19 noyabr 2014-cü il tarixdə Ağstafa şəhərində Xalq şairi Hüseyn Arifin Ev Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə nakam şair Üzeyir Məhərrəmlinin 40 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, daha sonra nakam şair Üzeyir Məhərrəmlinin həyatı və yaradıcılığı haqqında olan bilgiləri tədbir iştirakçılarına sunub.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin sədri Saqif Qaratorpaq, “Gənc Ədiblər Məktəbi”nin müdavimi və DGTYB üzvü, gənc yazar Rüfət Axundlu, şair-publisist Firdovsi Heydərli, Tovuz rayonunda fəaliyyət göstərən “Varislər” Ədəbi Birliyinin sədri Əbülfət İslam və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar nahakm şair Üzeyir Məhərrəmli haqqında öz fikir və düşüncələrini bölüşüblər, şairin müxtəlif illərdə qələmə aldığı şeirlərindən səsləndiriblər.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Category: Azərbaycan ədəbiyyatı
-
“Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiyanın təqdimat mərasimi keçiriləcək
22 noyabr 2014-cü il tarixdə, saat 16:00-da, Bakı şəhəri, Səbail rayonu, Axın Poeziya Klubunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” adlı antologiyanın təqdimat mərasimi keçiriləcək.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, DGTYB və AYB üzvü, gənc yazar Qabil Ədalətdir.
Tədbirdə antologiyada ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, publisistik qeydləri dərc olunan yazarlara hədiyyə olunacaq.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Şəhidlər Xiyabanı, Mehdi Hüseyn küçəsi 1a, Azərbaycan Respublikası Milli Məclisinin yanı -
Əntiqə SƏMƏNDƏR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən həyata keçirilən “Gənc yazarların vətənpərvərlik ruhunda şer müsabiqəsi”nin qalibi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc xanım yazar
Deyəsən yarpağın düşür,
Qələbən topdan sürüşür,
Məzarda şəhid üşüyür,
Qışın sağ olsun, vətən!Min kərə and içmişik,
Şəhid donu biçmişik ,
Torpağını seçmişik,
Daşın sağ olsun, vətən!Ürəyini böldülər,
Pis günündə güldülər,
Səni başsız bildilər,
Başın sağ olsun, vətən! -
Gənclər Fondu tərəfindən yeni müsabiqə keçirildi
19 noyabr 2014-cü il tarixdə saat 11:00-da, Bakı şəhəri, Yasamal rayonu, 21 saylı orta məktəbin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və 21 saylı orta məktəbin Rəhbərliyinin birgə təşkilatçılığı ilə “Gənc yazarların vətənpərvərlik ruhunda şer müsabiqəsi” həyata keçirldi.Tədbiri giriş sözü ilə açan DGTYB və AYB üzvü, gənc yazar Qabil Ədalət ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra müsabiqəyə qatılan iştirakçıları öz şeirlərini səsləndirmək üçün tribunaya dəvət etdi.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı, DGTYB Yönətim Kurulunun başqan yardımcısı, gənc xanım yazar Əfsanə Bayramqızı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc xanım yazar Əntiqə Səməndər, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” Poeziya Klubunun sədri, gənc xanım yazar Günay Həsənli, DGTYB üzvləri, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fotoqrafları, gənc yazarlar Nofəl Ümid, Sərvər Kamranlı, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar İltimas Səmimi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, DAMM-ın Mətbuat xidmətinin rəhbəri, şairə, jurnalist Nəcibə İlkin, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin redaktoru, şairə Fərqanə Mehdiyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Narıngül Nadirqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü , “Rəsul Rza” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Balayar Sadiq və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Daha sonra müsabiqəyə qatılan gənc yazarlar Günay Həsənli, Gülnarə İsrafilqızı, Sevil İşıq, Əfsanə Bayramqızı, Kənan Aydınoğlu, Qoşqar Qaraçaylı, Nofəl Ümid, Əntiqə Səməndər, Cəmilə Vaqifqızı, İltimas Səmimi, Ramiq Mehdisoy, İsa Həsənoğlu, Sərvər Kamranlı öz şeirlərini tədbir iştirakçıları üçün səsləndirdilər.Daha sonra məktəbin müəlim heyətinin təşkilatçılığı ilə həmin məktəbin şagirdlərinin iştirakı Vətənpərvliklə bağlı şeirlər səsləndirildi, rəqslər ifa olundu.Müsabiqənin gedişatında Münsiflər heyətinin qərarı ilə gənc xanım yazar Əntiqə Səməndər birinci yerə, gənc yazar İltimas Səmimi ikinci yerə, üçüncü yerə Aynur Şahtelli, dördüncü yerə Gülnarə İsrafilqızı layiq görüldü. -
Saqif Qaratorpağın yeni kitabının təqdimat mərasimi keçiriləcək
15 noyabr 2014-cü il tarixdə, saat 16:00-da, Axın Poeziya Klubunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin sədri Saqif Qaratorpağın sayca üçüncü və yeni “Üç addım” kitabının təqdimat mərasimi keçiriləcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Şəhidlər Xiyabanı, Mehdi Hüseyn küçəsi 1a, Azərbaycan Respublikası Milli Məclisinin yanı) -
Gənclər Fondu tərəfindən yeni müsabiqə
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc yazarların vətənpərvərlik ruhunda şer müsabiqəsi”
həyata keçirlir.Müsabiqədə bütün gənc şairlər iştirak ede bilərlər.Müsabiqə 19 noyabr 2014-cü il tarixdə, saat 11:00-da, Bakı şəhəri, Yasamal rayonu 21 saylı orta məktəbə baş tutacaq.Qaliblər münsiflər heyətinin səs verməsi nəticəsində təyin ediləcəck və ilk 5 yer diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıacaq. -
Turan Novruzu doğum günü münasibətilə təbrik edirik! (12 noyabr)
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaaycanın istedadlı gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
-
Əziz MUĞANİ.Yeni şeirlər
Qaranlıq
Gecənin sükütu pozulsun yenə
Duyulsun zülmətdə işiq nəfəsi
Röyalar xeyirə yozulsun yenə
Sevdiyin kəslərin gəlincə səsiYalnızkən gecələr sıxır insanı
Təkliyin əlindən qaçmaq da olmur
Fikirlə hər şeyin çəkilir ərşə
Beləcə səhəri açmaq da olmur.Susmaq istəmirəm, dinə dərdlərim
Axı kimə danışım, kim dinlər məni
Divara danışsam bəlkə dağılar
O da çəkə bilməz bu qədər qəmiGecənin qənimi işıq deyilmi
Günəş doğanda şəfəq görünür
Mənim qaranlığımın işığı hanı
Bəxtimin günəşi niyə sürünürGözlərim açıqdır görmür heç nəyi
İşıqda görünən olan cahanı
Bəlkədə gözümün nuru tükənib
Çökübdür gözümə zülmət dumanıİnsanın özü də cavabsız sual
Kim verər izzahın, kim bunu anlar
” Cismi içərsinə sığan otağın
Bəs necə ruhunu sıxır divarlar ”Deyəsən sıxıntı zülmətlə çökür
Gecələr insana dar olur həyat
Gündüzlər görünür aləmin rəngi
Deməli işıqla var olur həyat…Məna
Bir şeydə yüz məna olan həyatda
Hansını bacarsan sən də onu tut
Misalı ağacdan edim rəvayət
,, olanda beşikdir, öləndə tabut”Biri həyatın pəncərəsidir
Seyr edir dünyanı, gətirir tabı
İçində həyatla vidalaşdığın
O biri ölümə açılan qapıBu necə fərqdir yaranır belə
Biriylə insanı çəkir yuxarı
Son evin yerini bilirmiş kimi
Digəri aparır torpağa sarıBu necə hikmətdir anlamıram mən
Gah xeyirə iş görür, gah da fələyə
Bu fərqin inzzahı göylə yer kimi
Gah sevincə şərikdi, gah da naləyəQocaya əsadır, yaxşıdı demək!
Çevrilsə bir oxa nədir savabı?!
Oturub əşyada məna gəzirsən
Bəlkə də özünsən mənaların cavabıİstər ağac olsun istərsə dəmir
Qüdrəti verdiyin forma qədərdi
Deməli təməlin özmüz qoyuruq
İstəsək xeyirdi, istəsək şərdi. -
Bahadur ƏLİZADƏ.”Gözləri yol çəkən qadın” (Yeni şeir)
Nədir gözlərdəki o dərin baxışlar
Yoxsa yollardamı qalıbdır gözün
Göz yaşın kiprikdə olubdur naxış
Yoxsa qürbətdə bir canınmı var
Ağlama gözləri yorulmuş , qadın
Gözləri yol gedib yol gəlir elə
Dilində sözləri quruyub qalıb
İndisə gözləri gəlibdir dilə
Dərdini tək yeyib tək içən , qadın
Arada bir nəfəs al bir nəfəs ver
Əgər boğsa öz dərdin səni
Valla qurtarmaz sevincin səni
Susmusan ,düşünən qadın?
Niyə susanda danışırsan sən
Səssiz danışmağı necə öyrəndin?
Yoxsa narahat hislərin öyrətdi sənə
Baxışın qılıncdan sərtmiş, ey qadın
O baxış min yerə bölər ürəyi
Sənin gözlərini susdurmaq lazım
Yoxsa bu gözlər öldürər məni
Dərdinin əlacın tapıb gətirib
Rahat fikirlərlə yalnız qoyacam
Bəlkə fikirləşməyi bir az unudub
Rahat yaşamağa davam edəsən. -
Sadiq SALEH.Qəzəl
Eşqindən edir aşiqə mə`şuq cəfani
Eşq əhli olan lütf bilər dərdü bəlani.Daim bizi nurunla işıqlandırib ey məh,
Məhrum elə nurundan özün əhli riyaniYersiz deyil aşiqlərə cövr eyləsə canan,
Səbriylə müəyyən eləyir əhli vəfaniVəsl isə muradin qəmi-hicranə döz ey dil,
Hicranə dözənlər görəcək zövqü sefani.Ya Rəbbi özün rəhmin ilə Salehə lütf et
Görsün,ne qədər var nəfəsi Kerbü bəlani… -
Mayisə ƏSƏDULLAQIZI.”Məni məndən alarmısan?…” (Yeni şeir)
Həzin bir yalvarış kimi,
Qəfil yağan yağış kimi,
Bəxtə düşən naxış kimi,
Sevgi dolu baxış kimi,
Hisslərimi duyarmısan?
Məni məndən alarmısan?
Ürəyimdə qalarmısan?..Susuz quraqlıqdan sonra,
Leysan yağışlardan sonra,
Uzun ayrılıqdan sonra,
Tellərimi tumarlayıb,
Gözlərimi yumarmısan?
Məni məndən alarmısan?
Ürəyimdə qalarmısan?..Söz də çəkilər vaxtına,
Kimlər oturdu taxtına?
Yəqin yazılıb baxtına,
Şehli söyüdlər altında,
Busəmə bal qatarmısan?
Məni məndən alarmısan?
Ürəyimdə qalarmısan?..Xəyal dəryasında gəmim,
Bir gün itər dərdi-qəmim,
Yenə gələr sevgi dəmim!!
Bu dünyadan qopub gülüm,
Qollarımda uyarmısan?
Məni məndən alarmısan?!.
Ürəyimdə qalarmısan?…… -
Qiymət MƏHƏRRƏMLİ.”Biz gəldi-gedərik” (Yeni şeir)
Dünya gəldi-gedər, düşünsək əgər,
Təmiz ad, təmiz söz qalandı yadda.
Yaxşılıq – qiyməti bilinməyən zər,
Bütün dünya yaşar bir təmiz adda.Kimdir tutub duran axı dünyanı,
İnsan gəlib-gedər milyonlar sanı.
Qızıldan, ziynətdən geysək də donu,
İçimiz dəyişmir içdəki qatda…Yaradan yaradıb hərəni bir cür,
Ümmanı başqa cür, zərrəni bir cür.
Sözü bir cür deyib, kəlməni bir cür,
Ömrü başa vurruq bir yatayatda!Boz qarğa nə bilir xoş avaz nədir,
Yaz günü qar nədir, qışda yaz nədir.
Şeir nə, sənət nə, ya almaz nədir,
İstəsən ən uca zirvəyə çat da!Bir xoş söz bəs edər var olmaq üçün,
Təşnə könüllərə yar olmaq üçün.
Çağlayıb-çağlayıb durulmaq üçün,
Bir bulaq qaynayır hər kiçik çatda!Kimlər söz gəzdirir, kimlər söz qanır,
Kimlər korun-korun içindən yanır.
Qiymət hər insanı gözündən tanır, –
Əfilər bəslənir yenə əl altda! -
Təranə ŞƏMS.”Bayrağım” (Yeni şeir)
Dalğalan bayrağım, gözlər önündə
Qan uddur düşmənə silah əlində.
Bayrağım görün sən,gözəl biçimdə,
Dalğalan bayrağım, bir daha enmə!!!Yüksəliş səninsə, sevinc bizimdir,
Qürurla duruşun, bütöv elindir.
Millətin Türkdüsə, İslam dinindir,
Dalğalan bayrağım bir daha ENMƏ!!!Qırmızı tökdüyün Şəhid qanındır
Bu adın önündə ucalığındır!
Mavi rəngin isə TÜRK sorağındır,
Yaşılın İslama bağlanmağındırUcal sən, bayrağım, ucal sən Ucal!
Soy kökün dərindir, gəl yadına sal,
Qartal tək vüqarla zirvələrdə qal.
Dalğalan bayrağım, bir daha ENMƏ!!!09.11.2014.
-
Şəfa EYVAZQIZI.”Sevgi” (Yeni şeir)
Sevgi elə belə olmur ki?!
Sevginin gülən gözləri olur.
Sevgi sən görən deyil ki?!
Sevginin bapbalaca əlləri olur.Sevgi elə belə olmur ki?!
Sevginin dadı var, şirin bal kimi.
Sevgi sən görən deyil ki?!
Sevginin qəlbi olur körpə quş kimi.Sevgi elə belə olmur ki?!
Sevgi ayaq tutub evdə də gəzir.
Sevgi sən görən deyil ki?!
