Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 301 - 360 of 1. 360 NƏTİCƏLƏR
Publisistika

Rəşad Məcidin “Roman”ı – Gülnar Səma

Post Views: 116 Rəşad Məcidin “Roman” adlı kitabında çap etdirdiyi şeirlərin bir-biri ilə bağlılığı və ilk baxışdan nəzərə çarpmayan süjetə malik olmağı əsərin poema kimi təqdim olunmağına əsas verir. Həmin poema haqqında akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” kitabında hərtərəfli söz açılmışdır. Kitabda qeyd edilir ki, “Poetik şəkildə ifadə olunan daxili monoloqlar əsasında yazılmasına …

Publisistika

Gülnar SƏMA.”AYSEL XANLARQIZININ “DARIXAN ŞEİRLƏR”İ”

Post Views: 93 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı “Bir şeirin könlün alıb, heca-heca sevdim səni” – misralarının müəllifi Aysel Xanlarqızının “Darıxan şeirlər” kitabından söhbət açmaq istəyirəm. Kitabın bir şeirindəki “bir tabutluq çiyin, …

AJB Sumqayıt şəhər təşkilatı Publisistika

Rafiq ODAY.”HƏYAT YAŞAMAĞI BACARANLAR ÜÇÜN GÖZƏLDİ…”

Post Views: 148 Zümrüd Baloğlanova – 75 Keçən ay Milli Mətbuatımızın qaranquşu olan «Əkinçi» qəzetinin ilk sayının nəşr olunmasının 146 ili tamam oldu. Bu, eyni zamanda Azərbaycan Milli Mətbuatının tarixidir. Milli Mətbuatımız 146 illik tarixi boyu Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayıb. Bu tarix qələmi müqəddəs bilən, onun saflığını, təmənnasızlığını qoruyub saxlayan bütün söz adamlarının …

Publisistika

Günel MUSA.”Erkən nikahlar: bitməyən xaos”

Post Views: 118 Qız uşaqlarının erkən yaşda ərə verilməsinin arxa planında sosyomədəni və iqtisadi səbəblər, lüzumsuz mental dəyərlər yatır. Yoxsulluğun, cəhalətin yüksək,  təhsilə verilən əhəmiyyətin az olduğu cəmiyyətlərdə qız uşaqları sorğu-sualsız qurbandır. Bu nə din, nə irq, nə millət fərqi tanımayan qlobal bir bəladır.  BMT-nin ötən il açıqladığı statistika dəhşətlidi, hər il dünyada təxminən 12 …

Publisistika

NARGİS.”Niyə və kimə yazmalı idi? Tanrıyamı? Allahamı? İnsanamı? -“

Post Views: 148 Günəşli günlərin yerini payızın ruh titrədən ecazkar əhvali-ruhiyyəsi əvəzləmişdi. Qardan əsər-əlamət olmasa da, arada burnuna qar havasının soyuqluğu dəyirdi. Əllərini cibinə qoymaq istəmirdi, ancaq barmaqları bumbuz idi. Şəhərin bozumtul küçələrində maşınlar dəlicə şütüyürdü. Ömürdəki tükənən saniyələrin tik-takları ürəyinin uğultusuna qarışmışdı. Sakitlik istəyirdi. Bunu ona da demişdi. Bir saat olardı ki, evə atmışdı …

Publisistika

NARGİS.”Çünki o Caviddir, hansı libasda olursa-olsun, hansı ölkədə, dünyada, kainatda olursa-olsun… o bizimdir… “

Post Views: 96 NARGİS Podqoritsa Monteneqronun paytaxtıdır. Kotor, Tivat və Budvadan sonra pozulmamış təbiəti və sinəsində gəzdirdiyi zümrüd boyunbağı kimi uzanan Moraka çayı məni bu şəhəri görməyə vadar etdi. Buranı ziyarətimin ən vacib səbəbi isə ədəbiyyatşünas Azər Turanla olan söhbətdən sonra formalaşdı. Azər Turan mənə vaxtilə Podqoritsada olarkən yazdığı məqalədən bəhs etdi. Hər zaman olduğu …

Publisistika

Günel MUSA.”Ədəbiyyat və aktuallığını itirməyən qadın emansipasiyası”

Post Views: 163 Hər nə qədər ədəbiyyata tərs bir davranış şəkli olsa da, qadına şiddət mövzusunun işləndiyi sahələrdən biri də ədəbiyyatdır. Xüsusilə təhkiyəli əsərlərdə örnəklərinə tez-tez rast gəldiyimiz cinsi, fiziki və psixoloji şiddət mövzusunun roman, hekayə, povest, tamaşa və filmlərdə fərqli rakurslardan işləndiyini görürük. Həm yerli ədəbiyyatımıza, həm də dünya ədəbiyyatına  nəzər salanda fiziki və …

