevgi payına. Mən həsrət qoxulu vüsal acınam, Nə zaman çağırsan gəlləm …
TOSAYAD-Amasyalı şair ve yazarlar konuklar
Post Views: 39
“Şəfa EYVAZ.”Ehtiyac”
Post Views: 66 Mənim yuxularım qarışır, Ana! Qarışır, içindən çıxa bilmirəm. Darıxır ürəyim içimdə, Ana! Darıxır, özümü yıxa bilmirəm. Sənin əllərinin kəraməti var, Gəl, topla dağınıq ruhumu yenə. Qan verən yaramı ürəyinə sar, Bir tək ürəyini sıxa bilmirəm. Zaman tərs yellənir, ömür viranə, Dağıdıb küləklər könül evini. Ya ruhum sovrulub bir küncə yenə, Ya da …
Afət VİLƏŞSOY (Yeni şeir) Sənə
Post Views: 41 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O otaq saxlarmı dostluğumuzu? Gözümüz keçmişə dönə, ağlaya.. O kiçik kirayə otağındakı Toyda oynamırıq, sevincimiz qıt, Döndümü fələyin çarxı tərsinə? Atılıb-düşərdik, lap uşaq kimi Bir köhnə radio musiqisinə.. Bəlkə, tək bu çatmır xoşbəxt olmağa, Şirin xatirələr kövrəlir gendən. Orada bir parça …
Şəfa VƏLİYEVA.”Sənsiz xoşbəxtəm, gülüm…”
Post Views: 45 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü sənsiz xoşbəxtəm, gülüm… güllər üzümə açır… ayrılığın əvvəli mənim sonuma qaçır… tənhadı baş hərflər sms yerlərində… səsi gələn “ölülər” axı, kimin eyninə? nəfəsin külək olub, Gəncə-Qazax yolunda… Yolda xatirəm tutub yıxılanda qolundan… neynək, işarələr kəm “Bakı-Gəncə” sözündən… sən gəldiyin …
Debüt: Mərhəmət ƏLİYEV (Şəki).”Ömrüm sənin olsun!” (Hekayə)
Post Views: 65 (Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara!!!) Yarası yüngül olmasa da ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi… Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış …
Nərmin Kərimzadəni doğum günü münasibətilə təbrik edirik! (30 may)
Post Views: 65 “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanlar ilə birgə olun! Mətbuat xidməti
UŞAQLIQ XATİRƏLƏRİMDƏN…HƏYATİ HADİSƏLƏR
Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Bizim ata-baba evimiz Əmircanda, Bakının qədim Xilə kəndində, qoşa minarə məscidə yaxın bir yerdədi, gölə yaxındı. Biz kiçik olanda, o göl həddən artıq daşardı. Suyun həddən artıq şor olmağına baxmayaraq, üstü həmişə yaşıla bənzər mazutlu neft ləkələri ilə …
Abdulla MƏMMƏD.”Bu dərd- ayağı yalındı”
Post Views: 38 (“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən) Kimə yuxu, kimə gerçək, Kimə çirkin, kimə göyçək, Kimə qanqal, kimə çiçək, Kimiyə də ağ yalandır. Bu dərd- ayağı yalandır. Bu dərd damarda oynamaz, Oynasa qanım qaynamaz… Başımıza dəyən qapaz. Gündə bir qana bulandı. Bu dərd- ayağı yalındı. Gör kim susar, kim haraylar- Dinən dilə daş qolaylar… …
Şafa KAMİLLİ. “Şübhələr …”
Post Views: 66 Yedilər bitirdilər,qəlbimi bu şübhələr, Düşnünürəm haqsızam, Yedi məni şübhələr. Yox, çox qərarsızam, Düşnünürəm nələr mən. Üzdü məni şübhələr. Heç çıxmırlar ağlımdan. Bezdirdilər, üzdülər, Ürəyimi üzdülər , Niyə belə etdilər, Qəlbimdəki şübhələr?! 28.05 2015
Təranə TURAN RƏHİMLİ.Həyatı və Yaradıcılığı
Post Views: 130 Təranə Yusif qızı Rəhimli (Turan) 20 fevral 1970-ci ildə Bakıda anadan olmuşdur. 1976-1986-cı illərdə Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1990-1995-ci illərdə ADPU-nun filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə həmin unuversitetdə laborant kimi başlamış, tələbəlik illərində “Gənc …
Zaur KƏRİMLİ .”Saxta Vətənpərvərlik” yaxud “Anar” Şadlıq Sarayında nə baş verdi?”
Post Views: 60 Neçə gündür məni də narahat edən bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Neçə gündür “şairlər “Anar”şadlıq sarayında xalqın bu ağır-günündə toy-bayram ediblər” başlıqlı yazılar oxuyuram.Əziz dostlar, mən də o tədbirdə idim, sadəcə şair yox, ictimaiyyət nümayəndəsi və poeziya vurğunu kimi. Məsələ belədir: Əvvəla, Türkiyədən bura gələn insanlar faciədən 1 gün öncə yola …
Şəfa VƏLİYEVA.”Yad ev” (Hekayə)
Post Views: 35 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir gün açacağın qapın varsa, sevin, bala! O açıq qapıdan içəri girəndə üzünə üfürülən hava deyil, doğma bir nəfəsdi. Çünki, doğma evin də öz nəfəsi var. Açacağın qapını arxanda buraxma, bala! Buraxma! Babası qapını açıb içəri girdi. Elə bil …
Son üç günün imkanını qaçırmayın!
