Category: Azərbaycan ədəbiyyatı

  • Mirzə TƏRXAN.”Bir lal tanıyıram”

    photo

    Bir lalın xəyalı danışmaqdırsa
    Düşüncəsi inqilab,üsyan və kindir.
    O susmuş vücudu tanımaq üçün
    Get ona yaxınlaş və onu dindir.

    Necə açıqlayır düşüncəsini
    Gör nələr danışır dilsiz,ağızsız .
    Havaya yazını əlləri ilə
    Gör necə yazır o qələm kağızsız.

    Danışdır onunda istəkləri var
    Danışan insana yoxdur etibar.
    Mən indi anladım danışmayan da
    Əl ilə qol ilə insanı satar.

    Bir kəramət vardır bu işdə inan
    Nizamlı yaradıb yaradan vallah
    Bir insan dilindən dügündədirsə
    Belə olmasını istəmiş Allah.

  • Elnur RƏSULOĞLU.”Anam”

    et

    Həyatda borcluyam anama təkcə.
    Anamın borcunu qaytarım necə?
    Ömründə doyunca yatmayıb gecə
    Ümidini mənə bağlayar anam.

    O, məni böyüdüb, yetirib başa,
    Arzusu dünyada dəyməsin daşa.
    Yolumda qocalıb dolubdur yaşa,
    Dərdini qəlbində saxlayar anam.

    Saçları ağarır keçdikcə illər,
    Anamın varlığı mənimçün yetər.
    Yaxşı oğul olsam, anama əgər
    Dözməyib sevincdən ağlayar anam.

  • Rafiq ODAY.Yeni şeirlər

    Rafiq Oday foto

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i

    KEÇIR

    Öz günümə ağlamıram,
    Günüm ağlamaqdan keçib.
    Ağlamağın faydası nə? –
    Gülüm, ağlamaqdan keçib.

    Qısıl yaşa tək içində,
    Öz dərdini çək içində.
    Ömrümüz ələk içində,
    Qəddimiz yumaqdan keçir.

    Tərk olduq təkə dönüncə,
    Biz ürkə-ürkə dönüncə,
    Çuxamız kürkə dönüncə,
    Bəlkə yüz yamaqdan keçib. (daha&helliip;)

  • Ramiz QARAYAZI.”Ümid…” (Hekayə)

    ramiz-qarayazi

    Bir neçə həftədən bəri sürən yolçuluq hər kəsi əldən salmışdı. İnsanları ən çox yoran ucu-bucağı görünməyən səhranın həmahəngliyi, dəvələrin sanki qayğısı yoxmuş kimi ləng hərəkəti və günəşin insafsızcasına od ələməsi idi.
    Bütün bunlar azmış kimi bu səfərə qolubağlı, bir əsir olaraq başlaması Babəki tamam əldən salmış, onun yolunda hər şeyindən vaz keçdiyi doğma torpaq, ana Vətən və əsir xalqı ilə bağlı olan bütün ümidləri puç olmuşdu. Onu ayaqda saxlayan iki şey vardı: birincisi düşmənlərin qarşısında ölümü mərdanə, əsl türk oğlu türk kimi salamlamaq.., ikincisi isə qəlbinin dərinliyində inanırdı ki nə vaxtsa, bəlkə də yüzillər sonra, ya da bəlkə elə bir neçə ildə onun işini yenidən başlayacaqlar! Yox. O zaman Babəkin buraxdığı bir çox səhvlər təkrarlanmayacaq, düşməni və düşmənin gücünü düzgün qiymətləndirəcəklər. Bax onda Babəkin başladığı Azadlıq Savaşı mütləq qalib gələcək!
    Bu fikirlərlə başı qarışan Babək karvanda başlayan ümumi canlanmanı sezməmişdi. Canlanma üfüqdə çatacaqları mənzilin görünməsi ilə baglı idi. Hər bir kəs nəhəng ərəb xilafətinin bu əzəmətli paytaxtına tez yetişməyə çalışırdı. Sirləri bətnində gömən Samirə şəhərində kimini ailəsi, kimini alacağı xələt, kimini isə ölüm səbirsizliklə gözləyirdi.
    Samirə islam aləminin gənc şəhərlərindən biri idi. Lakin gənc olmasına baxmayaraq salındığı gündən sürətlə böyümüş, Xilafətin siyasət, elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhərin mərkəzi hissəsində hakimiyyəti şərqdən qərbə doğru uzanan əzəmətli və qüdrətli islam xəlifəsinin iqamətgahı yerləşirdi. Gözəl memarlıq üslubunda tikilmiş saray uzaqdan göz oxşayırdı. Sarayı, dünyanın dörd bir yanından xəlifə tərəfindən dəvət edilmiş memarlar inşa etmişdilər. Saray nə qədər gözəl olsa da çoxdan idi ki, nə xəlifə, nə də digər saray əhli bu gözəllikdən lazımınca istifadə edə bilmirdilər, səbəb 20 ildən bəri Xilafətin şimal vilayətlərini bürüyən, xilafəti kökündən sarsıdan azadlıq hərəkatı idi. Lakin bir neçə həftə əvvəl bağrı çatlamaq dərəcəsində olan atla paytaxta çatan, bütün üzü günəşin istisindən çat-çat olan çapar xəlifənin qulağına şanlı sərkərdə Afşin Heydər ibn Kavusun göndərdiyi xəbəri pıçıldayanda bu saray sanki toy-bayram evinə çevrilmişdi. Elə o vaxtdan hər gün sarayda məclislər təşkil edilir, müxtəlif musiqilər ifa edilir, rəqqasələr rəqs edir, bir sözlə heç bir saray sakininin eyş-işrətdən başı açılmırdı. Indi də karvanın yaxınlaşdığını eşidən hər kəs, həm saray əhli, həm də elə bütünlüklə şəhər əhli iş-gücü ataraq, sarayın qarşısındakı böyük meydana toplaşırdılar. Hamı kimi, xəlifə özü də xilafəti bu vaxta qədər qorxu içində saxlayan, xilafətin təməlini sarsıdan şəxsi görməyə tələsirdi.
    Şəhərə daxil olan karvan aram-aram şəhər mərkəzinə doğru irəliləyirdi. Meydana yaxınlaşdıqca insanların sıxlığı artır, hərəkət etmək çətinləşirdi. Nəhayət ki, karvan meydanın saray qarşısında olan hissəsinə çatır. Sarvanların əmri ilə tələsmədən dəvələr dizlərini yerə qoydular… Hamının nəzəri qolları qançır olmuş, paltarının altından bədənində bir neçə yara olduğu görünən, əsir və qolubağlı olmasına baxmayaraq başını dik tutmuş, ətrafındakıların gözünə baxmaqdan çəkinməyən Babək adlı azadlıq mücahidində idi. Meydandakıların hər biri yanındakı ilə pıçıldaşaraq əsir Babəki və ona qalib gələn şanlı Afşinə işarə edirdilər. Sürətli addımlarla saraydan çıxan xəlifəni görən meydan əhlinin sanki üzərizə su töküldü. Xəlifə yan-yana duran iki böyük türk oğluna yaxınlaşdı. Afşinə yaxınlaşan xəlifə əlini onun çiyninə qoydu, qəzəb, maraq və heyrət dolu nəzərlərlə Babəki süzdü və əvvəlkindən də sürətli addımlarla bir qədər aralıda onun üçün qoyulmuş taxta yaxınlaşdı. Oturaraq ətrafına baxdı, hər kəsi bir-bir nəzərdən keçirərək Babəkin üstündə dayandı. Gözlərindəki hiyləgər təbəssümlə qışqırdı:
    ─ Hanı Mirzə Qəribi? Çağırın gəlsin.
    Xəlifədən sağda və solda olan saray əhli narahat formada pıçıldaşmağa başladılar və irəli keçməyə çalışan Mirzəyə yol verdilər. İrəli keçən bəstəboy ağsaqqal şəxs ilk öncə Babəkə yaxınlaşdı, diqqətlə onu başdan-ayağa süzdü, sonra dönərək xəlifəyə tərəf getdi və başı ilə yüngül təzim etdi. Onun hərəkətlərinə diqqət kəsilən xəlifə Mirzə Qəribinin yaşarmış gözlərinə işarə edərək soruşdu:
    ─ Mirzə, nə məsələdir? Gözlərin dolub ki…
    ─ Qocalıqdandır xəlifə sağ olsun, bütün vaxtımı yarımqaranlıq otaqda keçirirəm, açıq havaya çıxanda isə gözlərim nəmlənir. Deyə Mirzə Qəribi cavab verdi. Mirzənin sözlərindən xəlifənin dodaqlarına təbəssüm qondu. Keçən 20 il ərzində Babəkin apardığı müharibəni bütün incəliklərinə qədər qeyd edən Mirzə Qəribi həmişə Babəkin şəxsiyyətinə və onun apardığı milli azadlıq müharibəsinə rəğbətlə yanaşmışdı. Ancaq buna baxmayaraq xəlifə Mirzəni özünün də bilmədiyi səbəbə görə çox istəyirdi. Nəzərlərini yenidən Babəkə çevirən xəlifənin dodaqlarındakı təbəssüm dondu. Taxtdan dik qalxaraq çığırdı:
    ─Mirzə, 20 il ərzində yazdıqlarının tamamını qeyd et! Sabah gün doğanda bu iblis edam ediləcək. Əvvəlcə sağ qolu dirsəkdən üç barmaq aşağı, sonra sol qolu biləkdən bir qarış yuxarı, sağ ayağı dizdən beş barmaq aşağı, sol ayağı topuqdan bir qarış yuxarı kəsiləcək, axırda isə bu mənfur başı vurulacaq! Bununla da sənin kitabın qurtaracaq Mirzə!
    Bunları dedikdən sonra xəlifə heç kimə baxmadan gəldiyi sürətlədə saraya qayıtdı. Xəlifənin saraya getməsi sanki meydandakıları canlandırdı, hər kəs yenidən yaxınlıqdakı yoldaşı ilə pıçıldaşmağa başladı. Afşin sarayın pillələri ilə yuxarı qalxaraq Mirzə Qəribiyə çatdı və ehtiramla ona təzim etdi. Daha sonra əyanlardan birinə yaxınlaşdı. Babəkə işarə edərək ona nə isə söylədi. Həmin şəxs gözdən itdi və az müddət keçmiş iki gənc əsgərlə Babəkə yaxınlaşdı, əsgərlər Babəkin qolundan yapışaraq əmrində olduqları əyanın arxasınca addımladılar. Bu əyan zindanbaşı, əsgərlər isə zindanın tabeliyindəki qulamlar idilər.
    Zindan sarayın zirzəmisində yerləşirdi. Zirzəmiyə daxil olduqda zindanın rütubətli va sərin havası Babəkin həftələrdən bəri səhranın qızmar günəşi altında yanıb közə dönmüş dərisini oxşadı. Zindan çoxlu sayda koğuşlardan ibarət idi və bunların bir çoxundan inilti-şikayət səsi gəlirdi. Burada ah nələnin fəryadı yalnız zavallıların qəlbində dinlənirdi. Onlar sanki ölümlə həmsöhbət olmuşdular burda keçən həyatları ərzində. İndi isə… İndi bütün iniltilər azadlığın sonuna yönəlmişdir. Bu azadlıq sabah zülmətlə sona varacaqdı…
    Əsgərlər əsiri zindanbaşının işarə etdiyi koğuşa saldılar, koğuşun qapısı önündə duran zindanbaşı qolubağlı qəhrəmanı başdan ayağa süzdü, dərindən ah çəkib əmrə müntəzir əsgərlərə Babəkin qollarını açmağı əmr edərək koğuşdan çıxdı. Əmrdən bir qədər çaşmış əsgərlər yarı qorxu, yarı ehtiyatla Babəkin qollarını açdılar. Yenidən koğuşa qayıdan zindanbaşı özü ilə gətirdiyi suyu Babəkə uzatdı. Təklifdən Babəkin bədəninin bütün əzaları hərəkətə gəldi, amma özünü o yerə qoymadan başı ilə imtina etdi. Babəkin beynində yaranmış olan fikri başa düşən zindanbaşı su gətirdiyi qabı dodaqlarına yaxınlaşdıraraq bir qədər içdi və suyu yenidən Babəkə uzadaraq Babəkə çox doğma türk dilində dedi:
    ─ Atam oğlu, əmin ol, ölümü layiqincə qarşılayacaqsan. Daha sonra əsgərlərə tərəf çevrilərək onlara azad olduqlarını bildirdi. Babək sudan bir qədər içərək qabı zindanbaşıya qaytardı və ona təşəkkür etdi. Zindanbaşı qabı Babəkdən alaraq bir daha ona diqqətlə baxdı.
    ─ Adım Qarabudaqdır. Burada doğulmuşam, amma atam Xarəzm tərəfdən gətirilmiş qulam olub, sənin bildiyin, sənin kimi türk oğlu türkəm! Adına layiq ol, adımıza layiq öl! Əlvida qardaşım. Deyərək adının Qarabudaq olduğu bilinən zindanbaşı dərindən ah çəkdi, Babəki düşüncələri ilə baş-başa qoyaraq oranı tərk etdi…
    Səhər dan yeri hələ yenicə sökülməyə başlayanda Babəki edam kürsüsünə gətirdilər. Hamının düşmən deyə tanıdığı bu xalq qəhrəmanı həmişəkindən daha qətiyyətli, daha vüqarlı, daha güclü görünürdü. Babəkin qollarına və damarına güc və əzəmət verən, ölümü kişi qeyrəti və əsl türk oğlu türk kimi salamlamağa ruhlandıran xalqının, torpağının, Ana Vətəninin xoş sabahına, işıqlı gələcəyinə olan sarsılmaz ÜMİDİ idi!