Publisistika

Şairə Ay Bəniz Əliyarlının “Ruhumuzun aynası” adlı şeirlər kitabının Ön sözü

Post Views: 170 İnsanın Vətən vaxtıSöz, xüsusilə bədii söz hər bir fərdin,ələlxüsus yaradıcı adamın daxili aləmini,iç dünyasını açmaq vasitəsidir.           Günümüzdə əzəli və əbədi sözün müqəddəsliyini uca tutan, o sözə özünün təzə, tər nəfəsini qatan bir xanım şairə də yaşayıb yaradır, artıq nüfuzlu dövrü mətbuatda çap olunan şeirləri, kitabları ilə imzası oxuculara yaxşı tanınan AY …

Publisistika

Şəfa VƏLİYEVA.”Günəşi axtararkən…”

Post Views: 101 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Yazarlarımızın “oxucu yoxdur”, oxucuların da “yazan var ki?!” deyə haray çəkdiyi bir dövrdə yazmağı eşqdən, oxumağı ədəbdən sayıram. Eşqimə güvəndiyim qədər ədəbimə qısılıram, bu gün sizə …

Publisistika

Ədalət RƏSULOVA.”SÜLEYMAN RƏHİMOV”

Post Views: 184 Süleyman Hüseyn oğlu Rəhimov ədəbiyyatımızın inkişafında səmərəli xidmətlərinə görə özünəməxsus layiqli yer tutmuşdur. O, 22 mart 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Əlifbanı kənd mollasından öyrənmiş, 1912-ci ildə yaşı keçdiyinə görə çox çətinliklə Qubadlı rus məktəbinə daxil olmuşdur. Ədəbiyyat və tarixə daha çox maraq göstərən Süleyman beş il …

Publisistika

Məhəmməd NƏRİMANOĞLU.”Eldən gedənlər”

Post Views: 137 Buz bulaqlardan ötrü təşnə idi…Çoxlarının “Cümşüd dayısı nə qədər nikbin olsa da, o qədər DƏRD daşıyırdıYaddaşıma daş atdım ki, bəlkə ötənləri-itənləri bir balaca olsa da xatırlayım. Nə gizlədim, ilk yadıma düşən o oldu. Yalnız ona görə yox ki, xatirimiz bir-birimizin yanında əziz idi. Bəlkə də tanıyıb-bildiklərimin arasında daha çox səmimi, sakit təbiətli …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Şair Ağacan haqqında bildiklərimiz və bilmədiklərimiz”

Post Views: 143 XIX əsrin sonları, XX əsrin birinci yarı­sın­da yaşayıb ya­rat­mış şair Ağacan sovet rep­ressiya maşınının qurban­la­rın­dan­dır. Ağacan Cabbar oğlu Cabbarlı Şorayıl mahalının (hazır­da bu mahal da vax­tilə Azərbaycan torpaqları hesabına yara­dı­laraq Ermənistan adlandırılan döv­lə­tin ərazisin­də­dir) Qarakilsə (Qaraisə) kən­din­də dünyaya gəlib. Sonradan Borça­lıda məs­kun­laşan Ağa­can Cabbar oğlu bura­da yaşayıb yarat­mış, aşıq sə­­nətinin inkiafında bö­yük …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.“SARILDIĞIM SAZDI MƏNİM”

Post Views: 134 Milətimi saz anladar, saz anlar,Saza baxsın tariximi yazanlar.Z.Yaqub Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: “Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, havacat üstə deyilib, sonradan vərəqlərə …

Publisistika

Qələbə simvollu “Xarıbülbül” Cıdır düzünə qayıtdı

Post Views: 136 Xarı bülbül – 30 ildir ki, Qarabağın kədər, ayrılıq, onlardan doğan niskilin simvoluna çevrilən bu “dağlar gözəli” haqqında ötən ilin 8 noyabr tarixinədək o qədər əfsanə, rəvayət, hekayət, nəhayət, hicran dolu “nağıl” eşitmişik ki…Xalqımızın dilində ağı, bayatı kimi səslənən “bağrıqan” gül “Sarı bülbül” xalq mahnısına da çevrilib:“Vətən bağı al-əlvandır,Nə gəzirsən xarı, bülbül?Nədən …

Publisistika

Məhəmməd NƏRİMANOĞLU.”Vətənə layiq oğullar”

Post Views: 93 Laçından Şamaxıya çatan səsin sahibiQələbə sorağın daim zirvələrdən gəlsin, qazi komandir!Səsin hayı-harayı deyirlər ki, min illər gedir. Klassiklərimizin əsrlərin o tayından gələn səs-sədası da bu mənada unudulmazdır, yaddaqalandır. Musiqili səsə sərhəd olmaz. Bunu da dili nəğməli nəğməkarlarımız deyiblər. Çünki zaman-zaman sınaqdan çıxıb.Lakin, unutmayaq ki, səs-soraqlılarımızın heç də hamısı dili nəğməli deyil. Elələri …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.“MƏN ELƏ TÜRKÜN RUHUYAM”

