Category: Azərbaycan ədəbiyyatı

  • Fidan ABBASOVA.”Meğer sende beni çokdan unutdun?!”

    fa

    Huzur buldum yureğimin sesiyle
    seni sevdim bir sevda hevesiyle
    vurulmuşdum tek sevgi kelmesiyle
    budur işte bir hatìran bir suçum
    meğer sende beni çoxdan unutdun.

    Yaşamaya sen güc verdin dik durdum
    ben yokdum ki sen gelince ben oldum
    şimdi yoksun seni aradìm sordum
    budur işte bir hatiran bir sucum
    biliyorum beni çokdan unutdun.

    Fidan hayat acımasız bir yuva
    her kes düşer bir gün yolu oraya
    eğer birde gelseydm bu dunyaya
    severdim bene biliyorum bu suçun
    sense beni ebediyen unutdun.

  • “Zərrələr” Qazax Ədəbiyyat Muzeyində

    qz

    Şairlər vətəni bizim tərəflər deyəndə, Qazax yada düşür. Zərrələrimizlə şairlər vətəninə qədəm qoyduq. İlk olaraq, Qazax ədəbiyyat müzeyinə baş çəkdik. Düzü surpiriz etmək istəyirdik Barat Vüsala oda alınmadı. Həmin gün Barat müəllim xəstələnmişdi. Amma gözəl və ziyalı yazar, ” Məni haraylayır gəmi qayası” adlı kitabın müəllifi Mustafa Rasimoğlu ilə tanış olduq çox maraqlı söhbətimiz oldu. Şeirdən tutmuş şairə kimi müzakirə etdik. Ən azı saat yarım görüşümüz davam etdi. Mustafa müəllimlə qısaca sağollaşıb. Rayon mərkəzi kitabxanasına üz tutduq. Əsərlərini uşaqlıqdan oxuduğum və sevdiyim Vidadi Babanlının qohumu Qazax MKS-nin direktoru Solmaz Babanlı ilə görüşdük. Gəlişimizin səbəbini açıqlayınca çox şad oldu. MKS-nin digər işciləri Direktor müavini Münəvvər Süleymanlı və kitabxanaçı Elnarə Məmmədova kitabişləməni yekunlaşdırıb fonda daxil etdilər. Biz yenidən Mustafa müəllimlə sağollaşıb xoş təsüratla ayrıldıq. Ümid edirəm ki, Qazax rayonunun dəyərli şairləri zərrələrimizi sevə-sevə oxuyacaq, Zərrələr, öz yazıları ilə yaddaşlara həkk olunacaq… Zərrələrin hər birinə uğurlar diləyirəm.

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • “Zərrələr” Gədəbəydə

    gz

    Zərrələrlə bu dəfə də doğulduğum və boya başa çatdığım rayona qədəm qoyduq. İlk olaraq Gədəbəy rayon mərkəzləşdirilmiş kitabxananın direktoru Azər Abdullayevlə görüşdük kitab haqqında məlumat verdik. Sonra isə digər işçilər direktor müavini Elnarə Həsənova və xidmət şöbəsinin müdiri Şöhrət Osmanova kitabla tanış oldular. Kitab yüksək rəğbətlə qarşılanıb fonda daxil edildi. Zərrələrə uğurlar.

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XIV hissəsi

    sc

    Səfər cəld pilləkanlardan aşağı düşdü, nişanlısını sirkələdi.
    – Fidan, Fidan oyna, gözünü aç.
    Fidan əliylə başını tutub zarıdı.
    – Başım çox pis ağrayır.
    Səfər Fidanın ayağa qalxması üçün kömək edirdi.
    – Qalx ayağa, səni aparacam həkimə. Səni bu vəziyyətdə qoya bilmərəm.
    Fidanın üzü-gözü qan içindəydi.
    – Lazım deyil.
    – Qalx deyirəm, həkimə getməliyik. Üzün-gözün də pis gündədir. Özümü idarə edə bilmədim.
    – Bizi yaradana and olsun, sənə xəyanət eləməmişəm.
    Səfər artıq daha da əsəbləşirdi.
    – Səsini kəs, eşit məni. Gedirik.
    Səfər Fidanı xəstəxanaya gətirdi. Həkim Fidanın üzünə baxıb Səfərin yanında soruşdu:
    – Səni kim bu günə qoyub belə?
    Səfər başını aşağı salmışdı, Fidan yalan danışmalı oldu. İstəmirdi sevdiyi kişini pis vəziyyətdə qoysun.
    – Yolda siqanlar pulumu istədilər vermədim. Tökülüşdülər üstümə.
    Həkim – Vəhşi uşağı, vəhşi
    Tibb bacısı Fidanın üzünə dərman vurdu.
    Tibb bacısı – Bu dərmanı vururam ki, üzünün şişi tez yatsın.
    Fidan – Çox sağ olun.
    Müayinədən sonra məlum oldu ki, Fidan başından zədə almayıb. Səfər həkimə yaxınlaşdı.
    – Həkim, dəqiq heç nəyi yoxdur? Yəni, lazımdırsa xəstəxanada yata bilər.
    – narahat olmayın, nişanlınızda ciddi elə də heç nə yoxdur. Bir az üzü göyərəcək, o da iz qalmayacaq.
    – Çox sağ olun.
    Səfər lazım olan xərcləri xəstəxanaya ödəyəndən sonra Fidanla birlikdə maşında oturdular. İkisi də susurdu. Səfər maşını Fidangilin məhləsindən bir az aralıda saxladı. Fidan uşaq kimi ağlayırdı.
    – Mən sənə xəyanət etməmişəm. Həmişə sadiq qalmışam.
    Səfər cibindəki şəkili çıxardıb Fidana uzatdı.
    – Sənin yerində olsaydım, utandığımdan susardım.
    Fidan şəkili almamış baxdı. (daha&helliip;)

  • Nail DAĞLAROĞLU.”Bilməzsən”

    n

    İlk məhəbbət elə dərin hissdiki,
    Onu ürəyindən ata bilməzsən.
    Sevdiyini əldən buraxma qəti,
    Əldən baraxdınmı, tuta bilmşzsən.

    Dolanar başında, çıxmaz yadından,
    Elə şirindirki, yoxdur dadından.
    Bir dəli sevdanın, Vallah odundan,
    Lay-lay çalsalarda yata biıməzsən.

    Onun şöləsidir, düşür hər yana,
    Hərdən də tuş gəlir çənə, dumana.
    Qəribə bir hissdi yayılır cana,
    Onu özgəsinə sata bilməzsən.

    Nail ərz eylədi, dəli sevgidən,
    Saçlarıma saldı dəli sevgi dən.
    Görəmməzsən onu yaddan özgədən,
    Ona başqa sevgi qata bilməzsən.

  • Mais TƏMKİN.”Kimsə bizi görməyə”

    mt

    Canın mənim canımda,
    Sevgin coşur qanımda.
    Rəvadırmı yanında
    Öz yerimi boş qoyum?

    Az könlumü parala,
    Xoş günümü qarala.
    Nar sinəni arala,
    Arasına baş qoyum.

    Kimsə bizi görməyə…
    Sirrimizi örtməyə,
    Bir daş üstə hörməyə,
    Altda da bir daş qoyum.

  • Elnur ABDİYEV.Yeni şeirlər

    e

    * * *

    Alıb biletimi,
    zamanın son dayanacağında,
    yelləyir ölüm məni öz qucağında.
    Gedirəm üzü ona,
    arxam zamana.
    Özümdən bir ad yona-yona,
    arzularım dona-dona,
    növbəti ünvanıma,
    səslənirəm.
    Ünvan…
    cəhənnəm adlı şəhər.
    marşrut,bir qara tabut deyirlər.
    Orda nə göydələnlər,
    nə mazutlu dəniz,
    orada da özünə bab sakinlər var,
    əzizim,yer varmı kimsəsiz?
    orada nə şişlər var,
    nə qədəh dolu şərablar,
    orada şərab əvəzi axan qanlar,
    bir də ömrü boyu sıxılan canlar,
    səslərindən utananlar,
    görkəminə inanmayanlar,
    baxır aynadan vəfasızlığına,
    həyatın o üzünün.
    orada darımı quracam özümün.
    və yeni səhnəsinin,
    remarkasını yazacam ölümün.
    Tənhalıq adlı cəhənnəmə gedirəm,
    yalnızlığın ağuşuna girirəm,
    pəncərəmi bağlamışam xatirələrə,
    Xatirələrimi istəmirəm girsin,
    tənhalıq adlı cəhənnəmə.

    Yaşasın

    Həyatın hökmü zalımdı,
    Ya əyil,ya da yaşa,sın.
    Gələn dərdlərə bürünüb,
    Bax ötən zövqlü yaşa,sın!

    Alışır ömür çır-çırpın,
    Az qəfəs qəlbində çırpın,
    Adımı günahdan çırpın,
    Quruyan darda yaş asın.

    Həyatı təmiz yaşa,ya,
    Kölə olmasın yaş,aya!
    Qoymadız Elnur yaşaya,
    Öldürün, ölü yaşasın

  • İlkin ABBAS.”Sonuncu bahar”

    tt

    Mən səni isti bir günəş sanırdım,
    Sən verdin ömrümə çovğunu, qışı.
    Yox, bunun günahı səndə deyil ki,
    Əzəldən belədir bəxt, yaranışım.

    Elə ki ayrılıb tərk etdin məni,
    Sızladı könlümün ən sarı simi.
    Mən səni başqa bir eşqlə sevmişdim,
    Ürək sevə bilmir daha heç kimi.

    Bəlkə sevməyimlə günah etmişəm?!
    Düşünmə haçansa əhv olaram mən.
    Eşitsəm ki bir gün yadın olmusan,
    Gülüm, həmin günü məhv olaram mən.

    Mən sənə söz verdim xoş bir gələcək,
    Yox idi başqa bir niyyətim mənim.
    Deyiblər ki vardır hər işdə xeyir
    Bəlkə ayrılıqmış qismətim mənim?!!

    Sevindim səninlə, güldüm səninlə,
    Ağladım hər zaman acı, ağrına.
    Bircə təsəllidir o şəkillərim,
    Öpüb doya-doya get bas bağrına.

    Ayrıldıq, söylədin dost qalaq gərək,
    Özümü bu odda yaxa bilmərəm.
    Mən ki ürəyimlə sevmişdim səni,
    Sənə dost gözüylə baxa bilmərəm.

    Mən sənə sevgimlə gül-çiçək əkdim,
    Soldurdun əlinlə həmin o bağı.
    Dostluq nə zamansa sevgiyə dönər,
    Sevgi necə dönsün dostluğa axı?!

    Sızlatdın qəlbimin yaralarını,
    Qaysağı da qopdu, qanı da sızdı.
    Daha qarşılaya bilmərik yazı,
    Bu bizim sonuncu baharımızdı.

  • Şəfa VƏLİYEVA.”Qapını döyməyə gəldim”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Seçib ömürdən payızı,
    Qapını döyməyə gəldim.
    Uzaq illərdəki qızı
    Ömrünə sərməyə gəldim…

    yaddaşında seçildikcə
    “qara qız”ın xatirəsi
    Əkildi də, biçildi də
    Taleyin “ağ gün” zəmisi…

    Dözmədik sarı nazına,
    Payızı küsdürdük, getdi…
    Bir gün deyərsən qızına:
    -Bir qız məni yaman sevdi!!!

  • Ceyhunə MEHMANQIZI.Yeni şeirlər

    cm

    * * *

    Sənidə itirdim bir payiz günü,
    Bütün ümidləri itirdiyim tək.
    Vuruldu qəlbimə həsrət düyünü,
    Daha arzularım bar verməyəcək.

    Daha saymayacam ötən hər anı,
    Nə fərqi var axi saat neçədir.
    Dünya işığından məhrum olana,
    Nə fərqi səhərdir, yoxsa gecədir.

