Author: Delphi7

  • Mirzə TƏRXAN.Yeni şeirlər

    mt

    * * *

    Bir az əsəbiyəm, incimə məndən.
    Silib atacağam səndən qalanı.
    Bir söz deyəcəyəm, bil ki, vəfasız,
    Sevmirəm həyatda şirin yalanı.

    Heç məyus deyiləm, sən getdiyinçün,
    Qədərim bu imiş, buna da şükür.
    Bir gün gələcək ki, ruhun görəcək,
    Cismini xələfin kəfənə bükür.

    Sən də gedəcəksən, mən də dünyadan,
    Bura bizim üçün sınaqdır əlbət!
    Mənim sədaqətim sadiqlik rəmzi,
    Sənin xəyanətin qınaqdır əlbət!

    (2015, 13 May)

    İstəmirəm!

    İstəmirəm!
    Mən; debil,düşüncəsiz,
    Fikirsiz,əqidəsiz,
    Qapısız pəncərəsiz,
    Bir otağ tək,
    Gələcək,
    istəmirəm!

    Mən; valideynə laqeyd.
    Ruhu cismində bir meyit.
    Fırıldağçı molla ,seyid,
    Ki, ola əldə Quran,
    Doğru üzrə,içi yalan,
    Bir şəriət,
    İstəmirəm!

    Mən; cəmiyyət istəyirəm!
    İnsanlığın ölmədiyi bir cəmiyyət.
    Haram tikə bölmədiyi bir cəmiyyət.
    Ağlar üzün gülmədiyi,
    Bir cəmiyyət,
    İstəmirəm!

    Çox üzlülər, çox sözlülər,
    Heçnə görməyən gözlülər,
    Daş qəlbli, gülər üzlülər,
    Məhv edirlər cəmiyyəti.
    İnsandakı xoş niyyəti,
    Silaha çevirənləri,
    İstəmirəm!

    (10 noy, 2014)

  • Elməddin Rahiboğlu.Yeni şeirlər

    er

    Bu gün həmin gündür tutub əlindən,
    Çıxmışdıq sevdanın göyərtəsinə
    Cəsarətlə, mətincəsinə
    Sıldırım qayalar, tikanlı yollar
    Hay verdi səsimə

    ****
    Bir palıd ağacın kölgəsində biz
    Söhbət eliyirdik, söhbətlər qəliz.
    Çünki ilk sevginin atəşindəydik.
    Addımı atmışdıq ilk pilləsinə…

    ****
    Bu gün həmin gündür, tutub əlindən
    Utancaq baxışla,
    Göz-gözə,
    üz-üzə ,
    dalğın xəyallar.
    Barışdıq eşq adlı yaradılışla,
    Nə mən hiss edirdim, özümü yerdə…
    Nə də gözün vardı, incidə , zərdə…
    Göydə təbrik etdi narın yağışla..
    Gözündə günəşin nurlu şüası
    Əlində sevgidən hərarət vardı,
    Ruhunda sevirəm sözün nidası,
    Cismində nurani səxavət vardı,
    Dedin ömr edərik biz bu barışla…

    ****
    Bu gün həmin gündür, Tutub əlindən
    Mənəvi dünyaya səyahət etdik,
    Nə sən yorulurdun,
    Nə mən bezirdim…
    Nə də yanaqlarda saxta sevinc var,..
    Dolğun bir mənaya səyahət etdik…!

    ****
    Bir ucu sevgidən başlanan yollar..
    Sonunda sevgiyə
    doğrumu getdik…
    Dayandıq bir ilin yol ayrıcında.
    Bəlkə xoşbəxt gələcək gözləyir səni,
    Bəlkə qalacaqsan eşq yamacında
    Yaxşısı unudaq olub keçəni

  • Günel ƏJDƏRQIZI.”Namus” (Hekayə)

    gunelxanim

    Rəhmanın qəfil və vaxtsız vəfatı Şəfiqəni elə sarsıtdı ki, o, həyat yoldaşının yoxluğuna inana bilmirdi. Hər qapı açılanda Rəhmanın işdən evə qayıtdığını zənn edir, sonra yanıldığını anlayaraq için-için ağlayırdı. 32 yaşında 4 uşaqla başsız qalmaq çətin idi. Ailəni dolandırmaq, övladlarına həm ata, həm də ana olmalı idi. Uşaqlarından yalnız böyük qızı Zeynəb doqquzuncu sinifdə oxuyurdu. Oğlanları Osman beşinci, Bayram 6-cı, kiçik qızı Asimə isə 4-cü sinifdə oxuyurdu. Özünün heç bir ali savadı yox idi. Valideynləri onu erkən ərə vermişdilər. Rəhman ondan on beş yaş böyük olsa da, ailəsini ovcunun içində saxlayırdı. Zavodda müdir işlədiyindən rayonda hamı onu yaxşı tanıyırdı. Artıq hər şey keçmişdə qalmışdı. Şəfiqə ailəsini saxlamaqdan ötrü nəsə etməliydi.

    Zeynəb atasının yoxluğu ilə heç cür barışa bilmirdi. Axı atası ona söz vermişdi ki, ali məktəbə qəbula gedəndə onu Qız qalasına, İçəri şəhərə, Şirvanşahlar sarayına aparacaqdı. Atası vəfat etdiyi gündən anasının yanından ayrılmırdı. Xüsusən də qonşuları Leylanın anasına dediyi sözlərdən sonra. O, Şəfiqəyə övladlarını atmağı, yeni həyat qurmağı məsləhət görmüşdü:

    -Şəfiqə, əzizim cavansan, sən hələ nə görmüsən. Uşaqları apar Bakıya, qoy uşaq evinə, qayıt gəl. Dörd uşağı necə saxlayacaqsan?

    Zeynəb anasının ona nə cavab verdiyini eşitməmişdi. Çünki qaçaraq öz otağına keçmiş, başını yastığının altına salaraq hönkür-hönkür ağlamışdı.

    Şəfiqə tezdən yuxudan erkən oyanıb günorta yemək üçün uşaqlarına nahar hazırladı. Sonra Zeynəbin otağına keçib onu yuxudan oyatdı və astadan pıçıldadı:

    – Sizə günortaya da yemək bişirmişəm. Yeməyinizi yeyəndən sonra yatarsınız. Qapını döyən olsa heç kimə açmayın. Bir yer var, oraya getməliyəm. Zeynəbi sanki ilan çaldı. O, cəld ayağa qalxaraq anasının əlindən tutdu. “Ana, nə olar, məni də özünlə apar. Burada qoyma”-deyib ağladı.

    Ana qızının belə hərəkətini atasının ölümü ilə əlaqələndirib ona ürək – dirək verdi və evdən çıxdı. İş soraqlaya-soraqlaya gəlib bir binanın qarşısında dayandı. Dedilər ki, müdirə katibə lazımdı.O, pilləkənlərlə yuxarı mərtəbəyə qalxdı və müdirin otağına girdi. Düşdüyü vəziyyətdən danışdı və işə böyük ehtiyacı olduğunu söylədi. Müdir otağın içində gəzişərək gözlərini Şəfiqədən çəkə bilmirdi. Ac göz qurd kimi onu yemək istəyirdi. Bir az keçdikdən sonra nəhayət müdir dilləndi: “Xanım, elə bir zəmanədə yaşayırıq ki, hər şeyin başında pul dayanır. İşə girməkdən ötrü əlin cibində olmalıdır. Pulun yoxdursa başqa şey olmalıdır….”-deyib eyhamla əlini onun çiyninə qoydu.” Gözəl qadınsan. İşə qəbul olunmağın dilinin ucundan çıxan hə sözündən asılıdır. Nəinki katibə, tez bir zamanda şöbə müdiri vəzifəsinə qədər yüksələ bilərsən”.

    Otaq Şəfiqənin başına fırlandı. O, ayağa qalxaraq müdirin üzünə sillə vurdu və üsyankarcasına qışqırdı: “Mənim namusum oyuncaq deyil, siz də onu satın alan market sahibi. İşinizı başınıza çalın. Canınız da cəhənnəm olsun”. Otağdan necə çıxdısa özü də bilmədi, maşın yolunu bir göz qırpımında keçdi. Əli-ayağı əsirdi. Birdən tanış səs eşidib dayandı. Kim isə onu səsləyirdi. Arxaya çevriləndə bir zamanlar ərinin sürücüsü işləmiş Kərim dayını gördü. Hal-əhval tutduğdan sonra Şəfiqə ona vəziyyətindən söz açdı və iş axtardığını söylədi. Kərim dayı kömək edəcəyinə söz verdi.

    Hava qaralmaq üzrə idi. Anasının evə qayıtmaması Zeynəbi narahat edirdi. Ağlamağdan özünü güclə saxlayırdı. Qapının döyüldüyünü görən uşaqlar qapıya yüyürüşdülər. Qonşu Leyla idi. Zeynəb anasınının səhər tezdən harasa getdiyini və kimsəyə qapını açmamağı tapşırdığını söylədi. Elə o an anasının səsini eşitdi və qapını açdı. Anası Leyla ilə üz-üzə dayanmışdı. Əlindəki zənbildə nəsə var idi. Küçədən isti çörək qoxusu gəlirdi. Qızının gözləri anasının yanmış barmağına sataşdı.

    Leyla Şəfiqəni görüb özünü əda ilə əzib büzdü. “Harada idin, ay qız. Bu nədir, ərsiz qadınsan, tezdən evdən çıxmısan evə indi gəlib çıxmısan. Fikirləşdim ki, yəqin uşaqların əlindən bezib, evdən baş götürüb qaçmısan. Onsuz da indi moddur, gəlinlər 2-3 uşağını, ərini evdə qoyub arvadı, uşağı olan kişilərə qoşulub qaçırlar”.

    Şəfiqə övladlarının qulağı eşidə-eşidə ona bu sözləri deyən qadını bir dəfəlik yerində otuzdurmağı qərara aldı. Leylanın qolundan tutaraq qapının kənarına itələdi.

    -Eşidirsən məni. Bir daha qapıma gəlmə. Övladlarını atan qadına ana deyilmir. Mən övladlarının gələcəyini kefə, həzzə satanlardan deyiləm. Nə namusumu sataram, nə də ki, övladlarımı ataram. Çörək bişirilən sexdə işə girmişəm. Çörək bişirib alnı açıq, üzü ağ, namusla övladlarımı saxlayacağam.

    Şəfiqə qapını Leylanın üzünə bağlayıb övladları ilə bərabər həyətə daxil oldu. Zeynəb anasının yanmış barmağını ovcunun içinə alıb dodağlarına yaxınlaşdırdı. Övladının öpüşü ona ən böyük məlhəm oldu.

    15-16.08.2015

  • Gülnarə İSRAFİLQIZI.”Qopduğum göz yaşı”

    Gulnarexanim

    qopduğum göz yaşı
    dalğalandığım ləpə
    gömgöy kəpənəkdi uçurduğum
    laylamdı anam çalan
    sevincindən gözəlləşdi bəlkə də
    iki dəfə
    təkcə mənə göstərdi gözəlliyini
    əl-ələ verdik ruhumuzda.
    notlaşdı dalğa-dalğa
    öpdü yanağımı məhrəmləşib.
    sərildi ayağıma sevgilim.
    dolanıb başına heyran heyran!
    sarıldım boynuna
    gözümə hopdu əsrarəngizliyi
    baxışımda sevgi pıçıldadı…
    sevgi öpüşdü
    sinəsində ot bitirmişdi
    mənim boyumda.

  • Şəfa VƏLİYEVA. “A qaragözlünün qara nağılı”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Asılıb ölmərəm, baxıb ölərəm
    Gözünün qıyqacı dar ağacından…
    Özümüz bilərək asıb öldürdük
    Zalım qəlbimizi yar ağacından…

    Darıxıb gəlmərəm… bezib gələrəm
    Insan çoxluğundan, dərd yoxluğundan…
    Qapını tapmağa nə var ki, gülüm,
    Umacaq olmasa bəxt ağlığından…

    Dünya dərd bəhrində bir qız üzdürür,
    Qara gözlərində batıb gedəcək…
    Sabahlar ömürdən saatlar üzür,
    Axşamlar dərdini tapıb gedəcək…

    A qaragözlünün qara nağılı
    Çağırsam ağ divlər oyanmayacaq…
    Daha inanmırıq bəxt nağılına …
    Bilirik, günlər ağ boyanmayacaq…

  • Şəfa VƏLİYEVA.”Mənim əllərim uzalı…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mənim əllərim uzalı…
    Sənin yolların… yolların…
    Nə ki, xoş gün tanımışdım
    Sənə yolladım… yolladım…

    Ünvanı olduğun sözlər
    Deyilmədi… deyilmədi…
    Səni sevən qız abrına
    Bükülmədi… bükülmədi…

    Günün xoş olsun, əzizim…
    Göyün buluddan kəmlənsin…
    Dərdin bu “qaraca qız”mı?
    “Allah başqa dərd verməsin!”

  • Ruslan DOST ƏLİ.”On bir il bir məktəb bitirdik, ancaq”

    10012725_386602828196441_272975839882686854_o

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazaxıstan təmsilcisi

    hər şeyi başqa cür düşündük əvvəl,
    yaş ötdü, hər şeyin tərsini gördük.
    on bir il bir məktəb bitirdik, ancaq
    yaşadıq, həyatın dərsini gördük;

    kiçikkən yüz işə meyl salanlar,
    indi ölüm-zülüm bir işə girib.
    körpəykən divlərdən qorxub yatanlar,
    indi divlər ilə döyüşə girib!

    hər yerdə bir ocaq, od çatan oğlan,
    vaxt gəldi, bir anlıq sönmək istədi.
    uşaqkən quşlara daş atan oğlan,
    böyüdükcə quşa dönmək istədi…

    sularda balığı xoşbəxt görənlər,
    bilirəm, fikriniz dəryada qalıb.
    məftildən düzəldib maşın sürənlər,
    indi görürəm ki, piyada qalıb.

    çərpələng uçurram hərdən havaya,
    nə dərd görübdürsə yerdə, qayıtmır.
    gizlənqaç oynu da dəyişib artıq,
    qaçan elə qaçır, bir də qayıtmır…

    dünyanı gözəl tək görən gözəllər,
    gəlib bu dünyanın çirkinə düşüb.
    gəlinciyin ərə verən gözəllər,
    indi gəlin olmaq fikrinə düşüb…

    hər yerdə bir ocaq, od çatan oğlan,
    vaxt gəldi, bir anlıq sönmək istədi.
    uşaqkən quşlara daş atan oğlan,
    böyüdükcə quşa dönmək istədi…

  • Müzəffər MƏZAHİM.”İnandım”

    mm

    Dolaşıq yollarda azdırdı məni,
    Kimə ümid oldum, kimə inandım.
    Dilim deyəmmədi qəlbim deyəni,
    Bütöv yalan oldu, kəmə inandım.

    İllərin dalına yükləndi ömrüm,
    Xəyal dənizində təkləndi ömrüm,
    “Yanıq Kərəmi”yə kökləndi ömrüm,
    İnləyən ürəkmiş, simə inandım.

    Müzəffər, aldanma kəmsə taleyin,
    Dartır ətəyini kimsə taleyin,
    Əgər qismətindən olsa gileyin,
    Bəxtin özünə də demə inandım.

  • Şafa KAMİLLİ.”Qalx ayağa, ey Türk oğlu,Türk!”

    11880421_1649253558665013_4117545050588422074_n (1)

    Hələ ,çoxmu qiracaqlar ?
    Çoxmu qanınıza susyacaqlar ?
    Çoxmu şəhid verəcəyik .?
    Hələ çoxmu analar gözü yaşlı qalacaq ?
    Gəlinlər ,əlləri xinali dul qalacaq ?
    Körpələr atasiz qalacaq ?
    Dur ayağa !
    Daha bəsdi !
    Ey türk oğlu türk !
    Qoyma çixsinlar axırına ,
    Bu naxələflər ,
    Bu qansizlar ,
    Din altinda qizlənən şeytanlar ,
    tağutlar ,
    mənfurlar ..
    Qalx ayağa ey Türk oğlu Türk !
    Bəsdi daha ,
    Bu tökülən qanlar bəsdi ,
    Verilən şəhidlər bəsdi ,
    Ana ,baci ,
    Körpələrin göz yaşlar ….
    Qalx ayağa !Qalx ayağa !
    Ey Türk oğlu Türk !
    Qalx ayağa daha bəsdi …
    Daha bəsdi!
    Qalx ayağa!!!

    20.08.2015 ..

  • В Дербенте прошла встреча азербайджанских поэтов

    11

    22

    33

    В Центральной библиотеке города Дербента, прошло мероприятие приуроченное к году литературы и 2000-летию древнего города.

    На мероприятие собрались писатели, поэты, журналисты, творческая интеллигенция города. С вступительным словом к гостям обратился Председатель национально-культурной автономии азербайджанцев города Дербента Тельман Тагирли. В частности, он отметил, что азербайджанскими активистами создана общественная организация НКАА г. Дербент, рассказал о ее учредителях и дальнейших планах объединения.

    Почетный аксакал НКАА Гусейнбала Гусейнов рассказал присутствующим о поэтах, которые жили и творили в древнем Дербенте. Президент Международного Союза Литераторов «Гюлистан» Тагир Салех предложил возобновить выпуск литературной газеты «Гюлистан», где могли бы печататься местные поэты.

    Поэт Фахреддин Орудж Гярибсес сообщил о произведениях азербайджанских поэтов, изданных в городе в последние годы. Заместитель директора музея мировых культур и религий Самиля Наджафова, поблагодарила за теплую встречу председателя НКАА г. Дербент Тельмана Тагирли за теплую встречу и предложила проводить совместные мероприятия с азербайджанской молодежью и интеллигенцией.

    Директор Центральной библиотеки г.Дербента Диана Алиева прочла стихотворения местных поэтов на азербайджанском языке, а также пожелала творческих успехов молодым поэтам.

