Category: Azərbaycan ədəbiyyatı

  • Şəfa VƏLİYEVA.”Bir gün gələcəm sizə”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir gün gələcəm sizə
    Elə-belə… təsadüf…
    Qonşu qoyacaq sözə
    Arsızdı, özü gəlib…

    Keçəcəyəm mətbəxə,
    Qaynayacaq çaydanın…
    Dadı qalıb deyirlər
    Damağında dolmanın…

    Eyninə alma, gülüm,
    Çox dolmalar bişəcək…
    Bizim toyun apreli
    Hər təqvim bəzənəcək…

    Bakıda ayrı olur
    Ilin dördüncü ayı…
    Gəncədə bir qız solur
    Əynində həsrət payın…

    Səndən küsən bu qıza
    Bu gün dərdin də çoxdur…
    Bir gün gələcəm sizə…
    O gün təqvimdə yoxdur…

  • Gülnarə MAHMUD.”Ana”

    gm

    Başının üstündə boynubükük bir ana,
    Telefontək “dünyan” var… Ovsunlanmısan ona.
    Ayıl! Başını qaldır! Gör ətrafda var nələr?
    Olma, girib “dünyana” bu dünyadan bixəbər.

    Sənin kimi övladçun ağarıb qara saçı,
    Gənclik tərk edib onu, həyat olubdur acı.
    Sənə görə əyilib sərv boynu, şux qaməti,
    Qalmayıb çöhrəsində gəncliyin təravəti.

    Dayanıbdır qarşında əlində ağır zənbil.
    Ağbirçək hər qadını, hər ananı anan bil!
    Yükün ağırlığından əyilib çiyinləri,
    Heç düşünmür özünü, yola salır illəri.

    Çox qocalıb…Zənbili güclə saxlayır ana,
    Doqquz ay yükündən də çox ağır gəlir ona.
    Gözlərindən bəllidir içindəki yorğunluq,
    Acısın hiss etdirir əllərindəki suluq.

    Gözün “gəncliyə” dikmiş, halı olmuş dərbədər,
    Əzmi sanki əyilmiş qamətilə bərabər.
    “Gənclik” baxmır “keçmişə”, düşünmür gələcəyi,
    Maraqlı deyil ona, gəlmişi-gedəcəyi.

    Elə bu an ayıltdı, səksəndirdi hər kəsi,
    Səslənincə efirdən operatorun səsi.
    Ana bir az toxtadı, rahatladı siması,
    Görününcə onündə “Gənclik” stansiyası.

  • Ruslan NADİROĞLU.Şeirlər

    8acbbdae-53a8-40aa-bace-efff43f92c51

    * * *

    Gözlərim səmanı dolanır yenə,
    Ruhum bədənimdən getmək ist əyir.
    Uzadıb əlini haqqın evinə,
    Allahın qapısın döymək istəyir.

    Nə qədər savabım var isə yığıb,
    Günahı savabın içində boğub,
    Körpə bir bədəndə dünyaya doğub,
    Yenidən dil açıb dinmək istəyir

    Dünyanın dərdini qəmini atıb,
    Həsrətə son qoyub vüsala çatıb,
    Başımı bir məsum sevgiylə qatıb,
    Deyəsən üzümə gülmək istəyir.

    Bir ahu gözlünü sevib ,sevilib,
    Yıxılıb dərdindən ölmək istəyir.
    Hər dəfə bu dərdlə ölüb dirilib,
    Dünyaya yenidən gəlmək istəyir.
    (daha&helliip;)

  • Etibar VƏLİYEV.Yeni şeirlər

    12285918_1494065144230457_1353285289_n

    Kül ümidünə

    Pərdəmiz cırılıb, həya saxlamaq.
    İndi də qalmışdır tül ümidinə.
    Bizi görən balıq tora da gəlmir.
    Balıq tutmağımız lil ümidinə.

    Çay kolun kəsənlər batmış günaha.
    Buğdanın astarı üzündən baha.
    Qara torpağımız bar vermir daha.
    Məhsulumuz qalıb gil ümidinə.

    Sınıbdır şüşəsi eynəyimizin.
    Görmürük eybini bir birimizin.
    Köhnəlib saralan köynəyimizin.
    Rəngini dəyişmək nil ümidinə.

    Bir ovçu əlinə maralı düşdü.
    Yar yara qovuşdu yaralı düşdü.
    Oğullar vətəndən aralı düşdü.
    Əl çirki deyilən pul ümidinə.

    Bir göz ağlayarsa, birisi gülməz.
    Göz yaşı yanağın rəngini silməz.
    Bir əl yetməyənə dil yetə bilməz.
    Qalmışıq bir şirin dil ümidinə.

    Kimi adət edib yaş gizlətməyə.
    Kimisi torbada daş gizlətməyə.
    Bu haqsız dünyada baş gizlətməyə.
    Çarəmiz qalıbdır kül ümidinə.
    (daha&helliip;)

  • Abbas SƏFƏROV.”Anamın Ürəyi”

    Cıxıram yol üstə, yolum şaxtadır,
    Sükanı tuturam, güman baxtadır.
    Sən demə, təhlükə lap uzaqdadır,
    Anamın ürəyi, saxlayar məni…

    Baxmıram arada, sənin sözünə,
    Qurbanam, ay ana, ala gözünə.
    Nəzəri, çəkərsən, daim özünə,
    Anamın ürəyi, saxlayar məni…

    Sənə bir şey olsa, ürəyim yatar,
    Allahım dərdləri, başımdan atar.
    Ömrümə xoşbəxtlik, səadət qatar,
    Anamın ürəyi, saxlayar məni…

    Tufanı saxlayar, yağışı sovar,
    Abbası hey süzər, sacını ovar.
    Başımın üstündən, buludu qovar,
    Anamın ürəyi, saxlayar məni…

    13.08.2015

  • Ülviyyə Vahidi doğum günü münasibətilə təbrik edirik! (28 noyabr)

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qələm sahibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Aqil SABİROĞLU.Yeni şeirlər

    asm

    Vətən açmır içimi-
    Ona yerdən,səmadan,ya hardan baxıramsa.
    Mənim deyil o dəniz-
    Əgər ona hörülmüş hasardan baxıramsa.

    Ha yellənsin o bayraq göylərə baş çəkərək,
    Kəlbəcər alınmamış ürəyimi sökərək…
    Yetim-yetim durmuşam burda boyun bükərək,
    Şamaxıdan,Bakıdan,Qusardan baxıramsa.

    Gəlir,gedir insanlar qulaqlarda qulaqcıq,
    Geyimlər son dəblədir,düşüncə çamur,palçıq…
    Orda bir qız əyləşib sinə,qarın,bel açıq,
    Dünya belə görünür,kəsərdən baxıramsa.

    Gedir məmur döyüşü,gedir para savaşı,
    Sanki bir millət deyil,küçə,ara savaşı!
    Daha qalan ömrünə ya yekun ver,ya daşı-
    Mənim üçün nə fərqi,məzardan baxıramsa.

    26.11.2015-BAYRAQ MEYDANI

    * * *

    Gah səmum yelitək əsir üstümə,
    Şimşək sürətiylə bəzən yox olur.
    Qəfil gəlişiylə diksindirəndə,
    Əzabı sevincdən daha çox olur.

    Sevgili dilbərin ətri bu qızda,
    Dünyanın bəzəyi,sehri bu qızda…
    Əlində qalmışam bu dəli qızın,
    O göyərçin qızın,o zəli qızın…

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    Sən özünə mənim gözlərimlə bax

    Gözəl şairəmiz Südabə xanım İrəvanlıya.

    Hissləri, duyğusu qarışan gözəl,
    Hicranla,həsrətlə pərişan gözəl.
    Vəsfimə inamsız yanaşan gözəl,
    Sən özünə mənim gözlərimlə bax .

    «Könül sevən göyçək olar» deyərlər,
    Gerçək yarlar yarın gerçək öyərlər.
    Hüzurunda bir heç olur dəyərlər,
    Sən özünə mənim gözlərimlə bax.

    Könlüm istər bir yol düşəm səcdənə,
    Bəlkə, heylə gəlləm imana, dinə .
    Yaranmısan mənim üçün bir dənə,
    Sən özünə mənim gözlərimlə bax.

    Xəyalın ən şirin röyadan ötə,
    Cəmalın nur saçır ziyadan ötə.
    Qalibə dünyasan dünyadan ötə,
    Sən özünə mənim gözlərimlə bax.

    27 noyabr 2015.saat 15:42

    Lap, əzəldən rus ilə fars yağımız ,
    Dərbənd boyda , Təbriz boyda dağımız !
    Rus əliylə getdi Qarabağımız ,
    Dərələyəz , Göyçə , Zəngəzur , ellər ,
    Daha bu qəflətdən oyan , dur , ellər !

    Dığa məskən salır Türk yurdlarında ,
    Әl-qolu bağlanıb Bozqurdların da !
    Daxilimizdəki manqurtların da
    Şanlı tarixini tərs yozur , ellər ,
    Daha bu qəflətdən oyan , dur , ellər !

    Dığaya Rusiya edir köməyi ,
    İranın da vardır xeyli əməyi !
    Riyadır « müsəlman qardaş » deməyi
    Farsların iç üzü , bax budur , ellər ,
    Daha bu qəflətdən oyan , dur , ellər !

    İki yüz ildir ki , müdam yatırsan ,
    Yatdıqca batırsan , vallah batırsan !
    ( Bəlkə yuxularda kama çatırsan ?! )
    Yatanlar həmişə uduzur , ellər ,
    Daha bu qəflətdən oyan , dur , ellər !

    Qalib Şamxaloğlu səsləyir səni ,
    Әcdadların ruhu izləyir səni !
    O girov torpaqlar gözləyir səni ,
    Döyüşdə yağını əz , yoğur , ellər ,
    Daha bu qəflətdən oyan , dur , ellər !

    26 noyabr 2015

  • Abdulla MƏMMƏD.Şeirlər

    yt

    YAMAN DARIXMIŞAM TƏNHALIQ ÜÇÜN

    (Fransız dili müəllimim,görkəmli ziyalı,şair-pedoqoq Hafiz Rəhimə)

    Yaman darıxmışam tənhalıq üçün,
    Bu qaynar dünyanın yadam içində.
    Bəhanə gəzmirəm ayrılıq üçün,
    Adam arayıram adam içində.

    Əliylə gor eşir hərə özünə,
    Yenə haqqın yolu dumandır,çəndir.
    Ehtiyac şahid tək durub üzünə,
    Düzlərin başında ağaran dəndir.

    Əyrilər qət edir hazır yolunu,
    Düzlər düzdə abır saxlayır nədi?
    Yenə də fikirlər azır yolunu,
    Bu dünya kökündən laxlayır nədi?

    Bu dünya düzlərin üzünə gülmür,
    Düzlərin oxları dəyir daşlara.
    Bəs niyə Tanrının daşı tökülmür,
    Dinlə pərdələnən həris başlara?!

    Maskası yırtılmır riyakarların,
    Aldana-aldana allanır üzlər.
    Artır əyrilərin havadarları,
    Yenə dərd əlində hallanır düzlər.

    Düzlər düzdə qalır ahıl yaşında,
    Əyrilər təlaşlı,qovğalı gəzir.
    Papaq ucuzlaşır qadın başında,
    “Mujiklər”qulağı sırğalı gəzir.

    Hər çalan havaya uyanlar artır,
    Çatışmır parayla ölçülən havm.
    Mılləti yalanla soyanlar artır,
    Şükür- sümüyümə düşmür yad hava.

    Çoxunun dünəni çıxır yadından,
    Gözlər ayaqların altını görmür.
    Danışmaq dəb düşüb xalqın adından,
    Keçən üzdən keçir altını görmür.

    Bu torpaq nə qədər cibə daşınar?
    Hələ də daşını saxlayır ALLAH.
    Buraxıb dünyanı bbbaşlı-başına,
    Başlılar başını saxlayır,ALLAH!

    Bəhanə gəzmirəm ayrılıq üçün,
    Bu qaynar dünyada yadam içimdə.
    Necə darıxmayım tənhalıq üçün
    Adam aradıqca adam içində?!

    Azərbaycan.Quba
    31.07.1999.

    GECƏLƏR GÜNDÜZLƏR

    (Şair dostum Yavuz Cəlilə)

    Gecənin sükutu,gündüzün küyü-
    Ovsunlu görünür bu günlər mənə.
    Gündüzün əlindən gözünü döyüb,
    Gecə tənhalığı düyünlər mənə.

    Gecənin üzündə süni təbəssüm,
    Gecənin gözündə ögey işartı…
    Gündüzlər arxamca sürünən ölüm,
    Gecələr önümdə gözün ağardır.

    Bezikib qulağım boş vədələrdən ,
    Gözünü gizlədir “gəl-gəl” deyənlər.
    Gündüzü ötürüb daş vədələrdə,
    Gecə baş girləyir daşı öyənlər.

    Yorulur gümanı gəzən gözlərim,
    Susayır ürəyim dərd çəkə-çəkə.
    Yolları həsrətlə üzən gözlərim,
    Damır misra-misra, yol çəkə-çəkə.

    Əriyir günlərim vaxt axarında,
    Gecəli-gündüzlü ömürdür gedən.
    Yollar tək yapşıb ayaqlarımdan,
    Hallalım qoyarmı haramı güdəm?!

    Gündüzlər dünyadan bəzən əllərim,
    Gecələr havadan aslı qalır.
    Ovcunda ürəyə dözən əllərim,
    Tənha bir qüssədən asılı qalır.

    Taleyim Tanrının ixtiyarında,
    Əllərim varağa ürəyim açir.
    Ürək boşaldiqca söz axarında,
    Ruhum sübh çağının dalınca qacır…

    Bu da bir ömürdür ağlı-qaralı,
    Qarişir gecəmə gündüzüm mənim.
    Gündüzün əlindən günüm qaralır,
    Gecənin əlində gün üzür məni

    Gecənin sükutu,gündüzün küyü-
    Yaman ovsunlayır bu günlər məni.
    Zaman dəyirmanı gündüzü üyüb,
    Gecə tənhalığa düyünlər məni.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    YOLLAR

    Beşikdən qəbrədək bir məsafədir,
    Insanın ömrünə uzanan yollar.
    Hər yol bir nağıldır, bir əfsanədir,
    Ömrün hər anına, uzanan yollar.

    Yollar var keçilməz, kəsəkli,daşlı,
    Yollar var qaranlıq, dava-dalaşlı.
    Bəzən yol gedərlər gözləri yaşlı,
    Ömrün hər anına, uzanan yollar.

    Istəyə, arzuya zinət, yaraşıq,
    Hər səyyah çıxdığı yoluna aşiq.
    Ərəb saçı kimi olar dolaşıq,
    Ömrün hər anına, uzanan yollar.

    Baxılmaz yolların çınqıl, daşına,
    Əzm edib çatarlar mənzil başına.
    Yolçular qovuşar, dost-sirdaşına,
    Ömrün hər anına, uzanan yollar.

    Bir ucu vətəndir, bir ucu qürbət,
    Bir ucda şəhərdir, digərində kənd.
    Bəzən acı olar, bəzən şəkər, qənd,
    Ömrün hər anına uzanan yollar.

    Çoxda ki, tufandır, dumandır, qardır,
    Hər kəsin həyatda öz yolu vardır.
    Dövrana hər yolda Allahı yardır,
    Ömrün hər anına, uzanan yollar.

    28.11.2015.

    D Ü N Y A M

    Fırlanır,fırlanır bu dünya yaman,
    Ötür aylar, illər,dəyişir zaman.
    Mənimçün sehirli,hüdudsuz ümman,
    İçimdə başqa bir dünyam var mənim.

    Şimşəktək çağlayan,buludtək dolan,
    İlin dörd fəslində bahar,yaz olan.
    Gözəllik aşiqi,ondan zövq alan,
    İçimdə başqa bir dünyam var mənim.

    Parlayan günəşdir şövq ilə yanan,
    Azan sədasıyla qalxıb oyanan.
    Allaha,Qurana,Haqqa inanan,
    İçimdə başqa bir dünyam var mənim.

    Bu dünya, ömrümün zəri,bəzəyi,
    Bu dünya, bəxtimin solmaz çiçəyi.
    Bu dünya, Dövranın sevən ürəyi,
    İçimdə başqa bir dünyam var mənim.

    27.11.2015.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    NƏ GÖZƏL

    Bir sevginin qucağına sığınmaq,
    İyləyib ətrini çəkmək nə gözəl.
    Xəyalından, fikirindən pay ummaq,
    Sarılıb cısmini bükmək nə gözəl.

    Həsrətinə alışmağın gözəldi,
    Röyasına qarımşağın gözəldi.
    Küsüb tez də barışmağın gözəldi,
    Yaxasında çiçək əkmək nə gözəl.

    Sarı simi inildəyən eşq sazı,
    Ürəkləri ofsunlayan avazı.
    Məhəbbətlə hecalanan hər yazı,
    Misra-misra qala tikmək nə gözəl.

