Axşamtərəfi qayınatam onu Salyan şossesinə aparmağımı xahiş etdi. Yol maşınlarından birinə minib Səngəçala gedəcəkdi. Orda yaşayırdı.
Salyan şossesinə yaxınlaşanda yolun əks tərəfindəki dayanacaqda durmuş gəlinlə balaca bir qız uşağını mənə göstərib:
– Sən allah, geri qayıdanda onları da götür, – dedi. – Yəqin Lökbatana gedirlər. Yazıqdılar, qaranlığa qalar, yağışa düşərlər.
Onunla qohum olandan həmişə belə görmüşdüm. Nə qədər vacib işi olur-olsun, yolda qalanın birinin də yanından özünü görməməzliyə vurub ötməzdi. Maşınını saxlayar (maşını indi ustada təmirdəydi), hara getdiyi ilə maraqlanar, aparıb düz evlərində düşürdərdi. Heç kimdən də pul-para ummaz, almazdı. Buna ehtiyacı da yoxdu.
Fikrimdə maşını birbaş Səngəçala sürmək, onu evlərində qoyub qayıtmaqdı. Düz yolda 30-40 kilometr məsafə nəmənəydi! Ancaq imkan vermədi. Başqa vaxt bəlkə də razılaşardı. İndi yarı canı o dayanacaqdakı uşaqlı qadının yanındaydı. Onlara görə narahatdı.
Uzaqdan Salyan şossesində qaraladığım xırdatutumlu avtobusun tərpənməyə hazırlaşdığını gördüm. Maşınımın işıqlarını yandırıb-söndürməklə sürücüsünə işarə etdim ki, bizi gözləsin. O da bir az ləngidi. Aralıdan soruşdum:
– Hara gedirsən?
– Salyana, – dedi.
– Boş yerin var?
– Var.
– Səngəçala qədər bir nəfər götürərsən?
– Gəlsin.
Xudahafizləşəndə qayınatam bir də xatırlatdı:
– Gəlini yaddan çıxarma.
– Yaxşı, – deyib maşını ağzıgeri döndərdim.
Göyün üzünü qara buludlar almışdı. Hava məlumat bürosu selləmə yağış yağacağını bildirsə də, arabir maşının qabaq şüşəsinə düşən təkəmseyrək iri gilələrdən başqa hələ heç nə yoxdu.
Dayanacaqdakı uşaqlı gəlinin bərabərinə çatanda maşını saxladım. Ötüb getmək insafdan deyildi. Dayanacağın adı dayanacaqdı. Böyür-başı cəhənnəm, üstü də açıqdı. Yağış yağmağa başlasa, tamam islanacaqdılar. Marşrut avtobusları da axşama doğru bu tərəflərdə hər saat adamı yarıtmırdı.
Sağ tərəfdəki qapının şüşəsini yendirib:
– Bacım, – səsləndim, – Lökbatana gedirsinizsə, gəlin əyləşin, aparım.
Mənə elə gəldi ki, üzünü yana çevirən qadın özünü qəsdən eşitməməzliyə vurdu. Qızcığaz onun ətəyini dartdı, əliynən məni göstərib nəsə dedi. Yenə əhəmiyyət verməyəndə məni yanlış anladığını düşünüb bir də dilləndim:
– Bacım, mən xalturşik deyiləm. Özüm də Lökbatanda oluram.
Qadın birdən sərt bir şəkildə dönüb:
– Bura bax, – dedi, – yekə kişisən, yolunla düz gedə bilmirsən?
Tanımasam da, məsum saydığım bir qadından bu cür kobudluq gözləmirdim. Mərifətlə deyə bilərdi ki, getmirəm, vəssalam. Məcburiyyətmi vardı? Axı mən ona nə sataşmış, nə də elə bir ədəbsiz təklif etmişdim. Belə bir şey ağlımın ucundan da keçmirdi. Evli, ailəliydim, bu mənə yaraşmazdı. Sadəcə, ürəyim yanmış, yazığım gəlmişdi. Xüsusən, yanındakı uşağa, qızcığaza.
Düşmək, niyyətimin təmiz olduğunu bir daha başa salmaq istəsəm də, vaz keçdim. Əvəzində qayınatamın qarasınca söyləndim. Tapşırmasaydı, qayıdanbaş onlar nəzərimi bəlkə də heç cəlb etməyəcək, eləcə ötüb gedəcəkdim. Nə mən qadına yaxşılıq eləmək fikrinə düşəcəkdim, nə də o mənim xeyirxahlığımı pis yerə yozacaq, kobud, ağır cavab verəcək, qanımı qaraldacaqdı.
Yamanca peşmandım. Çatan kimi evdə də arvadım dilxor elədi:
– Atamı yolda düşürdüb qayıtdın, yoxsa maşına mindirib yola saldın?
– Yolda düşürdüb qayıtdım, – acıqcan dedim.
– Sən allah, doğru sözündü?..
– Əşi, bəsdi də, – əsəbləşdim. – Belə axmaq sual hardan ağlına gəldi?
– Boyy, axşam-axşam noolub sənə?.. – Arvadım dayanıb təəccüblə üzümə baxdı.
İzah eləməyə belə ehtiyac görmədim.
***
Bir azdan başım işlərimə necə qarışdısa, hər şeyi unutdum. Bir də çöl qapının zəngi çalınanda ayıldım. Arvadım özünü yetirib qapını açdı. Kimdisə, dediyinə görə, üzbəüzdəki qonşumuz Tahirə xalanın qohumuydu, qonaq gəlmişdi. Ancaq, deyəsən, evdə heç kim yoxdu. Qapının zəngini nə qədər bassa da, cavab vermirdilər.
– Bayaq balkonda paltarları şəriddən yığanda Tahirə xalanın əlində zənbil harasa getdiyini gördüm, – arvadım dedi.
– Nə pis oldu, – qadın vaysındı. – Görəsən gec gələr?
– Bayırda durmayın, keçin içəri, – arvadım dedi. – Harda olsa, indilərdə gələr.
İçəri keçərkən ayaq səslərindən onların iki nəfər olduğunu duydum.
Bu zaman o biri otaqdan uşaqlarım da hay-harayla dəhlizə çıxdılar.
– Oyy, dad!.. – Oğlum bərkdən içini çəkdi.
– Yağış sizi harda isladıb belə? – Dalınca arvadım bunu soruşmasaydı, oğlumun niyə təəccübləndiyini bilməyəcəkdim.
– Dayanacaqda. Birdən yağmağa başladı. Daldalanmağa yer tapmadıq.
Maraq məni üstələdi. Qarışıqlıqdan istifadə edib qapının arasından xəlvətcə o tərəfə boylandım. Heyrətdən yerimdə dondum. Dəhlizdəkilər qayınatamı yola salıb qayıdanda dayanacaqda maşınıma mindirmək istədiyim gəlinlə qızcığazdı.
Yağış onları, doğrudan, yaman günə qoymuşdu. Azca qala özümü unudub arvadıma səslənəcəkdim ki, artıq paltarınız varsa, gətir ver, əyinlərini dəyişsinlər. İslanmış cücəyə dönən qızcığaz elə mənim qızım boydaydı.
– Keçin hamama, məhraba ilə qurulanın, üst-başınızı qaydaya salın, – arvadım ürəyimdən keçənləri oxuyubmuş kimi birdən əl-ayağa düşdü. – Əyninizi dəyişməyə indicə nəsə bir şey tapıb gətirərəm.
– Lazım deyil, bacı, narahat olmayın, – qadın könülsüz mızıldandı.
– Sıxılmayın, canım, özünüzü evinizdəki kimi hiss edin. Belə olmaz, xəstələnərsiniz.
Arvadım uşaqlarımızı qabağına qatıb təzədən içəri evə saldı.
– Sən elədin, ana, – tək qalanda qızcığaz ötkəmliklə qadını günahlandırdı. – Gərək o əminin “Jiquli”sinə minəydik.
Qadın tez qızcığazın ağzını yumdu.
– Suss!..
Qapıdan çəkildim. Məni görməsələr yaxşıydı.
Category: Azərbaycan ədəbiyyatı
-
Eyvaz ZEYNALOV.”Qonşunun qonağı” (Hekayə)
-
Əziz MUSA.”Niyə şair oldum”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoruniyə şair oldum, Allahım niyə,
vətənə şair yox ,əsgər gərəkdir.
bu yurda, torpağa qeyrətli yiyə,
yurdu qorumağa bir nər gərəkdir.yurd əldən getməzdi qorunsa əgər,
bizim qəlbimizdə təpər olmadı.
şeirimi, sözümü oxuyan əsgər,
gedib bir qarış da torpaq almadı.igid bir döyüşçü doğulaydım kaş,
soyuq səngərlərdə duraydım gərək.
əldən getməyəydi o torpaq, o daş,
gedəydim düşmənin üstünə şir tək.söz çatmır dünyanın kar qulağına
ürəyim partlayır qüssədən, dərddən,
gör kim sahib çıxıb cənnət bağına,
sözlə düşmən çıxmaz tutduğu yerdən.tanrı sözünü də eşitmir nadan,
qansız eşidərmi şair sözünü,
indi qanad açıb yeriyir yalan,
tülkü bir şir bilir vallah özünü.boş vədlə sağalmaz bir qanlı yara,
silaha silahla cavab verilər,
torpağı veməyək qəsbikarlara
dərdin ağlamasaq torpaqmı gülərdüşmən insaf bilməz, mürivət bilməz,
daha hayımıza gəlib çatan yox
döyüş meydanında söz kara gəlməz,
hamı şeir yazır,silah tutan yox.niyə şair oldum Allahım niyə,
vətənə şair yox, əsgər gərəkdir,
bu yurda, torpağa qeyrətli yiyə,
yurdu qorumağa bir nər gərəkdir -
Günel ƏJDƏRQIZI.”Kənddə bir gün…” (Hekayə)
Yuxudan ayılanda otağdakı hər şey Murada qəribə gəldi. Köhnə, lakin olduqca səliqə-səhmanlı ev onların deyildi. Başı yaman ağrıyırdı. Gözləri yuxudan açılmırdı. Evin pəncəri açıq idi. Gözəl yaz havası insana ləzzət verirdi. Sacda bişmiş lavaşın qoxusunu duyanda hər şey Muradın yadına düşdü. Dünən gecə qohumlarının toyunda iş yoldaşlarının sözünü yerə sala bilməmiş, xeyli araq içmişdi. Buna vərdiş etmədiyindən başı gicəllənmiş, ürəyi bulanmış və özünü şadlıq evinin həyətinə güclə atmışdı. Sonra toyu yarımçıq tərk edərək taksiylə kənddə yaşayan Tamaşa nənəsinin yanına gəlmişdi. Fikirləşmişdi ki, bir gün kəndə qalar, ertəsi gün yenidən Bakıya evlərinə qayıdar. Neçə aydır görmədiyi nəvəsinin gəlişi nənəni yaman sevindirmişdi. Dayısı ilə necə görüşdüyü yadına düşmürdü. Tamaşa nənə əziz balasını duz kimi yalamış və yatması üçün yer hazırlamışdı.
Murad ayağa qalxaraq həyətə düşdü. Nənəsi dördayağın üstündə xəmir yayırdı. Yanağları həmişəki kimi qıp-qırmızı qızarmışdı. Başına örtdüyü yaylıq ona xüsusi gözəllik verirdi. Zəhmətdən, çətinliklərdən qabar olmuş əlləri dayanmadan lavaş açırdı. Nurlu üzünə, əllərinə səpələnmiş un nənəsinə xüsusi gözəllik verirdi. Murad əl-üzünü yuduqdan sonra süfrəyə oturdu. Kərə yağını, motal pendirini lavaşın arasına yaxıb bürmələyib yedi. Nənəsinin süzdüyü samovar çayından ləzzətlə içdi. Nənə bala dərtləşməyə başladılar. Qonşu Sədəf xala darvazanı açaraq nənəsini səsləməsəydi söhbətləri hələ davam edəcəkdi. Tamaşa nənə darvazanın yanına gedib Sədəf xalayla söhbət etməyə başladı. Sədəf xala nənəsinə nəsə söyləyib getdi. Deyəsən yaxşı xəbər deyildi. Nənə kədərli və doluxsunmuş halda nəvəsinə yaxınlaşıb pıçıldadı: “Sədəf deyir ki, Nübar rəhmətə gedib. Elə yaxşı qadın idi ki… Yetimçilik günlərimin sirdaşı olub Nübar. Baban öləndən sonra altı övladımı –xalalarını, dayılarını min bir əziyyətlə böyütmüşəm. Nübarla birgə şirniyyat sexində işləmişəm. Hər zaman bir-birimizə əl tutmuşuk. Yazıq bircə dəfə də olsun xəstəlikdən şikayət etməmişdi. Onun ölümü mənim üçün böyük itkidir. Bir azdan Sədəflə birlikdə onların evinə hüzürə gedəcəyəm”-deyib gözlərindən axan yaş damcılarını sildi. Murad nənəsini heç zaman belə kədərli görməmişdi. Yarım saat keçdikdən sonra Tamaşa nənə Muradı evdə qoyub qara kəlağayısını başına örtüb evdən çıxdı. Murad televizorun qarşısına keçib mahnılara qulaq asmağa başladı. Dayısı işdə olduğundan ev ona darıxdırıcı gəldi. Şəhər uşağı olduğundan kənd mühütü onu sıxırdı. Əlacsızlıqdan həyətdə gəzməyə başladı. Toyuq-quşun, hünduşqanın səsi bir-birinə qarışmışdı. Heyvanların salındığı tövləyə yaxınlaşdı. Burada yenicə doğulmuş iki buzov vardı. İkisi də gözəl və sevimli idi. Murad bir xeyli onlara tamaşa edib evə qayıdanda nənəsinin gəldiyini gördü. Bayaq hüzürə gözüyaşlı yola saldığı nənəsi az qala əl-qol qaldırıb oynayacaqdı.O, “əstəfurullah” deyib, öz-özünə düşündü: “Yəqin Nübarın ölümü ona pis təsir edib, nənəsinə nəsə olub. Yoxsa ən yaxın adamının hüzürünə gedən adam niyə gülə-gülə qayıtsın. Ürəyində nənəsinə yazığı gəldi. Tamaşa nənə Muradın yanına çatanda nəsə demək istədi, amma sözünü gətirə bilməyib qəh-qəhə çəkib gülməyə başladı. “Nə olub, ay nənə”- desə də Muradı dərd götürmüşdü. Tamaşa nənə gülməyinə ara verib, özünü ələ aldıqdan sonra hüzürdə başına gələnləri nəvəsinə nağıl elədi.
“Qonşu qadınlarla hüzür düşən yerə çatanda çadır görmədik, dedik ki yəqin hüzüri məsciddə verəcəklər. Qapını döyəndə isə az qaldı gördüklərimizin qarşısında ürəyimiz partlaya. Qapını onun oğlu, qızı deyil, Nübar özü açdı. Əvvəlcə sandıq ki, bizi qara basır, sonra onun həqiqətən Nübar olduğuna əmin olduq. Rəhmətə gedən kəndin yuxarı başında yaşayan Nübar olub. Bizim ölü hesab edib, ailəsinə başsağlığı verməyə getdiyimiz Nübar isə sağ imiş”.