    На мероприятие было принято обращение на имя главы города Дербента о присвоении звания Почетный гражданин города Дербента Гусейнову Гусейнбале Яхъяевичу, а также обращение на имя председателя Союза писателей Дагестана об открытии отделения азербайджанских писателей при Союзе писателей Дагестана. Надо отметить, что местная национально -культурная автономия азербайджанцев г.Дербент готовит к выпуску сборник произведений азербайджанских писателей г.Дербента.

    Пресс-служба НКАА г.Дербент

  • Mədinə İLHAMQIZI.”Ana”

    qiz

    Baxışlarında hiss olunur yorğunluğu illərin
    Gözlərin sanki dəniz niyə görsənmir gəmilərin ?
    Canım Anam Tanrıdan tək diləyim
    Ïslatmasın yanağlarını o gözəl gözlərin

    Həmişə mənə qüvvət verir sənin sözlərin
    Bilmirəm duysan səni sevindirər yoxsa kədərləndirər sözlərim
    Dünyamın ən gözəl mənzərəsidi gözlərin
    Çox istəyirəm xəyallarını gerçəkləşdirim Ana

    Dilimdə ən müqəddəs kəlmədir Ana
    Gülüşün cənnətimdir , xoşbəxtlik bir yana
    Xoşbəxliyin o qədər çox olsunki yayılsın dünyaya
    Ïstəyirəmki son nəfəsimdədə yanında olam.

  • Эволюция или сотворение

    ep

    Существует лишь две версии на сей счет. Первая-это т, что все живые организмы, произошли в результате эволюции одной простейшей клетки.

    Существует лишь две версии на сей счет. Первая-это т, что все живые организмы, произошли в результате эволюции одной простейшей клетки.

    Сторонники теории эволюции утверждают, что жизнь на Земле зародилась от первичной клетки, которая возникла сама по себе вследствие случайного формирования и этот живой организм развивался и эволюционировал принимая различные формы, и тем самым дав начало миллионам видов жизни на Земле.

    Вторая версия гласит,что все живые организмы возникли по замыслу Создателя.. Миллионы зародившихся живых организмов имеют те же завершенные и безупречные формы, какие они приняли изначально и вряд ли они могли бы возникнуть случайным образом. Даже простейшие формы жизни имеют сложную систему в строении и функционировании, которая никак не могла зародиться случайно и в результате естественного отбора.

    Соворение и эволюция – два единственных объяснения, которые рассматриваются в спорах о возникновении жизни на земле. Согласно закону логики, если один из двух ответов на вопрос верен, то второй является ложным. Данное правило, лежащее в основе логики, называется разделительно-категорическим умозаключением (modus tollendo ponens). Другими словами, если доказано, что живые организмы появились на земле не посредством случайного образования, то значит жизнь на Земле была Cотворена.

    Самыми главными фактами, сокрушающими теорию эволюции, стали окаменелые останки древнейших форм жизни, которые показали, что за сотни миллионов лет формы жизни не претерпели ни малейшего изменения не трансформировались в другие виды, а дошли до наших дней в точности в том виде, в котором и были сотворены. И в глубокой древности живые организмы обладали теми же высокоразвитыми биологическими особенностями и совершенством строения, что и современные виды жизни, причем все эти формы жизни появляются в слоях Земли внезапно, уже в абсолютно развитых видах.

    Теория эволюции утверждает, что живые существа на протяжении миллионов лет подвергаясь изменениям порождали новые виды и все живые существа эволюционируя произошли друг от друга. Тогда как окаменелые останки существ за миллионы лет не претерпели никакого изменения и, следовательно, об эволюции речи быть не может. На сегодняшний день найдено сотни миллионов окаменелых останков, но до сих пор не найдено не единой переходной формы.

    А это нам еше раз показывает что Все живые организмы были сотворении Всевышним творцом

    Пиргули Элвин

  • Qadının ən böyük düşməni…

    11041661_10205003020335559_6794674678892182115_n

    Bu yazımda bütün qadınlar, kişilərin, ümumiyyətlə insanların adından danışmıram… Yazımdakılar heç də bizim cəmiyyət və ya qadınlardan bəhs etmir… Bütün dünyada qadınların bir çoxunun düşməni ümumilikdə götürülmüşdür…
    Düşünürəm ki, bu yazım istər qadın, istər kişinin qadınları anlamağa kömək edəcəkdir…
    Qadının ən böyük düşməni nə və ya kimdir?
    1. Qadının özü – cinsindən asılı olmayaraq bütün insanların ən böyük dostu və düşməni onun özüdür… İnsan özünə həm yaxşılıq, həm də pislik edə bilər… Ona görə də insan özünü tam dərk etmədiyindən özünü sevməkdən savayı, özündən də ehtiyat etməlidir… İnsanın özünə etdiyi pisliyi kənar şəxslər edə bilməz… Çünki kənar şəxslər nə qədər yaxın olsalar da, insana, onu onun özü kimi yaxından tanıya bilməz… Özünüzə dost olun, düşmən olmayın…
    2. Başqa qadın – bir qadının ən böyük düşməni digər bir qadındır, onun atasını, qardaşını, ərini, sevdiyini, səadətini, arzularını, planlarını, xəyallarını əlindən alan başqa bir qadın, qadın digər qadını həm rəqib görür, həm düşmən bilir… Elə qadınlar var ki, doğma anası, bacısı belə onun düşməni ola bilər… Çünki qadın sevdiyi zaman paylaşmağı sevmir, eqoistliyi üstün olur hər şeydən öncə, üfüqdə başqa qadın olanda, sağlam olmayan rəqabət, paxıllıq, qısqanclıq hissləri yaranır, qəlbini zəhərləyir, başqa qadın iki tərəfin münasibətinə müdaxilə edən kimi kişinin seçim etmək hüququ olur, adətən ailələri dağıdan da digər qadın olur, düzdür indiki zamanda LGBT -lərin sayı cəmiyyətdə artdığı zamanda kişinin gey, bi və ya transseksualın xeyrinə seçim edib, xəyanətə yol verməsi, ayrılması halı da ola və çoxala bilər… İndiki dövrdə baş verən nəyəsə təəccüb etmirəm son zamanlar… Kişi adətən bir qadından digər qadına gedir… Qadınların əksəriyyəti monoqam olsa da, kişilərin əksəriyyəti poliqam olurlar… Bu danılmaz faktdır…
    3. Qadınlıqdan çıxmaları, qadınlıqlarını itirib kişiləşməsi – qadın nə qədər güclü olsa da, kişi ailə başçısı, önəmli tərəf olmalıdır, hüquq bərabərliyi olsa da, bir çox məsələlərdə kişilər qadınlardan üstündür… Qadın zərif olmalıdır, nazlı, qayğıkeş, ailəcanlı, güclü iradəli, xarakterli, gülərüz olmalıdır, nə qədər işgüzar olsa da, güclü olsa da, kişinin tapdalayıb keçməməlidir… Unutmayaq ki, qadın güclüdür, amma kişisinin güclü, uğurlu olmasına da səbəb onun qadınıdır… Özümüz bir qadın kimi kişiləşməkdənsə, kişilərimizi kişi edək və unutmayaq ki, hər güclü və uğrulu kişinin arxasında güclü və uğurlu qadını var və ya əksinə… Qadınlar qadınlığınızı itirməyin, qadın olduğunuzu unutmayın…
    4. Qadının dili – çox acıdıl və ya çox şirindil olması – Qadının dili ilan zəhəri də ola bilər, ilanı yumasından çıxarda da bilər… Dil var kəsdirər başı, dil var kəsər savaşı… (əslində dil yerinə söz olmalıdır. Ş.İ.Xətai)
    5. Dinləməkdən çox danışması – qadınların əsas düşməni onların dinlənmək istəyidir, dinlənmək istəyi onları çox danışmağa və qarşı tərəfi dinləməməyə gətirib çıxardır, bu isə qarşı tərəfi yorur, bezdirir, anlaşılmazlıq, narazılıq, mübahisələrə səbəb olur… Danışdıqca, dinləməyi də öyrənin, səbrli olun və qarşı tərəfin sözünü yarımçıq kəsməyin… Siz onu dinləsəniz, o da sizi dinləyəcək…
    6. Təkəbbür və qürur – bəzi qadınlar çox təkəbbürlü, lovğa olurlar, hər kəsə yuxarıdan aşağı baxıb, özlərini səhərdən axşamadək tərifləyirlər… Bu isə çox yorucudur. Zəif cəhətdir, əslində belə insanlar eqoist deyil, zəif insanlardır, qadın nəyisə lovğalanmaq, acıq vermək üçün ala bilər, ərə gedə bilər, hansısa işi lovğalıqdan, təkəbbürlü olmağından edə bilər, amma bu onu səhv addım atmasına, uduzmasına, uğursuzluğa gətirib çıxaracaqdır. Təkəbbürlü, lovğa insanların əslində adətən həyatları mənasız olur, boş-boş danışıb, söz adamı olurlar, əməl adamı deyil. Vədlər verib, əməl etmirlər… Yalan danışırlar… Qürur əslində mənfi cəhətdir… Qürur bütün pozitiv hissləri öldürür, insanı uçuruma aparır, bəzi qadınlar o qədər qürurlu olurlar ki, bu qarşı tərəfdə biganəlik, ikrah hissini oyadır… Əgər bir qadında həm qürur, həm də təkəbbür varsa, onda o insanlar adətən tənha insana çevrilirlər və əslində ən bədbəxt insan olurlar… Çünki qürurlu və təkəbbürlü insanlar əldə etdiklərinin qədrini bilmir və qarşısındakı insana hörmət etmir…
    7. Qızıl ortaqlığın olmaması – ya minimum, ya maksimum, ya heç nə, ya hər şey prinsipi ilə yaşaması, ya çox sadə, sadəlövh, səmimi, ya da çox mürəkkəb, hiyləgər, yalançı, bic və qapalı olmamasıdır. Qızıl ortalıq yoxdur, dayanmaq, razı qalmaq yoxdur, ya tələsib, çox irəli gedirlər, ya gecikib, geridə qalırlar… Ortada və ya bərabərdə ola bilmirlər bəzi qadınlar… İki cəbhəyə bölünürlər, ya həddən ziyadə təbii görünüşü olan qadın olur bir tərəfdə, digər tərəfdə isə həddən ziyadə çox plastik əməliyyat keçirdən, makiyajdan istifadə edən, süni gəlincik olan qadın olur, bir-birilərini görəndə, ələ salırlar onlar… Ya çox sadə geyinirlər, ya çox epotaj geyimdə olurlar… Tərəzilərinin daşları uyğun gəlmir…Ya çox sadə olub, səmimi, sadəlövh olub, hamını özü kimi bilib aldanır, ya da ki, çox bic, mürəkkəb, hiyləgər, qapalı olub, maskalanır və hamını aldadır, özünü belə… Ya heç nə istəmir, ya hər şeyi istəyir… Bu isə ziddiyyətdən irəli gəlir… Qadınlar ziddiyyətli və fərqli olurlar bütün insanlar kimi… Ya fikirlərində qəti olurlar, inad edirlər, ya da qərarsız olub, tez-tez qərarlarını, fikirlərini dəyişirlər… Bu isə onların özlərinə ziyandır, onlara qarşı onların özlərinə tətbiq etdiyi silahdır… Gah çox simic olurlar, gah da çox əliaçıq…
    8. Tamahkarlıq, hərislik, bəhsəbəslik, bədxərclik – bu cəhətlər əslində qızıl ortalığı olmayan qadınlarda olur, nə görür, eşidir, bilir, istəyir, lazım olsa da, olmasa da, bəhsəbəsdir deyə, dəbdir deyə, bu isə onu bədxərc və puldan asılı edir… Bədxərc qadınlar isə lazımsız xərclər edib, öz büdcələrinə nəzarət edə bilmir və özlərinə zərər vururlar…
    9. Kompleksləri – bir çox qadınların kompleksləri olur, bu özünü olduğu kimi sevməmək, qəbul etməmək, bəyənməmək, özündən narazı olmaq özünə güvənin aşağı olması kimi qadın düşməni olan keyfiyyətlərdən yaranan düşməndir… Ya çox arıq olması, ya çox kök olması, ya saçlarının sərt olması, tökülməsi, sağlamlığında problem olmasa belə, özünə xəstəlik tapıb, diaqnoz qoyması komplekslərdir… Bu komplekslər isə qadınları ağlasığmaz addımlar atmağa vadar edir… Hətta bəzi addım və seçim, qərarlar onların özlərinə, səhhətlərinə ziyan vurur… Əlavə xərclərin yaranmasına səbəb olur…
    10. Özgüvənin, özünə inamım olmaması – Özgüvən, özünə inanmamaq, zəif xarakter, iradəsizlik özü də mənfi cəhətlər və qadınların düşmənidir… Məhz bu düşmənlər sayəsində bir çox digər problemlər, düşmənlər meydana gəlir… Onları səbrsiz, zəif, iradəsiz edir, qurbana çevirir, özünü olduğu kimi qəbul edə, sevə bilmir öz güvəni olmayan qadınlar…
    11. Onların həyatına daxil olan və çıxan kişilər – bəzi qadınlar üçün kişilər ən böyük düşmən olur, çünki məhz kişilərlə bağlı xoş olmayan xatirələrin olması, kişilərə nifrət etməsi, kişini özünə rəqib görməsi, kişidən üstün olmaq istəyi bəzi qadınların kişiləri özünə düşmən bilməsinə gətirib çıxardır… Bəzi qadınların həyatına daxil olan və sonradan çıxan kişilər sonradan onların ən böyük düşməninə çevrilə bilər… Kişilər bu cür qadınlar üçün nəinki düşmən, həm də ən böyük təhlükə mənbəyi kimi qarşılanır…
    12. Xəstəlik – bu amil məncə əksər insanların əsas qorxusudur, düşmənidir, ələxsus da qadınların… Çünki bir çox qadınlar ya işlədikləri üçün işdən qalmamaq, təhsil aldıqları üçün təhsildə geri düşməmək, ailəli olub uşaqlarını xəstələndirməmək üçün, sağalmaz və müalicə edilməz xəstəliyə yoluxub ölməmək, ailəsini qadınsız qoymamaq, uşaqlarını anasız qoymamaq, kiməsə əziyyət verməmək üçün xəstələnməkdən və xəstələndikləri zamanı xəstəliklərini bilməkdən, müalicə edilməkdən qorxur, ehtiyat edirlər… Sonra isə gec olur… Qorxuları reallaşır, xəstəlik qalib gəlir… Bəzən isə qadınlar xəstələndikləri zaman belə ev, ailə qayğısı, problemləri ilə məğul olacaqlarını bildikləri üçün, bəziləri isə tənha olduqları üçün xəstələnmək istəmirlər və xəstəliyi düşmən bilirlər… Bəzi xəstəliklər həqiqətən də qorxulu və təhlükəlidir…
    13. Qorxu – qocalmaq, gözəlliyini, ağlını itirmək qorxusu, nəyisə və ya kimisə itirmək qorxusu, müxtəlif fobiyalar əslində hər bir insanın ən böyük düşmən sayılmalıdır… Qorxan gözə çöp düşər, insan nədən qorxarsa, o da başına gələ bilər… İnsanın qorxusu onun zəifliyidir, özünə güvənməməsidir, qorxudan, zəiflikdən digər insanlar ona qarşı sui-istifadə, silah kimi istifadə edə bilər… Bunu anlamaq və bundan qorxmaq özü də qadın üçün bir qorxudur. Qadın siçandan, atılmaqdan, xəstələnməkdən, ölməkdən, gözəlliyini itirməkdən, sevilməməkdən qorxa bilər… Qorxmayın və fobiyalarınzla vidalaşın… Hündürlükdən, ölümdən, qapalı məkanlardan, insanlardan qorxmaq əvəzinə, qorxunuzla üz-üzə gəlin və o qorxunu dəf edin, məğlub edin. Qorxmaz insanlar hər zaman qalib olurlar…
    14. Deyingənlik, narazılıq – həyatdan, hər kəsdən, hər şeydən narazı qalmaq, şikayət etmək, deyinmək, naşükür olmaq bir çox qadınlarda var və əslində bu cəhətlər onların ən böyük düşmənləridir… Çünki onların özlərinə zərər verir… Əsəbləri korlayır, vaxt alır, mübahisələrə, davalara səbəb olur…
    15. Özlərini qurban verməsi və qurban bilməsi – bir çox qadınlar bəzən bilərək, bəzən isə bilməyərək, bəzən könüllü, bəzən icbari qaydada özlərini nəyəsə və ya kiməsə görə qurban verirlər, qurbana çevrilirlər… Bu nadanlıq, özgüvənin olmaması, zəif xarakter, iradəsizlik, asılı vcə kölə ruh, maariflənmiş olmaması ilə əlaqəlidir… Özünüzü qurban verməyin, ayıq olun… Aldanmayın…
    16. Nadan olması, dünyagörüşünün olmaması, öz üzərində işləməməsi və inkişaf etməməsi – bəzi qadınlarımız nadan olurlar, tez ərə gedirlər, aldanırlar, qanunsuz uşaq doğurlar, sonra boşanıb ortalıqda qalırlar, kiminsə qurbanına çevrilirlər… Nadan olan, dünyagörüşünün olmaması, öz üzərində işləməməsi və inkişaf etmək istəməməsi qadını geriyə aparır və uçuruma sürükləyir… Bu cür qadının övladları da anası kimi qurbana çevrilə bilər və təhlükə ilə üzləşə bilərlər… Nadan olmayın, təhsil alın, ərə getməyə tələsməyin, öz üzərinizdə işləyin, inkişaf edin ki, gələcək nəslimiz də, sağlam düşüncəli, sağlam ruhlu, bədənli olsun…
    17. Pul, maddi dəyərlər – qadınların həm dostu, həm düşmənidir, az olanda çox istəyirik, çox olanda, lap çox istəyirik, pul çox məsələni, problemi həll edir, önəmlidir, amma pul asılılıq yaradır… Pul digər bütün düşmənlərimizin yaranmasına səbəb olur… Yalana da, xəyanətə də, səhv verilmiş qərarlara da, sonrakı peşimançılığa da, insani keyfiyyətləri itirməyə də, tamahkarlığa da, təkəbbürə, tənhalığa səbəb olur… Pulu, maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutmayın…

