Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1141 - 1200 of 6. 571 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.”Dünən deyildimi ilk görüş Cabir?”

Post Views: 76 Dünən deyildimi ilk görüş Cabir? (Yaxın dostum, şair Cabir Novruza) Bizdədir kədəri, dərdi cahanın,Yaşıd olmasaq da bir yaşa dolduq.Eyni dünyasıyla iki ananın,Dünyada nə qədər biz doğma olduq. Sirli bir taleyin izinə düşdük,Orda dağlar qoşa, kəndlər qoşadır,Biz ki, bir qatarda payız görüşdük,Qatar yenə gedir, üzü qışadır. Bəxt çəkdi sınağa mənimlə səni,Nə qədər bəlaya …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.”QOCALIR ANAM..”

Post Views: 128 Gözüm görə-görə qocalır anam,Görən niyə belə qocalır anam?!Qaynar gəncliyindən əsər qalmayıb,Baxırsan, izi də itib- batıbdır. Onda güc qalmayıb, kəsər qalmayıb,Neyləsin, çiynində illər yatıbdır!Əlindən nə gələr övladların da…Gözünün işığı keçir, görürəm. Böyük qocalığın qanadlarındaAnam əllərimdən uçur, görürəm.Uçur, iti uçur…Qocaldıqca o,Uçur…Fikrimi də uçurur hər gün. Gödəlir, qısalır boyu- buxunu,Nazilir, incəlir, kiçilir hər gün.Lap qocalıqdan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Keçdiyim yol”

Post Views: 91 Qaranlıq, işıqlı yollardan keçmişəm,Hər günü eşqimlə vurmuşam başa mən.Bu yolu qəlbimin gözüylə seçmişəm,Min gözəl arzuyla dolmuşam yaşa mən. İnsana həmişə gərəkdir, gərəkdir,Diləklər, diləklər.Mahnıma bəzəkdir, şerimə ürəkdir –Ürəklər, ürəklər. Yadımdan çıxmayıb anamın laylası,Atamın sindanı dindirən çəkici.Döyülən dəmirlər, mahnımın mayası –Şirağız ocağın qızaran kərpici. Çətindi dövranı dəyişmək beş günə,Gül, çiçək görmədi beşiyim, çarpayım.Səadət naminə, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”VƏTƏNDƏN-VƏTƏNƏ”

Post Views: 112 Arazınbu tayı Vətənim,o tayı Vətənim.Vətəni görməyə amanım yox mənim. Bu necə vətəndir?Görmədim üzünüÇatsam da bu yaşaÖmründə bir dəfə.Bəs salam verməzmiQardaş da qardaşa? Bu qəmim, bu dərdim dağlardan ağırdıArazın suyuna qarışıb axıram.Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,Mən isə…Vətəndən-Vətənə baxıram. Oktyabr, 1962

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Qaçmaq istəyirəm…”

Post Views: 87 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Məni gözündən asan tənhalıqdan.Boynumda dəyirman daşı kimi fırlanıbməni boğan haqsızlıqdan…İllərlə yerdə qalıb yanı göyərmiş arzulardanMənə qucaq açan bulud-bulud xəyallardan.Qaçmaq istəyirəm…Ürəyimi uçuran yad baxışlı hislərdənMənə yalan …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Könül nadanlardan gileylənmə sən”

Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Könül nadanlardan gileylənmə sən,Gec də olsa haqq öz yerin tapacaq.Həqiqətin zirvəsindən düşmə ki,Haqsızlığı sellər yuyub atacaq. Namərd nə bilir ki, dost nə, qardaş nə?Sözünü çaşanda, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Gəl”

Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru GƏL Yamanca qəddardı zaman da, vaxt da,Yazılan tale də, verilən baxt da,Könlümün sevdası qurulan taxtda,Qəm xəbər tutmamış, oyanmamış gəl. Sevgidən qırılan lələyim olma,Bəxtimdən dönərgi taleyim …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Göstərmiş”

Post Views: 47 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru GÖSTƏRƏRMİŞ Tale çaşdıranda adamı qardaş,Hər yetən adama yol göstətərmiş.Vaxtında dost olub arxa bildiyin,Dar günündə sənə qol göstərərmiş. Yadına düşəndə sevdalı çağlar,Həsrət için-için səni qucaqlar,Gəzdiyin bağçalar, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.”Əzizim”