    Sədaqətdir çoxu, azı dünyanın,
    Ləyaqətdir qışı, yazı dünyanın.
    Özündən də bu narazı dünyanın,
    Sevib şərbətini içmək nə gözəl.

    28.11.2015

    BU ŞƏHƏR və SƏN

    Bu şəhərin sən qoxuyan,
    Həsrət dolu küçələri.
    Uzaqlardan seyr eləyib,
    Köks ötürüb neçələri.

    Keçdiyimiz bu küçələr,
    Sənlə, mənlə, yol gedirdi.
    Hər dönəndə, hər dalanda,
    Bir birini itirirdi.

    İldırımın ah naləsi,
    Külək yolan yarpaqların.
    Yol kənarı çıraqların,
    Pıçıldayan titrək səsi.

    Sən yadıma saldın yenə,
    Həm gündüz, həm gecələri.
    Bu şəhərin sən qoxuyan,
    Həsrət dolu küçələri….

    27.11.2014

  • Eldar Nəsib SİBİREL.”Şair Haqq yolunda…”

    12226329_1478059319170065_2045167731_n

    Ey medal ölüsü, təltif ölüsü,
    Ey şöhrət ölüsü, tərif ölüsü,
    Misranı beynimə mismarlama gəl.
    Bu gün dilin üstə can verən sözü
    Əl altdan sabaha ismarlama, gəl.

    Səsin öz başına düşməsin, qağa?
    Köksün öz qəlbinə genmi, darmı-gör.
    Sabah bu vətəndə dəfn olunmağa
    Qəbrinə bir qarış torpaq varmı? gör.

    Aldığın təltifi köksünə sıxıb,
    Yamanca ayırdın özünü xalqdan.
    Sənətə bir qazanc yeri tək baxıb,
    Haqqı taptalayıb, danışdın haqqdan.

    Mədənə bağlandı qəlbin, ürəyin
    Səsin qəlbindən yox, qarnından gəlir.
    Unutma bu xalqın duzu, çörəyi
    Getməz, belə getməz burnundan gələr.

    De, şairlik hara, məddahlıq hara?!
    Kimdən bu xislətə inam dilərsən.
    Şair xalq yolunda çəkilər dara.
    Sənsə xalqı satıb, hökmüdarından
    Mükafat dilərsən, ənam dilərsən.

    Gedər bu var-dövlət, ürəyin bir vaxt
    Səni öz içindən haraylar, səni……
    Adam tək ağ günə çıxartdı, ancaq
    Şair tək öldürdü saraylar səni.

    Ey məddah, ey yaltaq, çəkil kənara.
    Haqqın şairinin qoy səsi gəlsin.
    Ölü ilhamını get, göm məzara
    Bahar ilhamların nəfəsi gəlsin.
    Şair öz xalqının olar içində
    Şair öz xalqının ölər içində.

    28.01.1999.

  • Elnur RƏSULOĞLU.”Gözəl!” (Qarğışnamə)

    et

    Qız adın daşımaq səninçün deyil,
    “Qızlıq dünyası”na ləkəsən, gözəl!
    Görüm bu dünyada ömrün uzunu
    Kədərli olub dərd çəkəsən, gözəl!

    Kar olsun qulağın, lal olsun dilin,
    Tökülsün saçların, əyilsin belin.
    Getsin, qayıtmasın geri sevgilin,
    Gözünü yollara dikəsən, gözəl!

    Bütün bədənini bürüsün irin,
    Uzaqdan “gəl” desin qartmağın, kirin.
    Ağlaya-ağlaya əzizlərinin
    Ağ kəfənlərini tikəsən, gözəl!

  • Nail DAĞLAROĞLU.”Bu dağların hər havası gözəldi”

    n

    Əziz dostum Rafiq Tağıyev məndən soruşdu ki, Dağlarda havalar necədi? Məndə bu cavabı yazdım.

    Əziz dostum, soruşursan dağları,
    Bu dağların hər havası gözəldi.
    İşlərini başa vurub bağları,
    Xəzan vurub yarpaqları xəzəldi.

    Qar ələnib elə bil ki, qocalıb,
    Qocalıqdan gözümüzdə ucalıb.
    Səmadakı buludlardan bac alıb,
    Boyüklüyü taa qədimdi əzəldi.

    Anamızdı, Atamızdı bu dağlar,
    Hər fəsilin, hər havanın yeri var.
    Nail deyər tükənməyən arzular,
    Dağlar üçün müqəddəsdi, özəldi.

  • Mais TƏMKİN.”Çətindi”

    10646868_273655359498567_6620189188081019440_n

    Hər kim ki dərd-qəmə eyləsə vərdiş,
    Güləmməz üzünə dövrani-gərdiş.
    Bir insanda oyanmasa dirçəliş,
    O insanın cəhaləti çətindi.

    Ağlın varsa, ləkə yaxma ad-sana,
    Qoy gülməsin qohum sənə, yad sənə.
    Daldalarda qeybət qıran insana,
    Aşkar demək həqiqəti, çətindi.

    Sən sözü de, söz içində bişənə,
    Məzəmmət kar etməz sözdən şişənə.
    Nəsihət anlayıb, başa düşənə,
    El tənəsi, el töhməti çətindi.

    Namərdi bir anda məhv etmək asan,
    Səbr etmək müşküldü, səhv etmək asan.
    Düşmən zərbəsini dəf etmək asan,
    Dostun dosta xəyanəti çətindi.

    Haqq sözümü bəyan edim bir daha,
    Tülkülər önündə susub şir daha.
    Fitnəkar insanın qadir Allaha,
    Saf sevgisi, məhəbbəti çətindi.

    Şairsənsə, söz bağından inci dər,
    Mənasız söz qəlb ağrıdar, incidər.
    Mais Təmkin, yaratmasan incilər,
    Yaşatmağın bu sənəti çətindi .

  • Elnur ABDİYEV.Yeni şeirlər

    e

    * * *

    Şair çəmən-çəmən uçan kəpənək,
    Güldən şirə əmən bal arısıdır.
    Kim deyir,sözünün əri ol ərtək,
    Şairlər sözünün lal qarısıdır.

    Əlində deyil ki, taleyi sözün,
    Sən onu yazmırsan,o yazır səni.
    Bəzən unudursan,özünü özün,
    Özündə olmasan,o tapır səni.

    Ünvanın soruşsan,sor haralıqdan,
    Sakindir,sükunət deyildir yeri.
    Bir də görürsən ki,qanqaralıqdan,
    Doğulur dünyanın ən gözəl şeri.

    Hikməti bilinmir,hikmətsiz deyil,
    Nədir hallandıran qəlbimdə sözü?
    Nəticə vardırsa,səbəbsiz deyil,
    Elə nəticədir,səbəbin özü.

    Bunu dərk edirəm,o mənlik deyil,
    O mənim mənimin qışqırtısıdır.
    Şairi eşqinin yol yoldaşı bil,
    Şeirsə, Allahın pıçıltısıdır

    * * *

    Sənə sənsizlikdə hey öyrəşirəm,
    Adına sözümlə heykəl yonuram .
    Özümə dönəndə özgələşirəm,
    Özümdən dönəndə özüm oluram.

    Kədər hər gün oyur,ruh-ruh vücudu,
    Sevgimdən zamana başdaşı yonur.
    Həsrətin gözümdə can verir budur,
    Sənsizsə ruhumun yaddaşı donur.

    Özün düşünənlər bizi nə anlar?
    De,daşlar su haqda fikirləşirlər?
    Özünə dönəndə özü olanlar,
    Özündən dönəndə özgələşirlər.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    11149420_814346961975030_7057312539619506005_n

    DOSTLARIM

    Dost sözü dilimdə müqəddəs andım,
    And içib,elə dost oduna yandım.
    Ömrün etibarı,ilqarı sandım,
    Dost üçün canından keçən dostları.

    Bir dost ətəyidir hər sevən ürək,
    Üz tutan,əli boş dönməsin gərək!
    Dünyanın ən gözəl hədiyyəsi tək,-
    Sevən ürəyimə köçən dostlarım.

    Bu necə sevgidir,bu nə pir elə?
    Dost qəmi adamı əridir elə.
    Ruhumun ibadət yeridir elə,-
    Ölüm aramızdan seçən dostlarım.

    QƏRİB AYAQ İZLƏRİ

    Yolların göz yaşıdır,
    Qərib ayaq izləri.
    Bu yolun harasında,-
    Durub sayaq izləri?

    Ah bu mizrab-sim belə,
    Görməyib tilsim belə.
    Bu yollara kim belə,-
    Vurub dayaq izləri?

    Şam tutub dərd-sərimdən,
    Ruhum çıxır tərimdən.
    Bu yumruq əllərimdən,-
    Getməz bayraq izləri.

  • Kənan AYDINOĞLU.”Qədəmin atanda yenə də qadın”

    Photo Kenan

    Səhərlər narahat boylanan günəş,
    Ovsunlu baxışla yenə oyanar.
    Fəqət dodağından bir kəlmə çıxsa,
    Bu dünya qayğıya, nura boyanar.

    Qədəmin atanda yenə də qadın,
    İsinir qəlblərdə yad olan hisslər.
    Bir anda dərdini qəlbə söyləyir,
    Sevincdən, fərəhdən şad olan hisslər.

    Bir günün sevinci, fərəhi demə,
    Alta-alta yazılan şerə dəyərmiş.
    Ömrümdə özüm də bilməzdim ki, heç,
    Önündə təbiət başın əyərmiş.

    Keçdikçə ömürdən günlər qatar tək,
    Qayğılı gözləri arayır nəsə.
    Ürək həssas olur bir uşaq kimi,
    Dodaqdan süzülən adi bir səsə.

    Solsa pianonun üstündə güllər,
    Qadın nəfəsindən oyanacaqlar.
    Hüsnünə tamaşa etməkdən ötrü,
    Gəlib dəstə-dəstə dayanacaqlar.

  • Şəhanə CƏFƏROVA.”Mənim ürəyim”

    SC

    Bu həyat çox canımı sıxır.
    Sevgimi başqaları yox, sənin baxışların yıxır.
    Niyə səni sevməyim boşa çıxır.
    Dözə bilmir acılara mənim ürəyim!!
    Səhvmi edirəm səni sevməklə?!
    Gözlərim kor olmuş yalnız səni görməklə.
    Bəlkə də sən düz edirsən getməklə.
    Döyünmək istəmir mənim ürəyim!!
    Bilmirəm məni sevirsən?!
    Bəlkə də mənə yalan deyirsən…
    Deyəsən mənim qismətim sən deyilsən.
    Hər şeyə çox tez inanır mənim ürəyim…

  • Elçin Azər SÜLEYMANOV.”Leyləklə Qazanın nağılı…”(Təmsil)

    Bu gün sizlərə danışacağım hekayə əsrlər öncə Aralıq dənizində yerləşən Kipr adasının Beşbarmaq dağlarında zəhmətinə bəhrələnən Leylək dəstəsində yaşayan ana leyləyin hekayəsidir…
    Leyləklər aramla illərdən bəri Beşbarmaq dağlarının zirvələrində zəhmətləriylə səbət qurur, yaşayırdılar.İctimai , sosial-bəşəri düşüncələriylə bütün insanlığa dərs verirdi leyləklər…
    Həyat elə gözəllikləriylə onları sevindirir, gələn xəzan yeli onları üzgün edir , qışda isti ölkələrə köçəcəklərindən xəbər veridi.Bununla Beşbarmaq dağları bir fəsli onlarsız sanki, çılpaq zirvəsində yalnızlığının yorğunluğu ilə uğuldayırdı…Bu aramla həyat Leylək dəstəsində davam edirdi…Onlar müqəddəs Məkkə, Mədinə torpaqlarına qədər isti ölkələrə səfər edir, soyuq qışı orda keçirir, halalıqlarıyla yaşayırdılar.Bu müqəddəs torpaqlara hər il səfər etdiklərindən adlarının qarşısına toplum Hacı sözü əlavə etmiş , onlara hacıleylək adını vermişdilər.Bu halal quşlar heç zaman harama əl uzatmır , haqsızlığa səbrləriylə sinə gərirdilər.Çünki, səbir vicdanın aynası ,təlim və tərbiyə onun açarıdır…
    Bir gün gələn qış küləyi yenə hacıleylək dəstəsini Beşbarmaq dağlarından köç etməyə vaqe etmişdi… Qoca leylək yumurtalarını qanadlarına alıb, uçmaq istərkən bir yumurta fərqinə varmadan səbətə düşmüşdü… Üstəlik yumurtaları çox olduğundan yemək qazanını bu il özüylə götürməyəcəyini ona dedi.Bu o qazandı ki, sahibsizlikdən pas atmış çürüyürdü.Ana leylək onu qanadlarıyla Beşbarmaq dağlarının zirvəsinə qaldırıb səbətinin yaninda yer etmiş, onu çürüdən paslarını təmizlətmiş, hər gün onu ehmalca yuyub, qurulayıb qazan etmişdi…Amma bu dəfə yaşlaşan ana leylək yumurtalarını ancaq özüylə isti ölkələrə götürə bilərdi…Bununla qazan xəbisliyindən əl çəkməyərək,ana leyləyin əziyyətlə çör-çöplə düzəldib yuva etdiyi səbətinin üstünə oturdu və “birdə burdan qalxmaram,qayıdanda qoy yuvasız qalsın”-dedi.O elə oturmuşdu ki , ana leyləyin unutduğu yumurtanı əzmiş, yumurtanın içindəki ətcə balanı da öldürmüşdü.Səbətdəki leylək lələklərini özünə yapışdıran qazan özünü leyləyə bənzətmək istəmiş , kin və kinayəsindən düşdüyü boş qazanlığının fərqinə belə varmamışdı… Atalar demiş cücəni payızda sayarlar… Ana leylək leylək qatarıyla dincəlmək üçün arana enmiş, yenicə həyata boylanan ətcə balalarının sayındakı əksikliyin fərqinə varmış, dərhal balalarını qonşu leyləyə təhvil verib, üzü Kiprə-Beşbarmaq dağlarına sarı qanadlanıb yol almışdı…Haqqın qanadı bükülməzmiş; Bir zaman leylek qatarıyla gəldiyi yolu indi tək-tənha qayıdırdı unuttuğu balası uğruna…Haqqın yolunda nə qədər tək olsanda Allah səninlə olar bu yolçuluqda.Bu yolçuluq üçünsə ilk özünə inam lazımdır.İnam isə özünə güvənməkdən keçir…Oysa Hacı Leylək olaraq tək dönür fırtınalı havada göydən yerlərə baxır insanlığın çözə bilmədiyi düyünlər haqqında fikirləşir uzun günlərdən sonra uçub Beşbarmaqa çatırdı…Amma yazıq leylək nə bilərdi ki, onu burda da sınaqlar gözləyirmiş…Unutduğu ətcə balasını götürməyin ümidiylə gələn ana leylək nə bilərdi ki , içi boş qazan onun səbətini vəhşiliyi ilə zəbt edib ,üstəlik səbətdə qalan yumurtanı əzib öldürüb.Bununla yetinməyərək leylək lələklərindən kinayə ilə üzərinə yapıştırıb, səbəti ələ keçirərək mən LEYLƏYƏM burada mənim YUVAMDIR- deyib hamını aldadıb…Nə qədər desədə, bir atalar sözü var “el gözü tərəzidir”- deyə… (daha&helliip;)

  • Qabil ƏDALƏT.”Həsrətimə toy tutacam”

    Gecənin sənsizliyinə bűrűnűb…
    Mahnı bəstələyirəm
    Sükutun addım səslərini
    Notlara duzub.
    Həsrətimə toy tutacam Bu gecə….

    Divar kağızlarından qoparıb
    Gűl dəstələyirəm.
    Xatirəndən qopub dűşműş űmidlərlə
    Qol qaldırıb oynayacam,
    Həsrətimə toy tutacam Bu gecə…

    Arsızlığıma salıb
    Kədərimi űstələyirəm…
    Ətrin qalmış geyimlərini yuyub suyunu
    Yűz yűz vuracam
    Həsrətimə toy tutacam bu gecə…

  • Günel ƏLİYEVA.Yeni şeirlər

    12107261_1681684228734233_7942365331840835205_n (1)

    UNUDARSAN BƏLKƏ DƏ

    Gözlərimin rəngini,
    Tellərimin ətrini,
    Şeirimin hər sətrini,
    Unudarsan ,bəlkə də.

    Sevdiyin gülüşümü,
    Hərdən ərköyünlüyümü,
    Elə mənim özümü,
    Əzaba dözümümü,
    Unudarsan, bəlkə də.

    Könlümün həsrətini,
    Yoxluğunun dərdini,
    Sənlə ömrümə gələn
    Cəhənnəmin qəsdini,
    Çarəsiz bir xəstəni,
    Unudarsan ,bəlkə də. (daha&helliip;)

  • Etibar VƏLİYEV.Yeni şeirlər

    MƏN DƏ QARABAĞLIYAM

    Azəriyəm, alqış olsun dilimə.
    İslam adlı, imanıma, dinimə.
    Qurban olum vətənimə, elimə.
    Yurdum Lerik dağ başında, dağlıyam.