    Bilirəm, bilirəm mənəm günahkar,
    Suçu özündən ağır, bir bəndəciyəm,
    Sənə “dön” desəm, dönmə nə olar,
    Bu dəfə sən gəlsən, mən gedəcəyəm…

    * * *

    Məcbur bir qərari almişam bu gün,
    Sənin həyatindan çıxıb gedirəm.
    Sönür ocağımız, evimiz üzgün,
    Yuvamı əlimlə yıxıb gedirəm.

    Ayriliq yetişib, boşdu nə desən,
    Fəqət eşqim də sən, ürəyim də sən.
    Bəyaz gəlinlikdə gəldiyim evdən,
    Geyib qəm libasi çıxıb gedirəm.

    Bu günü yaşayinca niyə ölmədim?
    Ruhum ərşə qalxdi, yandim inlədim.
    Mən səni xoşbəxt edə bilmədim,
    Bu dərdi qəlbimə sıxıb gedirəm.

    Daha sual etmə, soruşma niyə,
    Sənə yadlar kimi baxib gedirəm.
    Gözlərin yollarda qalmasın deyə,
    Yollari arxamca yığıb gedirəm.

    * * *

    Mənə qayıtmağı düşünmə birdə,
    Gedib, ayrılığı özün seçmisən.
    Hardasa qalmısan xatirələrdə,
    Fəqət, taleyimə çox gecikmisən.

    Get səni bir daha görməsin gözüm.
    Sus! bircə kəlmə də sözün olmasın.
    Məndə gəlişinə qalmayıb dözüm,
    Sənin də gəlməyə üzün olmasın.

    Atdın əllərinlə məni odlara,
    Odumu sovurdun, külümə dəymə.
    Məni diri-diri qoydun məzara,
    Canımı almısan, ölümə dəymə…

  • Şafa KAMİLLİ.”Bəlkə geri dönəsən…”

    11143676_1644625995794436_3719905173301804536_n

    Həsrətindən param -parcayam ,
    Gözü yaşli ,həyati pucam ,
    Sənsiz hər qünmdən peşmanam ,naraziyam .
    Bəlkə qeri dönəsən ,mənə dönəsən ,
    Sənsiz həyam hec -puc ,ürəyim siniq .
    Bunlarin səbəbi bil tək sənsən ,
    Xəyalinla yaşiyram ,sənsizlikl barişmiram ,
    Belkə geri dönəsən ,mənə gələsən ,
    Qanadi qiriq quş kimyəm ,
    Sənsiz ,sənlə yaşiyam ,
    Xəyalarla ,dünənimlə ,sənli qünlərlə yaşiyram ,
    Mən qul oldum ürəyimin əlində ,
    Sən diyə ,gündə min dəfə ölür ,yaşamir ..
    Bəlkə qeri dönəsən ,mənə gələsən ,
    Mənə gələsən …….

    13.09.2015 …..

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XIII hissəsi

    sc

    Siqaret çəkən qadın özündə cəsarət toplayıb pəncərədən aşağı baxanda təəccübləndi. Həyəcandan deməyə söz tapmadı, elə bil dili tutulmuşdu, kəkələyirdi. Mahmud pəncərəyə yaxınlaşdı, gözlərinə inanmadı.Fidanın bəxti gətirmişdi. Binanın altından keçən yumşaq torbalar daşıyan yük maşınının üstünə düşmüşdü.
    Mahmud – Qancığın bəxti varmış. Bircə bu çatmırdı.
    Fidan pəncərədən ona baxan Mahmuda baxıb için-için ağladı. Düşdüyü vəziyyətin şokundan hələ də özünə gələ bilmirdi. Ən pisi, çantası da qalmışdı o evdə. Yük maşını binadan çox uzaqlaşdıqdan sonra saxladı. Ətrafdakı insanlar Fidana qəribə baxırdılar. Fidan cəld yük yerindən tullandı, geriyə baxmadan qaçdı. Maşının güzgüsündən bunu görən sürücü təccüblə maşından düşdü. Ətrafdakı taksi sürücülərinə baxdı.
    Sürücü – Bu qız maşının üstündəydi ki?
    Taksi sürücülərindən biri – Hə, nətər minib?
    Sürücü – Vallah, nə isə düşdüyünü hiss elədim, fikir vermədim.
    Fidan qorxudan nə edəcəyini bilmirdi. Parka yaxınlaşanda bir az dincini almaq üçün dayandı. Hönkür- hönkür ağladı.
    – İndi mən nə edim? Hər şeyim o əclafların evinndə qaldı. Ay allah, mən indi vəsiqəmi onlardan necə götürəcəm?
    ***
    Səfər oteldə iş yerini nə qədər yığır cavab verən olmur. Üçüncü dəfə yığanda bir kişi cavab verir.
    – Allo.
    – Salam Cavid. Mənəm Səfər.
    – Səfər müəllim, necəsiz?
    – Yaxşıyam. Siz necəsiz? Fidan hardadır?
    – Fidan xanım bugün işə gəlməyib. Xəbərimiz yoxdur.
    – Aydındır, sabah gələcəm. Fidan xanıma deyərsiniz. Sağ ol.
    – Sağ olun Səfər müəllim.
    Kərim də təəccüblənir.
    – Nəysə olmayıb?
    – Bilmirəm. Biletləri almışam. Sabah biləcəyik. Hələdə demədin niyə qəfildən qayıtmağımızı istədin?
    – İşlərim var, ona görə.
    (daha&helliip;)

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    YAŞAYAQ

    Ver, dünya, yükün çoxunu,
    Çəkim, beləcə yaşayaq.
    Ürəyimə qəm toxumu
    Əkim, beləcə yaşayaq.

    Özgə dərd arama nolar?!
    Yaraşır harama, nolar?!
    Toxunma yarama, nolar?! –
    Həkim, beləcə yaşayaq.

    Bu qapıya yoxmu bir çəm,
    Ay insafsız – birim, bircəm.
    Qısıl mənə olaq bir cəm, –
    Təkim, beləcə yaşayaq.

    Qəzəl desin, şeir desin,
    Şər desin, ya xeyir desin.
    Boş ver, qoy nə deyir – desin,
    Hər kim, beləcə yaşayaq.

    Ərkini geyib əyninə,
    Alma lap məni eyninə.
    Barı eylə ürəyinə
    Təhkim, beləcə yaşayaq.

    GÖTÜRMÜR

    Əsmə hər bir yarpaq üstə,
    Bu ağac balta götürmür.
    Yük olanı torpaq üstə,
    Torpağın altı götürmür.

    Nə sızlarsan, viran könlüm,
    Öz içinə varan könlüm.
    Dərdə könül verən könlüm
    Başqa ovqatı götürmür.

    Bıçaq kürəyə yol tapır,
    Haram – çörəyə yol tapır.
    Çat hər ürəyə yol tapır,
    Ürək hər çatı götürmür.

    Ölümü almam eynimə,
    Əgər batmasa beynimə,
    Dar ağacı, çox öyünmə,
    Bu boğaz çatı götürmür.

  • Təranə ŞƏMS.” Ata….Gələcəm yuxularına..(Esse) “

    ts

    17.09.2015.

    (İntihar edən 12 yaşlı məktəblinin dilindən)

    Ata! Mənim intihar etməyim sentyabrın 15-dən bu günə kimi çox söz-söhbətə səbəb olub. Ata, ruhumla sənə yalvarıram. Bağışla məni. Sənin kimi,anamı, bacı və qardaşlarımı da gözüyaşlı qoydum. Bilirəm, heç də düzgün hərəkət etməmişəm. Əziz atam bağışla məni! Haqqını mənə halal et! Ata, mən bir köynəyə, bir məktəbli çantasına görə öz canıma qıymadım. Şükürlər olsun ki, ağlım da yerində olub.Hansı ki, bəzi insanlar məni psixaloji durumumda əngəl olduğunu hesab edir. Ata, amma qəlbim cox kövrək olduğundan, sənin çəkdiyin əzab-əziyyət daima məni düşündürüb. Ata, üzümüzə baxa bilməyən qəmli gözlərini, qabar əllərini görəndə gördüklərimlə barışa bilmirdim. Axı biz elə bir cəmiyyətdə yaşayırıq ki,ailələr, uşaqlar, gənclər belə bir durumla qarşlaşmalı deyillər. Mənim Vətənim nefti, qazı, başqa təbii sərvətləri ilə zəngindir. Amma Allahın öz yaratdıqlarına bəxş etdiyi töhfələr zalımlar əlindədir və bizləri kölə kimi istismar edirlər. Ata, mənim 12 yaşım olmağına baxmayaraq, düşüncələrim əhatəlidir. Ata, zaman-zaman xəyallarımda özümü sənin yerində görməyə başlayırdım. Başa düşürdüm ki, oxumaq istəsəm də, təhsilimi davam etdirə bilməyəcəm. Çünki sosial durum və ailə vəziyyətimiz buna imkan vermirdi. Amma mənim ən böyük arzum alitəhsili bir vətəndaş olaraq çox işlər görmək idi. Qəlbimdəki ən kövrək arzulardan ümdəsi sənə layiqli oğul, savadlı vətəndaş olaraq xalqa xidmət etmək idı. Uşaqlıq xəyallarımın ən uca zirvəsi zaman-zaman mənə və bacı-qardaşlarıma çəkdiyin zəhmətin qarşılığını verib qulluğunda durmaq idi. Ata, yaşlaşan zaman səni şəhzadələr kimi yaşatmaq könlümdən keçirdi. Əfsuslar olsun ki, yaşadığım mühit arzularımın həyata keçməsinə imkan verməyəcəkdi. Ata, nə edim iradəm zəif olduğundan qəlbim həssas olduğundan gücüm özümə çatdı. Lakin bir şeyə təəssüf edirəm ki, əziz atam, anam sizdən halalıq ala bilmədim. Heç kəs məni dardüşüncəli hesab etməsin. Ata, bil ki, mən düzgün hərəkət etməmişəm. Mənim yaşım az olsa da, həmişə şükür etməyi bacarmışam və şükür etməyi daima öz yaşıdlarıma da arzu edirəm. Ata, bilirəm haqsızam. Ən azı mənim üzərimdə olan haqqını yerə vurdum. Öz yaşıdlarıma bir tövsiyyəm var. Heç kəs şeytanın felinə uymasın. Həyatda hər şeyə səbr etmək lazımdır. Bəlkə də dözə bilsəydim qəlbimdəki arzular mənə qucaq açardı.Axı hər şeyi zaman həll edir. Ata, həyatıma vida etməklə, bükülən çiyinlərini daha çox bükdüm, səni gözüyaşlı qoydum. Ağlama atam. Bağılayın, məni bağışlayın! Ata heç vaxt özünü günühkar hesab etmə. Sən günahkar deyilsən. Ata günahkar yaşadığımız mühit və dövürdür. Zamanın ağır məngənəsi imtahan edir bizləri. Kimsə bu imtahandan səbrlə çıxa bilir, çıxa bilməyənlər, iradəsi zəiflər necəki, mənim kimi məngənənin pəncəsində boğularaq məhv olur. Ata, son olaraq sənə yalvarıram. Mənim yoxluğumu özünə dərd etmə ki, balama sentyabrın 15-i günü məktəb bazarlığı edə bilmədim. Ata, sən övladlarını yaşatmaq üçün əlindən gələni etmisən. Ailəmizə bir loxma çörək gətirmək üçün alnının tərini axıtmısan. Sən ataların ən yaxşısısan. Ata, haqqını halal elə, arzuları gözündə qalıb, çiçəyi bununda mələklərə yoldaş olan balana. Məğrur ol Atam. Göz yaşını tökmə,gələcəm yuxularına..

  • Ceyhunə MEHMANQIZI.Yeni şeirlər

    cm

    * * *

    Gözünü yollardan yığarsan daha,
    Dönüb, gəlməyəcəm məni gözləmə.
    Elə gedirəm ki, tozumda qalmaz,
    Yollar həsrət qalar ayaq izimə.