Post Views: 68 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ƏZİZİM Məndən küsüb inciyənim, getmə, qal,Sevən qəlbi od, alova salma sən.Gəl ruhumu, gəl canımı məndən al,Günahım yox and içərəm, istəsən. Ay gözəlim, ayaq saxla bir anlıq,Gəl …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.”Sevgilim”

Post Views: 75 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SEVGİLİM Gəl oxu yazdığım təzə yazını,Sənə ünvanlanmış dua kimidir.Gəl boya şəfəqə bahar, yazımı,Bu sevgi fələyin bir tilsimidi. Bu sevgi qəlbimə göylərdən gəlib,Canımdan can çıxıb, səni görüncə,Mənim …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.”Gözlərin”

Post Views: 96 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GÖZLƏRİN Gözlərin, sirrni qoy elə desin,Qulaq eşitməsin, dodaq bilməsin,Qəlbimdə titrəsin,ecazkar səsin,Qələm hiss etməsin, varaq bilməsin, Kiprik tərpənməsin, qaş tərpənməsin,Gözündə oynayıb, yaş tərpənməsin,Üzünə süzülən, yaş tərpənməsin,Üzün bozarmasın, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.”Gözəl bahar”

Post Views: 49 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GÖZƏL BAHAR Gözəl bahar, nə şirindi vüsalın,Buludların, şimşəklərin, tamaşa,Üzə gülür, tay şəkərin, tay balın,Gözəllərin, göyçəklərin tamaşa, Zirvələrdə yallı gedir buludlar,Yamaclarda qanad açır, qır atlar,Meh əsdikcə sığallanır …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.”Sən gəlməsən”

Post Views: 57 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SƏN GƏLMƏSƏN Sənsiz gözüm gecə-gündüz ağlayır,Ayrılığın bu sinəmi dağlayır,Həsrət, hicran yollarımı bağlayır,Selə dönər, göz yaşlarım, durulmaz,Sən gəlməsən, göz yaşlarım, qurumaz. Sən Günəşsən, sənsiz solan Ay, mənəm,Həsrətindən …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Altdan-altdan qımışıram”

Post Views: 49 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Altdan-altdan qımışıram,Daha ürəkdən gülmürəm…Aşikara alışıram,Gizlincə sevə bilmirəm… Dəliyəm… Sənə oxşadım,Öyrətdin özünə məni…Bəxtim bəxtinə oxşasın,Sözüm də sözünə sənin… Aşiq yarın görsün deyə,Dağlar başını əyməz ki?Getdin… Arxanca səpməyə,Gözümün …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Qoşqardan əla dərs”

Post Views: 57 Azərbaycan Yazıçılar Birliyinin üzvi        Qoşqardan əla dərs Kürdəmirin Şilyan (Qarasu) kəndindən olan Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə”, medalları ilə təltif edilmiş, Şuşanın Daşaltı kəndi uğrunda döyüşlərdə şəhid olmuş  Qoşqar Səxavət oğlu Ömərovun ölməz xatirəsinə  ithaf edirəm! Vətənin …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.” Ürəklərdə yaşayacaqsan”

Post Views: 61              Azərbaycan Yazıçılar Birliyinin üzvi                                  Ürəklərdə yaşayacaqsan Əslən Kürdəmir rayonunun Carlı  kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “Hərbi xidmətə görə” medallarına layiq görülmüş Elnur Vəfadar oğlu İmamverdiyevin əziz xatirəsinə ithaf edirəm.      Kürün sol sahilində, sən, Carlıda doğuldun, Təkcə bu kəndin deyil, vətənin oğlu oldun. Uşaqlıqdan ağıllı, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Cəsur Rahib”

Post Views: 105 Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, şəhid olduqdan sonra “Vətən uğrunda” medalı ilə təltif edilmiş Şəhid Rahib Məmmədemin oğlu Hacıismayılovun ölməz xatirəsinə ithaf edirəm! Sən Şəkinin balası,Cəsur bir igidisən,Torpağı vətən edənNur üzlü şəhidisən. Vətəni qorumaqçın,Döyüşlərə atıldın,Qəhrəman əsgərlərinCərgəsinə qatıldın. Səni cürətli etdi,Bu vətənə məhəbbət,Səni yenilməz etdi,Düşmənə həsiz nifrət. Bir qəbahət sayırdınKişiyə qorxaqlığı,Qoxaqda …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.“Azərbaycan muğamı”