    Lənkərandı, Masallıdı, Ləkidi.
    Bu Bakıdı, bu Gəncədi, Şəkidi.
    Bu vətəndi, torpağımın təkidi.
    Vətənimə, torpağıma bağlıyam.

    İmişli, Beyləqan,Quba, Qusarda.
    Salyanda, Şirvanda, Ağsu, Ucarda.
    Hər yer vətənimdi doğma diyarda.
    Mən də Naxçıvanlı, Qaradağlıyam.

    Şüşa həsrətimdi, sirdaşım olub.
    Qubadlı, Laçınım, göz yaşım olub.
    Xocalı qanımda yaddaşım olub.
    Ağdamlıyam, mən də Qarabağlıyam.
    (daha&helliip;)

  • Abbas SƏFƏROV.Yeni şeirlər

    Ağlayar

    Başımın üstünə pəri dolanır,
    Dünyamın xəyalı, bir qız ağlayar.
    Göylərin üzündə od tutub yanır,
    Ulduzlar sönübdü, aysız ağlayar.

    Boğulub qəhərdən, susub dillərim,
    Danışmır sözümü, daha sellərim.
    İtirmiş rəngləri, yaşıl cöllərim,
    Cüt gəzən sonalar, taysız ağlayar.

    Ürəkdən gülənlər,daha gülməyir,
    Sevgini duyanlar,daha duymayır.
    Ürəyi yananlar, daha yanmayır,
    Yetimlər qalıbdı, paysız ağlayar.

    Çiçək də yabanı, olub elə bil,
    Ürək də yabanı, olub elə bil.
    Dilək də yabanı, olub elə bil,
    Baharlar kecməyir, maysız ağlayar.

    Səsimə səs verin, itməsin düzəm,
    Küsmə sən, ey həyat, ucal yenidən.
    Bəxş eylə, səadət bizə, Yaradan!,
    Abbasın harayı, haysız ağlayar. (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVI hissəsi

    Düşünməkdən Eldarın başı ağrıdı. Fidanın yatdığına əmin olduqdan sonra uzandığı yerdən qalxdı. Fidanın başından öpüb, oğlunun burnuna barmağını toxundurduqdan sonra otaqdan çıxdı.
    Evdən çıxmaq üçün qapını açanda Rəşadın səsini eşitdi.
    – Hara gedirsən?
    – İti basdırmağa. Ola bilsin gecə qayıtmaram. Mən gələnə qədər yanlarında ol.
    – Arxayın ol.

    Eldar evdən çıxdı. Maşının səsinə Fidan oyandı. Yoldaşını yanında görməyəndə telefonuna zəng etdi.
    – Gecə vaxtı hara getdin yene?
    – Narahat olma, gələcəm.
    Eldar çox danışmadı. Telefonu söndürdü. Fidan bir neçə dəfə “Alo” desə də cavab verən olmadı.

    Fidan yuxudan oyanana kimi Təhminə uşağın altını dəyişmiş, yeməyini vermişdi. Rəşad isə, həyatda gəzdirirdi
    Eldar hələ qayıtmamışdı. Fidan özünə çay süzdü, qonaq otağına gəldi. Eldara zəng vururdu, yenə zəng çatmırdı. Təhminə həyətdən içəri keçəndə Fidan deyindi:
    – Telefonu niyə söndürür, bilmirəmdə. Adam narahat olur.

    Fidan televizoru yandııb divanda oturdu.
    – Heç olmasa Rəşadla gedərdi. Adamın ağlına hər şey gəlir.

    Kanalları bir-bir dəyişirdi. Səfərin şəkilini görəndə pult əlindən düşdü. Xəbərlərdə Səfər Kərimovun avtomobil qəzası keçirdiyi deyilirdi. Kadrları görən Fidanla Təhminə bir-birilərinə baxdılar
    Təhminə – Dünən biz gördük ki…

    Fidan “Səfər” deyib dizlərini döydü, ağlamağa başladı.
    Təhminə onu sakitləşdirməyə çalışdı.
    – Ağlama. Rəşad eşitsə yaxşı deyil. Özünü ələ al, Eldar gələ bilər.
    – Eşitmədin? Vəziyyəti ağırdı.
    – Başa düşürəm, özünü ələ al.
    – Gedəcəm yanına. Onu görməsəm, ürəyim partlayar.
    – Ağlını başına yığ.
    – Başa düşmürsən məni. Səfərin vəziyyəti ağırdı.
    – Sən də başa düşmürsən ki, ailəlisən, Səfərin arvadı var. Eldar bilsə, fikirləşmisən nə ola bilər? Cəmilə imkan verəcək elə görəsən.

    Fidan Təhminəni dinləmədi, otağına keçdi, paltarını dəyişdi.
    Təhminə – Nə iş görürsən? Nə deyəcəm Eldara? Məni pis vəziyyətdə qoyursan.
    – Heç kim mənə mane ola bilməz.
    – Eldarla xəyanət etmək üçün evləndin?
    – Gic-gic danışma.

    Fidan qapıdan çıxdı. Təhminə arxasınca qaçdı. Rəşadı görüb ayaq saxladı.
    Rəşad – Hara gedirsən, Fidan?
    Fidan – Özümü pis hiss edirəm. Gələcəm.
    Fidan həyət qapısından çıxdı. Rəşad təəccüblə Təhminəyə baxdı. Təhminə Rəşad soruşmamış cavab verdi.
    – Eldara zəng çatmadı, nigaran qaldı,arxasınca getdi. Neyləyə bilərdim? Fidanı saxlamaq olmur
    Rəşad – Axı, bilmir harda axtarmaq lazımdır. Eldar əsəbləşəcək.
    – Tərsdir…
    Təhminə yalan danışmağa məcbur olmuşdu.

    Səfərin vəziyyəti ağır idi. Cəmilə Kərimə qısılıb ağlayırdı.
    – Oğluma nəysə olsa, ölərəm ay Kərim. Dözə bilmərəm.

    Kərimin də gözləri dolmuşdu, Cəmiləyə təskinlik verəcək halda deyildi. Lamiyə bir kənarda dayanmışdı. Səfərin qəza keçirməsinə pis olsa da ağlamırdı. Başını aşağı salmışdı. Cəmilənin gözü gəlininə sataşdı. Kərimdən ayrılıb ona yaxınlaşdı.

    – Hər şey sənin ucbatından oldu. Evimizə gələn günü ayaqların qırılaydı.

    Xəstəxana dəhlizində başqa xəstə yiyələri, otaqdan-otağa gedib gələn həkimlər, tibb bacıları qaynana-gəlinə baxdılar.

    Kərim Cəmiləyə yaxınlaşdı, astaca dedi.
    – Cəmilə, sakitləş. Camaat bizə baxır.
    Cəmilə nifrətlə Lamiyəyə baxırdı, sözlərinə davam edirdi.
    – Sən oğlumu bu günə saldın. Niyə getmədin ananla? Nə yapışmısan yaxamızdan? Lamiyə susurdu, səbr edirdi.
    Kərimin əl telefonuna zəng gəldi, Xəstəxananın həyətinə çıxmalı oldu. Lamiyə Cəmilənin qolundan astaca tutdu, səsinin tonunu qaldırmadan dedi:
    – Ağlını başına yığ, səsinin də tonunu aşağı sal. Oğlun da, mən də sənin ucbatından bədbəxt olmuşuq. Fidanı, Ərinin məşuqəsini tələyə saldığın günü nə tez unutmusan?
    – Ay axmaq, onsuzda itirəcəyim heç nə yoxdur. Səni qonşular təzəlikcə kişiylə görüblər. Bircə fahişəliyin çatmırdı.
    – Nədi? Qızını bakirə ərə verməmişdin?
    Aybəniz gördü ki, atası yaxınlaşır, anasının qolundan tutdu.
    – Sakit olun, atam gəldi. Baş qoşma ana, dəyməz.
    Lamiyə bir az aralı çəkildi – Şərəfsiz şərəfdən danışır.

    Fidan salondan çıxmamışdan əvvəl divarda asılmış saata baxdı. Gərək günortayacan evə qayıtsın. Fidan yol kənarında dayanan taksilərin birinə yaxınlaşdı.
    Həkim Kərimə yaxınlaşdı. Cəmiləylə qızı onlara yaxınlaşdı. Səfərə 1+ qan lazım idi.
    Cəmilə – Qızımla mənim qanım ikidir. Kərim, səndə birdir.
    Kərim – Mən qan verə bilmərəm. Həkim də, Cəmiləgil də təəccüblə baxışdılar. Həkim – Niyə?
    Kərim – Evdəkilərə özüm demirdim. Şəkərim var.
    Həkim – Bəs yoldaşı?
    Hər kəs Lamiyəyə baxdı. Kərim Lamiyəyə yaxınlaşdı.
    – Səfərə qan lazımdır. Birinci qrup qan lazımdır.
    – İkinci qrupam.
    Kərim məyus həkimin yanına qayıtdı.

    Eldar evdə Fidanı görməyəndə hirsindən bilmirdi neyləsin.
    – Necə yəni məni tapmaq üçün çıxıb? Telefonuna zəng də çatmır. Düzünü deyin, hara gedib bu qız?
    Təhminənin gözləri dolmuşdu, Fidana zəng etsə də, ona cavab verməmişdi, yalanının üzə çıxmasından qorxurdu.
    Təhminə – Vallah , sənin arxanca çıxdı. Neçə dəfə zəng elədi. Sənə zəng çatmayanda narahat oldu.
    Eldar – Ofisə gəlsəydi bilərdim. Ofisə də dəymişdim.
    Rəşad evə keçdi. – Gətirdiyin adamlar harda qalacaqlar?
    Eldar – Növbəylə qalacaqlar. Biz olmayanda Təhminəylə Fidanı hara istəsələr aparıb gətirəcəklər. İndi bunun yeridir?

    Eldar yenə Fidana zəng edir. Fidana zəng çatmır. Eldar telefonu yerə çırpır. Təhminə diksinir. Rəşad Təhminənin qolundan tutdu ki,sakitləşsin.

    Fidan xəstəxanaya girəndə Səfər Kərimovu soruşur. Qaldığı otağı öyrənəndə Cəmiləgili görür. Fidanın saçları sarı idi, gözündə eynək vardı. Kərimlə Cəmilənin sözlərini eşitdi.. Cəmilə ağlayırdı.
    – Birinci qrup nədir ki, bu boyda xəstəxanada tapılmadı?
    Kərim – Narahat olma, Rafiqə tapşırmışam.
    Həkim Kərimin yanına gəldi. – Tapa bildiniz?
    Cəmilə Kərimdən öncə cavab verdi – Elə bil oğlumun bəxtindəndi. Tapa bilmədik. Həkim – İnşallah tapılar. Ümidinizi itirməyin.

    Həkim ikinci mərtəbəyə çıxanda, Fidan da onun arxasınca pilləkanları çıxdı. Dəhlizdə Fidan Həkimi arxadan səslədi.
    – Bağışlayın, təsadüfən söhbətinizi eşitməli oldum. Kimə qan lazımdır?
    – Səfər adlı xəstəyə.
    – Neçənci qrup?
    – 1+ – Mən hazıram – Fidan həkimin üzünə gülümsədi.
    Həkim Fidana diqqətlə baxdı. – Onda mənimlə gəlin.

    Fidan qan verəndən sonra ayağa qalxdı, başı gicəllənirdi. Tibb bacısı Fidana şirin çay verdi. Fidan özünə gəldikdən sonra telefonunu çantasından çıxartdı, yandırdı. Çox keçmədi Təhminədən zəng gəldi. Fidan telefona güclə cavab verirdi.
    – Allo.
    Təhminə yataq otağına keçdi. – Hardasan? Eldar gəlib, əsəbindən az qala evi alt-üst edə.
    – Xəstəxanadayam. Səfərə qan verdim, özümü yaxşı hiss eləmirəm.
    – Nə danışırsan? Mən də qorxumdan demişəm ki, Eldarın arxasınca getmisən. Tez taksiyə otur gəl.
    Fidan birtəhər ayağa qalxıb dəhlizə çıxdı. Həkimlə qarşılaşdılar.
    Həkim – Özünüzü necə hiss edirsiniz?
    – Bir az halsızam.
    – Özünüzə qara şokolad alın, qanınızı artıran vitaminlər qəbul edin. Sizi yoldaşlardan birinə tapşıraram ötürər.
    – Yaxşı olar. Birdə həkim, xahiş edirəm, kimliyim haqqında məlumat verməyin. Həkim gülümsədi – Baş üstə, mənim gözlərim üstə.

    Fidan tibb bacısıyla xəstəxanadan çıxanda Cəmilə ilə rastlaşdı. Göz-gözə gəldilər. Fidan eynəyini gözünə taxdı, Cəmilənin yanından keçdi. Cəmilə şübhəylə Fidanın arxasınca baxdı. Öz-özünə deməyə başladı.
    – Bu qız mənə necə tanış gəlir?!…
    Fidan taksiylə yola salan tibb bacısı Cəmiləyə yaxınlaşanda saxladı.
    – Qızım, o xanım kim idi?
    – Tanış olmadınız? Xanım sizin oğlunuza qan verdi.
    Cəmilə təəccübləndi. – Adı nədir?
    – Fidandır.
    Cəmilə bir anlıq elə bildi ki, yerə yapışdı. Özünü güclə ələ aldı.
    – Çox sağ olun.
    Tibb bacısı binaya girən kimi Cəmilə xəstəxananın qarşısında dayanan taksilərdən birinə oturdu, sürücüyə də tapşırdı ki, bəyaq xəstəxanadan çıxan ağ rəngdə olan taksini izləsin.
    Sürücü ağ taksini görənəcən maşını sürətlə sürdü.
    Eldar həyətdə o tərəfə, bu tərəfə gedib gəlirdi. Fidan həyət qapısından içəri girən kimi ona tərəf qaçdı. Fidanın başı gicəllənirdi. Eldar Fidanın qolundan tutdu.
    – Nə olub? Fidan…Fidan…
    – Yatmaq istəyirəm, dincəlmək istəyirəm.
    Eldar Fidanı qucağına aldı, evə tərəf getdi. Qapının ağzında Rəşad qarşısına çıxdı, həyəcanlıydı.
    – Camal qayıdıbdı.
    Eldar gözüylə Fidanı işarə etdi, yəni qadınlara deyib qorxutmaq lazım deyil. Fidan gözlərini yummuşdu, Rəşadın dediklərinə heş bir reaksiya göstərmədi.
    Cəmilə isə, Fidanın evini öyrəndikdən sonra, taksi sürücüsünə geri qayıtmağını tapşırdı….

    Ardı var…

  • Pərviz Həkimovu doğum günü münasibətilə təbrik edirik! (26 noyabr)

    12140208_891530900936567_700966553847344075_o

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, istedadlı gənc yazarı yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Özünü sevdirən sən oldun mənə

    Özümü də yordum,səni də yordum,
    Bu sevda yolundan vaz keçib durdum.
    Mən ki,gözlərindən işıq umurdum,
    Duman oldun mənə,çən oldun mənə…

    Ruhum günahlardan münəzzəh çağa,
    Necə qalib gəldin zirvəyə,dağa
    Bir anda əyilib döndüm yumağa,
    Qırış oldun mənə,dən oldun mənə

    Gündüz tanımıram,gecə bilmirəm,
    Səni al günəşdən seçə bilmirəm.
    Necə bütünləşdik necə,bilmirəm,
    Hopub varlığıma mən oldun mənə

    Gülüm,and içirəm uca Allaha,
    Həsrətin vəslətin dadından baha.
    Gəl mənə günahkar söyləmə daha,
    Özünü sevdirən sən oldun mənə

    14 noyabr 2015-ci il,şənbə günü,saat 10:34

    Nədir dəyişməyən həqiqət görən
    Dünənin şəkəri bu gün zəhərdir,
    Bu günün sevinci sabah qəhərdir.
    Doğmanın gecəsi yada səhərdir,
    Hörən də yıxandır,yıxan da hörən,

    Nədir dəyişməyən həqiqət görən
    Cibdə pul olanda canavar quzun,
    Ağrılı saniyə min ildən uzun.
    Sevinən məqamda qənd olur duzun,
    Sıxılıb nöqtəyə dönür yan-yörən,
    Nədir dəyişməyən həqiqət görən

    Aqilin məlhəmi nadana oxdur,
    Qəlbini açmayan heç nə də çoxdur.
    Allah kiminə var,kiminə yoxdur,
    Payıza hamilə yamyaşıl pöhrən,
    Nədir dəyişməyən həqiqət görən

    Elə görmək istəyirəm səni ki…

    Sirrin tənha otağında qalıbdır,
    Bir çiçəyin budağında qalıbdır.
    Xoşbəxtliyim dodağında qalıbdır,
    Elə görmək istəyirəm səni ki…

    Çətin ruhum qəfəsinə yovuşa,
    Qoymamışam həyat,ölüm qovuşa.
    Xəyal qalxıb həqiqətlə savaşa,
    Elə görmək istəyirəm səni ki…

    Mən səninçün misra idim,sətirdim,
    Varlığımı yara qurban gətirdim.
    Qucağında taleyimi itirdim,
    Elə görmək istəyirəm səni ki…

    Həsrətindən doymamışam

    Bu sevgidən köksümdə qəm bitirib,
    Misra-misra varaqlara ötürüb,
    Gənclik adlı baharımı itirib
    Tuş olsam da tufanlara,selə mən,
    Həsrətindən doymamışam hələ mən

    Duyulursan həyatımın dadında,
    Nəğmə olub ürəyimdə adın da.
    Gülüm,sənin gözlərinin odunda,
    Yanmaq üçün çarpışaram helə mən,
    Həsrətindən doymamışam hələ mən

    Baxışımdan sorma mənə nə verdin,
    İçimdəki ətaləti devirdin.
    Məhəbbətlə ürəyimi çevirdim
    Çəməndəki çiçəyə mən,gülə mən,
    Həsrətindən doymamışam hələ mən

    Alışaram bu sevginin oduna,
    Alışaram,kimsə yetməz dadıma.
    Toy gününü salma mənim yadıma,
    Hicranınla yanım ildən ilə mən,
    Həsrətindən doymamışam hələ mən

  • “Azərikimya” İstehsalat Birliyində pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd olunmuşdur

    “Azərikimya” İstehsalat Birliyinin konfrans zalında Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, “Tərəqqi” medallı pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi münasibətilə tədbir keşirilmişdir.
    Əvəz Mahmud Lələdağın qələm və peşə dostlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev açmış və yubilyarı həyatının ən əlamətdar günü – 80 illik yubileyi münasi¬bətilə kimyaçılar adından səmimi-qəlbdən təbrik etmişdir. Qeyd olunmuşdur ki, şair, publisist və dramaturq kimi 50 illik zəngin yaradıcılıq yolu keçən Əvəz Mahmud Lələdağın yaradıcılığının əsas qayəsini vətənə, el-obaya tükənməz məhəbbət təşkil edir.
    Yubilyarı təbrik edən Əməkdar İncəsənət xadimi şair Əşrəf Veysəlli Əvəz Mahmud Lələdağın oxucunun qəlbini duyaraq, gözəl söz demək qabiliyyətinə sahib bir şair olduğunu və məhz bu keyfiyyətləri ilə digər yaradıcı insanlardan fərqlənməyi bacardığını qeyd etmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, həmçinin Aşıqlar Birliyinin üzvü olmaqla, Ə.M.Lələdağın “El yada düşdü”, “Dağlar marala qaldı”, “Ömür payı”, “Sinəsi dolu nənəm”, “Ağ dovşanın nağılı”, “Ömürdən qalan izlər”, “Dünya, hara gedirsən?”, “Səni gözləyirəm”, “Bizi deyib gəlmə, Mirzə”, “Yaddan çıxmaz günlərim”, “Analı dünyam”, “Ümumbəşəri bəla – erməni xəstəliyi”, “Dağlar, gözləyin məni”, “Bu dünyaya könül verdim” və digər kitabları oxucuların dərin rəğbətini qazanmışdır.
    “Şöhrət” ordenli Əməkdar müəllim, şəhərdəki 11 saylı tam orta məktəbin direktoru, şairə Ofelya Babayeva qeyd etmişdir ki, Əvəz Mahmud Lələdağ 1972-ci ildən Sumqayıt şəhərində yaşamaqla, yarım əsrdən artıq bir dövr ərzində balalarımızın təhsili və təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Uzun illər məktəb direktoru kimi məsuliyyətli və şərəfli bir vəzifəni icra etmiş, bu istiqamətdə qələmə aldığı “Təlimdə ənənəvilik və müasirlik haqqında pedaqoji düşüncələr” kitabı müəllimlərin stolüstü kitabına çevrilmişdir.
    Tədbirdə həmçinin Sumqayıt Dövlət Universitetinin professoru Həsən Sadıxov, Polimer Materialları İnstitutunun Laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Mustafa Salahov, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, AJB Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday, Əli Kərim adına Poeziya klubunun direktoru İbrahim İlyaslı, tanınmış jurnalist Rəhman Orxan və digərləri çıxış edərək, Əvəz Mahmud Lələdağın bu gün də pedaqoji fəaliyyətini Sumqayıt Dövlət Universitetində davam etdirdiyini vurğulamış və qeyd etmişlər ki, Əvəz müəllimin Sumqayıt şəhərinin ictimai, siyasi və mədəni həyatındakı fəaliyyəti həmişə diqqət mərkəzində olmuş və ona şəhər sakinlərinin dərin rəğbət və sevgisini qazandırmışdır. Bir sıra əsərləri Sumqayıt teatrında səhnələşdirilərək, tamaşaçıların ixtiyarına verilən Əvəz Mahmud Lələdağ bu gün də gənclik eşqi ilə yazıb-yaradır, gənclərimizin sabahın layiqli vətəndaşları kimi yetişməsində əlindən gələni əsirgəmir.
    Əvəz Mahmud Lələdağ ona göstərilən diqqətə görə «Azərikimya» İstehsalat Birliyinin kollektivinə dərin minnətdarlığını bildirmiş və tədbir iştirakşılarına bir neçə şeir ərməğan etmişdir.
    Yubiliyarın qızı, şəhərimizdəki Məktəblilərin və Yeniyetmələrin yaradıcılıq Mərkəzinin direktoru Əntiqə xanım Mahmudova da atasına göstərilən isti münasibətə görə ailələri adından «Azərikimya» İstehsalat Birliyinin rəhbərliyinə və şəxsən Muxtar Babayevə sonsuz minnətdarlığını dilə gətirmişdir.
    Sonda yubilyara «Azərikimya» İB tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, möhkəm can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulanmışdır.

    Rafiq Oday
    Vüqar Abdullah (foto)

  • Kamran KARANİ.”Cəllada dikildi baxışlar o gün…”

    Edama sürdülər bu məhəbbəti,
    Son sözün,istəyin nədir dedilər.
    Ruhuna asılmış qara kəndirin
    Önündə saxtaca kədərləndilər..

    Son sözü söyləmək nəyə gərəkdir?
    Qərarın dəyişməz bunun,bilirlər!
    Əlində kəndiri tutan cəlladın
    Tutduğu kəndirin sonun bilirlər!

    Gözləri bağlanıb baxan hər kəsin,
    Cəllada dikildi baxışlar o gün…
    Bəlkə də kədərdən üzülən oldu,
    Yenə də susaraq baxdılar o gün…

    Son sözü söyləyir susub baxanlar,
    “Qoy edam edilsin madam edirlər.”
    Eşqi pul-parada görənlər,cənab,
    Hər gün bir saf eşqi edam edirlər!

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    AĞLAYACAQ

    Ağlayanı çoxdu elin,
    Çaşmasın heç zaman dilin,
    Gözündə qalmasın əlin,
    Saz sınıb, sim ağlayacaq.

    Özgələr bu dərdi bilməz,
    Kimsə göz yaşını silməz,
    Nə qədər ki, elim gülməz,
    Yanıb, içim ağlayacaq.

    Həsrətik doğma yaylağa,
    Əl yetişmir Qarabağa,
    Arandan qalxmasa dağa,
    Elim, köçüm ağlayacaq.

    Öz hökmü var hər bir anın,
    Dərdin bil Əziz Musanın,
    Bizdən sonra bu dünyanın,
    Halına kim ağlayacaq. (daha&helliip;)

  • Məhəmməd TURAN.Yeni şeirlər

    12113359_1644259745815327_8563565984306098338_o

    Xəzər…
    Coş ay Xəzər…
    Ümmanları , dalğaları
    Sinən üstdə yellə biraz…
    nə olar ki qırma mənim ürəyimi…
    Bir az nazlan cilvə elə
    Vallah gələr
    Xoş ay Xəzər…
    Coş ay Xəzər
    Ağla biraz
    O yelkənli dalğalarda
    Ümid gətir…
    mənə biraz sevinc gətir
    Həsrətimə vüsal gətir…
    Coş ay Xəzər…
    Coş ay Xəzər.. (daha&helliip;)

  • Etibar VƏLİYEV.”Niyə?”

    12242312_961671070559387_189159540_n

    Niyə xırdalanıb, satılırıq biz.
    Var dövlət görəndə havalanırıq.
    Niyə hər oyuna qatılırıq biz.
    Niyə hər qazanda çalxalanırıq.

    Niyə dəyişilir hə gün üzümüz.
    Rəng verib, rəng alan göy üzü kimi.
    Bu dünya malından doymur gözümüz.
    Nəfsimiz acgözdür, lap özü kimi.

    Niyə əmanətə xəyanət edib,
    Niyə itiririk imanımızı.
    Niyə xəyanəti bir adət edib,
    Niyə itiririk gümanımızı.

    Niyə aşağıdan dağa qalxanda,
    Dərə olduğunu unuduruq biz.
    Atlanıb çapırıq, yolun sonunda,
    Bərə olduğunu unuduruq biz.

    Yaralı əsgərin yanına gedib,
    Niyə qanımızdan qan vermirik biz.
    Niyə bu vətənə xəyanət edib,
    Niyə Mübariz tək can vermirik biz.

    Papaq altındadır başın təmizi.
    Biz belə deyilik, üzdəki belə.
    Çox da qınamayaq bir birimizi.
    Biz belə deyilik, bizdəki belə.

    20.11.2015

  • Təranə ŞƏMS.Yeni şeirlər

    ts

    NƏ İSTƏDİM Kİ…

    Tükənib bitməyən hörgü istədim,
    Allahdan payımı,bölgü istədim,
    Anlamaq, eşitmək bilgi istədim,
    İstəyin, məramın, əgər sevgisə,
    Ay dəlim, sevmişəm nə istədim ki?!

    Qəlbini dinləsən, öyə bilərsən,
    Bu mənəm, sən isə dönə bilərsən,
    Alışıb yanmasan sönə bilərsən,
    Zəmi tək, biçilən əgər sevgisə,
    Qəlbində cücərdim mən itmədim ki?!

    Yazılan taleyin toruna düşdün,
    İtirdin yolları zoruna düşdün,
    Məhəbbət qəbrdi, göruna düşdün,
    Bir qəlbə hədiyyə, əgər sevgisə,
    Bu ürək, bu könül, dəyişmədim ki?!

    Demədim, dünyanı başına fırla,
    Heykəli ucaldıb, daşına fırla,
    Dağ olan yağını, aşına fırla.
    Ürəklər bir vurar, səsi sevgisə,
    Özümü sevdirib çəkişmədim ki?!

    19.11.2015.
    (daha&helliip;)

  • Kənan AYDINOĞLU.”Kədəri sevinclə gözlərindən çək”

    Photo Kenan

    “Çəkdim həsrətin desəm, sənə mən,
    Bəlkə inanmazsan sözlərimə sən?!”.
    Müəllif.

    Qəlbindən süzülən duyğularını,
    Mənə söylədilər o vaxtı, gülüm.
    Məndə ki, o vaxtı coşub-daşırdım,
    Dəyişdi şairin bir baxtı, gülüm.

    Səhərdən-axşama narahat qəlbdə,
    Ən incə duyğular süzülüb gəldi.
    Dastanlar qoşanda qəlbimdə artıq,
    Torpaqdan qəlbimə düzülüb gəldi.

    O gündən bu günə mənim qəlbimin,
    Döyünən, çıpınan aynası oldun.
    ALLAHA, “QURAN”a dastanlar qoşan,
    Türkün şairinin dünyası oldun.

    Sevinc də, kədər də mənim ömrümün,
    Səhərə can atan xəbəri oldu.
    Sənin gözlərinə qəm ələnməyi,-
    Sevgi sarayımın kədəri oldu.

    Hər dəfə çələngdən dastan qoşanda,
    Sən düşdün yadıma həmişəki tək.
    Nə kədər, nə qüssə yaraşmır sənə,
    Kədəri sevinclə gözlərindən çək.

    30 noyabr 2011-ci il.Bakı şəhəri.

  • Şəfa VƏLİYEVA.”Bütün Gəncə ağlayır…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Kim dedi ki, səninçün
    Bir qız təkcə ağlayır?
    Bürünüb küçələrə
    Bütün Gəncə ağlayır…

    Kim dedi axı sənə
    Bu qız ölür dərdindən?
    Gizlənib döngələrə
    Gəncə susur qəhrindən…

    Kim uydurub bu sözü:
    -Bu qız sənsiz öləcək…
    Inanma, ömrüm-günüm,
    Qıymaz sevənə Gəncə…

  • “Yuxuların günahı olmur” və “Paralanmış ürək” kitablarının təqdimatı keçirilib

    t

    21 noyabr 2015-ci il tarixində, saat 15:00-da, Bakı şəhərində yerləşən “Kitabevim” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Vehdet.Org” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Gülnarə Sadiqin “Yuxuların günahı olmur” ilk şeirlər və “Paralanmış ürək” dlı hekayə və povestlər kitablarının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şairə-jurnalist Nəcibə İlkin, nəğməkar-şairə Zeynəb Dərbəndli, DGTYB üzvü, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin II kurs dinləyicisi şairə-jurnalist Gülnarə İsrafilqızı, həvəskar-bəstəkar Elmir Mədətoğlu, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinın əməkdaşı və xüsusi müxbiri, şair-jurnalist Əziz Muğani və digər qonaqlar iştirak ediblər.Daha sonra düzənlənən tədbirdə iştirak edən qonaqlar da öz növbələrində yeni işıq üzü görmüş kitab haqqında öz fikir və düşüncələrini bölüşüblər, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər.Tədbirin gedişatında yaradılan şəraitə görə, müəllif Gülnarə Sadiq “Kitabevim” mağazasının rəhbərliyinə və iştirak edənlərə müraciət edərək, onlara dərin təşəkkürünü bildirib, məmnun olduğunu bildirib.Sonra isə yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçıları üçün imzalayaraq hədiyyə edib. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının Mətbuat xidməti

  • Zeynəb DƏRBƏNDLİ.”Dayaq dur!”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Bu nə dərddir, bu nə müsibətdir, ay Allah
    Haqq yolundan azıb, bu millət, ay Allah
    Quyuya düşüb həqiqət, ay Allah
    Nə olar bu millətimə dayaq dur.

    İtib hörmət, itib rəğbət, itib yol,
    Hər tərəfi bürüyübdür qara kol
    Fələk ağa olub, biz də ona qul,
    Nə olar, bu millət kimə dayaq dur.

    Qalmayıbdır abır, vicdan, ləyaqət,
    Pulla alınır, saf sevgi məhəbbət
    Doğrunu deməyə çatmır cəsarət
    Nə olar bu millətimə dayaq dur.

    Zeynəbəm, bu dərdə dözüm ağlayır,
    Həsrətim qəm içib, gözüm ağlayır.
    Dilimdə söhbətim, sözüm ağlayır,
    Nə olar bu millətimə dayaq dur.

  • Şəfa VƏLİYEVA.”Əlindən düşməyən şəkil…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Adamı elə yandırır
    Əlindən düşməyən şəkil…
    Öz-özündən utandırır…
    Güzgülərdən yana çəkir…

    Adamı elə göynədir
    Sevilmədiyini dərk etmək…
    Adı üstündə:-sevməkdir
    Öz ölümünə ərk etmək…

    Adamı elə söylədir
    “O”ndan gizlədilən sözlər…
    Gedəni yoldan əylədir
    Yollara ağlayan gözlər…

  • Fidan ABBASOVA.”Uzaqlar çəkidirir həsrət qəlbimə”

    12240003_866796413397756_5081292114266454476_n

    Uzaqlar çəkidirir həsrət qəlbimə
    yaxında olmağın önəmli deyil
    Varlığın bəs edir hər gün ömürümə
    gözlərim sevginə salıbdır meyil…

    Bəzən darıxanda baxıb rəsminə
    fikirlər aparır məni əksinə
    baş qoyub rahatlıq tapdığım sinə
    Sən demə əslində isyançı deyil…

    Məni öz sehrinə salıb ürəyin
    bütün arzularım, bütün diləyim,
    Sən varsan sevgimə hər an baş əyim
    Səndə bu minvalla qəlbimdə sevil…

    Qoy sənin qəlbində qalım gizlincə
    Ruhum tarazalaşsın dolsun sevincə
    Fidan bu həsrətdən doymursan məncə
    sənli xatirlələr sənsizlik deyil…

  • Ramiz FƏRƏCOĞLU.Yeni şeirlər

    934150_486673518053401_400527984_n

    Hz. Əli

    Rəbbim olaraq başda,
    Məhəbbətim Əlidir…
    Cavan və ahıl yaşda,
    Güc ,qüvvətim Əlidir…

    İslamın sərkərdəsi,
    Hüccətullah Əlidir.
    Lərzə salar nərəsi,
    Əldə silah Əlidir…

    Qoy deyim olsun əyan,
    Hər dir kəs bilməlidir…
    Allah, Mühəmməd,quran,
    Arxasında Əlidir…

    Əldə zülfüqar olan,
    Səlləllahi Əlidir…
    Söyləsəm olmaz yalan,
    Din səbahi Əlidir…

    Elmim Hüseyn Kəbəla,
    Güc-qüdrətim Əlidir.
    İslama olan qala,
    Şücaətim Əlidir!!! (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Arzunda arzunammı?”