Sevgi hərdən şıltaqlıq edir.Sevgi elə belə olmur ki?!
Sevginin dili var, danışa bilir.
Sevgi sən görən deyil ki?!
Sevgi ata deyir, ana söyləyir…
Sevgi elə belə olmur ki! -
Qafqaz ƏVƏZOĞLU.”“Doğma yurd-yuva həsrəti” silsiləsindən”
YADIMA DÜŞÜBDÜ
Yurd-yuvamda keçirtdiyim hər günüm,
Ötüşən il, ay yadıma düşübdü!
Bir səs olcaq ayağından başacan,
Kəndə düşən hay yadıma düşübdü!İşdən-gücdən yorğun-arğın qayıdıb,
Dincələrdik körpələri oynadıb.
Qapımızda samavarı qaynadıb,
Dəmlədiyim çay yadıma düşübdü!Neçə vaxtdı bir dərd əyib qəddimi,
Bölə bilmir köhnə qonşum dərdimi.
Düşünürəm viran qalan kəndimi,
Başdan-başa tey yadıma düşübdü!Demə orda yaşamışıq bəy kimi,
İndi burda dolaşırıq səy kimi…
El yığışıb götürdüyü toy kimi,
Qapımdakı vay yadıma düşübdü!Ov etdiyim dərələrdə hənirti,
Kol dibindən qopartdığım göyərti,
Hərlədiyim yeddi nömür kərənti,
Qatladığım lay yadıma düşübdü!Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
Hardan alım Qoç Nəbini, Həcəri?!
Göz yaşımdı Bərgüşadla Həkəri,
Baş vurduğum çay yadıma düşübdü!Kəndimizdə “toybaşı”ydı üç nəfər,
Həsənalı, Həsənqərə, Qəzənfər…
Qara zurna nazlanardı bəxtəvər,
O “Yallı”lı toy yadıma düşübdü!Gül açmadı ta Qafqazın dediyi,
Zəhər oldu neçə vaxtdı yediyi…
Qonşuların qonşulara verdiyi,
Göndərdiyi pay yadıma düşübdü!!2005.
SORUŞ
= Bir nəfər yerli “şair” biz qaçqınlara xitabən mənə: Eh,
sizin nə dərdiniz var e, bütün kommunal – işıq,
qaz, su və s. xərclərinizi dövlət ödəyir, üstəlik də
sizlərə verilən yardımlra əlavələr də alırsız,- dedi =Mənə dərdsiz deyən, ay zalım oğlu,
Sən məni mən dərdli olandan soruş!
Yuvası uçandan, yurdu yanandan,
Obası virandan, talandan soruş!Qapını kəsməyib hələ duman-çən,
Demirəm mən dərdə sən də düşəsən.
Dərdimi öyrənib bilmək istəsən,
Qəzadan qəhərin alandan soruş!Fələk qarğayandan, evin yıxandan,
Başına qayalar, daşlar yağandan,
Gündüzlər yurd sarı durub baxandan,
Şər vaxtı gözləri dolandan soruş!Ətirli baxçası, bəhrəli bağı,
Yarpızlı bostanı, çiçəkli tağı,
Laləli çəməni, reyhanlı dağı,
Yamyaşıl ormanı solandan soruş!Başının üstünü kəsəndə yağı,
Qazanda qatığı, nehrədə yağı,
Ləyəndə ayranı, teştdə qaymağı,
Atıb qaça bilən nalandan soruş!Ulağı alıxda, dəvəsi xıxda,
Sürüsü ağılda, malları mıxda,
Toyuğu-cücəsi əldə-ayağda,
Itləri zəncirdə qalandan soruş!Qız-gəlin bulaqda atdı sənəyi,
Tavada xörəyi, sacda çörəyi…
Bir təhər çıxartdım anam Göyçəyi,
Sal bizdən yolunu, bir ondan soruş!Qaldı qapılarda tığla taxılı,
Tayası vurulu, kumu tıxılı…
Saydıqca birbəbir qəlbim sıxılır,
Bilmə ki, deyirəm yalandan, soruş!Halakın çıxar e, itsə bir iynən,
Olarsan imandan, çıxarsan dindən…
Bir çöp götürməyib dolu evindən,
Yol boyu saçını yolandan soruş!Taptaq altındadı qəbirstanlığım,
Qoparıb daşını, aparıb yağım.
Qaralıb ocağım, sönüb çırağım,
Dərd nədi, havasın çalandan soruş!Dördgözlü açıram hər gecə danı,
Gedib yoxlayıram yirdu-yuvan.
Hər gün xatırlayıb eli-obanı,
Şirin xəyallara dalandan soruş!.. -
Rafiq ODAY.Yeni şeirlər
GEDİM
Qoşulub qərib durnaya,
Qərib-qərib köçüm gedir.
İlahi, bir yol aç mənə,
Bu yerlərdən köçüm gedim.Qərib durna, qərib ağı,
Darıxanda məni çağır.
Göndər bir piyalə ağu,
Şərbət kimi içim gedim.Yaranışdan beləyəmmi,
Azadammı, köləyəmmi?!
Zəncir kəsir biləyimi,
Dizlərimdən gücüm gedir.Aldanıb ağlıma gəlim,
Qoşulub ilğıma gəlim.
Yolumdan saxlama, gəlim,
Qoy sakitcə keçim gedim.Kəc baxılsa yurd daşına,
El dağılar, yurd daşınar.
Bu dünyanın yaddaşına
Əbədilik köçüm, gedim.USTAD, BİR DÖN SİNƏMƏ BAX…
«Gəl gör mənə eşq neylədi»
Yunis İmrəBu sevda dəli sevdadı,
Tükənməz macərası var.
Nə bu dərdə əlac edən,
Nə bu dərdin çarısı var.Oldu ömrün yazı talan,
Yazıq satan, yazıq alan.
Nə ondan bir razı qalan,
Nə ondan bir narazı var.Yön çevirib dağa-daşa,
Bulaq oldu gözüm – daşan.
Nə gözümdə ağdan nişan,
Nə gözümün qarası var.Eşq qonaqmış, sinəm otaq,
Qonaq çəkdi sinəmə dağ.
Ustad, bir dön sinəmə bax,
Gör, salamat harası var? -
Saqif QARATORPAQ.Yeni şeirlər
* * *
Bəlkə bu gün
günlərin ən gözəlidi,
sabahlar ağlamalı,
dünənlər gülməlidi.
Bəlkə bir də
sevinməyəcəyik belə,
belə şirin
olmayacaq həsrətin.
belə gözəl olmayacaq
ayrılıqlar…
belə gözəl olmayacaq
təbəssümün.
Bəlkə bu gün
elə sən deyən gündü,
təkcə sənin üçündü…
Bəlkə bir də
sevməyəcəksən belə,
titrəməyəcək əllərin
bu qədər,
Belə gözəl olmayacaq
kədər…
Bəlkə elə…
Bu gün
bitməyib hələ.* * *
Bir həsrət qoxusu var
bu səhər sazağında.
Hər gün adın üşüyər
dilimdə,dodağımda.Gözlərimin yaşında
bir xatirə islanar.
Göz yaşımı silməyə
yarpaq tökər ağaclar.Rəsmini çəkmək üçün
durmuşam yol üstə mən.
Fırçasını almışam
son baharın əlindən. -
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Yetdi sevgimizin son bazar günü…
Yetdi sevgimizin son bazar günü,
Sənə də yaxşı yol, mənə də, gedək.
Axır ki, lal etdin bu xəstə canı,
Güldün saçımdakı dənə də, gedək.Sevda nəğmələri karıma yetmir,
Həsrət uşaq döyən dayə kimidi.
Sanki ruhun köçür, dediyin sözlər,
Yad dildə oxunan ayə kimidi.Kimdir yanağına dodaq uzadan?
Bir kölgə kəsdirib yanını sənin…
Sən ki məni sevdin, daha qəm yemə,
Ta tütyə biləcəm canını sənin.Dərdin soyuğundan könül buz tutub,
Qaçım, küçədəki xanımı büküm.
Arada əynimdən sürüşür ruh da,
Mənə yaylıq gətir, canımı büküm.Soyuq rüzgarlara can qapı açmaz…
Soyuq rüzgarlara can qapı açmaz,
Sən yoxsan, dən basıb telimi yenə.
Bilmir hara uçsun kor alabaxta,
Qatı duman basıb elimi yenə.Ruhumun damında quşlar ev tikir,
Ömür şüşəmizdə çatlar böyüyüb.
Durma gen sahildə boş qayıq kimi,
Bir bax, hürkütdüyün atlar böyüyüb.Könül al butalı palaz kimidi,
Bir doğru fikir yox, közüm öyrəşsin.
Mən səni çox gördüm çəhrayı rəngdə,
Bir az da ağ geyin, gözüm öyrəşsin… -
Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 noyabr 1963-cü il)
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Aran bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktorunu
doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!Mətbuat xidməti
Əlirza HƏSRƏT (Abbasov Əlirza Azadxan oğlu) 1 noyabr 1963-cü ildə Əli-Bayramlı şəhərində anadan olub.İbtidai və orta təhsilini öz doğma şəhərlərində alıb.
Şeirləri “Azərbaycan”, “Ulduz”, “Azərbaycan qadını” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Kaspi”, “Yeni Azərbaycan”, “Möhtəşəm Azərbaycan”, “Yeni Axtarış” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunub.
2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin “Qadınlara Həsr olunmuş ən yaxşı şeir müsabiqəsi”nin qalibi olmuşam.2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyi-“Türk Dünyasına Xidmət Ödülü” ilə təltif olunub. “Kim sənə oxşayıb, sevmişəm elə”, “Ayrılıq sevginin dar ağacıdır”, “Edam çiçəyi”, “Sükut nəğməsi”, “Bundan belə ayrılıqdır” şeirlər kitabının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Aran bölgələrinin ədəbiyyatı” bölməsinin Baş redaktorudur.
İxtisasca mühəndis-texnoloqdur.Altı şeir kitabının müəllifidir.Respublikanın bütün ədəbi orqanlarında ədəbi-bədii nümunələri çap olunur.Şeirləri dok.professor İsa KAYACANIN məsləhəti ilə dəfələrlə Türkiyə mətbuatında dərc olunub.Bir sıra almanaxlarda şeirləri bir neçə dəfə dərc olunub.Şeirlərinə müsiqi bəstələnib.QUZEY BƏNÖVŞƏSİ
Bənövşə gözləri gülür baharın,
Götürüb aləmi quşların səsi.
Tumurcuq-tumurcuq çıxır canından,-
Çılpaq ağacların soyuqdəyməsi.Gecənin yuxusu ərşə çəkilib,
Bənövşə ətrinə elçi düşüb dan.
Gözümdə qışlanan həsrət çiçəyim,-
Səni də tanıdım ayrılığından.Quzey bənövşəsi biraz gec solur,
Sevən ürəkləri sərinlətməyə.
Dağların döşünə yatıb ahım ki,-
Üzünə bənövşə həniri dəyə!İGİD OĞULLARA VƏTƏN AD VERİR
(Əsgər oğlum Ülvi Abbaszadə üçün)Tökülür çöhrəndən mərdlik,cəsarət,
Vətən arxalanır sənə dağ kimi.
Əsgər papağında yanan Ay-ulduz,-
Nur saçır aləmə çilçıraq kimi.Dünyanın ən gözəl səadət payı,-
Sevib qorumaqdır ana vətəni.
Başını uca tut,ay əsgər oğlum,
Zirvəyə aparır hər pillə səni.Əsgərtək bağrıma basıram səni,
Sanıram o körpə yaşdasan elə.
İnamın bayraqdır,and yerin Vətən,
Əsgər geyimində başqasan elə.Hər gün əsgərlərin ayaq səsində,-
Hünər nəğməsini dinləyir Vətən.
Əsgərlik borcunu verirsən deyə,-
Səninlə gör necə öyünürəm mən?!Qızlar çiçək tutub əsgər yoluna,
Arzular adama qol-qanad verir.
Həyatın müqəddəs neməti kimi,-
İgid oğullara Vətən ad verir!QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC
Haradandır bu hıçqırıq neydəki?
Şirinləşdi dilim bu gileydə ki.
Tənha quşdan qatar olmaz Göydə ki,
Durnaları sevdim dəstə şəklində.Xatirənlə oynayıram “gizlən-qaç”,
Gəl saçına düyün vurum,sın də aç.
Qapımıza elçi dşüb ehtiyac,
Bir alagöz,boyubəstə şəklində.Gördün yolum dirənibdir yoxuşa,
Pöhrə oldun sığındığım koğuşa.
Hər gün səni nəzmə çəkdim, ay Şuşa,
İtkin düşmüş bir “Şikəstə” şəklində.. -
Hikmət MƏLİKZADƏ.Yeni şeir
Kaş, belə üz-üzə gəlməyəydik heç,
Kaş, özgə girəydi gözümə o gün…
Mən sənin yanında sultan kimiydim,
…Paxıllıq elədim özümə o gün.Keçib Məcnun eşqi, Leyli vəfası,
Heç kim öz canını yaş tutmaz, canım.
Ta məni özündən uzaq tut bir az,
Bilirəm, bu sevgi baş tutmaz, canım.Bax, yüz göz boylanır arxanca hər gün,
Bax, yüzü istəyir kamına çatsın.
Mən səni bu kökdə sevə bilmərəm,
Burax, sevda quşum damına çatsın.Fəqət, neyləyim ki, qəlb rahat durmur,
Mənə ruh verirsən, gözəl, sən axı…
Paymı bu gözəllik? Kim verib, söylə?
Sən niyə bu qədər gözəlsən axı? -
Eyvaz ZEYNALOV.”Anamın gözaltıladığı qız” (Hekayə)
İş yoldaşımla hər gün üzbəüz küçədəki balaca kafedə nahar edərdik. Yaxın olmaqdan başqa orda həm qiymətlər münasibdi, həm də yeməkləri çox dadlı bişirirdilər. Ev xörəklərindən fərqlənmirdi.