    Hədər keçirdiyim illərə heyif,
    Mənim illərimi özümə qaytar,
    Hələ qurumayıb gözümün şehi,
    Qaytar göz yaşımı, gözümə qaytar.

    Gedirəm, ayaqlarım hara aparsa,
    Daha dinləmirəm qəlbin səsini.
    Sənin olmadığın bir dünya varsa,
    Mən ora gedirəm, axtarma məni.

    Gedirəm həm üzgün, həm də taqətsiz,
    Fəqət, ne soraqla, nə də ki axtar
    Elə yol pulusuz, elə biletsiz,
    Məni sənsizliyə aparir qatar… (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XII hissəsi

    yenirenglifoto

    Səfər yanında olmayanda Fidana elə gəlirdi ki, əli heç bir işə yatmır. Darıxırdı onun üçün… İş telefonundan Təhminəni yığdı, Kərim də oğluyla getmişdi. Təhminə Fidan üçün çox maraqlı qadın olmuşdu. Nə etmişdi ki, Kərim kimi kişi oğlu yaşında qadına bağlanmışdı, sevmişdi. Halbu ki, Cəmiləyə olan sevgisini eşidə-eşidə böyümüşdü. Fidan Təhminənin ev nömrəsini yığdı. Dəstəyin o biri tərəfindən səs gəldi.
    – Allo
    – Salam. Necəsiz Təhminə xanım?
    Təhminə gülümsədi – Salam. Yenə siz?
    – Vərdişkaram.
    – Mənə olma. Sən de, rəsmiyyəti sevmirəm.
    – Yaxşı, sən deyən olsun? Necəsən?
    – Yaxşıyam. Köçmək işinə baxıram.
    Fidan təəccübləndi – Köçürsən?
    – Hə, başqa yerə köçürəm. Bugün ev tapmışam. Əşyalarımı hazırlayıram.
    – Hara köçürsüz?
    Təhminə ünvanı deyəndə Fidan təəccübləndi.
    – Sən biz tərəfə yaxın köçürsən.
    – Bina evində qalırsan?
    – Yox, bizdə ümumi məhlədir. Məhləmizlə üzbəüz doqquz mərtəbəyə köçürsən.
    – Ay sağ ol. Tez-tez qonaq gələrsən. Sevinərəm.
    – İstəsən bugün işdən çıxandan sonra gəlib sənə kömək edə bilərəm.
    – Sözün düzü… yox demək istəmirəm. Əziyyət verməyədə utanıram.
    – Nə əziyyəti, xoşdur. İşdən saat beşdə çıxıram. Çıxan kimi gələcəm.
    – Yaxşı, danışdıq.
    Fidan dəstəyi yerinə qoydu. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Ürkək baxışlı”

    gxi

    gözümə hopdu
    şəkilləndi gecə.
    həm endim həm qalxdım xəyallara
    pillə-pillə.
    seyr etdim özümü uzaqdan sadəcə
    təbəssüm aldatdı yanağımı
    səyridi dodağım keçmişə.
    boynumu büküb gülümsədim.
    çıx get bu şərdən
    çıx get uzaqlara söylədim.
    könlündən qopanları
    bəlkə başqa şəhərdə tapa bildin deyə.
    çıx get!
    addımla özünlə addım-addım keçmişə
    keç keçmişdən, keç və get.
    bir səadət gözləyir bəlkə də…
    bir ümid sallanır kipriyindən
    göydən ulduzlar enib
    pərçimlənib yerə…
    yığ ulduzları ovcuna
    səni qaldırsın göyə.
    ürkək baxışlı
    yeriməkçün yaradıldın…

  • Fidan ABBASOVA.”Sızıldayır qəlbim buz tək eşik soyuq ,gözüm dolu”

    fa

    Dağılıram paramparça, tikələrim düşüb hara
    bir bildiyim həqiqət var hər gün çəkir məni dara
    ürəyimdə dosdan qalmış bıçaq kimi dərin yara
    Sızıldayır qəlbim buz tək eşik soyuq ,gözüm dolu
    Nə ağırmış bu imtahan keçə bilsən ömür yolu….

    Səfi düzə qatıb inan saf tək inanamışdım sənə
    heyif olsun etibarsız yalanmışdın səndə demə
    İnanmağa üzüm gəlmir birdə daha dönsən mənə
    Sızıldayır qəlbim buz tək eşik soyuq ,gözüm dolu
    Nə ağırmış bu imtahan keçə bilsən ömür yolu….

    Varlığımı məndən aldın , sandım adam yerindəsən
    bir kenardan durub baxsam , özün kimi biriyləsən
    bir ayna al sən əlinə axı kimsən, axı nəsən?
    Sızıldayır qəlbim buz tək eşik soyuq ,gözüm dolu
    Nə ağırmış bu imtahan keçə bilsən ömür yolu….

    Daha bitdim yuxa qəlbim daşa döndü baxışlarım
    Qoy qınasın məni yenə doğru deyən tanışlarım
    peşman olsan bir vaxt səndə dayan yağan yağışların
    kirin pasın qoy tökülsün bəllkə çıxdın bir ağ günə
    Sızıldayır qəlbim buz tək eşik soyuq ,gözüm dolu
    Nə ağırmış bu imtahan keçə bilsən ömür yolu….

  • Elnur RƏSULOĞLU.”Bu gün dərsə gəlməmisən”

    et

    Sənin yerin boş qalıbdır,
    Bu gün dərsə gəlməmisən.
    Ürəyimi qəm sarıbdır,
    Bu gün dərsə gəlməmisən.

    Ucdan tutub ucuzluğa,
    Yol gedirik sonsuzluğa.
    Dözəmmirəm yoxluğuna,
    Bu gün dərsə gəlməmisən.

    İtirmişəm özümü mən,
    Söhbətimi, sözümü mən.
    Silləm yaşlı gözümü mən,
    Bu gün dərsə gəlməmisən.

    Yaşamağa yer tapmıram,
    Bir ölüyəm, gor tapmıram.
    Yoxsa əlac var, tapmıram?
    Bu gün dərsə gəlməmisən.

  • Elnur ABDİYEV.Yeni şeirlər

    e

    * * *

    Özümdən baş alıb gedib,
    De,necə çağırım,gəlsin?
    Gözlərim səndə uyuyur,
    Ruhum da səndə dincəlsin.

    Səndə yuyunur gözlərim,
    Gözümü yoluna sərim.
    Üzümü qoluna sərim,
    Nəfəsim ruhunda gəzsin.

    Ruhlar ilantək sarılsın,
    Həsrətin bağrı yarılsın.
    Səhərlər belə açılsın,
    Gecəmiz beləcə bitsin. (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XI hissəsi

    yenirenglifoto

    Lamiyə bilmirdi nə desin. Başını salmışdı aşağı, düşünürdü.Aybəniz ağlayırdı, göz yaşları dayanmırdı.
    Lamiyə: – Ağlama Aybəniz, ağlamağın mənası yoxdur.
    Aybəniz – Atama hər şeyi danışacam.
    – Nəyi danışacaqsan?
    – Hər şeyi.
    – Başın xarabdır? Öldürər səni. Sən yaxşısı budur…ananın dediklərini elə. Rafiqlə çalış evlən.
    – Bunu bacarmaram.
    – Sən atan haqqında o əclafa danışmısan?
    – Bugün dedim.
    – Reaksiyası necə oldu? Yəni arxanca gəldimi?
    – Yox gəlmədi.
    – Onda bu əclaf ya sənə zəng edəcək, ya da aradan çıxacaq. Bir sual da verim. Qayıtsa qəbul edərsən?
    – Qəbul etməyə məcburam.
    – Başa düşdüm.
    ***
    Kərim sənədlərə qol çəkirdi. Qapısı döyüldü, katibəsi əlində zərf içəri girdi.
    – Kərim müəllim, poçtdan bu zərfi sizə göndəriblər.
    Kərim zərfi katibəsindən aldı, üstünə baxdı.
    – Göndərənin adı yazılmayıb. Yaxşı qızım, gedə bilərsən
    Kərim zərfi açanda hərəkətləri yavaşladı. Zərfdə şəkillər vardı. Kərim şəkillərə baxdıqca əlləri əsdi. Gpzləri doldu. Şəkillərdə Təhminə lüt yataqda, hər iki yanında çılpaq kişilər vardı. Kərim şəkilləri topayla iki yerə cırdı. Əlləriylə üzünü tutdu, ağladı.
    ***
    Təhminə televizora baxırdı. Qapı döyüldü. Qapıya yaxınlaşdı.
    – Kimdi?
    Qapının arxasından qadın səsi gəldi.
    – Poçtdandı, sizə məktub var.
    Təhminə qapını açdı. Qadın:
    – Tətminə Mürsəlov?
    – Bəli.
    Qadın Təhminəyə zərf uzatdı. Təhminə qol çəkəndən sonra qapını örtüb bağladı. Zərfi açanda içində ona yazılmış vərəq gördü. Təhminə vərəqi oxuyanda gözləri doldu.
    ” Şəkillər indi sevgilinin əlindədir. Səndən doymadıq.”
    Təhminə bir-bir şəkillərə baxdı.
    – Əclaflar – deyib qışqırdı, şəkilləri yerə atdı. Ayaqlarını yerə döyərək qışqırırdı. (daha&helliip;)

  • Qalib ŞƏFAHƏT.”Qəlbinə söyüd əkmisən”

    qs

    Söyüdlər,
    hər yerdə söyüddü.
    Tək,
    kölgəsi sərin olur.
    Qəlbinə söyüd əkmisən,
    havalar isti keçəndə,
    budaqları yellənə,
    yarpaqları tellənə,
    bədənin sərinlənə.
    Kölgəsində dincəlsən,
    hamıya acıq verəsən,
    həyata gəl-gəl deyəsən.
    Rüzigar dəyişəndə,
    Havalar soyuyanda
    köçünü-
    Özündən
    çox uzağa çəkəsən.
    Daha sən
    O sən deyilsən.
    Yoxsa,
    özündə
    Donub ölərsən.

  • Əzildikcə, danıldıqca… (Cabir Novruza nəzirə)

    11041661_10205003020335559_6794674678892182115_n

    Əzildikcə, danıldıqca,
    Coşub daşıram çay, sel kimi…
    Qələmi alıram əlimə,
    Tufanlar qopur içimdə,
    İç dünyamda baş qaldırır qiyam,
    Daha kəskin yazmağa başlayıram…
    Dilə gəlir bütün hisslər, fikirlərim…
    Mən şairəm, mən yazaram,
    qınamıram heç kəsi mən,
    bəxtim, alın yazım, qismətimdir yəqin bunlar…
    Paydan artıq yemək olmaz…
    Söyürsünüz, alçaldırsınız, yazdıqca mənə şərh, ismarıc,
    Yazdıqlarım toxunduqca, simanıza,
    oxuduqca yazdığımda özünüzü görürsünüz…
    Qəhrəmansınız özünüz üçün, pis obrazsınız mənim üçün…
    Əzin məni, danın məni,
    Söyün məni, təhqir edin…
    Edin əxlaqsız təkliflər…
    Öyrəşmişəm artıq sizə, sözünüzə…
    Boş-boş yazıb, danışmaqdır iş-gücünüz…
    Əlinizdən bir şey gəlməz!
    İnsansınız guya ki, Siz?!
    Şeytansınız, İblissiniz mənim üçün…
    Siz söydükcə, alçaltdıqca,
    Ağ yuyub qara sərdikcə,
    Dalımca deyinib, danışdıqca,
    İlham, mövzu verirsiniz…
    Çoxaldıqca, ağrılarım, yaralarım,
    Axıtdıqca göz yaşımı…
    Boşaldıram sözlərimə qələm ilə…
    Çaxır şimşək, yağır yağış,
    Sonra isə çıxır günəş,
    sizə qalır yolunuzda çamır, palçıq,
    Mənim yolumda bitir çiçək, əsir sərin külək…
    Qollarıma gəlir qüvvət,
    Əzdikcə Siz, sıxdıqca Siz,
    Əzilməkdən, sıxılmaqdan,
    Mənə gəlir yeni həyat, yeni nəfəs…
    İncimirəm söyənlərdən…
    Təhqir, şəri, böhtanı üzümə deyənlərdən…
    Mən onların söyüşündən, böhtanından güc alıram,
    Gülüşümlə, sevincimlə yıxılmıram, möhkəm olub güclənirəm,
    Zirvəyə doğru mən addım atır, zirvəyə qalxıram…
    Onlar mənə nifrət edir,
    Düşmən sayar özlərinə…
    Mənsə ancaq, “minnətdaram” hər birinə…
    Yaxşılardan daha da çox “minnətdaram” yamanlara…
    Rəqiblərim, düşmənlərim,
    Ürəyiniz istədikcə, yıxın, vurun, söyün məni, edin təhqir,
    Onda daha kəskin olur
    Fikirlərim, yazdığım sözlər, tənqidim…
    Bu “xeyirxah” işə görə,
    “Minnətdaram”, “köməkçilər”!
    Danıldıqca, əzildikcə,
    Müqavimət gücüm artır,
    Mübarizə əzmim artır,
    Güclənirəm insan kimi, yazar kimi,
    Şair kimi, qadın kimi, mən əslində!