    12202155_886472768116427_1538859207_n

    Gözlərim yol çəkər
    Sənə qədər.
    Həyatında yerim yox.
    Kaş biləydim xəyalında yerim nə.
    Arzunda arzunammı?
    Kaş biləydim o arzuda
    yumruq boyda çırpınan
    ürəyində yerim nə
    Kaş biləydim o ürəyin
    niyyətində yerim nə
    Qorxum tənhalıq deyil,
    Tək qalmağa nə var ki,
    Dörd divar arasında
    sakit səni dinləyən
    məzlum qonaq olarsan.
    Hərdən özün də bezib
    Onlara qulaq dostu,
    Sakit sirdaş olarsan.
    Qorxum insan arzusu,
    Görəsən qorxulumu
    arzudan arzu olmaq.
    Bu arzudan o arzuya
    sadəlövh uşaq kimi
    “hop” deyərək hoppanmaq.
    Bir, iki deyərək,
    zəfər bayraq əlində
    ” urra ” səslənərək
    sonunda qalib olmaq
    görəsən qorxulumu?
    Atamın ağ saçında,
    Anamın gözlərində,
    günahlarım gizlənir.
    Savabımla rəqibdir.
    Demək qorxulu deyil!
    Sındırılan taleyin
    elə sınıq yerində,
    Məni səntək gözləyən
    xoşbəxtlikdən soraq var.
    O soraqda hardasa
    ya yolun başındadı,
    ya da tən ortasında
    Məni səntək gözləyən
    Elə səndən xəbər var…

  • Elşən SABİROĞLU.Yeni şeirlər

    988860_346515065548852_6191614069438939456_n

    Bu qəmli çağlarda,bu ağır gündə,
    Aldığım bəd xəbər sarsıtdı məni.
    Gözüm yaşla dolu,kədər içində,
    Bir daha izlədim “Muxtarnamə”ni.

    Zalım,lənət olsun sənə hər zaman,
    Atdığın yenə də dəydi hədəfə.
    Həzrəti Hüseynin qisasın alan,
    Muxtar şəhid oldu ikinci dəfə.

    Hər bir epizodu,hər bir səhnəni,
    Saldın məharətlə ürəyimizə.
    Muxtartək tanıdıq filmdən səni,
    Özünü Muxtar tək sevdirdin bizə.

    Sən Vətən yolunda verdin ömrünü,
    Sevdin Əhli-Beyti,sevdin hər zaman.
    Mən başqa nə deyim?-Qiyamət günü,
    Elə Muxtarla da məşhur olasan!!!

    20.11.2015/00:35.

  • Eldar Nəsibli Sibirel.Şeirlər

    12226329_1478059319170065_2045167731_n

    YAŞAYIR GÖZÜMDƏ SƏNİN HƏSRƏTİN 1978

    Yaşayır gözümdə sənin həsrətin,
    İlk eşqin ağrısı, acısı kimi.
    Sənin şübhələrin bu məhəbbətin
    Qalıb xarirəmdə qayğısı kimi.

    Gözlərdən yayınıb, gəlib durardım,
    Pəncərən önündə qərib kimi mən.
    Gedib xəyalınla ovundurardım,
    Körpətək ağlayan ürəyimi mən.

    Mənim gəlişimlə qanadlanardı,
    Zirvəyə qalxardı qürurun o gün.
    Bir anda qəlbində ümid yanardı,
    Daşardı həm səsin, həm nurun o gün.

    O ala gözlərin nurundan içən
    Ürəyim heç kəsə qızmazdı onda.
    Gülüm, bu dünyada mən sənsiz keçən
    Günləri ömrümə yazmazdım onda.

    Deyərdim:-sən getsən gözümdən mənim
    Qarışar rəngləri səmanın, yerin,
    Bir anın içində üzümdən mənim
    Çəkilər gülüşü şəlalələrin.

    Tale öz sirrini açmaz heç kimə,
    Araya uçurumlu bir dərə düşdü.
    Bu eşqin ağrısı mənim bəxtimə
    Yazdığım nəğməsi dillərə düşdü.

    Yaşayır gözümdə sənin həsrətin,
    Ömrün həm qarası, həm ağı kimi
    Ağrısı, acısı ilk məhəbbətin
    Dünyaya görk olur göz dağı kimi.

    Türkəm mən

    Mərə kafir,unutdunmu?
    Azman türk oğlu türkəm mən.
    Bir nərəylə halayları
    Pozan türk oğlu türkəm mən.

    Var dünyada yolum, izim.
    Yox kimsəylə bir qərəzim.
    Hər zaman haqqa tərəzi,
    Mizan türk oğlu türkəm mən.

    Azmamışam duman, çəndə.
    Aç oxu tarixi məndə.
    Şəhidə qəbri sinəmdə
    Qazan türk oğlu türkəm mən

    Dözümdə- Bamsı Beyrəyəm,
    Sözümdə- Yunis İmrəyəm.
    Sazımda- dəli nərəyəm,
    Ozan türk oğlu türkəm mən.

    SƏNİN MƏKTUBLARIN -1981

    Ömrümə məktubun yağardı bir vaxt,
    Yağardı yanğıma yaz yağışıtək.
    Yoluma məktubun baxardı bir vaxt,
    Baxardı bir həzin qız baxışıtək.

    Sənin məktubların həyan olardı,
    Səndən uzaqlarda bu təkliyimə.
    Qəlbimi anlayıb, duyan olardı,
    Düşərdim vüsalın çiçəkliyinə.

    Demə yatırammış fil qulağında,
    Bahar məktubların xəzəlli imiş.
    Bir eşqin saralan qurub çağından,
    Ünvanıma uçan təsəlli imiş.

    Yönü bəri sevinc üz çevirəndən
    Düşdüm dünyasına çəkizisliyin.
    Gördüm ki, həsrətin gəzib çevrəmdə,
    Hər gün kölgə kimi məni izləyir.

    Çaytək ləpələnən gülüşlərinin
    Qərq ola bilmədim dərinliyində.
    Bizimçün darıxan görüş yerinin
    Kimsə nəfəs dərir sərinliyində.

    Sənsizlik ömrümə yol gələn axşam,
    Sən məni işıqlı bir gündə axtar.
    Mən sənin qəlbində dəfn olunmuşam,
    Axtarsan sən məni, qəlbində axtar.

  • Eldar Nəsibli Sibirel.”Yaddaş” (Poema)

    12226329_1478059319170065_2045167731_n

    Ön söz yerinə

    Vətəndən uzaqda doğulsam da mən,
    Bu torpağa verdim könül varımı.
    Tənzif əvəzinə ümidlərimlə
    Sarıdım sağalmaz yaralarımı.
    Çəkdiyim əzabla, udduğum qəmlə
    Çoxu elə sandı, öləcəyəm mən.
    Ancaq bilmədilər, gün işığında,
    Bahar arzularının yaşıllığında
    Təzədən dünyaya gələcəyəm mən.
    Mən başdan-ayağa səbrəm,dözüməm,
    Zaman çox sınayıb səbrimi mənim.
    Otuz yeddidən bəri hər gün özümə
    Min yol qazdırıblar qəbrimi mənim.
    Nimdaş yaddaşların tərs yazısını ,
    Gəlib yaddaşlardan siləcəyəm mən.
    Daha daş dayanmaz yollarım üstə
    Haqqın, ədalətin qolları üstə
    Təzədən dünyaya gələcəyəm mən.
    Daşdan-daşa dəyib başım dünyada,
    Kədərin boynumda haqqı-sayı var.
    Sevinc qismət olub mənə röyada,
    Qatı açılmamış gülüş payım var .
    Qansız hədələrə bir nərə üstə
    Bir qəhqəhə çəkib güləcəyəm mən,
    Sibirdən, qəbirdən qorxacağım yox,
    Zamandan şan-şöhrət umacağım yox,
    Təzədən dünyaya gələcəyəm mən.
    Bir vaxt bu torpaqçün qovrulan sevgim,
    Dənizdə yosundu,dağda mamırdı.
    Daş qəfəs içində qıvrılan sevgim,
    Qayadan süzülüb, daşdan damırdı.
    Qanında bu duyğu çağlayanlarin
    Dərdini gözündən biləcəyəm mən.
    Durna qatarının yaz sədasında,
    Ağrıyan qəlbimin saz sədasında
    Təzədən dünyaya gələcəyəm mən.

  • Etibar VƏLİYEV.Yeni şeirlər

    12242312_961671070559387_189159540_n

    MƏN DƏ QARABAĞLIYAM

    Azəriyəm, alqış olsun dilimə.
    İslam adlı, imanıma, dinimə.
    Qurban olum vətənimə, elimə.
    Yurdum Lerik dağ başında, dağlıyam.

    Lənkərandı, Masallıdı, Ləkidi.
    Bu Bakıdı, bu Gəncədi, Şəkidi.
    Bu vətəndi, torpağımın təkidi.
    Vətənimə, torpağıma bağlıyam.

    İmişli, Beyləqan,Quba, Qusarda.
    Salyanda, Şirvanda, Ağsu, Ucarda.
    Hər yer vətənimdi doğma diyarda.
    Mən də Naxçıvanlı, Qaradağlıyam.

    Şüşa həsrətimdi, sirdaşım olub.
    Qubadlı, Laçınım, göz yaşım olub.
    Xocalı qanımda yaddaşım olub.
    Ağdamlıyam, mən də Qarabağlıyam. (daha&helliip;)

  • Aqil SABİROĞLU.”Maraqlı dünyadır…”

    asm

    Kimiyə zülmət,
    Kimiyə çıraqlı dünyadır.
    Birinin pulu,sərvəti,
    Birinin qeyrəti on yeddi ton.
    Birinin zəkası,düşüncəsi,
    Birinin quru söhbəti on yeddi ton.
    Kiminin başına düşən,
    Kiminin başının daşı on yeddi ton.
    Kiminin gülüşü,
    Kiminin gözünün yaşı on yeddi ton.
    Birinin ölüsü,
    Birinin dirisi on yeddi ton.
    Birinin gövdəsi,
    Birinin gerisi on yeddi ton.
    Cəfərin ayağı,
    Səfərin çarığı on yeddi ton.
    Bizim köklər,
    “Xalx”ın arığı on yeddi ton…
    Onun ulağı,
    Bunun palanı on yeddi ton.
    Onun öləni,
    Bunun qalanı on yeddi ton.
    Birinin dili,
    Birinin dodağı on yeddi ton.
    Birinin məzarı,
    Birinin otağı on yeddi ton…
    Yaralı,xoralı dünyadır…
    Kimi çörəyə möhtac,
    Kimiyə plovu qaralı dünyadır…

  • Abdulla MƏMMƏD.”Payiz yaman tələsdi”

    yt

    Külək çaldi yel kökləyən kamançani,
    Şahə qalxdi ağaclarin həyəcani.
    Yarpaq örtdü yay ətirli göy xonçani,
    Payiz yaman tələsdi.

    Susdu şirin nəğməsi də turaclarin,
    Doluxsundu nanəsi də yamaclarin.
    Həna yaxib əllərinə ağaclarin
    Payiz yaman tələsdi.

    Gözüm düşdü ağaclarin sirğasina,
    Əsmə külək, sirğa düşər, sirğa sinar!
    Həsrət qaldi bu cöllər də durnasina,
    Payiz yaman tələsdi.

    Rübənd saldi çöhrəsinə ulduzlar da,
    “Sari gəlin” yenə dindi ağizlarda.
    Köçən köçdü, nişanlandi…
    Bu qizlar da
    Bu payiz yaman tələsdi.
    Payiz yaman tələsdi…

  • Qalib ŞAMXALOĞLU.Qıfılbənd

    qsm

    Lap əzəldən elm onunla başlayır ,
    Altı-üstü , solu vardır , sağı yox .
    Çoxarvadlı olmağı çox xoşlayır ,
    Hamısının saqqalı var , bığı yox .

    O nədi ki , hər ölçüdə lax olur ,
    Boyu kiçik , amma , gücü çox olur .
    Qara düşsə müvəqqəti yox olur ,
    Suyu vardır , bir ceşməylə bağı yox .

    O nədi ki , sındırdıqca daş olar .
    O nədi ki , ayaqda da baş olar .
    Qalib deyir , bir enişə tuş olar ,
    O nədi ki , qaynasa da buğu yox .

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    ƏLİNCƏ

    Günəş uca zirvəsindən boylanır,
    Yamacları çən- dumandır Əlincə.
    Hər qayadan bir salnamə oyanır,
    Tariximə şöhrət, şandır Əlincə.

    Qan rəngində çox qayası, çox yeri,
    Sinəsində nizə yeri, ox yeri.
    Şahinləri bürc üstündə əsgəri,
    Düşmən gəzir nə zamandır, Əlincə.

    Sınmış daşdır dəbilqələr, zirehlər,
    Sınmış daşdır cahangirlər, fatehlər,
    Daşdan qeyrət, daş cəsarət, daş hünər,
    Daşa dönmüş qəhrəmandır Əlincə.

    Əlincəçay ürək teli, qəlb simi,
    Ləpələri alıb gedir səsimi.
    “Ənəlhəqdir” mürşid, ustad Nəsimi,
    Haqq yolunda bir ümmandır Əlincə.

    19.11.2015.

    GÜLƏ-GÜLƏ

    Bəzənibdir sərvi boylum,
    Sığal çəkib qızıl telə.
    Gözəllərdə dəbdir-məlum,
    Naz eyləyə gülə-gülə.

    On beş günlük nazlı qəmər,
    İncə belin qucub kəmər.
    Körpə ceyrandır südəmər,
    Düşəcəkdir dildən-dilə.

    Şux gülüşü alır canım,
    Damarımda coşur qanım.
    Balla dolu pətək, şanım,
    Damcıldayır gilə-gilə.

    Kirpikləri kölgə salır,
    Kəpənəktək qanad çalır.
    Gah can verir, gah can alır,
    Üzür məni bilə-bilə.

    O, Dövrana açıb meydan,
    Nurludur o, ulduz, aydan.
    Sürünürəm keçən yaydan,
    Nə hə deyir, nə yox hələ.

    18.11.2015.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    ELƏMİ

    Mən dəliyəm, sən adlı eşq əlində,
    Dolanıram sən sevdanın yelində.
    Gecə-gündüz adın mənim dilimdə,
    Sən də mənlə alışmısan, eləmi?

    Ayrı olsan ağ saçıma dən düşər,
    Kədər gələr, sevinc məndən gen düşər.
    Baxışınla həyatıma gün düşər.
    Sən də nura qarışmısan, eləmi?

    Yandırıb qəlbimi döndər kömürə,
    Soyuq suya salıb döndər dəmirə.
    Ruhunu mənimlə döndər ömürə,
    Sən də mənlə barışmısan, eləmi?

