Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1981 - 2040 of 2. 193 NƏTİCƏLƏR
Mədəniyyət

“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir: “Çin hekayəti, və yaxud dünyanın koronavirus faciəsi”

Post Views: 141 Bakı şəhər Mədəniyyət  Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını davam etdirir. Layihəyə yazıçı Gülzar İbrahimovanın “Çin hekayəti və yaxud dünyanın koronavirus faciəsi”adlı hekayəsini təqdim etmişdir. Hekayə tərcüməçi işləyən azərbaycanlı və çinli ailənin dostluğundan, onların bir yerdə …

Mədəniyyət

31 mart soyqrımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərildi

Post Views: 75 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına   Mərkəzi Kitabxanasında 31 Mart Azərbaycanlıların Soyqrımı gününə həsr olunmuş interaktiv plakat hazırlandı.  İnteraktiv plakatda umummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı, “1918-ci il Azərbaycanlıların soyqırımı – 100 il” bölməsində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında“ …

Mədəniyyət

“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir

Post Views: 89 Ölkəmizdə elan olunmuş karantin rejimi ilə bağlı özünü təcrid müddətində oxucuların vaxtlarının dəyərləndirilməsi üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihə həyata keçirir. Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) da kitabxananın bu …

Mədəniyyət

Kitabxana “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir

Post Views: 134 Bir çox ölkələri bürümüş koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində Bakı şəhər Mədəniyyət  Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) oxuculara virtual xidmət göstərməyi davam edir. MKS “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir.Əhalinin evdə qalaraq sağlam həyat tərzinə davam etməsi üçün …

Mədəniyyət

Özbəkistanda Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir və unikal nüsxəsi aşkarlanıb və onun surəti əldə edilib

Post Views: 83 AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə bu ölkədəki Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib. Qeyd edək ki, sözügedən tədqiqat işi ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihəyə əsasən aparılıb. Tədqiqat işinə əsasən Azərbycana dair Özbəkistan …

Mədəniyyət

Moskvada keçiriləcək uşaq rəsm müsabiqəsinə şəkillər göndərildi

Post Views: 67 Xəbər verdiyimiz kimi, Müstəqil dövlətlərin Kitabyayımı Assosiasiyası Rusiya Federasiyası Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin tapşırığı ilə Uşaq Kitabı Həftəsi çərçivəsində uşaq rəsmi müsabiqəsini təşkil edəcək. Xatırladırıq ki, müsabiqə ənənəvi olaraq 1943-cü ildən keçirilir. Bakı səhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ikinci dəfədir ki, müsabiqədə iştirak edir. Oxucularla …

Mədəniyyət

Azərbaycan yazıçısı Varis nüfuzlu PEN-kluba üzv seçilib

Post Views: 81 Azərbaycan yazıçısı Varis dünya yazarlarının ən aparıcı və nüfuzlu təsisatı olan PEN İnternational təşkilatına üzv seçilib. Yazıçıların PEN-kluba qəbulu səs hüququna malik ölkə nümayəndəliklərinin kollegial rəhbər orqanlarının tövsiyəsi əsasında Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə həyata keçirilir. AZƏRTAC xəbər verir ki, yazıçımızın PEN-kluba üzvlüyü təsisatın Rusiya üzrə nümayəndəliyinin kollegial rəhbər orqanı tərəfindən dəstəklənib. Qeyd …

Mədəniyyət

Kitabxananın virtual rejimdə növbəti tədbiri

Post Views: 67 Kitabxanaların fəaliyyətini virtual məkanda səmərəli formada təşkil etmək, istifadəçilərin fəallığını və onların mütaliəyə maraqlarını artırmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında sorğu təşkil edib. İzləyicilər A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nı oxuyaraq  bir suala cavab verməlidirlər. Ən maraqlı cavablar “Kitabsevər uşaqlar” …