  • Hamının üzü içindədir (Cabir Novruza nəzirə)

    11041661_10205003020335559_6794674678892182115_n

    İnsanlara inanmayın!
    Sözlər yalan, mimika yalan,
    Jestlər yalan, əməl yalan,
    Baxışlara aldanmayın!
    Hisslər yalan, qəlbi yalan, geyib maska…
    Astarı özündən baha…
    Axtarma onlarda vicdan…
    Hamısının üzü içindədir,
    Gizli qalıb özlərinə…
    Niyyət yalan, arzu yalan,
    Məqsəd yalan, seçim yalan,
    Verdikləri qərar yalan…
    Çox toxunar qəlbimə,
    İnciyirəm mən o zaman,
    Deyəndə kimsə, yazma, baş qoşma,
    Yazdıqların verməz fayda…
    Etmə tərbiyə, vermə təklif,
    Genlərində varsa, yalan, təsir etməz…
    Dilləri çoxunun uzanıb beş metrə,
    Dil-dil ötür, vermir aman…
    Çıxanda önlərinə onlardan betər,
    Olur quzu, olur dovşan,
    Rast gələndə zəiflərə,
    Olur tülkü, şir, canavar…
    Hamının iç üzü çox dərindədir…
    Qardaş, bacı, ana, ata, qohum, qonşu,
    Ər-arvad…
    Qalmayıb indi xoş münasibət, doğmalıq, hamı olubdur bir-birinə yad…
    Paylaşa bilmirlər nəyi, kimisə, bilmirəm nə veriblər, ala bilmirlər…
    O, bunu didir, parçalayır,
    yeyir, çeynəyir, bu da onu…
    Kənardan baxıram, ağlamaq istəyirəm,
    onlardan edirəm ehtiyat…
    Şeytan, cin, iblis qorxutmur məni,
    Əsl iblis insanın içində yaşayar…
    Tənha, tək qalmağım, mənim seçimim,
    Rahatdır mənə, ağrımaz başım, sakitçilikdir…
    Zahirən “huri-mələk” görsənir insan,
    İçində Şeytandır, cindir, İblisdir…
    Bir neçə sima yaşayır insanın içində…
    Simasının sayını itirir simalar içində…
    Güzgü önünə keçir, şoka düşür, tanımır özünü…
    Yalanı da, düzü də indi çox dərindədir…
    Düşməni kənarda gəzməyin,
    Din, imanı yeritməyin…
    Ruhunuzu siz əzməyin…
    Allahı göydə gəzməyin…
    Ruhun, dinin, imanın, Allahın, sevgin…
    Qaraltdığın, korladığın içindədir, qəlbindədir…

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının X hissəsi

    yenirenglifoto

    Səfər maşından düşdü. Hiss etdi ki, Fidana qarşı etdiyi hərəkətdən utandı. Siqaret yandırıb içinə çəkdi. Fidanda o biri tərəfdən maşından düşdü, asta addımlarla Səfərə yaxınlaşdı. Heç nə danışmadan sevgilisinin qoluna girdi, başını onun çiyninə qoydu.
    – Bağışla.
    – Əksinə, sən bağışla məni. Hisslərimə zəif düşdüm.
    – Mən hələ hazır deyiləm.
    – Toydan əvvəl yaşamaq olmaz. Başa düşürəm.
    – Sənə vurmaq istəmirdim.
    – Onda könlümü al.
    – Necə?
    Səfər zarafata keçdi.
    – Özün fikirləş.
    Fidan Səfərin damağına qoyduğu siqareti yerə atdı, Səfər başını yellədi.
    – Bugün şıltaq günündür deyəsən.
    Fidan dodaqlarını nişanlısının dodaqlarına birləşdirdi. Səfər qarşılıq verdi. Birlikdə maşının arxa olturacağına keçdilər.
    ***
    Səfər Fidanı məhlələrinə gətirdi.
    Fidan – Anamla salamlaşmayacaqsan?
    – Yaşadıqlarımızdan sonra utanıram.
    Fidan gülür – Dəlisən vallah.
    – Sağ ol ki, mənə etibar elədin. Söz verirəm, bir aya toyumuzu edəcəm. O günü sebrsizliklə gözləyirəm.
    – İnşallah.
    Fidan maşından düşdü. (daha&helliip;)

  • Qafqaz ƏVƏZOĞLU.”Ağladı”

    Qafqaz Əvəzoğlu

    Gözlədim, gəlmədin, görüş yerimiz,
    Halıma mükəddər oldu, ağladı!
    Sənin görüşünə tələsən güllər,
    Əlimdə saralıb-soldu, ağladı!

    Bükdü qamətimi, əydi bu halət,
    Gəldiyin yollar da çəkdi xəcalət.
    Məhəbbət yanğılı bir dəli həsrət,
    Qolların boynuma saldı, ağladı!

    Nə bilim bu imiş yaxınlığımız,
    Bir eşqin oduna yaxındığımız.
    Bir vaxt qucağına sığındığımız,
    Söyüdlər saçını yoldu, ağladı!

    A Qafqaz, bu necə taledi, baxtdı?
    Ahım göyləri də yandırıb-yaxdı.
    Şimşəklər oynadı, ildırım çaxdı,
    Buludlar hönkürüb doldu, ağladı!

    2008.

  • Rafiq ODAY.”Sevinir”

    rafiqoday

    Qoşa yaranıbdır sevgiylə, nifrət,
    Seçməyən qəmlidi, seçən sevinir.
    Hər kəsə eşq adlı bir badə qismət,
    İçməyən qəmlidi, içən sevinir.

    Hissini, duyğunu sevgidən yoğur,
    Səni dərk edəni sev ki, – tən yoğur.
    Hər nurlu sabah da sevgidən doğur,
    Doğdumu dan gülür, gecən sevinir.

    Səni anlayansa könül həmdəmin,
    Yönsüz tufanlara tuş olmaz gəmin.
    Qədər biçinçidir, insanlar zəmi,
    Biçilən qəmlidir, biçən sevinir.

    Göy ilə bağlıdır yer, – körpü durur,
    O ucu, bu ucu sirr körpü durur,
    Hər kəsin önündə bir körpü durur,
    Keçməyən qəmlidi, keçən sevinir.

    Qismətsiz nə əksən ək, sənin deyil,
    Əkdinsə gözünü çək, sənin deyil,
    Bu sevinc, əzizim, tək sənin deyil,
    Gör neçən şadlanır, neçən sevinir

  • Əziz MUSA.Həyatı və Yaradıcılığı

    em

    Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci il fevral ayının 2-də Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Yaradıcı Müəllimlər Birliyinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat”, “Ədəbiyyat naminə”, “Kaspi”, “Azərbaycan Gəncləri”, “Respublika Gəncləri”, “Kommunist”, “İlham Çeşməsi” və s. qəzetlərdə dərc olunub.
    2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.Pedaqogika üzrə fəlsəfə doktorudur.”Azərbaycan” Nəşriyyatında “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktorudur.Qarabağ müharibəsi veteranıdır.2008-ci ildə müqəddəs Həcc ziyarətində olub.
    2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil.

    Kim bizə öyrədib papaq atmağı,
    Papaq ata-ata millət uduzdu.
    Birləşək, barışaq bayram axşamı,
    Papaq qeyrətimiz, namusumuzdu.

    Pay verib, pay alıb babalarımız.
    Papağı başından salmayıb heç kim.
    Bağlı olmayıbdı qapılarımız,
    Bayramda naümid qalmayıb heç kim.

    Qeyrəti atmayaq ayaq altına,
    Bir ovuc şirnidən, noğuldan ötrü.
    Ləkə gətirməyək xalqın adına,
    Qapılar gəzməyək nağıldan ötrü.

    Gəlin yallı gedək ocaq başında,
    Oxuyaq hamımız birlik nəğməsi.
    Papağa and içək, oda and içək.
    Bir də talanmasın Odlar ölkəsi.

    XOCALINI AĞLAMAYIN

    Doğma şəhər qəltan oldu qanına,
    Neçə ildir getmək olmur yanına.
    And verirəm qalanların canına,
    Xocalını ağlamayın təzədən.

    Innən belə göz yaşından nə fayda,
    Alan aldı, satan satdı sarayda.
    Millət susdu o hayda, o harayda,
    Xocalını ağlamayın təzədən.

    Ağacların meyvəsini yad dərir,
    Düşmən ordan bizə acıq göndərir.
    Suyumuzu başqa arxa döndırir,
    Xocalını ağlamayın təzədən.

    Qan içində boğulubdu o çöllər.
    Bir də dinməz bizim dildə bülbüllər.
    Vaxt ötüşüb, dəyişibdi nəsillər,
    Xocalını ağlamayın təzədən.

    Dağlar gördü gürşadı da, seli də,
    Yel sovurdu yerdə qalan külü də.
    Özgələrə ümidliyik hələ də,
    Xocalını ağlamayın təzədən.

    Ağlamaqla dərd azalmaz ay qağa,
    Dağ çəkilib o torpağa, o dağa.
    Qisas deyib el qalxmırsa ayağa,
    Xocalını ağlamayın təzədən.

    QARABAĞA GEDƏSƏN

    Dönəsən Ağatlı oğlana bir gün,
    Atını çapasan doğma dağlara.
    Bir gün ağlayasan el-oba üçün,
    Daha baxmayasan yağışa, qara.

    Dörd nala çapasan sehirli atı,
    Əlinlə boğasan qarı düşməni.
    Qovasan bir yolluq dağlardan yadı,
    Azad eyləyəsən doğma Vətəni.

    Işığa dönəsən, nura dönəsən,
    Səni qarşılaya Ağoğlan dağı.
    Doğma Cəbrayıla yol götürəsən,
    Səni qucaqlaya Araz qırağı.

    Asasan Laçında bayrağımızı,
    Alasan Ağdamı yadlardan geri.
    Gəzəsən o cənnət torpağımızı,
    Verəsən ellərə bir xoş xəbəri.

    Başına yığasan eli-obanı,
    Bir çadır qurasan Cıdır düzündə.
    Şəhid oğulların yuyub qanını,
    Haqqı qoruyasan bu yer üzündə.

    Payız

    Qüruba sarıdı günün yönümü,
    Bir qu nəğməsidi mən oxuduğum.
    Ömrə calayıram payız ömrümü,
    Qışdı, ayrılıqdı indi qorxduğum.

    Qəhərdən titrəyən dodaqlar kimi,
    Bu bomboz günlərin havası acı.
    Göylərdə uçuşan yarpaqlar kimi,
    Tay məni saxlamır ömür ağacı.