Post Views: 38 Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən uğrunda” hərbi vətənpərvərlik mahnı müsabiqəsində səsvermənin bitməsinə son üç gün qaldı. 27 may saat 16:10-a olan məlumata görə, Rəşad İsmayıl 7165 səslə liderliyini qoruyur. Abdulla Medinov 3216 səslə ikinci, Sabir Əliyev 1983 səslə üçüncü yerdədir. …
Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 70 Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, …
Əziz MUĞANİ.”Şair xəyalımız özgə bir aləm”
Post Views: 65 Keçmiş xatirələr düşər yadına Bir masa önündə oturanda sən Fikirdən alışan sönməz ocağın Görünən tərəfi saçındakı dən Kaş gerçək ola hər cümlə, sətir Arzular ürəkdə yetirə barın Kədəri apara min yol uzağa Qazıya kökünü iztirabların Şerdə görüşmək sanki röyadı Gecələr yuxuma gəldiyin kimi Yuxuda əl ələ, nəfəs nəfəsə Aşkara nə deyim… Bildiyin …
Doktor Cavad Heyət Bilik Fondunda anıldı
Post Views: 38 May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq dərgisinin təsisçisi və baş redaktoru olmuş, Türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif Universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, …
Şəfa VƏLİYEVA.”Kirpiklərim yumulu…”
Post Views: 44 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Əlim saçlarım üstündə, Kirpiklərim yumulu… xəyalla sevinməkdən bu qız hələ yorulmur… hər gün boyuna baxır… bəxtəvərdi güzgülər… burda bir qız darıxır… dərd boyda…üzügülər… Gəncəyə yağış yağıb… deyirlər yaz leysanıdır… demirlər göy ağlayıb… payızın qisasıdır…
Rüfət AXUNDLU.”Gəlirəm”
Post Views: 44 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir az insaf eylə, ADAM, Soruşma, hardan gəlirəm. Var olan yoxdan doğulub, Yox olan vardan gəlirəm. Harda vaxtsız yatan görsən, Çirkabına batan görsən. Alan görsən, satan görsən, Bax, elə ordan gəlirəm. Başqa bazara getmirəm, Başqa güzara getmirəm. Üzü məzara …
Hikmət MƏLİKZADƏ.”Elm acizdir, yoxsa alim?”
Post Views: 74 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bəllidir ki, orfoqrafiya – (düzgün yazı) qaydaları, sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir, orfoqrafiya lüğətində də sözlərin düzgün yazılış formaları verilir. Biz bu kompleks məlumatlar lüğəti vasitəsilə lazımi sözün düzgün yazılışını, səslənmə və vurğusuna görə düzgün tələffüzünü, …
Nail DAĞLAROĞLU.”Dünyanın”
Post Views: 44 Yuxar qalxanın didir başını, Dəmirdən dişləri var bu dünyanın. Duyan ürəkləri dağlamaq üçün, Qızarmış neşdəri var bu dünyanın. Gönü su yumşaldar, dəmiri alov, Nalı mix saxlayar, köhləni cilov. Qanan fağır olur, qanmaz dəlisov, Beləcə işləri var bu dünyanın. Danışan dillərə salırmış düyün, Qəm-kədər içində qalırmış beyin. Naili üstünnən köçürər bir gün, Çox …
Elnur ABDİYEV.”Çor deyib vurarmı ada dam adam?”
Post Views: 33 Namərd yaratmayıb səni yaradan, Səndən yüksək varmı ad,adam,adam! Qan axır açdığın ağır yaradan, Çökür təməlindən ad,adam-adam. Bir məlhəm buyurub canana canı. Cananla ovuna can ana canı. Qanana deyirəm can, ana canı! Çor deyib vurarmı ada dam adam? Dünya bölünübdür,sudur,qurudur, Bu Kürə adanı günah qurudur. Quru oturmusan,bacar quru dur, Sən ki yaşayırsan,adada madam.
Elnur RƏSULOĞLU.”Qarışqa”
Post Views: 46 Dəyişib bir başqa olmaq istərdim, Doğula bilsəydim ikinci kərə. Zəhmətkeş qarışqa olmaq istərdim, Dünyaya gəlsəydim ikinci kərə. Tənbəl də deyiləm inanın mənə, Özümdən həmişə narazıyam mən. İç üzü açılıb insanın mənə, Qarışqa olmağa tam razıyam mən. Yayda soyuq qışa hazırlaşanda Qarışqa belində çox yük görünür. İnsan kiçiləndə, cılızlaşanda Qarışqa insandan böyük görünür.
“Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir
Post Views: 40 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biridə, Slavyan Unversitetinin Yaradıcılıq fakultəsinin tələbəsi Ülkər Piriyevanın vətənpərvərlik mövzusunda səsləndiriyi şerlərə həsr olunub…Hər …
Şafa KAMİLLİ.”Qəlbimdəki tək yaram…”
Post Views: 35 Bilmirəm niyə mən ,beləyəm axi , Nə edim özüm də hec bilmirəm , Səni yszmişam könlümə ,niyə? Bəs niyə ,yazmişam ,ağradir ,belə. Qəlbimdə ki ,yarasan, Sağalmirsan nə ,edim , Qaniyirsan ,ey mənim , Qəlbimdə ki , tək yaram , Qəlbimi ağridirsan , Könlümun ğözü, sensen , Könlümü ağrirdrsan , Könlümdəki ağrisan , …
Fidan ABBSOVA.”Asan deyil inanmaq o baxışa…”
Post Views: 64 Saxta idi baxışların eləmi? necə məni aldatmısan yamanca sandin ki sən inanıram eləmi asan deyil inanmaq o baxışa… Sən deməsən belə gözlərin deyir dodağ dinmir, əllər bilmir, üz deyir içindəki boş qədəhlər süz deyir içə bilmir o sərabı bağışla… Acı olsa fərqi yoxdur həqiqət insan üçün ən birinci ləyaqət sevgi üçün ən …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 48 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Həyat bu qədər sadə… Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu qədər …
Cahan GÜLSÜN.“Yanıq Kərəmi”nə oynamazlar,atam balası…”
Post Views: 108 Babamın sözü idi.Sonra da əlavə edərdi ki, “ bizi elə oynada-oynada bu kökə saldılar”.Bizi deyirdi e,bizim milləti… Eşitdiyimə görə “Yanıq Kərəmi”nə əvvəllər heç kim oynamazmış.Çunki, el arasında kərəmin faciəsinə oynamağı hamı özünə ar bilərmiş.Bir növ Kərəmə yas saxlayırmışlar.Sonradan yası da,faicəni də,Kərəmi də unudan insanlar qol götürüb şıdırğı oynamağa başlayıblar bu mahnıya.Məndən olsa …
Nigar Rüstəmqızı. “Gənc qələm sahiblərinin binası yanır”
Post Views: 46 Allah sizə rəhmət eləsin, mirzələr… Sizin yaratdığınız aferist obrazlar bu gün diri-diri ədəbiyyatımızdadı. Canlı nəsruhlahlar və canlı kimyagərlər…Adamı haracan aldatmaq olar? Adamlara nə vaxtacan yalan demək olar? Bir gün biləcəklər axı gümüş gümüşlüyündə qalır, qızıla çevrilmir. Nə vaxtsa anlayacaqlar axı ölü dirilib evə qayıtmır. “Meymunu yada salmamaq” yalanı bu gün daha aktualdır. …
Harika UFUK.”Dilimde şarkılarla gidiyorum”
Post Views: 40 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Giderken bavulumu almadım yanıma Dilimde birkaç şarkı Düştüm yollara… Sanma ki umutsuzum, Sanma ki mutsuzum. Bazen acıtsa da yaralarımı Tuz basmayı öğrendim acılara… Nihavent besteler var, Bahar gelip de güller açtıran, Körfezdeki dalgın suları seyreden, Süzülerek gelen güzellerin Aşklarının ilkbahar esintisiyle… Hüzzam ki Küçük yaşta …
Şafa KAMİLLİ.”Gözlərin…”
Post Views: 61 Bilmirəm bu dərdli ,qəmli ömrümə , Sən hardn ,gəldin ? Qaranliq dünyama işiq gətirdin … Gözunə vuruldum ,yoxsa özünə , Bilmirəm ,özümdə ,bilə bilmirəm . Gəlişin gözlənməz, şad bir xəbər tək , Alıbdi könlumü ,qəlbim ələ, Ğözlərin ,nə deyir İlahi belə , Nə beyir bilmirəm ,belə qəlbimə, Aliblar ğözlərin ,məni, məndə, Bilmrəm …
Şəfa VƏLİYEVA.”Mən daşürəkli deyiləm!”
Post Views: 42 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İlləri qovub gəlmişik, Əlimizdə dərd çomağı… Daşları yuva bilmişik, Daşlar da ürək qınağı… Ürək də daşa dönərmi? Bozararmı görən üzü? İnsan daşdan eşq əmərmi? Daş ağararmı dan üzü? Suallar… Daşlı suallar, Daşlayar, yaralar məni… Bu ahıl, yaşlı suallar, Didərlər, …
Abdulla MƏMMƏD.”Qaçqın harayı”
Post Views: 41 (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Həsrətimi unutmağa, Dərd-sərimi ovutmağa, Urək dolusu udmağa, Bir doyunca havam da yox. Ürəyimi yeyə-yeyə, Haqqım buxarlandı göyə. Kədərimə qədər yiyə, Ürək açan havam da yox. Dəyişib hər yer dəyişib, Yanılmaqdan ər dəyişib. Hamı öz gözündə bişib- Aldanası “avam” da yox. Qınama məni, umanım, Çadır olaydır dörd yanım, …