Mədəniyyət

Həzi Aslanova həsr olunmuş şeirlər virtual oxuculara təqdim edildi

Post Views: 173 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində iki dəfə Sovet İttıfaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlıq işləri həyata keçirilir. Virtual oxuculara Həzi Aslanova həsr olunmuş şeirləri təqdim etmək məqsədilə Səməd Vurğunun “Qəhrəmanın ölümü”, Məmməd Təhməzovun “General Həzi”, İslam Səfərlinin “Təzə çiçəklər”, Boris Dubrovinin …

Mədəniyyət

Kitabxananın Fəxri oxucusunun “Dünya, barışmışam səninlə” kitabı çapdan çıxdı

Post Views: 134 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, Rəsul Rza adına beynəlxalq, Həsən bəy Zərdabi adına mükafatlara layiq görülən Zöhrə Əsgərovanın “Dünya, barışmışam səninlə” kitabı işıq üzü gördü.         Yazıçı-publisist Zöhrə Əsgərova oxucular arasında daha çox mədəniyyət …

Mədəniyyət

Leyla Bədirbəylinin 100 illiyi ilə əlaqədar informasiya məktubu hazırlandı

Post Views: 70 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya məktubu hazirlandı. İnformasiya məktubunda “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, …

Mədəniyyət

Kitabxanada Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı

Post Views: 90 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı. İnformasiya bülleteninə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin …

Mədəniyyət

Kitabxanada Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı

Post Views: 67 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı. İnformasiya bülletenində görkəmli sərkərdənin döyüş yolu, təltifləri, ona həsr olunmuş şeirlər, fotoqalereya və. s. məlumatlar toplanmışdır. İnformasiya bülleteni MKS-in Veb saytında yerləşdirilib

Mədəniyyət

Kitabxanaçılar ”Ana harayı“ abidəsini ziyarət etdilər

Post Views: 120        Bu gün, Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının iyirmi səkkizinci ili tamam olur. Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Ana harayı” abidəsini ziyarət etdilər.  “Ana harayı” abidəsi 1992-ci …

Mədəniyyət

Abdulla Şaiqin məzarı ziyarət edildi

Post Views: 83 Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı və ədibin ev-muzeyinin təşkilatçılığı ilə gorkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin doğum günü ilə əlaqədar Fəxri Xiyabanda ədibin məzarı ziyarət edildi.       Tədbirdə kitabxananın və Abdulla Şaiqin ev-muzeyinin əməkdaşları,  kitabxananın fəal oxucuları, ədibin ailə üzvləri iştirak etdilər. Anım tədbirində ev-muzeyinin direktoru Ülkər …

Mədəniyyət

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Post Views: 102 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları A.Məmmədov adına  38 №-li tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə kitabxananın fəal oxucusu BDU-nun Hüquq fakültəsinin tələbəsi Nuray Araz, kitabxanada təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq informasiya …

Mədəniyyət

Udmurtiya Milli Kitabxanasında Azərbaycan güşəsi yaradılacaq

Post Views: 109 Rusiya Federasiyası Udmurt Respublikasının Milli Kitabxanası 2018-ci ilin payızında 100 illik yubileyini qeyd etdi. Elə həmin ildən Udmurt Milli Kitabxanası Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ilə əlaqələr qurmuş və iki kitabxana arasında beynəlxalq əməkdaşlığı genişləndirməyə başlamışdır. Beynəlxalq əməkdaşlıq çərçivəsində Udmurt Milli Kitabxanasında 2020-ci ildə …

Mədəniyyət

Bağçada “ucadan oxu” keçirildi

Post Views: 83                               18 fevral tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları Sevil Namazova, İradə Hüseynova və Dəniz Vətəni 94 №-li Körpələr Evi Uşaq – Bağçasında “Ucadan oxu” keçirdilər. S.Namazova uşaqlara Mixail Zoşenkonun “Ağıllı meymun” nağılını oxudu. O, izah etdi ki, bu nağıl hesablama əməlinin yaxşı qavranılması və …

Mədəniyyət

“Vahidəm, xəlqimin qəzəl şairiyəm”