Məqsədim nə o kafeni, nə də onun yeməklərini reklam etməkdi, orada, necə deyərlər, ilk baxışdan vurulduğum qəşəng bir qız haqqında danışmaqdı. Ortaboylu, sarıyanız, zərif bir qızdı. O da kafeyə nahara rəfiqəsi ilə gələrdi. Həmişə də yuxarı başda, sağ tərəfdəki küncdə, eyni yerdə əyləşərdilər. Kafenin nahar fasiləsindəki gündəlik müştəriləri, demək olar, eyni adamlardı. Ona görə də hamı adət elədiyi stolu qoyub başqasının yerində oturmurdu. Təsadüfi müştəriləri kafenin işçiləri qarşılayıb boş stollara yönəldirdilər.
Qızı ilk dəfə görəndə çəngəl-bıçaq əlimdə dondum. İş yoldaşım təəccüblə:
– Nooldu sənə? – deyəndə ayıldım.
Fikrim qızda idi. Arabir oğrunca mən ona, o da mənə baxırdı. Baxışlarımız toqquşanda gözlərimizi yayındırırdıq.
Hər şey belə başlandı. Onlar da kafeyə hər gün eyni vaxtda gəlirdilər. Əvvəl nahara aşağı-yuxarı bir az geciksəm də indi buna ciddi yanaşırdım. Dəqiqəsinə söz ola bilməzdi. İş yoldaşım bir az ləng tərpənəndə dözmür, əsəbləşir, tələsdirirdim. Guya aclığa tabım yoxdu. Əslində gecikməkdən qorxurdum. Qızı tez görməkdən yana ürəyim gedirdi. Axı bunu iş yoldaşıma necə deyəydim? Mənə elə gəlirdi heç nədən xəbəri yoxdu. Həm də belə daha yaxşıdı!
Hələ qıza yaxınlaşmağa, tanış olmağa cürətim çatmırdı. Münasib məqam gözləyirdim.
– Qurtar, gedək də! – Kafedə də iş yoldaşım məni tələsdirirdi.
– Qaçhaqaçdı? Yemək yeyəndə gərək tələsməyəsən, yediyin-içdiyin canına sinə.
– Belə dee! – Bic-bic qımışırdı.
Onların qurtarmağını, kafedən çıxmağını gözləyirdim. Yanımızdan keçib gedəndə qızın ətrinin iyi məni bihuş eləyirdi.
***
Arxasınca hayıl-mayıl baxırdım. Birdən iş yoldaşımın:
– Qəşəng qızdı, – deyən səsini eşidib diksindim.
– Nəə?..
– Deyirəm, qəşəng qızdı. Ancaq daha bəsdi gözlədiyin. Tanış olmağın, ürəyini açmağın vaxtıdı.
Zalım oğlu hər şeydən xəbərdarmış.
– Qorxuram, – dedim. – Birdən “yox” cavabı verdi…
– Amma onun sənə baxan gözlərindən “hə” oxunur.
– Hardan bilirsən?..
Başı çəkmişdi. Nə vaxtdı dərdindən dəli-divanə olduğu, arxasınca süründüyü qızla iki-üç aydı dil tapmış, ailə qurmuşdu.
***
Növbəti bazar günü anamı yoluxmaq üçün rayona yollandım. Böyük qardaşım bir neçə il əvvəl institutdan təyinatla göndərdikləri rayonda məskunlaşmış, elə orda da ailə qurmuşdu. Atam dünyasını dəyişəndən sonra anam da onun yanında qalırdı.
Arabir zəng vurur, ərkyana danlayırdı. Tələs, deyirdi, evlənmək lazımdı. Mən də ürəyimə yatan qız tapmadığımı söyləyirdim. Son vaxtlar özünün tapdığını deyib məni rayona çağırırdı.
Dediyinə görə, qonşunun qızıydı. Yaraşıqlı, savadlı, müasir qızdı. İnstitutu bu il bitirmiş, Bakıda qalmışdı. Hardasa işləyirdi. Həftənin şənbə və bazar günləri valideynlərinə baş çəkmək üçün evlərinə gəlirdi. Anam, nə böyük yoldu, deyirdi, bir istirahət günü də sən güzarını biz tərəflərə sal. İnanıram ki, görüşsəniz, sən qızı bəyənəcəksən, qız da səni. Gecikmə, bir də gördün böyürdən biri çıxdı.
Qardaşımgildə cəmi bir-iki dəfə olmuşdum. O da atüstü. Hansı qonşusundan söhbət getdiyini bilmirdim. İndi lap məqamıydı. Gözaltıladığı qızı görməyə deyil, anama kafedəki qız haqqında söz açmağa tələsirdim.
***
Qardaşımgilin məhəlləsində nəzərimi ilk cəlb edən qələbəlik oldu. Ürəyim əsdi. Addımlarımı yeyinlətdim. Evlərinə çatanda qonşusunun darvazasını taybatay açıq gördüm. Həyətdə mağar qurulmuşdu. Baxışlarından kədər yağan adamlar o qapıya girib çıxırdılar. İçəridən yanıqlı ağlaşma səsi eşidilirdi.
Bir azdan anamın gözaltıladığı qızın dünən, şənbə günü avtobusla Bakıdan gələrkən yolda qəzaya uğradığını, dünyasını dəyişdiyini öyrəndim.
Qızı görməsəm, tanımasam da özümü çox pis hiss elədim.
Bakıya dönərkən anamın könlünü açmaq üçün şəhərdə ürəyimə yatan bir qız tapdığımı söylədim.
***
Nahar fasiləsində iş yoldaşımla yenə kafedə idik. İki gündü qızı görmürdüm. Özümə söz vermişdim ki, necə olur-olsun bu gün ürəyimi ona açmalıyam!
Tərslikdən qızlar gözə dəymirdilər.
Nahar fasiləsi başa çatsa da gəlib çıxmadılar. İş yoldaşımdan ayrılıb onları kafenin qabağında bir xeyli gözlədim.
– Ürəyini sıxma, yəqin nəsə vacib bir işləri çıxıb. – Dilxor halda qayıtdığımı görən iş yoldaşım təskinlik verdi.
Mən də o cür fikirləşirdim.
Səhərisi rəfiqəsi kafedə yaşlı bir qadınla göründü. Daha mən özümü saxlaya bilmədim. İrəli durub qızı xəbər aldım.
… Mənim aşiq olduğum qız anamın gözaltıladığı qız imiş.
-
Mais Təmkinin yeni kitabı işıq üzü gördü
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinin ikincisi olmuş, şair, publsist Mais Təmkinin “İlhamlı günlərin nəğməsi” adlı kitabı 2014-cü ildə Bakı şəhərində “Nərgiz” Nəşriyyat Poliqrafiya Mərkəzi tərəfindən 72 səhifə olmaqla, işıq üzü görüb.Kitabın redaktoru və ön sözünün müəllifi Akademik M.Mehdizadə adına və Qızıl qələm mükafatları laureatı, Respublikanın Təhsil əlaçısı Hidayət Musabəylidir.
Poema Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyeva həsr olunub.2003-2010-cu illərdə qələmə alınıb.Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür.Geniş oxucu kütləsi üçün nəzərdə tutulub. -
Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər
* * *
Dağın pıçıltısını,
Eşitmir kar olan qulaq.
Görmür gözlər,
Çəkir başa,
Çəkir başa bəyaz duvaq.
köksündə qayanı görür,
Çınqılı boz daşı görür,
Bilmir, bilmir çox heyif ki..
Dağın da qəlbi döyünür.
Dağın nəfəsi kəslir,
Bağırır səsi kəsilir.
Çağırır səsi gəlmir heç,
danışan çağı kəslir.
Görmür kor olan gözlər,
Eşitmir kar olan qulaq.
Öz özünə deyir susur,
O səsi geyinir dərə,
O səsi geyinir bulaq.
Sular dəyir çınqıllara…
Bəlkə dağın səsi elə,
Bu cür, bu cür eşidilə.Bütün aləm yığışıb
Boynumda bitib ağac,
Torpağa budaq atıb,
Iki budaq havada,
Ikisi qucaq açıb.
Hər budağın beş çiçək,
Beş yaşıl yarpağı var.
Ağacın gövdəsində,
Suyu var, torpağı var.
Fəsil bahar istisi,
Fəsil qışın şaxtası.
Həm yay ətri qoxuyur,
Həm də payız havası.
Dörd fəsil bir fəsildə,
Bir fəsil dörd fəsildə.
Min ahəng var,min rəng var,
Bu gövdədə, bu sirrdə.
Göyün də, ahəngi var,
Yerin də, ahəngi var.
Bütün yad cisimlərin,
Bu gövdədə rəngi var.
Sinədə damar-damar,
Okianlar parçalanıb.
Yerə pərçim olunmuş,
Dağlar, daşlar dolanıb.
Göylərin parıltısı,
Boyundan az yuxarı,
Əks etdirir üzündə,
Günəşi, ulduzları.
Ağacın kökü yumru,
Ucalıb göyə tərəf.
Görnüşü çox balaca.
Bütün planetləri,
Bütün hərəkətləri,
Yığıb ovcuna tərəf.
Baş qoyub min bir aləm,
Min aləmin dizinə.
Bütün aləm yığışıb,
Bir aləmin gözünə. -
Məhəmməd Yolçuzadəni doğum günü münasibətilə təbrik edirik! (29 oktyabr 2000-ci il)
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyətinin Fəxri üzvünü doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Yolçuzadə Məhəmməd Yolçu oğlu 2000-ci il oktyabr ayının 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.2006-cı il sentyabr ayının 15-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki 320 saylı orta məktəbin birinci sinfinə gedib.Fənlər üzrə müxtəlif olimpiadalarda birincilik qazanıb və mükafatlandırılıb.
-
Sevinc Həmzəyevanı doğum günü münasibətilə təbrik edirik (29 oktyabr 1977-ci il)
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyətinin Fəxri üzvünü doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Sevinc Həmzəyeva(Sevinc Səyyad qızı Həmzəyeva) 1977 – ci il oktyabr ayının 29-da anadan olmuşdur. 1984-1994 – cü illərdə orta məktəbdə oxumuş, 1995 – ci ildə ADPU–nun Filologiya fakültəsinə daxil olmuş, 1999 – cu ildə həmin universitetin bakalavr pilləsini, 2001–ci ildə isə “Antik ədəbiyyat” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində dərc olunub.2012-ci ilin oktyabr ayının 6-dan Azərnbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvüdür.
2001 – ci ildən Sumqayıt Dövlət Universitetində Filologoiya fakültəsində işləyir.2003 – cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində əyani aspiranturasına qəbul olmuş, 2006 – cı ildə prof. Vaqif Arzumanlının rəhbərliyi ilə “Azərbaycan – ingilis ədəbi əlaqələrinin inkişafında bədii tərcümənin rolu” adlı dissertasiyasını aspirantura müddətində tamamlamış və şöbəyə təqdim etmişdir. Hazırda həmin şöbənin əməkdaşıdır. Eyni zamanda Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsində dekan müavinidr, filologiya üzrə fəlsəfə doktorudur. Onlarla elmi məqalənin müəllifidir. Həmçinin dövri mətbuatda da yazıları ilə çıxış edir.* * *
Rəqs edək…
Musiqisiz, çalğısız,
Qəlbimizin ahənginə…
Əvvəl baxışların
baxışımı qucaqlasın…
Nəzərlərdə qovuşaq…
Çəkmə məndən gözünü
Həkk olunum bəbəyinə…
Sonra…
əllərimdən tut…
barmaqlarını
bircə –bircə oxşayım…
Bircə – bircə öpüm baxışlarımla…
Yanağına toxunum
Ovcumun istisinə
Alışsın üzün, eşq ilə…
Sonra…
Rəqs edək
Qəlbindən süzülən nəğməyə
Dodaqların incə –incə təmasında
Duyğularımla baş – başa
Sarmaşıb sənin duyğularına
Rəqs edək…
Sonra, içimə çəkim səni bir udum nəfəs kimi
Sonra, içinə çək məni
Sənə həyat verən
Bir məlhəm kimi…2008
* * *
İçimi didən həsrətin
Könlümü üzən həsrətin
Az qala…
Məni sevdi həsrətin
Səndən də çox…Yarım oldun
Bağrımı yaran oldun
Xatirəmə həkk olunub
yadım oldun
Hərdən doğmadan doğma…
Hərdən ögey, yadım oldun…Hər anımda anılan…
Hər yanımda duyulan
Yandırdıqca…
Həsrətinə sarılan
Nəvazişim, mehrim, şəfqətim…
Sənə həsrət
Özüm kimi…2008
* * *
Sən – həsrətlər içindən
Sevgiyə bürünüb gəldin
Sən – hicranın içindən
vüsala çönüb gəldin
Ayaz vurmuş budaq üstə
Tumurcuğa dönüb gəldin
Günəş boyda şəfəq olub
zülmətləri dağıtdın…Fərəh olub qəhərimi
bir gülüşlə yox etdin
Nəğmə olub hər sözümü
musiqinlə dindirdin
Ruhum olub bu canımda
varlığımı diriltdin
İnam oldun! Öz eşqinlə
şübhələri dağıtdın…2010
-
Mayisə ƏSƏDULLAQIZI.”Qızım, bu bağa girmə…” (Yeni şeir)
(Həyati bir hekayə, olmuş bir əhvalat, 80 yaşa yaxın ahıl bir babanın dedikləri)
Qızım, sənin nur saçan, bu mələk çöhrən mənə
Elə əziz gəlir ki……
Elə bil, haradasa dəqiq görmüşəm səni…
Elə bil ürəyimə yaxın bilmişəm səni….
Elə bil ki, leysanlı, çiskin payız gecəsi,
Qaranlıq gümanıma günəş bilmişəm səni…
Qızım bu bağa girmə…
Bilmirsən axı qızım, bu bağa kimlər girir,
Kimlər çıxır bu bağdan?!
Yəqin inanmısan sən,
O insanın iblistək verdiyi vərdlərinə,
Ey mələksima qızım,
Amma bələd deyilsən, onun əməllərinə!!
İnanmısan sən onun saxta şirin dilinə!!
Qızım, girmə bu bağa….
Bu bağın bağbanıyam,
Qoca, ahıl insanam.
And olsun tək Allaha,
İndiyədək buraya gələn bir kimsəyə də,
“Qurtul” deməmişəm mən,
Elə bildim Aysan sən,
Başdan –başa nursan sən!!
Qurtul qızım, qaç qızım….
Sənin gələcəyin var,
Günəştək nur saç qızım.
Noolsun, imkanlıdı?
Həm də ki, arxalıdı?
Neçə qadının gözü yaşlı qalıb a qızım,
İnandığın o insan,
Neçə qızı bu bağdan yola salıb, a qızım!!!
Qaç get qızım….
Nə qədər ki gec deyil,
Qurtul qızım, nə qədər ki, gec deyil!!! -
Rafiq ODAY.”Sən niyə bu qədər doğmasan mənə…” (Yeni şeir)
Sənin üçün
Qəlbindən qəlbimə nur axını var,
Qəribə hisslərin gur axını var.
Her şeyin bir uzaq, bir yaxını var,
Sən niyə bu qədər doğmasan mənə?!Bircə yol baxdınmı geriyə dönüb,
Bu yerin üstündə, göyün altında?
Bir həzin bir kövrək ürəyə dönüb,
Döyün bu sinəmin, döyün altında, –
Sən niyə bu qədər doğmasan mənə?!Gördünmü gözümdə sökülən danı,
Duydunmu səsini lal harayların?
Yağışa bələnər gözümün qanı,
Çilənər üstünə sal qayaların, –
Sən niyə bu qədər doğmasan mənə?!Dərdim batmanlara tən gələr, keçər,
Gözümə vədəsiz çən gələr, keçər.
Hələ əllərinə əlim yetməmiş,
Həsrət ürəyimi çəngələr, keçər, –
Sən niyə bu qədər doğmasan mənə?!Bir ümid qapımı döyə bir səhər,
Bir ilğım aldanış gətirə, qoyma.
Qəmlə dil taparam bəlkə birtəhər,
Xiffətin ömrümü bitirə, qoyma, –
Sən niyə bu qədər doğmasan mənə?!Zəncirdən, buxovdan aç əllərimi,
Sığala, tumara ac əllərimi.
Sən mənə yaşamın yolunu göstər,
Mən qovum qapıdan əcəllərimi, –
Sən niyə bu qədər doğmasan mənə?!Çox şükür, döyüldü bu qapı yenə,
Çox şükür, sən idin gələn, əzizim.
Qoyma ürəyimi həsrətlə dinə,
Sevgi ol, ruhuma ələn, əzizim, –
Sən niyə bu qədər doğmasan mənə?!26.10.2014.
-
Gülnarə İSRAFİLQIZI.”İşıqçı” (Yeni şeir)
Dirəkdən asıblar məftili,
İntihar edibmiş kimi.
Otağın lampası sükuta qərq olub,
Ayrılıb sevdiyindən.
Həsrətini çəkir məftilin.
Boynunu yaralayıb qayçı iki gündür.
İnsafsız işıqçı…
Hardan bilsən ki, intiharı?
Qaralıb lampa.
Şam işığı işıqlandırmır üzünü.
Zəng etdik,
Yollarda ilişib qalıb, yəqin tıxacdır yollar.
Məsafələr uzanır.
Yollar layla çalır…işıqçıya
Hər gün gəlirik, indi gəlirik, gəlib çıxmır ki, çıxmır.
Daha gəlməsədə olar.
Gözümüz qonaq edib qaranlığı.
Qonşudan bir adam çağırıb,
Məftili lampaya qovuşdurarıq.
İşıqlandırar sevgi evimizi.
İşıqçı, sən isə yollara aşiq ol,
Yollar sənə aşiq olan kimi. -
Saqif Qaratorpağı doğum günü münasibətilə təbrik edirik! (26 oktyabr 1963-cü il)
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Hüseyn Arif” Ədəbi Birliyinin Başkanını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvünü doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Saqif QARATORPAQ (Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazax (indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.
Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Şeirləri “Ziyalı Ocağı”,“Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”,”Elimiz.günümüz”, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində, “Türkün səsi” dərgisində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvdür.”Hüseyn Arif” Ədəbi Birliyinin sədridir.”Şamın kölgəsi” (Bakı, “Adiloğlu”, 2006) ,“Bir könül varağında” (Bakı, “Ünsiyyət”, 2012), “Üç addım…” (Sumqayıt, “Bilik”, 2014) şeirlər kitabının müəllifidir. -
Kamran Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989)
Kamran AYDINOĞLU (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2012-ci ildə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalını (Ədəbiyyat-Az.Com), 2013-cü ildə Gündəlik İnformasiya Agentliyini (Gundelik.İnfo) təsis edib.Gənc yazarlar Gülnarə İsrafilqızının, Fidan Abbasovanın, Teymur Həbibinin, Kənan Aydınoğlunun şeirlərini Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edib.Məqalələri “Təzadlar” qəzetində, shahbulaq.az vehdet.org, carci.az, edebiyyat-az.com. gundelik.info portallarında dərcolunub. “Hüseyn Arif” Ədəbi Birliyinin üzvüdür.
-
Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989)
Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür.
-
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
BİLMİRSƏN
Ey ürək nə üçün gizlədiyini,
Sən özün özünə aça bilmirsən.
Elə yerindəcə hey çırpınırsan,
Bu acı taleydən qaça bilmirsən.Bilirəmki, için kədərlə dolub,
Arzuların gül tək saralıb, solub.
Söylə, axı neyçün bir quşa dönüb,
Badağdan budağa uça bilmirsən.Narahat olursan mənimçün bəzən,
Yaman düşünürsən olub, keçənnən.
Ülə sevirsənki, insanları sən,
Yaxşını, yamannan seçə bilmirsən.Darıxırsan bizə nəsə olanda,
Içində gizlənir doğru, yalanda.
Səninlə ikimiz tənha qalanda,
Fikirli aləmdən köçə bilmirsən.Açıb öz yolundan qara tilsimi,
Sil öz yaddaşından kədəri, qəmi.
Öz oduna yanan aşiqlər kimi,
Niyə eşq badəsi içə bilmirsən.Zeynəbəm, bilmirəm nə deyim sənə,
Düşmüsən bir acı hicran əlinə.
Yaman pərişansan gördüklərinə,
Vüsaldan, sevgidən keçə bilmirsən.YANDIRIR MƏNİ
Özüm Dərbənddəyəm, ürəyim orda,
Cənnətməkan yerlər qalıbdır darda.
Düşmən göz dikibdir o gözəl yurda,
Qarabağın dərdə yandırır məni.Kaş məndə göreydim cənnət yerləri,
Şuşanı, Ağdamı, o Kəlbəcəri.
Allah, o diyarı sən qaytar geri,
Qarabağın dərdi yandırır məni.Yaman nalə çəkir, ustad Üzeyir,
Məni yad ayağdan qurtarın deyir.
O gözəl torpağda özgə yeriyir,
Qarabağın dərdi yandırır məni.Görmürük nə qalıb o gözəl yerdə,
Çəkiblər araya bir qara pərdə.
Dözə bilməyirik daha bu dərdə,
Qarabağın dərdi yandırrır məni.Divarlar yıxılıb, evlər sökülüb,
Küçələr boyunca qanlar tökülüb.
Elimin, obamın qəddi bükülüb,
Qarabağın dərdi yandırır məni.Əldən gedib neçə kənd, neçə şəhər,
Şirin bulağlara qatılıb zəhər.
Xalqım dözür buna elə bir təhər,
Qarabağın dərdi yandırır məni.Ürəyim göynəyir adı gələndə,
Elə bu dərd gəzir elin dilində.
Düşmən at oynadır onun çölündə,
Qarabağın dərdi yandırır məni.Anlaya bilmirəm bu haqsızlığı,
Görəsən necədir Isa bulağı.
Ölməmiş göreydim kaş o torpağı,
Qarabağın dərdi yandırır məni.Sovrulub torpağı, ocağı, daşı,
Sıldırım qayalar tökür göz yaşı.
O namərd qonşular, pis tutdu işi,
Qarabağın dərdi yandırır məni.Zeynəbəm, ürəyim ağlayır mənim,
Damarımda qanım çağlayır mənim.
Bu həsrət qəlbimi dağlayır mənim,
Qarabağın dərdi yandırıt məni.DÜNYA
Doğolannan kor olmuşam,
Kor olasan səni dünya.
Dərd çəkməkdən yorulmuşam,
Yorulasan səni dünya.Az idi mi çəkdiklərim,
Tikan bitir əkdiklərim.
Dagılırlar tikdiklərim,
Dağılasan səni dünya.Həsrət ilə yordun məni,
Hər yetənnən sordun məni.
Zərrə zərrə qırdın məni,
Qırılasan səni dünya.Sən Zeynəbi, yaratdın tək,
Qoydun zülümnən təkbətək.
Ölürəm, mənə kəfən tək,
Sarılasan səni dünya. -
Nüsrət HƏSƏN.”Mədəni insan” (Yeni şeir)
Məhşərə gedənin əzabdır yükü,
Günahla doldurur kəfəni insan.
Hansı tərəziyə sığışar bu dərd,
Satırsa “bazarda” bədəni insan.Getdikcə hər şeyi robotlaşdırır,
Oyuncaq meyvələr ağıl çaşdırır.
Ayaq dəyən yeri asfaltlaşdırır
Betona döndərir çəməni insan.Dünən yüz yaxşılıq etsən birinə
Əlini uzatsan dərdi-sərinə
Bu günsə bir pislik gətir yerinə
O saat unudar dünəni insan.Vətəni sevməyən döyüşə gəlməz
Ölü tək yaşayar, nə olsun ölməz.
Burada qeyrətdən söz gedə bilməz
Satırsa düşmənə vətəni insan.Arxamdan izimi silməyim gəlir
Saxta “hörmətimə” gülməyim gəlir.
Dirini görəndə ölməyim gəlir
Müqəddəs eləyir öləni insan.Namusa-qeyrətə verilmir dəyər.
Yenə daş dövrünə qayıdır bəşər.
Soyunmaq mədəni olmaqsa əgər,
Meymundu hamıdan mədəni “insan” -
Debüt: Əntiqə SƏMƏNDƏR (Ağdam rayonu).Yeni şeirlər
TƏRCÜMEYİ-HAL
Əntiqə SƏMƏNDƏR (Muradova Əntiqə Səməndər qızı) 1994-cü il may ayının 16-da Ağdam rayonunda anadan olub.2001-2012-ci illərdə Xətai rayonu 58 saylı orta məktəbə təhsil alıb.2012-ci ildə Bakı Slavyan Universiyetinin Pedaqoji fakültəsinə qəbul olub.Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinin məzunudur.
Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimidir.
2008-ci ildə “Can Qarabağım”adlı şeir kitabı çapdan çıxıb.2009-cu ildə təhsildə göstərdiyi uğurlu nəticəyə görə fəxri fərmanla təltif olinub.2010-cu ildə “Şair dostlar”adlı şeir kitabı çap olunub.2011-ci ildə “Ədalət və Həqiqət “qəzetində müxbir işləyib.Daha sonra “Bütöv Azərbaycan “qəzetində xüsusi müxbir işləyib.”Məcməüş-şüara”ədəbi məclisinin katibidir.”Son söz “qəzetində xüsusi müxbir işləyir.* * *
Mən içimdən kiçilirəm,
Bölünürəm hissələrə,
budaq-budaq…
Hopuram sözlərinə
yaz məni, dostum.
varaq-varaq…
Alnımdan yere düşüb,
Sımıbdı alın yazım,
qırıq-qırıq.
Səni duymağa nə var ki,
Üzündə yazılıb,
Taleyin sənə verdiyi
-bir ömür əzab.
Səni görməyə nə var ki?
Gözündə gizlənib,
Taleyin səndən aldığı,
-bir anlıq sevinc.* * *
Bütün sözlə oynayıram,
Bircə cümlə qurmaq üçün.
Bir bəhanə axtarıram,
Ürəyini qırmaq üçün.Oyunda daşı gizlətdim.
Səni yaman çox gözlətdim.
Ehh..daha nələr etdim? …
Burda səni yormaq üçün. -
Gənc xanım yazar Gülnarə Sadiqin kitabı Qardaş Türkiyədə işıq üzü görəcək
Qələm əhlinin özünə məxsus nəfəsi, ruhu olur. Bu insanlar digər insanlardan çox fəqlənir. Həddindən artıq həssas ,tez küsən, tez qarşı tərəfi bağışlayan olurlar. Allah qatında da, seçilmiş, üstün şəxslərdir. Bu gün sizə Gülnarə Sadiq haqqında söhbət açacam. Onun şeirləri ilə Carçı.az sayıtında işləyəndə tanış olmuşdum. Şeirlərində yeni ruhun çalarları vardı. Sonra özü ilə də, yaxından tanış olduqda insani keyfiyyətlərin yaradıcılığı ilə üst-üstə düşdüyünün şahidi oldum. Sizə Gülnarə xanım haqqında qısa məlumat vermək istəyirəm ki, yaxından tanıyasınız.
Gülnarə Sadiq (Qasımova ) Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub. İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət Universitetinə qəbul olub. 2006-cı ildə həmin Unuversiteti bitirib.Uşaqlıq illərindən şer yazmağa başlayıb. Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında dərc edilib.Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olub. Hal-hazırda www.vehdet.org saytının drektorudur.
Sevindirici haldır ki, Gülnarə xanımın şeirləri qardaş Türkiyədə Dünya Türk yazarlar birliyinin Bursa filalında, ”Altın Kalemler” antalogiyasında və bir sıra qəzet və jurnallarda dərc olunub.
Gülnarə xanımın şeirləri ilk dəfə, türkiyənin mədəniyyət və incəsənət xadimi Ərdəm Can adlı şəxs tərəfindən bəyənilib. Ərdəm Can bəyin öz dilindən bir parçanı sizə təqdim edirəm.
“MÖCÜZƏM MƏNİM” Bu şeiri ilk dəfə oxuyanda düşündüm ki, bunu yazmağı bacaran kalp büyük olmalı. Elə də oldu zatən Gülnarə Sadiq kendi şeirləri ilə bunu mənə sübut etdi. O gündən bu yana neçə-neçə deyişmələrimiz oldu və hər birində sadə, anlaşılır terzdə verdiyi cavablarla istedadını göstərdi…”
Erdem Can.
Onu da deyim ki, Ərdəm Can bəyin özü də, kifayət qədər qızıl və gümüş medallar, mükafatlar əldə etmiş, Almanyada, Türkiyyədə, Belçikada hər kəs tərəfində sevilən, hörmət olunan sənətçidir. Türk dünyası, aşıq sənətində gənclərin yetişməsinə vəsilə olub. O, 12 CD, 24 kaset, “QURBET ÇİÇƏYİ” adlı kitabın müəllifidir.
Bu yaxınlarda Ərdəm Can bəylə Gülnarə Sadiqin birlikdə kitabı işıq üzü görəcək. Bu istedadlı xanımımıza uğurlar diləyirəm və ürəkdən təbrik edirəm.Ərdəm Can bəyə də uğurlar və təşəkkürlərimi bildirirəm. İndi isə kitabın ərsəyə gəlməsinə və Ərdəm bəylə tanışlığa səbəb olan şeir parçasını sizə təqdim edirəm.
Möcüzəm mənim!
Sən mənim ömrümün payız çağında
Açan tər çiçəksən sevda bağımda.
Sən mənim könlümün solan anında
Gələn nəfəsimsən,möcüzəm mənim.Sən mənim dünyamsan,öz dünyam mənim,
Gecikmiş olsa da,öz sevdam mənim,
Gizli məhəbbətim,öz eşqim mənim,
Vuran ürəyimsən,möcüzəm mənim.Sən yanan qəlbimə səpilən susan,
Canını itirmiş ruha bir cansan,
Qaranlıq dünyamın sən işığısan,
Doğan günəşəimsən,möcüzəm mənim.Gülnarə İsrafilqızı.
-
Əlirza HƏSRƏT.”Sənə çiçək dedim, xəbərin olsun” (Yeni şeir)
…Tumurcuq gözləri gülür baharın,
Bənövşə ah çəkir kolun içində.
Diksinib boylanır ayaq izlərim,
Arxamca uzanan yolun içində.Şəklimiz çəkilib quzey qarına,
Bu sevda dağın da gələr karına.
Ovcunu tutmusan göz yaşlarına,
Hələ oynayırsan selin içində.…Gəl qucaq qollarım çəpərin olsun,
Çəpərdən keçməyə təpərin olsun.
Sənə çiçək dedim,xəbərin olsun,
Bu qədər çəmənin,gülün içində. -
Hikmət MƏLİKZADƏ.”Eşq dərdin sonuncu mərtəbəsidi… (Yeni şeir)
Eşq dərdin sonuncu mərtəbəsidi…
Qəlb ora adamı dillə çıxardır.
Yuxuda gördüyüm alagöz gəlin,
Göz yummur, elə bil çillə çıxardır.Mənim də içimdə eşq odu sönüb,
…Eh, mənə bu kəndin havası düşmür.
Anam ocaq çatır, külək söndürür,
Anamla küləyin davası düşmür…İştahı çoxalır qonşu qızın da,
Az qalır çəpərdən tullanıb, gəlsin.
…Ruhuma deyin ki, ürək tab etmir,
Getsin, yad şəhərdə pullanıb, gəlsin. -
Gənc yazar haqqında yeni sayt istifadəyə veriləcək
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun yeni-ədəbi-bədii yaradıcılığından bəhs edən portalı istifadəyə veriləcək.
Portal “Özgeçmiş”, “Poeziya”, “Nəsr”, “Dramaturgiya”, “Publisistika”, “İslam”, “Ön sözlər”, “Publisistik qeydlər”, “Kitablar”, “Görkəmli şəxslər gənc yazar haqqında”, “Fotoqalereya” bölmələrindən ibarət olacaq.
Qeyd edək ki, gənc yazar Kənan Aydınoğlu bundan öncə Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən bir çox mədəniyyət və ədəbiyyat portalların həm informasiya, həm təşkilati, həm də maliyyət dəstəyi ilə layihələri gerçəkləşdirməkdə öz töhfələrini vermişdi. -
Yazıçı Eyvaz Zeynalovun “Berceste” dərgisində hekayəsi çap olunub
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvü, “Tələ”, “Bələdçi” romanlarının müəllifi, yazıçı Eyvaz Zeynalovun Türkiyədə çıxan aylıq “Berceste” dərgisində “Kaysı ağacı” (“Ərik ağacı”) adlı hekayəsi yayımlanıb. Hekayəni Türkiyə türkcəsinə Ömər Küçükmehmetoğlu çevirib.
-
Gənc xanım yazar Gülnarə Sadiqin şeirləri Türkiyədə antologiyada işıq üzü görəcək
“ “MÖCÜZƏM MƏNİM”
Bu şeiri ilk dəfə oxuyanda düşündüm ki, bunu yazmağı bacaran kalp büyük olmalı. Elə də oldu zatən Gülnarə Sadiq kendi şeirləri ilə bunu mənə sübut etdi. O gündən bu yana neçə – neçə deyişmələrimiz oldu və hər birində sadə, anlaşılır terzdə verdiyi cavablarla istedadını göstərdi…”
Erdem Can
“Ilk dəfə Erdem bəy mənə birlikdə kitab çıxarmaq istəyini bildirəndə çox sevindim. Milli mənəvi dəyərləri bir iki türk övladının birlikdə ərsəyə gətirdiyi bu layihə gözəl olacaqdı. Almanyada, Türkiyyədə, Belçikada hər kəs tərəfində sevilən, sayqı duyulan bir sənətkarla bir çərçivədə yer almaq çox qürur vericidi…”
Gülnarə Sadiq
Erdem Can – 12 CD, 24 kaset, “QURBET ÇİÇƏYİ” adlı kitabın müəllifi, çoxlu sayda mükafatlar almış, müxtəlif illərdə mütəlif kanallarda ədəbi verlişlərin sunucusu olmuş, dəfələrlə aşıq deyişmə festivallarının qalibi olm
\
uş – qızıl, gümüş medallarla təltif olunmuşdu. 12 dən çox türk dünyasına aşıqlar yetişdirmiş.Türkiyyə cumhuriyyətinin mədəniyyət və incəsənət xadimidir. -
Debüt: Aydın ƏLİYEV (Bakı şəhəri).Yeni şeirlər
Aydın Əliyev 1996-cı il sentyabr ayının 8-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2003-2014-cü illərdə Bakı şəhəri 221 saylı orta məktəbdə təhsil alıb.2014-cü ildən Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
* * *
Elə bilmə asan gəlməsin sənə,
Məni ürəyindən silə bilməzsən,
Bir könül sındırıb , agladıb yenə,
Özün qəhqəhəylə gülə bilməzsən,Deyirəm sevgidə gəl vəfalı ol,
Ya belə yaşa , yada saral sol,
Budur Sirattək bircə dənə yol,
Getsən bir daha dönə bilməzsən,Aydınam eşqimin kamanı var, tarı var,
Həm vəfalı, həm vəfasız yarı var,
Yaza bel baglama boran , qarı, var,
Verərsən ömrünü yelə bilməzsən23. 09. 14
* * *
Məni intizarda çox buraxmısan,
Söylə susmağının səbəbi nədir?
Sevgindən, o qədər çox danışmısan,
İndi susmağının səbəbi nədir?Şirin xəyallarım məni tərk edib,
Yumşaq sözümü alıb,bərk edib,
Sözümü anlayıb gözəl, dərk edib,
Söylə susmağının səbəbi nədir?Vəfasız deməklə ürək soyumaz,
Bu dövran keçər belə də qalmaz,
Dinməsən bilirsən Aydın yaşamaz,
Söylə susmağının səbəbi nədir?06.10. 14.
-
Müsahibimiz şair, jurnalist Rəşad Məhəmmədoğludu
Salam! Bu gün mən qələminin ucuyla qəlbini ifadə edən əslən gözəl Qarabağ torpağının dilbər rayonlarından olan Cəbrayıllı gənc yazar Rəşad Məmmədoğludan aldığım müsahibəni Sizlərlə paylaşmaq istərdim.
– Yaradıcılığa neçə yaşından başlamısınız?
– Mən yaradicılığa 1989-cu ildən başlamışam. İlk şerim 1989 -cu ildə sovet vaxtı şagirdlər və tələbələr üçün dərc olunan “Azərbaycan pioneri” qəzetində dərc olunub
– Şer sənin üçün nə deməkdir?
– Şer mənimçün insanın oxucuya çatdırdığı yaşadğı duyğularıdı. İkinci həyatdı
– Şer dünyası varmı? Varsa hamının olduğu dünyadan necə fərqlənir?
– Bəli, Var. O dünyanı seyr edən şairlərmiz olsa da İndi o seyricilər azdı. Şer dünyasını daim seyr edənlər adi şer yazanlar və poeziya həvəskarlarıdı. Şer dünyasının sakini olmaq isə xalqın şairi olmaq deməkdi.
– İlham pəriniz Sizi ən çox nə zaman ziyarətə gəlir?
– Şer dünyasının bu dünyadan fərqi odur ki, şer dünyasını hiss etməyənlər həyata real baxır. Görüb düşdüyüb bir izdikamlı hadisəni xəyal edən zamanda.
– Şer yazmaqda sizə ilk dəstək kim olub?
– Şer yazmaqda mənə ilk dəstəyi o vaxt, ədəbiyyat müəllimim Kamal müəllim və tarix müəllimim Zakir müəllim dəsdək olub.Hər ikisinə borcum və hörmətim böyükdü.
– Çox insan düşünür ki, şairlər öz düşüncələrində utopik fikirlər daşıyırlar nə dərəcədə doğrudur?
– Şairlərin sözə,düşüncəyə və bir hadisəyə olan baxışları, fikirləri obyektivdir. Utopik bir az qabarıq səslənir.
– Ən sevdiyiniz şeriniz və tarixçəsi?
– Mən bütün şerlərimi sevirəm. Əgər bir şer mənim düşüncəmin məhsuludursa güclü, zəif də olsa özümündür.
– Oldu. Çox sağ olun. Təşəkkür edirəm. Sizə yaradıcılığınızda uğurlar bol enerji arzulayıram. -
Müsahibimiz gənc yazar İlkin Abbasdı
Salam, Əziz oxucular! Bu gün gənc yazar, duyğulu qəlb sahibi İlkin Abbasla həmsöbhət olduq. Bu müsahibəni Sizlərə təqdim etmək istərdim. Buyurun. Gözəl şerlər müəllifini daha yaxından tanıyaq.
– Yaradıcılığa neçə yaşından başlamısınız?
– Bədii yaradıcılıga 2010 cu ilde yazdığım ”Azərbaycan dili” adlı şeirlə başlamışam və bu mənim həyatımda bir dönüş oldu.
– Şer sizin üçün nə anlam verir
– Bilirsiz, şeir biz ədəbiyyat adamlarının – şair və yazıçıların həyatının bir parçasına çevrilib. Bir parça kağıza duygu və düşüncələrımızı yazmaqla qəlbımızın dərınliklərındən gələn sozlərı ifadə edirik… Ona görə də mən deyərdim ki, şer mənim özümü ifadə edir.
– Şer dünyası varmı? Varsa hamının olduğu dünyadan necə fərqlənir?
– Əlbəttə var. Şeir dünyası elə bir dünyadır ki, orda Allahın seçdiyi xususi insanlar yer alıb. Hamının yer aldıgı dünyadan ən böyük fərqi də elə budur. Şeirin özü məxsusi bir dünyadır ki, bu dünyada yer almaq hər insana nəsib olmur.
– İlham pəriniz Sizi ən çox nə zaman ziyarətə gəlir?
– Dərdli qəmli vaxtlarımda… Bu da əsasən gec saatlara təsadüf edir. Saat 2-3 , bəzən də daha gec.
– Şer yazmağa ilk həvəsləndirən kim olub?
– İlk həvəsləndirən Yaşadığım acı taleyim olub. Ondan sonra yurd sevgisi, vətən həsrəti, torpaq özləmi, ve digər şeyler olub. Şairlik ele bir hissdir ki, sırf ürəklə baglıdır. Üreyin ne zaman dolur, qeherlenir, yazırsan. Şeirin məkanı və zamanı olmur.
– İlk dəstək kim verib?
– İlk dəstək kimi meyxana ilə başlanılıb .. Bunun üçün ustadım qəzəlxan – İman Əlioğluna minnətdaram.
– Çox insan düşünür ki, şairlər öz düşüncələrində utopik fikirlər daşıyırlar, xəyallar dünyasında yaşayırlar. Nə dərəcədə doğrudur?
– Əslində düzgün düşünürlər. Var xəyali şair – sadəcə xəyal dünyasına bas vuraraq yazırlar. Bir də var ki real şair yaşadığını yazir .. Mənim kimi.. Məncə elə şair nə yaşayıbsa onu qələmə alsa, daha məqsədəuyğun olar.
– Ən sevdiyihiz şeriniz və tarixçəsi?
– Bütün yazılarım mənə doğma və əzizdir. Çünki ayrı ayrılıqda məni ifadə edirlər.. Amma sırf birini seçmək gərəkirsə, ”Ana” adli şeirimi seçərdim ki, o da ötən il yazılıb. Bu arada bütün anaların qarşısında baş əyirəm
– Təşəkkürlər və uğurlar! Sizə də əziz oxucularımız minnətdaram ki, dəyər verib oxudunuz. -
“Bölgələrdən səslər” kitabının ikinci hissəsi işıq üzü görüb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində “Bölgələrdən səslər” kitabının ikinci hissəsi “Nurlan” nəşriyyatı tərəfindən işıq üzü görüb.Layihənin rəhbəri DGTYB Yönətim Kurulunun başqan yardımcısı, gənc xanım yazar Əfsanə Bayramqızıdır.Lahiyə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan istedadlı gənc yazarların özkeçmişləri, ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanaraq kitablaşdırılıb.Kitabda yer alan yazıları toplayıb, tərtib edib, nəşrə hazırlayanlar DGTYB üzvləri, gənc yazarlar Şəfa Vəli, Tural Adışirin, Gülnar Səma, İntiqam Yaşar, məsləhətçiləri AYB üzvü Əlirza Həsrət, DGTYB YK başkanı, gənc yazıçı-dramatuq Rəvan Tohidoğlu DGTYB Təsisçilər Şurasının üzvü, şair, jurnalist Dəyanət Osmanlı, redaktorları isə DGTYB Təsisçilər Şurasının başqanı, yazıçı-publisist Əkbər Qoşalı, DGTYB Təsisçilər Şurasının üzvü, dosent, dr. Rəsmiyə Sabirdir.
Qeyd edək ki, “Bölgələrdən səslər” kitabının birinci hissəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində 2013-ci ildə “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 240 səhifə olmaqla 500 tirajla dərc olunub.Layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, tərtibçisi Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi Rəsmiyyə Sabir, redaktorları Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşən Əzim, məsləhətçilər Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlirza Həsrət, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Məmməd Alim, Azərbaycan Yazıçılar Birliyinin Şəki Bölməsinin sədri Vaqif Aslan, Azərbaycan Yazıçılar Birliyinin Quba Bölməsinin sədri Ramiz Qusarçaylı, texniki redaktoru Bahar İsmayılova, üz qabığının tərtibçisi Nəvai Metindir.Kitabda 28 rayon və şəhərimzdən 75 gənc qələmin yazıları yer alıb. Onların bir çoxu respublika səviyyəsində ilk dəfə təqdim olunub.“Bölgələrədn səslər” respublikanın aparıcı kitabxanalarına pulsuz paylanıb.Fidan ABBASOVA,
Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru. -
“Atatürkün Azərbaycan siyasəti (öz dili ilə)” kitabı işıq üzü gördü
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mustafa Kamal Atatürkün Azərbaycan siyasəti haqqında tədqiqatlar və nəşrlər” layihəsi çərçivəsində “Atatürkün Azərbaycan siyasəti (öz dili ilə)” kitabı “QHT” nəşriyyatı tərəfindən 96 səhifə olmaqla, 1000 tirajla işıq üzü görüb.
Layihənin rəhbəri Azərbaycanda Atatürk Mərkəzinin Baş redaktoru, “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri, şair, jurnalist Dəyanət Osmanlıdır.Kitabın redaktoru Şahyəddin Əliyevdir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün nitq, çıxış və mülahizələri əsasında hazırlanmış kitab-toplu böyük öndərin Azərbaycan siyasətini əks etdirir.Kənan AYDINOĞLU,
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri. -
“Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir”
Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrand müsabəqəsində qalib olmuş Şirinov Qabil Ədalət oğlunun “Vətən sevgisi sərhəddən başlamır sərhəddə bitmir” adlı, layihəsinin icrası davam edir. Layihənin icrası üçün vətənpərvərlik ruhunda yazılmış şerlərdən ibarət kirabça çap olunacaq. Buklet və digər vətən sevgisi təbli edən materiallardan istifadə oluacaq. Təbliğat materialları gənclər fondununmaliyyəsi hesabına çap edilərək tədbirlərin iştirakçılarına paylanacaq.
Gəncliyimizə öyrədəcəyimiz ilk söz düşmənini tanı, vətənini sev, vətənin üçün ölməyi və öldürməyi bacar sözü olmalıdır. İdeyamız vətənini canından artıq sevən gəncliyin formalaşmasıdır. Bu yolda insanların səfərbər olmasına təşəbbüs göstərməyə çalışacağıq. Vətən övladımızın məskənidir, Vətən əcdadımızın mədfənidir.
Tarixin məhvəri fırlandığca həqiqətlər hadisələrin axınında dəyişir. Yanlışlıqlar meydana çıxır. Azərbaycan tarixinin belə yalanlarla əvəz edilməsi nəticəsində çox fəlakətlərlə üz- üzə qalıb. Bunun üçündə vətənimizin keşiyində ayıq sayıq dayanmaq hər birimzin borcudur. Vətən bizim həyatımızında məkanıdır, məzarımızında ünvanıdır. Hazırki Azərbaycan gənclərinin müxtəlif missioner təşkilatların təsirinə düşdüyü sirr deyil. İllərdir Azərbaycanın məcburən üzləşdiyi Qarabağ müharibısi milli genofondumuza ağır zərbə vurub. İgidlərimizin evlənmədən, ailə sahibi olmadan övladsız şəhid olması milli genofondumuzun məhv olmasına paran yoldur. Bu gün biz gəncliyimizi qorumalıyıq. Missioner təşkilatlar vətəndaşlarımızı yanlış yola çəkərək onları vətən sevgisindən məhrum edirlər. Həmin gənclər bizim üçün itirilmiş hesab edilir. Qarşılaşdığımız bu ciddi probleminın fəsadları bir neçə il sonra özünü daha çox büruzə verəcəkdir. Gəncliyimizin vətən sevgisi, milli düşüncə ilə formalaşması Azərbaycanımızın, gələcəyimizin qarantıdır.
Nəzərdə tutulan layihə Ağcabədi rayonun müxtəlif kəndlərində yaşayan gənclərlə görüşlər və tədburlər keçirilməsi ilə həyata keçiriləcəkdir.Layihənin rəhbəri: Qabil Şirinov
12 oktyabr 2014 -
Eyvaz ZEYNALOV.”Bəsimdi” (Hekayə)
Kəndli atını yolun kənarındakı ağacın kölgəsində saxladı. Xeyli əlləşəndən sonra ağır xurcununu birtəhər aşırıb yerə saldı. Əlini atın yanına şappıldatdı.
– Yeri, ay allahın heyvanı, sən də bir nəfəsini dər.
Bağlamasını çıxardıb süfrə açdı. Оlanından yeyib-içdi, dincəldi. Sоnra “ya allah!”, deyib ayağa qalxdı. Atını yedəkləyib gətirdi. Nə qədər güc verdi, çalışdısa dоlu xurcununu təzədən atın belinə qaldıra bilmədi.
Yaxınlıqdan ötən bir nəfər bunu görüb dayandı.
– Salam, qardaş. Yükün ağırdı, deyəsən?..
– Hə, ağırdı. Allah xatirinə, kömək eləməzsən?
– Allaha da qurban оlum, оnun bəndəsinə də! Niyə eləmirəm, eləyərəm.
Köməkləşib hərəsi xurcunun bir gözündən yapışdı. Yolçu ağırlıq altında hıqqıldadı:
– Yükün belə ağır olmaqda daşdı, nədi, qardaş?..
– Daş da var, başqa şey də, – deyib kəndli xəfifcə qımışdı.
Yolçu xurcunu qaytarıb yerə qоydu. Kəndlini şübhəli-şübhəli süzdü.
– Dоğrudan, daşdı?..
– Hamısı yоx. Bir gözündəki daş, о biri gözündəki buğdadı.
– Buğda buğdadı, bəs daş nə daşdı, qardaş?..
– Tarazlıq üçündü.
Yolçu kəndlinin avamlığına əməlli-başlı güldü.
– İndicə daşsız da tarazlıq yaradarıq, – dedi. – Havayıdan özünə də əziyyət verirsən, yazıq heyvana da.
Xurcunun gözlərini açdı. Daşları yerə bоşaltdı. Buğdanı yarı böldü. Bu dəfə xurcunu atın belinə ikisi asanca qaldırdı.
Kəndli ağızdоlusu alqış etdi:
– Allah səni heç zaman darda qоymasın, qardaş! Bu cür ağlım оlsaydı, yəqin padşahdan-zaddan idim.
– Əşi, padşah-zad bizlik deyil!.. – Yolçu dedi.
Atın yanınca yanaşı addımlayırdılar. Kəndli yolçunu sоrğu-suala tutmuşdu.
– Bu ağılla necə dоlanırsan barı?..
– Belə də, birtəhər dоlanıram, naşükür deyiləm. – Yolçu közü-könlü tox cavab verdi.
Kəndli əl çəkmədi.
– Yəqin bəy kefindəsən? Kimsəyə ehtiyacın yоxdu? Həyət-baca, ev-eşik, mal-at, var-dövlət…
– Hardandı, əşi? Allah ağılı mənə, var-dövləti də başqalarına verib.
Kəndli yenə inanmadı.
– Sən Allah, dоğru sözündü, yoxsa məni dоlamısan?..
– Əlbəttə, dоğrü sözümdü. Üst-başımdan, piyada yolun ağına düşməyimdən görünmür?
Kəndli dayandı. Yolçunu ilk dəfə görürmüş kimi başdan ayağa diqqətlə süzdü. Nə fikirləşdisə atın yüyənindən yapışıb ağzını geri döndərdi.
– Hara, əşi? – Yolçu bərk təəccübləndi.
– Arxamca gəl, indi bilərsən.
Kəndli bayaq dayanıb dincəldiyi ağacın altına çatanda xurcunu aşırıb atdan yerə saldı. Yolçuya dedi:
– Acığın tutmasın, necə bоşaltmısansa, qaytar mənim daşlarımı o cür də xurcunuma yığ!..
– Nə danışarsan? Dəli оlmusan?..
– Dəli оlmamışam! Bu cür ağıl mənə lazım deyil. Öz yоx, kəndli ağlımla səndən yaxşı dоlanıram, bəsimdi.
-
Saqif Qaratorpağın yeni kitabı işıq üzü gördü
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubuna istinadən yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin başqanı, “Ədəbiyyat-Az.Com” Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri sədri Saqif Qaratorpağın “Üç addlm…” şeirlər kitabı 2014-cü ildə Sumqayıt şəhərində “Birlik” Poliqrafiya Mərkəzi tərəfindən 320 səhifə olmaqla, 500 tirajla dərc olunub.Kitabın redaktoru Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident Fondunun Təqaüd təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi İbrahim İlyaslı, rəssamı isə Nəvai Metin Dəmirçioğludur.
“Üç addım…” şair Saqif Qaratorpağın “Şamın kölgəsi” (2006) və “Bir könül varağında” (2012) şeir kitablarından sonra oxucularla üçüncü görüşüdür.Kitaba şairin əvvəlki kitablarından seçmələrlə yanaşı, yeni şeirləri də daxil edilmişdir. -
İbrahim İLYASLI.”Ağ günlər eşqiylə yaranan şəhər”
Azırbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüSumqayıt şəhərinin 60 illik yubileyinə
Böyük arzusuydun böyük millətin,
Böyük talelərin şəhəri oldun.
Xəzərin qoynunda Azərbaycanın
Üzünə açılan səhəri oldun.Həyatın özünə verdik imtahan,
Adınla gecəni gündüzə qatdıq.
Alın tərimizlə yoğruldu mayan,
Səni qarış-qarış qurub yaratdıq.Yaşıl bağlar saldıq, ağ məhəllələr,
Zülmət gecələri çıraqban etdik.
Gündüz fəhlən olduq, axşam tələbən,
Halal haqqın ilə murada yetdik.Doğma ağuşunda sevdik, sevildik,
Sevgilər yaşadıq sulardan təmiz.
Qubalı, qazaxlı, qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz.Ürəkdən, könüldən bağlandıq sənə,
Döndün qəlbimizdə sevgili yurda.
İgidlik görküdü, «Can Vətən!»- deyib,
Şəhid düşənlərin məzarı burda.Qan-qada da gördük, qələbəlik də,nn
Şanlı tarixini yazdıq kitaba.
Bağçada şəninə şeirlər deyən
Qızlar nənə oldu, oğlanlar baba.Ağ günlər gözləyir səni qarşıda,
Ağ günlər eşqiylə yaranan şəhər.
Bu dünya durduqca yaşa, sən yaşa,
Ey başdan ayağa gülüstan şəhər.2009
-
Kənan AYDINOĞLU.”Bu səhər Ustadın rəsmini gördüm” (Yeni şeir)
Gündəlik İnformasiya Mətbuat xidmətinin rəhbəri
BU SƏHƏR USTADIN RƏSMİNİ GÖRDÜM
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, o taylı, bu taylı şair Ustad Məhəmmədhüseyn Şəhriyara sevgi və sayqılarla!
“Hələ “Heydərbaba” yaddaşımızda,
Ustadın kəlməsi dilimizdədir”.
Müəllif.Bu səhər ustadın rəsmini gördüm,
Neyləyim, kövrəyəm gözlərim doldu.
Yenə də Ustadı xatirələrdə,
zaman-zaman anan sözlərim oldu.Şimallı-cənublu şairimizsən,
İllərin həsrəti yorsa da, bizi.
O tayda gözlərin dolduğu zaman,
Həsrətlə yandırıb-yaxdın Təbrizi.Səhəndə yazdığın məktublar özü,
Gözlərin həsrəti, qəlbin dağıdır.
Ruhunun önündə əyilməyimiz,
Bakının Təbrizlə görüş çağıdır.Analar anası Kövhək ananın,
Ruhuna ehtiram bəslənməlidi.
Daha o gözlərdən sevinc, nur yağır,
Dünya harayına səslənməlidi.
5 oktyabr 2014-cü il. Bakı şəhəri. -
Fidan ABBASOVA.”İndi böyümüşəm həyat dəyişib” (Yeni şeir)
Elə düşünmə ki, sevməmişəm mən
Yox mənim sevgimi görən olmayıb
Düşünmə bu qədər dəyişmişəm mən
İnan dəyişməyə həvəs qalmayıb.Sevgimi danışsam ağlama mənə
Mən daha göz yaşı tökən deyiləm
Bir vaxtlar uşaqdım kövrək qəlbimlə
Demişdim sözümü məndə sevirəm…İndi böyümüşəm həyat dəyişib
Nə ilk həvəs qalıb nə ilk məhəbbət
ayrılmaq üçünsə çox olub səbəb
cəsarət tapmışam məndə nəhayət…Sevgimi anlayan deməli sevib
Acını çəkənlər belə deyirlər
Fidan qəm körpüsü heç uzaq deyil
Onunda üsdündən vaxtsız keçiblər… -
İlkin ABBAS.”Canım yolunda qurban, ey anam, Azərbaycan!” (Yeni şeir)
İçindən parçalandın, dilim-dilim bölündün,
Sən ey mənim daxilim, içim, çölüm, bölündün,
Bölündün ana yurdum, doğma elim, bölündün,
Oğlun qızın uğrunda fədadır sənin hər an,
Canım yolunda qurban, ey anam, Azərbaycan!Bir ömürlük sinəmdə, məni dağlayır dağım,
Xain düşmənlə dolu, qabağım, solum, sağım,
Neçə ildir yad əldə, ağlayır Qarabağım,
Qan ağlayır Fizuli, qan ağlayır Zəngilan,
Canım yolunda qurban, ey anam, Azərbaycan!Gör haçandır oxuyur, qoca nənələr ağı,
Talan edib yurdumu alçaq, qaniçən yağı,
Neçə neçə şəhidin, nakam söndü çırağı,
Ürəyim yaralıdır, ruhum qalıb pərişan,
Canım yolunda qurban, ey anam, Azərbaycan.Bu xalq bizə söyləyir, yatma ey oğul, ayıl,
Döyüşüb at belində Koroğlu, Şah İsmayıl,
İyirmi bir ildir ki, sızıldayır “Cəbrayıl”,
Tapdalayır torpağın, erməni adlı nadan,
Canım yolunda qurban, ey anam, Azərbaycan.Dözmür artıq ürəyim bu yaraya, dərd-sərə,
Torpağa səcdə edim, alın qoyum min kərə,
Döyünən ürəyimiz – Şuşa, Laçın, Ağdərə,
Başdan-başa olubdur, Qubadlı, Ağdam talan,
Canım yolunda qurban, ey anam, Azərbaycan.Aralıdır yanımdan, Göyçəm, Vedim aralı,
Düşmən tapdağındadır o Kəlbəcər mahalı,
Alarıq intiqamın, ey Xocavənd, Xocalı,
Düşmənlərin önündə, əyilmə, məğrur dayan!
Canım yolunda qurban, ey anam, Azərbaycan.Vətənim dar ayaqda…rahat deyil vicdanım,
“Azərbaycan” deyəndə, ucalar şərəf, şanım,
Vuruşacam axınca, inan son damla qanım,
Döyüşəcəm yolunda yurd azad olanacan,
Canım yolunda qurban, ey anam, Azərbaycan. -
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Ana nəsiyyəti
Belə bir nəsiyyət eylədi ana,
Övlada həyatı tanıtmağ üçün.
Bacardığın qədər, sən kömək eylə,
Çarəsiz adamı yaşatmağ üçün.Köməksiz qalana, sən bir əl uzat,
Pul, para ilə deyil, şirin dilinlə.
Mən anada baxıb, qoy fəxr eyləyim,
Sənin gözəl gözəl əməllərinlə.Çalış qaldırginən yıxılanı sən,
Ona baxıb gennən, gülmə ay bala.
Bilki köməksizə sən bu gün gülsən,
Sabah sənin gələr başına bəla.Hamıya dost deyib, sən ürək açma,
Dostununda ayrı dostu olacağ.
Bu gün sənə dostum deyib əl tutub,
O biri gün səni tora salacağ.Əgər tanımasan dostu, düşməni,
Bil ki, öz dostuna düşmən olarsan.
Görüb anlamasan yaxşı yamanı,
Sonra buna görə peşman olarsan.Ana nəsiyyətin, gəl yadda saxla,
Bunlar həmişəlik, sənə gərəkdir.
Zeynəbəm, deyirəm ana öyüdü,
Qanan bala üçün arxa, dirəkdir.VƏTƏN
Başınıza dönüm el oğulları,
Gəlin biz birləşib eli qoruyaq.
Xırda əməllərdən bir an ayrılıb,
Öz vətənimizə arxa dayanaq.Bəsdir fırlatdılar torpağımızı,
Biri fitnə qurur, biri qan tökür.
Axı nə vaxda tək, dözməliyik biz,
Düşmən yurdumuzu dağıdır, sökür.Ölülər də, rahat yata bilməyir,
Söküb yandırırlar qəbirləridə.
Gəlin biz onlara elə dərs verək,
Bundan ibrət alsın o birləridə.Arabir tülkü tək fitnə eyləyib,
Hey alıb satırlar mal qaramızı.
Qoymurlar sağalıb bir koz eyləsin,
Yenə tərpədirlər dərd yaramızı.Gəlin biz birləşib əl ələ verək,
Cənnət yerimizi qorumağ üçün.
Yoxsa cürətimiz olmayacağdır,
Gələcək nəsilə tanıtmağ üçün.Vətənin ümidi sizə bağlıdır,
Sizinlə öyünür hər daş, hər qaya.
Zeynəb deyər, bütöv tanıtmalıyıq,
Bu odlar yurdunu bütün dünyaya.MƏHƏBBƏT ŞEİRİ
Qəmli baxıb gözlərimə,
Nə üzürsən ürəyimi.
Mən sənə qəlbən inanıb,
Sənə verdim hər şeyimi.Bu qəlbimi qaraladın,
Məni səndən araladın.
Öz əlinlə yaraladın,
Bu amansız taleyimi.Sözlərimi heç eylədin,
Həyatımdan köç eylədin.
Bilə bilə puç eylədin,
Bütün arzu diləyimMən Zeynəbə yoxdur çara,
Qəlbim olub para para.
Vurub ürəyimə yara,
Şad eyləmə fələyimi. -
İradə Əlilinin Türkiyədə “Mənim sevgi dünyam” adlı şeir kitabının imza günü keçirilib
Türkiyənin Ankara şəhərində BDU-nun müəlliməsi, tədqiqatçı-şairə İradə Əlilinin “Mənim sevgi dünyam” adlı şeir kitabının imza günü keçirilib.
Tədbirdə Qazi Universitetinin müəllimləri, QHT və KİV nümayəndələri iştirak ediblər. İmza günündə iştirak edən şeir sevənlərə həmçinin Qarabağ həqiqətlərinə aid 50-dən çox kitab hədiyyə olunub. Müəllifin yeni çap olunmuş “Dünya sevənlərindir” kitabı da Ankaradakı şeir sevənlərə hədiyyə edilib. Daha sonra İstanbulda “Mənim sevgi dünyam” şeir kitabının imza günü keçirilib. Tədbir İstanbul-Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu və tanınmış jurnalist Kəbutər Haqverdi tərəfindən təşkil edilib. İstanbul-Türkiyə Azərbaycan Dərnəyində keçirilən imza günündə Türkiyənin sevilən tanınmış yazarı Yavuz Bülent Bakiler, Metin Özer, Mayis Əlizadə, dərnəyin üzvüləri və İstanbul şeirsevənləri istirak ediblər. Çıxışlarda qeyd olunub ki, belə görüşlər istər elmi, istərsə də yaradıcılıq sahəsində olan insanların dostluğunu daha da möhkəmləndirir. Bu tədbirdə də iştirak edənlərə Qarabağ həqiqətlərinə aid 40-dən çox kitab paylanıb. Xatırladaq ki, Türkiyə türkcəsinə tərcümə edilmiş “Mənim sevgi dünyam” kitabının imza günlərində satışından əldə olunan pul vəsaiti Qarabağ qazisi Rüxsarə Cumayevanın cərrahiyyə əməliyyat üçün açılmış bank hesabına köçürülülüb.
Qarabağ qazisi Rüxsarə Cumayevanın cərrahiyyə əməliyyatı üçün açılmış bank hesabına köçürülüb. -
Gülnarə İSRAFİLQIZI.”Nə adı var, nə boğçası”
Nə adı var, nə boğçası. Bilmirəm nə deyim əldən gedən insanların mənəviyyatından. Bu gün sabah sivil dövlətik deyib, küçənin ortasında da yatacaqlar. Soyunduqları kimi… Indiki nə Azərbaycan gəncliyini nə də, Azərbaycan ədəbiyyatındakı yazarları anlaya bilmirəm. Heca vəznləri dar çərçivə, modern, posmodern yazılar isə yenilik, və sərhədlərdən çıxmaq hesab olunur. Mən bu yazarları anlaya bilmirəm. Millilik, din geridə qalmışlıq hesab olunur. Halbu ki, din insana mənəviyyyatdan, əxlaqdan sevgidən vicdandan başqa bir şey öyrətmir. Necə olur şezofronik şeirlər yaşam tərzi ola bilir, din ola bilmir…. qəribədir hələ də özü icra etmədiyi şeyləri bəh-bəhlə insanlara təlqin edənləri demirəm. Bir ədəbiyyat müəllimi şezofronik şeiri məhdudiyyətdən xilas hesab edir. Ona sadəcə bir sual yetər dəyərli müəllim siz insanlara qərb təfəkkürünü sırımaqla nəyə nail olmağa çalışırsınız. Bəs siz danışdıqlarınızı demirəm. Hamının normal qarşıladığı öpüşmək prosesini öz övladınızın yanında icra edə bilərsinızmi? Qərb təfəkküründə bu normaldır. Danışdıqlarınızı niyə özünüz həyata keçirmirsiniz?!!!
Allahı inkar etməklə Amerika mükafatına yaxud şeir və yazıların məs xarici ölkələrdə tərcümə olub dildən-dilə gəzməyini istəyirlər, heç düşündünüzmü ki, Allah açmayan yolu bəndə aça bilməz. Bu necə anlayışdır ki, Allahı sevirəm lakin Ədəbiyyat başqa bir şeydir. Ədəbiyyatda Allah yoxdur. Ədəbiyyat dindən də ayrıdır. Din sadəcə bir qrup insanların başını aldatmaq üçün yaradılmış bir ideologiyadır. Dindən anlayışı olmayan bədbəxtlər sizə yalnız bunu demək istəyirəm ki, bütpərəs belə Allahı qəbul edir. Daş dövründə də insanlar Allaha inanıblar. Hal-hazırda xitistian alimləri islam dinini öyrəndikdən sonra gözəlliyinə valeh olub qəbul edir siz isə get-gedə Allahsızlaşırsız. Üç, beş kitab oxumaqla siz mənəviyyatınızı korlayırsız. Necə olur dünya ölkələri islama gəlir. Mən xurafatlardan, nədə hal-hazırda terror dəstələrindən danışmıram. Quranın bir kəliməsi yetir. “Düşünən beyinlər üçün ibrətlər var” kəsici alətin sapı odundur. Ağac isə biz özümüzük yaxşıca bizimlə bizi qırırlar. Yaxşıda edirlər. Düşünməyən yaşamağın yolunu bilməyənləri bax belə qırarlar… biz doğulandan özümüz olmaq anlayışını bilmədik. Hər zaman əsarət altında yaşamaq bizə çox dəyərli gəldi. Ona görə də, biz özümüz olmayacayıq insan olmağımızı heyvanat aləmi ilə səhf salıb, şəhvəti isə həyat tərzinin əsasına çeviririk. Adı da bu olur yaşamaq… yaşamaq budursa bəs heyvanlar nə edirlər görəsən. Bəli qəbul edək ki, o da həyatın bir hissəsidir lakin bütün dəyərlər ona bağlana bilməz. Şəhvani hisslərin quluna çevrilən insanlar onu düşünsünlər ki, it daha dəyərli ömür yaşayır. Həyatı iyrənc hala gətirənlər ədəb-əxlaqdan danışanda ədəbsizlik nümunəsini təbliğ etdiklərini unudurlar. Anlamıram bununla özlərini kimə bənzətmək istəyirlər. Əziz və dəyərli oxucular mən belə yazarlara yaxud gənclərə bir ad qoya bilmirəm. Siz düşünün bir xalqın özünə məxsus dəyərləri qalmırsa o xalq necə yaşaya bilər. Və digər xalqlardan necə seçılə bilər. Ədəbiyyatçılar xalqın demək istədiklərini deməli? Yoxsa cəmiyyətdə xalqın mənəviyyatını və mədəniyyətini sıradan çıxarmaqla məşğul olmalıdırlar? biz özümüz özümüzü ölümə məhkum etdiyimizin fərqində deyilik. Uğurlar sizə ədəbiyyatın pöhrələri. Qırın xalqınızı əllərinizə sağlıq. Xiristian aliminin bir sözünü yadıma düşdü. “bir qələm bir silahdan daha güclüdür öldürmək istədiyinizi sözün vasitəsi ilə öldürün” bax beləcə dəyərli yazarlar vaxtınız olanda Quranı da açıb oxuyun necə ki, yunan və rus ədəbiyyatını sevərək oxuduğunuz kimi… -
Gənc yazar İlkin Abbasdan yeni layihə
Salam əziz oxucular. “SİZİ YAXINDAN TANIYAQ” Layihəmizin keçən həftəki qonağı olan Günay xanım Ümid ona ünvanlanan sualları cavablandıraraq, bizi sevindirdi. Layihəmizin bu həftəki qonağı gənc xanım şairə GÜLNARƏ xanım İSRAFİLQIZIdır.
(Səmimi Söhbət)
– Salam Gülnarə xanım, ilk öncə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Mümkünsə özünüz haqqında məlumat verərdiz. Gülnarə İsrafilqızı kimdir ?
Gülnarə İsrafilqızı:
Aleykum salam siz sağ olun ki, mənimlə həmsöhbət olmusuz. Özüm haqqında danışmağı sevmirəm. Lakin yazılarımda səmimiyyəti sevirəm. İndi də sizə səmimi cavab verəcəm. Mən kim olduğumu heç özüm də bilmirəm. Çünki, o qədər sirli və dəyərli ömür yaşamışam ki, anlatmaqla bitməz. Bircə onu bilirəm ki, hər kəsdən fərqli, düşüncəm və həyatım var.
-Gülnarə xanım, sizcə şair olmaq üçün mütləq sevməkmi lazımdır?
Gülnarə İsrafilqızı:
Xeyir mən belə düşünmürəm… Məntiq elminə əsasən deyə bilərəm ki, şairlik sonradan qazanılmış bir istedad deyil. Insan anadan şair doğulur. Bütün insanlara yaradılışda istedad verilir. Lakin şairlik isə tam fərqlidir hər kəsə verilməyən bir istedad növüdür. Kim desə ki, mən boş vaxtımda şeir yazıram, o şair yox boşluğu doldurmaq istəyən biridir və ondan heç vaxt şair olmaz. Şeir yazmağın bir özünə məxsusluğu da, ondan ibarətdir ki, şeir səni özü məcbur edir oturub yazmağa. Şeirin zamanı və məkanı olmur…
-Gülnarə İsrafilqızını şair edən nə oldu?
Gülnarə İsrafilqızı:
Şer yaza bilmək qabilyətini üçüncü sinifdə oxuyanda kəşf etmişəm. Əslində ana babam həm ustad aşıq, həm də şeir yazmaq istedadına malik olub. Bu istedad mənə irsən keçib. Çox maraqlı sual olduğu üçün bu suala bir az da geniş cavab verəcəm. Atamın əmisi gəlini cavan dünyasını dəyişmişdi. Bu itgi bizim hamımız üçün ağır idi. Atamın dostu Akif dayının Şəmkirdə qərənfil bağı vardı. İki gün əvvəl onlarda qonaq olanda, Akif dayı mənə səkkiz ədəd qərənfil vermişdi. Qərənfillərdən iki ədəd götürüb, heç kəsin xəbəri olmadan qəbiristanlığa üz tutdum. O ki var qəbrin baş ucunda dayanıb ağladım. Evə qayıdanda ağlaya-ağlaya bir bənd şer yazdım. Onda anladım ki, babamda olan istedad məndə də var.
-Gənc şairlərdən oxuduqlarınız varmı?
Gülnarə İsrafilqızı:
Gənclərin əksəriyyətinin yazısını oxuyuram. Maşallah çox istedadlı gənclərimiz var.
-Gülnarə xanım, onu vurğulamaq istərdim ki, qələminiz çox güclüdür və həqiqətən hər bir mövzuda ürəyə toxunmağı bacarırsız. Uğur olsun həm həyatda, həm də yaradıcılıqda İnşAllah.
Şeirlərinizin hansısa qiraətçi tərəfindən səsləndirilməsinə necə baxırsız ?
Gülnarə İsrafilqızı:
Çox təşəkkür edirəm verdiyiniz dəyər üçün. Hər birimizə uğurlar diləyirəm. Pis baxmıram. Çox şad olaram şerimin səsləndirilməsinə… bu il may ayının otuz biri öz qiraətimdə səsləndirdiyim şerlərin video, foto çarxının təqdimatını təşkil etmişdik. Ziyalı həmkarlarımız və şeirə dəyər verən insanlar iştirak etdilər. Həmin video, foto çarxlar hal-hazırda yutubda şer sevərlərin ixtiyarındadır.
-İlk yazdığınız şeiri xatırlayırsınızmı?
Gülnarə İsrafilqızı:
Təbii ki, bu mənim uşaqlıq təfəkkürümün məhsuludur. O vaxt mənə elə gəlirdi ki, insan doğulubsa cavan dünyasını dəyişməməlidir. O, ən az yetmiş, səksən il ömür sürməlidir. Əslində dünyanı günahlandırmağım da bu nöqteyi nəzərdəndir…Yazdığım ilk şer…
Gəlinlik adım qalmasın,
Yurduma quşlar qonmasın,
Mən getdim ki, bu dünyadan,
Namərd dünya da, qalmasın.
-Şeiriyyatdan başqa hansı maraqlarınız var? Yəni boş vaxtlarınızda nə ilə məşğul olursunuz adətən?
Gülnarə İsrafilqızı:
Uşaqlıqdan kitab oxumağı sevmişəm . Məktəbin kitabxanasından roman yaxud hekayə kitabı götürüb oxuyurdum. Düşünürdüm vaxt gələcək mən də, belə əsərlər yazacam ədəbiyyatda olacam… boş olmuram lakin kitab oxumağı sevirəm. Hansı mövzu olursa olsun. Xüsusən aparıcılığı çox sevirəm. Səhnəyə çıxıb hər hansı bir tədbir apardıqdan sonra özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Yenidən doğulmuş kimi oluram. Bir sözlə insanlarla ünsiyyətdə olmaq onlara nələrisə aşılamaq məni yaşadır var edir. Elə bil anam məni səhnə üçün doğub…Hər kəsə zaman ayırıb dinləyib dərdinə şərik olmağı özümə vəzifə bilirəm. Bilmədiklərimi öyrənməyə çalışıram.
-Ümumi bir sual. Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti sizi qane edirmi?
Gülnarə İsrafilqızı:
Bu mövzu həddindən artıq geniş mövzudur qısa cavab; istedadlı gənclərdən və orta yaşa malik olan dəyərli yazarlardan nələrsə gözləyirəm ola bilsin ki, Azərbaycanın özünə məxsus ədəbiyyatı gənclərin və xüsusi istedada malik olan orta yaşlı insanların vasitəsi ilə çiçəklənsin. Əvvəllər də Azərbaycanın yaxşı yazarları olub. Bu gün də var sadəcə çox azdır. Əslində hər kəsin istedadı var. İstedadsız yazar yoxdur sadəcə istedadın üzə çıxması, çıxarılması çox vacibdir kimliyindən asılı olmayaraq. Ədəbiyyatın bu günki vəziyyəti qane olunacaq bir səviyyədə deyil. Istənilən səviyyəni əldə etmək üçün daha da savadlı olmaq lazımdır.
-Gülnarə xanım, həyatda sizə uğur gətirən ən böyük iş nə olub?
Gülnarə İsrafilqızı:
Uğur qazandağım çox işlər olub. Lakin mənə uğur gətirən işim olmayıb. Gözəlliklərlə yanaşı çox çətin günlər yaşamışam. Bu gün də həmin çətinliklər var mənə elə gəlir sabah da olacaq. Ara-sıra ayna qarşısına keçəndə özümün özümə çox heyfim gəlir. Bir şey məni ayaq üstə saxlayır oda ömrümün tər-təmiz səhifələri. Hər dəfə o səhifələri varaqladıqca çox xoşbəxt oluram. Bunun üçün Allahıma və valideynlərimə minnətdaram.
-Həmkarlarınız (şair-şairələr) sizin haqqınızda söhbət edirlərmi? Şeirlərinizə münasibətlərini hiss edirsizmi?
Gülnarə İsrafilqızı:
Əlbətdə ki, ədəbiyyatda olasan haqqında danışılmaya bu mümkün deyil. Onu deyim ki, vicdanlı həmkarlarımın müsbət fikirləri mənə stimul verib. Onlara təşəkkür edirəm. Ədəbiyyata nifrət etdirəcək həmkarlarımda az deyil. Güman edirəm ki, onlar bu peşələrindən nə vaxtsa əl çəkəcəklər…
-Ədəbiyyat, bir xəzinədir. Onu yaşamaq lazımdır və bu sizdə çox mükəmməl alınır. Şeiriyyatdan başqa, hansı sahədə çalışırsınız?
Gülnarə İsrafilqızı:
Yaradıcı insan hər zaman yeni şeylər axtarışına çıxır. Başqa sahələrdə də fəaliyətim olub. məsələn əvvəllər “Mədinəm ilahilər” qrupunda aparıcı və senarist, xüsusən xeyiriyyə tədbirlərində. Carçı.az sayıtında jurnalist, vəzifəsində çalışmışam. Hal-hazırda Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və Yönətim Kurulunun başqanı, Azərbaycan Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Gündəlik İnformasiya Agentliyinin baş məsləhətçisiyəm. Bununla yanaşı İnfom. Az,Vəhdət.org saytı ilə də, əməkdaşlıq edirəm.
-Gülnarə İsrafilqızının fikrincə, əsl şair necə olmalıdır?
Gülnarə İsrafilqızı:
Şair bütün xalqları canının, ruhunun bir hissəsi hesab etdikdə, dərdinə şərik olmağı da, bacarır. O zaman Öz vətənini, millətini, xalqını da, qələmi ilə təbliğ edə bilir. Milli- mənəvi dəyərlərin üstündən xətt çəkmədən, cəhalətdən, çirkinlikdən uzaq olmağa çağırır. Hər kəsi özününkü hesab edir. Əgər Vətəni işğal altındadırsa, yer üzündə qərar tuta bilmir ömrü əzablarla qidalanır. Şerləri də bu ruha köklənir. Yalnız belə şairlər özləri bu dünyada olmadıqda insanların ürəyində yaşayacaqlar.
-Gülnarə xanım, şeirləriniz Azərbaycandan kənarda da dərc olunurmu? Sanki saytların birində yanılmırsamsa belə bir məlumata rast gəlmişdim.
Gülnarə İsrafilqızı:
Bəli bu il 15 avqust, 2014-cü ildə Türkiyənin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairlər və Yazarlar Dərnəyinin, “Kümbet” eğitim, kültür, sanat və ədəbiyyat dərgisinin 33-cü buraxılışında şeirim dərc olunub. Bu işdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Dünyada bir yazar üçün bundan qiymətli hədiyyə ola bilməz.
-Gülnarə xanım, Şeiriyyatda ümumiyyətlə yaradıcılığınzda sizə qarşı haqsızlıq olubmu? əgər olubsa bununla necə mübarizə aparmısınız?
Gülnarə İsrafilqızı:
İnsan yer üzündə yaranandan bu günə qədər haqsızlıqlar olub olacaq da… Nəinki mənə, dahi şəxsiyyətlərə, Peyğəmbərlərə, imamlara, övlüyalara haqsızlıq olub. Haqsızlıqlar hələ də, davam edir…heç vaxt onlarla mübarizə aparmıram. Çünki, bilirəm ki, gün gələcək hər kəsin əkib becərdiyi toxumun məhsulu özünə qismət olacaq. Bu barədə heç zərrə qədər də narahat deyiləm. Əksinə özümün və yazılarımın qiymətli olduğunu düşünürəm… haqsızlıq nə zaman olur dəyərli bir şey əldə edəndə. Bir kəlimə sözün özü belə ən dəyərli nemətdir. Ürəyimdən süzülən sözümün nuru, bircə nəfərin ürəyinə enibsə, məndən xoşbəxti yoxdur bu dünyada. Bir nəfər bir kainatdır. Bircə kainat da mənə yetər…
-Gülnarə xanım, sizcə sevməyən bir ürəkdə dərd yuva salarmı?
Gülnarə İsrafilqızı:
Heç vaxt. Özünü dərk etməyən insan sevginin də gözəlliyini dərk etmir. Eləki sevginin gözəlliyini dərk etməyə başlayır. Sevgi şaxələnir. Hər şaxədən isə, bir kədər doğulur.
-Dahi Azərbaycan şairlərimizdən ən çox oxuduqlarınız kimlərdir?
Gülnarə İsrafilqızı:
Nizamini, Fizulini. Fizulini tam olaraq dərk etmək mümkün deyil. Nəsimin şerləri daha çox ruhuma yaxındır. Nəsimi isə bir dəryadır hər kəs Nəsimini analamaq qüdrətinə malik deyil. Bu üç dahini azda olsa dərk etmək üçün gərək öz varlığını öyrənəsən. İnsan və insanlığın sifətlərini… onun yolu isə Allahın elmindən keçir.
-Kitabınız varmı?
Gülnarə İsrafilqızı:
İnşallah yaxın zamanlarda olacaq.
-Sonda oxucularınıza nəyi söylərdiniz ?
Gülnarə İsrafilqızı:
Əziz oxucularım və oxucum olmayan dəyərli insanlar. Siz çox, həmdə çox dəyərlisiniz. Daha çox, dəyərli olduğunuzun fərqinə vararaq, dərk edərək yaşamağınızı istəyirəm. Sizin hamınızı özünüz kimi sevirəm. Hamınız ruhumun, varlığımın bir hissəsisiniz. Siz var olun, mən də var olum. Məni bu dünyada var edən, ilhamlandıran sizin var olmağınızdır.
-Gözəl şeirlərinizdən birini bizimlə və oxucularınızla paylaşardınız.
Gülnarə İsrafilqızı:
Yat gözüm!
Yat gözüm,
Görmə daha çirkinliyi.
Göz didəmi zibilləmə.
Gözümün ağı qalsın buludda,
Yer üzündə kirləmə.
Kipriyimə şimşəkdən,
Od ələnsin.
Kipriyimlə çirkinlik,
Güllələnsin.
Yat gözüm!
Ölüm-dirim savaşları dayanınca,
Susan vicdan, yatan insan oyanınca.
Körpələrin üzündəki cizgilərdə,
Ölüm, qorxu….
Apar məni dərin yuxu.
Göyərçinin qanadında,
Uçum, gedim səssizliyə.
Yat gözüm!
Ruhum getsin sənsizliyə.
Ömrüm,
Son mənzildə dayanınca.
Yer üzündə,
İnsanlıq oyanınca,
Yat gözüm.
-Həmsöhbət olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirir, daha da böyük yaradıcılıq uğurları arzulayıram.
Gülnarə İsrafilqızı:
Təşəkkür edirəm…
Bəli, əziz oxucularımız. Bu həftənin qonağı GÜLNARƏ İSRAFİLQIZI oldu. Növbəti buraxılışımız gələn həftənin Şənbə günü olacaq. Görüşənədək.
Həmsöhbət oldu : Gənc şair (_____”””İLKİN ABBAS”””______) -
Aqil SABİROĞLU.”Çəkinməyək döyüşlərdən” (Yeni şeir)
Mən ayıra bilməmişəm ömür boyu Təbrizimi
Astaradan,
Zəncanımı,Əhərimi İsmayıllı,Şamaxıdan…
Bu ağırdır yüz yaradan…
Ərdəbilin küçəsində taqqıldayan ayaq səsi küçədə yox,
ürəyimdə səda verib,
Hamı bilir bu milləti hansı gəda parçalayıb
bada verib!
Urmiyada körpə uşaq ağlayanda burda mən də
hönkürürəm,
Şeirimlə Fironlara divan tutub dindirirəm!
Qaradağın dağlarından Bakı deyib hayqırmışam,
Amma…
Amma İsmayıllı zirvəsindən gah Germiyə hay atmışam;
Gah Qubadlı,Laçın deyib-
(Hələ Kərkük gözün döyür…) gizli-gizli ağlamışam.
Bu dərddənmi,ya nədənmi bəzən çocuq misallıyam-
Xəyal qurub sevinirəm,
O yerlərə vüsallıyam.
Özümümü aldadıram,ya bu xəbər vəhylə gəlir?
Bu mütləqdir-
Yalnız bütün qalibiyyət döyüşlərdə səylə gəlir!
Nə qədər ki döyüşlərdən çəkinmişik,
Ağır gündə əkilmişik-
Sızıltımız qulaqları kar edəcək!
Ey ordudan qaçan “kişi”,
“İgid”likdə siçan kişi!
Nə qədər ki bu torpaqlar alınmayıb,
Zəfər marşı çalınmayıb…
tək evdə yox-
Lap ən uca zirvələrdə ana torpaq bizi qəbul etməyəcək,
Yerimizi dar edəcək-
Gen dünyada məzar kimi…