  • Gəncədə bacarıqlı və intellektli şagirdlərə yer verilir!

    va

    Bildiyimiz kimi, Elmar Vəliyevin gəncəyə icra başçısı təyin olunmasından sonra , şəhərdə bir çox sektorda müəyyən dəyişikliklər yaşandı. Bu dəyişikliklərdən Təhsil sektoru müsbət mənada irəliləyiş göstərdi. Şəhərdə savadlı, bacarıqlı və öz intellekti ilə seçilən şagirdlər kəşf olunmağa başlandı. Gəncə şəhər icra başçısının göstərişi ilə şəhərdə şagirdlərdən ibarət təşkilat yaradıldı. Bu təşkilat 3 il ərzində deməy olar ki böyük layihələrə imza ataraq etimadları doğrultdu. Bilik yarışları,Spartakiadalar,Müxtəlif növ idman yarışları, Fənn gecələri və s. Kimi maarifləndirici tədbirlər həyata keçirən bu şagird təşkilatı demək olar ki öz səmərəli və qənaətbəxş fəaliyyəti ilə regionda bir ilkə imza atdı. Gəncədə gənclərə qoyulan investisiya, gənclərə göstərilən etimad şagirdləri də öz növbəsində həvəsləndirdi,onlara stimul verdi. Hərhalda əgər şəhərdə hər hansısa şagird söz azadlığına malikdirsə və ictimaiyyət içərisində rahat öz fəaliyyətini sərgiləyə bilirsə, deməli şəhərdə böyük addımlar atılıb. Şəhərdə fəaliyyət göstərən idarə və təşkilatlar da şagirdlərə dəstək olur. Şagird təşkilatının sədri Valeh Əsədov: Gəncədə təhsil sahəsində əməli addımlar atılır. Şagirdlər ön plana çəkilir. Şəhər səviyyəli tədbirlərdə şagirdlər azad şəkildə öz fikir və təkliflərini şəhər ictimaiyyətinə rahat çatdıra bilir. Biz hər zaman çalışmışıq ki , bizə göstərilən etimadı daima doğruldaq. Istəyirik ki günü-gündən gözəlləşən şəhərimizin ictimai həyatında biz şagirdlərin də az da olsa rolu olsun.Gəncədə gənclər üçün yaradılan infrastruktur üçün isə ən böyük təşəkkür şəhər rəhbəri cənab Elmar Vəliyev-ə düşür.Məhz Elmar müəllimin tapşırığı ilə şəhərdə fəaliyyət göstərən dövlət qurumları daima bizə yardımçı olur, tədbirlərimizi keçirməkdə dəstək olurlar. Ümid edirəm ki, Gəncə 2016 Avropa Gənclər Paytaxtı kimi mötəbər tədbirdə biz şagirdlər də şəhərimizin tanıdılmasında pay sahibi olacağıq. Həmçinin bildiyiniz kimi Gəncənin “Kəpəz” futbol komandası artıq Azərbaycan Superliqasında mübarizəyə başlayıb. Bu sahədə də biz şagirdlərdən ibarət azarkeş qrupu yaratmışıq ki, şəhərimizin doğma komandasına dəstək olaq. Səfər matçlarında da komandamızı tək qoymayacağıq. Şəhərdə böyük səs-küyə səbəb olacaq rəsm sərgisi hazırlayırıq. Artıq payız aylarında gəncə sakinləri bu şagirdlərin əl işlərini izləyəcəklər. Son olaraq bildirim ki, ixtisaslı kadr olmaq yolunda iri addımlar atan gəncəli şagirdlər, irəlidə Azərbaycanın tərəqqisi üçün çalışacaqlar!

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının II hissəsi

    yenirenglifoto

    Fatma Çiçəyi Nahidənin köməkliyi ilə övladlığa götürdü. O gündən özünü ana kimi xoşbəxt hiss elədi. Kişi tərəfindən xoşbəxt olmayan qadınlar yəqin övlad tərəfindən qadın kimi də xoşbəxtlik nədir, bilirlər!…Övladı və ona qadınlığını hiss elətdirən bir insan olmadığı üçün bu hissləri heç cür bir-birindən ayıra bilməyəcəm. Fatmanı daha əvvəlki kimi ərinin onu uşaq üstə boşaması yandırmırdı. Gecələri də ağlamağı çoxdan unutmuşdu. Çiçək yeddi yaşına çatanda Fatma onu evinə yaxın məktəbə adını yazdırdı. Deyirlər xoşbəxtlik çox çəkmir. Ya qısa-qısa fasilələrlə sənə geri qayıdar, ya da tilsimə düşmüş kimi qayıtmaq bilmir.
    Fatmanın da həyatında xoşbəxtliyinin büdrədiyi vaxt Çiçəyin onunla Nahidənin söhbətlərini qapının ağzında eşitməsi oldu. Həqiqəti onsuzda bir az böyüyəndə Fatma deyəcəkdi. Fidan buna görə anasından bir müddət incidi, Fatmaya “ana” demədi. Fatma qızını tez-tez işlədiyi uşaq evinə gətirdi ki, həm uşaqlarla qaynayıb qarışsın, həm də necə şanslı uşaq olduğunu dərk eləsin. Təsiri olmuşdu, zamanla Çiçək əvvəlki kimi Fatmaya “ana” deməyə başladı.
    İllər keçdi, Çiçək on səkkiz yaşına çatdı, gözəl-göyçək qız oldu. Uşaq evində böyüyüən yaşıdları da gözəlliyinə heyran qalmışdı. Bundan başqa, mülayim xasiyyəti də onu uşaq evinin ən yaraşıqlı oğlanına – Arifə sevdirmişdi. Arifin Çiçəyi sevdiyini Fatma xala da bilirdi, susurdu. Ariflə qızını bir-birilərinə yaraşdırırdı. Çiçək orta məktəbi güc-bəlayla qurtarmışdı, oxumaqla arası yoxuydu. Düşünürdü ki, tərbiyəli oğlanla ailə qursa, oğul-qız sahibi olar. Arif isə, hər şeyin yerini, böyük-kiçik yeri bilirdi.
    Nahidə xanımın da məsləhəti ilə Ariflə Çiçək nişanlandılar. Elə nişan uşaq evinə keçirildi… (daha&helliip;)

  • Cavanşirli Şəfaqəti doğum günü münasibətilə təbrik edirik! (19 avqust 1987-ci il)

    sefaqet-cavansirli

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Zeynəb DƏRBƏNDLİ.”Vətənim”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Sənə ox vurdular yaraladilar
    Ağına xətt çəkib qaraladılar.
    Səni hissə-hissə araladilar
    Küçələri qanla dolan vətənim
    Yağılara əsir olan vətənim.

    Xocalı deyəndə dilim qabarır
    Şuşam məni lap keçmişə aparır.
    Dağın qəribsəyib xəyala dalır
    Gözləri yollarda qalan vətənim
    Yağılara əsir olan vətənim.

    Qarabağ qarabəxt diyarım mənim
    Qışa donub yazım, baharım mənim.
    A cənnətməkanım, vüqarım mənim.
    Düşmən etdi səni talan vətənim.
    Yağılara əsir olan vətənim.

    Dağıdıb sökdüler yurdu-yuvanı,
    Qara duman kəsdi təmiz havanı
    Düşmən sənə ağır tutdu divanı
    Bizi dərdə-qəmə salan vətənim
    Yağılara əsir olan vətənim.

    Yollarını kəsib tələ qurdular
    Qartal tək başının üstə durdular.
    Bizə şər atdılar, Ləkə vurdular
    Çiçəyi budağda solan vətənim.
    Yağılara əsir olan vətənim.

    Zeynəbin qələmi feqan eyleyir
    Yazıb kəlmə-kəlmə üsyan eyləyir.
    Düşmən səndə bu gün döran eyləyir
    Mən yaza bilmirəm yalan vətənim.
    Yağılara əsir olan vətənim.

  • Rəşad MƏHƏMMƏDOĞLU.”Tələsmə gedən qatara!”

    q

    Əli dolu, kölnü boş,
    Gəlib çıxıbdır vağzala.
    Qucağında körpəsi var,
    Çiynində kiçik çantası,
    Baxışları üzgün üzgün,
    Hərdən də gizlədir üzün.
    Yorğun-yorğun,
    Solğun-solğun,
    Ağarıbdır gül bənizi.
    Gözünə baxdım,
    Elə bil,
    İçində var qəm dənizi.
    Qucağında körpə uşaq,
    Ağladıqca hey ağlayır.
    Bəlkə elə anasına,
    getmə, deyir,
    Məni uzaq etmə, deyir.
    Körpəsini sakit edib,
    Ümidini kəsir ana,
    Gözləyir gələn qatarı,
    Hara tələsir ana?
    Gah tələsir,
    Gah deyinir,
    Külək olub əsir…əsir,
    Hər neyləyir,
    Təkcə onu bilirəmki,
    Çıxıb gedir.
    Gözləyir gələn qatarı,
    Burdan uzaq gedir ana.
    Axı niyə?…
    İndi durub kimsəsiz, nədən?
    Hansı dinsiz öz evindən,
    Körpəsiylə qovub onu?
    Körpəsinin beşiyini boş qoyubdur.
    Ev-eşiksiz qoyub onu.
    Qaytarırlar xoşbəxliyi, gələn yerdə,
    Düşünmürlər, anlamırlar.
    Öldürürlər ümidləri,
    Gültək açıb, bitən yerdə.
    O ümid də, xoşbəxtlik də,
    O anadır, o uşaqdır.
    İndi isti ocağından.
    gedir ana,
    Neçə belə qadın olub,
    Olub ana,
    Burdan gedib.
    Vağzalıyla gələn gəlin,
    Ana olub, çıxıb gedib,
    Burdan, bu vağzaldan gedib.
    Bu ana da onlar kimi,
    Gözləyir gələn qatarı.
    İsitdiyi ocağını,
    Soyudub tərk edir ana.
    Gör nə qədər anaları,
    Gör nə qədər sevənləri,
    Aparıbdı gələn qatar.
    Haralarda düşürdübdür?
    Apardıqların, bəlkə…
    Yarı yolda düşürdübdür.
    Gedən deyib, məni apar.
    Yarımçıq bir arzusutək.
    Aparmayıb zalım qatar.
    Yolda gedən insanları,
    Yollarda qoyubdu qatar.
    Sən ey ana. bir an gözlə…
    Tələsmə gedən qatara.
    Qoy bu qatar gəlib getsin.
    Yenə gözlə.
    Bəlkə qatar əvəzinə,
    Səni qovan insan gələcək,
    Qytaracaq səni geri,
    Ürəyinə vicdan gələcək.
    Budur, gəlir qatar.
    Dayann…, minmə…!
    Mən minmədimki…
    Bir anda geri boylanıb,
    Qucağında aglayan,
    Körpəsiylə baxdı ana.
    Gözləmədi, minib getdi,
    Axx…! məni də
    Dərd oduna yaxdı ana.
    Uzaqlaşdı gedən qatar,
    Sonda gördüm,
    Qaça-qaça, bura gələn,
    Vağzala gecikən insanı.
    Gələn qatardan gec gəlib,
    Özü kimi, öz vicdanı.
    Vağzalı üstə həsrərin,
    Burda qoyub getdi ana,
    Gələn gecikdi,
    O tələsdi,
    Tələsdi gedən qatara.
    Axı dedim, – tələsmə,
    Tələsmə gedən qatara.

  • Aqil SABİROĞLU.”Şəhid taleyi”

    Bu barədə ilk məlumatı İsmayıllıda olarkən dostum Rövşən müəllim Şirəliyev verib.Bu yaxınlarda isə başqa bir dostum,el ağsaqqallarından olan Pərviz Əhmədsoy bir daha xatırlatdı.Etiraf edim ki cərəyan edən hadisələrin önündə bu şeir çox cılızdır,sönükdür.Əslində bir poema,bir kitab yazmaq olar və yazılmalıdır da.Sağlıq olsun…

    Maşınlar yol aldı kəndə cəbhədən,
    Deyəsən bir şəhid döndü cəbhədən.
    Bütün el yığıldı dəfnə o saat,
    Neçə arzu,ümid məhv oldu,heyhat!..
    Güc elin çiyninə düşsə də,yenə,
    Elə bil dağ çökdü ata qəddinə.
    İsladıb göz yaşı ağ saqqalını,
    Kim görmək istəyər övlad dağını?!.
    Gecə zülmətindən seçilmir üzü,
    Sanki dəfn olacaq atanın özü.
    Başı çiynindədir məzlum atanın,
    Üzü qara olsun torpaq satanın.
    Şəhid dəfn edildi,hamı dağıldı,
    Tək ata məzarın önündə qaldı.
    O qədər ağlayıb göz yaşı tökdü,
    Onun gözlərinə qaranlıq çökdü.
    On beş-iyirmi gün keçdi aradan,
    Sanki bir möxüzə etdi yaradan;
    Ataya dedilər qurtar şübhədən-
    Oğlun sağ-salamat dönüb cəbhədən!..
    Yenə də bir ata…sinə oxludur,
    O şəhid bu elin başqa oğludur.
    Şənliyə çevrildi o yas məclisi,
    Heyrətə salmışdı bu iş hər kəsi.
    Hamı müjdə üçün ona qaçırdı,
    Atanın çöhrəsi işıq saçırdı!
    Başlandı o anda toy tədarükü,
    Çiynindən alındı atanın yükü.
    Bəs kimdi,nəçiydi o şəhid görən,
    Kim idi torpağa bir oğul gömən?
    Təəssüf,olmadı bir nişan verən,
    Olmadı bir könül,qəlb diksindirən.
    Adsız şəhid kimi dəfn olundu o,
    Getdi böyük millət,xalq yolunda o.
    Xalq da qəhrəmanı tutaraq əziz,
    Həmişə ziyarət edir şübhəsiz.

    12.08.2015.

  • Samit NURİYEV.”Sənin səsi…”

    11739554_892702907467931_464209446_n

    Səsini eşitdim,həzin bir səsi,
    Bəxş etdin ömrümə nurlu bir ömür!
    Kəsildi qəlbimin ahı,naləsi,
    Ağlım sevincimdən özümə gəlmir…

    Səsin bir ilahi səs idi,gülüm,
    İlhamım titrədi şirin dilintək…
    Bu nəğmə ruhumun səsidi,gülüm,
    Sığal çək misrama qara telin tək…

    Baxışın göründü səsində sənin,
    Gözlərim dikildi ceyran boyuna:
    Qarşımda nazlandı bir bəyaz gəlin,
    Bəy kimi tələsdim sənin toyuna.

    Səsin həyəcanlı,özün sevincək,
    Mən nələr duymadım o anda,bilsən…
    Ömrümə,günümə şadlıq gələcək,
    Bir gün səsin kimi özün də gəlsən…

  • Fidan ABBASOVA.”Sevgi qəlbdə daşa dönür “

    fxa

    Sevgi qəlbdə daşa dönür
    ömür yazdan qışa çönür
    yanan şamda bir gün sönür
    dəyməz artıq boş gedişə
    alış çevrilər vərdişə……
    Bir baxarsan sabah axşam
    hər anında mən olmuşam
    düşünmüşəm, daşınmışam
    həyatında bir qarğışam
    Oxuduğun o kitabın
    sevmədyin cümləsində yazılmışam…
    Kimim var ki, dərdim deyəm
    kimim var ki, ? qəribsəyəm
    kimim var ki, deyəm- güləm
    unutma ki bu sevginin günhkarı mən deyiləm…
    İpə -sapa tikilmədi yolum mənim
    sən dünənim, mən dünənin
    çıxış yolum terk edənim
    sənsizlikdə axıdığım göz yaşlarımı silənim…
    isdəyirsən səndən hər gün eşq diləyim?
    İsdəmirəm , sürünməklə yaşamağı
    çarəsizlik anlarımda səssizlikdə ağlamağı- sızlamağı
    üsdün tutub qürurumla yaşamağı bacarıram
    sanma təkəm , bir dostum var təhnalıqdır
    onu səndən çox sevirəm bilsən niyə
    qoy tənhalıq bənzəməsin məndən sənə…..