Post Views: 75 Yasamal rayon MKS-inin Ə.Vahid adına 1№-li kitabxana filialında Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi, “Füzuli yadigarı”, qəzəlxan-şair Əliağa Vahidin 125 illiyi ilə əlaqədar “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir keçirildi. Tədbirdə “Vahid” Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyev, “Məcməüş-şüəra” məclisinin sədri, professor, qəzəlxan-şair Şahin Fazil, məclis üzvləri Elman Qasid, Adilə Nəzərova, Azər Cəbrayılov, …

Mədəniyyət

Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb

Post Views: 93 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı Xalq şairi, dramaturq Nəriman Həsənzadənin doğum gününə həsr olunmuş kitab sərgisi təşkil edib. İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, 1953-cü ildən mətbuatda çıxış edən şairin əsərləri keçmiş SSRİ və bir …

Mədəniyyət

Bolnisi rayon rəhbərliyi Xalq şairi Zəlimxan Yaqub adına Poeziya evinin tikintisi üçün torpaq sahəsi ayırıb

Post Views: 76 Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb. Kənd ağsaqqalı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili Kəpənəkçidə olub, ziyalılarla görüşüb. O deyib ki, rayon rəhbərliyinin qərarı ilə Xalq şairinin adının əbədiləşdirilməsi və onun …

Mədəniyyət

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib

Post Views: 74 Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin …

Mədəniyyət

Kitabxananın oxucuları “Könüllülər ili” çərçivəsində işlər görürlər

Post Views: 116 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və bütün kitabxana filialları koronavirusla əlaqədar könüllülərlə fəaliyyəti genişləndirirlər. Kitabxanaların oxucuları könüllülər sırasına qoşularaq kitabxanalarda keçirilən tədbir və sərgiləri təbliğ edir, koronavirusla əlaqədar kitabxanalarda hazırlanan məlumat vərəqələrini əhaliyə çatdırırlar.         Son  on gün ərzində kitabxanaların oxucuları koronavirusla …

Mədəniyyət

Beynəlxalq Kitab Bağışlama Günündə Yasamal rayonunun müəssisələrinə kitablar bağışlandı

Post Views: 89 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova, Kifayət Hüseynova kərimova Səbirə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “İntellekt A”, ”Balaca Alim” uşaq bağçalarında oldular. Onlar Uşaq Bağçalarının kitabxanalarına Gülzar İbrahimovanın “Burda bir padşah vardı…”, “Ciddi ol! 585 yumor”, Sevinc Ağa Xəlilqızının “Bu …

Mədəniyyət

Kitabxanalar sosial şəbəkələrdə faydalı məlumatlar yerləşdirilir

Post Views: 142 Bakı şəhər Mədəniyyət Baş İdarəsi  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)  təşəbbüsü  ilə Facebook sosial şəbəkəsində “Sərhədsiz informasiya tribunası” qrupu fəaliyyət göstərir. Layihəyə 18 sentyabr 2018-ci il tarixində start verilmişdir.Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə informasiya ilə bağlıdır. İşinin xarakterindən asılı olaraq insan fəaliyyətinin müxtəlif sahələrində: elmi-texniki, iqtisadi, siyasi, idarəetmə, kommersiya və s. sahələrə aid …

Mədəniyyət

Kitabxanaya kitab hədiyyə edildi

Post Views: 132 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yeni kitab hədiyyə edildi. Kitab Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunmuşdur. “Yazarlar” jurnalının xüsusi buraxılışı olan ”Dağlar” adlı almanaxda ilk dəfə olaraq dağlara həsr olunmuş bir çox şeirlər toplanmışdır. Kitab xeyriyyəçilik məqsədilə çap olunmuşdur. Layihənin …

Mədəniyyət

Müəlliflər kitabxanaya kitab hədiyyə etdilər

Post Views: 97 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucuları olan qələm sahibləri kitablarını kitabxanaya hədiyyə etdilər. Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni nəşr olunmuş “Əlvida söyləmədən…” kitabının beş nüsxəsini kitabxanaya hədiyyə etdi. Kitab Dağlıq Qarabağ hadisələrinə, bu hadisələrdə qəhrəmancasına həlak olmuş Azərbaycanın igid oğul və qızlarına həsr …