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil. (daha&helliip;)

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    DƏNİZLƏ SÖHBƏT

    Sıx məni köksünə, mavi dənizim,
    Uçsun uzaqlara lal xəyallarım.
    Sənin yaddaşında bir gənclik izim,
    Mənim yaddaşımda kor arzularım.

    Sıx məni köksünə, mənim dənizim –
    Oxşasın könlümü mavi dalğalar.
    Soruşma nədəndir solub bənizin,
    Soruş ki, bəs hanı səndəki ilqar?

    Şıltaq küləklərin çox sığal çəkib –
    İndi qəm darayan bəyaz saçıma.
    Nəmli baxışıma dumanlar çöküb,
    Daha ürəyimin qapısın açma.

    Çılğın ləpələrin özünü öyür,
    Qucaraq sahili güvənir necə.
    Mənim ləpələrim içimi döyür,
    Ümid çırağımsa – qaranlıq gecə.

    Zillənir gözlərim yenə uzağa,
    Uzaqlar dumana bürünür niyə?
    Bəlkə həsrətimdir, dözmür sazağa –
    Qarışıb dumana çəkilir göyə?! (daha&helliip;)

  • Şəfa EYVAZ.”Səndən sonra…”

    1423756700_sefa-xanim

    Çox şey bilmirəm
    bu dünyada.
    Öldüyümü bilirəm məsələn
    Səndən sonra…
    Bu gün ayaqüstə qırxım çıxacaq,
    Sabah torpaq örtəcək üstümü.
    Unudacağam özümü.
    Soyuq olur axı torpağın üzü…
    Birigün günəş doğacaq,
    Bütün buz ruhları isidən günəş…
    Və mən öldüyümü unudub
    Yeni günə başlayacağam,
    səndən sonra…

  • İlhamə SULTAN.Yeni şeirlər

    is

    Görüşməyəydik…

    Bizi birləşdirən sevgi öyündü,
    Birdən məhəbbətin havası döndü,
    Bir zaman alışan eşqimiz söndü,
    Belə görüşdənsə görüşməyəydik.

    Sənin həsrətindən dünyam daraldı,
    Arzular, ümidlər yarıda qaldi,
    Fələk məni səndən qoparıb aldı,
    Belə görüşdənsə görüşməyəydik.

    İndi hər şey mənə artıq yalandı,
    Ömrümə başqa bir ömür calandı,
    Pozduq verdiyimiz peymanı, andı,
    Belə görüşdənsə görüşməyəydik.

    30.09.2014 (daha&helliip;)

  • Zeynəb DƏRBƏNDLİ.”Qarabağım küsüb bizdən”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Bulaqların susub axmır
    Günəşin küsübdür çıxmır.
    Xarı bülbül bizə baxmır
    Qarabağım küsüb bizdən.

    Yolu daşlı kəsəklidir
    Dağı qarlı küləklidir.
    Özü insan ürəklidir
    Qarabğım küsüb bizdən.

    Neçə ildir yol gözləyir
    Yadlar onu əzizləyir.
    Yolu həsrətdən sızlayır
    Qarabağım küsüb bizdən.

    Divarları qan qoxlayır
    Dərdi adamı oxlayır.
    Durub igid soraqlayır
    Qarabağım küsüb bizdən.

    Zeynəbəm, canım göynəyir
    Dərdim öz içimi yeyir.
    Yurdum ədalət istəyir.
    Qarabağım küsüb bizdən.

  • Günel ƏJDƏRQIZI.”Məhv olmuş arzular” (Hekayə)

    gunelxanim-225x300

    Toy günü yaxınlaşırdı. Fədayənin sevincinin həddi – hüdudu yox idi. Ağ gəlinlik donunu geyinib vüsalına qovuşacaqdı. Ömrünün sonuna kimi sevdiyi adamın həyat yoldaşı olacaqdı. Fədayə Yalçının uşaqlıq sevgisi idi. Ali məktəbə eyni ildə daxil olmuş, birinci kursu qurtarandan sonra ailə daxilində kiçik yığıncaq edərək üzük taxmışdılar. Qərara gəlmişdilər ki, ali məktəbi qurtarandan sonra toy etsinlər. Vətən qarşısında borcunu verməkdən ötrü Yalçın əsgərliyə getmiş, toyun vaxtı bir az da uzanmışdı. Fədayə hər gecə tanrı dərgahına əl açaraq Yalçını qoruması üçün allaha yalvarmışdı. Axı müharibə gedirdi. Elə bir gün olmurdu ki, televiziyada kiminsə həlak olması haqqında xəbər verilməsin. Qonşu kəndlərdən düşmənlərin atdığı güllələrin səsləri açıq-aydın eşidilirdi. Yalçın hərbi xidməti başa vurub sağ-salamat evlərinə qayıtmışdı. Toyun vaxtı yaxınlaşdıqca Fədayənın həyacanı da artırdı. Hər gecə xəyallar qurur, arzularla yatırdı. İki gün öncə gəlinlik paltarını da seçib bəyənmişdi. Ağ gəlinlik paltarında özünü şahzadə kimi hiss edirdi. Paltarın yaraşıb-yaraşmadığını yoxlamaq üçün əyninə geyinəndə qəfil Yalçın oraya gəlmiş, onu gəlinlik paltarında görmüşdü. Fədayə uşaqlığdan eşitmişdi ki, bəyin toydan əvvəl gəlini toy paltarında görməsi pis əlamətdir. Guya bədbəxtlik gətirir. Fədayə bütün bunlara inanmasa da, ürəyində qorxu hissləri vardı.
    (daha&helliip;)

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    187b19a53b61

    Qara saçlarında qar olacağam

    Bir zaman gələcək peşimançıliq,
    Sənin ürəyini qübar edəcək.
    Onda məni gəzib-arayacaqsan,
    Yollar ayagını qabar edəcək.