  • Heç mənə lazım deyil… (yarı satirik, yarı tənqid, yarı gerçək)

    ge

    Oldum səndən ötür veyil,
    Heç mənə lazım da deyil,
    Yazdım, Səni tənqid etdim,
    Təhqir dolu cavab verdin…
    Heç mənə lazım da deyil…
    Çox istədim, qaldırım mən səviyyəni,
    Adam edim, kişi, qadın, mən səni, …
    Nadan qalmaq özün istədin, aciz insan,
    Yazmağımın xeyiri indi nədir?!
    Səndən yazıb vaxtımı mən sərf elədim,
    Heyif yazdıqlarımdan, heyif səndən…
    Qoyun kimi otarsınlar, insan olma, əsla..
    Sonrakı peşiman olmağının,
    Mənə yalvarmağının xeyri nədir?!
    Get gəz min oğlanla, yat, dur, xəstələn…
    Sonra bir lox tap, ona ərə getmə, evlən…
    Yüz dəfə qal hamilə, elə abort, sonsuz qal,
    Heyif çox gəncsən, heyif səndən…
    Ərin qoyun, özün it kimi qadın-q…..q!
    Demirəm daha kimsən, nəsən sən…
    Hər kəsə sal meylini, ərinə evdə, işdə
    buynuz çıxart, guya kişindir sənin?!
    Salın meylinizi nə pis şey varsa həyatda,
    Sonra ağla, şikayət et, yalvar-yaxar…
    Qurban verməyim sənə,
    tay-tuşlarına
    Günlərimi, aylarımı, illərimi,
    qal yana-yana…
    Yanıqsan onsuz da, nə kişi, nə də ki, qadın…
    Həyatının mənası pozğunluq, ehtirasın…
    Güzgüyə bax, tayım deyilsən sən…
    Mənə yazmağının indi xeyri nədir?!
    Heç mənə lazım da deyil,
    Yazmaq səndən, səni danlamaq,
    Onsuz da, olmayacaq səndən adam…
    Heç mənə lazım deyil, mənə lazım da deyil!
    Yoxdur dəyərin insan kimi…
    Satırsan bədənini, simanı sən
    Kim istəyir aldatsın, gəzsin, fırlansın,
    Soysun cibindəki pulunu, qoymasın 1 qara qəpik…
    Məhv elə həyatını, söy, təhqir et, göstər özünü…
    sənin şərhlərin, sənə cavab vermək,
    heç mənə lazım də deyil…
    Öz xoşunla seçdin bu həyatı, etdim seçimi…
    Sonra kömək istəməyinin xeyri nədir?!
    TV-yə çıxıb şou göstərməyinin xeyri nədir?!
    Yazdığın şərhlərinlə etdin mənə yaxşılıq,
    İndi daha sərt edəcəyəm tənqidimi yazar kimi,
    Onsuz da sənin kimisi, tay-tuşların,
    mənə verir yeni güc, mövzu, ilham…
    Əziyyət çəkmə, hoppanıb-düşmə,
    sən kimsən, nəsən ki?!
    Özünü mənlə bir tutma!
    Mən əsl insan, qadın, sənsə döşəmə cındırı…
    Çox adam tüpürüb üzünə, tapdalayıb keçib səni…
    Get eşşək kimi anqır, sonra tap tayını…
    Arxamca yüz söz deməyinin xeyri nədir?!
    Oldum səndən ötür veyil,
    Heç mənə lazım da deyil,
    Yazdım, Səni tənqid etdim,
    Təhqir dolu bir cavab verdin…
    Heç mənə lazım da deyil…

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının I hissəsi

    sefaqet-cavansirli

    Oxuduğum orta məktəb “ Xəzər” şadlıq sarayıyla üzbəüz binada yerləşirdi. Əslində, tibb universitetinin digər korpusunda bizə tələbələrdən sonra üçüncü mərtəbədə dərs deyirdilər. Hər birimizin dilində “ Qaçqın ” məktəbiydi.
    Məktəbdə oxuduğumuz günlərdən biri idi. Pəncərədən baxanda insanların toplaşdığının şahidi olduq. Hadisə yerində polislər də vardı.
    Sonradan bildik ki, binanın boşluq olan hissəsində təzə dünyaya gəlmiş körpə atılmışdı. O an hansı hissləri keçirdim, izah edə bilmirəm. Eyni sualları verirdim özümə: bu uşağın günahı nə idi ki, ata-anası və ya kimsə onu oraya qoyubsa vicdansızca mələk donundan çıxmayan körpəyə ölüm hökmünü verdi. Gücləri həyatın enişindən, yoxuşundan xəbərsiz körpəyə çatdı. (daha&helliip;)

  • Mövlud Mövludu doğum günü münasibətilə təbrik edirik! (15 Avqust 1989-cü il)

    mm

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, “Gənc Ədiblər Məktəbi”nin yetirməsini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti

  • Mayisə ƏSƏDULLAQIZI.”Sevgidən necə yazmayım?!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Məhəbbətin üzük qaşı,
    Adın ürəyimin başı,
    Olmamışam hələ naşı,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

    Sənsiz gündüzüm qaradı,
    Ürəyim para-paradı,
    Bilmirəm yerim haradı?
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

    Bəzəyirəm sevgi bağın,
    Mənəm ürəyə dayağın,
    Sevirəm bülbülsayağı,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

    Bu dünyada qoca-cavan,
    Sevgidi onlara qalan,
    Ey məni dillərə salan,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

  • Hikmət MƏLİKZADƏ.”Qəfil baltalama, adam, kötüyü”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Bəsdir gözlərimi qınağa çəkdin,
    Bu lal pərvanələr şamdan yıxılıb.
    Qonşu qız köçüncə, bir Allah bilir,
    Ruhum neçə kərə damdan yıxılıb.

    Çətiri islanıb tindəki qızın,
    Bir qapı açan yox, üstün quruda.
    Yazıq bu yağışdan qurtula bilmir,
    Gedə, yalqızlığın büstün quruda.

    Qəfil baltalama, adam, kötüyü…
    Tanrı ruzusudur kömür, adamçün.
    Qopur yuxuların qara layları,
    Keçmiş xatirədi ömür adamçün.

    Yuxular ölümün uşaq forması,
    Fələk meydan qurub közünün üstə.
    …Qaşların ağappaq ağarıb, gözəl,
    İki vergül qoynan gözünün üstə.

  • Şakir XANHÜSEYNLİ.Yeni şeirlər

    Da_001

    ÖZÜMƏ İTHAF

    Deyirsən hər işim daş daşımaqdı,
    Elə işsizlik də yorur adamı…
    Dişinlə bir qoz da qıra bilmirsən,
    Di gəl ki,dişsizlik qırır adamı…

    Hər anı,saatı şirin ömründə
    Acılıq duyursan hər saat,hər an.
    Boş bir yer tapmazsan ayaq qoymağa,
    Nə qədər istəsən boşluq taparsan…

    Dünyada yaşamaq çətinliyindi;
    Sevgini qazanmaq asandı sənin…
    Nə versən,alırsan qulaqburması-
    Kim deyir bazarın kasaddı sənin…
    (daha&helliip;)

  • Əziz MUSA.Yeni şeirlər

    em

    QALBDI BİZƏ

    adı ölməz igidlərin,
    bir sonu var bu dərdlərin,
    candan keçən şəhidlərin,
    şöhrəti qalıbdı bizə,

    başı qardı uca dağın,
    vüqarı var ucaların,
    ölüb gedən qocaların
    söhbəti qalıbdı bizə. (daha&helliip;)

  • “Zərrələr” Nizami yurdunda

    1

    2

    3

    Gəncə qədim şəhər olmaqla yanaşı Nizami yurdudur. Bu şəhər dəyərli insanlar və qələm sahibləri yetişdirib. Biz də 13.08.2015-ci il tarixində, dəyərlərimizə söykənərək “Zərrələr” mizi Gəncə mərkəzləşdirilmiş kitabxanasına təqdim etdik. MKS-nin direktor müavini Qədimova Fəridə xanım və digər işçilərlə görüşdük. Əvvəlki kitabxanalarda olduğu kimi kitaba baxış olunub, kitabxananın fonduna daxil edildi. Hər kitabxana ilə görüşdən bir təəssürat qalır. Hər kitabı oxumaq da insanın fikir məcrasını dəyişir. Ümidvaram ki, bu kitab da bölgələrdə oxunaraq düşüncələrin məcrasını yaxşı mənada dəyişməyə nail ola biləcək. Zərrələrə uğurlar!

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • Gülnarə İSRAFİLQIZI.”Namaz qılım”

    z

    Namaz saatıdır
    içimə gömmüşəm namazı
    dualarım bom boş
    bir qərib keçir ruhumun ölkəsindən
    ölkəmin bölgəsi
    bölgəmin ölkəsi cahillikdən xəstələnib.
    savadsızlıqdan məhdudlanıb.
    elm şərbətinin dadı zəhər dadır vərəqlərdə.
    adı saxtalaşıb
    saxtakarlıq ağuşuna alıb insanları.
    duzsuz, dadsızdı dünya.
    qardaşlıq siğəsinin ülviliyinə
    baxışlar didərginləşib,
    köntöyləşib.
    ölüb vurğunluğum
    insanların ikiüzlülüyündə.
    mənə bircə üzlü insan göstərin!
    o Allah adamının ətəyində
    namaz qılım.

  • “Zərrələr” Goranboyda

    zg

    zg2

    Zərrələr 12.08.2015-ci il tarixində qədəmini Goranboy rayonuna qoydu. Biz ilk olaraq müdir müavini ilə görüşdük onun iclası olduğu üçün işin icrasını MKS-nin kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Mustafayeva Təranə İbrahim qızına tapşardı. Kitanxanada fəaliyyət göstərən işçilərlə qısa görüşümüz oldu. Kitab haqqında müəyyən sualları cavablandırdıqdan sonra akt tərtib edilib, kitab fonda daxil edildi. Zərrələrə uğurlar!
    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • “Zərrələr” Bərdədə

    zb

    zb2

    Zərrələr 10.08.2015 tarixində Azərbaycanın dilbər guşələrindən olan Bərdə rayonuna qədəmini qoydu. Biz ilk olaraq, Bərdə rayon mərkəzi kitabxanasının uşaq şöbəsinin müdiri Süleymanova Sevda xanımla və digər əməkdaşlarla görüşdük. Kitab haqqında qısa məlumat verdik. Bu bölgədən üzvümüz olmadığına baxmayaraq kitab, yüksək səviyyədə qarşılandı. Keçirdiyimiz görüşdən sonra, Sevda xanımın məsləhəti ilə yenidən elektron kitabxanaya yollandıq. Müdriyyət məzuniyyətdə olduğu üçün bizi elektron kitabxananın baş kitabxana köməkçisi Quliyeva Fəxriyyə xanım qarşıladı. Fəxriyyə xanım yaxın günlərdə kitabın sərgilənəcəyi barədə məlumat verdi.Kitab fonda daxil edildi. Zərrələrə uğurlar!

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edirik! (14 Avqust 1989-cu il)










    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Ислам Проклинает Террор

    sayanaxanim

    Ислам – религия мира и благоденствия. Обязанность каждого истинного мусульманина – относиться ко всем людям с добром и справедливостью, бороться со злом и несправедливостью на земле.
    Терроризм – одно из самых страшных явлений нашего времени стоит во главе этих несправедливостей и жестокости.
    Терроризм избирает своей мишенью ни в чем не повинных людей. Безжалостно убивает детей. Лишает их отцов и матерей, оставляет их сиротами.Разрушает города, истребляет целые семьи, несет горе и боль миллионам людей.
    Терроризм нападает и на христиан, и на мусульман, и на иудеев.Но что самое страшное, террористы вершат свои зверства и дикость, прикрываясь именем Бога, оскверняя понятие веры в глазах многих людей.
    Нелюди, совершающие эти зверства, не могут быть ни мусульманами, ни христианами, ни иудеями.Даже если в графе вероисповедание у этих нелюдей написано «мусульманин», нельзя называть преступления, свершенные ими «исламским терроризмом».Как нельзя говорить о «христианском терроризме», если бы они выдавали себя за христиан, или же об «иудейском терроризме», если это совершит некто, выдающий себя за иудея.Ибо ни один истинно верующий, не зависимо от вероисповедания, не сможет убить невинного человека во имя своей веры.
    Всевышний Господь повелевает любовь, милосердие и мир… Террор же – полный антагонизм вере, он ставит свое целью беспощадность, насилие, убийства и страдание людей…
    Террор – этот метод трусливой борьбы безбожных людей и идеологий, будь то расизм, фашизм, коммунизм или иные далекие от религиозной морали системы。В Божественной вере нет и не может быть террора.
    Ибо сказано в Коране:
    … Аллах не любит беззаконников… ( Сура «Аль Имран», 3:140 )
    Аллах предупреждает тех, кто вершит бесчестие и зло, кто прибегает к террору и сеет раздор на земле об уготованной им каре:
    А тем, которые нарушают завет с Аллахом после того, как они заключили его, разрывают то, что Аллах велел поддерживать, и распространяют нечестие на земле, уготованы проклятие и Скверная обитель. (Сура «Ар Рад», 13:25)
    Повинуясь этому повелению Всевышнего все истинные мусульмане обязаны принять действенные меры борьбы с распространением террора.
    Долг каждого богобоязненного мусульманина перед Всевышним Аллахом показать людям всего мира, что Ислам – это религия мира, любви и благоденствия. Ислам Проклинает Террор!

  • Davamlı xoşbəxtlik imandadır

    rh

    Dünyanın yarısı narahat, bədbəxtdir. Bir çox insan yaşadığı ölkədən, işlədiyi iş yerindən, evindən, bəziləri ailəsindən, həyat yoldaşından, bəziləri başqa insanların varlığından narahatdır. Sevinc əskikliyi, kədər hakimdir. Bunun mənbəyi də bilinmir. Ona görə getdikcə artan bədbəxtliyin səbəbini çox vaxt iqtisadi çətinliklərlə əlaqələndirirlər. Ancaq bir də baxırıq ki, heç bir iqtisadi çətinliyi olmayan, dünyada sahib ola biləcək hər cür imkana malik olan bəzi insanlar bədbəxtliklərinə məğlub olub. Ya intihar edir, ya da narkotik maddə, içki aludəçisi olur. Deməli nə xoşbəxtlik, nə də bədbəxtliyin səbəbi insanların iqtisadi vəziyyətlərindən asılı deyil.

    Rəbbimiz bizi yaradarkən dünyanı, öz ruhumuzu, bədənimizi necə istifadə edəcəyimizə dair təlimatı da bizimlə birlikdə dünyaya göndərib. Bu Qurandır. İnsan Allahın bizə bildirdiyi şəkildə dünyada yaşamadıqda bütün sistemi pozulur. Bu pozulan sistem bizə əzab verməyə başlayır. Çünki Allah dünyanı yaradarkən hər şeyi bir nizam və ölçü ilə yaratdığı kimi, bizim dünyaya adaptasiya olmağımızı da ona görə yaratmışdır. Havanı yaradarkən nə qədər oksigenə ehtiyacımız olacağını.. Hüceyrələrimizi yaradarkən, hüceyrələrimizin nələrə ehtiyacı olacağını.. Ay, günəş, planetlər, ulduzlar, atmosfer kimi saymaqla bitməyən hər incəliyi Allah bir nizamla yaratmışdır. Kainatdakı ən kiçik bir disbalans, yaradılışına zidd nizamsızlıq dünyadakı nizamın də alt üst olması deməkdir.

    Allah Quranda da eyni şəkildə ruhumuzun nələrə ehtiyacı olduğunu, necə davranmaq lazım olduğunu və bunu etmədiyimiz təqdirdə necə bir əxlaqi pozğunluq baş verəcəyini, bu sistemin bizə necə əziyyət verəcəyini bildirmişdir. Yeni elektron bir cihaz aldığınızda istifadə qaydasını oxumadan o cihazı işlətsəniz, xarab olmasına səbəb olarsınız. İnsan ruhu da eynilə belədir. Ona görə Quranda təsvir edilən həyat və əxlaq qaydalarına tabe olmadıqda, hər mövzunu sevgi, şəfqətlə həll etmək əvəzinə nifrət, dava-dalaşla həll etməyə meyilli olduqda bədbəxtliyin yayılması labüddür. İnsanı xoşbəxt edəcək tək şey Allahın dininə tabe olmaqdır, insanın mənəviyyatı, imanı, dinidir.

    Dünya bəzilərinin iddia etdiyi kimi başı boş və məqsədsiz deyil. Dünya dənizləri, gölləri, dənizləri, çiçəkləri, ağacları, dağları, canlıları ilə birlikdə insanın qulluq vəzifəsini yerinə yetirib-yetirməməsinin sınanması üçün Allahın xüsusi olaraq yaratdığı imtahan yeridir. Kainat, kainatdakı bütün sistemlər, ulduzlar, planetlər, göy cisimləri də insanın Rəbbimizin böyüklüyünü və sonsuz qüdrətini görməsi və Onun gücünü təqdir etməsi üçün yaradılmışdır. Eyni şəkildə insanın dünya həyatı boyunca yaşadığı bütün hadisələr, olduğu bütün məkanlar, qarşılaşdığı bütün insanlar da insanın dünyada yaşadığı imtahanın bir hissəsidir. Allah insanın yaradılış və dünyaya gəlmə məqsədinin sınaq olduğunu bir ayədə belə xəbər verir:

    Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)

    İnsan bu imtahan mühiti içərisində hər an Allahın əmr və qadağalarını yerinə yetirməklə, Allahın razılığına uyğun hərəkət etməklə cavabdehdir. Allah bizim xoşbəxt olmağımızı istəyir. Özünün sevilməsini, bizlərin də bir-birimizi sevməyimizi istəyir. Dünyanın da, insanların da əsl yaradılış məqsədi sevgidir. Allahı sevmədən, Allaha qəlbən yaxın olmadan dünyada insanların rahatlıq tapması mümkün deyil, insanların bir-birini sevməsi mümkün deyil.

    Həyatımıza saysız-hesabsız gözəlliklər bəxş edən Allaha bizə verdiyi bütün imkanlardan istifadə edərkən təşəkkür etməmək olmaz. Allah bizim üçün meyvələr, tərəvəzlər, avtomobillər, evlər, texnologiya, televiziyalar, radiolar yaradarkən, həyatımıza bütün bu asanlıqları, gözəllikləri bəxş edən Allaha təşəkkür etməyi unutmaq olmaz. Əgər ruh bu qədər etinasız olsa, bədbəxtliyin bədənimizi bəla kimi bürüməsinə təəccüblənmək də olmaz. Dünyada iqtisadiyyat, incəsənət, elm hər şey pisə doğru gedir, intiharlar artır. İnsanlar üçün həyatın bir mənası qalmır. İnsanların ürəyi sıxılır, bir çoxu anti-depresan dərmanlar olmadan yaşaya bilmir. Bütün bunların yeganə səbəbi Allahdan uzaqlaşmaq, imandan uzaqlaşmaqdır, insanın yaradılış qayəsini yaddan çıxarmasıdır. Allah ondan uzaqlaşdıqda insanları çətinliklərin əhatə edəcəyini bir ayəsində belə xəbər verir:

    Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”. (Taha surəsi, 124)

    Vaxt varkən hər kəsin bizə saysız-hesabsız gözəlliklər bəxş edən, saysız yaxşılıqlar edən Allaha yönəlməsi, Allahı sevməsi və dünyaya xoşbəxtliyin hakim olması üçün Allahın Quran vasitəsilə bizə bildirdiyi bütün əmr və tövsiyələrinə əməl etmək lazımdır. Quranda bildirilən mərhəmət, şəfqət, bağışlayıcılıq, comərdlik zövqlüdür. İnsanları sevindirmək, bir kasıbı sevindirmək zövqlüdür. İnsanların xoşbəxtliyini, gözlərindəki parıltılı sevinci görmək çox zövqlüdür. Dünyanın tək problemi Allahın bizlərə Quran və peyğəmbərlər vasitəsilə bildirdiyi bu əxlaq bilgilərinin tətbiq olunmasındakı nöqsandır. Allaha iman gətirənlər və Onun yaratdığı qədərə iman edənlər üçün xoşbəxtlik daimidir. Gündəlik həyatlarında nə kimi çətinliklərlə qarşılaşsalar da, Allahı razı edəcək gözəl əxlaq xüsusiyyətlərindən heç vaxt güzəştə getmədən, qədərə təslim olduqları və sınaqdan keçdikləri dünyada yaşadıqlarını bildikləri üçün möminləri heç bir şey kədərləndirmir. İman edən bir insan üçün həyatı boyu “pis” kimi səciyyələndirəcəyi bir şey yoxdur. Əsl yurdun axirət olduğunu bilən, dünyada qarşılaşdıqları hər cür çətinliyin savablarındakı artım olduğunu bilən möminlər üçün xoşbəxtlik davamlıdır. Bu gerçəyi unutmaq həyatı öz əllərinizlə kabusa çevirmək deməkdir.

  • Şafa KAMİLLİ.”İstəmirəm…”

    sk

    İstəmirəm…
    Özümü unudmaq istəyirəm,
    İstəmirəm, xatırliyim,
    Mən yox olmaq istəyirəm,
    Düşünmək istəmirəm,
    Yaşamaq, mövcud olmaq,
    İstəmirəm,
    İstəmirəm…
    Unutmaq üçün nə elədim,
    Daha çox xatırladım,
    Kədərləlnmək istəmədim,
    Daha cox, kədərləndim…
    Ağlamaq istəmədim,
    Daha çox ağladım,
    Unudmaq istiyəm,
    Özüm özümü,
    Düşnmək istəmirəm,
    Mövcud olmaq istəmirəm,
    İstəmirəm…
    İstəmirəm…
    İstəmirəm…

    10.08.2015.

  • Günel NAZİM.”Ağqoyunlu dövlətinin Azərbaycanda rolu”

    gn

    Azərbaycanın təşəkkülündə bir sıra dövlətlər öz imzasını atmışdır ki, bunlardan biri də Ağqoyunlu dövləti olmuşdur. Buna baxmayaraq Ağqoyunlu dövləti dərindən oyrənilməmiş və Azərbaycan haqqında – Ağqoyunlu dovletinin heyatimizda oynadigi bilgilər zəifliyi ilə secilmisdir. Sovet dövrü özünü demək olar ki, tariximizdə olduğu kimi tədqiqatimizdada göstərmişdi. Buna göre də, soydan qardaşımız Turkiyədə Ağqoyunlu dövlətinin araşdırılmasına xüsüsi diqqət və maraq olmuşdur. İlk sualımız belədir. Ağqoyunlu adı haradan yaranıb? Bu suala cavab tapmaq üçün yuxarıdada qeyd eildiyi kimi Türkiyə tarixçilərinə diqqət ayrılsada onlar arasındaki fərqli düşüncə, fikir müxtəlifliyi bizim bu sual üzərində hələ çox düşündürməyə və araşdırmaga zaman verəcəkdir. Ən əsaslı və nəzərə çarpacaq araşdırma totemlərlə bağlıdır ki, Türklərin totemə inamı olub olmadığı sual altındadır. M. X. Yınançın araşdırmasına əsaslanaraq demək olar ki, Ağqoyunlular qədimdən totemə inanmış islami qəbul etsələr belə bu inamlarına sadiq qalaraq bayraqlarına belə əks etdirmişlər, qəbr daşları belə qoç heykəlləri şəklində olmuşdur. Osman Turanda Yınançın fikrini təsdiqləmiş tarixçilərdəndir. Avropa tarixçisi Dögini də qeyd edir ki, Ağqoyunlu onların bayrağındakı ağ qoyun rəsmindən gələn addır. Bir sıra Türkiyə və Azərbaycan tarixçiləri bunu təsdiq etsədə yeni araşdırmalar buna hec bir əsas vermir. Totemlər fikrində biz Oğuznamələrə müraciət edərək belə qərara gələ bilərik ki, soykökümüz olan Oğuz türklərində totemin izləri belə olmayıb. Çünki orada Oğuz övladları arasında qoç payının aparılmasını görürük və aydındır ki, bir xalq totemi olan heyvanını nə yeyir nə də ona xələ gətirir.gətirir.Bu da yuxarıdakı alimlərin fikrini tamamən səhv olduğunu göstərir. Bu tayfanın adını bayrağdakı ağ qoyundan alması da heç də həqiqətə uyğun deyildir. Azərbaycan tarixçiləndən Ş. Q. Səfəroğlu, Ə. Müdərrisoğlu, E. Q. Mehrəliyev isə Ağqoyunlu adını coğrafi cəhətlə bağlamağa çalışırlar. Belə göstərirlər ki, Qoyunlu(hun) türklərinin Anadolunun cənubunda yerləşmiş boyları “Ağqoyunlu” , Şimalda yerləşmiş boyları isə “Qaraqoyunlu” adlanır. Bunlar bu fikri qədim türklərin quzeyi qara, güneyi qırmızı, batı ağ, doğu göy adlandırmasından çıxış edərək yazdıqları açıq aşkar ortadadir. Sonda isə qeyd etmək istəyirəm ki, orta məktəb dərsliklərində və bəzi tarixçilərin bizə göstərdiyi ağ qoç şəkilli bayraq tamamən yalnışdır. Sübut olaraq , Topqapı Saray Muzeyində saxlanılan və Uzun Həsənə aid olduğu göstərilən ağ bayraq üzərərində qoyun rəsminin olmadığı, Bayandur damğası və “Sultan Həsən Bayandur” yazısınin olduğunu göstərə bilərik. Daha başqa sual bizi düşündürür: Ağqoyunluların mənşəyi…
    Bu sualda müxtəlifliyi ilə tarixdə özünə yer açmışdır. Bu tayfanın Azərbaycanda məskunlaşması haqqında, mənşəsi haqqında Türkiyə tarixçiləri əsaslı araşdırmalar aparmışlar. Azərbaycan tarixçilərinin belə qəbul etdiyi fikir Osmanlı qaynaqlarına əsaslanır. Bu qaynaqda Ağqoyunluların XIII əsrin sonunda Orta Asiyada Azərbaycan və Şərqi Anadoluya gəldikləri göstərilir. M. X. Yınanç isə bu fikiri qəti qəbul etmir. Onun fikrincə isə Ağqoyunlular Azərbaycan və Anadoluya Oğuz xanın dövründə gəldiklərin göstərmişdir. Qazi Əhməd Qaffari, Heydər Razi, İbrahim Hərir də bu fikrə uyğun olaraq Ağqoyunluların çox qədimdən bu ərazilərdə yaşadıqlarını demişlər. Mənşə haqqında ən mühüm məlumat isə Əbubəkr Tehrani “Kitabi-Diyarbərk” əsərində verir. Müəllif Ağqoyunluların Oğuz elinin Bayandur boyundan bir sülalə olduğunu göstərir. Bunu təsdiq edən isə 1470 ci ildə Uzun Həsənin şahzadə Bəyazidə yazdığı məktubdur. Məktubda deyilir: “Uzn illər Manqışlaq, Xarəzm və Türküstan hüdudlarında yaşayan Bayandur xanın qəbilə və adamları, Bayat və Oğuzlar bizim xöşbəxt dövlətimizin himayəsi altına sığınıb xilas olmuşlar”
    X. Koroğluda Bayandur qəbiləsinin Diyarbəkirə köçərək güclü Ağqoyunlu dövləti yaratdığını yazır. Ağqoyunlular mənbələrdə çox zaman “Bayanduriyyə” kimi təqdim edilir. Bəzi Türkiyə tarixçiləri onların Şəqri Anadoludan Azərbaycana köçdüyünu yazsada bu yalnişdir onlar əksinə olaraq ilk Azərbaycanda yerləşmiş Monqol istilası zamanı Anadoluya köçmüşlər.
    Belə qənaətə gəlmək olar ki, Türklər Qaraqoyunlu və Ağqoyunluların varisləridir. Bu fikri Faruk Sumerində qeyd etdiyi heç danılmazdır.

    Mənbələr

    T. H. Nəcəfli- Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Baki2012
    E. Tehrani-Kitabi Diyarbəkriyyə. Ankara 2001
    Faruk Sumer Ankara 1962- 1964
    Rəşiddəddin Oğuznaməsi. İstanbul 1972
    T. H. Nəcəfli- Ağqoyunlu tayfalarının mənşəyi problemi Türkiyə tarixsunasliqinda. “Tarix” 1992

  • Şəhanə CƏFƏROVA.”Yalansız sev məni!”

    sehanexanim

    Yalansız sev məni!
    Sənin üçündə çox çətindir
    Sevgi dəryamız bilirəm çox dərindir
    Mənə bədbəxtlik yox, xoşbəxtlik paltarnı geyindir
    Sevirəm səni səndə yalansiz sev məni!
    bu sevgini boş inada satma
    məni gözləri yaşlı atma
    Gəl ucuz dünyada sevgimizi səndə ucuz tutma!
    Sevirəm axı səndə yalansız sev məni!
    Sevgimiz nümunə olsun sevənlərə
    Hər zaman xoşbəxt olub xoşbəxt görünək bizi görənlərə
    əbədi məhəbbətlə ucalaq göylərə
    Sevirəm səni səndə yalansız sev məni!
    Başqa sözə ehtiyac yoxdur!
    Mənim sevgimin səndən başqasına ehtiyac yoxdur!
    Axı səndə bilirsən bizim sevgimizi istəməyənlər çoxdur.
    Səni çox sevirəm səndə yalansız sev məni!

  • Abdulla MƏMMƏD.”Gözlərim şehlənir yol gözləməkdən”

    yt

    Duman sıpər çəkir sən gedən yola,
    Ağrısı, acısı sinəmdə qalır.
    Əksin həsrətimlə gəzir qol-qola,
    Yaxşı nəyimiz var dünəndə qalır.

    Sən gedən yollarda səbrim daralır,
    Gözlərim şehlənir yol gözləməkdən.
    Əsəbim yolları gözümdən salır,
    Özümdən bezirəm özüm də bəzən.

    Özümdən qaçıram özüm olunca,
    Qapına gəlməyə üzümdə gəlmir.
    Həsrətin əlində gözüm oyuncaq,
    Yollardan yığışıb gözüm də gəlmir.

    Sən məni tərk edib getdiyin gündən
    Yollar qənşərimə əliboş çıxır.
    Sözüm dərd üyüdür…Özüm bu gün də
    Hara əl atıram, əlim boş çıxır.

    Həsrətdən alışır yolların üzü,
    Od tutub yanıram hey için-için.
    Necə bu yollardan əlimi üzüm-
    Gözümün söz yaşın bu yollar içir…

    Bir də görəcəkmi gözlərim səni,
    Bir də güləcəkmi baxışlarımız.
    Gecə də, gündüz də gözlərəm səni
    Təki- çiçəkləsin eşq baharımız!

  • Fidan ABBASOVA.”Hara getsən sanma dogru gedirsən”

    fax

    Həyat dostun olsa sənin ürəyin
    hara getsən sanma dogru gedirsən
    gözlərinlə görmədiyin mələyin
    sanki görüb günü-gündən sevirsən…

    Heç bilmirsən içindəki şeytanın
    dərdi nədir sənlə uzun yoldasan
    qəlbindəki bəslədiyin insanın
    yaratdığı ən məşhur əsərisən…

    Barmaq deyil əldir səni gəzdirən
    yetər ki sən bu dünyadan incimə
    bu həyatda səni daim bezdirən
    şərik olur duyduğun sevincinə…

    Kaş muradım sən olaydın ay Fidan!
    ruhum sənin mələyinlə bəzənsin
    gecə-gündüz sevib səni hər zaman
    ruhum sənlə öz dünyamda gəzinsin…

  • Günel ƏJDƏRQIZI.”Donmuş barmaqlar”

    gunelxanim

    Səhərin açılmasına hələ çox qalmışdı. Hava çox soyuq idi. Dünəndən bəri aramsız yağan qar hər tərəfi ağ örpəyə bürümüşdü. Fərəc kişi əllərində tutduğu ağır zənbillərlə küçəni üzü yuxarı qalxırdı. Qış tətilini başa vurmuş qızı Aytacı yenidən rayondan Bakıya kirayə qaldığı mənzilə aparırdı. Əllərində əlcək olmadığından arabir dayanır, zənbilləri yerə qoyaraq barmaqlarını ovuşdurur, sonra yenidən yoluna davam edirdi. Qar dənəcikləri sürətlə üzünə çırpılaraq onun yeriməsini çətinləşdirirdi. Tez-tez çevrilərək özündən bir-iki addım arxada addımlayan qızına nəzər yetirirdi. Övladının üşüdüyünü düşünürdü. O, bir anlıq dayanaraq Aytacın əlindəki balaca zənbili də öz əlinə aldı və bərk – bərk tapşırdı: “Əllərini paltonun cibinə sal. Evə çatana kimi çıxarma. Barmağların dona bilər”.

    Yol uzandıqca zənbillər onun soyuqdan donmuş barmağlarını bıçaq kimi kəsirdi. Barmağları keyimişdi. Fərəc kişi bunların fərqinə varmadan düşünə-düşünə qürurla yoluna davam edirdi. Aytac bu il ali məktəbi bitirirdi. Müəllim olacaqdı. Atasının davamçısı olduğu üçün qızını ürəyində alqışlayırdı.

    Mədəsində kəskin ağrılar vardı. Neçə saat idi ki, ac idi. Avtobus yolda yeməkxananın yanında saxlayanda qızına yemək üçün müəyyən şeylər almışdı. Özü üçün xəsislik etmişdi. Qızına kirayə ev üçün pul, əlavə aylıq cib xərcliyi verməliydi. Özlüyündə puluna qənaət etmiş olurdu. O yeməsə də olardı. Təki qızı ac qalmasın. Aytac yeyərkən nə qədər israr etsə də, “toxam” deyib heç nəyə əl vurmamışdı. “Qoy balam doyunca yesin”- deyib aclığını biruzə verməmişdi.

    Qızı başını onun qollarına söykəyərək yuxulamış, o isə onu oyatmamaqdan ötrü səhərə kimi qolunu tərpətməmişdi.

    Yol yorğunluğu bir yandan, soyuq da bir yandan….

    Mənzil başına çatanda Fərəc kişi taqətdən düşdüyünü hiss etdi. Qızı qapını açan kimi özünü güclə içəri saldı və sobanın yanındakı kresloda əyləşdi. Bir anlıq gözləri qaraldı. Aytac sobanı yandırıb arxaya çevriləndə atasının bənizinin ağardığını, halsız olduğunu gördü. Göz yaşlarının saxlaya bilmədi. Aytac özünü itirməyərək cəld isti su gətirərək atasının ayaqlarını suya qoydu. Yun adyal ilə onu bürüdü. Atasının soyuqdan donmuş barmağlarını əllərinin içinə alaraq ehmalca ovuşdurmağa başladı. Barmağlar soyuqdan qıp-qırmızı qızarmışdı. Bir az keçdikdən sonra isti suyun təsirindən barmağlar sanki canlanmağa başladı. Fərəc kişi qızının canfəşanlıqla onun əlini ovxalamasını görərək kövrəldi. Atasının özünə gəldiyini görən Aytac “Ata, elə bildim soyuqdan donmusan, barmağların bükülmürdü, sandım ki…..”- sözlərinin arxasını gətirə bilməyib hönkürdü.

    Fərəc kişi əlləriylə qızının saçlarını oxşadı:

    Qızım, ölüm haqdır. Hamımız bu dünyada qonağıq. Zamanı gələndə köçüb gedəcəyik. Sən cavansan, oxumusan. Əminəm ki, mən ölsəm də yolumu davam etdirəcəksən. Şərəfli müəllim olub, xalqımızın övladlarına yazmaq, oxumaq öyrədəcəksən. Çünki, onlar bizim sabahımızdır.

  • Allahşükür AĞA.” Anlamaz”

    1424249538_sekil

    Torpaq cücərdər sirrini,
    Torpaq sirrini saxlamaz.
    Söylə qanana dərdini,
    Qanmaz dərdinə ağlamaz.

    Həqiqət ölür dillərdə,
    Ədalət yoxmuş illərdə,
    Tapdaqda qalan ellərdə,
    Bulaqlar axar, çağlamaz.

    Qəlbimi isitmir közüm,
    Yollarda köhnəlir izim,
    Vətənsiz gülərmi üzüm?
    Vətənli bunu anlamaz…

  • On bir ayın sultanı – Ramazan

    nkx

    Artıq Ramazan ayındayıq, on bir ayın sultanını sevinclə qarşılayır və yaşayırıq. Hər bir müsəlman üçün bizə hidayət rəhbəri olan Quranın endirildiyi bu ayı yaşamaq xüsusilə zövqlüdür və böyük nemətdir. Ramazan ayı həm ibadət ayıdır, həm də bir çox yönü ilə təfəkkür ayıdır. Allah Quranda Ramazan ayı ilə bağlı belə bildirmişdir:

    İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

    Hər şeydən əvvəl bu ay sevgi, qardaşlıq və sevinc ayıdır bizim üçün, bütün dünyadakı müsəlmanlar üçün. Tək Allaha inanan, Peyğəmbərini qəbul edən və həyatında rəhbər kimi Quranı əsas götürən müsəlmanlar iftar və sahur süfrələrində bir araya gəlirlər, görüşürlər və bir yerdə oturub Allahı zikr edirlər. Başqa vaxtda fərqli işləri olsa da, müsəlmanlar üçün ramazan süfrələrində bir yerə gəlmək, əlbəttə ki, böyük sevincdir. Bu da onlar arasında sevgini və qardaşlığı daha da artırır, aralarındakı birlik bağını daha çox gücləndirir. Sözsüz ki, birlik, qardaşlıq, həmrəylik Allahın bütün müsəlmanlardan istədiyi davranışlardan biridir.

    Digər tərəfdən, Ramazan ayında oruc tutmaq, səhərdən axşama qədər ac və susuz qalmaq səbir tələb edir. Deməli, bu ay bizim üçün səbir ayıdır. Allah Ramazan ayı vasitəsilə səbrimizi gücləndirir. Kənardan baxanda müsəlman olmayan bəzi insanlar üçün çətin gələ bilər oruc tutmaq. Ancaq Allahın buyurduğu bu ibadəti müsəlman sevə-sevə edir. Allahın razılığını qazanmaq üçün bildirilən vaxtlarda sevinc və şövqlə ac-susuz qalır. Çünki əsl müsəlmanın enerjisi yediyi yeməklərdən deyil, ruhunda Allaha bəslədiyi iman və sevgidən qaynaqlanır. Əlbəttə, bu, gün boyunca aclıq və susuzluğa səbir etmək deyil, eyni zamanda, təvəkkül etməkdə, gözəl söz söyləməkdə, əsəbiləşməməkdə, bir sözlə, Allahın Quranda bildirdiyi bütün ibadətləri həyata keçirməkdə səbir etməkdir. Allah üçün gün boyu ac və susuz qalan insan həm də ruhən güclü olur, özünə inam qazanır, əxlaqındakı çatışmazlıqları da düzəltməkdə özündə güc tapır.

    Ramazan həm də şükür ayıdır, Allahın verdiyi nemətlərə yenidən və qəlbən şükür etmək ayıdır. Gün boyunca ac və susuz qalan müsəlman iftar süfrəsinə oturanda gördüyü nemətlərin nə qədər dəyərli olduğunu xatırlayır. Bəlkə də, digər aylarda yeyib-içdikləri ona adi və normal gələ bilər, sanki bütün bunlar olmalı imiş kimi… Ancaq aclığın və susuzluğun nə olduğunu bilən müsəlman üçün bu nemətlərin dəyəri daha çoxdur artıq. İndi isti günlərdə yaşayırıq ramazanı. Axşam süfrəyə oturanda gördüyümüz nemətlərdən sadəcə bir neçəsini gözdən keçirək. Məsələn, qapqara torpaqdan çıxan şirin və sulu qarpız, yemiş, fərqli dadlara məxsus gilas, gilənar, çiyələk, alça və s. Dünyadakı bütün alimlər bir yerə gəlsələr belə, bu nemətlərdən birini belə yoxdan hazırlaya bilməzlər. Yaxud da suyu götürək. Gün boyu susuz qalan bir insan üçün su necə böyük nemətdir… Baxmayaraq rəngsiz və dadsızdır, ancaq bizim üçün necə əvəzedilməz bir nemətdir, su olmasaydı, nə edərdik, həyatımızı necə davam etdirə bilərdik?! Əlbəttə ki, bunlar mənim təfəkkür edərək yazdığım çox az nemətlərdir, siz süfrəyə oturarkən Allahın sizə bəxş etdiyi nemətləri yenidən və dərin-dərin düşünün.

    Məqaləmi bir də dünyada əziyyət çəkən müsəlmanları yad edərək yekunlaşdırmaq istəyirəm. Yəqin ki, bir çoxunuz Şərqi Türkistanda bu gözəl ayda əziyyət çəkən müsəlmanları görmüşsünüz, eləcə də Suriyada, İraqda, Misirdə, Nigeriyada və s. Bu da müsəlmanların Quran əxlaqının bir gərəyi olaraq birləşməyinə və qardaş olaraq yaşamağına nə qədər ehtiyacın olduğunu göstərir. Allah ən qısa zamanda o günləri görməyi nəsib etsin. Dualarımızda onları unutmayaq!

    Nərmin Kərimzadə

  • Tərslik, sıxıntı və ya çətinliklər əslində bir hədiyyədir

    rh

    Bəzi insanlar baş verməsini istəmədikləri hadisələrə tərslik deyirlər. Ancaq bu insanlar baş verən bir hadisəni «tərslik» kimi qəbul etsələr də əslində ən doğrusu qədərdə o hadisənin tam olaraq o şəkildə olmasıdır.

    Müəyyən bir vaxtda biri ilə görüşəcəksiniz, amma vaxtında gəlməz. Çox gözəl bir iş görərsiniz, amma qarşınızdakı insan bunu layiqincə qiymətləndirməz. Çox əmək sərf edərək qarşınızdakı insana bir gözəllik təqdim edərsiniz, həmin insan bunu heç fərq etməz. Saatlarla bir yeri təmizləyib çox mükəmməl hala salarsınız, biri gəlib çirklədər. Yuxunuz var, amma biri düşüncəsiz şəkildə səs-küy salar. Çox təcili olaraq birindən kömək istəyərsiniz, həmin insan sizi yaddan çıxarar. Vacib bir şey əmanət edərsiniz, qarşınızdakı insan onu itirər.

    İllərlə universitet imtahanına hazırlaşarsınız, son gün o saatda xəstələnib imtahana gedə bilməzsiniz. Yeni paltar alıb geyinərsiniz, anidən üstünə bir şey tökülər. Alış-verişə gedib keyfiyyətli bir məhsul alarsınız, evə gəldikdə aldadıldığınızı anlayarsınız. Çantanıza yüksək məbləğdə pul qoyarsınız, biri gəlib pul kisənizi oğurlayar. Maşın sürərsiniz, biri gəlib sizi vurar. Yaxud da tələsirsiniz, amma tıxac olduğundan saatlarla gedəcəyiniz yerə gedib çata bilməzsiniz. Bir yaxınınız anidən xəstələnər, amma təcili yardım saatlarla gələ bilmədiyi üçün xilas ola bilməyib vəfat edər. Müalicə almaq üçün xəstəxanaya gedərsiniz, amma ehtiyatsızlıqdan başqa mikrob düşər və yeni xəstəliyə tutularsınız…

    Bir çox insan bu kimi tərsliklərə görə zərər çəkdiyini düşünür və ya bunların səbəbkarının başqaları olduğunu zənn edir. Əsəbləşir və əsəbini həmin təqsirkar gördüyü insanın üstünə tökür.

    Bu kimi hallarda bu insanların ya birbaşa üzlərinə, ya da arxalarından deyinirlər. Sanki həmin insan o xətanı və ya düşüncəsizliyi etməsəydi, hər şeyin istədikləri kimi baş verəcəyini zənn edirlər. Halbuki bu o qədər böyük yanılqıdır ki, insan bu gerçəyi qavrasa, bütün həyata baxışı başdan sona tamamilə dəyişəcək.

    İman olmadıqda insan hüznə və ümidsizliyə məhkum olur

    Gün ərzində insanları kədərləndirən, əsəbləşdirən, tərslik deyilən hadisələrin hikmət və xeyirlərini Allah o anda göstərsə, insan kədərlənməyin nə qədər yanlış olduğunu anlayacaq və əksinə sevinc içində olacaq. Qədər insana bütün olaraq göstərilsə və ya tərslik kimi görünən hadisələri qədərdə görmüş olsa, baş verənlər üçün kədərlənməyəcək.

    İnsanların çoxu doğum, ölüm, əcəl, ruzi kimi mövzulardan başqa hadisələrin (haşa) qədərdə olmadığını, tərslikdən, tədbirsizlikdən meydana gəldiyini, dolayısilə də qədərlə əlaqəli olmadığını düşünürlər. Halbuki bu yanılqı onları qədərdə təsbit edilmiş hadisələrə qarşı üsyana aparır, onların kədərlənmələrinə səbəb olur. Bundan başqa bütün hadisələri əlehlərində dəyərləndirmələri də onlara əzab verir. Bunun nəticəsində də duyğusal insanların şən halları çox qısa və anlıq olur. Bir şeyə çox sevindikdən qısa müddət sonra kədərlənəcəkləri bir şey düşünüb yenidən bədbin ruh halına geri qayıdırlar.

    Bütün bunlar din əxlaqına görə yaşamamanın qaçınılmaz nəticələridir. İman olmadığında insan hüznə və ümidsizliyə məhkum olur.

    Allah insanı dünyada bəzi sıxıntı və çətinliklərlə imtahan edə bilər. Ancaq mömin Qurandan xəbərsiz insanlar kimi, Allah’ın imtahan üçün yaratdığı sıxıntılar qarşısında kədərə və bədbinliyə qapılmaz, duyğusallaşmaz. Çünki bilir ki, Allah onun bu sıxıntı qarşısında necə davranacağını yoxlayır. Bu gerçəyi bilən bir müsəlman üçün sıxıntı, çətinlik və ya tərslik yoxdur. Hətta bunların hamısı ona Allahdan bir hədiyyədir. İmanının artmasına, təvəkkülün gözəlliyini, qədərin komfortunu yaşamasına səbəbdir.

    Bir toz zərrəsi belə Allahın xəbəri olmadan hərəkət edə bilməz

    Dünyada olan hər şey yalnız Allah istədiyi üçün baş verir. Əgər bir insanın həyatı boyunca yaşadıqları bir video kasset kimi düşünülsə, necə ki, bu videonu hər seyr etdiyimizdə mütləq eyni görüntülərlə qarşılaşırıq, insan həyatının da bundan fərqi yoxdur. Belə ki, bu film yüzlərlə il qorunub saxlansa, yüzlərlə il sonra yenidən video seyr edilsə, eyni film olacaq. İnsanın ömür boyu yaşayacaqları da bunun kimidir. Əsla dəyişməz bir bütündür. Əgər bir insanın gedəcəyi yerə gecikməsi lazımdırsa, mütləq gecikəcək. Bunun səbəbi nəqliyyat ola bilər, xəstəlik ola bilər, unutqanlıq ola bilər. Amma nəticə əsla dəyişməz. Eynilə ölüm vaxtı gələn bir insanın ölümünə də heç bir şey mane ola bilməz. Təcili yardım gecikə bilər, yol nəqliyyat hadisəsi baş verə bilər, həkimin ehtiyatsızlığı ola bilər. Amma bu nəticə mütləq baş verəcək. İnsanın gün ərzində qarşılaşdığı hadisələrə qarşı baxışı çox fərqli olmalıdır. Əgər bir insanın pul kisəsi oğurlanırsa, deməli o insanın o pula sahib olmaması lazımdır və Allah bunun üçün bir səbəb yaradıb. Əgər universitet imtahanına gedə bilmirsə, deməli Allah o il həmin insanın universitetə qəbul olunmamasını, başqa bir şeylə məşğul olmasını istəyib. Əgər qarşı tərəf gecikdiyi üçün görüş baş tutmursa, bu, Allah bu görüşün olmamasını istədiyi üçündür.

    Allah istəmədikcə heç kim gecikə bilməz, heç kim unuda bilməz, heç kim ehtiyatsızlıq edə bilməz, heç kim bir şeyi yanlış anlamaz, heç kim verilən əmanəti itirməz, heç kim nəqliyyatda tıxac yarada bilməz…

    Bu mövzuda ancaq bir şeyi bilmək lazımdır: «İnsanın başına gələn hər hadisəni yaradan Allahdır» və «Allah olmalı olacaq bir şey üçün mütləq bir səbəb yaradır». Ancaq bu səbəb əsla öz-özünə meydana gəlmir. Allah istəməsə, heç kimin bunu edə biləcək gücü yoxdur. Rəbbimiz Quranda bu gerçəyi bu şəkildə bildirir:

    Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən Allah biləndir, hikmət sahibidir. (İnsan surəsi, 30)

    Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz! (Təkvir surəsi, 29)

    “… Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır.” (Saffat surəsi, 96)

  • İslam ölkələrindəki şəriət Qurana uyğundurmu?

    nk

    İslam dedikdə çox insan hal-hazırda bir çox ölkədə yaşanan şəriətləri düşünür. Halbuki Qurana əsaslanmayan, adət-ənənələrə və uydurma hədislərə əsaslanan şəriətlə Qurandakı şəriət eyniləşdirilə bilməz. Əgər dünyada İslam şəriətinə uyğun idarə olunan bir ölkə olsaydı, Quranın “Dində məcburiyyət yoxdur” hökmünə əsasən, tam demokratiya yaşanardı. Mal-mülk hərisliklə yığılmaz, Quranın yoxsulu qorumağa və öz nəfsindən əvvəl qardaşının nəfsini düşünməyə təşviq edən gözəl hökmünə əsaslanan həyat tərzi hakim olardı. Həyat standartları yüksək və keyfiyyətli olardı. Elm və incəsənətə yüksək dəyər verilərdi. Heç bir irqi və dini ayrı-seçkilik olmadan bütün millətlərə sevgi və şəfqətlə yanaşılardı. Söz və fikir azadlığı olardı, lakin əsla təhqirə, şiddət və təzyiqə yol verilməzdi. Quranın “kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür” xəbərdarlığına əməl edilərdi. Müsəlman olduğunu iddia edənlər digər məzhəbdən olanları asanlıqla öldürməzdi.

    Lakin hal-hazırda İslam şəriəti yaşanan ölkələrin heç birində bu sistem demək olar ki, yoxdur. Çünki hazırda şəriət adı altında yaşanan sistem Qurandakı İslam şəriəti ilə idarə edilmir. İslamın şəriətini yaşamaq üçün dini bütün xurafatlardan təmizləmək və Quranda təsvir olunan şəriətə uyğun yaşamaq lazımdır. Bunun üçün İslam şəriəti ilə idarə olunan ölkənin rəhbəri xurafatlara deyil, tamamilə Qurana uyğun qərarlar qəbul etməlidir. Qurana tabe olan müsəlman lider özündə üç əsas xüsusiyyəti birləşdirməlidir: şəfqətli, demokratik və ədalətli olmalıdır. Bu liderə nəinki xalq, qonşu dövlətlərin də liderləri daima etibar edər. Quran əxlaqına yiyələnmiş müsəlman liderin himayəsində yaşayan insanlar demokratiyanı indiyə qədər yer üzündə tətbiq olunmamış ən mükəmməl şəklini görə bilərlər. Heç kimə məcburi şəkildə islami məsuliyyətlər yüklənməz, hər kəs öz inancına görə sərbəst hərəkət edər.

    Qurandakı İslama əsasən, hər kəslə bərabər və ədalətli rəftar edilər. Bəzən müsəlmanların öz əleyhinə yaranan vəziyyət olsa da, “Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” ayəsinin tələbi ilə ədalət mütləq bərpa olunar.

    İslam dininin mənbəyi Quran olduğu üçün şəriəti də Qurandan öyrənmək daha doğru olar. Hal-hazırda İslam şəriəti ilə idarə edildiyini iddia edən dövlətlərin Qurana nə qədər uyğun olduğuna baxmaq lazımdır. Belə ki, Quranın bizə ədaləti, demokratiyanı, azadlığı öyrətdiyi halda İslamı məcburi şəkildə qəbul etdirməyə çalışan, öz məzhəbindən olmayanları asanlıqla öldürən, Quranda olmayan hökmləri tətbiq etdirməyə çalışan ölkələrdəki şəriətin Qurana əsaslanmadığı aşkar görünər. Lakin Quranın bizə göstərdiyi yola tabe olsalar, sevginin hakim olduğu, heç kimin inanc azadlıqlarının məhdudlaşdırılmadığı, hər kəsin bolluq içində yaşadığı cəmiyyət yaranar. Qurana əsaslanan İslam şəriətində xurafatlara yer olmadığı üçün radikalizm də aradan qalxar. Xurafatlara əsaslanan şəriətin əvəzinə Qurana əsaslanan dini maarifləndirmə isə İslamı vəhşət dini kimi göstərməyə çalışanlara çox gözəl cavab olar.

    Nərmin Kərimzadə

  • Ateizmin pionerlərindən- Darvin

    re

    19-cu əsrin ortalarında din və elm bir-birinin ayrılmaz parçası idi və heç kəs birini digərindən ayırmağa təşəbbüs də göstərə bilməzdi.

    Ateizmin pionerlərindən- Darvin

    19-cu əsrin ortalarında din və elm bir-birinin ayrılmaz parçası idi və heç kəs birini digərindən ayırmağa təşəbbüs də göstərə bilməzdi. Bu dövrlər ateizm üçün ən uğursuz vaxtlar sayıla bilərdi və dövrün Riçard Ouen, Qreqor Mendel, Tomas U. Cons, Lui Paster kimi elm adamlarının hamısı öz böyük nailiyyətlərilə birgə, həm də dinə bağlılıqları ilə məşhur idilər. Belə bir dövrdə, əslində, heç bir elmi dərəcəsi olmayan Çarlz Darvin adlı həvəskar bir səyyah ortaya çıxarıldı. O, 20-ci əsrin ateizm pandemiyasına öndərlik edəcəkdi.

    Doğrudur, Deni Didro və Holbax kimi materialistlərin orta əsrlərdəki ateizm yönümlü fəaliyyətlərini görməzdən gəlmək olmaz, lakin Darvinə qədər ateizm “elmi təməl”dən məhrum qalmağa davam etmiş, fəlsəfi çərçivədən kənara sıza bilməmişdi. Maraqlıdır ki, adını çəkdiyim ateistlərin müasiri olmuş Erazm Darvin isə daha orijinal bir fikrə- ilk ibtidai “təkamül” düşüncələrinə müəlliflik etmişdi, bu irsi sonradan öz nəvəsinə- Çarlz Robert Darvinə ötürəcəkdi. Darvin isə bu ailə mirasına elə hərisliklə sahib çıxdı ki, artıq elm dünyası ateizmlə, könülsüz də olsa, tanış olmağa məcbur idi…

    Darvinə və Darvindən də uzun bir müddət sonraya qədər kainat sonsuz hesab edilirdi və heç bir materialist “kainatı kim yaradıb?” sualını soruşmağa nəfəs də hədər etmək istəməzdi. Lakin canlı aləm- bitkilər, heyvanlar, gözlə görülməz bakteriyalar və tarixdə yaşamış əzəmətli canlılar üçün eyni düşüncəni yürütməz olmazdı. Onların bir başlanğıcı var idi və bu başlanğıc üçün yeganə- həm fəlsəfi, həm məntiqi, həm də elmi cəhətdən yeganə açıqlama Yaradılış idi. Materialistlər isə canlıların yaradılışı mövzusunu narahat bir susqunluqla “cavablayırdılar”. Ateizm üçün belə acınacaqlı olan bir mühitdə Darvinin “Növlərin Mənşəyi” kitabının çapı onlar üçün yeni bir “miladi təqvim”in başlanğıcı oldu… Hal-hazırda dünyada “ateizmin dörd atlısı”ndan birincisi sayılan Riçard Dokinz bu miladın başlağıcını həyəcanla qeyd edir: “Darvin intellektual səviyyədə qane olmuş bir ateist olmağa imkan yaratdı”. “Növlərin Mənşəyi” kitabından öncə ateist olmaq çox çətin idi”,- başqa bir reportajında Dokinz xüsusilə vurğulayır.

    Məqaləni qələmə almazdan öncə uzun müddətdir araşdırdığım bu mövzunu daha da şaxələndirməyə qərar verdim və bir sıra mənbələri daha gözdən keçirdim. Müşahidələrim bundan ibarətdir ki, sən demə, bu sahəni araşdıran filosofların, din xadimlərinin və elm adamlarının ürəkləri dolu imiş. Hamısının yekdilliklə şikayətləndiyi bir nöqtə darvinizmin elm-əsaslı deyil, materializm-əsaslı olmasıdır. Yəni darvinizmi doğuran səbəblər heç də təbiətin qanunları və bu qanunlara əsaslanan müşahidə və təcrübələr deyildi. Darvinizm materializm kürsüsü üzərinə qoyulmuş simvolik bir suvenirə bənzəyirdi. Əlbəttə, axı elə Darvinin müəllimi olmuş məşhur elm xadimi Adam Secvik hələ illər öncəsindən bizi agah etmişdi ki, darvinizm elm deyildir, “soyuq ateist və materialist” fəlsəfə üzərində qurulmuşdur. Sözügedən yazıçıların şikayətləndiyi ikinci bir nöqtə isə Darvinin öz dinsizliyini məharətlə gizlətmiş olmasıydı.

    Maraqlıdır ki, Darvin təkamül nəzəriyyəsini ilk ortaya atdığı zaman, mahiyyət etibarilə, dini mövzulara yanaşmamaqla bərabər kitab və məktublarında “Yaradıcı” və “Tanrı”dan da bəhs edir. Halbuki bunun sadəcə və sadəcə bir kamuflyaj metodu olduğu bəlli idi. Darvin gənc yaşlarından etibarən Yaradıcımızın varlığına inanmamış, lakin ailəsidən və ətrafından əks-reaksiya görməmək üçün ateist fikirlərini özünə saxlamışdı. Araşdırmaçılara əsasən, Darvinin öz inancsızlığını gizlətməsinin iki başlıca səbəbi var idi. Birincisi, Darvin öz çevrəsini incitməmək, xüsusilə də, həyat yoldaşı və dindar xristian olan Emmanın hisslərinə toxunmamaq üçün bu yolu seçmişdi. Darvinlə evləndikdən qısa müddət sonra onun inancsız olduğunu öyrənən Emma necə məyus olduğunu və “Çarlzla sonsuza qədər birlikdə olmayacağı”na görə necə bədbəxt olduğunu yazırdı.

    Şübhə yoxdur ki, Emma Darvinin “dindarlaşmasına” təsir göstərmişdi. Lakin Darvinin Allahdan bəhs etməsinə təsir edən ən əsas ikinci faktor var idi. Darvin öz dövründəki bir çox materialistin tənqidlərə necə tuş gəldiklərini bilirdi. Bunlardan biri 1844-cü ildə təkamül haqqında kitabı nəşr olunmuş Robert Çembers idi ki, hətta sözügedən kitabında dəfələrlə “Tanrı”dan bəhs etməsinə baxmayaraq, kütləvi şəkildə tənqidə uğramış və bir materialist kimi qələmə verilmişdi. Darvin isə mübahisələri və tənqidləri sevməzdi. Çembersin kitabından qat-qat materialist olan öz kitabının gələcək nəşrlərini xilas etmək üçün inanmadığı Tanrını da öz nəzəriyyəsi ilə uzlaşdırmalı oldu. Darvinin sadəcə ətrafından reaksiya toplamamaq üçün ateist görüşlərini gizlətdiyini neodarvinizmin qurucularından olan məşhur təkamülçü Ernst Meyr belə dilə gətirir:

    “Darvinin 1836-39-cu illərdə, Maltusun yazılarını oxumazdan öncə inancını itirdiyi aşkardır. Dostlarının və arvadının hisslərinə toxunmamaq üçün nəşrlərində daha çox Allahın varlığına inanan üslubdan istifadə etmişdir. Lakin qeyd dəftərçəsindəki ifadələrin bir çoxu materialist olduğuna işarə edir”.

    Elə bu ifadələrdən birini də Darvinin 1876-cı il tarixli məktublarından birində asanlıqla görmək olar:

    “Mən “Allahsız” adlandırılmağa layiqəm. Bu nəticə, xatırladığım qədərilə, “Növlərin Mənşəyi”ni yazdığım vaxt beynimdə özünə güclü şəkildə yer tapmağa başladı”.

    Gördüyümüz kimi, rəsmi və publisistik pərdəni qaldırıb Darvinin şəxsi görüş bucağına nəzər saldığımız zaman, bəzilərinin göstərmək istədiyinin əksinə, Darvinin dinlə yaxından-uzaqdan əlaqəli olmadığı görünür. Hətta daha da səmimi olduğu və çəkinmədiyi dostlarıyla ünsiyyətdə olarkən öz “Növlərin Mənşəyi” kitabına “şeytanın İncili” deyə xitab edir, təbii seçmə prosesini də “mənim ilahım” adlandırardı. Bu gün Darvinin sanki inanclı imiş kimi göstərilməsinin yeganə səbəbi isə təkamül nəzəriyyəsini geniş xalq kütlələrinə, xüsusilə də, Şərqə qəbul etdirmək siyasətindən başqa bir şey deyil.

    Əslində, Darvinin inancsızlığı özünü hər cəhətdən büruzə verir: “Növlərin Mənşəyi”nə qədər sanki yuxu rejimində olan materialistlər kitabın çapından sonra həyəcanla oyandılar. Marks, Engels, Nitsşe, Freyd kimi darvinistlər hamısı 20-ci əsr ateizminə təkan vermiş adlar arasında sayıla bilər. Kommunist diktatorlardan milyonlarla insanın qanı əllərində olan Stalin, Lenin və Mao kimi ateistlər də Darvinə və təkamül nəzəriyyəsinə heyranlıqlarını hər fürsətdə dilə gətirərdilər. Elə adı sadalanan və uzun siyahısı tutula biləcək şəxslər idi ki, 20-ci əsrdə müharibələrə, kütləvi qətliamlara, əxlaqi degenerasiyaya, irqçilik və istismar siyasətinə, qadınların aşağı sinif kimi qəbul edilməsinə dair “nəzəriyyə və metodologiya”larını irəli sürərkən Darvindən miras aldıqları “güclülərin zəifləri əzməsi” şüarını əllərində bayraq etmişdilər.

    Ələlxüsus, sosial darvinizm adı altında tətbiq edilən “praktiki darvinizm” neçə-neçə xalqların istismarına, zəncilərin, türklərin və ümumiyyətlə, qərbli olmayanların aşağı irq kimi qəbul edilməsinə, xəstə və şikəstlərin sıradan çıxarılmasına və hələ pərdə arxasında duran, tarixə əks olunmuş və olunmamış nə cür vəhşiliklərə birbaşa səbəbkar oldu.

    Dinin bəşəriyyətə aşıladığı “şərəfli insan” həqiqətindən uzaqlaşıb insanı öz istəklərini təmin etmək üçün mübarizə aparan eqoist heyvan növünə çevirən bu ideologiyaya təslim olmuş cəmiyyətlər elə bu günə qədər təslimiyyətlərinin əziyyətini çəkməkdədirlər. Səbəbini isə özü də təkamülçü olan Uilyam Pruvayn belə etiraf edir:

    Darvinizm beş nəticəyə gətirir və bunları Darvinin özü də yaxşı bilirdi: 1) Heç bir tanrının varlığına ehtiyac yoxdur; 2) Ölümdən sonra həyat yoxdur; 3) Əxlaqi dəyərlərin heç bir mütləq təməli yoxdur; 4) Həyatın heç bir mütləq mənası yoxdur; 5) İnsanın azad iradəsi yoxdur.

    Belə bir fikir sisteminin məngənəsində qalmış xalqın hər cür milli-mənəvi dəyərləri məcburən tərk edəcəyi açıqdır. Bundan ötrü də, milli-mənəvi dəyərlərin və əxlaq normalarının qorunub-saxlanması üçün təkamül nəzəriyyəsinin təhsili və təbliğatı yolverilməzdir. Bura qədər incələdiyimiz, məhdud sayda detala və sitatlara yer ayıra bildiyimiz həqiqətlər göstərir ki, Darvin də, darvinizm də bu gün bizə “bəzədilərək” göstərildiyindən çox fərqlidir. Xalqın və xalqı məlumatlandıran kütləvi informasiya vasitələrinin də bundan agah və buna qarşı ayıq-sayıq olması gərəkdir.

    Rafət Əlizadə

  • İslam qardaşı qardaşa qırdırmaz…

    11872910_875280205891553_1278019793_n

    Ərəb dünyası, bəlkə də, monqol işğalından bu yana ən böyük iğtişaşlarından birini yaşayır. Bu dəfə iğtişaşların baş aktyoru ərəblərin özüdür. Ramazan ayı müsəlmanların bir-birinə yaxınlaşdığı ay olduğu halda Yəmən Ramazan ayına 24 saat qalmış baş verən dörd ayrı terror aktı ilə girdi. Ramazan ayı ərəfəsində meydana gələn hücumlar bir müsəlmanın özünü ən təhlükəsiz hiss etməli olduğu yerdə – məscidlərin qarşısında baş verdi. Ramazanda müsəlmanların yaşadığı çətinliklər yalnız məscidlərdə partlayan bombalarla məhdud deyil. Bir çox müsəlman ölkəsində insanlar aclıq və ölüm təhlükəsi ilə həyatda qalmağa çalışırlar. Üstəlik, bu cür çətin vəziyyətdə bir də özü ilə eyni vəziyyətdə olan başqa bir müsəlman qardaşı ilə vuruşur. Aralarındakı yeganə fərq inanclarıdır. Əslində, ikisi də müsəlman olduğunu deyir. Eyni Allaha, eyni kitaba, eyni peyğəmbərlərə inanırlar. Qiblələri də birdir. Eyni istiqamətə yönəlib, eyni şəkildə namaz qılırlar. Bəs necə olur ki, məscidə ibadət üçün gedən qardaşlarını qətl edəcək qədər qəddarlaşırlar?
    Düzgün həll yolu problemlərin dəqiq müəyyən edilməsi ilə mümkündür. İslam ölkələrindəki bu vəziyyətin bir çox siyasi və ictimai amillər olmaqla iki əsas səbəbi var: müsəlmanların öz aralarında ittifaq qurmaması və İslamın Quranda yeri olmayan dəyərlərlə eyniləşdirilərək yaşanması. Bu da yanlış bilinən İslamdır. Bu gün müsəlmanların yaşadığı bir çox ölkədə hakim olan bu yanlış İslam anlayışında demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, dostluq, fədakarlıq kimi anlayışlar yoxdur. Bu dinin adı İslam deyil, xurafatdır. Şiə də, sünni də eyni batil dini müdafiə edir: “Sənin fikrinlə razı deyiləm! Ya mənimkini qəbul et, ya da yox ol!”
    Xüsusilə son dövrlərdə bu xurafatçı anlayış İslam dini kimi adlanmağa başladı. Bəzi çevrələr xurafat dininə İslam adını qoydular. Xurafata qarşı olan qorxularını İslama yönəltdilər və beləliklə, İslam düşmənçiliyi yayıldı. İnsanlar qorxularının İslamdan deyil, xurafatdan qaynaqlandığının fərqində belə olmadılar. Xurafatçıların yaratdığı dinin İslam adına ortaya çıxdığını görmədilər. Çünki heç kəs onlara İslamın bu olmadığını izah etməyib. Nə İslam adına ortaya çıxan sünni və şiə radikallar, nə də bu radikallardan qorxan islamofoblar həqiqi İslamın xurafat, qorxunc, sevgisiz və nifrət dolu dinlə heç bir əlaqəsinin olmadığını göstərə bildi.
    İslam dininin radikalları bütün dünyaya, ən çox da müsəlmanlara zərər verməyə başladı. Bu gün Yəməndə, İraqda, Əfqanıstanda, Misirdə və Liviyada baş verənlərin səbəbi budur.
    “Mülayim İslam” ifadəsi də bu səbəbdən ortaya atıldı və radikalların vəhşiliyinə qarşı mübarizə aparan müsəlmanlar “mülayim müsəlman” olaraq adlanmağa başlandı. İslam əleyhinə səslər mülayim İslamın tərəfdarlarını təqdir etdilər, amma radikallara qarşı onları gücsüz gördülər. Onların yanlış inanclarına görə, fanatiklərin müdafiə etdiyi din həqiqi İslamdır və mülayim olanlar tərəfindən yumşaldılmağa çalışılır (İslamı bütün bu bənzətmələrdən tənzih edirəm). Hətta buna İslamda islahat, mülayim İslam tərəfdarlarına da reformist dedilər. Halbuki bu, bir islahat deyil. İslamın Peyğəmbərimiz (əs) dövründə olduğu kimi yaşanması tələbidir. İslam dininə sonradan əlavə olunan bütün xurafatların tərk edilməsi və səhabə dövründəki İslama geri qayıdılması üçün səy göstərilməsidir.
    Həqiqi müsəlmanlar illərdir İslam adı altında dünyaya yayılan yalanları elmlə yox etməyə, Qurandan dəlillərlə İslamın həqiqətini göstərməyə çalışırlar. Məqsədləri illərdir İslam adına ortaya çıxan radikalizmi, fanatizmi, xurafatı və İslamla əlaqəsi olmayan xurafat dinini ortadan qaldırmaq və xurafatçılar tərəfindən İslama qarşı atılmış ən böyük böhtana son qoymaqdır.
    İslamın adı xurafatdan xilas edildiyi gün müsəlmanların da ağrılı-acılı, qanlı və səfalət içindəki çətin vəziyyətdən xilas olduqları gün olacaq. Qadınlar rahat, təhlükəsiz, sərbəst gəzərkən çəkinmədən: “Mən müsəlmanam”, -deyə biləcək. Ölkələr abad, təmiz, estetik, təhlükəsiz yerlərə çevriləcək, insanları sevgi dolu, mərhəmətli, elmli, keyfiyyətli, modern olmaqla İslamı ən gözəl şəkildə yaşaya biləcəklər.

    Ülviyyə Əlizadə

  • Sizi xoşbəxt edən dünya deyil, Allahdır

    nerminxanim

    Bəzi insanlar düşünürlər ki, xoşbəxt olmaq üçün bəzi şərtlər mütləq yerinə yetməlidir: rahat ev, gözəl ailə, yaxşı təhsil, yüksək gəliri olan maaş və s. Bu saydıqlarımı əldə etməyə çalışmaq, əlbəttə ki, çox normaldır və bu şeyləri də istəmək hər bir insanın haqqıdır. Ancaq bunları xoşbəxt olmaq üçün həyat amalına çevirmək doğru deyil. Bir qrup insanlar vardır ki, çıxış yolunu, yəni xoşbəxt olmağın yolunu ölkəsini tərk edib xaricdə yaşamaqda görür…
    Son zamanlar xaricdə həyatını davam etdirmək istəyi, xüsusilə, gənclər arasında dəb olan mövzulardan biridir. Orta məktəbi, yaxud da ali məktəbi qurtaran bəzi gənclər müəyyən səbəblərə görə öz ölkələrində yaşamaq istəmirlər, oxumaq, yaxud da təhsillərini davam etdirmək üçün xarici ölkələrə can atırlar. Əlbəttə, öz ixtisaslarına uyğun daha yaxşı təhsil müəssisələrində oxumaq gözəl istəkdir. Əgər belə bir imkan varsa, bu imkanı dəyərləndirmək həm insanın özü üçün, həm də aid olduğu ölkə üçün çox faydalıdır. Bəzi insanlar da var ki, kor-koranə, sadəcə istəyirlər ki, hər hansı bir ölkə tapıb “başlarını götürüb” qaçsınlar. Sanki gedəcəkləri o ölkə xoşbəxtlər ölkəsidir və gedib o ölkədən xoşbəxtlik nəsibini alacaqlar. Bəzən də həmin gənclər öz ölkəsini, həmvətənlərini bəyənmirlər. Mədəniyyətlərini, yaxud da insanları aşağı səviyyədə, geridə qalmış görürlər. Doğma cəmiyyətləri onları sıxır, baxdığı xarici filmlər onlarda o ölkələrə qarşı xüsusi rəğbət yaradır.
    Kinofilmlərdə, musiqi kliplərində göstərilən macəralar, dəbdəbəli həyat, xüsusilə, rahat və müstəqil həyat tərzləri insanların marağını cəlb edir. Bunu görən ali təhsilli gənclər belə hər nə bahasına olursa-olsun, hətta gedib o ölkələrdə süpürgəçi, satıcı kimi işləsələr də, buna can atırlar. Bu minvalla xoşbəxt olacaqlarını düşünürlər.
    Halbuki inkişaf etmiş həmin ölkələrdə belə insanların yaxşı həyat tərzi olanı da, pis olanı da var. Məsələn, 2013-cü ildə verilən açıqlamalara görə, ABŞ-da 45.3 milyon insan aclıqdan əziyyət çəkir. 2012-ci ildə isə aparılan araşdırmalara görə, ABŞ-da 467,000 insan isə heroin aludəçisidir və bu say hər gün daha da artır. 2010-cu ildə ABŞ-da intihardan ölənlərin ümumi sayı 38,364 olmuşdur.
    Dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri olan ABŞ haqqında bu faktları verməkdə məqsədim odur ki, bir ölkənin çox inkişaf etməsi, təhsilinin və həyat səviyyəsinin yüksək olması hər şey demək deyil. Hər şeydən öncə, biz insanıq, biz Allahın ruhunu daşıyırıq. Bizi xoşbəxt edən dünya deyil, nəinki Amerikanı, bütün dünyanı bir insana versən, o insanın imanı və Allah sevgisi yoxdursa, əsla xoşbəxt ola bilməz. Bizim ruhumuz imanla qidalanır. Allah bir Quran ayəsində belə buyurur:

    Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)

    Beləliklə, insanların sırf xoşbəxt olması üçün başqa ölkəyə getməsinə ehtiyac yoxdur. Gedəcəyi ölkə haqqında araşdırma aparsalar, orda intihar edən, aclıqdan əziyyət çəkən, psixoloji problemləri olan nə qədər insanın olduğunu rahatlıqla görərlər. İnsanın həyatı Allahla gözəl olar, bir insan Allahı tanığı üçün rahat və qəlbində iman olduğu üçün də xoşbəxt olar. Allahın olduğu hər yer gözəldir, Allahın olmadığı heç bir yer yoxdur. İnsan iman gözü ilə baxarsa, səhər durandan yatana qədər Allahın ona nə qədər çox nemət bəxş etdiyini görər. Təsadüfən və dünyaya başıboş gəlmədiyini başa düşər. Dünyaya gəlmək məqsədinin Allahın rizasını qazanmaq olduğunu anlayar. Allahdan qorxduğu üçün hər kəsə gözəl əxlaq göstərər. Allahı tanımaq üçün daha çox elmlə məşğul olar və dünyanın müvəqqəti olduğunu dərk edib əsl yurdu axirət üçün çalışar. Bu cür düşünən insan, sözsüz ki, dünyanı da Cənnətə çevirmək üçün çalışar və istər sarayda yaşasın, istərsə da çadırda, dünyanın ən xoşbəxt insanı olar, inşaAllah.

    Nərmin Kərimzadə

  • Şafa KAMİLLİ.”Son…”

    sk

    Sən yoxsan ..
    Gözlm səni gəzir ,
    Yoxsan …
    Yoxsan ,
    Yoxsan yanimda ,
    Sənsiz dir dəqqiqə yaşya bilməyn mən ,
    Artiq aylardi ,yoxsan yanimda ,
    Bu ğün nələri xatitladim ,
    Bir bilən ,
    Yaral qəlbimi ,
    Al-qan elədim…
    Yoxluğun ölmdü ,zülmdü mənə,
    Ölmlər ,zülmlər yaşadan adam,
    Məni xoşbət edən ,
    Ömrümə bəzək ,
    Ömrümə həsrət ,
    İntizar ,
    Sevgi ,
    Məhhəbət ,
    Bitib tükənmyən ,
    Goz yaşlari ,
    Yalan ,…
    Gətirən adam…
    Bu gün nələr xatirladim ,
    Bir bilsən ,
    Yuxuma gelmişdin ,
    Cox gileyliydin ,
    Özn -özdən ,
    Bilrəm səndə cox cətn gəlir ,
    Yaşamaq ,cətindi
    Yaşamaq ezab..
    O qəmli gözlərin ,
    Hec güllmür ,
    Bir an ,
    Yazmagdan ,pozmaqdan
    İnciyn ,adam,
    Sən məndən ,
    Özündən,
    Bu hyyatdan ,
    Bizdən ,
    Yaşadiqlarnizdan ,
    Yalanlardan …
    İncimisən …..
    Həəə…..
    Menidə cox üzmüsən ,
    Öznüdə…
    Bü yoldan dönməyəcəksən ,
    Bilirəm ,..
    Sənə yaxşi yol..
    Yolarin aciq olsun,
    Heyat üznə qülsün ,
    Arzularina catasan ,
    Üzn gülər olasan..
    Bəsdi bu bədbinlik ..
    Oralarda soyuqdu ,
    Üşyən qəlbni ,
    Üzmə bu qədər ,
    Sonu yox ,
    Bu yolun ,
    Bitsin deyirəm ,
    Sən demisən ,
    Men deməmişəm ,
    Rahat ol,
    Sakit yaşa ,
    Bitsin deyirəm ,
    Buda son
    Sənlə ,mənim…
    Sonumuz …
    Açilar ,ağlar ,
    Bu qəm ,
    Bu kedər,
    Nəyə lazim idi,
    Kimə lazim idi,
    Söz verirəm
    Sevgilim
    Birdaha dünyaya gəlsək ,
    Kiməsə ilk baxşdan aşiq olsam ,
    Biləcəm bu sənsən ,
    Uzaq qacacam ,
    Sevmərəm birdaha ,
    Dünyaya min dəfə gəlsəm ,
    Baxmaram qara gözlərə,
    Gözlərimi kor edərəm ,
    Oxumaram ,
    Savadsiz olaram ,
    Səndn uzaq gezərm ,
    Gen dolanaram ,
    Soz……..
    Bu da son………..
    Son ………….
    8.08.2015 …….

  • Abdulla MƏMMƏD.”Bu dünya qədərdir qədərinəcən”

    yt

    Məni sarsıtsan da sınan deyiləm,
    Hələ sınmaq deyil qarılmağım da.
    Yapış əllərimdən saman deyiləm,
    Gözlərin qorxmaın qırılmagımdan.

    Külümü sovurma, qorum alışar,
    Qoruna bilməzsən qorun əlindən.
    Qaçmasam ağ olar-gorum alışar
    Eybinə kor olan korun əlindən.

    Bu dünya qədərdir qədərinəcən,
    Hər kədər qədərlə yoğrulan dərddir.
    Mənə qəm yedirmə yetərinəcən,
    Onsuz da yerimə doğulan dərddir.

    Buraxıb ağlımı başlı başına
    Gözünün yaşıyla bulanan çayam.
    Oxu daşa dəyib-daşdan yaşınan
    Əsəbi tarıma çəkilən yayam.

    Mən ki sən deyiləm-yayı gizləyim,
    Bu oxun yiyəsi özüməm, canım.
    Üzündən keçmədim həya gözləyib,
    Özümə toy tutdu, özümə canım.

    Qəlbimdən keçənlər gözümdən bəlli,
    Qəlbimə girənlər bağrımı dəlir.
    Mən kiməm nəçiyəm-sözümdən bəlli,
    Sənin kimliyini bir ALLAH bilir.

    Gözünün kökünü saraldar bir gün,
    Gözunun rənginə çalar baxtın da.
    Nə qədər düşməyib ümüdün ölgün,
    Özünü dərk elə bir yol vaxtında.

    Azərbaycan.Quba.

  • Mais TƏMKİN.”Necəsən, canım, necəsən?”

    mt

    Sənsiz dünyam daralıbdır,
    Rəngi-ruhum saralıbdır.
    Sən gedəli qaralıbdır,
    Damarda qanım, necəsən!
    Necəsən, canım, necəsən?

    Dərdin-qəmin məni əzir,
    Dada yetmir, qurban-nəzir.
    Eşqimiz dillərdə gəzir,
    Şöhrətim, şanım, necəsən?
    Necəsən, canım, necəsən?

    Çoxmu çəkər bu dərd-qəhər?
    Ovut məni gəl, birtəhər.
    Ay üzümə doğan səhər,
    İşıqlı danım, necəsən?
    Necəsən, canım, necəsən?

    Aləmi yandırır ahım,
    Mən qul olum, sən də şahım.
    Üz tutduğum qibləgahım,
    De, din-imanım, necəsən?
    Necəsən, canım, necəsən?

    Gəl qılma dostun tərkini,
    Qəbul et onun ərkini.
    Şad eylə, Mais Təmkini,
    Xoş keçsin anım, necəsən?
    Necəsən, canım, necəsən???

  • Elnur RƏSULOĞLU.”Sonet”

    et

    Günəşimsən, aya döndərib məni
    Atdı sevgi adlı fəzaya Tanrı.
    Sonra ordan geri göndərib məni
    Məhkum etdi ağır cəzaya Tanrı.

    Bu cəza ayrılıq, bu cəza hicran,
    Nə edim? Buna da dözməliyəm mən.
    İsti küləkləri qumlar sovuran
    Səhrada Məcnuntək gəzməliyəm mən.

    Ağlamaqla bitir hər günüm mənim,
    Unutmayacağam olanları mən.
    Gözdən uzaq keçir sürgünüm mənim,
    Özümə dost billəm heyvanları mən.

    Ayım sona yetər, ilim qurtarar,
    Məni iztirabdan ölüm qurtarar.

  • Elnur ABDİYEV.”Qarabağ” poeması.II və III fəsillər

    e

    II fəsil
    Talesiz torpaqlar,bəxtsiz talelər

    Başsız bir başçını məmləkətində,
    Başla yeriyirdi çolaq ayaq da.
    Hər gecə diksinib güllə səsindən,

    Yatdı səksəkəli Ana torpaq da.
    Səhəri gözündə açdı yuxulu,
    Talesiz torpaqlar,bəxtsiz talelər.
    Ayrılıq qorxulu,ölüm qoxulu,

    Həyata hamilə cehiz talelər.
    Hər gün bir faciə doğdu dan yeri,
    Biganə yanaşdı o başbilənlər.
    Onlar bilmədilər,sabah hər biri, (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Kədər 2″

    keder

    Qəlbimdə çox sözüm var ,
    Kimə deyim, bilmirəm ,
    Sənsiz küçələrə ,
    Sənsiz , keçən günlərə,
    Sənsizliyimə ?
    Ehhhhh ……..
    Ürəyimdə sən varsan ..
    Həsrətin var ,
    Kədərimlə baş-başayam ,
    Sənsizliklə çapalayan,
    Bu qəmimlə …
    Səssiz-səmirsiz,
    Lal kimi divarlala ,
    Tənhalığımla ,
    Göz yaşlarımla ,
    Qəlbimdə ahımla …
    Yaşamaq budusa ,
    Yaşayıram mən ,
    Bu yayın qızmarında ,
    Üşüyürəm mən,
    Darıxıram ,ölürəm ,
    Sənsiz ne edirəm ,
    Heç özüm də bilmirəm..
    Ağlımda bir fikrim var ,
    Anam var ..
    O çox ağlar …
    Yox ,yaşıyacam mən ,
    Sənsiz, sənlə ,
    Xəyalınla küsə-küsə,
    Barışa-barışa,
    Dalaşa -dalaşa ,
    Xəyalınla ,
    Yaşıyacam mən ,
    Sənsiz ,sənlə …
    Ömrüm boyu ,
    Bu kədərlə ,
    Bu iztirab ,bu qəmimlə ,
    Baş-başa qalacam mən …

  • Xuraman CAMALQIZI.”Ana Torpaq sözü burdan yaranıb”

    Körpəcə məhv olan qız uşaqları,
    İstənmir ”səhv” olan qız uşaqları.
    Torpağa gömülür qız uşaqları,
    ”Ana Torpaq” sözü burdan yaranıb.

    Sanır ki, sevgidən yoğrulur onlar,
    Doğmamış, zamansız boğulur onlar.
    Bətinden torpağa doğulur onlar,
    ”Ana torpaq” sözü burdan yaranıb.

    Bu körpə quşcığaz köməksiz, yalın,
    Alın körpələri, dəhşətdən alın,
    Torpağın altından göyə ucalan,
    ”Ana Torpaq” sözü burdan yaranıb

    Sədası göylərin qatından gəlir
    Qisməti taleyin çatından gəlir
    Qığıltı Torpağın altından gəlir
    ”Ana Torpaq” sözü burdan yaranıb

  • “Zərrələr” Salyanda

    03

    01

    02

    04

    05

    06

    07

    “Zərrələr” 31.07.2015-ci il tarixində qədəmini Salyan royununa qoydu. Abdulla Məcidovun dəstəyi ilə Salyan rayon mərkəzi kitabxanasında oxu zalının şöbə müdiri Qaçayeva Sevinc Cahangir qızı ilə görüşdük. Əlbətdə Abdulla bəy öncədən gedişimizin səbəbini xəbər vermişdi. Sevinc xanım kitabla tanış olulduqdan sonra kitabxananın oxu zalı ilə bizi tanış etdi və kitabxananın imkanlarından danışdı. Zərrələr kitabı ilə tanışlıq zamanı üzvümüz, Aqil Sabiroğlunun adını xüsusi vurğuladıq. Əlbətdə bütün bölgələrdən olmasa da, bölgələrimizin çoxundan zərrələrimiz var. İstər bölgələrdən istərsə də paytaxtdan olan Zərrələrimizə uğurlar diləyirəm. Buna var qəlbimlə inanıram ki, bu kitabxanalarda oxunacaq və seviləcəksiniz.

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • Gülnarə İSRAFİLQIZI.”Birdən”

    z

    birdən ölmümümə doğru gedirəm
    birdən dirilərək yoxa dönürəm
    birdən azalıram özüm özümdən
    birdən əriyərək çoxa dönürəm.

    Bu halım hal-bahal qorxudur məni
    birdən asanlaşır, çətinləşirəm.
    birdən öz içimdə məğlub oluram
    birdən öz içimdə mətinləşirəm.

    hər şey birdən olur, hər şey qəfildən
    od tutub alışır gözümün üstü.
    birdən çiçəkləyir, birdən də solur
    birdən də şehləyir üzümün üstü.

  • Şəfa VƏLİYEVA.”Uçar….uçar… qanadı söz…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bütün səhvlər, xəyanətlər
    Bəxtimin yeddi rəngiymiş…
    Bəd görünən əlamətlər
    Qaratoyuq nəğməsiymiş…

    Ciyərə çatmır havası…
    Bakının dumanı sarı….
    Qara qızın baxt davası
    Yola salır “xoş baxtlar”ı…

    Sevdiyim “3”-lər “böyüdü”…
    Boyu boyuma çatmadı…
    Yazdı gör kimlər öyüdü?!
    -eh…
    “Öyüdlülər” azalmadı…

    Dərdi bilən söz söyləməz…
    Uçar….uçar… qanadı söz…
    Desinlər-bu qız düzəlməz!!!
    Desinlər ki, tutmadı söz!!!

    Bircə sən bil…o bildiyin
    Yaman ağrıtdı bu qızı..
    Hamının atdığı yerdə
    Təkcə söz tutdu bu qızı!!!

  • Cəmiyyətdəki ikiayaqlı, homosapiens viruslarla mübarizə niyə çətindir?!

    11041661_10205003020335559_6794674678892182115_n

    Bu məqalədə söhbət bizim cəmiyyətdən getmir, ümumilikdə mədəniyyətin, əxlaqın, mənəviyyatın formalaşdığı, qədim tarixə malik deqradasiyaya uğrayan şərq cəmiyyətindən gedir (Yaponiya və Koreya cəmiyyəti istisna olmaqla).

    Biologiya, zoologiyada yeni virus növü aşkarlanmışdır, özlərini əsl bioloji virus kimi aparan cəmiyyətdəki ikiayaqlı, homosapiens virusları -“ali insanlar”… Belə viruslar da, cəmiyyətdə yeni xəstəlik yaratmışdır – “İnsanlıqdan çıxma”…

    Ən “kiçik mikroorqanizm” olan virusun ən qıribə cəhəti bilirsiniz nədir?!Onlar həm canlı, həm də cansız ola bilirlər, ikiayaqlı viruslarda da bu var, ikiüzlülük, gah guya “insan” olurlar, gah da əsl virus!

    Canlı olmadıqda, kristal hala düşürlər, qorunurlar, canlı hüceyrəyə çevriləndə, kristal forma dağılır və canlanır….

    Əsl virus kimi bu virusların digər canlılar kimi vücudu olmadığına görə yaşamaq üçün başqa canlılardan istifadə edirlər…. Virusun zülal örtüyü var ki, bu örtük sayəsində hüceyrələrə girə bilir… Bu zülal örtüyü ikiayaqlı viruslarda maska, girdiyi rollar, riyakarlıqdır… Virus öncə quyruq qismi ilə bakteriyaya (bakteriya rolunda oynayan insanlar) yapışır, sonra da fermentlərlə bakteriyanın divarını deşir (aldadıb beyin yuma, özünə tərəfdaş etmək, sui-istifadə) və virusun genetik kodları bakteriyanın içinə girir və onu yoluxdurur özü ilə. O bakteriya vasitəsilə xəstələndirir üçüncü tərəfi-qurbanını… Yəni A tərəf (ikiayaqlı virus) ya birbaşa C tərəfini (qurbanı), ya da B tərəfi (bakteriya) vasitəsilə xəstələndirir. Beləcə minlərlə, yüzlərlə qurbana, bakteriyaya öz prinsiplərini, arzularını, xoş olmayan niyyət, məqsədlərini yeridir və cəmiyyəti xəstələndirir… Lap xərçəng xəstəliyi kimi, sonra da bu xəstəlik metastaz verir, verir digər orqanlara, yoluxucu xəstəlik kimi yayılır, cəmiyyətdə regenirasiya prosesi gedir, cəmiyyətdəki “orqanizmlərdə” qopan və ya zərər görən hissəsinin yenidən yeni və daha sağlam hissə ilə bərpa edilməsi prosesi getsə də, bu cəmiyyəti bu xəstəlikdən tam sağaltmır, viruslardan, bakteriyalardan azad etmir və qurbanların sayını azaltmır… Çünki cəmiyyətdəki regenerasiya prosesi də hər bir orqanizmin təbii ehtiyacına uyğun olur…

    Beləcə viruslar bakteriya və qurbanların genetik koduna keçir, geninə təsir edir, gələcək nəsillərə ötürülür…

    Proses davam edir, virus yaşamaq üçün ehtiyac duyduğu enerjini təmine tmək üçün bakteriyadan istifadə etməyə başlayır… Bakteriyalar virusun genetik kodlarının artmasında böyük rol oynayır… Yəni bakteriya tipinə aid olan bakteriyalardan ikiayaqlı viruslar öz niyyətləri üçün nəyi var istifadə edir!

    Virus bu yolla sayını artırdıqca, bakteriyanı içdən parçalayır, sərbəst fəaliyyətə keçir! Məncə, bu proses Sizin hər birinizə çox gözəl tanış mənzərədir…

    Buna görə də virus və ikiayaqlı viruslarla mübarizə aparmaq olduqca, çətindir, amma mümkündür!