Post Views: 52 Azərbaycan Yazıçılar Birliyinin üzvi Azərbaycan muğamı Sevincimdir, ahımdır, Zabulum, Segahımdır, Rastım, Çahargahımdır, Azərbaycan muğamı.Anamın laylasıdır, Ruhumun qidasıdır, Könlümün sevdasıdır, Azərbaycan muğamı. Min sualdır, tap, ayır, Bizi hara aparır? Özümüzdən qoparır, Azərbaycan muğamı. Nağıldır, əfsanədir, Keçmişdən nişanədir, Köhnəlmir, səbəb nədir? Azərbaycan muğamı. Solmayan baharımdır, Kamanımdır, tarımdır, Xanımdır, Cabbarımdır, Azərbaycan muğamı. Bir kamillik dastanı, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.“Torpaq”

Post Views: 40 Azərbaycan Yazıçılar Birliyinin üzvü Döşündən süd verib doğma anatək Bizi əzizləyib bəsləyir torpaq. Açır qucağını nəvaziş ilə, İşıqlı sabaha səsləyir torpaq.   Soyuqdan, istidən, oddan qoruyur, Xaindən, namərddən, yaddan qoruyur, Ləkədən, gərəksiz addan qoruyur, Hara gediriksə izləyir torpaq.   Torpaqda çiçəyin, gülün ətri var, Torpaqda məhəbbət, həyat sətri var. Sən ona sadiq …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”ŞAİR UNUTMURSA”

Post Views: 54 Mәhәbbәtsiz yer üzündә tanrı heç nә yaratmadı,Bulaqların zümzümәsi, dәnizlәrin lәngәri var. Hәr gülüstan çiçәklәrin hәyat eşqi, görüş yeri,Hansını istәsәn qoxla, min cür әtri-әnbәri var. Mәğlubolmaz igidlәrә güc torpaqdan bağışlanar,Qaya döşü, dağ arxası, yurd adlanan sәngәri var. Yerdә olan sevgilәri göylәrә çatdırmaq üçün,Hәr zamanın öz Bilalı, öz mәscidi, minbәri var. Şair әgәr unutmursa …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”MƏNİ DƏ GÖNDƏRDİ BUĞDA DALINCA”

Post Views: 111 Yunus ƏmrəyəMәni dә cavankәn çöllәrә saldı,Bir çarıq, bir әsa, bir әba verdi.Mәni dә göndәrdi buğda dalıncaYol verdi, at verdi, araba verdi. Tapdım әrәnimi, tanıdım әri,Ona hizmәtdәyәm o gündәn bәri.Dedi abad elә bu könüllәri,Nә qәdәr dağılmış xaraba verdi. Tanrıya sirdaşam, haqqa yaram mәn,Dünәn yox olmuşdum, bu gün varam mәn.Tәk olan Allaha minnәtdaram mәn,Mәnә …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”İlahi gözəlliyə səcdə qılsam da, azdı”

Post Views: 54 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qadının gözündə ovsun da varmış… İlahi gözəlliyin Sahibi Aynurə xanım üçün Tarixi-qədimdən də üzü bəri şairlər,Gözəllərin eşqinə Gözəlləmə* də yazdı.ALLAH, Sən nura boya bu dünyanı hər səhər,İlahi gözəlliyə səcdə qılsam da yazdı. Bakı şəhəri. 9 aprel 2021-ci il.

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Babam” (Sənədli hekayə)

Post Views: 89 Azərbaycan Yazıçılar Birliyinin üzvü (Qulaməli babamın əziz xatirəsinə ithaf edirəm.)Dünyaya gəlirik, günlər, aylar, illər keçir, yavaş-yavaş böyüyürük, yaşa doluruq. Oğul, qız oluruq, bacı, qardaş oluruq. Vaxt ötür, müxtəlif adamlardan bizə müraciət forması dəyişir. Sonralar baba oluruq, nənə oluruq, ağsaqqal, ağbirçək oluruq.Nəvəm İlham kiçik qızımdan – xalasından soruşub ki, mənim iki babam var, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VIII hissə)

Post Views: 65 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü BAŞIMIN TACISAN Mən şeyda bülbüləm, sən tər bənövşə,Eşqimiz düşübdü tay dilə, dişə,Göylər də sevinir, gülüm, bu işə,Mənim qara gözlü, bir ceyranım var,Sənin tək sevimli, mehribanım var. …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VII hissə)

Post Views: 69 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü QIZ UŞAĞISAN Ürəklər deyəni dil deyə bilmir,Oxu gözlərimi qurbanın olum.Dərdindən gecələr yuxum da gəlmir,Qoyma ki, gül kimi saralım, solum. Sən tər bənövşəsən, sən yaz gülüsən,Şəfəqlər hüsninlə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXIV hissə)