Mədəniyyət

Fəxri oxucular “Eşq və Ölüm” baletinin tamaşaçısı oldular

Post Views: 85 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri və fəal oxucuları tanınmış müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar onun “Eşq və Ölüm” tamaşasında iştirak etdilər. “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilmiş balet oğuzların mərdliyindən və şücaətindən, vətənə sevgisindən …

Mədəniyyət

Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” kitabının təqdimatı keçirildi

Post Views: 95 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq bildirdi ki, Pərvanə Bayramqızı bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial …

Mədəniyyət

“Cahana sığmayan Azərbaycan şairi”

Post Views: 102 Yasamal rayon MKS-inin Ə.Vahid adına 1 №-li kitabxana filialında Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan Azərbaycan şairi” adlı inşa müsabiqəsi keçirildi. Müsabiqədə 173 №-li məktəbin IX sinif şagirdləri iştirak etdilər. Məktəblilər yazdıqları inşaları ucadan oxudular. Kitabxana filialının müdiri Mətanət Qasımova 1-ci yeri tutan Əsəd Muradova Nəsiminin “Seçilmiş əsərləri” kitabını hədiyyə …

Mədəniyyət

“Azərbaycan ədəbiyyatının virtual kitabxanası”na oxucuların marağı artır

Post Views: 78 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 2007-ci il 20 aprel tarixli Sərəncamlarına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ildən başlayaraq “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” (http://ebooks.azlibnet.az/) yaradılmışdır. Virtual məkanda fəaliyyət göstərən kitabxananın bir milyondan artıq izləyicisi var, burada yeddi minə yaxın kitab daxil edilib. Dünyanın 40-dan çox ölkəsindən sözügedən kitabxanaya müraciət …

Mədəniyyət

“Ey Nəsimi, cahanı tutdu sözün…” II Beynəlxalq Elmi Konfransı keçirilib

Post Views: 88 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ey Nəsimi, cahanı tutdu sözün…” II Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev də iştirak edib. Konfransın plenar iclasını giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi …

Mədəniyyət

Yazıçı Tural Sahabın romanı Misirdə tərcümə edilib

Post Views: 112 Yazıçı Tural Sahabın romanı Misirdə tərcümə edilib. Misirin məhşur Al-Azhar Universitetinin tərcümə kafedrasında Tural Sahabın “Bir” romanı tərcümə edilib və kafedranın doktorantı tərəfindən “Azərbaycan türkcəsində feillər” mövzusunda elmi iş yazılır. Misirdə elmi iş üçün mənbə olaraq seçilən “Bir” romanı 2018-ci ildə işıq üzü görüb. Müasir dövr insanının real-xəyal harmoniyasında həyata sarılmaq cəhdi …

Mədəniyyət

Tanınmış rəssam Xəlil Əliyevə UNESCO-nun şöhrət ordeni təqdim edilib-FOTOLAR

Post Views: 87 GÜNDƏLİK.İNFO xəbər verir ki, noyabrın 4-də tanınmış rəssam Xəlil Əliyevin 65 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Az sonra UNESCO-nun şöhrət ordeni tanınmış rəssam Xəlil Əliyevə təqdim edilib. Qeyd edək ki, UNESCO-nun şöhrət ordeni dünyaca 40 ədəd hazırlanıb və sayca 3-cü sayı Azərbaycanlı rəssam Xəlil Əliyevə məxsusdur.