    Aldadır qızılı naxışlar məni,
    Gözüm çiçək gəzir, gözüm nar gəzir.
    Məni utandırır saçımın dəni,
    Alışan ürəyim soyuq qar gəzir.
    Həsrətdən, hicrandan rəngim saralıb,
    Göylərdən qəm yağır hey gilə-gilə.
    Quzeyi çoxdandı duman-çən alıb,
    Güneydə göy otlar oynayır hələ.

    Gecəsi uzanıb günün, gündüzün,
    Sözümü üşüdür narın yağışlar.
    Buludlar alıbdı göyün üzünü,
    Köçür dəstə-dəstə köçəri quşlar.

    Ürəyim diksinir durna səsindən,
    Urvatlı bir şeir yaza bilmirəm.
    Zirvəyə qar düşür qış nəfəsindən,
    Tanrı yazdığını poza bilmirəm.

    Axı mən nə umum qəmli payızdan,
    Qələmim əlimdə durna lələyi.
    Mən ki, doymamışam bahardan, yazdan,
    Əsir xəzan yeli, payız küləyi.

    Yaman kövrək olur payızlı şeir,
    “Vağzalı” çalınır, ümid göyərir.
    Hanı bənövşəli, o nazlı şeir,
    İndi Əziz Musa bayatı deyir.

  • Müzəffər MƏZAHİM.”Sazım mənim”

    Aşıq Ədalət saz çalırdı.

    Sədəfə tutdurram səni,
    Sinəmə yatdırram səni,
    Dil-dil oxutduram səni,
    Nəğmələnmiş arzum mənim,
    Qu boğazlı sazım mənim.

    Sən Məcnunun Leylasısan,
    Anamın ilk laylasısan,
    Öz ruhumun balasısan,
    Ömrüm, günüm, yazım mənim,
    Qu boğazlı sazım mənim.

    Sözümün ekiz tayısan,
    Qorqud babamın payısan,
    Əsrlərin harayısan,
    Dünyayla təmasım mənim,
    Qu boğazlı sazım mənim.

    Çaldıqca cövlan eylədin,
    Ötəni yoldan eylədin,
    Hər dərdi yalan eylədin,
    Çağlayan Arazım mənim,
    Qu boğazlı sazım mənim.

    Hər sahil bir üzəngidir,
    Bu vüsal yaman ləngidi,
    Sinəndən qalxan “Cəngi”dir,
    Öndədir Eyvazım mənim,
    Qu boğazlı sazım mənim.

    “Misri” dinəndə dinmisən,
    Köksüm üstə isinmisən,
    Canımmısan, gözümmüsən?
    A şirin avazım mənim,
    Qu boğazlı sazım mənim.

  • Aqil SABİROĞLU.”Nar” (Hekayə)

    asm

    Üst-başı çirkli,ütüdənsə əsər-əlamət yox idi.Saqqallı görünürdü.Deyəsən yuxusuzluqdan gözləri şişmiş,qızarmışdı.Qəbiristanlığa gedib-gələnlər ruhi xəstə sanaraq ondan yan keçməyə çalışırdılar.O özü də hamıya ölgün nəzərlərlə baxaraq uzaq olmağa çalışırdı.Bir qəribə hərəkətini isə nəzərdən qaçırmadım;əlində tutduğu narı alacaqlarmış kimi hamıdan gizləməyə çalışırdı.Yaxınlaşıb salam verdim.
    -Əleykəssəlam,-dedi.
    -Narahat görünürsünüz.Bir kömək lazım deyil ki?
    Əllərini arxasına apardı,narı gizləməyə çalışdı.Məzlum görkəmlə başını buladı:
    -Yox,çox sağ olun,-dedi.Gözlədiyim var,gəlməlidir.
    Başını aşağa dikdi.Sağ ayağı ilə yeri astaca döyəcləməyə başladı.Öz-özünə danışmağa başladı:”Neçə gündür söz vermisən,gəl çıx də…Nar da xarab olur.”Hiss etmişdim ki baxışlarını yaxınlıqda olan məzardan çəkmir.
    -Yaxşı,işinizdə olun,-dedim.Bir azdan qayıdacam.Hələlik.
    Başını yüngül tərpətdi:
    -Hələlik.
    Onun qəribə hərəkətləri yadımdan çıxmırdı.Hiss edirdim dərdli adamdır.Təxminən yarım saatdan sonra həmin yolu geri qayıdırdım.Uzaqdan onu aramağa başladım.Var-gəl edirdi:
    -Hə,bir də salam!Necəsən?Gəlmədi?
    Başını buladı:
    -Yox,gəlmədi.Həmişə sözünə sadiq olub,vəfalı olub.Amma iki gündür onu gözləyirəm,söz versə də yoxdur…
    -Axı kimdir sizi belə gözlədən?
    -O də…-başı ilə məzara işarə etdi.O gecə yuxumda gördüm.Dedi mənə nar söz vermişdin ha,gətirərsən yanıma.
    Dəhşətə gəldim.Bir az irəli gedib sağa döndüm.Başdaşındakı yazını oxudum.
    Qəribə hala düşmüşdüm.Kişinin mızıltısını eşidirdim:”Dəli idi,qısqanc idi…Sevgisi sonsuz idi,vəfalı idi.Sözü bütöv idi.Amma gəlmir…Gələcək,bilirəm,söz veribsə gələcək…”
    Qəbiristanlığı tərk etdim.Özlüyümdə hamını danlayırdım ki,deməyin sevgi yoxdur,məhəbbət yoxdur.Deməyin Leyli-Məcnun dövranı gedib.Deməyin…
    Çevrilib geriyə baxdım,kişi var-gəl edə-edə məzarın başına fırlanırdı…

  • Xuraman CAMALQIZI.”Qəlbimdə yerin var”

    Qelbimde yerin var, gözümde eksin,
    Üreyim sızlayır , göyneyir menim
    Sen niye bele tez ömrümden getdin?
    Qenim kesilerek bextime menim.

    Seni yaşadıram setirlerimde,
    Sözümde gül açır sen deme derdim.
    Seni arayıram etirlerimde
    Başımı çiynını qoysam ne derdim.

    Getsen de üreyin qelbimde qaldı,
    Getdin bexş eleyib meni kedere,
    Seni gözlemekden gözüm qaraldı,
    Hopmusan yaralı xatirelere.

    Yoxluğun hopubdur iliklerime,
    İlıq nefesine hesretim qonaq,
    Gözlerim yol çekir senin yerine,
    Uzanan yollar da, yox senden soraq.

    Aldanıb o şirin yuxularımda,
    Seninle danışıb gülen de menem.
    Ömrümün kederli zor anlarında
    Yene görüşüne gelen de menem.

    Bezen otururuq qarşı – qarşıya,
    Yene şirin , şirin söhbetleşirik.
    Mene canın yanır, maraqlanırsan,
    Ele bil doğrudan biz derdleşirik.

    Yene penceyini çiynime salıb,
    Könlümü alırsan şirin sözünle.
    Susqun baxışınla xeyala dalıb,
    Meni oxşayırsan oğrun gözünle.

    Qelbimde yerin var ,gözümde eksin,
    Üreyim sızlayır , göyneyir menim.
    Sen niye bele tez ömrümden getdin,
    Qenim kesilerek bextime menim.

    11.09.2015.

  • Ülviyyə VAHİD.”Söylə”

    10308061_1487703808112940_8055053123496195175_n

    Nə ücün susqunsan,bu qədər gülüm,
    Söylə, saf qəlbinin gileyi nədir..
    Onsuz da dünyada qonağıq gülüm,
    Səni bu həyatdan küsdürən nədir?!

    Qişlar yazdan küsər,günəşsə aydan,
    Yollar izdən küsər,dənizsə caydan,
    Kim nə anlar, qəlbindəki haraydan?
    Səni bu həyatdan küsdürən nədir?!

    Taleyin oyunu bəzən sərt olur,
    Sevimli güllər də zamansız solur,
    O gözəl gözlərin nədən tez dolur?
    Səni bu həyatdan küsdürən nədir?!

    Bax, yenə soyuqdur zərif əllərin,
    Baxır mənə, o mənalı gözlərin,
    Susma,söylə qəlbindəki sözlərin,
    Səni bu həyatdan küsdürən nədir?!
    Səni,bu həyatdan küsdürən nədir…

  • Nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş tədbir keçirilib

    000

    12 sentyabr 2015-ci il tarixində saat 12:00-da Dağıstan Respublikasının Dərbənd rayonunun Rukel kəndində Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
    Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Elmir Mədətoğlu, İlqar Türkoğlu, Elli Atayurd, Sadiq Qarayev, Sənəm Səbayel, Tahirə Hüseynova və digər qonaqlar iştirak ediblər.
    Tədbirin gedişatında qonaqlar nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığı haqqında ürəkdolusu danışıblar, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər. Zeynəb Dərbəndli yaradılan şəraitə görə, zəhməti keçən hər kəsə, xüsusilə Dərbənd rayonu İcra Hakimiyyətinin başcısına öz dərin minnətdarlıq hissini bildirib.Tədbir musiqi sədalarının müşaiəti ilə davam edib.
    Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidməti

  • Əlirza HƏSRƏT.”Sənsiz ürəyimdən soyuqlamışam”

    11149420_814346961975030_7057312539619506005_n

    Ruhum aynasıdır baxışlarının,
    Belə kim çəkibdir pərim,şəklini?
    Bilmirəm hayandan göstərim sənə,-
    Könlümə düşdüyün yerin şəklini?

    Qoy sərhəd telinin üstündən aşım,
    Bir az da qürbətə qarışsın başım.
    Üzümə nə gözəl tutub göz yaşım,-
    Arazın şəklini,Kürün şəklini.

    Təpədən-dırnağa çovğunam,qışam,
    Yenə qış ömrümdə buz bağlayıb şam.
    Sənsiz ürəyimdən soyuqlamışam,-
    Bəri dur,üstümə sərim şəklini.

  • Şairə-jurnalist Nəcibə İlkin Qurtuluş TV Televiziyasında işləmək üçün dəvət alıb

    ni

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, “Bir ömür uduzdum”, “Qəlbimdə dil açan dünya“, “İllərin o tayı gözləyir məni”, “Son görüş, son zəng, son təbəssüm” kitablarının müəllifi, kütləvi informasiya vasitələrinin nümayəndəsi, istedadlı qələm sahibi, şairə, jurnalist Nəcibə İlkin (Babakişiyeva Nəcibə Bahadur qızı) Azərbaycanda yeni yaradılmış və tezliklə bütün dünyaya yayınlanacaq Qurtuluş TV Televiziyasında işləmək üçün dəvət alıb.
    Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan müxtəlif yaş qruplarının nümayəndələrinin ədəbi-bədii nümunələri həmin kanalın aylıq ədəbi-bədii orqanı “Naxış” jurnalında yayınlanacaq.İllik abunə haqqın 24 AzN təşkil edir.Jurnal Türkiyə Cümhuriyyətində yayınlanmaqla, ictimaiyyət nümayəndələrini özünə cəlb edəcək.Həmin kanalda şeir, mahnı müsabiqəsi də keçiriləcək.Türkiyə Cümhuriyyətinin ən ünlü adamları burada qalib qələn kəslərə mükafatlar təqdim edəcək.
    Xatırladaq ki, istedadlı qələm sahibi, şairə, jurnalist Nəcibə İlkin Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 1 Sentyabr 2015-ci il tarixli qərarı ilə, gundelik.info və edebiyyat-az.com saytlarının Baş məsləhətçisi seçilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Azər NƏSİBLİ.”Qocalar evində qocalan qadın…”

    an

    Əyildi qamətin, ağardı basın,
    Ağır zəhmətilə ucalan qadın…
    Həyatdan köçəndən həyat yoldaşın,
    Qocalar evində qocalan qadın…

    Sənin üç oğlun var, bir də ki qızın,
    Əyilib ayağın yuyanın yoxdur.
    Tənhalar evindən gəlir avazın,
    Nədənsə səsini duyanın yoxdur.
    Həmdəmi olmusan özgənin, yadın,
    Qocalar evində qocalan qadın…

    Görmədin heç övlad məhəbbtini,
    Görmədin bir xoş gün heç bu həyatda.
    Sən hardan biləsən nəvə ətrini,
    Bilmirsən nəvənin adını hətta.
    Hanı nəvələrin, hanı övladın?
    Qocalar evində qocalan qadın…

    Gözlərin qapıda qalar hər səhər,
    Hər gəlib gedəni soraqlayarsan.
    Tutar boğazını acı bir qəhər,
    Çəkilib bir yerdə tək ağlayarsan.
    Beləcə bilməzsən xoşbəxtlik dadın,
    Qocalar evində qocalan qadın…

    Bayramda bir təbrik istər ürəyin,
    İstərsən övladın öpsün əlindən.
    Heç bayram payın da deyil gərəyin,
    “Gedək evimizə”-çıxsın dilindən.
    Dəyişsin beləcə qəfil həyatın,
    Qocalar evində qocalan qadın…

    Nədənsə bu il də gəlmədi heç kəs,
    Qapını açmadı nə oğul, nə qız.
    Nələr çəkdiyini bilmədi heç kəs,
    Beləcə qaldın sən həmişə yalqız.
    Tənhalar içində çağrıldı adın:
    “Qocalar evində qocalan qadın…”

  • Mayisə ƏSƏDULLAQIZI.”Azərbaycan uğrunda!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Əsgərlərimin himni ədalət nəğməsidi,
    Səngərlərin igidlər, ərənlər nənnisidi.
    Mübarizin, Ramilin əməli haqq səsidi,
    Bir kəlmə şüarı var, dilində dodağında,
    Hamımız çalışırıq Azərbaycan uğrunda!..