Post Views: 55 NƏ BİLƏK? İtmiş ümidlərtək sındı havalar,getdi yarpaqlarla min arzu,diək,lbizim obalardan köçən durnalarhansı xurmalıqda endi,nə bilək? Öküzü qaldırdı sayqılı “ho–ho!”,zalım,nəyimişsən,a dünya?-paho!!ucaldan da Odur,endirən də O,təkər nə səbəbdən döndü,nə bilək? Daşa nə fərqi var–unut da,sev də?Nağıllar qəsrindən “Cırtdan” da,”Dev” də!qonaq gözləməsək,doğmalar evdə,döyən qapımızı kimdi,nə bilək? İndi hər sahibi durmaz sözündə,inanma hər yaşa gözəl gözündə!ülkər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXIII hissə)

Post Views: 258 Müəllim Yaşar, ucalar, qalar bu zəhmətHər sözün işıqdı, duzdu,çörəkdi ,Müəllim ,sən bizə susmağı öyrətHəyat danışmağı öyrədəcəkdi! Ordular məktəbdən döyüşə girər,Hər şagird bu yurdun igid əsgəri,Zülmə ağ olmağı müəllim öyrədib,Çox şey var tarixin öyrətmədiyi. Məktəbdən bizlərə sevgilər qalar,Sevinclər qüsələr durar göz-gözə,Doğma var,Vətəni gözdən saldırarDüşmən var-sədaqət öyrədir bizə. Müəllimin borcundan çıxarmı insan!Bir parça torpağam,bir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXII hissə)

Post Views: 76 ODLA–SUDUR UNU ÇÖRƏK ELƏYƏN… Qalib gələr eşqdə ürək eləyən,neçə canlar puç elədi bu sevgi!?odla–sudur unu çörək eləyən;yalan sözdür:”Tutmaz odla-suyunki” Dəyişərək xarab etdik dünyanı,indi həyat ara-sıra güldürür,namaz üstə ilan vurmaz insanı,amma,insan mərmi salıb öldürür! Sarayların çoxu bağlı qapılı,sayqıları görməmişdən umuruq,söz veririk–dilmanc edib lalları,oğrulara gözümüzü yumuruq! Deyirlər ki:”Bəla yayıb yarasa”!!daha olub Haqqı danmaq bir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXI hissə)

Post Views: 52 DƏYİŞMƏ… Eşqə düşən xırda ürək,dəli nər;bəxtdən gələn qismətinlə deyişmə!köhnə yurdun qədri sonra bilinər-sınamadan yenisinə dəyişmə. Pis soyular naşı qəssab astığı,dua olmaz hən uləmə yazdığı,baş qoyduğun ağ birçəkli yastığıişvəlilər sinəsinə dəyişmə. Bir turşməzə baxışından tez küsən,bu dünyada hələ nəyi görmüsən?el-obasız harda olsan-qəribsən,yurdu şöhrət həvəsinə dəyişmə. Ayırmasaq ucuzludan-bahanı,şər əməllər xırdalayar cahanı,halal olan “Abbasını”,”Şahını”haram “altun” …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXX hissə)

Post Views: 59 OLAYDI… Oxu,bülbül,səngiməsin avazın;qulaq asan O,tay ilə Bu,taydı,nə olaydı–sahilləri ArazınKürdəkitək get-gəlişlı olaydı, Geri dönməz yox olanlar,itənlər,solar özgə kölgəsində bitənlər,xoş günlərdə hökümranlıq edənlərdar məqamda bir az “dişli” olaydı, Vay o günə fürsət düşə əlinə-qəddar olan xəncər taxa belinə!sahib çıxıb yol göstərən elinə-ədalətli göstərişli olaydı, Əl ağacı aldatmaya korları,Azan səsi yatırtmaya karları,ilıq yellər tərpədəndə qarlarımən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Toxumdayam, torpaqdayam, şumdayam”

Post Views: 83 Ey şairi saraylara qısqanan,Daxmadayam, saraydayam, damdayam.Yağışımla, işığımla, odumla,Toxumdayam, torpaqdayam, şumdayam. Bahar vaxtı ana çölün havası,Hər qadanı başımızdan sovası.Bir saraydı hər qarışqa yuvası,Əkindəyəm, səpindəyəm, şumdayam. Şair olan neylər evi-eşiyi,Başı üstə Tanrı çəkər keşiyi.Mən özüməm Məcnunların beşiyi,Zərrədəyəm, səhradayam, qumdayam. Yağan yağış günahları yuyurmuş,Şükür haqqa, Tanrı məni duyurmuş.Allah özü mənə belə buyurmuş,Bişmişdəyəm, yanmışdayam, xamdayam. Həm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Qoy yatım, yuxudan qaldırma məni”

Post Views: 73 Qışda doğulmağım bəs edər mənə,Məni öldürəndə yaz öldür, Allah!Bilim hansı gündü gedəcəyim gün,Ölüm tariximi yaz, öldür, Allah. Qoy yatım, yuxudan qaldırma məni,Əcəlin cəngindən saldırma məni,Zarıya-zarıya öldürmə məni,Öldürə bilirsən, saz öldür, Allah! Acı gülüşlərin ürəyimdə xal,Dodağım qıfıllı, baxışlarım lal.Alırsan canımı birdəfəlik al,Bu qədər ağrıyla az öldür, Allah! 2004, 29 sentyabrCenevrə

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Daşlarda iziniz varmı?”

Post Views: 47 Avey dağın kəklikləri,Görüşmədik çoxdan bəri.Bu ətirli yaz səhəri,Mənə bir sözünüz varmı? Səsiniz düşübdür kəndə,O kəndin qızıyam mən də.Axtarıram hər gələndə,Daşlarda iziniz varmı? Uşaqlığım sizə bağlı,Saçlarım qaralı, ağlı,Ayrılıqdan köksü dağlıUzaqda qızınız varmı? 1970 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Aranım, dağım”

Post Views: 42 Qonşu mənə baxıb, gileylənirdi:-Nə vaxtıdır şəhərdən heç çıxmayırsan?Qış çətin deyil, lakin yaylarıBurada yaşamaq deyildir asan. Qorxulu deyildir mənim üçün heç,İstidə, bürküdə yayda qalmağım.Güzəranım keçir aranlı, dağlı,Evim aranımdır, eyvan yaylağım. 1977 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Qızılquş”

Post Views: 46 Yadlar sağdan-soldan baxdı həsədlə,Atıla güllələr ona çatmadı.Ölsə də, qızılquş keçməz yad ələ,Daşına sığınmadı, yerə yatmadı. Ölçdülər, biçdilər kəsib hər yanı,Nəhayət, yorulub əldən düşdülər.O geniş açmışdı qol-qanadını,Vurmaq istəyənlər gecikmişdilər. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Özümdən narazıyam”

Post Views: 271 ÖZÜMDƏN NARAZIYAM Təbiətin könül açanMin rəngi, min səsi var.Hər könülün min arzusu,Min səsli nəğməsi var. Bu arzular, bu nəğmələr,Bu səslər bir saz kimiMənim solğun sözlərimdəHeç dil aça bildimi? Hissim dərin, sözüm solğun,Qəlbim geniş, sinəm dar.Məndən əvvəl doğulubdurSinəmdəki duyğular. Səhv atılan addımlarıSonradan anlayıram.Baxıb vicdan güzgüsünəÖzümü danlayıram. Six ey yanlış addımlarım,Məni dərdə saldınız.Mən sizinlə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”AZƏRBAYCANDAN AYRILMAZ”

Post Views: 53 Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz. Uzaq düşsə gözümdən dilbərim, könlüm dözər, çünkiSevənlər bilməmiş olmaz, vüsal hicrandan ayrılmaz. Vəfasızdan vəfa ummaz, vəfadan yoğrulub eşqim,Canından ayrılar aşiq, fəqət canandan ayrılmaz… Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz. *Bu şeir Xalq şairi Süleyman Rüstəmin 2004-cü …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidləri”

Post Views: 48 Aprel döyüşünün nər igidləriƏbədi ürəkdə, baxışlardasız.Bu zirvəyə qalxan, bir daha enməz,Şəhidlik adıyla yaddaşlardasız. Şığıyıb Qartal tək mavi səmada,Vətən deyə-deyə şəhid oldunuz.Haqqın sədasnda, haqqın səsində,Yandırdı düşməni vətən odunuz. Dağlar əksinizi köksünə çəkdi,Torpağa qarışdı axan qanınız.Çiçəklər su içdi göz yaşınızdan,Cənnətə qovuşdu şəhid canınız. Yaradan veribdi ən yüksək adı,Şəhidin ləqəbi qürur, ləyaqət!“Aprel şəhidləri” bu hünəriylə,Şəhid …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Azadlıģa çıxan məhbus “Qarabağım”!”