Mədəniyyət

Bolqarıstanda İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub

Post Views: 90 Bolqarıstanda İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı nəşr edilib. Kitab böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq çap olunub. Kitabın ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “Cahana sığmayan Azərbaycan şairi” adlı …

Mədəniyyət

Saday Şəkərli “Nobel” mükafatçısı Aleksandr Soljenitsin təqaüdünə layiq görülüb

Post Views: 88 Bu günlərdə Saday Şəkərli “Nobel” mükafatçısı Aleksandr Soljenitsin təqaüdünə layiq görülüb. Bu barədə oxucuları şair özü bilgiləndirib. “Təqaüdü ömürlük alacağım barədə məlumat verdilər, ilk təqaüdümü də dünən köçürdülər. Bu, mənim 60 illik ömrümdə ən böyük mükafatımdır” deyərək, Saday Şəkərli sevincini oxucuları ilə bölüşüb. Xatırladaq ki, Saday Şəkərlinin aşağıdakı kitabları dünyanın müxtəlif ölkələrində, …

Mədəniyyət

Səməd Vurğun adına Mərkəzi Kitabxananın və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə “Dostluğumuz kitabdan başlasın” adlı maariflənfirici seminar-təlim keçirilmişdir

Post Views: 78 Səməd Vurğun adına Mərkəzi Kitabxananın və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə “Dostluğumuz kitabdan başlasın” adlı maariflənfirici seminar-təlim keçirilmişdir. Tədbiri Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova acaraq təlimdə iştirak edən gəncləri salamlamış və kitab tarixindən, kitabxananın yaranmasından, şəhərdə fəaliyyət göstərən kitabxanaların fəaliyyətindən danışmış, Xidmət şöbəsininn müdiri Z.Mirzəyeva gənclərin kitabxanalara olan marağından, daha çox …

Mədəniyyət

“Məndən uludur ayətim” adlı ədəbi-bədii gecədə kitab sərgisi təşkil olunub

Post Views: 119 Mərkəzi kitabxananın Vahid fonddan istifadə şöbəsi şəhər Mədəniyyət evində böyük Azərbaycan şairi və mütəfəkkiri Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Məndən uludur ayətim” adlı ədəbi-bədii gecədə kitab sərgisi təşkil edib. Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mətbuat xidməti

Mədəniyyət

Yazıçı-publisist Şəfəq Nasirin məqaləsi Tehran şəhərində nəşr olunan “Xudafərin” körpüsündə dərc edilib

Post Views: 82 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı, yazıçısı-publisist Şəfəq Nasirin çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Rəsul Rzanın zəngin bədii yaradıcılığına həsr olunan “İran İslam Respublikasının Tehran şəhərində nəşr olunan “Xudafərin” elmi-ədəbi, …

Mədəniyyət

“Trans/Missia-Rise of Eastern Art” adlı yeni beynəlxalq teatr festivalı təsis olunub

Post Views: 86 Gürcüstan, Polşa, Ukrayna və Litvanın müvafiq strukturlarının birgə əməkdaşlığı sayəsində yeni beynəlxalq teatr festivalı təsis olunub. AZƏRTAC xəbər verir ki, yeni festival “Trans/Missions-Rise of Eastern Art” adlanır. Geniş miqyaslı olacaq festival əsasən dramaturgiyaya üstünlük verəcək. Bununla belə digər janrlar da burada təmsil oluna biləcək. Yaradıcı kollektivlər festivalda teatr tamaşaları ilə yanaşı, konsert …

Mədəniyyət

Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Post Views: 85 Avqustun 19-da Qazaxda ziyalılar parkında Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə tədbir keçirilib. Tədbir rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialının təşkilatçılığı və “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə reallaşıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə şairin parkındakı büstü ziyarət olunub. Mərasimi giriş sözü ilə AYB-nin Qazax zona filialının sədri, …

Mədəniyyət

Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Filarmoniyada konsert verəcək

Post Views: 106 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək. AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokac olacaq. Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili …

Mədəniyyət

İsraildə Xalq yazıçısı Çingiz Abdullayevlə görüşlər keçirilib

Post Views: 89 İsraildə dünyaşöhrətli Azərbaycan nasiri, əfsanəvi Dronqonun “atası”, iki yüzdən çox romanın və kino ssenarisinin müəllifi və müasir dövrün ən çox oxunan yazıçılarından biri olan Çingiz Abdullayevlə görüşlər keçirilib. Çingiz Abdullayev XX əsrin ən yaxşı detektiv romanlar silsiləsinin müəllifidir. Psixoloji və siyasi detektiv janrında yazan nasir “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və “STMEQİ” Beynəlxalq …