    Tanrı bizə yazmaz sevgi günahı,
    Gecə keçsin, birgə açaq sabahı.
    Mən eşqindən soruşmuşam Allahı,
    Sən də məndən soruşmusan, eləmi? (daha&helliip;)

  • Elnurə AĞAZADƏ.”Azərbaycan şairi”

    ea

    Dünya yarananda lal idi insan,
    Şüuru olmayan can idi insan
    Dünyanı insana tanıtdırdı söz,
    İnsan ağlına hakim oldu söz
    . Sözdən inci kimi düzüldü cümlə,
    Hissi fikirlə yaşatdı cümlə
    Tanrı ilhamı verdi şairə,
    Şair sevdirdi şeiri qəzəllə
    Söz nəsihətdir elin sərvəti,
    Azərbaycandır şairlər evi
    Mənim vətənimdir şerin elçisi
    Muğam üstündə qəzəl sevgisi.
    Ağıllı insan bizdə yarandı,
    Xeyir şər üstündə qələbə çaldı
    Bizim ocağımız odla qalandı,
    Zərdüşt Avesta yazdı bizlərə qaldı.
    İkinci minlillik əvvəli başdan,
    Dünyaca məhşurdur bu böyük dastan
    Ərlərə ad verdi dədəmiz ozan
    Bir tarix yaratdı dastanı yazan.
    Dövrü tələb etdi farsca o yazdı,
    İlk divanı Qətran yaratdı
    Şahlar sarayında zaman şairi ,
    Yaratdı yaşadı tarixdə qaldı.
    Nizami yaşadı böyük Gəncədə,
    Beş ulduz yaratdı beş əsəriylə
    Məcnunu sevdirdi gözəl Leyliyə
    Fərhadı dağ yardı Şirin xətrinə
    Çox şerin əruzla yazdı,
    Mənzum romanı ilk o yaratdı
    Affaqı çox sevdi qəlbinə saldı ,
    Gəncəvi adıyla tarixdə qaldı.
    Rübai ustadı gözəl Məhsəti,
    Nizami kimi sevgi əsiri
    Təbrizlə,Şamaxı oldu vətəni
    Xəqani yazdı ilk nəsr məsnəvi.
    Doğma dilimizdə olan ilk şeiri,
    İzətdinin bizə ilk hədiyyəsi
    Divanı sevildi oldu bəzəyi,
    Şeyx Səfi ondan qalmadı geri
    Tənqid etdi kini küdrəti ,
    Bəlli olmasada yazan əsəri
    Ana dilində ilk poemadır,
    dastan Əhməd hərami.
    Nəsimi sənətdə idealım şair,
    Haqq ədalətin vurğunu şair
    Sevdi ana dilini vurğundu şair,
    Söz üçün çarmıxa çəkildi şair.
    Şah vurğun idi söz sənətinə
    Xətai tanıtdı hecanı bizə
    Düşmən məğlub oldu igid səsinə,
    Tuyuq yadigardır Qazidən bizə
    Dünyaca məhşurdur şair Fizuli,
    Qəzəl ustadı nisbə Bağdadi
    Ana dilində yazdı ilk nəsri,
    Xətayiyə həsr etdi Bəngu Badəni.
    Bu dövr sayılır intibah dövrü,
    Ustad aşıqların qoşmaya şövqü
    Sevən aşiqlərə dastanlar qoşan,
    Dədə Ələsgərin söhbəti sözü
    Koroğlu düşmənin qənimi idi
    Çənlibel igidlər oylağı idi
    Abbas Gülgəzin ,Əsli Kərəmin
    Nəbi Həcərin aşıqı idi
    Yaxşı dost idi Vidadi Vaqif,
    Qoşmanın ustası sayılır .
    Qasım yazdı neçə gəraylı
    Yaxşı aşıq idi yaxşı Qurbanı
    İslama,türklüyə ,müasirliyə,
    Haqqa səslədi Zənburla İrşad
    Sevgiyə ,dostluğa ,həmrəyliyə,
    Birliyə gətirdi Şəlalə,Həyat
    İlk mətbu orqandır Molla Nəsrəddin,
    Banisi Cəlildir real tənqidin
    Gülüş avamlığı yox etdi çətin,
    Dünyanı heyran etdi ustadı şərqin
    Əlibəy sevdi vətəni ,eli,
    Fjuzat jurnalı onun sərvəti
    Qeyrət qəzetin sevib sevdirdi,
    Ömər Faiq həyata verdi dəyəri
    İlk qəzet yarandı adı Əkinçi,
    Təbliğ etdirdi daim maarifi
    Tanıtdı sevdirdi daim ölkəni
    ,Qəzet banisi Həsən Zərdabi
    Dağılan tifaqı,Bəxtsiz cavanı ,
    Əbdürrəhim yazdı Pəri Cadunu
    Mirzəli yazdı neçə yumoru,
    Qəmkusarın vardır çox felyetonu
    Qoca tacirin cavan aşiqi,
    Üzeyrin əsərdə oldu hədəfi
    Dünya tanıdı böyük dahini,
    Zirvəyə ucaldı hər bir əsəri
    Sabir kasıbların atası idi,
    Sözü tənqidlə vurası idi
    Mirzə satiranın banisi idi,
    Hədəfi nişan alan bir ustad idi.
    Kino səhnəsində vardır zəhməti,
    Cabbarın Oqtayı səhnə igidi
    Sevil qəhrəmnı səhnə zinəti,
    Alması Aydını bizə sevdirdi
    Vəzn yaratdı Cavid həzəci,
    Adı Hüseyn idi Gülçin ləqəbi
    Ana faciəsi mənzüm əsəri,
    İlk mənzum dramın odur banisi
    Himnin banisi Əhməd Cavaddır,
    Bayraq bu himn ilə ucalacaqdır,
    Müşfiqin ,Almasın,Seyid Hüseynin,
    Məmməd Əminin ruhu şad olacaqdır
    Ordubadi yazdı Dumanlı Təbriz
    Ölkədə tanındı şanı şöhrəti
    İstiqlal şairi Məhəmməd Hadi,
    Sevdi vətəni o hürriyyəti
    O şair idi o həkim idi,
    Vətəni sevən bir xadim idi
    Tarixi əsərin əsasın qoyan,
    Nərman ölkənin banisi idi
    Fridrix tərcümə etdi şerini,
    Yad eldə sevildi bir çox əsəri
    Almanlar tanıdı sevdi Vazehi,
    Bizdə yada salaq dahi şairi
    Vətəndən uzağa düşdü Banin
    Qəriblik həsrəti çəkdi Banin
    Şerlər namətək yazdı Banin,
    Azadlıq eşqilə yandı Banin
    Qasım bəyin maraqlı təmsilləri,
    Əzbər bilik satirik şerləri
    Durnalar şerində vardır kədəri,
    Qasimə Şakirə yazdı naməni
    Seyid nəvəsi Əzim Şirvani,
    Sabirtək sevildi hər bir əsəri
    Bizlərə nəsihət cümlə məsəli
    Gəlin yada salaq sevək şairi
    Yusif Vəzn yazdı fəlsəfi roman,
    Qızlar bulağını odur yazan
    Fətəli sayılır novator şair ,
    Komedi banisi bizim bu nasir
    Bakıxanov yazdı Gülüstan İrəm ,
    Məclislər vardır ölkədə bu dəm
    Ordubadda yarandı Əncüməni Şüara,
    Lənkəranda vardı Fövsi füsaha
    Xan qızı xanım idi Xanım Natavan ,
    Qarabağ gözəli şair Natavan
    Qəzəllər yaratdı aşiqlər heyran ,
    Ona heyran oldu dünyavi cahan
    İsmayıl bəy yazdı andı duyguyla
    İlk hekayədir Bahadır Sona
    Müşfiqə yazdı böyük poema,
    Rəsul Rza andı onu duyğuyla
    Meyxana ustadı ƏlyağaVahid
    Qəzəl aləmində sənətə sadiq
    Uşaq şairi idi Abdulla Şaiq
    Abbas sənətdə sənətə sadiq
    Səməd Təbiətin vurğunu idi,
    Elin obanın şairi idi
    Məktəbli yaddaşı tarixçəsində,
    Mirvari poeziya şairi idi
    Heydərbabaya yazdı naməni,
    Arazın həsrətlə çəkdi qəmini
    Savalan dağına dedi dərdini,
    Şəhriyar şeirlə tapdı təsəlli
    Səhnədə sevildi neçə əsəri,
    Pyes Atayevlər İlyas əsəri
    Süleyman sənətə verdi dəyəri,
    Hər bir əsəri vətən sərvəti
    Dəli Kürü yazdı İsmayıl Şıxlı,
    O əsərki vətənə bağlı
    Bizə gülüş bəxş etdi sevdik hicranı,
    Unutmayaq gəlin Sabit Rəhmanı
    Neçə qurban getdi Azadlıq üçün ,
    Söz sözə qoşuldu bir ağı üçün
    Şəhidlər şerini yazdı Bəxtiyar ,
    Hər məzar başında bir ağı üçün
    Qızıldan itidir sözün dəyəri,
    Qızıldan dəyərli sözün qiyməti
    Gözəl şeri şirin nəğməni
    İlyas Tapdıq yaşatdı hər bir əsəri
    Gülhüseyn sevdirdi nəsirlə şeri
    Mən ondan öyrəndim mənsum şeiri
    Qabilin ilhamı vətənə sevgi
    Məmməd Arazındır torpağa mehri
    Yaltaq insanın düşməni idi,
    Yalan danışanın qənimi idi
    Doğru danışanla ortaq fikirli,
    Baba Pünhan tənqid ustadı idi
    Dillərə əzbərdir Nüsrətin şeri,
    Nəğməkar şair tək çəkilir ismi
    Hər bir tələbənin dilində əzbər,
    Nərman yazdı gənclərə əsər
    Əlibala yazdı itkin gəlinin ,
    Eşq sultanı var Əzizənin
    Bu gün məhşurdur bu əsər yəqin
    Sona və Nino Qurban Səidin.
    Unutmadım Nurəngiz Nuru,
    Gözəl xanım idi üzü nurlu
    Qaldı şerləri nakam dünyada
    Yad edəcək məzarda ruhu
    Anarın hər bir əsəri sevdiyim əsər,
    Təhminə Zauru dillərdə əzbər
    Çingiz dedektiv yazdı çox əsər,
    Hər bir əsəri dünyanı gəzər
    Neçə unudaq qanlı yanvarı ,
    Qətl günü romanı ona yazılı
    Yusif Səmədoğlu tarixi andı,
    Bu əsərlə tarix yaşadı
    Gözəl nəsihətdir atamın Kitabı
    Poemaa sahibi Sabir Rüstəmxanlı
    Gözəl əsərlərin sevərək tanı,
    Roman Nasiri Vidadi Babanlı
    Vüqar Əhmədin ana laylası,
    Hər bir düyünün arzu duası
    Afaq Məsudu Fikrət Qocanı,
    Əsərin oxuyub dahitək tanı
    Daim xalqına olmuşdur dəstək,
    Zəlimxan elinə arxadır kömək
    Söz sənətinə daima örnək,
    Şair sənətini zirvədə görək
    Yanar ürək sevdiyim roman,
    İsa Hüseynövdan bizə ərməğan
    Elçin böyük bir əsəri yazan,
    Mahmudla Məryam tarixi roman
    Hər bir əsəri vətənə bağlı ,
    Qənirə ölkənin şöhrəti şanı
    Belə gözəlin əvəzi hanı,
    Dünya türk qızını Tomristək tanı
    Dahi Heydər nəvəsi Leyla ,
    Həzin şerlərin ustadı.
    O gözəl xanımdır o gözəl ana,
    Hələ çox ölkələrə atacaq imza
    Qurtuluşa sevindi,
    Ulu öndərə həsr etdi
    Xəlil Rza Ulutürk
    Dədə Heydər Atatürk
    Şerə can verib yaşatdı Baba,
    Məhəbbət şeirlə gəlir İlhama
    Çox dahi yazır Firuz Mustafa,H
    ər sərini sevdim duyğuyla
    Abidə yaratdı xoş əməliylə ,
    Tarix yazdı hər əsəriylə
    Gülağa Tənha xoş əməliylə,
    Sənətdə iz qoydu dəsti xəttiylə
    Şair gənclərin dəstəyi olan
    Əkbər Qoşalıdır onlara başqan,
    Od ərlər əsəri fəlsəfi roman
    Şamil Sadiq əsərin mətnini yazan,
    Dəstək gənc şairlərə,
    Gənc yazarlar birliyi ,
    Gənc ədiblər birliyi
    Örnək olur bizlərə
    Gülnarə, Pərvanə ,Nuranə şair ,
    Könül Nazimqızı nəğməkar şair
    Xəyal ,Kənan, Emin kimi
    Hələ neçə neçə gələcək şair
    Göydə ulduz qədər şairim mənim,
    Bir şeir bəs etməz ismi qeyd edim
    Bütün şairlərdən yazsa qələmim
    ,Gərək bir əsər üstə ömür bitirim
    Mən bu elə yurda bağliyam,
    Şairlər yurdunun şair qızıyam
    Mən bu elə bir can borcluyam
    Elnurə adımla iz qoyasıyam

    8 sentyabr 2015

  • Gülnar SƏMA.Yeni şeirlər

    gs

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Göyçək Fatma

    Mən Göyçək Fatmayam, düşüb başmağım
    Sizin küçənizin o tərəfinə.
    Bir sevgi nəğməsi zümzümə etdin,
    Düşdü həyatının qu tərəfinə.

    İlk və son nəğməni dilə gətirdin,
    Amma bir dinləyən olmadı onu.
    Mənimçün ölərək düşdü tarixə-
    O boyda ömrünün tək bircə anı.

    Mən Göyçək Fatmayam, itən başmağım,
    Getdi şahzadənin əlinə keçdi.
    Sənin arzuların qarı nənənin,
    O bitdi, birəli telinə keçdi.

    Yetim xoşbəxtlik

    Yetim xoşbəxtliyə ögey anayam,
    Ona balam dedim, bəlama döndü.
    Hər yetən verməyə can atır sanki,
    Xoşbəxtlik mənimçün salama döndü.

    Salamtək verdilər, aldılar məndən,
    Bir Allah bəndəsi qıymadı mənə.
    Dedim, çox sevəcəm səni balamtək,
    O bədbəxt xoşbəxtlik uymadı mənə.

    Bircə şans vermədi, vermədi ki o,
    Mən də qismətimi bir də sınayam.
    Mənə möhtac qaldı anası ölmüş,
    Yetim xoşbəxtliyə ögey anayam. (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.Yeni şeirlər

    teranexanim

    ***

    Həyat – heçdən, yoxluqdan
    Var olmağa gəlməkdi.
    Ölüm – həyatda nə varsa
    Son anda qədrin bilməkdi.

    Ömür – hara getdiyini
    Bildiyin yola çıxmaqdı.
    Yol – qalaq-qalaq arzuyla
    Yazıq ürəyi sıxmaqdı.

    Sevgi – qəlbin hasarından
    Yaxın bir qəlbə aşmaqdı.
    Ad günü – bir addım daha
    Ölümə yaxınlaşmaqdı.

    İLAHİ SÖZDÜR ŞEİR

    İlahi sözdür şeir,
    hər anda dilə gəlməz.
    İstədiyin hər saat,
    hər vaxt doğula bilməz.
    Ruhun bətninə düşüb
    yetişməlidir şeir.
    Qovrulub ürəyində
    ya bişməlidir şeir,
    ya da kül olmalıdır.
    Qələmindən bir damla
    mürəkkəb sızmaq üçün
    hisslərin, duyğuların
    coşub sel olmalıdır.
    Ürəyin qanı ilə
    yazılmalıdır şeir,
    Hər misranın içində
    görünməlidir şair.

  • Elnur RƏSULOĞLU.”İlk məhəbbətim!”

    et

    Uduzdum sevgidə, bir gün həyatda
    Sən uduzacaqsan, ilk məhəbbətim!
    Bilirəm, olanda dövlətim, varım
    Məni pusacaqsan, ilk məhəbbətim!

    Qulaq asdın, baxdın əğyar deyənə,
    Alçaldın, əyildin səni əyənə.
    Cəh-cəlal içində qızıl ləyənə
    Al qan qusacaqsan, ilk məhəbbətim!

    Ölsən, izin qalmaz bu yer üzündə,
    Sən də diriləssən məhşər günündə.
    Günahkarsan, durub Tanrı önündə
    Laltək susacaqsan, ilk məhəbbətim!

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXIV hissəsi

    12202155_886472768116427_1538859207_n

    Fidan Eldarın üzünə deyə bilmir: Bu nigah ancaq bir il davam edəcək. Bir ildən sonra biz boşanacağıq. Eldar üçün də ağırdır, Fidanla nigah bağlamaq.
    Fidanı tək qoymağa da ürəyi gəlmir. Fidan sadə ağ don geyinmişdi. Eldar da həmişə geydiyi – kostyumunu geyinmişdi. Nigah məmurunu gətirmək üçün Rəşad evdən çıxmışdı.
    Təhminə Fidanın həyəcanını hiss edib soruşdu.
    – Həyəcanlı olduğun hiss olunur?
    – Bilmirəm. Hansı hissləri keçirdiyimi də bilmirəm.
    – Gərək gəlinlik geyinəydin.
    – Həvəsim yoxdur .

    Eldar qonaq otağında televizora baxırdı. Qızlar qonaq otağına gəldilər.
    Təhminə – Çayı təzə dəmləmişəm. Rəşadgil gələnəcən canımızı isidək.

    Təhminə mətbəxə getdi. Eldar Fidanı süzürdü. Hiss edirdi, Fidan hardasa peşman olubdur.
    – Axırıncı dəfə deyirəm, yaxşı-yaxşı fikirləş.
    Fidan təəccüblə Eldara baxdı. Gülümsəməyindən də geri qalmırdı.
    – Necə yəni?
    Eldar da gülümsədi. – Xasiyyətim çox ağırdı. Mənimlə yola getmək var.

    Fidan özü də bilmirdi ki, niyə Eldara fikirlərini tam izah edə bilmədi.
    – İndiyəcən necə yola getmişik?
    – Bir-iki saatdan sonra ər-arvad olacağıq. Adam əsl üzünü evləndikdən sonra göstərir. (daha&helliip;)

  • Eyvaz ZEYNALOV.”Psixologiya müəllimi” (Hekayə)

    eyvaz ist

    Yadımdadı, istitutda oxuyan zaman semestr imtahanlarını verib Bakıdan rayona, evimizə qayıdan kimi anam məni yanına salıb qardaşıgilə, dayımla görüşməyə aparardı. Bunu bir adət, ənənə halına salmış, mənim üçün şərəf işinə çevirmişdi. İndi onun yolunu bacım davam etdirirdi. Qış imtahanlarını təzəcə başa vurub tətilə gələn oğlunu bizə, mənim görüşümə gətirmişdi.
    Bacım oğlu universitetin üçüncü kursunda oxuyurdu. Həm də əla qiymətlərlə. Bacım yeri düşəndə deyirdi, yaxşı oğul dayısına çəkər. Oxumaqda mənə oxşadığına işarəydi.
    Hal-əhvaldan sonra onu həmişəki kimi yenə sorğu-suala tutdum. Növbəylə imtahanları, universitetdəki işləri, hansı müəllimlərin dərs dedikləri ilə maraqlanmağa başladım. Müəllimlərindən Zərgərlinin adını eşidəndə xəbər aldım:
    – Nədən dərs deyir?
    – Müasir ədəbiyyatdan, – dedi.
    – Necədi? Mühazirələri xoşuna gəlir?
    Bacıoğlum hələ niyə məhz Zərgərlinin üzərində dayandığımı bilməsə də onu ağızdolusu təriflədi: savadlı, tələbkar müəllim olmaqla bərabər, gözəl insandı.
    Məmnun qaldığımı görüb soruşdu:
    – Tanışsınız, dayı?
    – Eyni fakültədə, hətta bir qrupda oxumuşuq, – dedim. – Heyf ki, çoxdandı ondan xəbərim yoxdu.
    Söhbətimizin bu yerində bacım kənardan müdaxilə etdi:
    – Ə, gedəndə tanışlıq verər, deyərsən, filankəsin bacısı oğluyam.
    – Bilmirəm yaxşı düşər, yoxsa yox, – bacım oğlu üzümə baxıb məndən cavab gözlədi.
    – Neynək, qardaşım ona ətraflı bir məktub yazar, səni tapşırar, gedəndə aparıb verərsən, hər halda, lazım olar, – bacım fürsəti qaçırmadı. – Yazarsanmı, qardaş?
    Xeyli duruxandan sonra dedim:
    – Bacıoğlu gedənə qədər bir şey fikirləşərəm.
    Dediyim kimi, bacım anamızın yolunu davam etdirirdi. Anamın qardaşı, dayım rayonda yaşasa da tanınmış alimdi. Hər dəfə anamla onun görüşünə gedəndə indi mən bacım oğlunun təhsili, imtahanları, müəllimləri ilə necə maraqlanıramsa, o da mənimlə, təxminən, elə bu cür maraqlanardı. Mən də bacım oğlu kimi, öz dərslərimdən, ürəyimə yatan savadlı müəllimlərimdən danışar, onları ağızdolusu tərifləyərdim.
    İkinci kursda oxuyanda bizim bir psixologiya müəllimimiz vardı. Əbdül müəllim. Onun mühazirələrinin vurğunuydum. Birini də buraxmazdım. Bütün diqqətimi cəmləyər, əvvəldən axıracan heyranlıqla qulaq asardım. Bir qoşa saatın haçan sona çatdığından xəbər tutmazdım. Onda ayılardım ki, Əbdül müəllim artıq auditoriyanı tərk eləməkdə, tələbə yoldaşlarım bayıra axışmaqdadılar.
    Dayım Əbdül müəllimi müəllimlərimin hamısından artıq təriflədiyimi görüb onu yaxından tanıdığını, dostu olduğunu, hətta haçansa namizədlik dissertasiyasına yaxşı bir rəy də yazdığını söylədi. Axırda da əlavə etdi:
    – Bakıya gedəndə yadıma salarsan, Əbdül müəllimə bir məktub yazaram.
    – Bəlkə lazım deyil, dayı? – mızıldandım. Tanışlıq, tapşırıqla oxuyanlardan zəhləm gedirdi.
    – Niyə? – Dayım əvvəl təəccübləndi, sonra: – Hə, səni başa düşürəm, – dedi. – Əbdül müəllimə yazacağım məktub bir dostluq məktubu olacaq.
    Tətil sona yetdi. Anamın qoyduğu qayda üzrə gələndə gedib görüşdüyüm kimi, Bakıya yollananda dayımla xudahafizləşməyi də unutmadım. Psixologiya müəllimimə məktub yazmağı yada salmağa isə ehtiyac duymadım. Amma qapıdan çıxanda dayım mənə ağzıbağlı bir zərf uzatdı.
    – Bunu Əbdül müəllimə verərsən, – dedi.
    Məktubu hələ ilk mühazirəsinə başlamamış, auiditoriyanın qapısı ağzındaca müəllimimə çatdırdım. Həm də çalışdım ki, kimsə bunu görməsin. Nə mən ona əlavə bir söz dedim, nə də o mənə.
    Elə hey düşünürdüm: görəsən, dayım məktubunda Əbdül müəllimə mənim haqqımda nə yazıb? Bu haqda dayımdan heç nə soruşmamışdım.
    Bir həftədən sonra yenə bütün diqqətimi toplayıb Əbdül müəllimin növbəti mühazirəsinə huş-guşla qulaq asmaqdaydım. Şirin danışdığı yerdə birdən nəsə xatırlamış kimi, nəfəsini dərib dayandı. Münasibətsiz-filansız dedi:
    – Bilirsiniz, sizin aranızda hələ də ana uşağı kimi mənə tanışlıq məktubu yazdıranlar var.
    Auiditoriyada bircə anda aləm qarışdı. Hamı bir-birinin üzünə baxmağa, pıçıldaşmağa başladı.
    İlahi! Yer yarılsa, yerə girməyə hazırdım. Bu nə danışırdı? Bu nə töhmətdi! Axı, mənim o məktubu yazdırmağa heç bir ehtiyacım yoxdu! Buracan kimsənin minnətini çəkməmiş, töhmətini götürməmişdim. Orta məktəbi əla qiymətlərlə bitirmiş, instituta öz biliyimlə girmişdim. Valideynlərim Bakının, oxuduğum institutun səmtini belə tanımırdılar. Anam məni oğlanlarını instituta qəbula aparan dayıma qoşub Bakıya göndərmişdi. Onlar imtahandan kəsilmiş, mən qəbul olunmuşdum. Dekanlıq “əla” qiymətlərimə və nümunəvi əxlaqıma görə hər semestr evimizə, ata-anama təşəkkür məktubu göndərirdi. İşə bir bax, adımı çəkməsə də, sevimli müəllimim indi məni ona tanışlıq, tapşırıq məktubu yazdırmaqda qınayır, ganahlandırırdı.
    Bir tərəfdən özümü o yerə qoymamağa, ittihamın mənə aid olduğunu tələbə yoldaşlarıma bildirməməyə, büruzə verməməyə çalışırdım. O biri tərəfdən ayağa qalxıb var səsimlə bağırmaq istəyirdim: səhv edirsiniz, müəllim! Özünüzü günaha batırmayın! O məktubun yazılmasında mənim heç bir suçum yoxdu! Onu yazmağı dayımdan mən xahiş etməmişəm. Nə yazdığından da xəbərsizəm. Sadəcə, sevimli müəllimlərimdən danışanda sizi dayıma daha artıq tərifləmişəm, vəssalam! Ona görə yox ki, dayım sizə məktub yazsın, məni sizə tapşırsın. İnanın, bu, ağlımın ucundan belə keçməyib! Onda dayımın sizi tanıdığını da hələ bilmirdim. Bütün bunlar hamısı bir təsadüfdü.
    Yox, buna cəsarətim çatmadı. Dərsin axırınacan özümü dəhşətli dərəcədə pis hiss etdim. Ona sarı baxmamağa çalışırdım. Diqqətimi nə qədər cəmləsəm də nə danışdığını eşitmirdim. Qulaqlarım küyüldəyirdi.
    Dərsin qurtardığını bildirən zəng çalınanda sanki cəhənnəm əzabından xilas oldum. Bütün günü özümü-sözümü unutdum. O lənətə gəlmiş məktubu yazdığına görə dayımı da, bunu tələbə yoldaşlarımın qarşısında açıb-ağartdığına görə (çox da adımı çəkməmişdi) Əbdül müəllimi də qınadım.
    Həmin gündən o məktubun xəcaləti, ağırlığı məni hər yerdə, hər saat qarabaqara izləməyə başladı. Əbdül müəllimin o sözləri deyərkən üzündəki istehzalı ifadəni heç cür unuda, yadımdan çıxarda bilmirdim. Daha onun mühazirələrinə zərrə qədər marağım, həvəsim qalmamışdı. İndi mənim nəzərimdə o, ən anlaqsız bir müəllimdi. Mühazirələrinə sürgünə gedən kimi gedirdim. Onun baxışları ilə qarşılaşmamağa çalışırdım. Bu mümkün olmayanda, təsadüfən qarşılaşanda özümü çox narahat, dəhşətli dərəcədə pis hiss edirdim. Bu hiss qəlbimdə tədricən nifrətə çevrilirdi.
    Mənimlə qarşılaşanda onun da oxşar hissləri keçirdiyini düşünürdüm. Yəqin o da məni görməyi arzulamırdı. Həmin məktub əsasında mənim şəxsimdə özü üçün axmağın, avaranın, dayısının hesabına baş girləyən əndirəbadi bir tələbə obrazı toqqaşdırmış, yaratmışdı. O məktubu da, dayımı da, məni da lənətləyirdi. Artıq son qərarını da vermişdi: əşi, baş qoşmağa dəyməz, imtahanda itaparan bir üç yazaram, cəhənnəm olar.
    Əsl işgəncəyə dönən dərs ili, nəhayət, başa çatdı. Lakin qarşıda məni psixologiyadan Əbdül müəllimin çətin imtahanı gözləyirdi.
    Bu imtahana başqa imtahanlardan daha çox vaxt sərf etmiş, daha ciddi hazırlaşmışdım.
    İmtahan zamanı çəkdiyim biletdəki sualların hamısının cavabını bilirdim. Ona görə də hazırlaşmaq üçün əyləşdiyim stulda çox darıxırdım. Birdən yaxınlıqda əyləşmiş qrup yoldaşım Yaqutun pıçıltısını eşitdim. Biletindəki sualları göstərir, cavabını yazıb göndərməyi xahiş edirdi. Bu qız əksər hallarda müəllimlərdən tapşırıqla qiymət alırdı. Yəqin indi də tapşırılmışdı. Hər halda, xalaxətrin qalmasın, bir şey qaralamaq lazımdı. Köməyimi əsirgəmədim.
    Sualın cavabını qarşımdakı vərəqə tələsik yazıb ötürəndə bir gözü mayıf İbad müəllim, assistent gördü. Ancaq üstünü vurmadı. Əvəzində məndən soruşdu:
    – Hazırsan?
    – Hazıram, – dedim.
    – Gəl görüm.
    Əbdül müəllimə tərəf boylandım. Başı qarışıqdı, başqa bir tələbə yoldaşımdan imtahan götürürdü.
    İbad müəllim sakit, mülayim adama oxşasa da, xasiyyətinə yaxşı bələd deyildim. İmtahana gəlməyən seminar müəllimimizi əvəz etmişdi. Başqa qrupda seminar aparırdı.
    Biletimdəki sualları bir-bir danışdım. İbad müəllim üzünü Əbdül müəllimə tutub dedi:
    – Biletini danışdı. Sualınız olacaq?
    – Keç bu tərəfə, – Əbdül müəllim əliynən qarşısındakı təzəcə boşalan stulu göstərdi.
    Həm çox əsəbi, gərgin, həm də dəhşətli dərəcədə həyacanlıydım. Gec-tez, onsuz da, Əbdül müəllimlə qarşılaşacağımı gözümün altına almışdım. Biletimi danışsam da, İbad müəllimin mənə özbaşına qiymət yazmayacağı ürəyimə dammışdı.
    Əyləşən kimi Əbdül müəllim dolaşıq bir sual verdi. Bəlkə də o an mənə belə göründü.
    Nə danışdığımı özüm də bilmirdim. Hələ qurtarmamış Əbdül müəllim dedi:
    – Qiymət kitabçanı ver bura. Bir “kafi” yazaram, bəsindi.
    Elə bildim indicə ürəyim dayanacaq. Düz fikirləşmişdim. Əbdül müəllim mənim haqqımda əvvəldən qərarını vermişdi.
    Özümü birtəhər cəmləyib:
    – Mən “kafi” istəmirəm, – dedim.
    Əbdül müəllim qarşımdakı qiymət kitabçasına əlini uzadanda ondan cəld tərpəndim. Kitabçanı qapıb bayıra atılmaqdan yaxşı çıxış yolu tapmadım. Niyə? Özüm də bilmədim.
    İçəridə aləm bir-birinə qarışdı. Açıq qalan qapıdan ordakı səs-küyü eşidirdim. Aradan bir az keçmiş qrup nümayəndəmiz dalımca bayıra çıxdı. Qrup yoldaşlarım müdafiəmə qalxmış, müəllimi seçilən tələbələrdən olduğuma, nəsə bir anlaşılmazlıq baş verdiyinə inandırmış, mənə, heç olmasa, bir “yaxşı” yazmağa razı salmışdılar.
    Etirazımı bildirdim. Minnətli qiymətin mənə lazım olmadığını, komissiya ilə təzədən imtahan verəcəyimi dedim.
    Bu zaman bayırdakı başqa tələbə yoldaşlarım da mənə yaxınlaşdılar. Sakitləşməyi, tərslik eləməməyi, razılaşmağı məsləhət gördülər. Əbdül müəllim sayılan müəllimlərdəndi. Komissiya onun tərəfini saxlaya bilərdi.
    Xeyli çək-çevirdən, fikirləşəndən sonra yumşaldım, tələbə yoldaşlarımı eşidəsi oldum. İki illik tələbəliyim dövründə qiymət kitabçama ilk “yaxşı”nı yazdırdım.
    … Bacım oğlunun müəlliminə, keçmiş tələbə yoldaşıma məktub yazmadım. Fikirləşdim ki, necə deyərlər, dünyanın düz vaxtında tanınmış bir psixologiya müəllimi (başqa fənn müəllimi olsaydı, dərd yarıydı) alim dostunun məktubuna o cür münasibət göstərmişdisə, indi, rüşvətin institutlarımızda tüğyan elədiyi bir zamanda bacım oğlunun ədəbiyyat müəlliminə yazacağım məktubun mütləq düşər-düşməzi olar. Çox da, bu ədəbiyyat müəllimi keçmiş tələbə yoldaşımdı. Gör aradan nə qədər vaxt ötmüş, sellər-sular axmışdı. İllər çox şeyi dəyişmişdi.
    Yaxşı ki, Bakıya qayıdarkən mənimlə xudahafizləşməyə tək gələn bacım oğlu məktub haqqında heç nə soruşmadı. Yadına düşüb-düşmədiyini bilmədim. Bəlkə də qəsdən üzə vurmadı.

  • Eyvaz ZEYNALOV.”Qonşunun qonağı” (Hekayə)

    eyvaz ist

    Axşamtərəfi qayınatam onu Salyan şossesinə aparmağımı xahiş etdi. Yol maşınlarından birinə minib Səngəçala gedəcəkdi. Orda yaşayırdı.
    Salyan şossesinə yaxınlaşanda yolun əks tərəfindəki dayanacaqda durmuş gəlinlə balaca bir qız uşağını mənə göstərib:
    – Sən allah, geri qayıdanda onları da götür, – dedi. – Yəqin Lökbatana gedirlər. Yazıqdılar, qaranlığa qalar, yağışa düşərlər.
    Onunla qohum olandan həmişə belə görmüşdüm. Nə qədər vacib işi olur-olsun, yolda qalanın birinin də yanından özünü görməməzliyə vurub ötməzdi. Maşınını saxlayar (maşını indi ustada təmirdəydi), hara getdiyi ilə maraqlanar, aparıb düz evlərində düşürdərdi. Heç kimdən də pul-para ummaz, almazdı. Buna ehtiyacı da yoxdu.
    Fikrimdə maşını birbaş Səngəçala sürmək, onu evlərində qoyub qayıtmaqdı. Düz yolda 30-40 kilometr məsafə nəmənəydi! Ancaq imkan vermədi. Başqa vaxt bəlkə də razılaşardı. İndi yarı canı o dayanacaqdakı uşaqlı qadının yanındaydı. Onlara görə narahatdı.
    Uzaqdan Salyan şossesində qaraladığım xırdatutumlu avtobusun tərpənməyə hazırlaşdığını gördüm. Maşınımın işıqlarını yandırıb-söndürməklə sürücüsünə işarə etdim ki, bizi gözləsin. O da bir az ləngidi. Aralıdan soruşdum:
    – Hara gedirsən?
    – Salyana, – dedi.
    – Boş yerin var?
    – Var.
    – Səngəçala qədər bir nəfər götürərsən?
    – Gəlsin.
    Xudahafizləşəndə qayınatam bir də xatırlatdı:
    – Gəlini yaddan çıxarma.
    – Yaxşı, – deyib maşını ağzıgeri döndərdim.
    Göyün üzünü qara buludlar almışdı. Hava məlumat bürosu selləmə yağış yağacağını bildirsə də, arabir maşının qabaq şüşəsinə düşən təkəmseyrək iri gilələrdən başqa hələ heç nə yoxdu.
    Dayanacaqdakı uşaqlı gəlinin bərabərinə çatanda maşını saxladım. Ötüb getmək insafdan deyildi. Dayanacağın adı dayanacaqdı. Böyür-başı cəhənnəm, üstü də açıqdı. Yağış yağmağa başlasa, tamam islanacaqdılar. Marşrut avtobusları da axşama doğru bu tərəflərdə hər saat adamı yarıtmırdı.
    Sağ tərəfdəki qapının şüşəsini yendirib:
    – Bacım, – səsləndim, – Lökbatana gedirsinizsə, gəlin əyləşin, aparım.
    Mənə elə gəldi ki, üzünü yana çevirən qadın özünü qəsdən eşitməməzliyə vurdu. Qızcığaz onun ətəyini dartdı, əliynən məni göstərib nəsə dedi. Yenə əhəmiyyət verməyəndə məni yanlış anladığını düşünüb bir də dilləndim:
    – Bacım, mən xalturşik deyiləm. Özüm də Lökbatanda oluram.
    Qadın birdən sərt bir şəkildə dönüb:
    – Bura bax, – dedi, – yekə kişisən, yolunla düz gedə bilmirsən?
    Tanımasam da, məsum saydığım bir qadından bu cür kobudluq gözləmirdim. Mərifətlə deyə bilərdi ki, getmirəm, vəssalam. Məcburiyyətmi vardı? Axı mən ona nə sataşmış, nə də elə bir ədəbsiz təklif etmişdim. Belə bir şey ağlımın ucundan da keçmirdi. Evli, ailəliydim, bu mənə yaraşmazdı. Sadəcə, ürəyim yanmış, yazığım gəlmişdi. Xüsusən, yanındakı uşağa, qızcığaza.
    Düşmək, niyyətimin təmiz olduğunu bir daha başa salmaq istəsəm də, vaz keçdim. Əvəzində qayınatamın qarasınca söyləndim. Tapşırmasaydı, qayıdanbaş onlar nəzərimi bəlkə də heç cəlb etməyəcək, eləcə ötüb gedəcəkdim. Nə mən qadına yaxşılıq eləmək fikrinə düşəcəkdim, nə də o mənim xeyirxahlığımı pis yerə yozacaq, kobud, ağır cavab verəcək, qanımı qaraldacaqdı.
    Yamanca peşmandım. Çatan kimi evdə də arvadım dilxor elədi:
    – Atamı yolda düşürdüb qayıtdın, yoxsa maşına mindirib yola saldın?
    – Yolda düşürdüb qayıtdım, – acıqcan dedim.
    – Sən allah, doğru sözündü?..
    – Əşi, bəsdi də, – əsəbləşdim. – Belə axmaq sual hardan ağlına gəldi?
    – Boyy, axşam-axşam noolub sənə?.. – Arvadım dayanıb təəccüblə üzümə baxdı.
    İzah eləməyə belə ehtiyac görmədim.
    ***
    Bir azdan başım işlərimə necə qarışdısa, hər şeyi unutdum. Bir də çöl qapının zəngi çalınanda ayıldım. Arvadım özünü yetirib qapını açdı. Kimdisə, dediyinə görə, üzbəüzdəki qonşumuz Tahirə xalanın qohumuydu, qonaq gəlmişdi. Ancaq, deyəsən, evdə heç kim yoxdu. Qapının zəngini nə qədər bassa da, cavab vermirdilər.
    – Bayaq balkonda paltarları şəriddən yığanda Tahirə xalanın əlində zənbil harasa getdiyini gördüm, – arvadım dedi.
    – Nə pis oldu, – qadın vaysındı. – Görəsən gec gələr?
    – Bayırda durmayın, keçin içəri, – arvadım dedi. – Harda olsa, indilərdə gələr.
    İçəri keçərkən ayaq səslərindən onların iki nəfər olduğunu duydum.
    Bu zaman o biri otaqdan uşaqlarım da hay-harayla dəhlizə çıxdılar.
    – Oyy, dad!.. – Oğlum bərkdən içini çəkdi.
    – Yağış sizi harda isladıb belə? – Dalınca arvadım bunu soruşmasaydı, oğlumun niyə təəccübləndiyini bilməyəcəkdim.
    – Dayanacaqda. Birdən yağmağa başladı. Daldalanmağa yer tapmadıq.
    Maraq məni üstələdi. Qarışıqlıqdan istifadə edib qapının arasından xəlvətcə o tərəfə boylandım. Heyrətdən yerimdə dondum. Dəhlizdəkilər qayınatamı yola salıb qayıdanda dayanacaqda maşınıma mindirmək istədiyim gəlinlə qızcığazdı.
    Yağış onları, doğrudan, yaman günə qoymuşdu. Azca qala özümü unudub arvadıma səslənəcəkdim ki, artıq paltarınız varsa, gətir ver, əyinlərini dəyişsinlər. İslanmış cücəyə dönən qızcığaz elə mənim qızım boydaydı.
    – Keçin hamama, məhraba ilə qurulanın, üst-başınızı qaydaya salın, – arvadım ürəyimdən keçənləri oxuyubmuş kimi birdən əl-ayağa düşdü. – Əyninizi dəyişməyə indicə nəsə bir şey tapıb gətirərəm.
    – Lazım deyil, bacı, narahat olmayın, – qadın könülsüz mızıldandı.
    – Sıxılmayın, canım, özünüzü evinizdəki kimi hiss edin. Belə olmaz, xəstələnərsiniz.
    Arvadım uşaqlarımızı qabağına qatıb təzədən içəri evə saldı.
    – Sən elədin, ana, – tək qalanda qızcığaz ötkəmliklə qadını günahlandırdı. – Gərək o əminin “Jiquli”sinə minəydik.
    Qadın tez qızcığazın ağzını yumdu.
    – Suss!..
    Qapıdan çəkildim. Məni görməsələr yaxşıydı.

  • Əziz MUSA.”Niyə şair oldum”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    niyə şair oldum, Allahım niyə,
    vətənə şair yox ,əsgər gərəkdir.
    bu yurda, torpağa qeyrətli yiyə,
    yurdu qorumağa bir nər gərəkdir.

    yurd əldən getməzdi qorunsa əgər,
    bizim qəlbimizdə təpər olmadı.
    şeirimi, sözümü oxuyan əsgər,
    gedib bir qarış da torpaq almadı.

    igid bir döyüşçü doğulaydım kaş,
    soyuq səngərlərdə duraydım gərək.
    əldən getməyəydi o torpaq, o daş,
    gedəydim düşmənin üstünə şir tək.

    söz çatmır dünyanın kar qulağına
    ürəyim partlayır qüssədən, dərddən,
    gör kim sahib çıxıb cənnət bağına,
    sözlə düşmən çıxmaz tutduğu yerdən.

    tanrı sözünü də eşitmir nadan,
    qansız eşidərmi şair sözünü,
    indi qanad açıb yeriyir yalan,
    tülkü bir şir bilir vallah özünü.

    boş vədlə sağalmaz bir qanlı yara,
    silaha silahla cavab verilər,
    torpağı veməyək qəsbikarlara
    dərdin ağlamasaq torpaqmı gülər

    düşmən insaf bilməz, mürivət bilməz,
    daha hayımıza gəlib çatan yox
    döyüş meydanında söz kara gəlməz,
    hamı şeir yazır,silah tutan yox.

    niyə şair oldum Allahım niyə,
    vətənə şair yox, əsgər gərəkdir,
    bu yurda, torpağa qeyrətli yiyə,
    yurdu qorumağa bir nər gərəkdir

  • Günel ƏJDƏRQIZI.”Kənddə bir gün…” (Hekayə)

    gunelxanim-225x300

    Yuxudan ayılanda otağdakı hər şey Murada qəribə gəldi. Köhnə, lakin olduqca səliqə-səhmanlı ev onların deyildi. Başı yaman ağrıyırdı. Gözləri yuxudan açılmırdı. Evin pəncəri açıq idi. Gözəl yaz havası insana ləzzət verirdi. Sacda bişmiş lavaşın qoxusunu duyanda hər şey Muradın yadına düşdü. Dünən gecə qohumlarının toyunda iş yoldaşlarının sözünü yerə sala bilməmiş, xeyli araq içmişdi. Buna vərdiş etmədiyindən başı gicəllənmiş, ürəyi bulanmış və özünü şadlıq evinin həyətinə güclə atmışdı. Sonra toyu yarımçıq tərk edərək taksiylə kənddə yaşayan Tamaşa nənəsinin yanına gəlmişdi. Fikirləşmişdi ki, bir gün kəndə qalar, ertəsi gün yenidən Bakıya evlərinə qayıdar. Neçə aydır görmədiyi nəvəsinin gəlişi nənəni yaman sevindirmişdi. Dayısı ilə necə görüşdüyü yadına düşmürdü. Tamaşa nənə əziz balasını duz kimi yalamış və yatması üçün yer hazırlamışdı.

    Murad ayağa qalxaraq həyətə düşdü. Nənəsi dördayağın üstündə xəmir yayırdı. Yanağları həmişəki kimi qıp-qırmızı qızarmışdı. Başına örtdüyü yaylıq ona xüsusi gözəllik verirdi. Zəhmətdən, çətinliklərdən qabar olmuş əlləri dayanmadan lavaş açırdı. Nurlu üzünə, əllərinə səpələnmiş un nənəsinə xüsusi gözəllik verirdi. Murad əl-üzünü yuduqdan sonra süfrəyə oturdu. Kərə yağını, motal pendirini lavaşın arasına yaxıb bürmələyib yedi. Nənəsinin süzdüyü samovar çayından ləzzətlə içdi. Nənə bala dərtləşməyə başladılar. Qonşu Sədəf xala darvazanı açaraq nənəsini səsləməsəydi söhbətləri hələ davam edəcəkdi. Tamaşa nənə darvazanın yanına gedib Sədəf xalayla söhbət etməyə başladı. Sədəf xala nənəsinə nəsə söyləyib getdi. Deyəsən yaxşı xəbər deyildi. Nənə kədərli və doluxsunmuş halda nəvəsinə yaxınlaşıb pıçıldadı: “Sədəf deyir ki, Nübar rəhmətə gedib. Elə yaxşı qadın idi ki… Yetimçilik günlərimin sirdaşı olub Nübar. Baban öləndən sonra altı övladımı –xalalarını, dayılarını min bir əziyyətlə böyütmüşəm. Nübarla birgə şirniyyat sexində işləmişəm. Hər zaman bir-birimizə əl tutmuşuk. Yazıq bircə dəfə də olsun xəstəlikdən şikayət etməmişdi. Onun ölümü mənim üçün böyük itkidir. Bir azdan Sədəflə birlikdə onların evinə hüzürə gedəcəyəm”-deyib gözlərindən axan yaş damcılarını sildi. Murad nənəsini heç zaman belə kədərli görməmişdi. Yarım saat keçdikdən sonra Tamaşa nənə Muradı evdə qoyub qara kəlağayısını başına örtüb evdən çıxdı. Murad televizorun qarşısına keçib mahnılara qulaq asmağa başladı. Dayısı işdə olduğundan ev ona darıxdırıcı gəldi. Şəhər uşağı olduğundan kənd mühütü onu sıxırdı. Əlacsızlıqdan həyətdə gəzməyə başladı. Toyuq-quşun, hünduşqanın səsi bir-birinə qarışmışdı. Heyvanların salındığı tövləyə yaxınlaşdı. Burada yenicə doğulmuş iki buzov vardı. İkisi də gözəl və sevimli idi. Murad bir xeyli onlara tamaşa edib evə qayıdanda nənəsinin gəldiyini gördü. Bayaq hüzürə gözüyaşlı yola saldığı nənəsi az qala əl-qol qaldırıb oynayacaqdı.O, “əstəfurullah” deyib, öz-özünə düşündü: “Yəqin Nübarın ölümü ona pis təsir edib, nənəsinə nəsə olub. Yoxsa ən yaxın adamının hüzürünə gedən adam niyə gülə-gülə qayıtsın. Ürəyində nənəsinə yazığı gəldi. Tamaşa nənə Muradın yanına çatanda nəsə demək istədi, amma sözünü gətirə bilməyib qəh-qəhə çəkib gülməyə başladı. “Nə olub, ay nənə”- desə də Muradı dərd götürmüşdü. Tamaşa nənə gülməyinə ara verib, özünü ələ aldıqdan sonra hüzürdə başına gələnləri nəvəsinə nağıl elədi.

    “Qonşu qadınlarla hüzür düşən yerə çatanda çadır görmədik, dedik ki yəqin hüzüri məsciddə verəcəklər. Qapını döyəndə isə az qaldı gördüklərimizin qarşısında ürəyimiz partlaya. Qapını onun oğlu, qızı deyil, Nübar özü açdı. Əvvəlcə sandıq ki, bizi qara basır, sonra onun həqiqətən Nübar olduğuna əmin olduq. Rəhmətə gedən kəndin yuxarı başında yaşayan Nübar olub. Bizim ölü hesab edib, ailəsinə başsağlığı verməyə getdiyimiz Nübar isə sağ imiş”.

    11.11.2015

  • Eldar Nəsibli Sibirel.Şeirlər

    12226329_1478059319170065_2045167731_n

    ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990

    Ağlama yaraşmır sənə göz yaşı,
    Qurut gözləriyin yaşını, vətən.
    Axı qalda gərək igidin başı,
    Uca tut əyilməz başını, vətən.

    Yamanca ağırmış Vətən, daşımız,
    Onu qaldırmağa “dostlar” can çəkir.
    Yox, daha oyanıb qan yaddaşımız,
    Bizi azadlığa daha qan çəkir.

    Zaman dost-düşməni bir-bir tanıdır,
    Ölməyir Əsliyçün Kərəmlərimiz.
    Sinəmiz Şəhidlər Xiyabanıdır,
    Orda dəfn etmişik ərənləri biz.

    Yolları uzundur özünü dərkin.
    O yol igidlərin qanından keçir.
    Sənin oğulların, Vətən, sevin ki,
    Döyüşdə səndən yox, canından keçir.

    Kökünün qədrini biləni varsa,
    Nəsillər sabaha ümid daşıyır.
    Azadlıq uğrunda öləni varsa
    O xalqın yaşamaq haqqı yaşayır.

    Qələbəyə saxla göz yaşlarını,
    Azadlıq boylanmır sənə yad kimi.
    O gün şəhidlər də baş daşlarını.
    Düşmənə sıxacaq avtomat kimi.

    Əyilməz başını uca tut ,Vətən
    Azadlıq arzulu igidlərinlə.
    Ömrü yaz ömrü tək qərənfilləşən,
    Məzarı – and yeri şəhidlərinlə.

    Bilsəm sevirsən məni 1982

    Boylanaram gözlərindən yaz kimi,
    Bilsəm sevirsən məni.
    Qədəminə yol tək sərrəm fikrimi,
    Bilsəm sevirsən məni.

    Günəş olub göylərində yanaram,
    Gülüş olub dodağına qonaram,
    Öz ömrümə səni zirvə sanaram,
    Bilsəm sevirsən məni.

    Səhrana su, yağışına çətirəm,
    Çiynimə dağ yükləsələr, götürrəm,
    Xoşbəxtliyi ayağına gətirrəm,
    Bilsəm sevirsən məni.

    Yazılmısan yaddaşıma, yadıma,
    Qanadlannam göyün yeddi qatına.
    Ulduzlardan çələng hörrəm adına,
    Bilsəm sevirsən məni.

    Səni görcək uçunaram, əsərəm,
    Sənsiz keçən günlərimdən bezərəm,
    Səhərləri kirpiyinə düzərəm,
    Bilsəm sevirsən məni.

  • İlkin ABBAS.”Dəyiş”

    ia

    İnsan, çox oynadın şeytan rolunda,
    Bir az da mələk ol, rolunu dəyiş.
    Yolçusan sən də bu ömür yolunda,
    Sağın savab yazır, solunu dəyiş.

    Nə qədər gözlərdə kədər doğacaq?
    Nə qədər kipriklər yaşlar sıxacaq?
    Nə qədər həsrətdən, qəmdən yağacaq?
    İlahi, yağışı, dolunu dəyiş.

    Bəndə gərəkdir ki daim söz tuta,
    Həyatda layiqli, təmiz iz tuta,
    Var-dövlət nə olan şeydi göz tuta?
    Sən bu insanların halını dəyiş.

    Bir gözüm ac oldu, bir gözümsə tox,
    Sevincim az oldu, qəm-kədərim çox,
    Canı yara qurban verdim, sənə yox,
    Ay Allah, mən adlı qulunu dəyiş.