Post Views: 122 Qovuşacaq bölünənlər, bölgələr,Nurlanacaq qaranlıqlar, kölgələr,Diriləcək Oğuz xanlar, Bilgələr,Türkə səcdə, Türkə təzim olacaq,Bugün-sabah dünya bizim olacaq.Z.Yaqub “Ruhlar məndə qərar tutub, mən elə Türkün ruhuyam” deyən Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığında türkçü¬lük, Türk dünyası mövzusu mühüm yer tutur. Əslində onun yaradıcılığını Türk dünyasından kənar təsəvvür etmək müm¬kün də deyil. Bunu professor Tofiq Hacıyevin dedikləri …

Publisistika

Nizami CƏFƏROV.”Bədii sözün Fikrət Qoca miqyası”

Post Views: 91 Xalq şairi Fikrət Qoca on cilddən artıq möhtəşəm poetik yaradıcılığı (və son dərəcə həyatsevər şəxsiyyəti) ilə bağlı olduğu bu dünyaya “əlvida” deyib haqq dünyasına qovuşdu. Onun üçün şeir yazmaq düşünmək, insanlarla həmsöhbət olmaq, həsb-hal etmək, bugünlə yanaşı, həm də keçmişlə, gələcəklə ünsiyyətə girmək, birsözlə, yaşamaq demək idi. Elə ona görə də əlinə …

Publisistika

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”BƏNZƏRSİZ ŞAİR, MEHRİBAN DOST!”

Post Views: 133 Respublika ədəbi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın ilham dolu ürəyi ömrünün 85-ci ilində dayandı. Rəhbər vəzifədə işlədiyi müddətdə, ondan qabaqlar da o, bir şair kimi həssas insani təbiəti, yüksək ziyalı mədəniyyəti ilə yaşayıb-yaratdığı ədəbi mühitin, qələm dostlarının, eləcə də geniş sayda oxucularının və …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”HÜSEYN SARAÇLININ SONUNCU ŞƏYİRDİ”

Post Views: 91 Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği Murad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Borçalıda – Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Bu dünya əbədi dirilərindi”

Post Views: 101 VALEH HACILAR — 70 Aprelin 15-i təkcə Borçalıda, Gürcüstanın elmi ictimaiyyəti arasında və Azərbaycanda yox, həm də bütün Türk dünyasında folklorşünas və ədəbiyyatşünas alim kimi yaxşı tanınan, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Valeh Hacıların doğum günüdür. 1951-ci ildə anadan olub və artıq o mübarək gündən 70 il keçir. Təəssüflər …

Publisistika

“Yalnız irəli! – Gülnar Səma şəhid kapitan Ceyhun Həsənovu anır

Post Views: 90 ŞƏHİD KAPİTAN, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI CEYHUN HƏSƏNOV MİSİLSİZ RƏŞADƏTİ İLƏ NƏSİLLƏRƏ NÜMUNƏ OLDU Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açmışdı. Bakıda böyümüş, Naxçıvanda və Beyləqanda işləmişdi. Vətən müharibəsinin ilk günündə – 27 sentyabr 2020-ci ildə Füzuli rayonu …

Publisistika

MİLLİ TELEVİZİYAMIZIN BU GÜNÜ

Post Views: 165 İstər Ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə kütləvi informasiya vasitələrinə diqqət və qayğının nəticəsi göz önündədir. Orijinal ekran, efir ənənələri olan Azərbaycan Televiziyası da həmin sıradan kənarda qalmayıb.Milli televiziya və radiomuz son dövrlərdə nəzərə çarpan yeni keyfiyyətlər qazanıb.İnkişaf göz önündədir. Televizyamız ilklərə imza atır. Qeyd edək …

Publisistika

Adilə NƏZƏR.”BİOLOJİ MÜHARİBƏ – PANDEMİYA VƏ YA MALTUSUN DİRİLİŞİ”

Post Views: 90 Hazırda bir il üç aydır içində olduğumuz pandemiya bəlası dünyadakı insan artımına qarşı, daha doğrusu, insan sayını azaltmaq üçün süni şəkildə yaradılan bioloji silah olaraq izah edilir. Deyilənlərə görə, ətraf mühitin çirklənməsi, su ehtiyatları, həyati əhəmiyyətli digər resursların tükənməsi və sair bu kimi səbəblər guya pandemiyanı problemin çarəsi kimi ortaya çıxarıb. Bəs …

Publisistika

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Koronovirus Allahın bizlərə bir bəlası, yaxud sınağı idisə”

Post Views: 84 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Koronovirus Allahın bizlərə bir bəlası, yaxud sınağı idisə, karantin də bəzilərinin kim olduğunu bizə tanıtdı. Yaxşı insanlar xeyirxahlığı ilə yadda qaldı ac qarınlar doydurdu, pis …

Publisistika

Şəfa VƏLİYEVA.”Düşüncə döngələri”- Dördüncü yazı

Post Views: 91 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Təsəvvür edin, bir gün qapınız döyülür, açırsınız, qarşınızda xüsusi geyimli iki nəfər dayanıb. Hardan gəldiklərini sanki bilirsiniz, peşələrinin adı dilinizin ucundadır, amma deyə bilmirsiniz. Dilinizin ucundakı …

Publisistika

Şəfa VƏLİYEVA.”Biz-ədəbiyyatın kahinləriyik…”

Post Views: 113 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı (üçüncü yazı) Biz-ədəbiyyatın kahinləriyik… Nə olsun XXI əsrdə yaşayırıq? Nə olsun kahinlər “lənətlənmiş” adlanır? Bunlar yetərmi bizə biz olmamağı öyrətməyə? Məncə, yox… Dünyanın bütün kitabları ruhdan başlayıb. Bütün …

Publisistika

Şəfa VƏLİYEVA.”Qurban olum, AZƏRBAYCAN!”

Post Views: 82 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı 5 aprel 2016-cı il…Yazdığım status bu imiş: “Yarəb, məni Şuşanı görmədən, Kəlbəcəri qaya-qaya, daş-daş tanımadan öldürmə!-deyə duam vardı… “Odərlər”i oxuyub Şuşa üçün darıxmışdım. Dilqəmlə Şahbazın gözlərində …

Publisistika

Şəfa VƏLİYEVA.”Bənövşəli arzular və ya gül ömrü…”

Post Views: 94 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Bənövşəli arzular və ya gül ömrü…Qəribədir ki, insanların ən gözəl günləri, arzularının bahar dövrü belə gül ömrü yaşayır… Gözəl nə varsa gül ömrü qədərdi bu dünyada… …

Publisistika

Fikirli adamların fəlsəfəsi… “Qarayla ağ arasında”

Post Views: 116 Hər gün ətrafımızdan yüzlərlə,bəlkə də minlərlə insan keçir.Hərə bir cür simada,hərə bir cür aurada…Adamların başı dik gəzənlərinin də,başı aşağı gəzənlərinin də öz dünyası var… Kimin bu dünyada fikri,zikri yoxdur ki?!Mən qeyri-ixtiyarı yaxından müşahidə etdiyim adamlarla ünsiyyət qururam.Bilmirəm bu təbiətən baş verir ya,təsadüfən..O hər gün işlədiyim məkanın yanından keçirdi.Heç vaxt başını yuxarı qaldırmaz,həmişə …

Publisistika

Türkiyə CÜMHURİYYƏTİ

Post Views: 158 Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə.[7] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[8] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi …

Publisistika

Pakistan İslam Respublikası

Post Views: 118 Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 …

Publisistika

Əfqanıstan İslam Respublikası

Post Views: 143 Əfqanıstan (puştu افغانستان, dari افغانستان) və ya rəsmi adı ilə Əfqanıstan İslam Respublikası (puştu د افغانستان اسلامي جمهوریت, dari جمهوری اسلامی افغانستان) — Cənubi Asiyada dövlət. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 652,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə …

Publisistika

Latviya RESPUBLİKASI

Post Views: 168 Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) ya da rəsmi adıyla Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, …

Publisistika

İsrail RESPUBLİKASI

Post Views: 110 Əhali[redaktə | əsas redaktə]  Əsas məqalə: Ukrayna əhalisiUkrayna əhalisinin milli tərkibi-2001 sa.Əhali sıxlığı 2010-cu il oktyabrın 1-ə Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata …

Publisistika

Bosniya və Herseqovina

Post Views: 372 Bosniya və Herseqovina (bosn. və xorv. Bosna i Hercegovina, BiH, serb. Босна и Херцеговина, БиХ) — Balkan yarımadasına yerləşən konfederativ dövlət. Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar. İngiliscədə və daha bir çox dildə etnik şəxsiyyət nəzərdə tutulmadan bütün Bosniya-Hersoqovina xalqına Bosniyalı deyilir. Ancaq türkcədə tarixdən gələn yaxınlıqdan ötəri Bosniyalı deyildiyi anda Boşnaklar yəni Bosniyalı Müsəlmanlar termini nəzərdə tutular. Ayrıca ölkədə Bosniyalı və ya Hersoqovinalı …

Publisistika

İraq İslam RESPBULİKASI

Post Views: 91 İraq — Yaxın Şərqdə dövlət. İraq dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Hal-hazırda İraq Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geopolitik əhəmiyyətə malik ölkələrindən biridir. İraq Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük ikinci neft ehtiyatına malikdir.Ən böyük şəhəri paytaxt Bağdad olsa da , digər məşhur şəhərləri Mosul,Kərbala və …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Qiymətini el veribdir əzəldən”

Post Views: 103 Bu gün aşıq sənəti və aşıqlardan, xüsusilə də qadın aşıqlardan söz düşəndə Gülarə Azaflının adı birincilər sırasında çəkilir. Bu ad sənətsevərlərə çox şey deyir. Özü də təkcə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli ustadlarından olan Mikayıl Azaflını xatırlatması ilə yox, həm də Gülarə xanımın özünün illərdən bəridir bir sənətkar kimi sənət aləmində …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU Nizami Cəfərovdan yazır

Post Views: 106 İnsan ömrünün hər dövrünün öz şirinliyi, öz gözəlliyi və özəlliyi var. Yetər ki, ömrün hər kəsimini elə yaşayasan ki, hər anın şirin bir xatirəyə çevrilə bilsin, aradan illər keçəndən sonra dönüb arxaya baxanda peşman olmayasan. Bununla belə, mənə elə gəlir ki, gəncliklə qocalığın arasında bir növ keçid mərhələsi olan 60 yaş ömrün …

Publisistika

Əli Rza XƏLƏFLİ.”HƏR ÜRƏKDƏ KİTABIN VAR…”

Post Views: 73 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru ( Ustad şair İsmayıl İmanzadəyə məktub)Əziz dostum İsmayıl İmanzadə… oxudum ki, kitablarını axtarırsan… çox yaxşı…öz arxivində bir neçə nüsxənin olmaı vacibdir…Doğrusu sənin kitabların , əlbəttə , məndə vardı… axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə bvermişdin… Birincini isə Sənin adaşın …

Publisistika

Vətən yaşlı, torpaq əzəmətli, tarix yaddaşlı igidlər

Post Views: 79 Aprel döyüşlərinin qazaxlı qəhrəmanları🇦🇿Kapitan Mühüd Orucov Qazax rayonunun Fərəhli kəndində anadan olub. 13 iyul 1984 – ∞ Vətən🇦🇿Baş leytenant Elvin Namazov Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 7 sentyabr 1990 – ∞ Vətən🇦🇿Əsgər Orxan Əliyev Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 11 avqust 1995 – ∞ Vətən🇦🇿🇦🇿Torpaq, əgər uğrunda ölən varsa, …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Ağalar Bayramov səsinin sehri və yanğısı”

Post Views: 82 Onun haqqında düşünəndə həmişə ilk olaraq ağlıma gələn Həzrət Əlinin (s) bu mübarək kəlamları olur: “Gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir”. Ağalar Bayramov Allahın ona verdiyi ecazkar səsiylə insanları öz sehrinə sala bilir. Və mən bilərəkdən onun adının önündə titullarını yazmadım. Çünki onu hamı sadəcə Ağalar Bayramov kimi tanıyıb sevib – titulsuz-filansız. O da sadəliyi hər şeydən üstün tutub. Bu yerdə L.N.Tolstoyun bir fikrini xatırlamamaq olmur: “O yerdə ki, sadəlik, yaxşılıq və həqiqət yoxdur, orda böyüklük də yoxdur”. Mən Ağalar müəllimi əvvəlcə səsiylə tanımışam. Səsinin sehrinə, ovsununa düşən yüz minlərin, milyonların biri də mənəm. O səsi dinləyəndə adamın dünyanın dərdi-səriylə baş-başa qaldığı anlar da olur, sevincdən aşıb-daşan, cavanlıq eşqiylə çağladığı vaxtlar da.  Mən onun səsini sadəcə eşitmirəm, həm də o səsin rəng çalarlarını görürəm, ətrini, dadını duyuram. Bu səs dərdin, kədərin, şəhidlərimizin qanının rənginə boyanıb Vətənimizin, millətimizin üzləşdiyi müsibətləri, faciələri, qaçqın və məcburi köçkünlərin ah-naləsini də çatdırır, şəhid analarının fəryadına da çevrilir. Tarix kitabına çevrilərək keçmişimizi vərəq-vərəq bizə bir də çatdırır, bu gün düşmən tapdağında olan torpaqlarımız da daxil olmaqla bütöv Azərbaycanımızın xəritəsini cızır, sərhədlərimizin toxunulmazlığı naminə mübarizəyə səsləyir. Sevgi şeirləri deyəndə məhəbbətin, gözəlliyin rəngində qəlbimizə yol tapır, bu səsin sehrinə düşüb cavanlığımıza qayıdırıq. Vətənpərlikdən danışanda ordunu döyüşə səfərbər edən sərkərdəyə dönür. Bayramlarda, elin-obanın şad günlərində, şənliklərdə sevincin, arzu-istəyin rənginə, ətrinə, dadına çevrilib evimizə-ocağımıza ayaq açır bu səs.  Bu səs Tanrının bizə payıdır. Digər sərvətlərimizlə yanaşı, Allah bu səsi də bizə verib ki, dərdlərimizi ovutsun, biganəlik buzunu əritsin. Amma təkcə faciələrimizə ağlamaq üçün verməyib bu səsi. Həm də ona görə verib ki, bizə qələbə sevincini də çatdırsın. Və onun səsinin hələ görmədiyimiz bir rəngi, dadmadığımız bir dadı da var – Qələbənin rəngi… Qələbənin dadı… O rəngi görmək, o dadı duymaq, daha doğrusu, Ağaların səsini o rəngdə görmək, Ağaların səsindən o tamı dadmaq hamımızın arzusudur. İnanıram ki, bunu bizlərə bəxş etmək qisməti də nəsib olar Ağalar müəllimə… İnşallah, o gün uzaqda deyil. Bu gün onun 60 yaşı tamam olur. Bu 60 ildə sevincli günləri də çox olub, dərdlə baş-başa qaldığı anlar da. Sevincdən, uğurdan yersiz qürrələnməyib, kədər onu sındırmayıb. Dostoyevski bu kəlamları sanki onun üçün deyib: “Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar”. 60 yaş ömrün həm də bir anlığa nəfəs dərib arxada qoyduğun illərə nəzər salmaq, özün-özünə hesabat vermək zamanıdır. Bu yubiley isə Ağalar müəllimin təkcə özünə yox, həm də Vətənə, millətə hesabat məqamıdır. Şükürlər olsun ki, bu hesabatda üzqarası olacaq, dilgödəkliyi gətirəcək səhifələr yoxdur. Şərəfli hesabat məqamın mübarək olsun, qardaş! 60 il Ağalar Bayramovun fiziki ömrünün, cismani varlığının zaman ölçüsüdür. Onun sənətinin, ecazkar  səsinin yaşı isə çox-çox qədimlərdən başlayır. Və hərdən mənə elə gəlir ki, o elə 30-40 il bundan əvvəl də 60 yaşındaydı – müdrikliyi və əzəmətiylə, səsindəki şirinlik və ağayanalıqla, dərdi dərdin dilində, sevinci, fərəhi şadlığın, arzu-istəyin dilində danışdırmasıyla, öyüd-nəsihətləriylə.  Bu gün isə o mənim üçün də həm də 30 yaşındakı gəncdir – şuxluğu, gənclik təravəti və enerjisi, qurub-yaratmaq həvəsiylə. Sənətkar ömrünə ölməzlik möhürünü çoxdan vurmuş Ağalar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı və Tanrının qismətinə yazdığı ömür payını ağrı-acısız yaşamasını arzu edirəm. Bu günlər onu təbrik edənlər saysız-hesabsızdır. Mən də öz təbrikimi sosial şəbəkələrin birində ona ünvanlanmış təbriklərdən bir cümlə ilə bitirmək istəyirəm: “Ağa, bu qədər yanırsan, görəsən biz  sənə yana biləcəyikmi?” Musa Nəbioğlu Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Mənbə: https://525.az/

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.“Saza baxsın tariximi yazanlar”

Post Views: 165 SARILDIĞIM SAZDI MƏNİM” Milətimi saz anladar, saz anlar, Saza baxsın tariximi yazanlar. Z.Yaqub Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: “Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, …

Publisistika

Əkbər QOŞALI.”O yollar, o evlər,o kitabxana və o teatr…”

Post Views: 98 Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup KİV və QHT başçısı, bloqgerlər və ictimai fəallar, Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə martın 13-də Ağdam rayonuna səfər etdi. Bəlli olduğu kimi Ağdam ötən il, noyabrın 20-də işğaldan azad olunub. Ağdama səfər imkanına görə göydə Tanrıya, yerdə dövlətimizə, Ali Baş Komandanımız başda olmaqla müzəffər Silahlı …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SÖZÜN FÖVQÜNDƏ DAYANAN KİŞİ”

Post Views: 104 Azərbaycan Aşıqlar Birliyinin katibi,Əməkdar mədəniyyət işçisi. İslam müəllim kimi bütün mənalı həyatını sözə həsr edən, sözlə yaşayan və heç zaman sözü urvatdan salmayan bir insan haqqında nəsə demək, nəsə yazmaq çox çətindir və adamdan böyük məsuliyyət tələb edir. Üstəlik bu söz onun ölümündən sonra xatirə şəklində deyilirsə, daha ağır olur və məsuliyyəti …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SƏNƏTİYLƏ ÖYÜNMƏYƏ HAQQI VAR”

Post Views: 116 SƏNƏTİYLƏ ÖYÜNMƏYƏ HAQQI VAR Xalq şairi Zəlimxan Yaqub şeirlərinin birində yazır ki, “millətimi saz anladar, saz anlar, saza baxsın tariximi yazanlar”. Ölməz şairimizin bu kəlmələrində böyük hikmət var. Doğrudan da, saz bizim tariximizdir, dünənimizdən soraq verib, sabahımıza ayna tutan milli sərvətimizdir. Zəngin ənənəyə əsaslanan aşıq sənəti böyük bir əxlaq və tərbiyə məktəbidir, …

Publisistika

Kənan AYDINOĞLU.”Mənə hərdən elə gəlir ki…”

Post Views: 76 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Sevimli Ustad, Xalq şairi Vahid Əzizin zəngin yaradıcılıq təcrübəsi haqqında bir neçə söz Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin şeirləri həddindən artıq ictimai-siyasi məqamlarla doludu. Yəni, cəmiyyətdə cərəyan edən mühüm hadisələrə birbaşa müəllif münasibəti açıq-aşkar …

Publisistika

Coşqun XƏLİLOĞLU.”Şəhidim” (Esse)

Post Views: 137  Azərbaycan Yazıçılar Birliyinin üzvü Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm. Sən, xalqımızın fəxri, qürur mənbəyi, əbədi yaşar övladısan. Sən, Günəşin  doğmasında, küləyin əsməsində, yarpaqların pıçıltısında, yağışın yağmasında xatırlanacaqsan. Baharın gəlişində, təbiətin oyanışında, qaranquşların qayıtmasında, bənövşənin kol dibindən boy atmasında, çayların şırıltisinda  səni duyacaq, eşidəcək, görəcəyik. Lalələr qızaranda, …

Publisistika

Ədəbiyyatın “adqoydusu”, yaxud zombilərin yaradılış resepti – Şəfa Vəlinin essesi

Post Views: 118 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o, adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda …

Publisistika

“ŞƏHİDLƏR CAN VERDİ, VƏTƏN QURTULDU!”

Post Views: 122 Zeynalabdin Novruzoğlunun “Yazdım-yazmadım” kitabı barədə təəssüratlarım… Başı qorumaq üçün,Dili qorumalısan.Dili qorumaq üçün,Bəzən lal olmalısan.Abrı qorumaq üçünNəfsi qorumalısanNəfsi qorumaq üçün,İnsan doğulmalısan. Elə bir zamanda yaşayırıq ki, gənclərə “bu yolla get” deyə tövsiyyə edə, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi həyatnamələri oxuda bilmirik. Çünki indiki “Z” nəsil nümayəndələrinin öz cığırı, öz yolu var. O yolda …

Publisistika

Azərbaycan Yazıçılar Birliyini sədri, Xalq yazıçısı ANAR.”Eldar Quliyev və Həsən Seyidbəyli haqqında”

Post Views: 116 Görkəmli kino xadimlərimiz Həsən Seyidbəyliyə və Eldar Quliyevə həsr etdiyim bu iki yazı vaxtilə rus dilində “Литература, Искусство, Культура (ЛИК) Азербайджана” kitabımda dərc olunmuşdu. Bu yaxınlarda yubileylərini qeyd etdiyimiz ustad sənətkarlarımıza aid yazılarımı ilk dəfə Azərbaycan oxucularına təqdim edirəm. (Anar) Rejissor Eldar Quliyev Gənc (o illərdə gənc) azərbaycanlı kinorejissor Eldar Quliyev haqqındakı …

Publisistika

Elnara AKİMOVA.”Poeziyada Vətən”

Post Views: 117 “Ulduz” jurnalının 2021-ci il üçün ilk, yanvar nömrəsi işıq üzü görüb. “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn jurnalın bu nömrəsi poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş xüsusi buraxılışdır. Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib …

Publisistika

Kamran MURQUZOV.”Xalqın azadlıq və mücahid şairi Xəlil Rza ULUTÜRK”

Post Views: 94 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat PortalınınMətbuat xidmətinin rəhbəri,Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Xalqın azadlıq və mücahid şairi Xəlil Rza ULUTÜRK (Sevimli Xalq şairimiz Xəli Rza Ulutürkü anarkən…) Azərbaycan ədəbiyaytında azadlıq düşüncələrinin, müstəqillik ideyalarının yayılmasında, heç şübhəsiz ki, Sevimli Xalq şairimiz Xəlil Rza ULUTÜRKün özünəməxsus yeri və rolu vardır. Bir çox mətləblərə aydınlıq gətirilən zəngin …

Publisistika

Kamran MURQUZOV.”Keşməkeşli həyat yolu, zəngin təcrübəsi, dastana və əfsanəyə çevrilən ömür”

Post Views: 94 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat PortalınınMətbuat xidmətinin rəhbəri,Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Sevimli Xalq şairimiz Nəriman Həsənzadənin anadan olmasının 90 illik yubileyi münasibətilə!!! Müasir Azərbaycan poeziyasının qədim tarixi ənənələr üzərində yaranıb, formalaşmasında, heç şübhəsiz ki, lirik şeirləri, tarixi mənzum dramları, mənəvi-əxlaqi dəyərləri özündə cəmləşdirən epik əsərləri ilə söz sənətkarları arasında özünəməxsus yeri olan sevimli …

Publisistika

Kamran MURQUZOV.”Vətən təəssübkeşi, istiqlal şairi Bəxtiyar VAHABZADƏ”

Post Views: 86 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat PortalınınMətbuat xidmətinin rəhbəri,Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan ictimai fikir tarixində, heç şübhəsiz ki, lirik-fəlsəfi şeirlər müəllimi, sevimli Xalq şairimiz Bəxtiyar Vahabzadənin danılmaz xidmətləri var desək, heç də yanılmarıq!!! Hələ sovet hakimiyyəti dönəmində dövrün tələblərinə, qadağalarına baxmayaraq, böyük cürətlə ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin-mənəvi dünyamızın müadfiəsinə qalxan, xalqın azadlıq düşüncələrinə qənim …

Publisistika

Şəfa VƏLİYEVA.”Sosial şəbəkəni ağlı kəsən kimi istifadə edənlərdən yox ha, sosialşəbəkədən… “

Post Views: 91 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Son günlərdə hamı sosial şəbəkələrdən narazıdır… Sosial şəbəkəni ağlı kəsən kimi istifadə edənlərdən yox ha, sosialşəbəkədən… Texnologiyanın bu dövründə, camaatın Ayda özünə torpaq aldığı, Marsa uçmaq üçün …

Publisistika

Şəfa vəliyeva.”Günəşi axtararən…”

Post Views: 90 Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Yazarlarımızın “oxucu yoxdur”, oxucuların da “yazan var ki?!” deyə haray çəkdiyi bir dövrdə yazmağı eşqdən, oxumağı ədəbdən sayıram. Eşqimə güvəndiyim qədər ədəbimə qısılıram, bu gün sizə yaxın …

Publisistika

Namiq HACIHEYDƏRLİ.”Ləyaqətli dost, güvənli yoldaş”

Post Views: 130 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun Rəhbəri                                                                            Təyyar Nəsirlini tanıdığım 25 ildən artıqdı. Keçən yüzilliyin 90-cı illərində tez-tez Salyanda nəşr edilən “Qələbə” qəzetinin redaksiyasına gedərdim. Məqsədim yeni yazılarımı (bu, adətən …

Publisistika

SEVGI BOYDA GƏNCƏ – GƏNCƏ BOYDA SEVGI

Post Views: 145 (Mikayıl Yanarın “Gəncənin dastanı” kitabı barədə…) Çətinliklər gördün, yaşadın dözdün, Əcnəbi adları daşıdın, bezdin, Dahi Nizamıylə dünyanı gəzdin, Göstərdin özünü cahana, Gəncəm! Doğmasan, əzizsən, ey ana Gəncəm! Mikayıl Yanarın çinarlar şəhəri, Nizami yurdu, İmamhüseyn ocağı –  Gəncəyə olan sevgisi Gəncənin yaşı qədər ulu, Gəncənin boyu qədər ucadır. Bu sevgi zaman-zaman doğuldu – …

Publisistika

“Əl-kitab əl-müqəddəs” (Müqəddəs kitab) və ya “Kəlami-şərrif” (Şərəfli söz)

Post Views: 140 Yaradanların ən gözəli olan Allah müxtəlif dövrlərdə insanları doğru yola yönəltmək üçün lövhi-məhfuzdan dünya səmasına ilahi, nurani, səmavi kitablar nazil etdi. Musa peyğəmbərə enən “Tövrat”, İsa peyğəmbərə enən “İncil”, Davud peyğəmbərə enən “Zəbur”, Məhəmməd peyğəmbərə enən “Qurani-Kərim”.”Əl-Bəqərə”surəsində buyrulduğu kimi: “O kəslərə ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur …

Publisistika

Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) hədislər

Post Views: 84 – “Ümmətimin ən şərəfliləri, öndə gedənləri “Quran” hafizələriridr” – “Aranızda ən xeyirliniz “Quran”ı öyrənən və öyrədəndir” – “Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, “Quran”ı üzündən oxusun” – ““Bismillahir-Rəhmanir-Rəhim!” hər bir yazının başlığıdır” – “Allah sevdiyi bəndəsini çətinliyə salar ki, onun arzularını eşitsin” – “Allah ata-anaya yaxşılıq edən insanın ömrünü …