Mədəniyyət

Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb

Post Views: 101 Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ilk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət nəşr olunub. Layihənin reallaşmasında Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin və Özbəkistanın milli elmlər akademiyalarının dilçilik institutları, hər iki ölkənin bu sahədə çalışan alimləri yaxından iştirak ediblər. Qeyd edək ki, lüğət Azərbaycan Milli …

Mədəniyyət

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qeydiyyat davam edir

Post Views: 96 2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 …

Mədəniyyət

Görkəmli Azərbaycan bəstəkarı Üzeyir HACIBƏYOV

Post Views: 283 Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.[1][2] Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.[3] Azərbaycanın …

Mədəniyyət

Görkəmli Azərbaycan bəstəkarı Zülfüqar HACIBƏYOV

Post Views: 162 Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (17 aprel 1884 – 30 sentyabr 1950) — bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1943), Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri. Həyatı Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Ећuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı “böyük qardaş” rolu haqda sənədlər, söhbətlər, …

Mədəniyyət

Görkəmli Azərbaycan bəstəkarı Qara QARAYEV

Post Views: 176 Qara Əbülfəz oğlu Qarayev (d. 5 fevral 1918 — ö. 13 may 1982) — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən …

Mədəniyyət

Görkəmli Azərbaycan bəstəkarı Tofiq QULİYEV

Post Views: 309 Quliyev Tofiq Ələkbər oğlu (7 noyabr 1917, Bilgəh, Bakı, Azərbaycan — 4 oktyabr 2000, Bakı, Azərbaycan) — bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR-in xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri. Həyatı Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü …

Mədəniyyət

Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb

Post Views: 91 Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı” kitabı nəfis şəkildə işıq üzü görüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarət kitab elmi ictimaiyyət, söz-sənət mühiti və …

Mədəniyyət

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitab işıq üzü görüb

Post Views: 90 Dahi Azərbaycan bəstəkarı, musiqişünası, ictimai xadimi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-fundamental əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda Ü.Hacıbəylinin adı çəkilən əsəri ilə yanaşı, elmi və publisistik məqalələri, ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli musiqi xadimlərinin dahi bəstəkar haqqında …

Mədəniyyət

“İdrakın üfüqləri” kitabı işıq üzü görüb

Post Views: 91 Filologiya elmləri doktoru, nəzəriyyəçi ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda türkçülük məfkurəsi haqqında “Türkçülük”, mütəfəkkir tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ədəbi tarixi mövqeyi və nəzəri görüşləri barəsində “İdrakın üfüqləri”, müasir ədəbi tənqidin estetik …

Mədəniyyət

Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb

Post Views: 99 Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Ruslan Ağazadənin “İnsan” filmi Xorvatiyada keçirilən “Croatian One-Minute” festivalında ikinci yerə layiq görülüb. Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, ekran əsərinin rejissoru və operatoru Ruslan Ağazadə, prodüseri Çingiz Qulaməliyevdir. Mənbə: http://www.azertag.az

Mədəniyyət

Akif Səməd –60

Post Views: 77 21 iyul 2019-cu il, saat 16:00 da R.Behbudov adına Dövlət Mahnı Teatrında şair, publisist Akif Səmədin 60 illik yubileyinə həsr edilmiş anım tədbiri keçiriləcəkdir. Tədbirin təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi, Uluslararası Aktivist Sanatçılar Birliyi və Qazax Xeyriyyə İctimai Birliyidir. Gecənin birinci hissəsində ədəbiyyat adamları ilə yanaşı rəsmi qonaqlar, UASB başqanı, şair Ümit Yaşar …

Mədəniyyət

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir

Post Views: 99 Mədəniyyət Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq …