Category: Azərbaycan Prezidenti

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Hörmətli həmvətənlər!

    Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

    Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.

    Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.

    Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.

    Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm.

    Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir.

    İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.

    Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

    Novruz bayramınız mübarək olsun!

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 18 mart 2022-ci il

    Mənbə: https://president.az/

  • Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.

    Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun
    2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 15 mart 2022-ci il

    Mənbə: https://president.az/

  • Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

    Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

    Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 mart 2022-ci il 

    Mənbə: https://president.az/

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Ələsgərov Arif Məmməd Hüseyn oğlu

    İsgəndərov Zeynalabdin Əli oğlu

    Qurbanov Eldar Hacı Baba oğlu

    Məmmədov Tahir Hidayət oğlu

    Rzayev Asif Hüseyn oğlu

    “Tərəqqi” medalı ilə

    Abbasov Emil İnqlab oğlu

    Abbasova-Budaqova Afaq Nurəhməd qızı

    Abdullayev Samir İmran oğlu

    Babayeva İnarə Əhməd qızı

    Bağırzadə Bəhram Arif oğlu

    Dadaşov Faiq Nadir oğlu

    Əliyev Ələkbər Hüseynbala oğlu

    Əliyev Kənan Sabir oğlu

    Əlizamanlı Şəmistan Hüseyn oğlu

    Fətəliyev Zakir Məhərrəm oğlu

    Hacıyev Faiq Əjdər oğlu

    Heydərova Ülviyyə Sədaqət qızı

    Həsənzadə Nigar Ağa qızı

    Hüseynov Rəsul İsmayıl oğlu

    Hüseynova Nuriyyə İsmayıl qızı

    Xəlilov Bəhram Fərhad oğlu

    İbrahimova Nigar Rəfael qızı

    İmaməliyev Nəriman Məcid oğlu

    İmanov Cabir Qorxmaz oğlu

    İmanov Tahir Qorxmaz oğlu

    İsayev Pünhan Baba oğlu

    Kərimov İmran Mustafa oğlu

    Korovin Vadim Arnoldoviç

    Qasımova Fərqanə Alim qızı

    Mansurov Ənvər Arif oğlu

    Məhərrəmova Aytən Əhliman qızı

    Məmmədov Nəriman Qəhrəman oğlu

    Məmmədzadə Azər Arif oğlu

    Mirsəlimov Mehti Ramiz oğlu

    Rəhmanov Nazim Şamil oğlu

    Rzayev İbrahim Şarza oğlu

    Rzazadə Xəyal Məhəmməd oğlu

    Tağıyev Qəhrəman Fərman oğlu

    Topçiyev Emil Namik oğlu

    Vaynşteyn Timur Leonidoviç.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 16 oktyabr 2021-ci il

    Mənbə: https://president.az/

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    zərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq rəssamı”

    Alimirzəyev Əlyar Alimirzə oğlu

    Haqverdiyev Hüseyn Həsən oğlu

    Rəcəbov Aydın Məmmədağa oğlu

    “Əməkdar artist”

    Abasquliyev Rza Həsənağa oğlu

    Axundov Mahir Mikayıl oğlu

    Barateliya Naala Raulyevna

    Cəlilov Xəqani Nadir oğlu

    Əliyev Fərid Aydın oğlu

    Hacıyev Fuad Əhəd oğlu

    Hüseynəliyev Elton Əşrəf oğlu

    Hüseynova İlahə Həsən qızı

    Xəlilova Səadət Namizəd qızı

    Məmmədov Xəyyam Əhrar oğlu

    Mikayılov Anar Şamil oğlu

    Mirzə Kazım Həsən oğlu

    Mirzəyeva Vəfa Rafiq qızı

    Motorina Yuliya Alekseyevna

    Mürsəlov Neymət Məzahir oğlu

    Nisanov Xəyyam Aleksandroviç

    Osmanov Elizbar Əbülfəz oğlu

    Rza-Zadə Azər Zaur oğlu

    Salmanov Nicat Fərhad oğlu

    Seyidova Ceyla Uran qızı

    Səfərəliyeva Məlahət Nəcəf qızı

    “Əməkdar rəssam”

    Babayev Fikrət Həsən oğlu

    Cabarov Rəşad Emin oğlu

    Əhməd Faiq Nazim oğlu

    Ələkbərov Rəşad Böyükağa oğlu

    Əliyev Vüqar Əli oğlu

    Hacızadə Rövşən Kamal oğlu

    Həsənov Şamil Məmməd oğlu

    Hüseynov Pərviz İldrım oğlu

    Mehtiyev Zakir Tahir oğlu

    Məmmədov İsa Məmməd oğlu

    Rüstəmov Aslan Mahmud oğlu

    Şixəliyev Adil Həmdulla oğlu

    “Əməkdar mədəniyyət işçisi”

    Allahverdiyev İbad Məhəmməd oğlu

    Eldarova Lalə Ömərovna

    Əhmədzadə Natiq Nazim oğlu

    Hacı-Mustafazadə Hüseyn Tofiq oğlu

    Kazımov Bəhmən İsa oğlu

    Qardaşbəyova Nazilə Adəm qızı

    Paşayev İlqar Əli Abas oğlu.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 16 oktyabr 2021-ci il

    Mənbə: https://president.az/

  • Bu gün Azərbaycanda Anım Günüdür

    Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

    Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

    Bununla əlaqədar olaraq bu il Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

    Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

    Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

    Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Əməkdar incəsənət xadimi”

    Babayeva Rasimə Əhməd qızı

    Neymanova Kəmalə İlyas qızı

    “Əməkdar artist”

    Ağayeva Rəna Knyazevna

    Məlikova Nigar Akif qızı

    “Əməkdar müəllim”

    Aşumova Samirə Rauf qızı

    Bədirxanov Tofiq Nurəli oğlu

    Cəfərova Lalə Tahir qızı

    Əhədzadə Məleykə Böyükağa qızı

    Hacıyeva Firəngiz Alim qızı

    Həsənova Cəmilə İsmayıl qızı

    Həsənzadə Xatirə Nəriman qızı

    Mahmudova Gülzar Rafiq qızı

    Mailova Adilə Hüseynovna

    Mansurova Nərgiz Nail qızı

    Məmmədova Arzu Böyükağa qızı

    Məmmədova Arzu Raiz qızı

    Məmmədova Leyla Mütalib qızı

    Məmmədyarova Gülnarə Hadi qızı

    Mirbabayeva Kəmalə Mir Bağır qızı

    Nəsirova Könül Yasif qızı

    Paşayev Əliheydər Paşa oğlu

    Rüstəmova Afaq Adil qızı

    Rzayeva Laləxanım Seyid Nağı qızı

    Sultanova Fəridə Nurəddin qızı

    Tuayeva Mədinə Zaurbəyovna

    Yusifova Lətafət Ağa qızı

    Zamanova Alya Abas qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 sentyabr 2021-ci il

    Mənbə: https://president.az

  • Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşları təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Acalova Gülnarə Almazovna

    Əfəndiyeva İmruz Məmməd Sadıx qızı

    Əzimov Aydın Kərim oğlu

    İmanova Ülviyyə İsmayıl qızı

    Quliyeva Nərminə Əhməd qızı

    Məmmədov Tariyel Aydın oğlu

    Seyidov Tərlan Mir Əşrəf oğlu

    “Tərəqqi” medalı ilə

    Axundova Könül Tofiq qızı

    Axundova Yeganə Əsgər qızı

    Ələsgərov Arzu Süleyman oğlu

    Əsədova Səbinə Çingizovna

    Fərəcov Tahir Heydər oğlu

    Həsənov Hidayyət Həsən oğlu

    Hüseynova Könül Qabil qızı

    İsmayılzadə Nuridə Cəfər qızı

    Quliyev Tərlan Aslan oğlu

    Məmmədova Sevda Binyatulla qızı

    Məmmədova Sevda Əhməd qızı

    Musayeva Elmira Danil qızı

    Rəhimova Aytac Elxan qızı

    Rimazi Nəzakət Hüseyn qızı

    Süleymanova Tomrid Kazım qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 sentyabr 2021-ci il

    Mənbə: https://president.az

  • Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

    Abbaszadə Nəzmiyyə Müzəffər qızı

    Sinamdzqvarişvili Siala Vaxtanqovna

    Yaqubova Tahirə Əhəd qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 sentyabr 2021-ci il

    Mənbə: https://president.az

  • X.Ə.Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    X.Ə.Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 5 iyun 2021-ci il

    Mənbə: https://president.az

  • Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

    Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.

    Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

    Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram:

    1. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 7 may 2021-ci il

    Mənbə: http://president.az/

  • İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002 ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:

    Abbasov Tariyel Abbasqulu oğlu

    Abbasova-Budaqova Afaq Nurəhməd qızı

    Abdullayev Kyazım Ənvər oğlu

    Abdullayev Mətləb Fətəli oğlu

    Abdullayeva Xurşud Lütfəli qızı

    Abdurahmanov Yusif Fikrət oğlu

    Adıgözəlov Yalçın Vasif oğlu

    Ağaverdiyeva Məsməxanım Aslan qızı

    Axundov Bəxtiyar Ağayar oğlu

    Axundov Əbülfəz Dadaş oğlu

    Aqalliyay Pellumb Mustafa oğlu

    Alışova Şölə Qasım qızı

    Allahverdiyev Vasif Kərim oğlu

    Allahverdiyeva Naibə Siyavuş qızı

    Babayeva İnarə Əhməd qızı

    Babayeva Sevinc Məmmədəli qızı

    Bağırov İzaməddin Zeynal oğlu

    Baliyeva Natalya Gennadyevna

    Barateliya Naala Raulyevna

    Bayramov Salman Bayram oğlu

    Bəxtiyarov Rəşad Bəhram oğlu

    Butenko İqor Leonidoviç

    Cəfərov Mircavad Mirqədər oğlu

    Cəfərov Samir Qədir oğlu

    Dadaşov Əmrah Balaxan oğlu

    Dubovitskaya Mariya Aleksandrovna

    Eyvazov Yasəf Alxas oğlu

    Eyyubov Musa Eyyub oğlu

    Əbdülsəmədova Zemfira Feyzulla qızı

    Əflaki Ədilə Osman qızı

    Əhmədov Cavid Təvəkkül oğlu

    Əhmədov Çingiz Əli Əşrəf oğlu

    Ələkbərzadə Mehriban Zaur qızı

    Əliyev Sərvər Bəhlul oğlu

    Əliyeva Hüsniyyə Səfər qızı

    Əliyeva Münəvvər Sabir qızı

    Əliyeva Nərgiz Arzu qızı

    Əliyeva Şəfəq Rəsul qızı

    Əlizadə Əkbər Müzəffər oğlu

    Əlizadə Şəhla Seidşah qızı

    Əmirbəyova Rita Cəmil qızı

    Əsgərov Əli Rəhim oğlu

    Əsgərov Əsgər Əkbər oğlu

    Əskərov Qoçaq Məhərrəm oğlu

    Əzimov Aydın Kazım oğlu

    Hacıyev Əli Əliyusif oğlu

    Hacıyev İlqar Xəlil oğlu

    Hacıyeva Naylor Fidan Hacıağa qızı

    Hacıyeva Sevil İnşalla qızı

    Hacıyeva Səbinə Sabir qızı

    Heybətov Anar Mithət oğlu

    Həsənov Kərim Abbas oğlu

    Həsənov Vidadi İsmail oğlu

    Həsənova İradə Aslan qızı

    Həsənova Natavan Mikayıl qızı

    Həşimov Orxan İlqar oğlu

    Həşimzadə Xanlar Allahverdi oğlu

    Həziyev Natiq Fərzalı oğlu

    Hümbətova Ülviyyə Cavanşir qızı

    Hüseynli Anar Vaqif oğlu

    Hüseynov Fizuli İsmət oğlu

    Hüseynov Şövqi Ərəstun oğlu

    Hüseynova Kamilla Fikrət qızı

    Hüseynova Kəmalə Müzəffər qızı

    Xanlarova Mehriban Aslan qızı

    Xasiyev Nadir Şənbə oğlu

    Xəlilzadə Rüfət Eldar oğlu

    İbrahimov Fuad Natiq oğlu

    İbrahimova Nigar Rəfael qızı

    İbrahimova Səbinə Vaqif qızı

    İbrahimova Şəhla İbrahim qızı

    İmanov Vaxtanq Yaşar oğlu

    İmanova Gülbacı Əliəkbər qızı

    İskəndərova Sənubər Sabir qızı

    İsmayılov Qurban İbrahim oğlu

    İsmayılov Samir Süleyman oğlu

    İsrafilov Fərhad Ramazan oğlu

    Kazımov Nicat Mirəziz oğlu

    Kərimduxt Rövşən Ramazan oğlu

    Kərimov Loğman Seyfulla oğlu

    Kərimova Cəmilə Rüstəm qızı

    Kərimova Qərinə Rəhim qızı

    Kərimova Nərgiz Faiq qızı

    Qarayev Elnar Cəfər oğlu

    Qasımov Məmmədsəfa Məmmədəli oğlu

    Qasımov Yusif Əli oğlu

    Qəhrəmanov Abbas Əhməd oğlu

    Qəmbərli Ayaz Vahab oğlu

    Qəmbərov Salman Hüseyn oğlu

    Qəribova Nargilə Dursun qızı

    Qocayev Rəhim Xəlil oğlu

    Quliyev Cəmil Elşad oğlu

    Quliyev Əyyub Ramiz oğlu

    Quliyev Hafiz Məhərrəm oğlu

    Quliyev Nihat Heydər oğlu

    Quliyev Rövşən Vaqif oğlu

    Quliyeva İntizar Təhməzqulu qızı

    Quliyeva Qızılgül Polad qızı

    Quliyeva Şəlalə Şahvələt qızı

    Qurbanov Cahangir Qafar oğlu

    Qurbanova Pərvanə Yaqub qızı

    Mahmudov Rövşən Oqtay oğlu

    Mehmandarov Mustafa Adil oğlu

    Məhərrəmov Firudin Əliməmməd oğlu

    Məmmədov Anar Ramiz oğlu

    Məmmədov Ayşad Kamal oğlu

    Məmmədov Maqsud Fazil oğlu

    Məmmədov Murad Məmməd oğlu

    Məmmədov Nüsrət Cəfər oğlu

    Məmmədov Sabir Duman oğlu

    Məmmədov Sabir Novruz oğlu

    Məsimov Qurban Abdulla oğlu

    Mikayılov Anar Şamil oğlu

    Mir-Qasım Ayan Oqtay qızı

    Mirzəyev Gülağası Ağa Hüseynoviç

    Mirzəyev Rafiq İsmayıl oğlu

    Mirzəyev Sücəddin Qiyas oğlu

    Musayeva Şükufə İmran qızı

    Mustafayev Arzu Əhməd oğlu

    Mustafayeva Laləzar Bəşir qızı

    Nağıyev Qasım Gəncalı oğlu

    Nəsirova Hicran Fətəli qızı

    Nəsrullayev Həsrət Nüsrət oğlu

    Novruzova Nübar Qulu qızı

    Orucova Naidə Mülük qızı

    Orucova Sevda Nəbi qızı

    Osmanov Bəhram Məcid oğlu

    Osmanov Fuad Tacəddin oğlu

    Ömərov Gümrah Rza oğlu

    Poladov Əkrəm Nicat oğlu

    Ramazanova Nigar Azər qızı

    Rəhmanov Rəhman Tofiq oğlu

    Rüstəmov Nurlan İbrahim oğlu

    Salamova Gülcahan Əhməd qızı

    Səlimli Mirbala Seyidəsgər oğlu

    Səlimov Ruslan Xanbala oğlu

    Səmədov Samir Səməd oğlu

    Səmədov Şükür Hacıbala oğlu

    Sultanov Neymət İslam oğlu

    Şərifəliyeva Səidə Vahid qızı

    Şıxəliyev Ramin Tofiq oğlu

    Şirinov Aslan Adil oğlu

    Şirməmmədov Namis Xanmirzə oğlu

    Vahabzadə Səbinə Qulam qızı

    Vəliyev Nofəl Abdulməcid oğlu

    Vəliyeva Nigar Natiq qızı

    Yaqubova Ella İsmayıl qızı

    Zeynalov Azər Zeynalabdin oğlu

    Zeynalov Elnur Əli oğlu

    Zəki Mehriban Mürvət qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 may tarixli 2022 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 583) 1-ci hissəsi ləğv edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 7 may 2021-ci il

    Mənbə: http://president.az/

  • Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

    Mahmudov Abduləhəd Əlisa oğlu

    Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu

    Nurzadə Əli Qayıb oğlu

    Seyidov Uran Seyid Musa oğlu

    Şarovskaya Natalya Yuryevna.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 7 may 2021-ci il

    Mənbə: http://president.az/

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

    Bəşirli Xatirə Bədrəddin qızı

    Sadırxanov Ridvan Sultanoviç

    Şamilova Kübra Əsədulla qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 mart 2021-ci il.

    Mənbə: http://president.az/

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Əlibəyli Şəfəq Ənvər qızı

    “Tərəqqi” medalı ilə

    Allahyarov Kamil Hüseyn oğlu

    Əliyeva Fatma Oruc Kuli qızı

    Səfiyeva İnarə Bahadur qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 mart 2021-ci il.

    Mənbə: http://president.az/

  • Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşları təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Baliyeva Natalya Gennadyevna

    Əmirbəyova Rita Cəmil qızı

    “Tərəqqi” medalı ilə

    Lerman Viktoriya Anatolyevna

    Rudıçev Nikolay Nikolayeviç

    Saprıkina Lyudmila Qennadiyevna.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 mart 2021-ci il.

    Mənbə: http://president.az/

  • Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq artisti”

    Osmanov Fuad Tacəddin oğlu

    “Əməkdar artist”

    Ağayeva Həcər Maqsud qızı

    Dubovitskaya Mariya Aleksandrovna

    Əmirbəyov Oleq Arnoldoviç

    Hacıyeva Natavan Nizami qızı

    İmranova İnna Aleksandrovna

    Klimaşeva Bella Vladislavovna

    Məmmədov Murad Məmməd oğlu

    Omelçenko Yuri Vladimiroviç

    Rəhimov Teymur Əsgər oğlu

    Sokolenko Milana Aleksandrovna

    “Əməkdar mədəniyyət işçisi”

    Məmmədov İlham Əli İslam oğlu.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 mart 2021-ci il.

    Mənbə: http://president.az/

  • Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

    Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

    Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 18 fevral 2021-ci il.

    Mənbə: http://president.az/

  • Xalq şairi Nəriman Həsənzadəyə

    Xalq şairi Nəriman Həsənzadəyə

    Hörmətli Nəriman Həsənzadə!

    Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

    Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.

    İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz.

    Ən xoş arzularla,

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 fevral 2021-ci il.

    Mənbə: http://president.az/

  • N.Ə.Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    N.Ə.Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 fevral 2021-ci il.

    Mənbə: http://president.az/

  • Z.İ.Sultanovun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Z.İ.Sultanovun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Z.İ.Sultanovun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 9 may 2020-ci il.

  • R.Y.Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    R.Y.Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 9 may 2020-ci il.

  • Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

    Əmirov Cəmil Fikrət oğlu

    Göyçayev Teymur Ənvər oğlu

    Xanı-zadə Bəxtiyar Oqtay oğlu

    Kərimov Fəxrəddin Nuri oğlu

    Quliyev Qabil Əzizulla oğlu

    Şərifov Vaqif Abdulla oğlu

    Tağızadə İranə Tofiq qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 7 may 2020-ci il.

    Mənbə: https://president.az/

  • N.C.Musayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    This image has an empty alt attribute; its file name is president.jpg

    N.C.Musayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 aprel 2020-ci il.

    Mənbə: https://president.az/

  • C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 9 mart 2020-ci il.

  • Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Əməkdar artist” fəxri adı

    Hüseynquliyeva Nazlı Hüseynqulu qızı

    “Əməkdar rəssam” fəxri adı

    Qundorina İrina Sergeyevna

    Sultanova Nailə Şamil qızı

    “Əməkdar mədəniyyət işçisi” fəxri adı

    Tağıyeva Gülnaz Xasay qızı

    “Əməkdar müəllim” fəxri adı

    Məmmədova Nüşabə Məmmədəli qızı

    “Əməkdar tibb işçisi” fəxri adı

    Rəşidova Aidə Nəcəf qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 5 mart 2020-ci il.

  • F.İ.Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 15 fevral 2020-ci il.

  • Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    This image has an empty alt attribute; its file name is president-300x225.jpg

    Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.

    Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

    Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

    Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin qeyd edilməsini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 fevral 2020-ci il.

  • Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.

    Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi və təbliği istiqamətində səmərəli fəaliyyət göstərmiş, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırır. Fondları daim orijinal materiallarla zənginləşməkdə olan Muzey bu gün respublikada mühüm elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmaqla yanaşı, eyni zamanda, geniş maarifçilik işi aparmaqdadır. Muzeyin elmi kadrların hazırlanmasında və muzeyşünasların yeni nəslinin yetişməsində təqdirəlayiq xidmətləri vardır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatı tarixinin hərtərəfli öyrənilməsində, milli ədəbiyyat nümunələrinin toplanılıb mühafizə edilməsində rolunu nəzərə alaraq, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 10 fevral 2020-ci il.

  • P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 3 fevral 2020-ci il.

    Mənbə: https://president.az

  • Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.

    Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır.

    Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının ədəbi-bədii və mədəni-ictimai fikir xəzinəsinə töhfələr bəxş etmiş qüdrətli söz ustası Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 31 yanvar 2020-ci il.

    Mənbə: https://president.az

  • X.S.Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    X.S.Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 30 yanvar 2020-ci il.

    Mənbə: https://president.az

  • C.Ə.Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    C.Ə.Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 yanvar 2020-ci il.

    Mənbə: https://president.az

  • B.V.Məsimovun (Baba Vəziroğlunun) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    B.V.Məsimovun (Baba Vəziroğlunun) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 yanvar 2020-ci il.

    Mənbə: https://president.az

  • Dünya azərbaycanlılarına

    Əziz həmvətənlər!

    Hörmətli soydaşlar!

    Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.

    Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.

    Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

    Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

    Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.

    Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi İli”nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

    Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.

    Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

    Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram.

    Bu yolda hamınıza uğurlar, cansağlığı, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.

    Bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 25 dekabr 2019-cu il.

    Mənbə: http://president.az/

  • 24 dekabrAzərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏLİYEVin doğum günüdü

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

    1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

    1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

    1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

    1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

    1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

    1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

    1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

    2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

    2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

    Evlidir. Üç övladı, beş nəvəsi var.

    Təltiflər və fəxri adların siyahısı:

    Ordenlər

    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

    Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

    Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

    Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

    Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

    Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

    Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

    Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

    Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

    Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

    Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

    Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

    Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

    Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

    Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

    Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

    Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

    Fəxri elmi adlar

    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

    Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

    Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

    Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

    Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

    Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

    Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

    İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

    Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

    Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

    Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

    Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

    Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

    Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

    Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

    Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

    İdman təşkilatlarının mükafatları

    Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

    Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

    Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

    Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

    MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

    Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

    Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

    Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

    Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

    Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

    Mənbə: http://www.president.az

  • Azərbaycan Yazıçılar Birliyinə

    Sizi – ölkəmizin ədəbi ictimaiyyətinin nümayəndələrini Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

    Ötən əsrlərin söz sənətkarlarını ətrafında toplamış ədəbi məclislərin yeni tarixi şəraitdə varisi olan Yazıçılar Birliyi mədəni həyatımızda özünə məxsus yer tutur. Birlik totalitar sovet rejiminin ədəbi fəaliyyətə sərt direktivlərlə istiqamət verdiyi ideoloji yasaqlar dövründə yaransa da, ədəbi nəsillər arasında varisliyi təmin etmiş, ictimai fikrin milli özünüdərk zəminində formalaşdırılması, ana dilimizin saflığının qorunması və bədii sərvətlər xəzinəmizin zənginləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Birliyin xalqımızın azadlıq ruhunun canlandırılması, mübarizə əzminin gücləndirilməsi və istiqlal duyğusunun dirçəldilməsində, dövlət müstəqilliyimizin mənəvi əsaslarının möhkəmləndirilməsində xüsusi xidmətləri vardır.

    Mütərəqqi və humanist ideyalardan qidalanmış klassik irsimizi nəcib ideya-fəlsəfi axtarışlar ədəbiyyatı və xalq həyatının bədii salnaməsi hesab edən ulu öndər Heydər Əliyev yazıçını “mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi” adlandırırdı. Azərbaycan ictimai-mədəni fikrinin inkişafına töhfələr vermiş və ədəbiyyatımızı dünya ədəbi irsinin ayrılmaz tərkib hissələrindən biri olaraq tanıdıb sevdirmiş görkəmli söz ustalarımızın adları bizə son dərəcə əzizdir. Xalqımız şeiri, sənəti hər zaman yüksək qiymətləndirmişdir və bu gün də əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək müstəqillik ideallarımıza sadiq istedadlı qələm sahiblərinə ehtiram göstərir. Ümidvaram ki, yaradıcılıq aləminə qədəm qoyan gənc ədəbi qüvvələr də ədəbi-mədəni ənənələrimizin layiqli davamçıları olacaq, azərbaycançılıq məfkurəsi işığında milli təəssübkeşlik hissi ilə yazıb yaradacaqlar.

    Qloballaşma dalğasının getdikcə daha geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir vaxtda təşkilatınızın üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, siz həmin vəzifələrin öhdəsindən lazımınca gələcək, günümüz üçün aktual mövzuları və cəmiyyəti düşündürən məsələləri diqqətdə saxlayacaq, dərin mənəviyyat və bədii-estetik zövq aşılayan əsərlərlə oxucuları bundan sonra da sevindirəcəksiniz.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 19 dekabr 2019-cu il.

    Mənbə: https://president.az

  • “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

    Maddə 1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 489; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 684; 2007, № 10, maddə 938) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

    1.1. birinci hissədən “, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi” sözləri çıxarılsın;

    1.2. ikinci hissəyə “yayımı və nümayişi” sözlərindən sonra “bu Qanunun, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun və kinematoqrafiya sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin;

    1.3. ikinci hissə müvafiq olaraq üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

    “Kino və videofilmlərin yaşa görə təsnifatlaşdırılması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir.”.

    Maddə 2. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986; 2017, № 12 (I kitab), maddə 2254; 2018, № 1, maddə 16, № 5, maddə 891, № 6, maddə 1166; 2019, № 3, maddə 376) aşağıdakı dəyişikliklər edilsin:

    2.1. 10-cu maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

    “Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyə borcludur.”;

    2.2. 60-cı maddənin birinci hissəsinin 5-ci bəndinə “efirə verdikdə” sözlərindən sonra “, o cümlədən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqda” sözləri əlavə edilsin.

    Maddə 3. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 581; 2002, № 12, maddə 709; 2004, № 7, maddə 505; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 343; 2013, № 5, maddə 483; 2017, № 2, maddə 143; 2019, № 3, maddə 377) 20-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

    “Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etməyə borcludur.”.

    Maddə 4. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987; 2018, № 2, maddə 153, № 6, maddə 1167, № 12 (I kitab), maddə 2477) aşağıdakı dəyişikliklər edilsin:

    4.1. 11.5.3-cü maddəyə “onların baxa biləcəyi vaxtda göstərilməməsinə” sözləri “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vaxtda göstərilməməsinə (xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla) və həmin Qanunun teleradio yayımı sahəsində digər tələblərinin icrasına” sözləri ilə əvəz edilsin;

    4.2. 33-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

    “Uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.”;

    4.3. 35.14-cü maddədə “aşağıdakı tələblərə” sözləri “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla aşağıdakılara” sözləri ilə əvəz edilsin;

    4.4. aşağıdakı məzmunda 40.2.2-2-ci maddə əlavə edilsin:

    “40.2.2-2. informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayımlamamaq;”.

    Maddə 5. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888; 2006, № 3, maddə 224, № 12, maddə 1005; 2007, № 5, maddələr 435, 442, № 12, maddə 1218; 2009, № 10, maddə 772; 2011, № 2, maddə 70; 2012, № 9, maddə 839; 2015, № 5, maddə 493, № 11, maddə 1281; 2016, № 12, maddə 1988; 2018, № 6, maddə 1170, № 12 (I kitab), maddə 2478; 2019, № 4, maddə 599) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

    5.1. 7.0, 7.0.1 – 7.0.10-cu və 7.1-ci maddələr müvafiq olaraq 7.1, 7.1.1 – 7.1.10-cu və 7.2-ci maddələr hesab edilsin;

    5.2. 7.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.1.11-ci maddə əlavə edilsin:

    “7.1.11. uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın yayılması ilə bağlı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət edilməsi.”.

    Maddə 6. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346; № 6, maddələr 1024, 1046, № 7, maddə 1266, № 12 (I kitab), maddə 2255; 2018, № 6, maddə 1161; 2019, № 4, maddə 588, № 7, maddə 1177) aşağıdakı dəyişikliklər edilsin:

    6.1. 33.1.3-1-ci maddədə “sağlamlığına və inkişafına ziyan vuran” sözləri “zərərli” sözü ilə əvəz edilsin və “istifadə imkanlarını” sözlərindən sonra “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin;

    6.2. aşağıdakı məzmunda 33.1.9-5-ci maddə əlavə edilsin:

    “33.1.9-5. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etmək;”;

    6.3. 34.1.2-1-ci maddədə “sağlamlığına və inkişafına ziyan vuran” sözləri “zərərli” sözü ilə əvəz edilsin və “qorunması üçün” sözlərindən sonra “texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə müvafiq” sözləri əlavə edilsin.

    Maddə 7. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 75; 2017, № 1, maddə 9; 2018, № 12 (I kitab), maddə 2479) aşağıdakı dəyişikliklər edilsin:

    7.1. 11.1.3-cü maddəyə “adlarını” sözündən sonra “, həmçinin “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tədbirin keçirilməsi barədə afişaların və digər elanların üzərində tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni” sözləri əlavə edilsin;

    7.2. 11.1.5-ci maddəyə “yerini” sözündən sonra “, o cümlədən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni” sözləri əlavə edilsin.

    Maddə 8. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 19 noyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 19 dekabr 2019-cu il.

    Mənbə: https://president.az

  • 12 dekabr-Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin anım günüdü

    Heydər Əlirza oğlu Əliyev (d.10 may 1923, Naxçıvan, ZSFSR,[5] SSRİ — ö. 12 dekabr 2003, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,[6] Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993–2003), “Ulu öndər”[7] və “Azərbaycan xalqının ümummilli lideri”[8]
    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.[9] 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.[10]

    Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[12][13] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[14]
    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[15] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[16] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[17]
    Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,[18] 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),[19] Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.[20][21]
    Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[22]
    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[10]
    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[23] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[24]
    Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[25]
    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[26] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[27] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[28]
    1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
    Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[28]
    1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[29]
    Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[30]
    Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[30] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
    2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.[31][32]
    Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.[33]

  • Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) anadan olmasının 140 illiyi tamam olur.

    Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmişdir. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmişdir. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm etmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük söz ustası Məhəmməd Hadinin anadan olmasının 140-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 dekabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 2 noyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    “Şöhrət” ordeni ilə

    Dadaşov Rafael Məlik oğlu
    Quliyev Nurəddin Əzulla oğlu
    Məlik Ramiz Ağarza oğlu

    “Tərəqqi” medalı ilə

    Ağaverdiyeva Məsməxanım Aslan qızı
    Atakişiyeva Mətanət Ağazair qızı
    Əliyeva Münəvvər Sabir qızı
    Həsənov Rafael Vaqif oğlu
    Hüseynov Fizuli İsmət oğlu
    Quliyev Elxan Əli Bala oğlu
    Məmmədov Elnur Mehrəli oğlu
    Məmmədov Hacıbaba İsmayıl oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 29 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

    Cəfərova Bəsti Əli qızı
    Əsədova Məleykə Əlifağa qızı
    Mustafayeva Laləzar Bəşir qızı
    Novruz Ramiz Qəvvam oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 29 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq artisti”

    Abdullayev Kyazım Ənvər oğlu
    Nurzadə Əli Qayıb oğlu

    “Əməkdar artist”

    Abdullayev Mətləb Fətəli oğlu
    Babayeva Əminə Ağahüseyn qızı
    Bəxtiyarov Rəşad Bəhram oğlu
    Qarayev Elnar Cəfər oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 29 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Tarix və mədəniyyət abidələrinin mühafizəsi və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 472 nömrəli Fərmanının 7.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsi yaradılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin ərazi mənsubiyyətini müəyyən etsin;

    2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin işçilərinin say həddinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçisi ştat vahidlərinin optimallaşdırılması hesabına müəyyən olunmasını təmin etsin;

    2.3. tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.4. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin fəaliyyəti ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

    2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqini, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etsin.

    4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

    5. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə 463; 2018, № 11, maddə 2245) 2.3-cü bəndində “Nazirlər Kabineti” sözləri “Mədəniyyət Nazirliyi” sözləri ilə əvəz edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşımaqdadır.

    Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    2. Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    3. Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etsin.

    5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etsin.

    6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    6.1. “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.2. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.3. “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.4. “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    6.5. “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

    6.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:

    Ağayeva Tünzalə Qabil qızı
    Mirbabayev Mir Yusif Mir Heydər oğlu
    Nəcəfova Röyalə Yaqub qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 21 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • N.Q.Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    N.Q.Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 20 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq artisti”

    Allahverdiyev Vasif Kərim oğlu
    Fərəcov Sərdar Fərəculla oğlu

    “Əməkdar incəsənət xadimi”

    Xalıqzadə Fəttah Xalıq oğlu
    Rəcəbov Oqtay Məmmədağa oğlu

    “Əməkdar artist”

    Butenko İqor Leonidoviç
    Pyatkin Nikolay Aleksandroviç

    “Əməkdar müəllim”

    Göyçayskaya Səidə Oqtay qızı
    Hüseynova Rüxsarə Hüseyn qızı
    Yaqubova Nazilə Mir Teymur qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Dadaşova Natalya Konstantinovna
    Hüseynova Sevda Əli qızı
    Məmmədov Nüsrət Cəfər oğlu
    Məmmədova Aliyə Tariyel qızı
    Zahid Azad Vasif oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

    Dadaşov Ağa Dadaş Hacı Bala oğlu
    Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

    Babayev Mobil Rəşid oğlu
    Qasımova Ruhəngiz Nağı qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Xalq şairi Balaş AZƏROĞLU.”Karvan”

    KARVAN

    Gecənin qulağından kədərli zəng səsləri,
    Ağır-ağır yol gedir karvan şımala sarı.
    Xəyal məni aparır, görən nə vaxtdan bəri
    Dünyanı addımlayır zəngli dəvə qatarı.

    Karvan şimala gedir, karvan cənuba gedir,
    Karvan bəzən vətəndən uzaqlara yol alır.
    Karvan bütün dünyanı zaman-zaman qət edir,
    Karvan kədər gətirir, karvan sevinc aparır.

    Karvan gedir… Bir zaman Əbülüla Müərri
    Bəlkədə bu karvanla bütün şərqi dolandı.
    Kim bilir o dahinin ən gözəl əsərləri
    İsti qumlar üstündə, xəyalında yarandı…

    Karvan gedir aramsız, gecə qara, yol uzaq,
    Arxamda mavi dəniz, öndə qarlı Savalan.
    Dəvələr bir ahənglə yenə addımlayaraq
    Ötürlər babaların keçdiyi tozlu yoldan.

    Sarvanın gözlərində yuxusuzluq qəmi var,
    Neçə gecə yatmamış, hey yeriyir, yeriyir.
    Sarvanın özünün də qəribə aləmi var,
    Zəng səsləri altında hər gün bayatı deyir:

    Ağ dəvə düzdə qaldı,
    Yükü Təbrizdə qaldı.
    Oğlanı qan apardı
    Dərmanı qızda qaldı.

    Gecə sakit, uzaqlar əks etdirir bu nəğməni,
    Dəvələr aram-aram addımlayırlar yenə.
    O, Xəzər sahilindən alıb aparır məni,
    Qədim Babək yurduna- Savalan ətəyinə…

    1938

  • Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.

    Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 4 sentyabr 2019-cu il.

  • Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Hörmətli həmvətənlər!
    Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.
    Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.
    Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.
    Əziz bacı və qardaşlarım!
    Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy, bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.
    Qurban bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 9 avqust 2019-cu il.

    Mənbə: https://president.az

  • UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilsinlər:

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Qarayev Əbülfəs Mürsəl oğlu

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Məmmədəliyeva Sevda Yusuf qızı

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Kərimov Anar Qabil oğlu

    “Tərəqqi” medalı ilə

    Abbəkirov Ramil Ələkbər oğlu
    Axundov Tamerlan Məmmədbağır oğlu
    Əliyev Rəşad Rahib oğlu
    Həsənov Seymur Qadir oğlu
    İbrahimova Xumar Asif qızı
    Qəmbərova Təranə Əlikram qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 avqust 2019-cu il.

    Mənbə: president.az

  • UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



    UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

    Babazadə Aygün Zeynal qızı
    Bağırlı Araz Fikrət oğlu
    Bayramov Rizvan Mustafa oğlu
    Eyvazzadə Vasif Rasif oğlu
    Əhmədov Əfsun Məzahir oğlu
    Əliyeva Günay Sabir qızı
    Xıdırov Ələkbər Şahmar oğlu
    Pietro Laureano
    Sami Yusuf.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 avqust 2019-cu il.

    Mənbə: president.az

  • H.H.Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    H.H.Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 avqust 2019-cu il.

    Mənbə: president.az

  • Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



    Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Ağayev Xanlar Ağakərim oğlu
    Həsənov Mahir Məhəmməd oğlu
    Hüseynov Əlisəfdər Mürsəl oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 31 iyul 2019-cu il.

    Mənbə: president.az