    Mən isə gileyli gilavar olub,
    Siğal çəkəcəyəm telinə sənin.
    Bu günlər vədəsiz ötən qatar tək,
    Çətin ki qayida əlinə sənin. (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Ömrümün payiz fəslidi…”

    2fdc85b9a955

    Arzularım düşür gözümdən,
    Hər gün solub düşən yarpaqlar təki,
    Xəzan olmuş bu ömrümün
    Saralmis solmus arzuları
    Ömrümün payiz fəslidi
    Gedib ömrümdən, bitir baharım
    Qarşımda soyuğum, sazağım
    Qarlı qışım
    Donmuş ,solmuş, buz bağlamış
    Arzularım…
    Ömrümün payız fəslidi
    Saralıb, solmuş,
    Yerə düşmüş
    Torpağa qarışmış yarpaqlar kimi…
    Vida vaxtı, vida zamanı,
    Ömrümdən bitən,
    Tükənən arzularım…
    Köçəri quşlar tək uçub getdi…
    Ömrüm…
    Yalnız, yarpaqsız, tək tənha ağac kimidi…
    Bitib artıq ,
    Qarşısında soyuq sazaq…
    Dözəcəkmi ömrüm qışa?!
    Bu payızda bitəcəkmi?!
    Bilmək olmaz…
    Allah bilir.
    O Allah yaxın gedər
    Ömrümün payız fəslidi…

    02.09.2015

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının VII hissəsi

    sc

    Səfərin ona baxmaqdan danışmayacağını görən Fidan səssizliyi özü pozdu:
    – Necəsən Səfər?
    – Səni tapdım yaxşı. Burda işləyirsən?
    – Demək olar. Daha doğrusu, anamın yerinə gəlmişəm. Üstünə sağlıq, bir az xəstələnibdir.
    Əlövsət mətbəxə girdi.
    – Deyəsən bir-birinizi tanıyırsız?
    Səfər Fidandan əvvəl cavab Verdi:
    – Biz bir yerdə böyümüşük. İşdən nə vaxt çıxırsan?
    Fidan – Axşam çıxacam.

    Əlövsət Səfərin Fidana olan baxışlarından ona qarşı biganə olmadığını hiss etdi:
    – Bugün çox iş yoxdur Fidan. Günorta gedərsən. İndi bizə iki fincan kofe hazırlayarsan.
    Səfər Əlövsətlə mətbəxdən çıxdi, fikri Fidanın yanında qalmışdı. Tez-tez geri boylanırdı, Fidan da qapı arxasından ona baxırdı. Səfər Əlövsətə açıb hər şeyi – Fidanın illərcə sevdiyi qız olduğunu, evlənmək istədiyini söylədi. Əlövsət təəccüblənmişdi;
    – Anan razı deyil deyirsən. Bəs atan? İcra başçısının oğlu adi bir xadimənin qızıyla evləndi deyəcəklər.
    – Mənim xoşbəxtliyim adi bir xadimə qızının əlindədirsə, deyilənlər boş və mənasızdır. Pul qarın doyuzdurur, sevgi yaratmır.
    (daha&helliip;)

  • İlkin ABBAS.”Qoruya bilmədik bu məhəbbəti”

    tt

    Günah nə səndədir, nə də ki məndə,
    Yazan belə yazıb demək qisməti.
    Yaşada bilmədik ruhu bədəndə,
    Qoruya bilmədik bu məhəbbəti.

    Bu eşq dastan olub dillərə düşdü,
    Adım Məcnunsayaq çöllərə düşdü,
    Saf eşqim çaylara, sellərə düşdü,
    Qoruya bilmədik bu məhəbbəti.

    Səninlə bu yolu bir keçsək belə,
    Sevinci, kədəri bir ölçsək belə,
    Onu qorumağa and içsək belə,
    Qoruya bilmədik bu məhəbbəti.

    Yalanlar geyindi həqiqət donu,
    Nə ilki bilindi, nə də ki sonu,
    “Əlvida” sözünə sığdırdıq onu,
    Qoruya bilmədik bu məhəbbəti.

    Düşdü tellərimə dən ağlamaqdan,
    Oldum yağışlara tən ağlamaqdan,
    Tutdu gözlərimi çən ağlamaqdan,
    Qoruya bilmədik bu məhəbbəti.

    Yaşadım içimdə mən yana-yana,
    O ötən günləri hey ana-ana,
    Müqəddəs bir sevgi yetişdi sona,
    Qoruya bilmədik bu məhəbbəti,
    Qoruya bilmədik bu məhəbbəti…!

  • Mirzə TƏRXAN.”Mənə şikəst demə dostum!”

    photo

    Mənə şikəst demə, dostum!
    Nə olsun ki,yoxdu əlim
    Əlim yoxdu imanım var,
    Əqidəm var vicdanım var.

    Mənə şikəst demə dostum!
    Gözsüzdə görə bilirəm,
    Mənim gözdən günahlarım,
    Yoxdu,bunuda bilirəm.

    Mənə şikəst demə dostum!
    Kar deyiləm,eşidirəm!
    Amma qeybət eşitmirəm,
    Artıq söhbət eşidmirəm.

    Mənə şikəst demə dostum!
    Dilim var ağzımda amma,
    Soldakı mələkdən qorxur,
    Yalan söyləməkdən qorxur.

    Mən şikəst deyiləm dostum!
    Ayib deyil, Qusurluyam,
    Rəbbim bilir, hüzurluyam.
    Məndə Allahın quluyam.
    Mənə şikəst demə dostum.!

  • Solmaz Əliqızı Şeirləri

    11948100_917578168326934_820319561_n

    VAXTSIZ ƏCƏL

    Vaxtsız əcəl,

    gəl tez döymə qapımı,

    İlahi rəbbimdən qüvvət almışam.

    Sərt qışa döndərmə xoş baharımı,

    Yaşamaq eşqiylə alovlanmışam.

     

    Onsuz da qısadır ömür payımız,

    Qocanı,cavanı seçməyir əcəl.

    Torpaqda daş məzar son bir payımız,

    Bizi addım-addım izləyir əcəl.

     

    Həyatın qaydası,qanunu budur,

    Bir gün getməlidir,yaranan hər kəs.

    Mənimsə tanrıya sualım budur,

    Vaxtsız əcəl niyə tələskəndi bəs?

    04.03.2013

     

    Tanrım uzun etsin onun ömrünü

    Ana ən müqəddəs, ən ülvi varlıq,

    Həmişə o ada biz borclu qaldıq.

    Hər bir övladına o verər saflıq,

    Ana öyüdündən biz ibrət aldıq.

     

    Anamız yoxdursa, biz də olmarıq,

    Sanki qəlblərimiz qoparar fəryad.

    Kükrəyən sel kimi aşıb, daşarıq,

    Qanadsız bir quşa bənzəyər həyat.

     

    Ana övladına hər cür yaraşıq,

    Hər bir ana görsün övlad toyunu.

    Analar adına dastan yaz, aşıq,

    Qoy bütün analar dinləsin onu.

     

    Ana kainatın bər-bəzəyidir,

    Analar eşqinə yanaq, alışaq.

    Yazan könüllərin şah əsəridir,

    Ona nəğmə deyək, ona söz qoşaq.

     

    Anadan yazmaqla qurtarmaz, bilək,

    Gəlin uca tutaq ana sözünü.

    Onun varlığına sevinək, gülək,

    Tanrım uzun etsin onun ömrünü.

     

    YAZIĞIM GƏLİR

    İlin hər bir fəsli,gərdişi gözəl,

    Həm payızı gözəl,həm yazı gözəl.

    Bu gözəl dünyada alışıb sönən,

    Nakam məhəbbətə yazığım gəlir.

     

    Dünyaya gəlmişik sevinmək üçün,

    Həm sevilmək üçün,həm sevmək üçün.

    Həyatda,sənətdə iz qoymaq üçün,

    İzi olmayana yazığım gəlir.

     

    Fani dünyamızın sonu ölümlü,

    İnsan kainata gəldi-gedimli.

    Məxluq tanıyıram mələk biçimli,

    Şeytan sifətlərə yazığım gəlir.

     

    Sevməyi öyrəndik Leyli-Məcnundan,

    Biz çıxdıq həyatın çox sınağından.

    Bir iyrənc qadının səhvi ucundan,

    Atılmış körpəyə yazığım gəlir.

     

    Cahanda əyrilik həddini aşıb,

    Yaxşılar azalıb,pislər çoxalıb.

    Ömür yollarında düz yolu çaşıb,

    Əyri yol gedənə yazığım gəlir.

     

    Solmaz Elqızıyam,coşub cağlayan,

    Namusla,qeyrətlə qoşa yoğrulan.

    Bu fani dünyada əbədi solan,

    İNSANAM,İNSANA YAZIĞIM GƏLİR!!!

    20.06.2007

  • Hikmət MƏLİKZADƏ.”Pirqulu sərgüzəştləri”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Yollar, hələ ilan olmamış ilan balaları kimi qıvrılmaqda,
    Maşınımız da südəmər quzu kimi aram-aram mələməkdə.
    Biz də, təbiətə məftun şəhərli uşaqlartək
    gözümüzün qarşısına keçəni baxışlarımızla yıxırıq.
    Həvəskar alpinisttək Pirqulu meşələrinə çıxırıq.
    Gendən ruhumuza sığal verir Rəsədxana divarları.
    Ucları buluda dəyən ağaclar da, yamyaşıl örtüyü ilə
    ruhumuza şuxluq sıçradır heyran-heyran.
    Xeyli hündürdən qıy vuran qartal kimi görünür Şamaxı –
    Mənim, şair balaları didərgin şəhərim.
    Bir az da ruhu pərişan, gərgin şəhərim…
    Üzülə-üzülə göz atıram çuxası yaşıl meşələrə.
    Dərinə düşdükcə, təbiətin mənası bir az da artır.
    Hansı qüvvəsə gözlərimi bu gözəlliyə dartır.
    Arabir vəhşi əngəllərə də dəyir gözüm.
    Bələdçim deyir ki, eh, bilirsiz burda – bu cənnətməkanda
    neçə bakirə ağacın taleyini cızdılar?!
    Doğrudan, burda ağaclar elə bil bakirə qızdılar –
    adam görən kimi duvaqlarını çəkirlər.
    Bələdçi, ətrafa eyhamla deyir ki,
    abırlı, həyalıdı Pirqulu meşələri.
    Ancaq pula möhtəkirlər göz verir, işıq vermir
    bu yanaqları al, ayaqları xınalı təbiət gözəlinə;
    sanki uçurub, dağıtmaqdı peşələri.
    Allahın işinə bax, burda ağaclar Günəşi görməkçün bəhsdə.
    Ağacdibi oyuqlarda ard-arda düzülən alabəzək göbələklər
    Göpgöyçək qızlartək naz atır kövrək ruhumuza.
    Burda, dumanın vaxtsız-vədəsiz
    ətrafı ağa bükməsi ayrı bir səhnə;
    adama elə gəlir ki, hansısa tamaşanın
    obrazlarıdı içindəki qaraltılar.
    Yayda payız qayğıları başlayır Pirqulunun.
    Yetib bu yurdun yaylıq örtən çağı.
    Bir az yuxarıda qaraçuxa buludlar ruhunu «daşlayır» onun.
    İslanır nə var; yollar, yamaclar, toxlar aclar…
    Bir azdan gün, dəcəl uşaqtək yaxasını açır ətrafın.
    İlıq şüalar islaq adamları buxarlandırır.
    Nəm tutmuş torpaq da buxar verir.
    Təkcə, yarpaqları yağışdan sırğalanmış yekə-yekə ağaclar
    payız nəğməsi oxuyur yorğun-yorğun.
    Əllərində sini o yan-bu yana qaçan ağköynək xidmətçilər
    ayaqları ilə yerə yüz ilmə vurur.
    Toxlar meşələrin ruhunu kabab kimi qoxuyur,
    Aclar onun-bunun ağzına baxa-baxa namaza durur.
    Bu məzmunsuz görüntüyə diş qıcayır
    meşə həkimi – ağacdələn;
    dimdiyinin yoruğunu ala-ala bu vəhşətə acıyır.
    Vicdanı acımır burdakı tox adamların;
    qudurğan qəhqəhələri, şit gülüşləri ilə Tanrını bezdirirlər.
    Harın biri də, dişlərini ağarda-ağarda
    göbək atdırır bir şax yüzlüyə hansı acınsa qızına.
    Təbiət bu mistik ovqatı çözməyə məcbur.
    Təəssüf… dözməyə məcbur.
    …Məni burda ilk dəfə valeh edir şəhərli bir qızın
    yaş torpağa sevgi etirafı.
    İliyimiə işləyən soyuğun ağ sevda çiçəklərinə
    ötənilki cücülər hakimdi…
    Kipiklərim qatı dumanın şehində o ki var, çimir.
    Bir anlıq elə bilirəm bura inam ocağıdı – pirdi.
    …Üşüdüyümü görən bələdçimin
    çiynimə atdığı pencəkdən də tüstü iyi gəlirdi.
    İşə bax, burda adamın duyğuları boş durmur;
    Kövrək hisslər yelləncək asır baxışlarından.
    Ata sevgisinə ac uşaq kimi gözlərinə hopdurmaq istəyirsən
    səni məst edən sısqa gözəllikləri.
    Hündür-hündür ağaclar günəşlə aranda səddi.
    Burda yadına düşmur, deyəsən:
    – Ruhuma kömək ol, ya hansısa ağanın cəddi!
    Burda hər ağacın altı bir görüş yeridi;
    kim bilir, neçə qızın-oğlanın sevgisinə şahiddi bu ağaclar.
    Adamlar, yağışda başlarına tuturlar bu ağacları, çətir əvəzi.
    Sonra da dilucu ehtiram göstərirlər, xətir əvəzi.
    …Oxucum, sanma ki, meşələr bəxtəvərlik rəmzidir.

  • Gündəlik İnformasiya Agentliyində iki yeni bölmə istifadəyə verilib

    ni

    2 Sentyabr 2015-ci il tarixində Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, şairə, jurnalist Nəcibə İlkinin məsləhəti ilə Gündəlik İnformasiya Agentliyində “Ali Ziya dərgisi” və “Ədəbi birliklər” bölmələri istifadəyə verilib.
    3 sentyabr 2015-ci il tarixindən etibarən, “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının yeni işıq üzü görəcək sayı haqqında məlumat öz əksini tapacaq.”Ədəbi birliklər” bölməsində isə “Hüseyn Arif” Ədəbi Birliyi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyi, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubu, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Dünya Gənc Türk Yazarlar Birliyi, “Gənc Ədiblər Məktəbi” haqqında olan bilgilər dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılacaq.Əsas məqsəd ədəbiyyat, poeziyasevərləri ədəbi birliklər haqqında məlumatla təmin etməkdən ibarətdir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nəcibə İLKİN.”Çox baxacaqsan”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Küsmüşəm barışan deyiləm daha,
    Çıxıb gedəcəyəm bir qərib yerə.
    Sənsiz gözlərimdə doğan sabaha,
    Baxıb hönkürəcəm gülüm min kərə.

    Boylanıb qəlbimin pəncərəsindən,
    Dikəcəm yoluna həsrət gözümü.
    Diksinib qalxacam qəfil səsindən,
    Yenə axtaracam özüm – özümü

    Gecələr bürünüb hicran donuna
    Vüsal yuxumuza lay-lay çalacam.
    Yenə yuxularda qaçıb yanına.
    Yenə də bir anlıq sənin olacam.

    Ayılıb həsrətin qəm yuxusundan,
    Eh… məni o qədər axtaracaqsan.
    Yapışıb könlümün lal yaxasından,
    Mən gedən yollara çox baxacaqsan.
    Mən gedən yollara çox baxacaqsan.

  • Saqif QARATORPAQ.”Bir yaşıl yarpaqdım”

    saqif muellim

    Bir yaşıl yarpaqdım,
    yoruldum
    yoluna baxmaqdan,
    saralıb
    düşdüm budaqdan,
    Küləklər qovar
    o yana,bu yana.
    Yağış isladar
    üşüyərəm
    qışın sazağında.
    Çırpılıb
    divardan divara,
    dolaşaram
    sərgərdan,avara…
    Eh…sən,
    bəlkə də
    heç bunun
    fərqində deyilsən.
    Hər gün
    üstümdən
    keçib gedirsən…

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının VI hissəsi

    sc

    Səfər Çiçəkgilin getdiyini biləndə əsəbdən özünə yer tapa bilmirdi. Qonaq otağında əlindəki stəkanı çırpdı yerə. Stəkan çilik-çilik oldu:
    – Axı niyə? O ana-bala sizə neyləmişdi? Yetim qız idi, ay ana. Nə vermişdiz ala bilmədiniz?
    Cəmilə oğlunun üstünə qışqırmasa da səsinin tonunu qaldırdı:

    – Həddini bil, qarşında yad qadın yoxdu. Ananla bacın var. Pozğuna görə coşmusan? Bəlkə bizi döyəsən?

    Səfər üzünü bacısına tutur:
    – Sən necə qızsan? Biz Fidanla bir yerdə böyümüşdük. Sənə nə pisliyi keçmişdi?

    Aybəniz: – Pisliyi o idi ki, adımızı batırırdı. Qapının ağzınacan oğlan gəlmişdi.

    Səfər stulu əliylə aşırdı: – Yalandı, ömrümdə inanmaram. Şər atırsız. Mən onları tapacam. Tapanda isə ana, sənə and içirəm, Fidan menim arvadım olacaq. Bugün harda olsa axtarıb tapacam.
    (daha&helliip;)

  • Qalib ŞƏFAHƏT.”Xəyanət boyda”

    11903330_912599932158091_787684036_n

    Xəyanət boyda
    əl verirəm sənə,
    qaytarıb çırpsan da
    üzümə.
    Xəyanət boyda
    göz verirəm sənə,
    baxa bilsən gözümə.
    Xəyanət boyda
    söz verirəm sənə,
    Qata bilsən sözünə.
    Xəyanət boyda
    ürək verirəm sənə,
    yer tapa bilərsənmi özünə?
    Daha buradan o yana
    heç kəs yoxdu-
    Getmə heç yerə.
    Xəyanəti
    sapla qəlbinə,
    Tikiş qoyarsan
    ömrünə.
    Xəyanət boyda.

  • Aliyə ƏSƏDOVA.”Sərhədçi qardaş”

    Səhərin gözüylə oyanan
    əli alnında boylanan
    sərhədçi qardaş.
    Kim var kim yox oralarda,
    o bağlı yollarda
    kimsə yıxıldı elə bil
    sərhəddən xeyli uzaq.
    Şəhərlidi ya kəndçi
    uzaqlardan gəlib-
    adını deyir vətəndaş!
    Sən yerdəki qara bax,
    yazın bu son ayında
    bu sərhəd yollarında
    ləpir qoyan ayaqlar,
    biri gedir ,biri gəlir …
    Bu yolları izləyən
    şimal sənə çox yaxın,
    əlini çək gözündən
    elə bil üz -gözündən
    tanıyan olub səni .
    Bu sərhəddə soyuq var,-
    gözlərindən qaçmasın
    bayaq səni səsləyən
    səni görən vətəndaş!

  • Nadir ZİYADLI.Şeirlər

    Qadınım mənim

    Qonşuların
    pıçıltıları .
    dostların təsəlliləri
    tanışların soyuq baxışları altında
    bacım ..qardaşım
    düm ağ parçaya bürünmüş
    tabutumun önündə
    göz yaşı axıdacaqlar..
    Göz yaşı axıdacaqlar
    tabutum
    həyətdən çıxana qədər…
    Sonra
    hər biri baş alıb gedəcək
    öz işlərinə..
    öz içlərinə…

    öz içlərində axtaracaqlar məni.. (daha&helliip;)

  • Əziz Musa.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    Daş

    Bu dünyanın işinə bax,
    Baxan görmür gələn daşı,
    Göydən gələn, elə gəlir,
    Qorumaq olmayır başı.

    Hər bir kəsin qismətinə,
    Göydən gələn bir daş düşür.
    Hər daşa da bu dünyada,
    Neyləyəsən bir baş düşür (daha&helliip;)

  • Nəcibə İlkin gundelik.info və edebiyyat-az.com saytlarının Baş məsləhətçisi seçilib

    ni

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 1 Sentyabr 2015-ci il tarixli qərarı ilə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, “Bir ömür uduzdum”, “Qəlbimdə dil açan dünya“, “İllərin o tayı gözləyir məni”, “Son görüş, son zəng, son təbəssüm” kitablarının müəllifi, kütləvi informasiya vasitələrinin nümayəndəsi, istedadlı qələm sahibi, şairə, jurnalist Nəcibə İlkin (Babakişiyeva Nəcibə Bahadur qızı) Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi seçilib.Təbriklər!

  • “Sumqayıt şəhərində ekoloji vəziyyət qat-qat yaxşılaşıb”-MÜSAHİBƏ

    mus

    “İNSANLAR, QORUYAQ TƏBİƏTİ BİZ”

    “Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və
    ətraf mühitin qorunması üzrə müavini,
    biologiya elmləri üzrə fəlsəfə doktoru

    Vüqar Kərimovla müsahibə

    Qısa tanışlıq:
    Vüqar Nəzir oğlu Kərimov 02 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010-2013-cü illərdədə isə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1995-1998-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika institutunun aspiranturasında oxuyub, 1998-2008-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsindən laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlib. 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi verilib. 2008-ci ilin aprel ayından ARDNŞ-nin Ekologiya İdarəsində departament rəisinin müavini, departament rəisi vəzifələrində çalışıb. 2010-cu ilin iyul ayından 2012-ci ilin noyabrına kimi Ekologiya İdarəsinin rəis müavini, 2012-ci ilin noyabr ayından bu günə kimi isə “Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışır. Botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifidir. Yeni nəşr “Azərbaycanın Qırmızı Kitabı” əsərinin həmmüəlliflərindən biridir. (daha&helliip;)

  • Xuraman CAMALQIZI.”Sənin həsrətinin boyun sevirəm”

    Həsrətin, nisgilin var-dövlət kimi,
    Könül yaraların zənginləşdirib.
    Əlçatmaz, müqəddəs məhəbbət kimi,
    Xəyal dünyasını ənginləşdirilib.

    Şirin xatirələr qəlbimdə qalıb,
    Ara bir özümlə söhbət edirəm.
    Saralmış şəkillər əlimdə qalıb,
    Kədərlə süzürəm, hörmət edirəm.

    Həsrətin sevimli can yoldaşımdır,
    Onsuz mənim halım necə olardı?!
    Ruhuma işləyən qan yaddaşımdır,
    Gündüzüm də sənsiz gecə olardı.

    Sənin hər əzabın mənə şirindi,
    Mənliyin yaranıb xatirələrdən…
    Sənin məhəbbətin elə dərindi,
    Süzülüb keçibdir sürgün illərdən.

    Sənin həsrətindən boyun sevirəm,
    Həsrət də insane həyan olurmuş.
    İllərin, günlərin, ayın sevirəm,
    Sevməsəm, bu dünya zindan olurmuş.

    30. 8 .2015.

  • Təranə ŞƏMS.Yeni şeirlər

    ts

    KİNƏ ƏLƏNİB…

    Sinəmdə yaralar, ağaran telim.
    Vətəndə köçkündür, elsizdir elim.
    Yanan ürəyimdir, qaysağı təzə,
    Acıyan könüldü, alışan dilim.

    Saçımın hər teli ömür yolumdur,
    Həyat da fanidir, çatan sonumdur.
    Dağların yorğanı, bəyaz tellərim,
    Biçdiyin libasın, həyat donumdur.

    Sazaq da üşüyüb, sinəmə yağıb,
    Əllərim telimdə, əlimə yağıb.
    Üşüyən hər telim, ruhumu öxşa,
    Ruhumdu üşüyən, dilimə yağıb.
    (daha&helliip;)

  • Səttar QARAĞACLI.”Görəsən”

    11779918_101627430190085_4117224101828465388_o

    Ömür əmanətdir insane vallah,
    Nə boran, nə tufan, sellər görəsən.
    Qəmə urcah olub düşəndə dara,
    Köməyə uzanan ellər görəsən.

    Nə günəş tutula, nə yağış yağa,
    Dünya gözlərində dönə yaylağa.
    Qəlbi ovutmağa, könül almağa,
    Bağında çiçəklər, güllər görəsən.

    Gözəllik nə dizi, nə gözü yordu,
    Naxışı, ilməsi işıqdı, nurdu.
    Gəzib qarış-qarış bu ana yurdu,
    Səfalı obalar, ellər görəsən.

    Xoş ola insanın günü, əhvalı,
    Olasan qadından, qızdan həyalı.
    Dağlarda gəzəsən yamacı, yalı,
    Aranda yamyaşıl çöllər görəsən.

  • Şəfa EYVAZ.”Bütün sətirlərim incidi məndən”

    1423756700_sefa-xanim

    Bütün sətirlərim incidi məndən,
    Bir şair qəlbini sındırdığım gün.
    Didildi, dağıldı ruhum içindən,
    Bir şair qəlbini sındırdığım gün.

    Nə dedin bal dilim acıya döndü,
    Getdiyim düz yollar əyildi bütün.
    Dünyanın mən adlı işığı söndü,
    Bir şair qəlbini sındırdığım gün.

    Mən ki istəməzdim qəlbini yorum,
    Bənd oldu dilimə atdığın düyün.
    Yarandı içimdə dibsiz uçurum,
    Bir şair qəlbini sındırdığım gün.

  • Şəfa VƏLİYEVA.“Qumarbaz hisslər və Sələmçi darıxmaq” (Hekayə)

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu gün işdən tez çıxmışdı… Adətən, işi ən tezi axşamın 7-də bitirdi. Bu gün özü-özünə bir neçə saatlıq istirahət verməyi düşünmüşdü. Saat 4 olmamış artıq Gəncə çayının üstündəki körpüdəydi. Əvvəlcə sürətlə evə çatıb bir az uzanmaq, sonra da acgözlüklə yeni aldığı filmi-“Culiyanın gözləri” dəhşət filmini izləmək niyyətindəydi. Körpüyə çatınca çayın şırıltılı səsi onu addımlarını yavaşıtmağa məcbur etdi. Uzun zamandır bu çayda belə şırıltı olmurdu. Dayanıb körpünün məhəccəri üstündə qollarını çarpazladı… Uzun-uzun üzü aşağı baxdı… Dəmir piyada körpüsündən bir dəstə al-əlvan geyimli uşaqlar keçirdi. Deyəsən, bağça uşaqları idi. “Yəqin, yenə müəllim-tərbiyəçilər onları harasa aparır”-deyə düşündü… Fikrinə onu da gətirdi ki, indi o rəngarəngliyin içində onun da qızı olsaydı… Dodaqlarına incə kinayəli bir təbəssüm qondu…
    -Ehhh… Ay Quzey…Quzey… Ömrünü quzeyə çoxdan verdin, bə adam…
    Öz-özüylə danışdığı zaman özünə adıyla müraciət etməyi sevirdi… İşlədiyi texnoloji şirkətdə isə sadəcə “Müəllim” çağırılırdı. Çünki, adından heç vaxt xoşlanmamışdı. Uşaqlıqda düşünürdü ki, bu ad ona yaraşmır… Çünki, bu yaşacan hələ heç yerdə öz adına rast gəlməmişdi. Və heç vaxt da onu qürurla “Quzeyim, güneyim” çağıran anasından ona bu adın niyə, necə qoyulmasını soruşmamışdı… (daha&helliip;)

  • Ülviyyə VAHİD.Yeni şeirlər

    10308061_1487703808112940_8055053123496195175_n

    BİLMƏDİM

    Gözlərim bir anlıq doldu,süzüldü,
    Bu dünyadan əlim yenə üzüldü.
    Sözlərim də sətir-sətir düzüldü,
    Bu dünyayla mən barışa bilmədim..

    Həmrəy oldu mənə yağan yağışlar,
    Çəkdi yanaqlara isti naxışlar.
    Hər keçən gün,bir gün ona bağışlar,
    Bu dünyayla mən barışa bilmədim..

    Dürüstlük,kübarlıq deməkki,boşmuş,
    Təlxəklik,yaltaqlıq coxuna xoşmuş.
    Əyriyə yeri var, düzünə yoxmuş,
    Bu dünyayla mən barışa bilmədim.. (daha&helliip;)

  • Eldar Nəsibli Sibirel.Həyatı və Yaradıcılığı

    11951080_1456899864619344_1341766859_n

    Eldar Nəsibli Sibirel – Şair publisist

    1952-ci ildə Sibirdə anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib.
    9 yaşlarından yaradıcılığa başlayıb.
    Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Yaddaş”, Bu da bir ömürdür ağlı-qaralı, “Bura Qazaxdır, oğlum!” Turan Şərqisi şeirlər kitablarının müəllifidir. E.Nəsibli uzun müddət “Elm və həyat” jurnalında məsul katib vəzifəsində çalışıb. “Mərhəmət” jurnalının isə baş redaktoru olub. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib.
    Sovet postməkanı dövründə E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də gözəl tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər.
    E.Nəsibli həmişə ürəyinin böyüklüyünə və istedadının gücünə arxalanıb. Bu güc, bu istedad heç vaxt onu zamanın, eləcə də kommunist rejimininin məngənəsində əyə, sındıra bilməyib. Hətta ailələri bir neçə dəfə repressiyanın qurbanı olsalar da.
    Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.

    BU GECƏ 1984

    Bu gecə pərvanə işığa gəlməz,
    Bu gecə işığım soyuq kimidir,
    Bu gecə ürəyim rahatlıq bilməz,
    Tufanlar qoynunda qayıq kimidir.
    Bu gecə qaranlıq gümanlarımı,
    Nurlandıra bilməz ay işığı da.
    Bu gecə təsəlli ümanlarımın,
    Mənəm böyüyü dəcəl uşağı da.
    Bu gecə tüstümü içəri təpən
    Küləklər bayırda narahat gəzər.
    Şirin xatirəmə göz yaşı səpən
    Buludlar bu gecə duzlu dad gəzər.
    Bu gecə tale də yazımı bilməz,
    Salar bədxahlığın boran, qarına,
    Üşüyən ürəyim qızına bilməz,
    İlk eşqin ilahi baxışlarına.
    Bu gecə qayatək susar harayım
    Boğulub bataram bu sukutda mən.
    Bu gecə özümü necə arayım
    Doğma ünvanda mən, doğma adda mən?
    Bu gecə – önümdə qaralan hasar,
    İşığa tutaram, hörgüsü uçmaz.
    Bu gecə bələdçi yollarım azar,
    Sayıq gözlərinin mürgüsü uçmaz.
    Bu gecə çəkdiyim qəmlər, əzablar
    Baş aça bilmərəm, kimə xoş gələr.
    Bu gecə istəyi çətin tapılar.
    Əlidolu ilham əliboş gələr.
    Bu gecə göylər də sərxoş kimidir,
    Bir qədəh ulduzu salar əlindən.
    Bircə dan yerinə dönüb ümidim
    Məni bu gecənin alar əlindən.

    MİN İL GƏZSƏLƏR DƏ…
    1975

    Vallah, səni bir də sevə bilərəm,
    Sənə də sirr olar bu “qəbahətim”
    Bütün sərhədləri yarıb gələrəm,
    Demə ki, qalmayıb buna taqətim.
    Sənin məhəbbətin yağar dünyaya,
    Həsrətlər, möhnətlər qırğına düşər.
    Günəş pəncərəndən doğar dünyaya,
    Hissim də, ruhum da yanğına düşər.
    Gecə pəncərənə mələklər qonar,
    Qaranlıq ağarar ay işığında.
    Heyrətdən göylərdə fələklər donar,
    Qolları açılar sarmaşığın da.
    Bu qəfil sevincdən buludlar dolar,
    Qərib durnalar da köçündən keçər.
    Səni evinizə aparan yollar,
    Gəlib gözlərimin içindən keçər.
    Qovaram dünyadan kədəri, qəmi,
    Çəkilər dağlardan dumanlar, sislər.
    Elə gizləyərəm sinəmdə səni,
    Min il gəzsələr də tapa bilməzlər…

  • Arzu RÜSTƏMSOY.”Yenilik”

    ar

    Əlimin dilini kim anlayar,kim,
    Dilimin əlində qalmışam,əsir.
    Səndə dodaq dilə olubdur,hakim,
    Məndə əksinədir,dodaq dil kəsir…

    Dil tökür,əməli min aya dəyər,
    Dil lazım dillənən dilə gəlməsin.
    Dil vardır,bəhrəsi minaya dəyər.
    Dil kəsək,kəlməsi ələ gəlməsin.

    Dərdi dil danışar,dil dərdə qonaq,
    Dilinin dərdini başa çıxarma.
    Dil başa bəladır,baş dilə çanaq,
    Dilli ol,başını dil ilə yarma.

    Dil uzun,dil gödək,o əl bu ətək,
    Dilinin ucunda qurma tamaşa.
    Arzunun dilində dil bala pətək,
    Haqqdilli dil ilə yaşa ha yaşa!

  • Nisə Qədirovanı doğum günü münasibətilə təbrik edirik! (30 avqust 1967-ci il)

    11153468_731421923638953_1561011028_o

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmlia nümayəndəsini, istedadlı qələm sahibini, Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “Qızıl Qələm” Media Mükafatı laureatını, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktorunu, dotanınmış jurnalistini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar diləyir!

    Mətbuat xidməti

    İNANMIRAM

    Bu dünya fani dünyadı.
    Nəğməsinə inanmıram.
    Daha uşaq vaxtım deyil
    Hiyləsinə inanmıram.

    İnanmıram nağılına
    Şəkərinə, noğuluna.
    Nə qızına, oğuluna
    Nə özünə inanmıram.
    (daha&helliip;)

  • Bəhruz XƏLİL.Yeni şeir

    11954649_452217978319722_7681046378614539311_n

    Üşüdüm səhərə qədər,
    yastığımın istisinə.
    Yumub gözlərimi getdim,
    sənsizliyin tüstüsünə.

    Sənsizlik də deyəndəki
    mən heç sənli olmamışam.
    İstər sən ol,istər sənsiz
    mən heç qəmli olmamışam.

    Mən belə biriyəm tanı,
    ruhsuz,ürəksiz adam.
    Bir sevgini də qurutdu,
    üzü çörəksiz adam.

  • Vəfa MÜRSƏLQIZI.Yeni şeirlər

    vm

    CÜCƏRİR!

    Nə əkirəm ürəyimə,
    Kədərin tağı cücərir,
    Dərdi nə qədər çəksəmdə,
    Başı aşağı cücərir!

    Ümidləri bəsləməkdən,
    Gəlişini istəməkdən,
    Yollarını gözləməkdən,
    Gözümün ağı cücərir.

    Yuxu tapmayan şairin,
    Dərdin atmayan şairin,
    Gecə yatmayan şairin,
    Səhər varağı cücərir, (daha&helliip;)

  • Şəhanə CƏFƏROVA.”Gedirəm”

    SC

    Bağişla sevgilim məni
    İncitmək istəmirdim səni
    Bizim taleyimiz belə
    Mən səni tərk etmək istəmirdim.
    Çox yoruldum
    Bağişla məni gedirəm.
    Zamanla düzələcək həyatimiz.
    Bəlkədə başqalarindadi xoşbəxtliyimiz
    Bəlkədə çox gözəl olacaq gələcəyimiz.
    Bağişla məni sevgilim gedirəm.
    Ziyan etməyək gəncliyimizi
    Gəl bağişlayaq taleyimizi.
    Başqa heçnə demə sevirəm demə.
    İcaze ver çixim gedim.
    Qoy həyatina başqalari gəlsin.
    Sənində üzün gülsün.
    Bağişla sevgilim gedirəm.
    Saxlamağa çalişma.
    Mənim getməyimə qarişma.
    Bağişla deyirəm başqa heçnə demirəm.
    Bağişla sevgilim bizim sevgimiz buraya qədərmiş.
    Gedirəm dönməyəcəm.
    Birdə sənin həyatina gəlməyəcəm.
    Bu sevgiyə görə arzularimdan əl çəkməyəcəm.
    Bağişla məni sevgilim gedirəm.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    11149420_814346961975030_7057312539619506005_n

    Şirvan

    İllərlə dərd elədim səndən uzaqlığımı,
    Sevib bayraq tutarsan bəlkə üz ağlığımı.
    Qaytar səndə qoyduğum yetim uşaqlığımı,-
    Ruhumun qibləgahı,canımın canı Şirvan.

    Hər gün yuxularımda Vətən səndən danışdı,
    Qərib ömrü sürməyim,hüzündü,aldanışdı.
    Öpdüyüm torpağının ətri mənə tanışdı,
    Arzumun,istəyimin sökülən danı,Şirvan.

    O neft buruqlarınla yaraşır pərvaz sənə,
    Hüsnünə ayna tutub Kür eləyir naz sənə.
    Durub qucaqlamağa qollarım çatmaz sənə,
    Gözəlliyin,gözəlin şöhrəti,şanı,Şirvan. (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Bico nağılı”

    photo

    -Can nənə bir nağıl de!

    − Biri vardı, biri yox,
    Biraz az və biraz çox.
    Bir dəniz sahilində,
    Bir balıqçı əlində,
    Tilovla hey gəzirdi,

    − Eeeh, nənə, bu nağılın,
    Axı məni bezdirdi!
    Bilmirsən təzə nağıl?!

    − Yaxşı, ay şəkər, noğul,
    Sənə keçmişdən indi,
    Nənən nağıl danışsın.
    Həm də qoy saf düşüncən,
    Tarixə, həqiqətə,
    Olmuşlara, alışsın. (daha&helliip;)

  • Mirzə TƏRXAN.”Ümidini üzməyənlər” (Hekayə)

    photo

    Əli Arifin dayısı oğludur. Onlar birlikdə olduqca çox vaxt keçiriblər. Uşaqlıqları bir ocağın başında, bir gün Əligildə bir gün Arifgildə keçib. Onlarla yanaşı Əlinin Sakit adlı bir xalası oğlu da var idi. Sakit də həmçinin Əli ilə Arifin mehriban dostu idi. Gün gəlir vədə yetişir,gözlərini bir açıb yumurlar ki, valideynləri tərəfindən evlənmək vaxtının gəldiyini eşidirlər.Öncə Sakit ondan bir neçə il sonra isə Arif ilə Əli ailə qurur. İllər keçir… Həkimlər Sakitin övladının yalnız Allahın möcüzəsi ilə olacağını bildirirlər. Bu arada artıq Arifin və Əlinin övladları olacağına günlər qalmışdı. Sakit hər zaman halına şükr edən biri idi. Arif və Əli isə heç nəyi fikirləşməyən birisi idi. Hər şeyin yolunda getdiyi bir anda Arifin həyat yoldaşını xəstəxanaya aparmalı olurlar. Uzun sürən əməliyyatdan sonra bəlli olur ki, uşaq ana bətnində möcüzəvi şəkildə tələf olub. Hadisədən məyus olan Arif özünü çox pis hiss edir. Bu zaman Sakit və Əli onun yanına gəlir və ona təsəlli verməyə çalışırlar. Yenə də Sakit Arifə Allaha sığınmağı,Ona tapınmağı tövsiyyə edir. Arif Sakiti dinləyir və bir anda düşünür ki, kaş ki, bu məyusluğumu Sakitə bildirməyəydim. Axı həkimlər onun övladının olmayacağını deyiblər. Tez çöhrəsindəki məyusluğu təbəssümlə əvəz edir və Sakitə hər şeyin öz qaydasında olduğunu bildirir. Bu an Əlinin qəlibi çox narahat idi. Axı O,hələ başına nələrin gələcəyini bilmirdi.Onun da övladının dünyaya gəlməsinə günlər qalmışdı.Arifin övladının tələf olması onu da qorxudurdu. Ariflə Sakitin söhbətinə müdaxilə edərək:
    (daha&helliip;)

  • Təhminə MƏMMƏDOVA.”Fərid ilə Mübariz”

    1513698_121696158168653_6692791815636874301_n

    Yazıçı-jurnalist
    Subaylığın son gecəsi kitabının müəllifi

    Yağı düşmən üstünə,
    Aslan kimi getdilər
    Öz şirin canlarını
    Yurda qurban etdilər
    Fərid ilə Mübariz

    Yer də göy də onlara
    Ağladı için-için
    Canlarından keçdilər
    Vətən üçün,el üçün
    Fərid ilə Mübariz

    Axşam qüruba gedən
    Günəş kimi söndülər
    Bağrı qana boyanmış
    Qərənfilə döndülər
    Fərid ilə Mübariz

    Dəyanətlə,vüqarla
    Od-alovdan keçdilər
    Qarışıb sonsuzluğa
    Ürəklərə köçdülər
    Fərid ilə Mübariz

  • Hikmət MƏLİKZADƏ.”Zədə” romanından bir parça

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Nuraydan savayı ailədə hamı Sevinclə Sənanın dostluğuna qarşı idi. Buna görə dünəndən evdə səs-küy qopmuşdu. Rəngi solmuş bəstəboy divarlar evdəki qarışıq və mənasız qıy-qışqırıqdan yazıq görkəm almışdı. Sevinc də ona edilən təzyiqlərdən cana doymuşdu. Amma kimsə bunun fərqində deyildi.
    Nadir kişi qızının hələ də uşaq ağlında olduğunu zənn edirdi. Son illər çöldə-bayırda qarşılaşdığı xoşagəlməz hallar onu doğma qızı barədə yanlış düşünməyə məcbur edirdi…
    Ailənin yarıtmaz üzvü, Sevincin qutuda ilan kimi gördüyü qardaşı Yusif də bacısının dost olmaq arzusunu heç cür həzm edə bilmirdi. O, bu gün də lovğa görkəmi ilə səs-küyə səbəb olmuşdu. Qəzəbli idi. Həm də içində gizildəyən çürük niyyətini həyata keçirmək üçün yaxşı bir plan da hazırlamışdı. Xeyli vaxtdan sonra özünü elə apardı ki, guya ürəyinə Allah xofu çöküb. Köhnə xalça-palaz döşənmiş darısqal otaqda xeyli var-gəl etdikdən sonra dedi:
    – Sənanla dostluq etməyinə bir şərtlə razıyam: onun həqiqətən idmançı olduğuna əmin olmalıyam. Yalnız bundan sonra aranızdan çəkilərəm. (daha&helliip;)

  • İradə ƏLİLİ.”Şeir istədim Səndən”

    Bir misraya sığacaq
    Şeir istərdim səndən
    Yaz mənim üçün
    Yaz…
    Bir bənd
    Şeir istərdim səndən
    Sevinc dolu sətirlərlə
    Səpələnsin duyğulara.
    Bir sətir istərdim səndən
    Qəlbini qələmə sarıb,
    kaqizları kətan bilib,
    Ürəyinlə onu boya…
    Bir kövrək şeir istərdim səndən,
    Misrası qəlbinin həvəsi olsun…
    Bir kövrək şeir istədim ki mən,
    Gözündən könlünə ilmə toxuyub
    Ömürdən gününə bir naxış olsun

  • Müzəffər MƏZAHİM.”Mən ki, sənə deyəmmərəm”

    mm

    Tale yazdı bu sevgini baxtıma,
    Hansımızıq görən indi günahkar?
    Bu subaylıq, bi sultanlıq taxtıma,
    Öz əlimlə yağdı leysan günahlar.

    Gəncliyimi yaşadım mən səbrsiz,
    Ötəmmədim bu sevdadan xətərsiz,
    Ürəyimi oğurladın xəbərsiz,
    Özün söylə, məgər məndə günah var?

    Gözlərində sevinc dolu yaşam mən,
    Kiprik çalma, qorxuram ki, düşəm mən,
    Ürəyində yuva quran quşam mən,
    Yuva söküb gəl qazanma günah yar.

    Müzəffərin qəlbi dönməz sevgidən,
    Yaman saldı saçlarıma sevgi dən,
    Mən ki, sənə deyəmmərəm sevginən,-
    Məhəbbətsiz ötən ömür-gün ağlar.

    1981

  • Gültən QƏDİRLİ.Esselər

    esse

    Sahibinin yolunu gözləyən it

    Hər dəfə rayona gedəndə bir it görürdüm yol qırağında- çox vaxt da eyni yerdə
    Bu itin sahibinin kim olduğunu isə dəqiq bilmirdim. Bu dəfə kəndə gedəndə öyrəndim ki, həmin it toydan qayıdarkən qəza nəticəsində dünyasını dəyişən
    həmyerlimiz Səxavət və Dəyanət qardaşlarının itidir. Tez-tez öz sahibinin məzarı üstünə də gedir. O gün yenə həmin iti gördüm…
    Sahibinin məzarını unudub onun toydan qayıdacağı anı gözləyirdi…
    Yol qırağında bir it var. Gecə-gündüz yollara baxır o it. Yol gözləyir, bir gün sahibinin geri dönəcəyi günü gözləyir…

    28 mart, 2015
    Müəllif:Gültən Qədirli

    Sahil bağındakı qərənfillər
    Bu yaxınlarda Sahil bağında baş verən cinayət hadisəsi mənə cox pis təsir etdi. Həmin vaxtdan öz-özümə deyirdim ki, Allahım, insanlar bu qədərmi qəddarlaşıb? İtin hürməyinə görə də adam öldürərlər? Sonra eşitdim ki, Sahil bağında o bədbəxt hadisə baş verən yerə qərənfillər qoyulub. O oğlanın son dəfə bu dünyaya baxdığı yeri görmək istədim. Yazıçılar Birliyinə gedəndə Sahil bağını başdan ayağa gəzdim, amma qərənfillər qoyulan yer görmədim, fikirləşdim ki, yəqin götürüblər, gör neçə gün keçib üstündən. Bir həftə keçməmiş yenə də yolum ordan düşdü. Birdən qarşımda yerə qoyulmuş qərənfilləri gördüm…Bir neçə dəqiqəliyə ayaq saxladım, o oğlanın ruhunu yad etdim…Həmin anlarda orda baş verən hadisə gözlərim önündə canlandı…Özümə gələndə gördüm gözüm yaşarıb və qorxmuş kimiyəm, elə bil canlı şahidi olmuşam o hadisənin. Aralandım ordan…O oğlanın itini fikirləşdim..Görəsən o it neyləyir indi? Görəsən sahibinin ona görə öldürüldüyünü duyubmu? Görəsən öldürülən o oğlan sevdiyi qıza gül vermişdimi?…Sahibsiz itlərin biri də artdı…

    Müəllif:Gültən Qədirli
    25 Yanvar, 2015

  • Fidan ABBASOVA.”Sığınıb dənizin ləpələrinə”

    11952988_833475483396516_539850996179180288_n

    Sığınıb dənizin ləpələrinə
    dalğaya bürüdüm tam vücudumu
    yoxluğu əbədi hiss edim deyə
    məni qınadılar inan bir çoxu…

    Mən dikdim gözümü mavi dənizə
    ruhum bir az olsa susudu onunla
    imkanım çatmadı yetib bənizə
    görüm gözlərini duyum onunla…

    Mən daha əvvəlki cavan deyiləm
    ömrümün hər günü yaşanır bitir
    nə olsun bu yas da belə sevirəm
    sevdiyim insanlar gözümdən düşür…

    Bədir xəyal olub doldun gözümə
    Səni o dənizlə unudacağam
    Fidanı bir zaman sən həsrətinə
    mən həsrət yüküylə qocalacağam…

  • Şafa KAMİLLİ.”Unudmuşam…”

    .k

    Bilmirəm nədən buqədər ,
    İztirab ,agri cəlirəm ,
    Nəyim catmir axı ?
    Ətafimda əzizlərim ,
    Məni cox sevənlərim ,
    Bir sözmu soz etməylərim .
    Ətavida başma pərvən olanlarim .
    Baş taciyam ,mən bunlarin ..
    Niyə belə naraziyam ?
    Nədən ,kimdən ,küsgünəm mən ?
    Undmuşam ,
    Xatirlamaq cox cətind ..
    Nədən belə naraziyam ?
    Kim sindir bu qəlbimi ?
    Parm -parça köz qəlbimi
    Nədən ,kimdən alb yara ?
    İztirabdan ?
    Yalandan ?
    xəyanətdən ?
    Satqinlidan ?
    Unudmuşam ….
    Nədən belə ?
    Mən bu qədər
    Bədbin ,
    Küsgün ,
    Harazi ,
    Susqun ,səsiz ,
    Kor ,lal olmuşam .
    Nədən belə , mən olmuşam ?
    Unudmuşam .
    Unudmşam ..
    Unudmşam….
    28.08.2015..

  • Şəfa EYVAZ.”Qal”

    1423756700_sefa-xanim

    Bir bənövşə boyu böyümə nolar,
    Sən elə bax mənim bildiyimcə qal.
    Soldurma üzümdə açan gülləri,
    Gözümdə təbəssüm güldüyümcə qal.

    Getmə! Qoy yolunu gözləməyim mən,
    Ah çəkib, buz tutub buzlamayım mən,
    Gah aşkar, gah gizli sızlamayım mən,
    Gözümdən yaşları sldiyimcə qal.

    Hələ sevgi varsa, isin istimə,
    Getsən kor olacaq dünya tüstümə.
    Getsən də dönərsən qəbir üstümə.
    Qal, mənim yanımda, öldüyümcə qal.

  • Xəyalə SEVİL.”Sarmaşıq külək”

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dolanır boynuma sarmaşıq külək,
    Yollar qucağıma yüyürüb gəlir.
    Ahaa! Gözün aydın, qaranlıq küçə,
    Gəlib, gəlib o qız, amma həsrəti,
    10 ildi gözündə qarıyıb gəlib.

    O oğlan yoxdu yox,
    Yoxdu, gəlmədi!
    O oğlan deyirlər dişini sıxıb,
    Taleyi, qisməti söyür, nə bilim.
    Şəklimi əlinin içindən asıb,
    Hər gecə gözünü döyür, nə bilim…

    Ulduzlar göz kimi açıldı göydə,
    Biz gözə gəlmişdik, ulduz gözünə.
    Off! İndi dərdimi ağlayım sənə,
    Bir qadın gözünə, bir qız gözünə…

    Dolanır boynuma sarmaşıq külək.
    Yollar qucağıma yüyürüb gəlir.
    Mənim gözlərimin qaranlığından
    Hər axşam bir gecə törəyib gəlir.

  • İlhamə SULTAN.Yeni şeirlər

    qiz

    İstəmirəm…

    Məni ondan ayırmayın,
    Onsuz həyat istəmirəm.
    Qoy tərk etsin hamı məni,
    Onsuz həyat istəmirəm.

    Çətin olsun hər şey mənə,
    Düşüm lap dumana, çənə,
    Gələcəyəm bir gün yenə,
    Onsuz həyat istəmirəm. (daha&helliip;)

  • Abdulla MƏMMƏD.”Bu bahar alnıma yazilib mənim”

    187b19a53b61

    Bu bahar alnıma yazilib mənim,
    Göyün göz yaşlari həsrət payimdir.
    Bu yaz buludlari bəyaz kəfənim-
    Qüssəmə tələsən qismət payimdir.

    Bu yaz ürəyimdə kövrəlir sözüm,
    Bahar sevincimin yuxusu gəlir.
    Bu yazi tutubdu ayazin gözü,
    Bu yazdan payizin qoxusu gəlir.
    (daha&helliip;)

  • Qalib ŞAMXALOĞLU.”Uzaq dur həyatımdan”

    qsm

    Süründüm arxanca mən , məni bir yol anmadın ,
    Mənim kimi od alıb , eşq oduna yanmadın!
    Mən səni yar sanırdım , sən məni var sanmadın ,
    Olmadın canan mənə , uzaq dur həyatımdan ,
    Eyləmə divan mənə , uzaq dur həyatımdan!

    Hicrinlə , firqətinlə çox sozaldı məhəbbət ,
    Bir ömür yoxluğunla yetim qaldı məhəbbət!
    Dəyişildi zamanla , nifrət oldu məhəbbət ,
    Yar oldu hicran mənə , uzaq dur həyatımdan
    Eyləmə divan mənə , uzaq dur həyatımdan!
    (daha&helliip;)

  • Mais TƏMKİN.”Səni kimdi saxlayan?”

    mt

    Güləndamı Vəli saxlar,
    Gülbadamı Əli saxlar.
    Hərəni bir dəli saxlar,
    Bəs səni kimdi saxlayan?

    Xankişidən al pulunu,
    Boynuna sal öz qolunu.
    Sən də belə tut yolunu,
    De, səni kimdi saxlayan? (daha&helliip;)

  • Qalib ŞƏFAHƏT.”O yana”

    11903330_912599932158091_787684036_n

    Kim gələcək, kim gedəcək,
    Səndən, məndən o yana ki?
    Kim qalacaq, kim olacaq,
    Səndən, məndən o yana ki?

    Bulud olub çəkiləmməz,
    Yağış olub töküləmməz,
    Dan yeritək söküləmməz,
    Səndən, məndən o yana ki? (daha&helliip;)

  • Elnur RƏSULOĞLU.”Sökün sərhəd qurğuların”

    et

    Bakı-Təbriz

    Şimal, cənub – vətən birdir.
    Birləşsə, tən və tən birdir.

    Uzaq, ayrı yaşayıblar
    Çox illəri Bakı-Təbriz.
    Qəlblərində daşıyıblar
    Nisgilləri Bakı-Təbriz.
    (daha&helliip;)

  • Elnur ABDİYEV.”Qarabağ” poeması. VII fəsil

    e

    Faciədən sonrakı görüntülər

    Ağappaq qar tutub qara torpağı,
    Sanki göylər yerə kəfən biçmişdi.
    Tikanlar basmışdı güllü bir bağı,
    Burda canlı nə var,candan keçmişdi.

    Qar üstə qaralan qara kölgələr,
    İnsan cəsədiydi,insan,ay insan!
    Bəlkə də bir zaman elə gün gələr,
    Bu acı dəhşəti nağıl sanarsan. (daha&helliip;)

  • Nail DAĞLAROĞLU.Qıfılbənd

    11209723_1580346758902149_4855963127866549341_n

    Əziz dostlar, bu şeirimdə təriflə tənqid bir yerə düşdü. Onu da qeyd edim ki, tənqidə münasıbətim açıqdı, kim istəsə öz fikrini bildirə bilər.

    Arvad var ki, namusu var, arı var,
    Arvad var ki, yeddi-səkgiz yarı var.
    Arvad var ki, düzlük adlı varı var,
    Ölənədək bircə düz yol seçər hey.

    Arvad var ki, ,,reklam” edər özünü,
    Arvad var ki, heç görməzsən gözünü.
    Arvad var ki, sayır əlli-yüzünü,
    Əlcək olub əldən ələ keçər hey. (daha&helliip;)