Post Views: 44 Azadlıģa çıxan məhbus“Qarabağım”! Zümrüdqaşlı bulaqlarınzümzüməsinə,Xarıbülbülün aşiqi,bülbüllərin eşq nəğməsinə,Cıdır düzündə, qonur libaslıköhlənlərin kişnəməsinəhəsrət qaldığımız Qarabağım…Məhbusu olduğun zülmətinçiliklənməsini,yağmalanmış arzularının,qırılmış ümidlərimizdənyandırdığımız ocaqlarınhənirinə qısılıb,dan yerinin sökülməsinisəbrsizliklə gözləyirik.Arabir mirvari yağmur damcılarıgah içimizi göynədən yaralarımızı,gah da günəş şəfəqlərini gözləyənutancaq bənövşələrinləçəklərinə qonan şeh kimi,çatlamış dodaqlarımı isladır.Vətənin sinəsinə tuşlanangüllə səslərindən yağan damcılarözüylə həm kədəri, həm sevinci ovlayır.Torpağın hər qarışındaşəhid olur …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”İntizar nəğməsi”

Post Views: 50 Qəmdən zər-zibalı yazılan bəxtim.Rüzgarı telimə hey sığal oldu.Uşaqkən yıxıldı atalı təxtim,Bu nisgil qəlbimə qara xal oldu. Duyduqca kövrəldim ata nəğməsin,Həsrətin sazağı göynətdi məni.Dindi xatirəmdə dərd için-için,Biçib qəm köynəyin inlətdi məni. Zamanın ovcunda sıxılıb qaldım,Xəzana büründü ömür çiçəyim.Üzdüm əllərimi haqsız dünyadan,Töküldü ömrümün küsən ləçəyi. Sevgi ümmanında uçan duyğular,Dalğalar qoynunda çırpıldı daşa.Hicran şərbətini süzdü …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ay ötən günlərim…”

Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bilmirəm haraya uçub getdiniz,Yanımdan gizlicə keçib getdiniz,Bir uzaq mənzilə köçüb grtdiniz,Hərdən harayıma yetən günlərim,Ay ötən günlərim, ötən günlərim. İndi qırov düşüb iziniz üstə,Kimsə qovrularmı közünüz …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bu axşam bir şeir yazmağım gəlir”

Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Baxıram həyata necə buz kimi,Qaldım xəyallarda yuxusuz kimi,Eşqi qərib düşən nakam qız kimi,Bu axşam bir şeir yazmağım gəlir. Könlümün səhrası düzəndi, düzdü,Boylandım gümanlar gözünü süzdü,Ürəyim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXIX hissə)

Post Views: 1. 425 BAYQUŞUN…. Məskəni bilinməz bu qarışıqda,ulamaq-sevdiyi peşə-bayquşun,bütün canlıların yurdu işıqda,meşədə qaranlıq guşə-bayquşun. Elə bil dünyaya əbədi gələr,köçər dövranından neçə nəsillər,palıdlar quruyar,şamlar kəsilər,görməz ölməyini meşə-bayquşun Yer üzü yansa da-düşmədi oda!nəyin qüdrəti var bayquşluğunda?!nə olur,İlahim,bu gen dünyadamənə də bir işi düşə bayquşun! Kar olar könüllər yaxan fəryada,o, varkən-sərçələr yetməz murada!nəğməkar aşiqin səsi batsa da,batmasın bülbülə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVIII hissə)

Post Views: 85 VƏTƏNDAŞ SƏRÇƏLƏR… Olsa da hər zaman elnən iç-içəona dənli yerdə sədd hörübdülər,Vətəndir,neynəsin balaca sərçə?arpa kəpəyin də çox görübdülər. O qədər kövrəkdir doğma görkəmi;Mil-Muğan,Şirvanlı,Qarabağlıdı,o da mən gündədir–ölənə kimihara Vətəndirsə,ora bağlıdı! Sapandla vurular,ölər,qovrular-saraylar,məclislər yasaqlı yerdi!əsgər də,şəhid də sərçələr olar,yekəpər durnalar fərarilərdi! Sərçə taleyi də,özü də kiçik,vəfalı qəlbini duyan olmayıb,ədası-pırıltı,hədəsi-“Cik-cik”,odur ki,sərçəni sayan olmayıb! Payızda qayıdar,baharda …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”OXUYA BİLMƏDİM AXIRA QƏDƏR”

Post Views: 69 Kim deyir, bu dünya kefdi-damaqdı,Kefi olanlar da kefdə deyilmiş.Yüz il bu dünyada yaşasan belə,Göz açıb görürsən həftə deyilmiş. Vəfası yalandı, dostluğu hədər,Ötərgi sevincdi, əbədi kədər.Oxuya bilmədim axıra qədər,Dünya kitab kimi rəfdə deyilmiş. Min ürək qırıla, min könül sına,Fələyin qılıncı çəkilməz qına.Verir verdiyini can bahasına,Tanrının heç nəyi müftə deyilmiş. 30 aprel 2004

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”QƏBRƏ APARDIĞIM SİRR”

Post Views: 66 Batmış haraydı, ündü,Ən ağlamalı gündü.İçimdə bir düyündüQəbrə apardığım sirr. Daşa dəymiş oxumdu,Haram olmuş yuxumdu,Cücərməz bir toxumdu,Qəbrə apardığım sirr. Dərdim şişər, fil olar,Ölümüm qəfil olar,Məzarda qıfıl olar,Qəbrə apardığım sirr. Göz yaşım bilməz nədir,Baş daşım bilməz nədir,Qardaşım bilməz nədir,Qəbrə apardığım sirr. Çörək olub yeyilməz,Paltar olub geyilməz.Allaha da deyilməzQəbrə apardığım sirr. 28 iyul 2004

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VI hissə)

Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ŞÜKÜR EYLƏ Günəşdən qamaşır həmişə üz-göz,Ürək işıq içir göz bəbəyindən,Xoş gündə Allahı unuduruq biz,Dar gündə tuturuq tez ətəyindən. Əslində borcu yox bizə Allahln,Əslində heç bizə ehtiyacı …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (V hissə)

Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Şam Işığında Gecələr bəyaz olsun,Həzinləşsin duyğular,Nəğmələr qanad açsın,Şirinləşsin nağıllar,Ürək yansın, alışsın,Gülüm, şam işığında. Həsrət, hicran ərisin,Həyat nəşəli olsun,Gözlər sevgi paylasın,Baxışlar nurla dolsun,Ömrümün mənasını ,Bilim, şam işığında. …

Azərbaycan ədəbiyyatı

Əli Rza XƏLƏFLİ.”BİR ŞEİRİN XOCALI TABLOSU”

Post Views: 56 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Aida Adıgözəl adlı,bəxtinin qaralıgı gözəlbir şairəninxalı, gəbə timsallışeirini oxudum.Çeşnisinigözlərimin önünə çəkib,dərd hanasınıürəyimdə toxudum.Azərbaycan qan-qırmızıxalılar, gəbələr ölkəsidir,Bu da bir şairəninXocalı kölgəsidir.Şeir oxudumqan süzülürdü misralardan.Yaralı sözlərruhumun agrısına dönübvarlıgıma çökürdü.Dəhşətin üstünəörtük çəkmişdi qardan,Deyəsən,Tanrı gördüyündən xəcalət çəkirdi.Gecədən çıxmış səhərzorlanmış gəlin kimidünyaya gəlişinə …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Telli saz”

Post Views: 41 Azərbaycan Yazıçılar Birliyinin üzvü Sən, Dədə Qorqudun yadigarısanXalqımın kimliyi, etibarısan,Bütün Türk elinin iftixarısan,Harada səslənsən əhval olur saz,Necə də doğmasan bizə, telli saz. Yolların çətindir, daşlı – kəsəkli,Daima olmusan aydın məsləkli,Nəğmələr demisən təmiz diləkli,Qarda, sərt boranda gətirmisən yaz,Necə də doğmasan bizə, telli saz. Hər zaman kökdəsən, həyatcanlısan,Ələsgər, Azaflı, Tufarqanlısan,Koroğlu, Qurbani, Bozalqanlısan,Qoşaca qanaddır xoş …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Bahar gəlir”

Post Views: 44 Çəməndə çiçəklər işvə-naz ilə,Qayıdan durnalar xoş avaz ilə,Çağlayan bulaqlar telli saz ilə,Deyir yurdumuza ilk bahar gəlir. Oyanır təbiət, canlanır meşə,Boylanır qar altdan nərgiz, bənövşə,Üşüyən tellərə şeh düşə-düşə,Deyir yurdumuza ilk bahar gəlir. Azalır dağların dumanı,çəni,Yağış sanki yuyur üzlərdən qəmi,Günəşin istisi, torpağın nəmi,Deyir yurdumuza ilk bahar gəlir. Bağlarda ağaclar ilkçiçəyiylə,Qızılgül bəzənir tər ləçəyiylə,Xalidə yaz …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Rəcəb Tayyip Ərdoğan”