    Millətimin şöhrəti dastanlar yaradıbdı,
    Düşmənlərin bağrını yaxıbdı-yandırıbdı,
    Yağılara ölümlük nifrəti yağdırıbdı,
    Şairə ilham gəlir qələbə sorağında,
    Yazırıq, yaradırıq Azərbaycan uğrunda!

    Bulağının suyunda, dərəsində, dağında,
    Laləzar təbiəti, çəmənində bağında.
    Məhəbbəti gözümün qarasında-ağında.
    Babəklərin dayanıb zamanın cığırında,
    Yanırıq alışırıq Azərbaycan uğrunda!..

    Yenə gələcək inan, firavan çağlarımız,
    Bərəkətli, nemətli Qarabağ bağlarımız!
    Babalardan əmanət vüqarlı dağlarımız,
    Müqəddəs Qibləgahdı üçrəngli bayrağın da,
    Çalışıb-vuruşuruq Azərbaycan uğrunda!!

  • Elnur ABDİYEV.Yeni şeirlər

    e

    * * *

    Sınaq-sınaq çökür bəşər,
    Qiymət-qiymət ucalan var.
    Bir imtahan doğur səhər,
    Gecəgözlü gələn yollar.

    Əməl əldən hökm istəyir,
    Yazılıb kitaba düşə.
    Hər gecə sübhü gözləyir,
    Kim tələsmir,bu görüşə?

    Hər gün yaşa,sanma sağsan,
    Gün say diri günlərini.
    Bir vəfalı gün doğarsa,
    At o biri günlərini.

    Qaç dünyanın boşdur eyşi,
    İç İlahi meydən nuş et.
    İç canına xoşdur nuşi,
    İç ruhunu ruhən şad et.

    Dünya səndən vəfa umur,
    Özü vəfasız olsa da.
    Hər gün insan gözün yumur,
    Hər gün insan doğulsa da.

    Süniləşir

    Süniləşir yaşayış da,
    Ölümlər də,doğuşlar da.
    Bir sünilik əsir indi,
    Süni-süni baxışlarda.
    Olum süni,ölüm süni,
    Sevgilərə açar olan,
    Qəlb qapısı – gülüm süni.
    Süniləşib dünya özü,
    Vitrin-vitrin təbiiykən,
    Mağazada yatan mallar,
    Süni-süni aldadırlır,
    aldadana,aldananlar.
    Asfaltlaşır süni yollar,
    mütiləşir süni qullar,
    boya-boya üzdə gülüş,
    əlçalanlar ordusu var.
    Bəlkə,elə yaradana,
    an-an olan şükrümüz də,
    Sevisindən gəldiyimiz,
    sevgimiz də süni-süni,

  • Təranə Şəmsi doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr)

    1394111443_1378745_1401638060069638_1083618525_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Abidova Təranə Nazim qızı 1958- ci ildə Şəkidə şəhərində anadan olub. İbtidai və orta təhsilni öz doğma şəhərlərində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri
    dərc olunub.Şeirləri “Elimiz.günümüz”, “Ocaq”, “Pillələr”, məqalələri “Elimiz.günümüz”, “Təzadlar”, “Ədalət”, “Respublika”, “Vaxt”, “Zaman”, “Bütöv Azərbaycan”, “Şəki Bələdiyyəsi” qəzetlərində, “Kirpi” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dəc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Şimal bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
    2011- ci ildən TƏRANƏ ŞƏMS təxəllüsü ilə mətbuat səhifələrində gündəlik aktual, publist məqalələri ilə çıxışlar edir. Yazdığı məqalələrlə yanaşı, öz ürək çırpıntılarını sözün sehrinə əlavə edərək çox sayda şerlərin müəllifidir.
    2013-cü ildə “Araz” nəşriyyatı tərəfindən “Sevdalıyam bu həyata” adlı ilk kitabı nəşr olundu.Şeirləri Azərbaycan Türkcəsində Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində müntəzəm olaraq şeirləri və məqalələri ilə çıxış edir.

    AĞLAYAN KÖNÜL !

    Buludlarla səs – səsə
    Coşub ağlayan könül!
    Sən ol məni həyata,
    Sevib, bağlayan könül!

    Məni qəmə batırıb
    Qəmdən doymayan könül
    Qəmi – qəmə köç edib
    Mənim olmayan könül.

    Ağla neyin səsilə
    Yanıb ovunan könül
    Gözün leysan töksə də,
    Oda sığınan könül.

    Xəfif mehin eşqinə
    Çıtır – çıtır yanma gəl,
    Qınaq edib özünü
    Heç gileyli sanma sən.

    Könlünün yanan odu
    Gün gələr, dönər külə
    Qəmdən bağça salarsan
    Külü döndərib gülə!

    20. 03.2013

    Analar belə ağlar

    Analar belə ağlar
    Sözünü sarı simə
    Belini elə bağlar,
    Ağılar deyib ağlar.

    Ürəklərə od qoyar
    Zəminxarə havası
    Analar dilə gələr
    Çalar Şəhid laylası.

    Laylay sevdalı balam,
    Könlü vəfalı balam
    Laylay balam a laylay,
    Şəhid balam a laylay.

    Varlığını unudub
    Şəhid, nigaran balam
    Torpağı öz qanıilə
    Yuyub ,suvaran balam.

    Haqq adıilə haqqına
    Tanrıya yetən balam.
    Torpağında gül olub
    Solmayıb bitən balam.

    Sərvi boyuna baxdım,
    Odu canıma yaxdım
    Xəyalına sarılıb,
    Mən günlərcə alışdım.
    Laylay balam a laylay,
    Şəhid balam a laylay

    Torpağına bağlılıq
    Ana – bacı sevdası,
    Balana qucaq açıb
    Vətən adlı anası.
    Kiri Şəhid anası,
    balan elin balası
    Ürəyimə od vurub,
    Qəlbimi sən dağlama,
    Ağlama sən ağlama!

    Onu ağlar qız, gəlin
    Balan, elin balası
    Sən tək ona ağlama,
    Ona ağlar –
    Vətən adlı anası!

    25.03.2013.

    Dönməyəcəksən!

    Odunsuz, ocaqsız, külə dönüb mən
    Sevərək eşqinə, vida söylədim.
    Səni yanmaq üçün sevmədim axı,
    Bilirəm vəfasız, dönməyəcəksən.

    Bilirəm, bilirəm dönməyəcəksən
    Gözlərim bulud tək, leysan töksə də.
    Sevgi mi, nifrət mi bilməyəcəksən,
    Donüşdə sən məni, görməyəcəksən.

    Bahar gələr mənsiz, gözlərin gülməz
    Qəlbin buz olsa da, əriyə bilməz.
    Baxışlar lal olar, dilin də dönməz,
    Ürəklər danışar, yollar ayrılar.

    Ayrılan o yollar qismət payımdı
    Dönsən, dönməsən də qışın yayımdı.
    Ötüşən hər günüm ömür sayımdı
    Qovuşmaz yollar da, izlər ayrılar.

    Sevənlər ayrılıb, bölünsə yarı
    Zamanla qovuşar yarıyla- yarı
    Aşiqlər gözləsə gələn baharı,
    Bülbülü gül oxşar, güli isə arı.

  • Şafa Kamillini doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr)

    11143676_1644625995794436_3719905173301804536_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Ünvansiz məktub

    Bu qün hansi gündü ,
    Yəqin bilmirsən …..
    Hər günüm olümd ,
    Ürəyim yanglar ,
    Odlar icində ,
    Səhərim qaranliq ,
    Atəş icində ,
    Gecələr məzardi ,
    Qəbirdi mənə ,
    Yaşamaq zülümdü ,
    Ölümdü mənə ..
    Sən bunu bilirsən .?
    Bilməycəksən ,
    Hmmm
    Guya bilmirsən …
    Mən safam yenədə ,
    Belə düşnündüm …
    Ehhh…….
    Bilb bilməyinin nə mənasi var ,
    Torpaq suzluqdan cadar ,cadarsa ,
    Göy üzü tutulmuş ,
    Yağiş yağmirsa ,
    Səhər acilib ,
    Günəş cixmirsa ,
    Gecələr göylədə ulduz yoxdusa ,
    Nə mənasi var ???
    Sənin bilməyin ,nə mənasi var ..?
    Xatirəm solubsa ,daha yoxdusa
    Bu sevqi bitibsə ,
    Bütnün yollar bağlidisa ,
    Siniq qəlbim köz olmuş ,
    Küllə dönmüşsə ,
    Nə mənasi var ?
    Bu ünvansiz məktubun sahibi yoxsa ,
    Nə mənasi var ,
    Nə mənasi var ???….

    09.09.2015 ..

    Səhərimdə ,
    Axşamimda ,
    Hər vaxdimda bir üzüntü ,
    Bir kədər var ,
    Həyatimda boyük bir boşluq ,
    Qözlərimdə nəm ,
    Qəlbimdə ağri ,
    Həsrət ,intizar ,
    Sevincim bitib ,
    Gülüşüm itib ,
    Hər şeyim itib ,
    Tapa bilmirəm ,
    Hara gediblər ?
    Kimlə gediblər ?
    Niyə gediblər ?
    Üzür məni sullar ,
    Məndəki sən ,
    Yoxluğundaki varliğin ,
    Tənhalimdaki xəyalin ,
    Tək dərd ortağim ,
    Cox sevdiym şəkilin ,
    Nə olar sənin kimi olaydi ,
    O sevdim şəkilin ,
    Baxmaydi üzümə ,
    Gülməydi gözmə ,
    Yox olaydi senin tək ,
    Xatirələr nə olsun ,
    Niyə kecmir İlahi ,
    Niye bitmir görəsən
    Bəs deiylmi bu qədər ,
    Üzdüm ,didim ,qəlbimi
    Yardim elə İlahi
    Bitsin ,kecsin ,
    Tükənsin …….
    Qəlbimdəki ağrilar ..
    Qəlbimdəki ağrilar …

    07.09.2015..

  • Fidan Abbasovanı doğum günü münasibətilə təbrik edirik! (12 Sentyabr 1986-cı il)

    12002168_840583572685707_6658297564029975972_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Fidan Abbasova (Abbasova Fidan Elman qızı) 1986-cı il sentyabr ayının 12-də Ucar rayonunda anadan olub.1993-2004-cü illərdə Ucar rayon 1 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu və audit fakültəsini qırmızı fərqlənmə diplomu ilə bitirib.
    Hal–hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsində Aparıcı Komputer Mütəxəssisi işləyir.
    Şeirləri və məqalələri “Möhtəşəm Azərbaycan”, “Azad qələm”, “Elimiz.Günümüz”, “Kaspi”, “İctimaiyyət və təhsil” qəzetlərində, “Kümbet”, “Usare” dərgilərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında olan poeması “Ziyalı”, “Vətəndaş Həmrəyliyi”, “Abşeron” qəzetlərində dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb. Rayon üzrə iki dəfə birinciyiliyə layiq görülüb və Fəxri fərmanla təltif olunub. Azərbaycan Dövlət Konservatoriyasında fərdi müəllim yanında muğam dərsləri üzrə təhsil alıb.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.2013-cü il avqust ayının 28-də Bakı şəhərində “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Gündəlik İnformasiya Agentliyinin Baş redaktorudur.

    * * *

    Həyat dostun olsa sənin ürəyin
    hara getsən sanma dogru gedirsən
    gözlərinlə görmədiyin mələyin
    sanki görüb günü-gündən sevirsən….

    Heç bilmirsən içindəki şeytanın
    dərdi nədir sənlə uzun yoldasan
    qəlbindəki bəslədiyin insanın
    yaratdığı ən məşhur əsərisən….

    Barmaq deyil əldir səni gəzdirən
    yetər ki sən bu dünyadan incimə
    bu həyatda səni daim bezdirən
    şərik olur duyduğun sevincinə…..

    Kaş muradım sən olaydın ay Fidan!
    ruhum sənin mələyinlə bəzənsin
    gecə-gündüz sevib səni hər zaman
    ruhum sənlə öz dünyamda gəzinsin…

    * * *

    Nə getdiyim yerlər səni unudub
    Nə gəldiyim həmin masa həmin ev
    nə təssəli məni bir an ovudub
    ürəyimə necə deyim yenə sev

    O ,bilmədi onu necə sevirəm
    hər gün onun yoxluğuyla ölürəm
    doya -doya ağlayıram gülmürəm
    isdəmirsən məni unut yenə sev….

    Unut necə görmədiyin gözləri
    unut sənə söylədiyim sözləri
    bükmə daha bu taqətsiz dizləri
    isdəmirsən məni unut yenə sev…

    Hara getsəm içimdədir isdəyim
    deki gözlə ölənəcən gözləyim
    indi yoxsan səni necə səsləyim
    isdəmirsən məni unut yenə sev…..

    Çox ağlama gözlərimə qan gələr
    hara baxsam baxıdığım yer sən gələr
    ölsəm sanki ruhum bir az dincələr
    isdəmirsən məni unut yenə sev…..

    Bu sabah mən oyandım o qoxunla
    qane oldum azlığında çoxunla
    min əzizim, min yaxından yaxınla
    bənzətmədim isdəyirsən unut sev

    Fidan gəldin yenə həmin ünvana
    qoyma daha sevgin yenə aldana
    qəlbindəki dar qəfəsli zindana
    həbs et onu deki indi unut get
    isdəmirsən məni unut yenə sev…….

    * * *

    Bir zaman uşaqdım arzularım az idi
    Böyüdükcə ömrümə neçə arzu qoşuldu
    nağıl kimi hər şeydən biri yox biri vardı
    indi nağıl həyatım min arzuyla yoğruldu..

    Keçdi neçə bahar yaz, keçdi günlər ömürdən
    Duyğularım dəyişdi, indidə böyümüşəm
    Ancaq baxıb arxaya bu sözləri deyirəm
    nağıl kimi hər şeydən biri yox biri vardı
    indi nağıl həyatım min arzuyla yoğruldu..

    Nə gözəlmiş uşaqkən qalxa düşə böyümək
    dil açıban anamın qucağına yürümək
    hamı səni bəsləsin nə gözəlmiş sevilmək
    indi yalnız ürəkdən tək bunu isdəyirəm
    nağıl kimi hər şeydən biri yox biri vardı

    indi nağıl həyatım min arzuyla yoğruldu..
    Ömürmə bir gün daha yazılacaq yarından
    Nəqədər sevənim var ətrafımda darımdan
    xoşbəxt olan kəslərin ayrılıb sırasından
    Sabahıma boylanıb tək bunu deyəcəyəm
    nağıl kimi hər şeydən biri yox biri vardı
    indi nağıl həyatım min arzuyla yoğruldu..

    Nə xoşbəxtəm ilahi arzularım çin olub
    Çox zaman kövrəlmişəm gözümə sevinc dolub
    Bir arzum var geridə xoşbəxt olmağım qalıb
    Ürəyimdən keçəni ilahi sən vermisən
    Min şükür olsun sənə bu sözləri deyirəm
    nağıl kimi hər şeydən biri yox biri vardı
    indi nağıl həyatım min arzuyla yoğruldu..

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının IX hissəsi

    yenirenglifoto

    Kərim başını iki əlinin arasına almışdı. Təhminə daha ağlamırdı, Kərimin yanında – divanda yox, yerdə dizlərini qucaqlamışdı, boynu bükük gözlərini bir nöqtəyə zilləmişdi.
    Kərim başını qaldırmadan soruşdu
    – Neçə nəfər idilər?
    – 3 nəfər. Evə gələn adamlar idi, məni hədələmişdilər. Eşitmədim, axırdada…
    Kərim əlini Təhminənin çiyninə qoydu.
    – Sakiiit, danışma. Mənə söz ver… söz ver ki, mən səninlə əlaqə saxlayanacan özünə heç nə etməyəcəksən.
    – Üzünə baxmağa utanıram
    Kərim – Təhminə and iç.
    Təhminə üzünü qollarının arasında gizlətdi.
    – İyrənirəm özümdən. Gör məni nə günə saldılar.
    – Bir az özünə gəl. Həkimə aparacam səni. Deməyə söz tapmıram. O əclafları tapsam… Sındım tamam.
    – Kaş öldürərdilər məni.
    – Yalvarıram sus.
    – Zamanla daha çox təsir edəcək sənə. Uzaqlaşacaqsan məndən. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    gxi

    * * *

    bu bahar gəlmədi qaranquşlar.
    evimin tavanı bomboş qaldı.
    yoxsullaşdı şüşələrin üstü.
    ağızlarında su daşıyır,
    yoğurub hamarlayırdılar torpağı ev tikincə.
    səhərin gözü açılmamış
    ətcə balaların gözü açılırdı.
    dimdiyi ilə aclığını
    anasına söyləyirdi yavrular.
    günəş beş gün doğunca
    qanadlanırdılar.
    mənsə seyr edirdim həyatın diriliyini.
    deyəsən bu il həyat da ölüb…
    yolçuluq edirəm özümü. (daha&helliip;)

  • Fidan ABBASOVA.Yeni şeirlər

    fa

    * * *

    Yuxusuz gecəmsən , bəxtsiz yazımsan
    sinəmdə çalınan telli sazımsan
    ömrümə pay düşən sərt ayazımsan
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

    Çevirdin ömrümü zəngli saata
    gəmim var dənizdə qayaya çata
    bir gün vəfasız tək mənidə sata
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…

    Gördüyüm yalanmış yanıldım inan
    yolumuz görünməz qatı bir duman
    öyrədir bizlərə yoxluğu zaman
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni… (daha&helliip;)

  • Xəyalə SEVİL.Yeni şeirlər

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Göyün üzü göy divardı

    Axşam düşür.
    Qaranlıq pərdə kimi
    Çəkilir pəncərəmə,
    Qaralır evimin rəngi
    Və tənhalıq başlayır…
    Tavanı çökmüş evdi gözüm,
    Damır, damır yanağıma.
    Üzü sənə sarı
    Yol da uzanıb,
    Böyüyüb ayağıma.
    Eeeh! Bircə bacarasan ölməyi,
    Gözlərini sulu çəkəsən
    Sənsiz, quru dunyadan.
    Heyif…
    Göyün üzü göy divardı,
    Çıxmaq olmur bu dünyadan. (daha&helliip;)

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    ETİRAF

    Nə qədər gizləyim baxışımı mən,
    Nə qədər gözündən yayınım, qaçım?
    Sığınıb gecənin ağuşuna mən,
    Tənha bir qüssəni nə qədər qucum?

    Sənli ümidimin gerçəyi baha,
    Sövq etmə əlçatmaz istəyə məni.
    Ömrümün payızı yetişib daha,
    Salma dərd eləyib ürəyə məni.

    Bu könül dünyam da könlümü almır,
    Könülsüz açılır gözümdə səhər.
    Ürəyim könüllü qayğıma qalmır,
    Haradan qarşıma çıxdı bu qədər?! (daha&helliip;)

  • Elnur ABDİYEV.Yeni şeirlər

    e

    Gedirəm

    Hamı kimi bu səhərdə,
    Mən də bir yana gedirəm.
    Yolları ölçür addımım,
    Yol yona-yona gedirəm.

    Özüm sığmıram əynimə,
    Əynim daralıb,qəm yemə.
    Özümü alıb çiynimə,
    Özümdən ona gedirəm.

    Getdikcə gödəlir uzun,
    Gödək,uzun alın yazım,
    Bu yazını hara yozum?
    Bunu yozana gedirəm. (daha&helliip;)

  • Rüfət AXUNDLU.”Sinəm üstə dağlarım var silsilə”

    rufat

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Başım üstə hər çalarlı buludlar,
    Sinəm üstə dağlarım var silsilə.
    Gözlərimdə donub qalan kadrlar,
    Baxışlarda sükunətli fasilə…

    Mənbəyi var ürəyimin yağından,
    Yanağımda ümman yatır, səs etmə…
    Dişlərimi saxlamışam keşikdə,
    Dil altında vulkan yatır, səs etmə…

    Qollarımda zaman adlı zəncirlər,
    Qulağımda öyüd adlı sırğalar…
    Damarımda “tarix” adlı sistemlər,
    İliyimdə “bu gün” adlı baltalar…

    Qədəmlərim gələcəyin tablosu,
    Ayaqlarım bu tablonun fırçası
    Dizlərimdə büdrəməyin qorxusu,
    Dabanımda hər günün bir parçası..

    Belə, sənə izah etdim, mən kiməm?!
    Bu izahın niyəsi var, qadası…
    Ürəyimi qeyd etmədim, səbəb, bu,
    Sahibi var, yiyəsi var, qadası!
    13.08.2015

  • Həsən MİRAT.Yeni şeirlər

    Ana

    Nə olar, aç gözünü dur da, ana
    Anasız qoyma bizi burda ana

    Ayağa dur de, “işim çoxdu bu gün”,
    Kredit borcunu dərd eylə düşün,
    Namaza bizləri qalxıtmaq üçün,
    Saatı beş otuza(05:30) qur da ana
    Nə olar, aç gözünü dur da, ana
    Anasız qoyma bizi burda ana

    Yenə də dur evinin çək yükünü,
    Yenə dur yu qabını, nəlbəkini,
    Yenə qardaşlarımın söy kökünü,
    Yenə oxlovla bizi vur da ana
    Nə olar, aç gözünü dur da, ana
    Anasız qoyma bizi burda ana (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Nəsihət”

    photo

    Bismilləhlə başla sözə,
    Yalan yerə durma üzə,
    Haram dolu həsəd ilə,
    Günah qazandirma gözə.

    Dur sübhə ibadət eylə,
    Namaz ,Zikir,Dua ilə
    Allahdan bir islah dilə,
    Həm özünə,həm də bizə.

    Qul ol Rəbbin sevsin səni,
    Savabla doldur kisəni,
    Allah sevdiyi kimsəni,
    Sinağla qoyar göz-gözə.

    Səbr et ki, yet muradına,
    Güvənmə heç vaxt adına,
    Tez tez sal ki sən yadına,
    Dağlar bir gün dönər düzə.

    Nəsihət sünnətimizdir,
    Dinimiz qeyrətimizdir,
    Quran şəriətimizdir,
    Yol göstəroir həpimizə.

    Əlhəmdüllilləhlə bitər,
    İnşəallah mən bu qədər,
    Ya Rəbb! halal bizə yetər,
    Haramla qoyma üz-üzə

    (May,2013)

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının VIII hissəsi

    yenirenglifoto

    Səfərlə Fidanın xoşbəxt günləri o gündən başlamışdı. İşdə də hər kəs gəncləri təbrik etdi, Səfər tort aldı, bir yerdə qeyd etdilər.
    Aybəniz gələndə anasının danışdıqlarını eşidəndə çox pis oldu. Anasıyla qoşulub ağlaşdılar. Cəmilə başını qızının dizlərinin üstünə qoymuşdu, rahatlıq tapmaq istəyirdi.
    Kərim Təhminəylə onun evində nahar edirdilər. Şirin-şirin danışıb gülürdülər
    Kərim – Yaxşı ki, həyatımda varsan. Vallah başımı itirərdim.
    Təhminə təmkinli idi, Kərimi həmişə anlamağa çalışırdı.
    – O adamların kimliyini öyrənə bildin? Xahiş edirəm mənə düzünü de. Hiss edirəm, çox şey gizlədirsən məndən.
    – Vallah, billah tapa bilməmişəm. Tapsam o oğraşların ciyərini çıxardacam. Sən buna görə narahat olma. Bir sözdə demək istəyirəm.
    – Nə?
    – Ola bilsin Cəmilədən boşanım. Əvvəlcə uşaqlarımı yerbəyer etməliyəm sonra.
    – Mənə görə ailənin dağılmasını istəmirəm. Belədə xoşbəxtəm.
    Kərim ayağa qalxdı. Təhminə də ayağa qalxmalı oldu. Kərim sevgilisinin əlindən öpdü: – Deyəsən, mənim kimi hər dəqiqə darıxmırsan.
    – Əksinə, ancaq yanımda olmağını istəyirəm. Təəssüf ki, mümkün deyil.
    – Darıxma, o da olacaq. Getməliyəm, işdə olmalıyam. Qızım qayıdıbdı, axşam gələ bilməyəcəm.
    – Yaxşı, etiraz eləməsən şəhərə çıxardım, özümə paltar almaq istəyirəm.
    – Olar, çalış, axşam tez qayıdasan.
    Təhminə Kərimi yola salandan sonra süfrəni yığışdırdı…
    Fidanın Təhminə ilə tanışlığı
    Səfərin işi olduğu üçün Fidan evə tək getməli oldu. Dayanacaq bir az uzaqdaydı. Yerdə qara, gülləri olan balaca qadın çantası vardı. Fidan təəccüblə çantanı yerdən götürdü, ətrafına baxdı. Yaxınlıqdakı skameykaya yaxınlaşıb oturdu. Çantanı açanda içində pul kisəsi, balaca dəftərçə gördü.dəftərçəni açdı, birinci vərəqdə ev nömrəsi vardı. Nömrədən əvvəl “evimin nömrəsi” yazılmışdı. Fidan nə düşündüsə, çantanı özüylə götürüb yoluna davam etdi. (daha&helliip;)

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”Bu da bizim mal- qara”

    11707977_419529901573432_7969450569506876576_o

    Narın, həzin yağış yağır. Qəflətən güclənir, sonra yenə də yavaşıyır. Hərdən yağış damcıları ilə bərabər qar dənəcikləri də gözümə dəyir. Havada uçuşurlar. Necə də yüngüldülər. Həzin meh onları qonmaq istədikləri yerdən uzağa atır. Küçədə insanlar tez-tez ora- bura qaçırlar. Kimi evinə, kimi maşınına tələsir.Yağışdan hər hansı bir yolla özlərini qorumağa çalışırlar. Yağışdan yaman qorxurlar.
    Yağış küçənin çirkabını tam yumamış sakitləşdi. Ondan belə qorxub qaçan insanlardan incidi o da. Az da olsa ağacları, küçələri, evlərin damını təmizlədi bu yağış. Nə qəribədir. Toyuqlar yağışdan qorxmurdular. Sevindiklərindən oynayır, qanad açıb uçmağa can atırdılar.
    Yağış altında dayanıb təbiəti seyr etmək zövqvericidir. Insanlar niyə şəhərə qaçır axı? Bu sual məni həmişə maraqlandırıb. Mən anama söz vermişəm, ata ocağını tərk etmərəm. Məgər kənddə yaşayıb təhsil almaq olmazmı? Kənddə dəblə geyinmək olmazmı? Olar. Mən kənddə də hamıdan seçilirəm. Belə deyirlər. Yox, mən həyətimizə, evimizə, hətta toyuq-cücəmizə çox bağlıyam. Qonşudakı o balaca keçi balasının anasını əmməyinə baxmaq mənim üçün əsl zövqdür. Hələ peyinin iyi… Onu niyə bəyənmirlər hələ də anlamıram. (daha&helliip;)

  • Rauf Qərib ALAGÖZ.Yeni şeirlər

    1625487_943313132381485_6457227278423241566_n

    VƏTƏNSİZ DÖZMƏYƏ NƏ VAR Kİ….

    Şeir nə sıradı, nə də ki, düzüm.
    Sözləri düzməyə nə var ki, qardaş.
    Bir-iki kədərli misra düzəldib,
    Dərdlini üzməyə nə var ki, qardaş.

    Söz var ki, deməsən dözməyir ürək,
    Söz də var kimsəyə deyildir gərək.
    Sözünlə uzağı görəsən gərək,
    Yaxını sezməyə nə var ki, qardaş.

    Mamır vətən deyir bəzən bir daşa,
    Biri alıb atır daşı bir başa.
    Vətəndə ölməmiş vətəndə yaşa,
    Qürbətdə gəzməyə nə var ki, qardaş. (daha&helliip;)

  • Qalib ŞƏFAHƏT.”Dar ağacı”

    11903330_912599932158091_787684036_n

    Salam, Dar ağacı!
    Hər vaxtın mübarək.
    Şanlı-şöhrətli
    taxtın-tacın,
    Qara bəxtin mübarək!
    Bir kişi qeyrəti,
    Bir qadın isməti,
    ümidlərdən asılıb qalıb səndə.
    Bir ümidsiz ümidin,
    Kölgəsinə qısılmısan sən də.
    Bir ana fəryadı,
    Saçlarını yolub səndə.
    Saçları asılı qalıb,
    Yellənir, o yana-bu yana
    Qara yellər əsəndə.
    Salam, Dar ağacı!
    Özünü öymə,
    Ya da ki, bəxtinə söymə.
    Başlar sağ olsun,
    Yoxsa sənə dar ağacı deməzdilər.
    Ya da səni dar ağacı bilib öyməzdilər.
    Kökun ağacdan deyil,
    Gövdən ağacdandı.
    Göyərmir yarpaqlarin,
    Kimsə başını sənə yedizdirib ,
    Böyüdür səni.
    Salam, dar ağacı!
    Səndən başlar asılmasa,
    Səni uşaq yellənçəyi bilərlər.
    Hər gün analar uşalarını gətirib,
    Səndə yelləndirərlər.
    Ya da paltar yüyüb,
    Səndə sərərlər.
    Sənin dəyərin,
    Səndə asılan başların dəyəriylə ölçülür.
    Başını başlara qatmısan,
    Qorxulu olmusan yaman.
    Hamı kiriyir,
    səsini də çıxarmır,
    adın çəkiləndə.
    Səndən keçir ən qiymətli başlar,
    Başlar yük olur sənə,
    Başın sağ olsun, dar ağacı!
    Ömrə qıymaq üçün,
    Eh, nə şirinsən,
    Dar ağacı!…

  • Aqşin EVRƏN.”Zəng vuruldu: 5 dəqiqəlik tənəffüs”

    11888621_908527005884056_8137873884662392062_o

    (Hamı üçün 1 Sentyabr şeiri)

    Biz Əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik –
    Bunu 3-cü sinifdə oxuyanda anladım.
    Dəftərimdən qopardığım qoşa vərəqə iki söz yazmışdım –
    “sənin adın+mənim adım”.
    Rəsm dərsində ox sancılmış ürək çəkirdik bayraq və gerb əvəzinə,
    körpə qəlbimiz öz sümük beşiyində
    yenicə qığıldayırdı onda.
    Onda hələ öyrənməmişdik rəqəmlərin, yalnız əskinas olduğunu,
    Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək.
    Bilmirdik ki, “ampermetr”dən 5 alan qız cərəyandan öləcək,
    Bilmirdik ki, ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq,
    Bilmirdik hər şey boş çoxluqdur,
    Bu yaddaş kitabçasında adam öz əllərini unudur,
    yaxın otur, (daha&helliip;)

  • Qalib ŞAMXALOĞLU.”Qaldı”

    qsm

    O mələksimalı tərk etdi məni ,
    Getdi , ürəyimdə həsrəti qaldı .
    Hopdu yaddaşıma daş kitabətək
    Son dəfə etdiyi söhbəti qaldı .

    Çəkilməz dərd imiş ayrılıq dərdi ,
    Onsuz yaşamağım ölümlə birdi .
    Cəmi bircə dəfə bir busə verdi ,
    Boynumda ömürlük minnəti qaldı .

    Könül sarayımda soldu naxışlar ,
    Vüsalın yolların kəsdi yoxuşlar .
    Dəyişdi mənasın xumar baxışlar
    Bir baxış dolusu hiddəti qaldı . (daha&helliip;)

  • Mais TƏMKİN.”Vəfalıdı”

    m

    Bu nə nəğmə, nə bəstədi?
    Sən gedəli, can xəstədi.
    Hələ də çiynim üstədi,
    Telin səndən vəfalıdı.

    Gözümdə həsrət torunu,
    Tikib, apardın nurunu.
    İçində saxlar qorumu,
    Külüm səndən vəfalıdı.

    Başımın üstə dayanır,
    Gah qara, gah al boyanır.
    Mənnən bir yatıb oyanır,
    Ölüm səndən vəfalıdı!!!

  • Elməddin RAHİBOĞLU.”Bir uşaq uzanıb, sahildə səssiz”

    er

    Bir uşaq uzanıb, sahildə səssiz.
    Üzünü tanrıdan çevirmişmi, nə.
    Sevgidən xəbərsiz, qəmdən xəbərsiz.
    Dəniz sahilini, sevirmişmi, nə?

    Həzz alır, dalğanın toxunuşundan,
    Bəlkə də günəşdən enerji alır,
    Paltarı soyunmaq çıxıb huşundan?
    Axı o, paltarla birgə uzanıb.

    İlahi, o ölüb. O, nəfəssizdir.
    Suriya zülmündən qaçmaq istəyib.
    Bu dünya, bu zülmə niyə səssizdir?
    Bəlkə səssizliyi pozmaq istəyib. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.”Səmanın al günəşi”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Yağış yağır, damcı-damcı,
    Ürəklərə qəm ələnir,
    Acı-acı.
    Həm də zülmətə bürünmüş bu gecəyə
    Kədər verir, yağan yağış,
    Damlaları naxış-naxış.
    Amma mənə elə gəlir, vallah bu heç
    Yağış deyil,
    Səma adlı bir gözəlin,o mənalı gözlərindən
    Axan yaşdı!
    İtirdiyi sevgisinə sadiq qalıb, saxladığı
    Qara yasdı!
    Yəqin səma itirdiyi günəşiyçin (daha&helliip;)

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    11149420_814346961975030_7057312539619506005_n

    Ayrılıq yerindən qırıldı bu eşq

    Sənin dodağında çiçəkləmişdi,
    Bir zalım əliylə dərildi bu eşq.
    Gözlərim yolunu elə çəkdi ki,-
    Ayrılıq yerindən qırıldı bu eşq.

    Qərib fəryadıydı,aşiq halıydı,
    Divanə ruhların qeylü-qalıydı.
    Bağrımın başında lalə xalıydı,
    Keçib göz yaşından duruldu bu eşq. (daha&helliip;)