11.11.2015
-
Eldar Nəsibli Sibirel.Şeirlər
ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990
Ağlama yaraşmır sənə göz yaşı,
Qurut gözləriyin yaşını, vətən.
Axı qalda gərək igidin başı,
Uca tut əyilməz başını, vətən.Yamanca ağırmış Vətən, daşımız,
Onu qaldırmağa “dostlar” can çəkir.
Yox, daha oyanıb qan yaddaşımız,
Bizi azadlığa daha qan çəkir.Zaman dost-düşməni bir-bir tanıdır,
Ölməyir Əsliyçün Kərəmlərimiz.
Sinəmiz Şəhidlər Xiyabanıdır,
Orda dəfn etmişik ərənləri biz.Yolları uzundur özünü dərkin.
O yol igidlərin qanından keçir.
Sənin oğulların, Vətən, sevin ki,
Döyüşdə səndən yox, canından keçir.Kökünün qədrini biləni varsa,
Nəsillər sabaha ümid daşıyır.
Azadlıq uğrunda öləni varsa
O xalqın yaşamaq haqqı yaşayır.Qələbəyə saxla göz yaşlarını,
Azadlıq boylanmır sənə yad kimi.
O gün şəhidlər də baş daşlarını.
Düşmənə sıxacaq avtomat kimi.Əyilməz başını uca tut ,Vətən
Azadlıq arzulu igidlərinlə.
Ömrü yaz ömrü tək qərənfilləşən,
Məzarı – and yeri şəhidlərinlə.Bilsəm sevirsən məni 1982
Boylanaram gözlərindən yaz kimi,
Bilsəm sevirsən məni.
Qədəminə yol tək sərrəm fikrimi,
Bilsəm sevirsən məni.Günəş olub göylərində yanaram,
Gülüş olub dodağına qonaram,
Öz ömrümə səni zirvə sanaram,
Bilsəm sevirsən məni.Səhrana su, yağışına çətirəm,
Çiynimə dağ yükləsələr, götürrəm,
Xoşbəxtliyi ayağına gətirrəm,
Bilsəm sevirsən məni.Yazılmısan yaddaşıma, yadıma,
Qanadlannam göyün yeddi qatına.
Ulduzlardan çələng hörrəm adına,
Bilsəm sevirsən məni.Səni görcək uçunaram, əsərəm,
Sənsiz keçən günlərimdən bezərəm,
Səhərləri kirpiyinə düzərəm,
Bilsəm sevirsən məni. -
İlkin ABBAS.”Dəyiş”
İnsan, çox oynadın şeytan rolunda,
Bir az da mələk ol, rolunu dəyiş.
Yolçusan sən də bu ömür yolunda,
Sağın savab yazır, solunu dəyiş.Nə qədər gözlərdə kədər doğacaq?
Nə qədər kipriklər yaşlar sıxacaq?
Nə qədər həsrətdən, qəmdən yağacaq?
İlahi, yağışı, dolunu dəyiş.Bəndə gərəkdir ki daim söz tuta,
Həyatda layiqli, təmiz iz tuta,
Var-dövlət nə olan şeydi göz tuta?
Sən bu insanların halını dəyiş.Bir gözüm ac oldu, bir gözümsə tox,
Sevincim az oldu, qəm-kədərim çox,
Canı yara qurban verdim, sənə yox,
Ay Allah, mən adlı qulunu dəyiş. -
Etibar VƏLİYEV.”Vətənimə qayıdaram”
Zirvələri soraqlayıb,
Ulduzlara səfər etsəm,
Asimanı daraqlayıb,
Günəşidə gedib ötsəm.
Gecə ayı haraylayıb,
Onu qucsam, hara getsəm.
Öz elimə qayıdaram,
Vətənimə qayıdaram.Yollarımı duman alsa,
Qarşısında dayanmaram.
Yüz yaşasam , min yaşasam,
Vətənimdən doyammaram.
Qurbət bit el cənnət olsa,
Yenə orda qalammaram.
Öz elimə qayıdaram,
Vətənimə qayıdaram.Mən arzuma , kama yetsəm.
Nakam üçün darıxaram,
Bir gecəlik dağa getsəm.
Anam üçün darıxaram.
Vətənimdən uzaq düşsəm.
Vətənimçün darıxaram.
Öz elimə qayıdaram,
Vətənimə qayıdaram.Gərək vicdan, qeyrət olsun.
İnsanln öz mayasında.
Köçüb getsəm bu dünyadan.
O, axirət dünyasında,
Bir zərrəcə imkan olsa.
Mən ruhumun duhasında.
Öz elimə qayıdaram.
Vətənimə qayıdaram.Müəllif: Etibar VƏLİYEV
1985 -
Rəhim MEHNƏT.Yeni şeirlər
ŞAH DAMARISAN
Olmasan qəlbimin rəngi bilinmir,
Gəlməsən ürəyim dolur, qaralır.
Sən mənim könlümün şah damarısan,
Sənsiz mən yazığın qəlbi yaradır.Nazlı baxışların alır canımı,
Az qalır ürəyim dayana mənim.
Hər gecə yuxuda kəsib yanımı,
Cismim əllərində oyana mənim.Əlini əlimdən kənara çəkmə,
Gözüm yollarına dikilib, durar.
İncə gülüşünü gözündə bükmə,
Sənsizlik üstümə tökülər, qalar.Neçə ki, canımda ruh daşıyıram,
Ölüncə qalacam qucağında mən.
Səninlə birlikdə şah yaşıyıram,
Közün olacağam ocağında mən.11.11.2015
BU GÜN
Nə yollar hicranın bağrını dəldi,
Nə həsrət qismətin yanına gəldi.
Nə dərdi topladı, nə də ki, dərdi,
Nə də ki, qucaqda saxladı bu gün.Nə əlin əlində saxlaya bildi,
Nə ürək oxuyla oxlaya bildi.
Nə qara telini oxşaya bildi,
Nə də ki, ətir tək qoxladı bu gün.Nə duya bilmədi, isti nəfəsin.
Nə ürək almadı ürəkdən səsin.
Nə könül görmədi sevimli kəsin.
Nə də ki, tez gəlib yoxladı bu gün.Nə baxa bilmədi qumral gözünə,
Nə xəyal yaratdı, özü özünə.
Nə cavab vermədi onun sözünə,
Nə də ki, yerindən laxladı bu gün.10.11.2015
-
Turan Novruzu doğum günü münasibətilə təbrik edirik! (12 noyabr)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
-
Hüseyn RAZİ.Şeirlər
QARABAĞDADIR
Çılğın fırtına var ürəyimizdə,
Qəzəbdən gərilmiş əsəblər yanır.
Təmkinli görünə bilsək də üzdə,
Ruhumuz alışıb qasırğalanır.İnamla köksünü qabardıb vətən,
Ədalət kiçilir, haqq təpiklənir.
Sanki qiyamətin sur düdüyündən
Bizə faciəli xəbərlər gəlir.Seli şahə qalxır bir təlatümün
Cabbarın, Səidin, Xanın səsindən.
Qəzəbli bir haray ucalır bu gün
Dünyaya Vaqifin məqbərəsindən.Qarabağ eşqimdir, kökü dərində,
Danışan kamanım, tarım, neyimdir.
O, mənim dağların zirvələrində
Dayanmış sənətkar korifeyimdir.Dövlət himnimizin sədalarında,
Qıy vuran nəfəslər Qarabağdadır.
Coşqun şeirimizin nidalarında
Müdrik, odlu səslər Qarabağdadır.Təbrizdən Bakıya durna qatarı,
Fikrin dağ ləngəri, sözün tutarı.
Misri qılıncların parıltıları,
Qılınc vuran kəslər Qarabağdadır.Gülüşü dağ seli, eşqi şəlalə,
Kövrək şikəstəni qaldırıb zilə,
Hər kəndin bir ordu, evi qafilə,
Ən coşqun həvəslər Qarabağdadır.Məğrur babaların dağ yaddaşları,
Nakam nənələrin məzar daşları.
Mələk gözəllərin gül baxışları,
Ruhu müqəddəslər Qarabağdadır.Baxır zirvələrdən sabaha sarı,
Şimşəklə daranır dağların qarı.
Hər oğlu, hər qızı alov yonqarı,
Ən atəşpərəstlər Qarabağdadır.Bu gün Odlar yurdu coşqun bir dəniz,
Haqqın kürsüsündən danışırıq biz.
Bütün tariximdə ən ibrətamiz,
Ən möhtəşəm dərslər Qarabağdadır.1988.
AĞRI DAĞI
Taleyimiz, tariximiz yanaşı,
Qoşa dağlar vüqarında dayanmış.
Nənələrin, babaların yaddaşı
Güzgüsündə şölələnib daranmış.Dədə Qorqud boylarının özülü,
Yunis İmrə şeri kimi düzülü.
Zirvələri butalanmış dağ gülü,
Sevgimizin alovunda boyanmış.Çıxıb göyün qübbəsindən bax bəri,
O Atatürk qeyrətinin ləngəri.
Milyon-milyon mərd igidin səngəri,
Neçə-neçə döyüşlərdə sınanmış.Dövrəsindən üfüqlərin əngini,
Pıçıldayır “Heyratı”nı, “Cəngi”ni.
Eşqimizlə cilasını, rəngini,
Sehirləyib bu qüdrətə inanmış.Nağıllaşıb cığırları, yolları,
Daşlarında neçə Qırat nalları.
Elə bil ki, heykəlləşən salları,
Şəhidlərin qəzəbindən oyanmış.Göz dikməsin qamətinə hər yetən,
O vətəndir, əcdadıma bir vətən.
Sürünsə də dövrəsində duman, çən,
Od ürəkli bir xalq üçün yaranmış.KÜL OLMAZ
Bu yerin torpağı, daşı alovdur,
Yandıqca alışar, odu kül olmaz.
Qüruru tufandır, düşüncəsi nur,
Namərdə əyilməz, yada dil olmaz.Olsun inamın pak, məramın qəti,
Qılınc tək ofxarla yada nifrəti.
Qeyrəti göylərdən uca milləti,
Çarmıxa çəksələr, yenə qul olmaz.Mizan, tərəzidir hər təmiz ürək,
Arzusu şəfəqli, sevdası rəng-rəng.
Zəhmət çəkməyənə haramdır çörək,
Kişiyə rüşvətdən, paydan pul olmaz.Dağların yeddi qat zirehli çadır,
Vətən sevgilidir, vətən anadır.
Dənizi əbədi bir fırtınadır,
Onun sinəsindən yada yol olmaz.Allahı sevirsən, haqqı sevirsən,
Dayan ləyaqətin keşiyində sən.
Milçəyi şişirdib filə çevirsən,
Fillə üzləşəndə ondan fil olmaz.Hər baxış bir sual, hə gülüş nida,
Qardaşam desə də inanma yada.
Qanqala yüz calaq vuran olsa da,
Rəngi başqalaşar, özü gül olmaz.Hər çayın öz adı, öz məcrası var,
Qəfil ildırımlar bir anlıq olar.
Bulanıq görünər ötərgi sular,
Durna bulaqların suyu lil olmaz.1990.
VƏTƏN
Doğma beşiyimiz, eşqimiz vətən,
Vətən ən möhtəşəm odlu sevgidir.
Vətən torpağından ayrılıb gedən
Bəlkə də dünyanı tərk edib gedir.Ana laylasından, ana dilindən,
Ana vüqarından güc almışıq biz.
Bu qüdrət, bu qürur Çənlibelindən,
Şöhrət zirvəsinə ucalmışıq biz.Bütün tariximiz şanlı bir sınaq,
Tale günəşimiz vətəndir, vətən.
Bizim məsləkimiz yaranıb ancaq
Ana sevgisindən, ana südündən.Yaranıb düşmüşük cazibəsinə,
Vətən əbədiyyət, nur heykəlidir.
İllər ötüşdükcə, bu torpaq bizə
Daha cazibəli görünməlidir.Tükənməz bir eşqin alovu canda,
Hələ çox sözüm var, ömür yarıdır.
Bu gün Naxçıvan da, Mil də, Muğan da
Mənim ilhamımın qanadlarıdır.Abşeron vüqarım, Bakı varımdır,
Hər işim canlı bir əsərdir mənim.
Kür, Araz ürəkdə qan damarımdır,
İlhamım qabaran Xəzərdir mənim.Ürəkdə vətənin eşqi yanar dağ,
Zirvəyə qaldırar bu vüqar bizi.
Bu eşqi ömürdən uca tutmasaq.
Nəsimi, Füzuli qınayar bizi.Köksümü riqqətlə qaldıran qürur,
Qoşqarın, Kəpəzin zirvəsindədir.
Naxçıvan bağrımın başında durur,
Göy göl gözlərimin giləsindədir.Qəlbimiz bu eşqin oduna yansın,
Yanmayan şairin sözü saxtadır.
Sevgimiz dəniztək qasırğalansın,
Qəlbimiz, canımız bu torpaqdadır.DÜNYA
Məmməd Araz üçünPlanetlər düzümündə tutanda qərar,
Tək özünə uzun ömür dilədi dünya.
Nə əbədi hökmüdarı, nə varisi var,
O zamandan belə sonsuz lələdi dünya.Tufanlarda neçə kərə girova döndü,
Ürəyinə ox tuşlanan bir ova döndü.
Küt başların inadında alova döndü,
Yana-yana haray çəkib mələdi dünya.Bir tərəfi işıqdadır, bir üzü çəndə,
Xəbərsizdir nəsil-nəsil insan keçəndə.
Müəmmalar buludunda, duman içində,
Azıb qalmış bir zavallı kölədi dünya.Bir cazibə kəndirində çəkilib dara,
Ona uyan gərək yana, ya da yandıra.
Doğulanda kimisini cırım-cındıra,
Kimisini zər-zibaya bələdi dünya.Bir evində sona qədər yanmaz çıraqlar,
Bir ürəkdir, ürəksizlər nəbzini yoxlar.
Bir aləmdir, yüz aləmin sirrini saxlar,
Bir günəşin şöləsində gilədi dünya.Bağışlamaz, namərd kimi barını dərsən,
Qaytaracaq səxavətlə ona nə versən.
Hər kim olsan, baş aparma, bir gün görərsən
Səni ovub xəlbirindən ələdi dünya.Vardır böyük dəyanət də, təmkin də onda,
Hövsələsi dözümündə, qılıncı qında.
Hər namərdin cənnətini göz qırpımında,
Baxarsan ki, bir cəhənnəm elədi dünya.Gecələri gündüzlərə hədə-qorxudur,
Həqiqətə təşnələrin susuz arxıdır.
Hey fırlanan, hey fırladan tale çarxıdır,
Razi, inan, ya inanma, belədi dünya.1981
-
“Başın sağ olsun, VƏTƏN!”
Şəhid Elman Müslüm oğlu Abbasovun
unudulmaz xatirəsinəI
Ataxal kəndində gəldi dünyaya,
Dolaşdı hər dağı, dərəni Elman.
Yaxşı tanıyırdı mahir ovçutək,
Bu yerdə hər bəndi, bərəni Elman.Ataya, anaya ümid payıydı,
Babanın-nənənin hay-harayıydı,
Hamı bu oğlanı doğma sayırdı,
Sevirdi doğmatək hərəni Elman.“Cəngi” üstündəydi sazının simi,
Yox idi zərrəcə kəsiri, kəmi.
Düşmən xar olardı – Koroğlu kimi,
Çəkəndə bir dəli nərəni Elman.Gənc idi, deyildi sənətdə naşı,
Sevib-əzizlərdi torpağı, daşı,
Göydə buludlara dəyərdi başı,
Zərblə sındırardı kərəni Elman.Tanrı duasıyla almışdı adı,
Olmuşdu bir nəslin qolu, qanadı.
Bu odlar yurdunun igid övladı,
Gədəbəy elinin ərəni Elman.II
Düşüb qovğaya, qala, –
Ana Vətən çağırır.
Kim dözər ki, bu hala? –
Ana Vətən çağırır.Gün ağlamaz xalx bizə,
Dayaq olsun Haqq bizə,
Namusdu torpaq bizə,
Ana Vətən çağırır.Neylər bizə bu hədə,
Beş-on “yan”, beş-on gədə,
Şərəf-şan təhlükədə,
Ana Vətən çağırır.Sona varılmaz lənglə,
Dinək topla, tüfənglə,
Tarix yazaq bu cənglə,
Ana Vətən çağırır.Boğularsa gur səsin,
Ömür olar bir əsim.
Analar inciməsin, –
Ana Vətən çağırır.III
Baxmaz qardı, borandı,
Şərəfi bilər bu andı.
Keşikdə mərd durandı,
Azərbaycan əsgəri.Torpaq müqəddəs beşik,
Ulus, oymaq, ev-eşik,
Qürurla çəkər keşik,
Azərbaycan əsgəri.Öndədir hər yarışda,
Həm hərbdə, həm barışda.
Can qoyar hər qarışda,
Azərbaycan əsgəri.Səngərində mərd durar,
Ürəyində od durar.
Düşmənə qan uddurar,
Azərbaycan əsgəri.Müqəddəs and yeridi,
Xalqın ümid yeridi.
Qalibiyyət şeridi,
Azərbaycan əsgəriIV
Vətən səsləyəndə, “hazıram” dedin,
Götürdün əlinə silah, döyüşdün.
Torpaq darda ikən qına çəkilmək,
Gizlənmək ən böyük günah, döyüşdün.Namusdu, qeyrətdi, ismətdi torpaq,
Odur ki, anaya nisbətdi torpaq.
Taledi, iqbaldı, qismətdi torpaq,
Apardın torpağa pənah, döyüşdün.Çəkdirdin min türlü dağı düşmənə,
Güllələr söylədi ağı, düşmənə,
Həddini bildirdin yağı düşmənə,
Ucaldı göylərə min ah, döyüşdün.Soldan həmlə etdin, sağdan yeridin,
Dərədən yeridin, dağdan yeridin.
Köməyə çağırdı Ağdam – yeridin,
Hər yan oldu sənə cinah, döyüşdün.Hər addımbaşında ölüm nidası,
Səni qorxutmadı qanı-qadası,
Qəlbdə yağılara nifrət sədası,
Dildə – Vətən, Torpaq, Allah – döyüşdün.V
Torpağından yoğrulduq,
Sənə layiq oğulduq,
Biz ölməyə doğulduq,
Vətən, başın sağ olsun!Kim dözər yurd talansa,
Köksü oda qalansa,
Biz köçən, sən qalansan,
Vətən, başın sağ olsun!Azadlıq yolu bu yol,
Ya şəhid, ya qazi ol.
Təki bizdən razı oi, –
Vətən, başın sağ olsun!Üzümüz ağ yanında,
Qara torpaq yanında,
Biz bir canıq canında,
Vətən, başın sağ olsun!Torpağından yoğrulduq,
Sənə layiq oğulduq,
Biz ölməyə doğulduq,
Vətən, başın sağ olsun!Rafiq Oday,
şair-publisist, respublikanın Əməkdar
jurnalisti -
Rahilə Veysəllinin yeni kitabı işıq üzü görüb
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı qələm sahibi Rahilə Veysəllinin (şəhid Abbasov Elman Müslüm oğlunun unudulmaz xatirəsinə) “Həsrət yanğısı” kitabı 2015-ci ildə Balı şəhərində fəaliyyət göstərən “Elm və təhsil” nəşriyyatı tərəfindən 112 səhifə həcmində işıq üzü görüb.
Kitabın redaktoru Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrii,”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, istedadlı qələm sahibi, tanınmış şair-publisist Rafiq Odaydır.
“Həsrət yanğısı” şairə Rahilə Veysəllinin oxucularla kitab halında altıncı görüşüdür.Bu vaxta qədər onun “Ruh didərgin, can ağlayır” (2012), “Dünyada bir mizan var” (2013), “Mən demirəm, ürək deyir” (2014) adlı şeirlər, “Vətən fədaisi” (2015) adlı publisistik və “Dərd şələsi” (2015) adlı povestlər kitabları işıq üzü görüb.
“Həsrət yanğısı” kitabı şəhid Abbasov Elman Müslüm oğlunun unudulmaz xatirəsinə həsr olunmuşdur.İnanırıq ki, kitab dəyərli oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.Gülnarə Şöhrəddinqızı,
“Möhtəşəm Azərbaycan” qəzeti -
“Torpaq–uğrunda ölən varsa, Vətəndir…” və yaxud Ölümləri ilə torpağı Vətənləşdirən oğullar
Şəhid – bu dünyada insan övladının ala biləcəyi ən müqəddəs ad!
Şəhidlik zirvəsi – ən ali zirvə! O zirvəyə ucalmaq da, o ada sahiblənmək də hər kəsə nəsib olmur.
“Şəhidlər ölməzdir!” – Qarabağ müharibəsi zamanı, eləcə də atəşkəs dövründə tez-tez eşitdiyimiz ifadədir. Bəli, şəhidlər ölməzdir. Ölməzdir – ona görə ki, bu vətən uğrunda, bu el uğrunda, ana, bacı, qardaş uğrunda canlarını fəda ediblər.
“Şəhidlər ölməzdir!” – ona görə ki, öz şəxsi mənafelərini güdmədən, böyük ürək və cəsarət sahibi olaraq ölümün gözlərinin içinə dik baxıblar.
“Şəhidlər ölməzdir!” – ona görə ki, həyatlarının ən gözəl çağını, ürəklərindəki arzunu, gözlərindəki işığı, gələcəklərini bizim üçün qurban ediblər. Bu gün rahat yaşamağımızı, suveren və azad ölkə vətəndaşı olmağımızı sözsüz və şəksiz-şübhəsiz onlara borcluyuq.
Yağı düşmənin torpaqlarımıza təcavüzü zamanı doğma vətənimizin müdafiəsinə qalxan minlərlə qeyrətli igidimiz silaha sarıldı. Sinələrini düşmən güllələrinə sipər etdilər. Ana vətəni, balaların xoş gələcəyini, baba-nənələrin şirin yuxusunu qoruyan cəngavər oğullarımız bu amal uğrunda canlarını belə əsirgəmədilər.
Mənə elə gəlir ki, hər bir şəhidin həyatını, igidliyini salnamələşdirmək lazımdır. Qoy bu salnamələr gələcək nəsillərlərə layiqincə çatdırılsın. Qoy gələcək nəsillərimiz torpağımızın necə igidlər yetişdirdiyini bilsinlər. Qoy gələcək nəsillərimiz düşmənlərin namərdliklərini, alçaq hərəkətlərini unutmasınlar! Bu məqsədlə də bu günlərdə Sumqayıtın Tarixi Muzeyində şairə-publisist Rahilə Veysəllinin şəhid Elman Müslüm oğlu Abbasovun unudulmaz xatirəsinə həsr olunmuş “Həsrət yanğısı” kitabının təqdimat mərasimi keçirildi. Təqdimatdan daha çox şəhidin ölməz ruhunun anım günü kimi təşkil edilən tədbirdə Sumqayıtın Tarixi Muzeyinin əməkdaşları, şəhidin ailə üzvləri, məktəb yoldaşları, əsgər yoldaşlarının valideynləri, Sumqayıt Dövlət Texniki kollecinin tələbələri, “Təfəkkür” liseyin şagirdləri, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin nümayəndələri, N.Nərimanov adına Mədəniyyət evinin “Pöhrə” uşaq aşıqlar ansamblının üzvləri iştirak edirdilər.
“Həsrət yanğısı” şairə-publisist Rahilə Veysəllinin oxucularla kitab halında altıncı görüşüdür. Bu vaxta qədər onun “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir” adlı şeirlər, “Vətən fədaisi” adlı publisistik və “Dərd şələsi” adlı povestlər kitabları işıq üzü görüb.
“Həsrət yanğısı”nı mütləq oxuyun. Şəhid haqqında oxumaq hamı üçün ağırdır. Ürəyiniz ağrısa da, gözləriniz yaşla dolsa da, qəlbinizi qüssə, kədər didsə də bu kitabı oxuyun. Şəhid Elman Abbasovun həyatı, döyüş fəaliyyəti, atası Müslüm kişinin yaşadığı çətin günlərlə tanış olan Rahilə xanım “Mən bu vətən qarşısında, şəhidlərin ölməz ruhları qarşısında öz insanlıq borcumu bu igidin həyatını işıqlandırmaq, şücaətini və vətənsevərliyini tərənnüm etməklə ödəmək istədim” – deyir.
Şəhidlərin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan Sumqayıtın Tarixi Muzeyinin direktoru, respublikanın Əməkdar Mədəniyyət işçisi Olya xanım İslamova şəhidlərlə bağlı istənilən tədbirə hazır olduqlarını, onların ruhları qarşısında baş əydiklərini, vətən, millət, dövlət naminə əllərindən gələni etməyə hazır olduqlarını bildirdi. Şəhid Elman Abbasova muzeydə ayrıca guşə ayrıldığını, orada Elmana və digər Sumqayıt şəhidlərinə həsr olunmuş şəxsi əşyaların, geyim nümunələrinin, şəkillərin saxlanıldığını qeyd edən Olya xanım bunun gələcək nəsilləri maarifləndirmək baxımından önəmli olduğunu qeyd etdi.
Çıxış edən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, “Həsrət yanğısı” kitabının redaktoru və ön sozün müəllifi, respublikanın Əməkdar jurnalisti Rafiq Oday şəhidliyin hər kəsə nəsib olmayan ilahi məqam olduğunu bildirdi. “Allah öz sevimli bəndələrinə bu şərəfli adı, şəhid olmaq müqəddəsliyi bəxş edir. Mən özüm Sədərək döyüşlərinin iştirakçısı olmuşam. Mənim sağımda döyüşən yoldaşım da şəhid olub, solumdakı da. Amma mən sağ qalmışam. Düşünürdüm ki, yəqin mən Tanrı yanında nəsə bir günah sahibiyəm ki mənə şəhidlik məqamını qismət etmədi. Amma sonradan həyat mənə başqa formada şəhidlər qarşısında olan mənəvi borcumu ödəməyi nəsib etdi. Bu bir təşkilat olaraq şəhid ailələrinə arxa-dayaq olmağa, onların xatirələrinin əbədiləşdirilməsi naminə əlimizdən gələni etməyə hər zaman hazırıq.”
Sumqayıt məktəbliləri tərəfindən şair Rafiq Odayın kitaba ön söz əvəzi olaraq yazdığı şeirlərin bədii qiraət edilməsi, Elmanın da canından, qanından, ruhundan bir parça olan sazda ifa olunan “Ruhani” qəlbləri titrətməyə bilməzdi.
Çıxış edənlər sırasında şəhidin bacıları, uşaqlıq və gənclik dostları da var idi. Hər kəsin ürəyində nisgil, gözlərində yaş olsa da, dillərində yalnız bir ifadə var idi – Vətən sağ olsun! Sonda tədbirin təşkili və yüksək səviyyədə keçirilməsi üçün əziyyəti keçən hər kəsə təşəkkürünü bildirən Müslüm ata oğul itkisi yaşamağın verdiyi ağrı ilə beli bükülsə də, şəhid atası olmağın gətirdiyi qürurla və vüqarla ayaqda idi. “Gün o gün olsun ki oğlumun, minlərlə azərbaycanının qanı axan o müqəddəs torpaqlarda üçrəngli bayrağımız vüqarla dalğalansın” – dedi.
Əminəm ki bu kitab, bu təqdimat şəhidlərlə bağlı sonuncu tədbir olmayacaq. Azərbaycanın azadlığı naminə canından keçən igid oğulların adları həmişə hörmətlə anılacaq, adlarına kitablar bağlanacaq, şeirlər, romanlar yazılacaq, onların ruhlarına ən gözəl ərmağan isə QƏLƏBƏ müjdəsi olacaq.Gülnarə Şöhrəddinqızı,
“Möhtəşəm Azərbaycan” qəzeti -
Şəfa VƏLİYEVA.”Alın ayrılığın əlindən məni…”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüümidi çiyninə atıb aparır,
mənim günahıma batıb aparır,
hər gün göz yaşımdan tutub aparır,
alın ayrılığın əlindən məni…üzü yoxluğuna gül axtarıram,
gələrsə…gəlməzsə… söz toxuyuram…
susub gizlənirəm… dinib qorxuram,
alın ayrılığın əlindən məni…qaçmağa düz səmtə cığır gəzirəm,
belə sevməməyə ağıl gəzirəm…
neynim mən daş olmuş fağır?!
bezirəm…
alın ayrılığın əlindən məni… -
“Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı elmi konfrans keçirilib


10 noyabr 2015-ci il tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı elmi konfrans keçirilib. Fakültə dekanı, dosent Məhərrəm Vəliyev Təhsil Nazirliyinin verdiyi əmrə əsasən keçirilən elmi konfransın əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin “Xalqımızın mənəviyyatını qorumağı və zənginləşdirməyi başlıca amilə çevirməliyik” sözlərini xatırladaraq prezident İlham Əliyevin dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi önəmi vurğulayıb.
Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova öz çıxışında filologiya fakültəsi olaraq milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürüb. Bu dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini vurğulayıb.
Daha sonra milli dəyərlərimizi özündə əks etdirən video-çarx göstərilib və fakültə tələbələrini ifasında milli musiqimizdən ifalar səsləndirilib. Konfransa məqalə verən iştirakçıların çıxışları dinlənilib.Sonda konfrans iştirakçıları mükafatlandırılıb.Nigar RÜSTƏMQIZI,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı -
Şəhriyyə Qəzənfərqızını doğum günü münasibətilə təbrik edirik! (11 noyabr 1981-ci il)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
İşığımda aydınlan
Iki yol arasında idim. Bir tərəfdə qızım , bir tərəfdə O. Ərimi düşünmürdüm də. Onu həyatımdan da, ürəyimdən də çoxdan silmişdim. Yalnız kağız üzərində idi evliliyimiz. Aramızda nə hörmət, nə anlayış qalmamışdı. Evdə qoca nənənin dır-dırı, ondan betər olan ərimin deyingənliyi həyatımı cəhənnəmə çevirmişdi. Bir tərəfdən də sevdiyim artıq bu evdə qalmağıma dözməyib məndən ayrılmışdı. Mən cəhənnəm əzabını bu dünyada çəkənlərdən idim. Həm günah içində, həm əzab içində. Hərdən uşağı belə düşünmür, baş götürüb buralardan getmək istəyirdim. Heç kəsin məni tanımadığı, yeni həyat qura biləcəyim bir yerə. Ancaq getməyə yerim yox idi. Heç yerdən bir işıq ucu görünmürdü.
-Ay bala, gün günorta oldu. Sən hələ də yatırsan. Acından qırılaq burda?
Yerimdəcə dikəldim. Onsuz da bütün gecəni yatmamışdım. Yataqda keçirdiyim vaxt özümü özümdən bir az da qoparan düşmənlərimdən idi. Qocanın səsi heç kəsmirdi. Ardı arası kəsilmədən sözləri üyüdürdü. ” Məni kəndimdən-kəsəyimdən edib burda dustaq etmisən. Tifağınız dağılsın”.
Özümü toparlayıb otaqdan çıxdım. Əsəbimi tökməyə adam gəzirdim.
-Ay arvad, bəs deyil? Bezmədin bu qədər deyinməkdən? Qoca arvadsan, yıxıl yat da. Sən də camaat kimi səhər tezdən işə-gücə gedirsən? Səhərin gözü açılmamış nədir belə? Mən yatmaq istəyirəm.
O, mənim belə əsəbi halımı heç vaxt görməmişdi. Qoca bir anlıq geriyə çəkilib, uşaq kimi ağlamağa başladı.
-Evimi istəyirəm mən. Öz yurdumu istəyirəm. Daxmamı istəyirəm. Elimdə-obamda ölmək istəyirəm. Aparın məni kəndimə, qurbanın olum.
Onu belə görüb hərəkətimdən çox peşman oldum. Əslində qoca ərimin nənəsi idi. Ilk gəlin gələn gündən ona mən qulluq edirdim. Artıq doqquz ildir. Nəvəsi kənddəki evini ondan xəlvət satmışdı. Və məcburən onu burda-yanında saxlayırdı. Nənə də qarğışları ona yağdırırdı. Öfgəsini nəvəsinə qusurdu. Məni çox istəyirdi. Qəlbində çox istəsə də, üzdə yaman deyingən idi. Hərəkətimə görə nənədən üzr istəmək əvəzinə, “Mən yatmalıyam, ya da burdan birdəfəlik getməliyəm” deyib otağıma keçdim.
Otaq qaranlıqdı. Qəribə də bir ağırlıq var havasında. Çarpayıda təkəm. Divardan toy şəklimiz asılıb. Şəkildəki mənə baxıb gülümsəyir. Ancaq o, mən deyiləm. Yaşlı, tanış bir simadır. Qapı açıldı. Ağ geyimli bir qoca içəri daxil oldu. Gəlib çarpayımın yanında əyləşdi. Bir əlini alnıma, bir əlini əlimə qoydu. Qışqırmaq istəyirdim. Səsim gəlmirdi. Otaqda bir neçə ağ paltarlı adam peyda oldu. Sanki məni çarmığa çəkirdilər. Hərəsi bir tərəfdən əlimə, üstümə çörək qoyurdular. Üzləri görünmürdü. Qaranlıqdan bir işıq saçdı. Gözüm qamaşdı. Bircə bu simanı aydın gördüm. Orta yaşlı kişi idi. Yanında da bir qız var idi. Mənə tərəf gəlirdi. Gəlib qənşərimdə dayandı. Sonra əyilib qulağıma ərəbcə nəsə dedi. Nə dediyini eşidirdim, ancaq anlamadım. Və əlimə çörək qoyub getdi. Onun arxasınca bütün ağpaltarlılar getdi. Otağın havası yüngülləşdi. Sinəmdəki ağırlıq qalxdı. Oyanmaq istədim, oyana bilmirdim. Uzaqdan bir uşaq səsi gəlirdi “Çalış başını tərpət”. Başımı tərpədib yuxudan ayıldım. Qan-tərin içində idim. Qulağıma deyilən sözlər aydın yadımda idi. Unutmamaq üçün tez onu bir vərəqə köçürdüm.
“La təxaf rəbbi ərsələni və nuri vazihun”.
Büküb çantama qoydum. Yan otağa keçdim. Qoca mışıl-mışıl yatırdı. Səhəri gözüaçıq açdım. Yuxunun təsirindən ayıla bilmirdim. Bilmirdim bu yuxumu hansı tərəfə yozum. Yuxumu heç kimə danışmadım. Qocaya qarşı kobudluq etdiyim üçün onun könlünü almağa çalışırdım.
-Sabahın xeyir, nənə-deyib yatağının yanında əyləşdım. Diqqətlə gözlərinə baxdım. Qəribə təbəssümü vardı.
-Hər vaxtın xeyir, bala. Üz-gözün niyə şişib? O gözəl gözlərin niyə belə yorğundu?
-Heç, gecə yaxşı yatmamışam-deyib söhbəti uzatmaq istəmədim.
Nənə məni bütün qız-gəlindən gözəl sanırdı. Qəmgin olanda “Sənin gözlərinə qəm yaraşmır. Sənin baxışların özü bir qızdı” deyərdi.
Qapı döyüldü. Qonşumuz Nərgiz idi. Yaşda məndən kiçikdi. Çox da baxımlı, görkəmli qadındı. Dərdi-səri də başından aşır. Əri üstünə başqa bir arvad alıb. Necə deyərlər günüsü var. Hərəsini ayrı-ayrı evlərdə saxlayır. Ancaq o biri arvadını yaman sevib, qısqanır. Hara getsə, özüylə aparır. Evdən tək çıxmağa qoymur. Nərgizləsə heç maraqlanmır da. Əksinə özü işə düzəldib ki, başı qarışsın. Özü demişkən “ağzını yumsun”. Bunlara baxmayaraq, kefindən də qalmır. Qışqıra-qışqıra nənəyə:
– Ay nənə, nətərsən e? Deyirlər 200 ildən sonra dünya dağılacaq. Neyləyəcəksən e?
(Bir dəfə bunu nənəyə deyəndə dizinə döyüb, əlini göyə açıb demişdi: “Ay Allah, bizə o günləri göstərmə”. Həmin gündən nənəyə belə zarafat edib gülürdülər).
-Az, nəyə qışqırırsan? Nənənin qoca olmağına baxma, qulağıyla darı dərir-deyib, zarafatı ciddi qəbul edib əsəbi halda mətbəxə keçdi. Nərgizlə bir-birimizə baxıb qımışdıq.
– Şəhra, sənə bir sözüm var. Yadında, sənə bir nəfər haqqında danışmışdım-Rasim müəllim?-qolumdan çəkə-çəkə məni dəhlizə gətirdi.
-Hə, yadımda, noolub ki?
-Mən bir dəfə ona səndən danışmışdım. Iş axtardığını demişdim. Indi mənə zəng edib dedi ki, vakansiya yeri var. Nə deyirsən? Hələ də iş axtarırsan?
-Əlbəttə, bu mənə lap göydəndüşmə oldu.
Maşının şüşəsindən yeni tikilən tikililərə baxırdım. Xəyalımda o binalardan bir ev almışdım, içinin dizaynını da özüm vermişdim. Artıq o evdə qızımla yaşayırdım belə. Xəyallar nə gözəldir. Orda hər şey əlçatandır. ” Bəlkə, nənəni də özümlə götürüm. Mən işləyərəm, o da uşağa baxar. Nə də olsa, kəndi-kəsəyi yoxdu”. Öz səsimə özüm xəyalımdan ayıldım. Xülyaların qanadında mənzil başına çatdıq. Pillələrlə yuxarı qalxdıqda yeni həyata, arzularıma çatdığımı hiss edirdim. Qapını döyüb içəri girdik. Iri, ala-qaranlıq bir otaq idi. Otağın baş tərəfində bir nəfər oturmuşdu. Arxası qapıya tərəf idi. Bizi görcək yerindən durub qapıya-bizə tərəf addımlamağa başladı. Qaranlığın içindən bir nur gəlirdi bizə sarı. Işığı üzünü görməmə əngəl yaradırdı. Salam verib əlini mənə uzatdı. Əlini sıxdığım an üzü nurlandı. Ayaqlarım sızıldadı, bir anlıq nəfəsimi saxladım. Çox tanış, doğma sima. Bu, odur.
-Niyə içəri girmirsiz? Nərgiz, elə bil birinci dəfədir bura gəlirsən.
Bizi içəri dəvət edib, arxamızca qapını bağladı. Üzünu mənə tutdu.
– Hə, xanım qız, gəl tanış olaq.
Mən qeyri-ixtiyari
-Mən sizi tanıyıram.
-Doğrudan? Hardan?-təəccüblə soruşdu. Özümü toparlayıb
-Haqqınızda çox eşitmişəm-dedim.
Bu görüş məni qaranlıq fikirlər içinə salmışdı. Yuxudakı ağgeyimli kişi. Necə də nuranidir. Mənə yeni işim haqqında danışdı.
-Bir-iki ay çətinliyin olacaq. Yaxşı işləsən, məvacibini artıraram da. Qoçaq qıza oxşayırsan. Öhdəsindən gələrsən-deyib, saçıma da tumar çəkdi.
Necə də doğmadır mənə. Illərcə tanıyırmışam kimi. “Sabahadək” deyib ayrıldıq.
Evə getməmiş bir tanışımın yanına dönməyi qərara aldım. Özü ərəb dilinin bilicisi idi. Yuxuda eşitdiyim sözləri tərcümə etdirməliydim. Maraq məni boğurdu. Hal-əhval tutduqdan sonra kağızı ona uzatdım. Tərcümə etməsini xahiş etdim. Bir neçə dəqiqədən sonra kağızı geri qaytardı. Həyəcanla oxumağa başladım. Kağızda yazılmışdı.
“Qorxma. Məni Allah göndərib. Işığımda aydınlan”. -
Eldar Nəsibli Sibirel.Şeirlər
Sən Gələndən…
Sən gələndən könlüm, gözüm isinib
Sən gələndən dünya mənə bahardır.
Bənövşə tək ürəyimə sığınıb
Eşqim bir vaxt yollarına baxardı.Dodağında çiçəklərin gülüşü,
Gözləyirdim nə vaxtdan bu gəlişi.
Bir vüsalın quzeyinə gün düşüb,
Sən gələndən ömrüm axar-baxardı.Çovğun günü alov olur, donmayır.
Od içində buza dönür, yanmayır,
Dəli həsrət qandırmayır, qanmayır,
Sən gəlməsən axırıma çıxardı.ŞƏHİDLƏR XİYABANI-19.01.2003
Burda asta yeriyin
Burda asta danışın
Hər şəhid arzusundan
Od götürün alışın.
Bu yer haqla nahaqqın
Savaşından yaranıb.
Anam Azərbaycanın
Göz yaşından yaranıb.
Burda zirvə ömürlü
Ərlər, ərənlər yatır.
Canını bu torpağa
Qurban verənlər yatır.
Azadlığ ilk bahar
Havasında uyuyur
Anam Azərbaycanın
Laylasında uyuyur.
Azadlıq dünyamızdan
Onlar agahdır bu gün.
Məzarları bir xalqa
Ziyarətgahdır bu gün.
Hər məzarın üstündə
Qərənfil-ürək qanı
Bu qərənfil sevgilər
Mat qoyub bu dünyanı.
Gələcək nəsillərin
İçməyə and yeridir
Azadlıq səmasının
Qızaran dan yeridir,
Şəhidlər xiyabanı
İgidlər xiyabanı. -
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXIII hissəsi
Səfər Fidanın qarşısına çıxmağa utanırdı. Fidanın evlənib-evlənməməyi, harda qaldığı maraqlıydı ona. Maşınına oturub Fidanın mindiyi taksini uzaqdan izlədi
Fidanla yaşadıqlarını xatırlayırdı. İlk öpüşləri, toxunuşları elə bil qarşısında canlandı.
Qefilden yeraltı keçidi keçməyə tənbəllik edən ortayaşlı bir kişini az qala maşınla vuracaqdı. Səfər maşını saxladı. Əsəbdən öz-özünə deyinməyə başladı. ” Ay kişi, canın çıxsın keçiddən keçdə, gərək ölümün əlimdən olsun?”
Səfər maşından düşüb kişiyə yaxınlaşdı.
– Heçnə olmayıb ki?
– Yox,yox, hər şey yaxşıdır
– Keçiddən niyə keçmirsiz,axı?Kişi Səfərin dediklərinə əhəmiyyət vermədi. Səfər maşınına əyləşdi. Daha Fidanı taksini izləyə bilməyəcəkdi. Əsəbindən piyadanı söydü.
Lamiyənin xəstəxanada iki gün qaldı. Baş həkim demişdi ki, günorta xəstəxanadan çıxa bilər. Anası Aynur telefonda bərk-bərk tapşırmışdı; – uşaq xəstəxanada qalacaq, Lamiyə Almaniyaya geri qayıdacaq. Lamiyə təzə doğulan körpələrin arasında oğluna baxıb Tahirin hədələrini xatırlayırdı. Uşağın Tahirdən olduğuna daha çox inanırdı.
– Səfər heç üzümə də baxmırdı – düşünsə də, şübhələr onu rahat buraxmırdı.
Yatdığı palataya qayıtdı, yavaş-yavaş hazırlaşmağa başladı. Xəstəxanadan elə çıxmaq lazımdır ki, heç kim görməsin.Fidan eve axşam saat ondan sonra gəlir. Eldar da onlarda idi. Fidan Eldarı görəndə sevinir.
– Xoş gəlmisən, Eldar əmi.
Eldar Fidanla soyuq görüşdü. Fidan soyuq münasibətin hardan qaynaqlandığını anladı.
Eldar – Bu vaxt xeyirdimi gəlirsən?
– Uşaq evindəydim.
Təhminə əlində nimçə otağa girdi, Eldarla Rəşadın qarşısına fincanda çay qoydu. Fidanla qaşqabaqlı görüşdü.
– Axşamın xeyir.
Fidan – Axşamın xeyir.Paltarımı dəyişim gəlirəm.
Fidan otağına getdi.
Rəşad – Heç olmasa televizoru yandırım,görək ölkədə nə var,nə yox?
Rəşad xəbərlər olan kanala çevirdi. Fidan otağa girəndə xəbərlərdə dünyaya təzə gələn körpənin xəstəxanada anası tərəfindən qoyulub qaçdığı deyilirdi. Fidan təəccübləndi, divanda əyləşib diqqətlə televizora baxdı.
Təhminə – Vicdansızlığa bax.
Fidan – Başa düşmürəm, bir halda ki, bu uşağa baxmayacaqsan, niyə dünyaya gətirirsən?
Eldar diqqətlə Fidana baxdı, kinayə ilə dedi: – Sənin kimisi övladlığa götürsün deyə atırlar. Niyə dayanmısan? Get sabah maraqlan, övladlığa götür.Fidan Təhminəylə Rəşada baxdı. Başını aşağı saldı. – Yaxşı təklifdi. Maraqlanaram. Gecəniz xeyrə. Tez yatsam yaxşıdır.
Fidan öz otağına getdi, qapını örtdü. (daha&helliip;) -
Şəfa VƏLİYEVA.”Varlığına ağlayaram…”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüSözlərindən külək əsər,
Qarışdırar hisslərimi…
Ürəyim olar dərdəcər…
Adı olmaz istəyimin…Varlığına ağlayaram…
Varsan… əlimə çatmırsan
Özüm sənə oxşadaram,
Bəlkə üzümə baxarsan…Adı olmayan hisslərin
Ünvanı bir qanlıq olar…
Deyirəm, qoruyum səni…
Ölsəm, adın “qanlım” olar… -
Esmira RƏHİMLİ.”Dua” (Povest)
Maşın əfsanəvi gözəlliyi olan kənd yolları ilə yavaş-yavaş irəliləyirdi. Yol get-gedə daralırdı. Görünür bir neçə gün öncə yağan yağış torpağı islatdığı üçün yolun kənarları sürüşmüşdü. Hələ də yağışdan nəm olan torpaq qızılı qəhvəyi rəngə çalırdı. Yola döşənən daşlar sürüşərək seyrəldiyindən yol çala-çuxur olmuşdu. Sürücü maşını saxlayıb: – Daha sürə bilmirəm. Yollar pisdir, maşın xarab olar. Burdan o yana piyada gedin – dedi.
Ömər başını narazı halda bulayıb dedi:
– Deyəsən yenə yağacaq. Hava yaman tutulub.
Ömərin yaxin dostu Ərkam ingilis qonaqlarını ailəvi olaraq İstanbulun qərbində yerləşən qədim Çatalcanın İncəğiz kəndini gəzdirməyə, oradakı mağaraları göstərməyə gətirmişdi. Bu Henri Ceyms, xanımı Anna ve qızları balaca Aleks idi. Onlar butik oteldə iki ayrı otaq kiraladılar. Birində qonaqlarını rahatladılar, digərində isə özləri yerləşdilər. Buranın əvvəllər ev olub sonradan otelə çevrilməyi aşkar görünürdü. Kənd yerlərində belə otellər turistlərin diqqətini müasir otellərdən daha çox çəkir. Ayrı-ayrı otaqların hamısının qapısı ümumi bir həyətə açılırdı. Otaqların birində otel işçiləri yerləşmişdi. Damında isə səhər yeməyi üçün üstü örtülü eyvan düzəldilmişdi. Onlar bir qədər dincəlib yorğunluqlarını aldıqdan sonra kəndi gəzmək qərarına gəldilər. Ömər isə heç dincəlmək haqda düşünmürdü.
O, fotoaparatını və ona quraşdırmaq üçün ştativi götürüb çantasına qoydu. Ərkam qonaqlarına dedi:
– Dostum həvəskar fotoqraf olduğu üçün daima hansısa bir kadrı çəkə bilməyəcəyinə görə narahatdır. Birdən kölgə azca çəkilər, işıq bir az o tərəfdən düşər… Daha nə bilim nələr.
Sonra o üzünü Ömərə sarı tutub dedi:
– Qardaşım, bir dincəlib istirahət eləsənə! O cür işin var, neyləyirsən bu fotoqraflığı? Çörəyin bundan çıxmır ki! Onsuz da sən həvəskar fotoqrafsan. Amma bu işlə elə ciddi məşğul olursan ki, elə bil nə olub!
– Dincəlirəm Erkam, dincəlirəm. Öz işim birlikdə işlətdiyimiz şirkətdəki təmir və tikinti işləridir. O işlə yalnız qazanc məqsədi ilə məşğul oluram. Foto ilə məşğul olmağı isə həqiqətən çox sevirəm. Hər dəfə uğurlu fotolar alınanda elə bil dünyanı mənə verirlər. Onda mənə elə gəlir ki, dünyanın ən gözəl fotolarını məhz mən çəkirəm və ən qeyri-adi anları mən tuturam.
Azca türkcə anlayan Henri Ömərə onunla həmrəy olduğunu bildirdi:
– You are right! The photography is wonderful hobby! (daha&helliip;) -
Şəfaqət CAVANŞİRLİ.”Satılmışlar” (Hekayə)
Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi, ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil… Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın masanın üstündəki dəftər qələmə yaxın qoydu. Soba yalnız otağı isidirdi, şam isə rahat yazmağı üçün işıq salacaqdı. Masanı lap qabağa çəkib əyləşdi. Hardan, necə başlayacağını bilmir, qaranlıqda yatmış balalarına kədərlə baxmağından məlum olurdu ki, yazdıqları onlara aid olacaqdı. Dəftəri açdı, dərindən ah çəkdi. Qələm əlində əsirdi, həyəcanlıydı. Çox fikirləşəndən sonra yazmağa başladı:
“ Övladlarım, sizə baxıram ürəyim qan ağlıyır. Bilmirəm nəyin dərdini çəkim. Atanızın məni atıb getməyindənmi,yoxsa sizi atasız qoymağınanmı yazım? Bəli, atanız məni aldadıb. Məşuqəsi olan varlı bir qadınla yaşayır. Onu hamımızdan üstün tutub. Bugün gedib onu tapmışdım. Danışdığımız kimi gərək bugün yanımızda olaydı. Amma o qadın baxa-baxa məni qapıdan qovdu. Ağlaya – ağlaya qovdu. Bilmirəm bunları sizə niyə yazıram. Eh, həyat çox çətindir, balalarım. Çoxlu insanları olan bu şəhərdə gərək hamı bir-birinə həyan olsun. Bu şəhər atanızla bizi ayırdı. Atanız indi geyimi kimi çox dəyişib. Əslində atanızın günahı yoxdur. İmkansızlıq atanızı itirməyə məni məcbur etdi. Eh, fikirlərim dağınıqdır balalarım. Son günlər yaman tez-tez atanız yadıma düşür.
Bilirsiz, orta məktəbdə oxuyanda müəllimənin bizə verdiyi ev tapşırığını indi-indi qanıram ki, nə deməkdir? Uşaq ağlımıza görə cavab yazmalıydıq. Həyat nədir? Mən məktəbi beşinci sinifə qədər oxumuşam, qızım. Doğulduğum kənddə qızların çoxunu ataları ya məktəbə qoymaz, ya da ki, mənim kimi alayarımçıq oxudardılar. Bir az böyüdük, oğlanların da fikri-zikri bizdə oldu, işimiz tamamdı. Mütləq ərə getməliydik, toyumuz olmalıydı. Atanız isə kəndin ən yaraşıqlı oğlanıydı. Qızların çoxu atanıza vurulmuşdu. Bəzi gəlinlər də ərlərini aldatmağa dünəndən razı idilər. Amma atanız Allahdan qorxan kişi idi, ya da mən elə bilmişəm…
Dərd bu deyil, dərd gözlərimizi açanda hər şeyi geridə qoymağımızı görmək idi. (daha&helliip;) -
Gülnarə MAHMUD.”Ağbutalı səma” (Hekayə)
Ülkərin bir xəstə üçün nəziri var idi. Xəstədən ümidverici xəbər eşitdiyindən bu dəfə nəzirini gecikdirmək istəmirdi. İşə gedəndə yolüstü verəcəkdi. İşi İçərişəhərdə, lakin nəzirinin ünvanı Təzə Pir məscidi olduğun dan ayrı-ayrı səmtlərdə yerləşirdi. İşəgecikməsin deyə hər dəfə təxirə salır, bu da nəzirini gecikdirməsinə səbəb olurdu.
Bu gün səhər işə tez getməli idi. Necə deyərlər, cox vaxt işə gecikmişdi. Mərkəzi Univermağın qabağı ilə İçərişəhər tərəfə getmək istəyirdi ki, bir qadın səsi eşitdi:
– Bala, Təzə Pir məscidi hansı tərəfdə yerləşir?
Dönüb baxdı. Əks tərəfi göstərib:
– Xala, oraburdanbirazuzaqdır. Düzyuxarıqalxın, sonraordabirindənsoruşarsız – dedi.
– Qızim buraları yaxşı tanımıram. Birdən tapmaram. Bəlkə məni ora götürəsən?– deyə qadın and-aman elədi.
İşə gecikdiyindən çıxılmaz vəziyyətdəidi. Nə edəcəyini bilmədi. Qadının üzünə baxdı. Nurlu siması vardı. Ona anasını xatırlatdı. On il olardıki, onu itirmişdi. Lap kövrəldi. Əynində ağ butaları olan mavi paltarı, başında ağ ipək kəlağayısı və ağ saçları anaya məsum gözəllik verirdi. İşə gecikməyinə baxmayaraq qadının mələk görünüşü onu sanki ovsunlamışdı. Ülkər üçün ayağındakı hündürdaban ayaqqabılarla məscidə gedən bu əyri köndələn yolları üzü yuxarı qalxmaq çox narahat idi. Ələlxüsus da, gecikəndə. Büdrəməsin deyə ayağının altına baxaraq qadınla yanbayan aramla addımlayırdı. Yolboyu bir az şəhərin dəyişməsindən, bir də yeni tikililərin tikilməsindən danışdıqca vaxt azaldı, yol qısaldı, mənzil başına gəlib çatdılar. Məscidin həyətində iman sahiblərinin mərhəmətinə ümid bəsləyən bir neçə dilənçi oturmuşdu. Ülkər nəzirini qutuya atmağı düşünmüşdü. Bu imkansız insanların ehtiyacı qızın diqqətini çəkdi. Elə bu zaman ananın səsi onu fikrindən yayındırdı:
– Allah köməyin olsun, qızım. Səni də işindən elədim. Tək gəlsəydim bu yollarda azıb qalardım – deyə üzünə gülümsəyib məscidin qapısına yaxınlaşdi.
– Narahat olma, xala. Mənim də nəzirim var.
– Allah nəzirimizi qəbul eləsin, bala – deyib ana içəri keçdi. Ülkər də:
– Amin! – deyib özündən asılı olmayaraq onun dalınca məscidin qadınlar üçün ayrılmış hissəsinə keçdi. Məscidə hər dəfə kənardan baxmışdı. İlk dəfə idi ki, içini görürdü. İçəridə kimisi namaz qılmağa hazırlaşır, kimisi də namazın vaxtını gözləyərək divar boyu yerdən düzülmüş döçəkçələrdə oturub qurandan surələr və ayələr oxuyurdular. Hicablı qadınlardan biri onlara salam verib içəri keçməyi buyurdu. Ülkər asılqandan yaylıq götürüb başını örtdü.
Bir müddət qapının agzında dayanıb bu sükutla dolu sehirli məkana tamaşa etməkdən doymadı. Döşəməyə düzülmüş gözoxşayan xalçalardan böyük səbrlə naxışlanmış divar və tavanına kimi hər yer valehedici idi. Artıq namaz vaxtı idi. O, namaz qılmağı bilməsə də içəri keçdi. İçindən namazlığın üzərində dayanıb onların etdiyi hərəkətləri təkrarlamaq gəldi. Namazını bitirib ətrafdakılar kimi səcdəyə oturdu. Allahına şükür və dualarını edirdi ki, qəflətən telefonuna gələn zəng işə gecikməyini xatırladıb onu düşdüyü sehirli aləmdən ayıltdı. Cəld ayağa qalxdı. Ana hələ də namazdan sonra səcdəyə oturub Quran oxuyurdu. Ülkərin getmək istədiyini görüb üzünə gülümsədi. O da mane olmadan başı ilə “sag ol” deyib asılqandan yaylığını asdı. Nədənsə Ülkərə doğma gələn bu insanı daha görməyəcək deyə dönüb bir də onun gülümsəyən simasına baxmaq və onun sayəsində bura gəldiyi üçün təşəkkür eləmək istədi. Axı onun gecikən nəziri var idi. Ülkər donub qaldı. O yerində yox idi. Sanki heç olmamışdı. Onun oturduğu namazlığın üzərində oxuduğu Quran qalmışdı. Ülkər bayaq onları içəri dəvət edən qadına yaxınlaşıb soruşdu:
– Burda əyləşən qadının hara getdiyini görmədiniz?
– Xeyir, görməmişəm.
– Ağ kəlağayılı, açıq mavi geyimli yaşlı bir qadın idi. Birlikdə gəlmişdik. Siz də içəri dəvət etmişdiniz.
– Qızım axı sən tək gəlmişdin. Bir də mən bayaqdan burdayam. Elə bir geyimdə qadın görməmişəm.
Elə bil yuxu görürdü. Mələk kimi geyimi ilə onu görməmək mümkün deyildi. Ülkər pilləkənlərlə həyətə düşdü. Ətrafa göz gəzdirdi. Onu görmədi. Tələsik küçəyə çıxıb dilənçilərdən birinə nəzirini verdi. Artıq cüt gəldiyi yolu tək qayıdırdı. Sanki bu ana nəzirini vermək üçün qarşısına çıxmışdı. Üzünü göyə tutdu. Heyrətdən yerində donub qaldı. Parçalanıb səmaya səpələnmiş kiçik buludlar, sanki bayaqkı ananın mavi paltarındakı ağ butaları xatırladırdı. O, sanki xəyal kimi göylərə çəkilmişdi. -
“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində silsilə tədbirlərə start verilib

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində noyabrın 5-dən başlayaraq, 3 gün ərzində silsilə tədbirlərə start verilib.Silsilə tədbirlərdən biri 5 noyabr 2015-ci il tarixində “Hədəf” Kurslarının Mərkəzi qərargahında baş tutdu.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə DGTYB Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, AYB üzvü, Prezident təqaüdçüsü Afət Viləşsoy, AYB və DGTYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Prezident təqaüdçüsü Şəfa Vəliyeva,
DGTYB Yönətim Kurulunun Başkan yardımcısı Əfsanə Bayramqızı, AYB və DGTYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Prezident təqaüdçüsü İntiqam Yaşar və digər qonaqlar iştirak ediblər. “Hədəf” Kurslarının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq çıxış edərək öz dəyərli tövsiyələrini gənclərlə bölüşərək yeni nəsil Azərbaycan gəncliyinə əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirdi.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.Ülkər PİRİYEVA,
Gündəlik Analitik İnformasiya Agentliyinin və
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini -
Aqil SABİROĞLU.”Səs verməyə parlaq, şəffaf”
Səs verməyə parlaq,şəffaf,
Qutu bizdə.
Qızınmağa neftin,qazın,
Odu bizdə.
Sağalmayan xəstəliyin dəvaları,
Otu bizdə.
Döyüş vaxtı düşmənlərin bağrın yaran,
Koroğlunun atı bizdə.
Tarixlərin açılmayan səhifəsi,
Qatı bizdə.
Evlənməyə ən gözəl qız-
Ayna bizdə,
Tutu bizdə.
Qınamayın məni,qardaş,
Bircə…
Bircə vicdan yoxdu bizdə… -
Müzəffər MƏZAHİM.”Hələ”
Mən öz məsləkimin, öz amalımın,
Bir arzu qanadlı quşuyam hələ.
Gərək sədlər aşan xoş xəyalımın,
Şirin dünyasında yaşayam hələ.Kürə pıçıldayır dərdini Araz,
Həsrət payımıza çox düşüb”bir az”,
Qəlbimi didsə də yrtişmiş muraz,
Gərək ürəyimdə daşıyam hələ.Fikir üyüdürəm, söz ələyirəm,
Sönmüş ocaqları çözələyirəm,
Vətənin dərdini təzələyirəm.
Yara bağlamaqda naşıyam hələ.Yojum hamar oldu yamana kimi,
Haqqım büdrəmədi yalana kimi,
Buludlar qaralar dolana kimi,
Mən ömrün bəmbəyaz qışıyam hələ.Dünya başdan-başa müəmma, təzad,
Fikirlər dolaşıq, xəyallar azad,
Məslək yollarında bələdçim həyat,
Bu yolda bir ümid daşıyam hələ. -
Qalib ŞAMXALOĞLU.Qəzəl
Can deyib , can eşidək , eşqi məhəbbətlə , gülüm
Tanısın dünya bizi əhdə sədaqətlə , gülüm .Nə qədər naz eləsən , eylə mənə , çün yeri var ,
Çəkərəm hər nazını , bil ki , dəyanətlə , gülüm .Lütfini əsirgəmə , aşiqə ehsan eylə
O lətif təbəssümü , hər dəfə şəfqətlə , gülüm .Min dəfə şükr edirəm , çün səni yazmış mənə Haqq ,
Cəmalın öylə gözəl , el baxır heyrətlə , gülüm .Qalibin dərdi dili bircə vüsal dəmləridi ,
Aşiqi üzmə belə hicr ilə , firqətlə , gülüm . -
Məhəmməd TURAN.Yeni şeirlər
* * *
aşır-daşır sığışammır
Bu dünyaya şair təbim…
Açılanda yığışammır
köz-köz olur şair təbim…Aşır ömrümün boyunu
Aşır könlümün boyunu
Oyuna qatır oyunu
Kövrələndə şair təbim…Aparır sabaha məni
Bəlkə neçə əsrlərə…
Başıma salacaq dəni
Ömrümə yox şair təbim…Paydı vallah əvəzi yox
kədərin də ləzzəti çox…
Tutacaqdır hər zaman tox
Gözlərimi şair təbim…. (daha&helliip;) -
Şəfa VƏLİYEVA.”Hərdən yuxum sürgün olur”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüHərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir,
“Sən”li, “mən”li bu dünyada.Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm. -
Dünya Gənc Türk Yazarlar Birliyindən yeni layihə
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində noyabrın 5-dən başlayaraq, 3 gün ərzində silsilə tədbirlər keçiriləcək.
Birlikdən verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyinin ziyarəti, paytaxtın bir sıra muzeylərinə ekskursiyalar, habelə tanınmış sənət xadimləri ilə görüşlər də nəzərdə tutulub.
– 05.11.2015 (saat 16.00): “Estetik dəyərlərin harmoniyası” adlı “Dəyirmi Masa” – “HƏDƏF” Kurslarının Mərkəzi Qərargahı (Yasamal r., Zivərbəy Əhmədbəyov küçəsi, 2. – Nizami metro.s.nın yaxınlığı. Tel: 012 5 96 66 61);
– 06.11.2015 (saat 15.00): “Ədəbiyyat, Musiqi, Təsviri sənət: Gəncliyin peşəkarlıq arayışı” – Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev ad. Konfrans Salonu (Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 16. Tel: 012 492 32 23);
-06.11.2015 (saat 18.00): Uluslararası Aktivist Sənətçilər Birliyi Azərbaycan Təmsilçiliyinin “ART-Qalareya”sında sənət müzakirələri (Səbayel r., M.Ə.Rəsulzadə 8. – “Manqal” restoranının sonuncu zalı – keçmiş “AZƏRBAYCAN” kt-nın yaxınlığı)
07.11.2015 (saat 12.00): Azərbaycanda Atatürk Mərkəzinin Konfrans Salonunda yekun dəyərləndirmə – silsilə tədbirlərin “Qapanış Toplantısı” (Səbayel r., Tərlan Əliyarbəyov küçəsi-5).
-
Əliyar Əliyev
Əliyar Əliyev 1957 -ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra,Saransk Dövlət Universitetionu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim, “Məhsul” könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun təşkilatçılığı Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədrlinə gətirir. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1992 -ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar Əliyev döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.
Əliyarın son döyüşü 1992 -ci il oktyabrın 3-dəLaçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Allah rəhmət eləsin!Mayisə ƏSƏDULLAQIZI,
Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı -
Mayisə ƏSƏDULLAQIZI
11 mart, 2015-ci il, gecə radələrində, əsgərimiz Anar Atayevin öz ad günündə, şəhid olma xəbəri hamımızı sarsıtdı. Anar Ağcabədinin Minəxorlu kəndindəndir. Qardaşımızın məkanı Cənnətdir!
ŞƏHİD ANAR
(ixtisarla)…Dünyaya gəldiyi gündə,
Şəhidliyə qovuşdu O!
Vətən adlı bu torpağa,
Dayaq oldu, qarışdı O!
Ağlamayın, ey insanlar!!!
Çarə tapın bu dərdlərə!
Bəsdi daha, qoruduğu
Torpaqlardan məzar verdik
Bu mərdlərə!!! -
Mehri ƏLİYEVA.Şeirlər
QƏLBİYLƏ ÇIRPINAN BİR NALƏYƏM MƏN
Unudulan Qarabağın,dağların.
Qəlbiylə çırpınan bir naləyəm mən.
Ağdamın,Şuşanın birdə Laçının
Gəlbəçər,Fizuli həsrətiyəm mən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Utanıram Qubadlı dağlarından.
Çəbrayılda qalan o xan çinardan.
Şəhidlərin dağa axan qanından.
Ayrı düşdüm vətənimdən-elimdən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Ağdərə nəbzimdi,Xöçavənd dərdim.
Hanı Zəngilanım hanı Xankəndim.
Yaralı Qartaldı o Kəlbəçərim.
Xəstə düşdüm Xoçalının dərdindən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Elin fəryadıyam,elin dərdiyəm.
Şuşasız bu ömrü axı neynirəm.
Dərdli bir şairəm,vətən gəzirəm.
Həsrət yağdı yanağıma gözümdən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Çıdırı soruşma yaram qanayar.
Topxana deyəndə qəlbim sızlayar.
Daş altında ruhlar fəryad qoparar.
İsa bulaq tutulubdu gözündən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Gəlin qayasını duman-çən alıb.
Natavan naçislər əlində qalıb.
Namus əldən gedib,qeyrətmi qalıb?
Bakıda dəm vurur çöxu qeyrətdən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Sinəm üstə çarpaz dağdı Zarıslı.
Soymaz ürək qayıtmasa Xoçalı.
Olmadıq bu elə niyə vəfalı.
Axi günlər ötüb keçir ömürdən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Hani yayda Şuşada kef edənlər.
İndi yada salıb yaxın gəlmirlər.
Venetsiya,Antaliya gedənlər.
Şuşa bağışlama gəl onları sən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Səsimiz gələçək bir vaxt o yurddan.
Elə edin utanmayaq Şuşadan.
Utanmayaq Çıdırdan,Daşaltından.
Xarıbülbül çoxdan küsübdü sizdən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Erməni kef edir məzarlar üstə.
Haçan gələçəyik axı qeyrətə.
Sözümdə qalmayıb bizim millətə.
İnfakt oldum bu dərddən,düşünməkdən,
Qəlbiylə çırpınan bir naləyəm mən.Komandan əmriylə qoy qalxsın ellər.
Silah tutsun elin sevən bu əllər.
Mən Mehridə inan kı,öndə gedər.
Bayrağı sancaram ora əlimnən.
Qəlbiylə çırpınan bir naləyəm mən.Bakı 09-09-2014 saat 11-52
YERİN BEHİŞT OLSUN AY ƏZİZ,ANA
Torpağın nur olsun məskənin cənnət.
Yerin behişt olsun ay əziz, ana.
Bizi nə əzabla böyütmüşdün sən.
Axı mən nə deyim belə devrana.
Yerin behişt olsun ay əziz, ana.Anasız olmasın kimsə dünyada.
Anadır övlada arxa həyatda.
Ata bir vüqardı ömür bağında.
Böyüksüz dəhşətdır ömür insana.
Yerin behişt olsun ay əziz, ana.Qəlbimin gülləri sənsiz açmayır.
Gözüm ana gəzir amma tapmayır.
Mehri ana deyib səni çağırır.
Sən varlıq gəlmişdin mənim dünyama.
Yerin behişt olsun ay əziz, ana.Kiyev 18-09-2012 saat 09-31
-
Rahilə DÖVRAN.Yeni şeirlər
VAXT VARDI
Qəzəllərim – silsiləsindən
Vaxt vardı təzə,qönçələmiş bir gül idim mən,
Bilməzdim nədir fəsli-xəzan,tufan,duman,çən.Yolumu gözlərdi çəmənlər,dağlar,dərələr,
Istərdilər onların sinəsiqndə bitəm mən.Eşqimdən dərdə düşüb ağlayardı bülbüllər,
Mənə həsəd edərdi lalə,nərgiz,yasəmən.Valeh edərkən mərifətim,cümlə-cahanı,
Yaxdı fələk,gur saçlarıma,düsdü bəyaz,dən.Tufan sovurub gülşənimi eylədi səhra,
Qönçəm,çiçəyım,oldu xəzan,getdilər əldən.Versə də bahar fəslin bada,dönsə də Dövran,
Heç getməyəcək ilk baharın eşqi könüldən.03.11.2015.
G Ə L M Ə D İ
Qəzəllərim silsiləsindən
Gözlədim sübhə kimi qəlbi talan, gəlmədi,
Yar necə çıxdı görən vədə yalan,gəlmədi.Bilirəm dözməyəcək bu həsrətə xəstə könül,
Dəlitək sevən qəlbim qaldı nalan, gəlmədi.Bu halət etdi məni, yaşayan bir canlı cəsəd,
Dipdiri, sağikən məni qəbrə salan, gəlmədi.Hicrindən bitab olub, düşər ikən yataqlara,
Hər saat, hər dəqiqə canım alan, gəlmədi.Ötdükcə dövrü-zaman, dönüb dastan olacam,
Söylənəcək Dövrana, qənim olan, gəlmədi.02.11.2015.
-
Nəğməkar-şairə Zeynəb Dərbəndli Gülüstan Ədəbiyyatçılar İttifaqına nümayəndə qəbul olunub

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndli Dağıstan Respublikasının paytaxtı Dərbənd şəhərində yerləşən Gülüstan Ədəbiyyatçılar İttifaqına nümayəndə qəbul olunub
Qeyd edək ki, bundan öncə nəğməkar-şairə Zeynəb Dərbəndli İraq Türkmən Yazarlar Birliyinə üzv qəbul olunmuşdu.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Eldar Nəsibli Sibirel.Şeirlər

GÖYƏZƏN DAĞI – 1971
Baharda çiçəklə, qışda qar ilə
Təbiət bu dağa gey, bəzən deyib.
Zirvəsi oynayır buludlar ilə,
Onunçün babalar göy əzən deyib.Düşmənin gözündə qalıb muradı,
Səfləri hər zaman dağılıb burda.
Bir qaya parçası bəlkə Qıratın,
Nalından sıçrayıb dağ olub burda.XXI əsrin limanı
(İxtisarla)Ömrüm boyu uymadım
Qırmızı bayraqlı qırmızıların
yalançı hayına, küyünə,
Tapındım göydə ALLAHA,
yerdə Türkün böyüklüyünə.Unut məni
Bu qala öz əllərinlə
Uçuldu, qurulmaz oldu.
Bu çeşmə elə bulandı
Bir daha durulmaz oldu.
Unut məni , unut, gülüm.Bahar gözündə qəm gördüm,
Bir dərdimi yüz elədin.
Gen gəzdim, qəlbin ağrıdı,
Yaxın gəldim söz elədin
Unut məni , unut, gülüm.Bir ilahi duyğu kimi
Qəlbinə dola bilmədim
Eşqim sənin idi, ancaq
Mən sənin ola bilmədim.
Unut məni , unut, gülüm.DOSTLAR
Vəzifəyə keçən köhnə dostları
Nədənsə son vaxtlar itirirəm mən.
Görməyib əzəlki səmimiyyəti
Köksümü dərindən ötürürəm mən.İllər ötüşsə də, hələ bu sirrin
Nə üzü bəllidir, nə də astarı.
Bilmirəm özümü qınayım, yoxsa
Vəzifəyə keçən köhnə dostları. -
Şafa KAMİLLİ.”Nifrət”
Bu qədr sevdikdən , sora ,
Bu qədər nifrət ,olarmı ?
Bu nifrət sənəmi ,mənəmi bilmirəm vallah ,
Qəlbimdə sadəcə nifrət hök edir ,
Nələr yaşatmisan en dünya mənə ?
Sevgiylə ,nifrətin ayırd etmitəm .
Kümüşəm bəxdimdən ,talehimdən ,
Günahkar özüməm , sevməzdim qərək ,
Nifrələ bitəçə hardan biləydim ?
Bu qədər acilar ,dərdlər içində ,
Elə svməyim, catmişmırdı ,
O qədr ,dədlərmin ,sərmin ,olduğu yerdə ,
Nə sevgi ,nə inam ,nədə sadaqət .
Bitr tək nifrət var ,bilmirəm amma ?
Kimədi ..?
İlahi ?
Onami ?
Yoxsa özümə ?
Axı o ,elə mən özüməm .
Mən onun özümdən ayrı sanmiram .
O elə mənim özmdü ..
Deml nifrətdə ,ikmizədi ,
Bitməyən ,kinədi ,bitməyn , açiğa ,
Bitməyn yalana ,yalanlardı ,
Belkə heç nə mən varam ?
Nə dəki o var ?
Yalan var ,
Nifrət var ,
Göz yaşlarim var ,
Boşluq var ,qəlbimdə ..
Yoxxx ,yoxxxx
Bu boşluq deyil ,
Nifrət var ,nifrət var ,
Nifrət var ……..
Nifrt ……2.11.2015
-
Fidan ABBASOVA.”İllərdir adını qoya bilmirəm”
İllərdir adını qoya bilmirəm
Nə sevgi, nə isdək, nədə ki nifrət..
Sadəcə zamanla gülə bilmirəm
içimi sadəcə didir bu həsrət..Mən onu unutdum desəm yenədə
ürəyim bu sözü inkar eyləyir..
Sandımki sadəcə sənsiz mənimdə
yoxluğun hər zaman üsyan eyləyir…Dincələ bilmirəm yorğun düşmüşəm
fikirlər nə qədər səni andırar
nə zaman ürəkdən səni sevmişəm
artır gecələri sənli xəyallar..Varlığın uzaqdır, yoxluğun yaxın
məni bu minvalla hara aparır
sanki bir qayadan sel tək bir axın
bağlı ilmələri açıb qoparır…Fidan hər gümanın bir səbəbi var
həsrət bir yanında , kədər bir yanda
o qədər axdarsan böyük məna var
zamanla alışır sevən insanda… -
Abdulla Məmmədi doğum günü münasibətilə təbrik edirik! (4 noyabr 1963-c il)
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qəlmə sahibini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
ETİRAF
Nə qədər gizləyim baxışımı mən,
Nə qədər gözündən yayınım, qaçım?
Sığınıb gecənin ağuşuna mən,
Tənha bir qüssəni nə qədər qucum?Sənli ümidimin gerçəyi baha,
Sövq etmə əlçatmaz istəyə məni.
Ömrümün payızı yetişib daha,
Salma dərd eləyib ürəyə məni.Bu könül dünyam da könlümü almır,
Könülsüz açılır gözümdə səhər.
Ürəyim könüllü qayğıma qalmır,
Haradan qarşıma çıxdı bu qədər?! (daha&helliip;) -
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXII hissəsi
Lamiyə Tahirin pulnan tutduğu evdə onunla birgə iki gün yaşadı. Tahirin Lamiyəyə qarşı münasibətlərində soyuqluq hiss olunurdu. Lamiyə dözməyib qaldığı üçüncü gündə soruşdu:
– Nə olub? Gəlməyimi istədin gəldim. Daha nə lazımdı sənə?Tahir hirslənib Lamiyəni yatağa itələdi.
– Məni aldatmağını həzm edə bilmirəm. Xəyanətini unuda bilmirəm. Bu uşağın məndən olmayacağını fikirləşəndə az qala havalanıram.
Lamiyə özündən çıxdı, səsini qaldırdı, havalı kimi danışmağa başladı.
– Sənə demişdim bu uşaqı doğum? Özün məcbur etdin. Nədir? İndi ayılmısan?
– Pal-paltarını yığışdır, çıx get evinizə.
Lamiyə təəccüblənmədi, kinayə ilə gülümsədi
– Belə də bilirdim. Ağıllısan, gedim uşağı doğum, sonra təzədən ortaya çıx, uşaq məndəndir de. Onsuzda ailəmi dağıtmasan dincəlməyəcəksən.
Tahir qəşş edib güldü.
– Ailə? Sənin məgər ailən var? Hanı ərin? Heç bir dəfə də olsun arvadıyla maraqlanmayıb. Yaxşı kişi olsa, heç olmasa arvadının məşuqunun yanında olduğunu bilərdi.
– Sən də yaxşı olsaydın, ərimə yox, sənə gələrdim.Tahir Lamiyənin gözlərinə baxdı, yataqda üstünə çıxdı, özü də bilmədi qadına nə qədər şillə vurdu. İlk şillələrə Lamiyə özünü müdafiə etsə də, sonra bacarmadı, halsız qaldı. Bir tərəfdən də Tahirin dizi qarnına dəyirdi. Tahir Lamiyənin tərpənmədiyini gec başa düşdü, dayandı. Lamiyənin üzünə yüngülcə şillə vurdu ki, ayıltsın, ayılmadı
– Lamiyə, Lamiyə.
Lamiyədən səs çıxmırdı. Tahir qorxdu, qadının üstündən qalxdı. Dəli adamlar kimi sağına, soluna baxırdı. Lamiyəni yenidən oyanması üçün yüngülcə şillə vurdu, heç bir nəticəsi yoxdur. Əlləriylə başını tuta-tuta evdən çıxdı və qayıtmadı.Hemişəki kimi Rəşadla Təhminə, Fidan nahar edirdilər. Fidan Təhminəylə Rəşadı diqqətlə süzdü,sükutu verdiyi qərarla pozdu.
– Ola bilsin övladlığa uşaq götürüm.Təhminənin yediyi tikə boğazında qaldı, öskürdü. Rəşad kürəyinə yüngülcə vurdu,” öz payındı” deyib, içməsi üçün su dolu stəkanı ona uzatdı. Təhminə suyu içəndən sonra dərindən nəfəs aldı.
– Deyirəm də, son vaxtlar sənin başın xarab olub. Əlli yaşın var uşaq götürürsən saxlamağa? Ay Allah, dəli olacam. İyirmi yaşın heç tamam olmayıb, nədi, ərə getməyəcəksən, ya Səfər qayıdacaq?
(daha&helliip;) -
Mayisə ƏSƏDULLAQIZI.”Gül olsun Vətənin dağı-dərəsi!”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıZalım düşmən pusqudadı, çapardı,
Neçə oğulları vaxtsız apardı.
Analar-bacılar şivən qopardı,
Amandı, yatmayaq, dur, ay qardaşım,
Oyan ay qohumum, ay vətəndaşım!!!Neçə öpüş donub qaldı dodaqda,
Neçə çiçək solub qaldı budaqda,
Neçə baxış itib qaldı uzaqda,
Nə qədər səbr edək, dur ay sirdaşım,
Oyan ay qohumum, ay vətəndaşım!Qoy ucalsın göyə haqqımın səsi,
Gül olsun Vətənin dağı-dərəsi.
Düşməni hürkütsün igid nərəsi,
Dur gedək irəli, dur ay qardaşım,
Oyan ay qohumum, ay vətəndaşım! -
Günel ƏLİYEVA.”Sən gedəni, əzizim!”
Nələri ,nələri aparıb getdin,
Bir göz qırpında başladın, bitdin.
Kədər libasını sən niyə geydin?
Boş qalıb qəlblərdə yerin ,əzizim!
Çağlayır həsrətdən dərdli dənizim.
Vaxtsız gedişinə de, necə dözüm?
Yollarda izin var, dilimdə sözün,
Bircə an gülmədi dünyada üzün,
Məni yandıracaq alovum, közüm.
Saxta təbəssümə öyrəşdim özüm.
Unutmuşam gülməyi,
Sevinməyi, sevməyi,
Sevdim qara örpəyi,
Sən gedəni, əzizim!
Hıçqırıq ,göz yaşlarım,
Oldu dostum- sirdaşım,
Pozulaydı yaddaşım,
Sən gedəni ,əzizim!
Misralar da ağlayır,
Sətirlər yas saxlayır,
İçim yanır- sızlayır ,
Sən gedəni ,əzizim,
Yanına gələ bilsəm,
Dərdini bölə bilsəm,
Nə çəkdim sənsiz bilsən,
Sən gedəni, əzizim! -
Esmira RƏHİMLİ.”Etibarlı bank” (Povest)
Vəfa əl telefonunun verdiyi siqnaldan ona mesaj gəldiyini anladı. Gecənin bir aləmində bu mesaj kimdən idi görəsən? Yuxulu gözlərilə gələn mesajı açıb açıb baxdı. Əzizdən idi. Belə yazırdı: “Səninçün darıxıram. Ulduzlara baxıb ağlayıram. Gözlərinə həsrət qalmışam. Sənin gözlərinə oxşadıqları üçün onlara baxıram! Sən də ulduzlara bax! Qoy baxışlarımız göydə görüşsün. Kim bilir, bir də nə vaxt qismət olacaq səni görüm?” Qız qaranlıq otaqda telefonun işığından gözləri qamaşsa da cavab yazdı: “İndi gecdir. Get yat. Qismət olar görüşərik.” Baxışlarını qaldırıb pərdənin arasından qaranlıq səmaya baxdı. Ulduzlar görünürdü. Vəfa kövrəldi. Gözlərindən süzülən yaşı əlilə sildi. Axı indi Əziz də onlara baxırdı. Sabah ayın biri idi. Həm də həftənin birinci iş günü. İşə gecikməsin deyə gecə yaxşı yatmalı idi. Özünü yuxuya verməyə çalışırdı ki, telofonuna yenə mesaj gəldi. “Sabah mütləq görüşək! Axı mən də insanam. Sabah səni görməsəm ürəyim partlayacaq!” – yazırdı.
Ertəsi gün Vəfaya elçi gələcəkdi. Ata-anası da onları çox bəyənirdilər. Vəfa qəti qərara gəldi. “Yox!” – deyəcəkdi. Çünki Əzizə yazığı gəlirdi. Ondan ötrü için-için qıvrılan birinin ürəyini necə qıra bilərdi? Əslində Vəfa ona qarşı biganə idi. Amma oğlan: “Bilirəm sən məni məndən daha artıq sevirsən!” – deyib boynuna qoyanda etiraz eləməyə üzü gəlməmişdi.
Əziz iş vaxtının qurtarmağına bir saat qalmış zəng vurdu:
– İşdən çıxanda səni qapıda gözləyəcəyəm. (daha&helliip;) -
Zeynəb DƏRBƏNDLİ.”Adana gözəllikləri”
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
“Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvüGözəllikler məskəni,
Valeh etdi hər kəsi.
Lap göylərə ucaldı
Adananın gur səsi.Basdı bağrına bizi,
Doğma övladları tək.
Böyük birlik yaratdiq
Oldu tarixlere hekk.Halise hanım bizi,
davet etdi buraya.
Bütün, Türk yazarları
Yığıldı bir araya.Teşekür Halisecim,
Mutluluk verdin bize.
Allah səni qorusun,
Gəlməyəsən pis gözəZeynəbəm, bu şəhərin,
Dağ düzünü oxşadım.
Inanın, bu üç gündə
Harikalar yaşadım.26.10.2016 Adana
-
Şair-jurnalist Rafiq Odayın şeiri “Kümbet” dərgisində çap olunub
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, şair, jurnalist Rafiq Odayın “Olunca” şeiri
Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 38-ci sayında dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Qeyd edək ki, bundan öncə şair-jurnalist Rafiq Odayın şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmaqla yanaşı, eyni zaman dərc olunmaq üçün Qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində fəaliyyət göstərən mətbu orqanlara da göndərilmişdi.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin xüsusi müxbiri, gənc yazar Kənan Aydınoğlunun “Bölerdeim derdimi seninle” şeiri Türkiyə türkcəsində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Qeyd edək ki, bundan öncə “Kümbet” dərgisinin 29, 30, 32, 34-cü saylarında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Beynəlxalq Əlaqələr və Tərcümə” şöbəsinin rəhbəri, “KenanAydinoglu.Com” saytının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvün, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin foto-müxbiri, tərcüməçi-jurnalisti, gənc yazarı Kamran Murquzovun tərcüməsində-Türkiyə türkcəsində “Türkçülük şeirləri” silsiləsindən olan şeirləri və “Türkün Türkçülük Dastanı” poeması işıq üzü görmüşdü.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Şair-jurnalist Qafqaz Əvəzoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, “Sözün sehri” qəzetinin təsisçisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Qarabağ müharibəsi veteranı, şair, jurnalist Qafqaz Əvəzoğlunun “Yadıma düşübdü” şeiri Azərbaycan türkcəsində
Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD ( Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 38-ci sayında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
Qeyd edək ki, bundan öncə “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 36-cı sayında dərc olunmuşdu.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Gənc yazar Kənan Aydınoğlu cənab Prezidentə rəsmi məktub göndərib
1 noyabr 2015-ci il tarixində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzü, gənc yazar Kənan Aydınoğlu yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək olmaq üçün ədəbi-bədii nümunələri özündə cəmləşdirəcək
“Gənc nəslin nümayəndələri” antologiyasının işıq üzü görməsinə maliyyə dəstəyi göstərməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə rəsmi məktub göndərib.Həmin məktubu olduğu kimi təqdim edirik:“Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına!
Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəslin nümayəndələrinin ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmasına, Çağdaş Azərbaycan ədəbi mühitində yeni-yeni ilk addımlarını atan gənc yazarların könül duyğularının,
ürək döyüntülərini ictimaiyyətə aşılanmasına böyük ehtiyac var.Bunu nəzərə alaraq, Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi olaraq, Sizdən xahiş edirik ki, bu mühüm əhəmiyyət kəsb edən layihənin həyata keçirilməsi və gerçəkləşməsi üçün yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin inkişafına yenidən böyük dəstək verəsiniz.
Uca ALLAH Sizi və bütün ailə üzvlərinizi qorusun!Dərin hörmət və ehtiramla,
Kənan AYDINOĞLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
təsisçisi və baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliynin üzvü.
Bakı şəhəri.1 noyabr 2015-ci il.”Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Gənc xanım yazar Gülnarə Sadiqin ilk kitabının təqdimat mərasimi keçiriləcək
21 Noyabr 2015-ci il tarixində, saat 15:00-da, Bakı şəhərində yerləşən “Kitabevim” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Vehdet.Org” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Gülnarə Sadiqin “Yuxuların günahı olmur” adlı ilk şeirlər kitabının təqdimatı keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.İştirak etmək istəyən hər kəs dəvətlidir.
Qeyd edək ki, gənc nəslin nümayəndəsi Gülnarə Sadiqin “Yuxuların günahı olmur” adlı ilk şeirlər kitabı Bakı şəhərində, “Elm və Təhsil” nəşriyyatı tərəfindən 120 səhifə həcmində, 1500 tirajla işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Yenilik Press” beynəlxalq ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru, şair-jurnalist Məhəmməd Nərimanoğludur.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanırıq.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 Noyabr 1963-cü il)
SƏNİ YARALI SEVDİM
Gözdən, könüldən uzaq
Düşüb aralı, sevdim.
Oxlanıb kirpiyinlə,
Səni yaralı sevdim.Lalələr qan içində,
Ha alış, yan içində.
Dağda duman içində
İtən maralı sevdim.Heykəl qurub xəzəldən,
Eşq umdum hər gözəldən.
Bu dünyanı əzəldən
Ağlı-qaralı sevdim.GÖRƏK KİM GÖZƏL AYRILIR
Gün keçdi dağın dalına,
Dağ sevindi bu halına.
Gəl ayrılıq vağzalına,
Görək kim gözəl ayrılır?!Çiçəklədi tökdüyün qan,
Ruha tamarzıdır bu can.
Nəğmə öpür dodağımdan,
Könlümdən qəzəl ayrılır.Sil ömrün-günün pasını,
Saxlayaq sevda yasını.
Payız açıb yaxasını.
Budaqdan xəzəl ayrılır.DÜNYANIN DÜZƏLMƏK
TƏHLÜKƏSİ VARŞimşək işığına düşdü gözlərim,
Buludlar dərdimə məlhəm aradı.
Sabahı ürəklə qarşılamağa,-
Ümidim sevdiyim adamlaradı.Kölgəm də haçandır düşüb dalımca,
İstidən çəkinmir, soyuqdan qaçmır.
Yaxşı ki, dilənmir kölgəm adamtək,
Yaxşı ki, heç kimə əlini açmır.Gəlmir xoşunuza divanəliyim,
Ruhumu çarmıxa çəkən adamlar!
Atın özünüzü Yer kürəsindən,-
Dünyanın düzəlmək təhlükəsi var!.KÖNÜL HEYRAN OLUB UCALIQLARA
Quşlar dimdiyini şehə batırıb,
İbadət eləyir yarpağın üstə.
Torpağın altından çıxan nə varsa.
Tapır qiymətini torpağın üstə.Hər dağ bir təpənin əlindən tutub,
Könül heyran olub ucalıqlara.
Sən də ayağını Yerə möhkəm bas,
Özünə dağlar tək ucalıq ara.Vətən torpağına bərəkət verir,
Bu zəhmət çiçəyi alın tərimiz.
Hər doğan Günəşin şəfəqlərində.-
Gülüb aynalanır ümidlərimiz. -
Vüsalə Süleymanın “Oxumayın məni” adlı ilk şeirlər kitabı işıq üzü görüb

Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Vüsalə Süleymanın “Oxumayın məni” adlı ilk şeirlər kitabı Bakı şəhərində, Hədəf nəşriyyatı tərəfindən 104 səhifə həcmində işıq üzü görüb.Kitabın redaktoru AYB və DGTYB üzvü, prezident təqaüdçüsü Ramil Mərzilidir. Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ali Media və Türksoy Beynəlxalq şərəf mükafatları laureatı, şair- publisist Elçin Mirzəbəylidir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu kitabın poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, Vüsalə Süleyman ölkəmizdə bir neçə qəzet, jurnal və saytlarda çap olmaqla bərabər, Qardaş ölkə Türkiyədə də dəfələrlə çap olunub.Avrasiya Şairləri Antologiyasında 2-ci cilddə şeirləri yer almışdır.Kitabın təqdimatı oktyabrın 12-də Kitabevim.az-da çox sayda şair, yazıçı, elm adamlarının iştirakı ilə keçirilmişdir.Vüsalə Süleyman,
Gündəlik Analitik İnformasiya Agentliyinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri -
Yubiley ərəfəsində nəşr olunmuş kitabların təqdimatı keçirildi
Azərbaycan Dövlət Milli kitabxanasında xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə nəşr olunmuş “Bəxtiyar Vahabzadə. Biblioqrafiya”, “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitablarının və “Bəxtiyar-90” adlı elektron məlumat bazasının təqdimat mərasimi oldu.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq, Bəxtiyar Vahabzadə şəxsiyyətinə Türk Dünyasında bəslənilən ehtiram və sevgidən, filosof-şairin əbədiyaşar poeziyasının qüdrətindən danışdı. Milli kitabxananın əməkdaşlarının gərgin zəhməti hesabına ərsəyə gəlmiş biblioqrafiyanın, eləcə də TÜRKSOY-un dəstəyi ilə 6 türkdilli xalqın dilinə çevrilərək, sanballı bir kitab şəklində oxucuya təqdim olunmuş 90 şeirdən ibarət toplunun şairin 90 illik yubileyinə dəyərli töhfə olduğunu qeyd etdi.
Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, ölkəmizdə və türk dünyasında adı hər zaman sevgiylə anılan, əsərləri sevilə-sevilə oxunan Bəxtiyar Vahabzadənin dünyanın digər poeziya nəhəngləri ilə bir sırada dayandığını diqqətə çatdırdı.
Respublika prezidenti İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncama əsasən, respublikanın müxtəlif yerlərində silsilə tədbirlər keçirildiyi barədə məlumat verən nazir müavini, yubiley ərəfəsində işıq üzü görmüş nəşrlərin dəyərindən danışdı.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, professorlar Qəzənfər Paşayev, Zaman Əsgərli, qurumun Qazaxıstan təmsilçisi Malik Otarbayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, BDU-nun dosenti Etibar Talıblı və digər çıxışçılar şairin dərin fəlsəfi məzmunlu yaradıcılığına yüksək dəyər verərək, əsərlərinin əksər türk dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və digər xalqların dillərinə tərcümə olunduğundan danışdılar.
Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərovanın nümayiş olunan B.Vahabzadə haqqında video-film və elektron məlumat bazası barədə verdiyi açıqlama mərasim iştirakçılarının böyük marağına səbəb oldu.
Şairin şeirlərinin tərcümə və nəşrində xidməti olmuş ziyalılara TÜRKSOY-un xatirə hədiyyələri təqdim edildi.
Tədbirin sonunda şairin çoxşaxəli yaradıcılığını özündə əks etdirən “Bəxtiyar Vahabzadə-90” adlı geniş kitab sərgisinə baxış keçirildi.Qiymət Məhərrəmli,
“Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,
Filologiya elmləri üzrə fəlsəfə doktoru -
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
Heydər Əliyev adına Respublika Sarayında görkəmli xalq şairimiz Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirildi.
Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, dünya şöhrətli xalq şairinin yubiley tədbirinin pespublika prezidentinin sərəncamına əsasən, ilin əvvəlindən başlayaraq, bugünə kimi davam etdiyini diqqətə çatdırdı. Hələ ilin sonunadək davam edəcək bu qəbildən olan tədbirləri böyük filosof şairin, görkəmli dramaturq və dəyərli elm xadiminin xatirəsinə ehtiram əlaməti kimi səciyyələndirdi: “Bəxtiyar Vahabzadə təkcə ölkəmizdə və Türk dünyasında deyil, bütün dünyada sevilir, təqdir olunur…”
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də çıxışında “istiqlal şairi” adlandırdığı Bəxtiyar Vahabzadənin Azərbaycan elm və ədəbiyyatındakı, milli azadlıq hərəkatındakı müstəsna yer və xidmətindən qürurla söhbət açdı.
Yubiley mərasimində unudulmaz xalq şairinin həyat və fəaliyyəti barədə məlumatlar, qəlblərə hakim kəsilmiş poeziya nümunələri bədii qiraət ustalarının ifasında səsləndirildi, sözlərinə yazılmış bir-birindən gözəl, sevilən mahnılarını tanınmış müğənnilər tədbir iştirakçılarına canlı ifaları ilə təqdim etdilər. Azərbaycan səhnəsində silinməz iz buraxmış dəyərli dram əsərlərindən parçalar Akademik Milli Dram Teatrı aktyorlarının ifasında nümayiş etdirildi.
Şairin öz dilində lentə alınmış şeirlər əsasında hazırlanan video-çarx tamaşaçıları yenidən Bəxtiyarlı günlərə qaytardı.
Sarayın foyesində şairin indiyədək işıq üzü görmüş kitablarından ibarət geniş sərgi təşkil edilmişdi.Qiymət Məhərrəmli,
“Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,
Filologiya elmləri üzrə fəlsəfə doktoru -
Aqil SABİROĞLU.”Xeyli gecikmişəm”
(Bir yazını oxuyandan sonra dərdsizlərin olmadığını bir daha başa düşdüm)
Üstüm toz içində,ayağım yalın,
Batmışam içində saçın,saqqalın.
Dalınca düşəndən neçə çaqqalın,
Vaxtım da olmayıb dönüb baxmağa-
Bir az gecikmişəm sənə çatmağa.Yaman qınayırsan bilirəm,məni,
Şair də əhdini unudar yəni?
Neçə il vaxtımı aldı erməni-
Hönkürüb baş qoydum gedən torpağa,
Bir az gecikmişəm sənə çatmağa.Sən hardan biləsən dərd yığın-yığın,
Əzəldən boş oldu içi sandığın.
Üzü qara olsun kasıbçılığın-
Razı olmazdın ki ta,əl açmağa,
Bir az gecikmişəm sənə çatmağa.Səndən gizlənməyin səbəbi ümman,
Yalandan küsməyin səbəbi ümman…
Bu elin adəti,gic dəbi ümman-
Bəzən istəmişəm yerə batmağa,
Xeyli gecikmişəm sənə çatmağa… -
Müzəffər MƏZAHİM.”Axtarma”
Azıb yollarda qalmısan,
Qayıtmağa iz axtarma.
Arxanca baxıb ağlayan,
Həsrət çəkən göz axtarma.Qurun da yaşa dirənib,
Baharın qışa dirənib,
Sifətin daşa dirənib,
Üz vurmağa üz axtarma.Ələyin ələnib daha,
Diləyin dilənib daha,
Bələyin bələnib daha,
Zəhmət çəkib bez axtarma.İndi təsəlli tap ovun,
Əldən çıxıb fürsət ovun,
Sönüb ürəkdə alovun,
Qurdalayıb köz axtarma. -
Abdulla MƏMMƏD.”İçimdə boğulur sözümün canı”
(Didərgin şərqisi, qaçqın harayı)
İçimdə boğulur sözümün canı,
Həsrətim dərdimlə qol-boyun olur.
Necə bu dünyayla qaynasın qanım?
Sevincim dərd olur dərd oyun olur.Sevinc göz qırpınca dərd ayaq açır,
Gözümdə göyərir göz dağı kimi.
Bu dərdin əlindən hayana qaçım?
Yapışıb yaxamdan qəm yağı kimi.Çəkir ayağımdan elə bil zaman,
Günlər düz oxumur mənimlə, sanki.
Xəyal yağışında dərdimə həyan
Ürəkdə doğulur ürəkdən sevgim.Atır ehtiyacın ağzına məni,
Səsimi boğmağa əli yetməyən.
Qənim kəsilərək özümə qənim,
Qayğılar başımda ağarır dən-dən.Ayağa dolaşır dərd çayır kimi,.
Yağır baxışlardan kədər yağışı.
Həsrətə tuş olan o tayım kimi
Yağır bu tayıma qədər yağışı.Daşda mamırlanır Vətən harayım,
Torpaqda göyərir mərdin baş daşı.
Kimi Yurd adında para arayır,.
Kimisi qoynunda girləyir başın.Dilimi yandırır ağzımdakı söz,
Uda da bilmirəm söz qəhər deyil.
Vətən yanğısıdır içimdəki köz,
Ölə də bilmirəm köz zəhər deyil.Ayrılıq bağrımı sıxan məngənə,
Həsrəti ürəkdən kürüyəmmirəm.
Yurdumda qəriblik toy tutur mənə,
Körpə uşaq kimi kiriyəmmirəm…İçimdə boğulur sözümün canı,
Həsrətim dərdimlə qol-boyun olur.
Bu zalım dünyayla qaynamır qanım,
Sevincim dərd olur dərd oyun olur.Azərbaycan Quba 14.07.2000.
-
Qalib ŞƏFAHƏT.”Yetim qız”
Gəlinlik paltarını
Gözündən salıb itirmişdi
Anası ölən günü
Anasını ağlayanda.
Görən olmamışdı
Bəlkə də kəfən əvəzi
Anasını bükmüşdülər
Gəlinlik paltarına.
O gündən anasının
Qara gün üçün
saxladığı
Libası geyindi əyninə
Lüt qalmasın deyə.
O gündən anasının
Yarımçıq qalmış
Arzularını böyütdü
Həyət-bacada.
Yetimliklə
Böyüdü yetimliklə.
Yetim qız dedilər-adına. -
Qalib ŞAMXALOĞLU.”Bu dünyada bircə gün qayğısız olmadım mən”
Ömür keçdi kədərlə , şərə , böhtana düşdü ,
Həyatın ümmanında gəmim tufana düşdü .
Vaxtsız soldu güllərim , fəsli xəzana düşdü ,
Sevincin bölgüsündən payımı almadım mən ,
Bu dünyada bircə gün qayğısız olmadım mən .Qayğılarım ömrümü əlimdən aldı getdi ,
Saf eşqim , məhəbbətim hicrana daldı getdi .
Mühit ümidlərimi , gümanı çaldı getdi ,
Xoşbəxtliyin sazını bir kərə çalmadım mən ,
Bu dünyada bircə gün qayğısız olmadım mən .Güvəndiyim çoxunun zatı qırıq çıxıbdı ,
Dişli bildiklərimin çoxu mırıq çıxıbdı .
Nə vaxt pencək almışam cibi cırıq çıxıbdı ,
Eyzan qəhərlə doldum , sevinclə dolmadım mən ,
Bu dünyada bircə gün qayğısız olmadım mən .Şamxaloğlu , dünyanın işi hiylə , kələkdi
Daxilən şeytan olan çoxu üzdən mələkdi .
Düşdüyümüz bu axın elə dargöz ələkdi ,
Gözündən keçib , gedib həyata dalmadım mən ,
Bu dünyada bircə gün qayğısız olmadım mən . -
İlkin ABBAS.”Dahilər məkanı, gözəl Naxçıvan”
Ruhumun qidasın səndən almışam,
Bir quru canım var, o sənə qurban.
Qoynunda boy atıb, mən ucalmışam,
Dahilər məkanı, gözəl Naxçıvan.Qədim tarixlərin izi səndədir,
Şeirin, sənətin gözü səndədir,
Cəlilin, Məmmədin sözü səndədir,
Dahilər məkanı, gözəl Naxçıvan.Üstünə düşməsin düşmən kölgəsi,
Sən Ulu öndərin şux, məğrur səsi,
Səndədir Möminə Xatun türbəsi,
Dahilər məkanı, gözəl Naxçıvan.Sürür torpağında hamı xoş həyat,
Torpaq bərəkətli, yaşamaq rahat,
Sanki bir cənnətdir Şahbuz, Batabat,
Dahilər məkanı, gözəl Naxçıvan.Əshabü-Kəhf sənin cismində canın,
Dürrdür, gözəllikdir sənin dörd yanın,
Ordubad-incisi Azərbaycanın,
Dahilər məkanı, gözəl Naxçıvan.Səsin ucalıbdır ulduza, aya,
İnsan ləzzətindən de nə cür doya?
Saysam gözəlliyin gəlməz ki saya,
Dahilər məkanı, gözəl Naxçıvan. -
Gülnarə İSRAFİLQIZI.”Yoluna davam etməkdə varmış bu həyatda”
üzündəki tüpruyu silib
yoluna davam etməkdə varmış bu həyatda.
qəribəliklərə gülümsəyən varaqlar
ağ qalacaq sətirlər kimi.
bir üzündə sevgi
bir üzündə qəm yırğalanırmış
ürəyin döyüntüsündə.
əzizim məni incidən özüməm özüm
kimsə bunu anlamaz.
baş tacımı günahlarımdan hazırlamışam
sadəliyimdə.
qoy mənə qalan zindanım olsun!
sizin təbəssümünüzdə
günəşin rəngini,
sabahın ürək döyüntülərini görüm. -
Xəyalə SEVİL.”İyirmi iki”
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüMən sənin gedişindən
Sonra inandım taleyə.
Ayaqlarımı uşaq kimi
Çəkib yollarından
Danladım,
Qayıtdım geriyə.
Sən mənim yaddaşımda
İyirmi iki yaşda qaldın,
Böyümədin, qocalmadın.
Biz qışda ayrılmışdıq,
Elə həmin qışda qaldın.
Bu gün, yenə ad günündü,
İyirmi iki yaşın mübarək.
Bağrıma nə daşdı basdın?
Bağrımda daşın mübarək.
Hardasan eeeeh, allah bilir,
Orda otuz iki yaşın,
Burda iyirmi ikin sevilir.
Həsrətin qocalıb sözlərimdə,
Offf!
Yenə payız dolaşır gözlərimdə.














