Post Views: 41 Haqdan yaranmısan nurdu əməlin,Tanrı dərgahından üzülməz əlin,Səninlə öyünür bütün türk elim,Yaradan göndərib bizə ərməğan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Zalıma, zülümə vermədin aman,Məzluma olmusan güvənli ünvan,Arzu-diləklərə sən oldun guman,Xalqa həqiqətin gözüylə baxan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Dar gündə yetişdin Qarabağıma,Nur kimi səpildin qəm ocağıma,Doğma qardaş oldun yaman çağıma,Könlümüzə zəfər sevinci yaxan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Sən …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidi”

Post Views: 41 Aprel döyüşündə gedən şəhidlər,Əbədi ürəkdə,baxışlardasız.Bu zirvəyə qalxan,bir daha enməz,Şəhidlik adıyla yaddaşlardasız. Yaralı qartal yək uçub səmada,Vətən deyə-deyə şəhid oldunuz.Oxşadı gözünüz yanar ulduzaYandırdı düşməni Vətən odunuz Dağlar əksinizi köksünə çəkdi,Torpağa qarışdı axan qanınız.Çiçəklər su içdi göz yaşınızdan,Cənnətə qovuşdu yanan canınız. Yaradan veribdii ən yüksək adı,Şəhidin ləqəbi qürur ,ləyaqət!Şəhid vətənimin “Aprel şəhidi”,Adıyla gətirdi Vətənə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Bu eşq şair xəyalıymış”

Post Views: 55 Nə dostdan bir xəbər gəldi,Deyəm əhdə vəfalıymış.Nə şadlıq, nə kədər gəldi,Deyəm ömrü cəfalıymış. Nə bildi, ağladım, güldüm,Nə bilsə, bildiyin bildim.Nə bildi qəm yeyib öldüm,Bu eşq şair xəyalıymış. 1993 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Mən ölmək istəmirəm”

Post Views: 55 Mən ölmək istəmirəmHələ beynim düşünür,Hələ qələmim yazır.Mən ölmək istəmirəm,Buna deyiləm hazır. Dost mənə yaşa deyir,İllər qəbrimi qazır.Qələm düşməz əlimdən,Günlərim, ötmə hədər,O son mənzilə qədər. Qoca köklər üstündəOlur meyvəli budaq.Mən ölmək istərəmGözlə, məkanım torpaq. 1984 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Təbiət”

Post Views: 61 Sirlər dünyasıdır bu dünya başdan,Tükənən deyildir onu deməklə…Təbiətdən güclü, qadir, möhtəşəm,Bir qüdrət, bir qüvvət bilmirəm hələ. Mən ona şadam ki, hələ canlıyam,Ayrılmaz üzvüyəm mən təbiətin.Kim bilir, bəlkə də, sirri bundadır,Təbiətə olan bu məhəbbətin! 1976 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Təbiətin qanunu”

Post Views: 64 Təbiət! Sevirəm, demişəm müdam-Sənin hikmətinə alqış, min alqış!Yerə çiləyirsən çox səxavətləYayı bolca isti, qışı qar, yağış. Təbiət! Həm məftun, həm minnətdaramSənin dövlətinə, sənin varına.Bir də ona görə çox sevirəm ki,Sadiqsən öz möhkəm qanunlarına. 1976 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Dözərdim”

Post Views: 60 Oğluma Əzəl ovçuluğa saldım meylimi,Tikanı tapdayıb, budağı əydim.Aşırıb boynumdan qoşalüləni,Meşələr qoynunda özünə bəydim. Dolu da başlayıb, külək də əsib,00Dovşan da atılıb, qurd da tələsib,Ağacda turacın üstünü kəsib,Qayada kəkliyin xətrinə dəydim. Azmı peşimanam öz əməlimdən,Əbəs ələnməyib saçlarıma dən?!Xəlvəti açılan bir gülləylə mənMəğrur dağ kəlinin qəddini əydim. Sevinci yarıda verməzdim bada,Ağrını, acını salmazdım yada,Alagöz …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Ölümə qurban olum”

Post Views: 79 Oğluma Həyat ətirli güldür,Gülümə qurban olum.Dağdı, dənizdi, göldü,Gölümə qurban olum. Coşub, çağlayan könül,Açıb, bağlayan könül,Gülüb, ağlayan könül,Könlümə qurban olum. Dağ sökülüb, -dedilər,Bel bükülüb, -dedilər,-ARİF ölüb, -dedilər,Ölümə qurban olum. *Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında …