Category: Publisistika

  • Şəfa VƏLİYEVA.””Vatsonum” publisist yazısından…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Və ölümlü arzular vardı dünyanın bu gündüzündə… Gözlərini yummağa qorxduğu gecələr vardı… Sanki, saat 3 olmamış gələcəkdi kabusu… Bəlkə də hələ axşamdan toranın içində yumrulanıb gəlirdi o kabus, özü gizlədirdi özündən… Gözlərini yummurdu ki, gəlməsin baş ucuna. İlk dəfədəki kimi, saçları hiss edirdi onun “gəlişini”… İllər öncə onun saçlarına baxıb gülümsəməyi ilə başlamışdı ürəyindəki sevgi…
    Kabusu – onu heç vaxt sevməyəcək sevdiyinin hər gecə bir az toranlaşan xəyalı idi… Ms Holms bunu izah edə bilməzdi Vatsona… Bu, sadəcə, zalımlıq idi…Özünün özünə etdiyi zalımlıq…

  • Günel ƏLİYEVA.”Bəlkə də…”

    10933953_1576747282561262_5520400822900165830_n

    Bəzən getmək istəyir insan. Xatirələri, arzuları, ümidləri ,yanlışları ,doğruları- hər şeyi ,hər kəsi geridə buraxaraq çıxıb getmək. Bəlkə də ,baş götürüb qaçmaq, xilas olmaq .Hər şeydən- həm işıqdan, həm də qaranlıqdan .Axı zülmətin olduğu yerdə bir çoxlarımız nuru görə biləcək qədər güclü deyilik .Hər kəsdən- axı pislərin olduğu yerdə yaxşıları görəcək qədər’’ böyük ‘’deyilik. Bəlkə də ,hər birimiz- mən, sən ,o bəlkələr içərisində boğuluruq .Bu söz sadəcə bir neçə hərfdən ibarət deyil ki. Onda ümid adlı böyük dünya var axı …Həm də təsəlli doludur ‘’Kaş ki ‘’peşmanlığın sözü,’’ bəlkə də’’ isə özümüzü xoşbəxt etmə istəyimiz, bəlkə də, xoşbəxtliyin özüdür .
    Bəlkə də ,hər şey yaxşı olacaq .

    Bəlkə də , o sağalacaq.
    Bəlkə də, o geri dönəcək.
    Bəlkə də, mən arzuma çatacam.
    Bəlkə də…

    Yolumuzu işıqlandıran nurdur bu söz .Bəzənsə tərəddüd ,təzadlar, bax o zaman gücsüzlüklə güclülüyün mübarizəsi kimidir bu söz.

    Bəlkə də ,hər şey yaxşı olacaq .
    Bəlkə də, heç nə yaxşı olmayacaq.

    Əslində optimist insanla pessimist insanın həyata baxışıdır bu söz. Bəlkə də, daxilimizdən, mənəviyyatımızdan kasıb və varlı ruhlarımızdan xəbər verən bir səsdir bu söz.
    Ruhu zəngin olan’’ bəlkə də ‘’sözünə ümidlə, kasıb olan isə ümidsizliklə nöqtə qoyur .
    Həyata, yaşamağına, nəfəs almağına, varlığına şükr etməyi bacaranların bəlkələri səadət nişanəsidir.
    Həyatın tərs döngələrində, kəşməkeşli yollarında çapalayanlar ‘’bəlkə də’’ sözünə çox zaman ümidlə nöqtə qoyurlar .Axı onlar min bir çətinliyə ,əziyyətə sinə gərərkən güclü olmağı öyrənib ,ayaqlarına batan hər tikan onlara böyük bir imtahan olub .Bax o anların ardından gələn hər kiçik ümid onları böyüdüb, müdrikləşdirib.
    Şükr etməyi, insan olmağı ,həyatı öyrədib .
    Bəlkə də, belə olmağı yaxşıdır .

    Bu cümlədə nə böyük ümid, təsəlli, səadət ,xoşbxtlik var, ilahi .Bəlkə də,qrammatikanın dili il desək danışanın ifadə etdiyi fikrə münasibət bildirən modal söz, ədəbiyyatın dili ilə desək bax o zaman bu sözün fəlsfəsi tərifindən daha böyükdür.

  • Şəfa VƏLİYEVA.”Rəngin dilini bilən və anlayan hər kəs rəssam ola bilər”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Elə narahat haldayam… Bilirəm ey, bilirəm ki, “narahatlığım-bu həyatda olan varlığımdır”. Yenə də hərdən istəyirəm ki, bütün dünyaya göz yumub, qulaqlarımı bağlayıb rahatca köks ötürüm… Qaçım… Qaça bildiyim qədər… Çatım xoşbəxtliyin sonuncu taksisinə…
    Kim deyir ki, ayrılıq qatarla gəlib-gedir, yalançıdır. Böyük bir yalançıdır. Ayrılıq o qədər dəhşət saçan və vəhşətlər yaradan əlahəzrətdir ki, bir göz qırpımında peyda olur, aldığını alır və yox olur. Bu sürət nə qatarda, nə avtobusda yoxdur. Odur ki, məntiqlə, ayrılıq ancaq taksiylə gəlib-gedir. “Məntiq” mənə bu qədər doğma ola bilir ancaq…
    Belə çox danışmağımın səbəbi bir oxucudan eşitdiyim söz idi, əslində…
    O, demişdi:
    -Sənin şeirlərin elə bil kədərin ən dərinliyindədi. Amma elə orada dayanaraq haradasa adamı gülümsədir də… Niyə?
    Saatlarla özüm də özümə demişdim:
    -Niyə?

    Karikatura düşünmək şündür, gülmək üçün yox

    Bunun cavabını axtarmaq üçün getmişdim Niyazi Əhmədzadənin yanına. Axı, Niyazi müəllim Gəncədə tanıdığım istedadlı karikaturaçı rəssam idi…
    -Niyazi müəllim, karikatura adamı öncə güldürür, sonra ağladır…
    -İndi bu sualdı, yoxsa?
    -Nə bilim… Dedim, görüm, düzmü fikirləşirəm?
    -Əlbəttə, qızım… Belə düşündüyünə təəccüb etmirəm. Rəssamlıqdan nəsə bilirsən, demək ki…
    -Hə, bilirəm. Bir xeyli çəkdiklərim də var. Çəkib saxladığım da, çəkib sonra atdığım da… İndi düşünürəm ki, necə olub mən Niyazi müəllimin qarşısında utanmadan rəsm çəkdiyimi demişəm?!
    Emalatxanadakı səssizlikdən istifadə edib danışmağa başlayıram… Deyəsən, elə bu emalatxanaya ürəyi dolu gəlmişəm…
    -Niyazi müəllim, Böyük Ensiklopediyada dünyanın ən məhşur karikaturaçı rəssamları arasında sizin adınızı görəndə az qala özümlə fəxr etdim ki, mən siz tanıyıram.
    Qəribə bir səmimi gülüş yaraşır çöhrəsində bu incəsənət adamının. Səbəbini də sonradan anlayıram. Onu tanıdığım üçün özümlə fəxr edirdim… Özümlə… Utana da bilmirəm. Axı, Niyazi müəllim haradan bilsin ki, məni bura hansı hisslər gətirib?
    -Niyazi müəllim, oxuduğuma görə 1955-ci ildə Gəncədə anadan olmusunuz. Bəs, rəssamlığa nə vaxt başlamısınız?
    -1964-cü ildə küçəmizə təzə asfalt çəkmişdilər. Bir gün əlimə təbaşir alıb başladım o asfaltın üstündə tarixi qəhrəmanların şəklini çəkməyə. Xeyli çəkdim. Ağlıma kimin adı gəlirdisə çəkirdim. Bir də gördüm qonşumuzda yaşayan orta yaşlı kişi mənə baxır. Yaxınlaşıb dedi ki, bala, belə istedadın varsa, get rəssamlıq məktəbinə. Beləliklə də getdim rəssamlıq məktəbinə.
    -Ozan küçəsinə…
    Hisslərimin əlindəcə əlacsız qalmışdım. Yoxsa, belə kəmhövsələlik edib Niyazi Əhmədzadənin sözünü kəsərdimmi?! Yenə gülümsəyir… Bu dəfə utanıram…
    -Beləcə, oxudum. Rəssamlıq məktəbində ilk müəllimim Telman Cəfərov oldu. Orada Böyükbəy Əlyarbəylini də tanıdım. Fazil Əliyevdən də, Toğrul Nərimanbəyovdan da öyrəndiyim çox şey olub.
    -İlk rəsm əsərləriniz elə karikaturalar olub?
    -Heç elə olarmı? Rəssamlıq elə bir dəqiq sənətdir ki, gərək ən əvvəl həndəsəni biləsən.

    Tabloları ilə düşündüən Gəncəli rəssam

    Təbiət özü müəyyən dəqiq ölçülərlə mövcuddur. Bu mövcudluğu pozmaq bizim həddimiz deyil. Odur ki, rəssamlıq ən əvvəl dəqiq ölçülərdən başlayır. İlk rəsm əsərlərim peyzaj, natürmort, hətta, portret də olub.
    -Bəs, karikatura çəkməyə nə vaxt başladınız?
    -Əslində, ilk vaxtlardan arada karikatura da çəkirdim. Sənət adamının rahatlığı o zaman tam olur ki, o beynini, ürəyini çuğlayan narahat duyğularını istədiyi kimi gün üzünə çıxartsın. Ona görə də düşüncələrimi olduğu kimi yalnız karikaturada verə bilirəm. Yəni, bir karikaturadan sonra elə bilirəm ki, daha bu mövzuda sözüm bitdi. 1980-1986-cı illərdə “Kirpi” dərgisində işlədiyim vaxtlarda da sənət narahatlığımı lazımi qədər ifadə edə bilirdim, fikrimcə…
    -Yenə anlamadığım nə isə qaldı…
    -Niyə, qızım? Anlamaq çətin gəlməsin, gərək. Karikaturaya ağlamaq, onu tam olaraq anlamağın özüdür. Karikaturaya hamı baxıb və sonar da gülərək ötüb keçir. Mövzunun mahiyyətini anlayanlar isə günlərlə təlatümlü hisslərlə mübarizə aparır, ağlayır. Karikatura sənətinin böyüklüyü gülərək ağlatmaqdı… Kədərə gülə bilməkdi… Kədərin nə olduğunu bilə-bilə onunla mübarizə aparmaqdı gülümsünərək…
    Bərbad bir hiss bürüyür məni… Bəs, mənim şeirlərim?! Tez də özümü toparlayıram…
    -İndi o qədər rəsm kursları, rəssam emalatxanaları var ki…
    -Əlbəttə, olacaq. Təsəvvür elə ki, elə bir dövr var idi ki, o zaman yüzdən çox rəssam vardı, amma, Leonardo Da Vinçi tarixdə qaldı. Çünki, onda yenilik və əsl sənət vardı. Başqa bir dövrdə, Salvador Dali qaldı tarixin yaddaşında öz silinməzliyi ilə. Guya onların dövründə belə kurslar, belə emalatxanalar olmayıb ki?! Olub! İndi də, tarixdə kimin qalıb-qalmayacağına elə tarixin özü qərar verəcək.
    Zoğallı jaketin içindəki səs

    Emalatxanadakı qızlar mənə maraqla baxır. Zoğalı rəngdə olan toxunma jaketimə, toxunma çantama baxıram… Gözümə tələsik geyindiyim, qaytanları sallanmış nar çiçəyi rəngli ayaqqabım dəyir. Əlimi atıb saçımdakı sancağı yoxlayıram. Açıq çəmən rəngdədir… Özümü də gülmək tutur… Gözaltı emalatxananın divarlarına baxıram. Məhsəti Gəncəvinin tablosunu seyr edəndə onun ədəbiyyatın tarixində qoyduğu iz keçir ürəyimdən… Dilimə bu beyt gəlir:

    Deyirdin, Gəncədə kama yetərsən,
    İndi bu mən… Bu sən… Bu da ki, Gəncə…

    Niyazi müəllimin başı tələbələrindən birinə çizgi göstərməyə qarışıb, deyəsən… Yaxınlaşıb malbertin üstündəki kağızda qara karandaşla çəkilmiş dəqiq ölçülü xətlərə baxıram. Bayaq Niyazi müəlimin dediyi dəqiqliyi xatırlayıram.

    Sənət fəlsəfədir, onun da öz ustadı var

    -Yumor dərin fəlsəfədi, çox dərin… Bu dərinliyi anlamaq da hər adamın işi deyil.
    Niyazi müəllim sənətin fəlsəfəsini öyrədir tələbələrinə. Növbəti sualımı hazırlayıramsa da, dilimə çatmır…
    -Rəssamlığın da öz üslubları var: dramatizm, lirizm, qrafika, klassizm, avanqard kimi. Lakin, bu gün üçün rəssamlığın ən böyük problemi rəssamlıq tənqidinin olmamasıdır. Çünki, tənqid olmayanda, sənətçinin pafosla yaratdığı əsərlərin estetik anlamları da üzə çıxmır. Məşhur Pablo Pikassonun, Vinsent Van Qoqun, Qustav Klimt, Rene Maqritt, Klod Mane, Frida Kalo, Anri Matiss, Xuan Miro, Vasili Kandinskiy və onlarca sayda ünlü sənət adamları hələ həyatda diriykən onların əsərlərinin estetik, fəlsəfi və bədii tutumu sənətşünaslar tərəfindən tənqidi mənası üzrə çıxarılırdı. Əgər bu sahədə mütəxəssislər olsa, bu sahə inkişaf etsə, heç bir özünü “rəssam” adlandıran kəs sənətə xəyanət etməz. Bu gün avanqard üslub deyib ağıllarına nə gəlir çəkirlər. Avanqardın da bir üslubu, yönü-yöntəmi var. Gözün nə gördü, ağlına nə gəldi çəkdinsə, adını avanqard qoyası deyilsən ki?! Halbuki, sənətdə maerizm, karavacizm, barokko, rokoko, klassizm, neoklassizm, prerafaelizm, sürrealizm, impressionism, divizionizm, postimpresionizm, kubizm, art nuvo, art deko, modernism, hipperrealizm, minimalism, pop art və sairə üslub və cərəyanların hər birinin öz estetik anlamı, tutumu vardır. Bunların bədii estetik dəyərlərini bilməyənlərə rəssam demək ən böyük suçdur.
    Niyazi müəllim susur… Mən düşünürəm… Doğrudanmı, insan öz sənət əsəriylə yeni üslub yarada bilər?
    Öz-özümə cavabım:
    -Bəli! Bəs, əgər, bu sualın cavabı bəllidirsə, niyə kimsə öz fərqli yaşantısını, fərqli düşüncəsini artıq standartları qəbul olunmuş üslubun daxilində çərçivələməlidir?
    Deyəsən, mən də müasir üsyankar “yaradıcı” adamlar kimi düşündüm…
    Üzümü Niyazi müəllimə tuturam:
    -Niyazi müəllim, 2007-ci ildən Karikaturaçılar Birliyinin üzvüsünüz. Düzmü bilirəm?
    -Hələ Qabrovo muzeyində iki əsərim də var…
    İkimiz də gülürük. Tələbələr də bizə qoşulur. Sağollaşıram… Qapıdan çıxhaçıxda son sözüm bu olur:
    -Mən sizinlə fəxr edirəm!

    Gəncə

  • SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

    «Azərikimya» İB-nin akt zalında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
    Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla anıldığı tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir.
    Bu gün müstəqil Azərbaycan dövlətinin dinamik inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmasına görə biz hamımız ümummilli lider Heydər Əliyevə borcluyuq. Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı qısa bir müddətdə Azərbaycanı düşdüyü fəlakətlərdən xilas etməsi hər birimizin yaddaşına silinməz izlərlə həkk olunmuşdur. Ulu öndər Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabr ayının 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində və dünya miqyasında nüfu¬zunun artmasında mühüm rol oynamışdır.
    Natiqlər Sumqayıtın və buradakı kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu xüsusilə vurğulamışlar. «Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların hamısı bu gün üçün, müstəqil Azərbaycan üçün gözəl təməl yaratmışlar» – deyən dahi şəxsiyyət Heydər Əliyev Sumqayıtla bağlı həmişə yüksək fikirlər söyləmişdir.
    Qeyd olunmuşdur ki, Ümummilli liderin müəyyən etdiyi yolu, daxili və xarici siyasəti uğurla və məqsədyönlü şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadiyyatın digər sahələri kimi kimya sənayesinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin istehsal gücünün, kimya məhsullarının çeşidinin artırılması məqsədilə yeniləşmə, müasirləşmə proseslərinin həyata keçirilməsi stiqa¬mətdə intensiv tədbirlər görülür.
    Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də keçirilmişdir.

    Ərşad BAYRAMLI,
    “Möhtəşəm Azərbaycan”

  • Müzəffər Gülümov: “Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı var Ulu öndər Heydər Əliyevin ideyaları yaşayacaqdır”

    Müsahibimiz Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri,
    “Şöhrət” ordenli Müzəffər Gülümovdur

    – Müzəffər müəllim, Ulu öndər Heydər Əliyevin dünyasını dəyişməsindən bizi 12 illik bir zaman kəsiyi ayırır. Sanki dünən kimi…

    – Bəli, adamın heç inanmağı gəlmir. Çünki şərəfli ömrünü xalqımızın xoşbəxt gələcəyinə, firavan yaşayışına və Azərbaycanın dövlət quruculuğuna və dinamik inkişafına həsr etmiş Ümummilli liderimiz bu gün aramızda olmasa da, onun işıqlı ideyaları, böyük əməlləri hər birimizin qəlbində yaşayır, həmişə də belə olacaqdır. Bu gün Azərbaycan müstəqil, qüdrətli, beynəlxalq aləmdə özünəməxsus yer tutan və böyük nüfuza malik olan azad, demokratik, sivil və ümumbəşəri prinsiplərin bərqərar olduğu, yerləşdiyi regionda ən qüdrətli dövlət kimi özünü təsdiq etmiş bir respublikadır. Hər birimizin firavan yaşayıb fəaliyyət göstərə bildiyimiz möhkəm özüllü Azərbaycan evinin memarı, xalqımızın böyük oğlu və əbədi rəhbəri Heydər Əliyevdir. Hakimiyyətdə olduğu 34 il ərzində Azərbaycanı zənginləşdirən, müstəqil, azad, demokratik ölkəyə çevirən, müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizi ayağa qaldıran və onu irəli aparan, uğurlu iqtisadi islahatlarla Şərqlə, Qərbi birləşdirən Ulu öndər Heydər Əliyev şəxsiyyəti Azərbaycanın hər qarış torpağına və hər bir vətəndaşına sonsuz məhəbbət və qayğı ilə yoğrulmuşdur.

    – 34 il dediniz. Bu illərdən yaddaşınızda nələr var?

    – Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonla-rında bərpa edilib zənginləşdirilməsi, ölkəmizin müstəqilliyinin möhkəmlən¬dirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəlilə¬məsi və beynəlxalq nüfuzunun sürətlə art¬ması ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti, qətiy¬yəti və əzmkarlığı sayə¬sin¬də mümkün olub. 14 iyul 1969-cu ildən – Heydər Əliyev hakimiyyətə gəldiyi gündən dövlət intizamının möhkəmləndirilməsi, kadrların tapşırılan işə məsuliyyətlə yanaşmasını ön sıraya çıxartdı. Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində respublikamız güclü iqtisadiyyat, yüksək elm, təhsil və mədəniyyət ölkəsinə çevrildi. O zaman 126 iri müəssisə tikilmiş, yüzlərlə istehsalat sahələri yaradılmış, respublikamız 1971-80-ci illər ərzində 10 dəfə dalbadal Ümumittifaq Sosializm yarışının qalibi olmuşdur. Ötən əsrin 70-ci illərdə Azərbaycanın gələcəyi haqqında düşünən Heydər Əliyev minlərlə azərbaycanlı gənci keçmiş ittifaqın nüfuzlu ali məktəblərində oxumağa göndərmiş, Bakıda Cəmşid Naxçıvanski adına hərbi lisey açmışdır. Bir sözlə, XX əsrdə Azərbaycanın siyasi və iqtisadi tarixini təhlil edib qiymətləndirsək, görərik ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövrünü əhatə edən 34 il ən yüksək inkişaf mərhələsi olmuşdur. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı mərhələ Azərbaycanda milli-mənəvi dəyərlərin daha etibarlı şəkildə qorunması və inkişaf etdirilməsi, milli kadr potensialının yaradılması, elmi-texniki tərəqqinin və ictimai şüur səviyyəsinin yüksəldilməsi kimi böyük nailiyyətlərlə xarakterizə olunur.
    – Şəxsən görüşmüşdünüzmü Heydər Əliyevlə?

    – Biz – Sumqayıtın qurucuları fəxr edirik ki, o illərdə Heydər Əliyevin rəhbərliyi dövründə işləmişik, bu gözəl şəhəri yaratmışıq. Şəxsən mənim Heydər Əliyevlə ilk görüşüm 1962-ci ildə olmuşdur. O, Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini kimi, Ümumittifaq zərbəçi-komsomol tikintisi olan Neft-kimya kombinatına tez-tez gəlirdi. Bu obyekt Sovet İttifaqının ən mühüm və mürəkkəb tikintilərindən biri idi. Mən həmin tikintinin Komso¬mol qərərgahının rəisi işləyirdim. Sonralar Heydər Əliyevlə dəfələrlə görüşmüşəm, keçirtdiyi tədbirlərdə iştirak etmişəm. Ulu öndərin məqsədyönlü fəaliyyəti, yorulmaq bilmədən işləməsi, qətiyyəti ancaq heyrət doğururdu. Adamlarla ünsiyyəti, mehriban rəftarı, əmək adamlarına hörməti və qayğısı bizim üçün ən unudulmaz xatirələrdir.

    – 1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, Sizcə, bir zərurət idimi?

    – Bəli, zərurət idi və bu qayıdış Azərbaycana və xalqımıza hava və su kimi lazım idi. Hakimiyyətsizlik, vətəndaş müharibəsi təhlükəsi, dağıdılmış iqtisadiyyat, iflic vəziyyətinə salınmış dövlət, Azərbaycanın xəritədən silinmə təhlükəsi ilə üz-üzə qalması – 1993-cü ilin iyuluna qədərki dövrün ab-havası məhz belə idi. Xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə dönən Heydər Əlirza oğlu Əliyev mövcud vəziyyətə son qoydu. O, qüdrətli sərkərdə, təcrübəli siyasətçi, mahir bir memar kimi Azərbaycan Respublikasının dövlətçiliyinin təməlini qoydu. Azərbaycan tarixində tənəzzül və durğunluğa son qoymaqla inkişafa, tərəqqiyə doğru inamlı addımlar atıldı. Sabitlik və təhlükəsizliyin təmin olunması üçün əsaslı, təxirəsalınmaz tədbirlər həyata keçirildi. Azərbaycanın daxili və xarici siyasətinin isti¬qa¬mət¬ləri müəyyənləşdi. Ölkəmizin beynəlxalq aləmə iqtisadi və siyasi inteqra¬siyasının təməli qoyuldu. Qur¬tuluş missiyalı qayıdışından cəmi bir il sonra – 1994-cü ilin 20 sentyabrında xarici ölkələrin bir çox nüfuzlu neft şirkətləri ilə “Əsrin mü-qaviləsi”nin imza¬lan¬ma¬sı Azərbaycanın yeni neft stra¬tegiyasının uğurla həyata keçirilmə-si¬ndə mühüm rol oynadı. Bu, Heydər Əliyev siyasətinin qələbəsi, Azərbaycanın xarici ölkələrlə iqtisadi, inteqrasiyasında yeni dövrün başlan¬ması demək idi. Mədəni, iqtisadi, siyasi, sosial, bir sözlə, bütün sahələri əhatə edən inkişaf başlandı. Ölkəmizdə islahatların aparılması, yeni istehsal sahələrinin istismara verilməsi Azərbaycanın normal həyat və iş rejiminə qayıtmasını təmin etdi.

    – “Ulu öndər Heydər Əliyev və Sumqayıt“ dedikdə gözləriniz önündə nələr canlanır?
    – Sumqayıt Ulu öndər Heydər Əliyevin arzularının gerçəkləşdiyi, böyük diqqət və qayğı göstərdiyi şəhər kimi ölkəmizin şanlı tarixinə düşmüşdür. Şəhərin tikilib-qurulma-sında, inkişaf etmə¬sində, səna¬¬ye struk¬turunın for¬malaşmasında və potensialının artırılmasında, el¬min, təh¬silin, mədə¬niyyətin tərəqqisində Ümummilli lideriin misilsiz xidmətləri olmuşdur. Heydər Əliyevin Azər¬baycana rəhbərlik etməyə başladığı dövrdən Sumqayıt inkişafının yeni mərhə¬ləsinə qədəm qoydu. O vaxtlar mən 1 və 2 saylı Tikinti Trestlərində, “Üzvü sintez” zavodunda Partiya komitəsinin katibi işləmişəm, görülən işlərin canlı şahidi və iştirakçısıyam. Bu unudulmaz, böyük insanın Azərbaycana rəhbərlik etdiyi 34 ildə 16 dəfə Sumqayıta gəlməsi, şəhərin problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi hər birimizin qəlbində silinməz izlər buraxmışdır. Bu səfərlər şəhərin tarixi salnaməsinin ən parlaq və unudulmaz səhifələrindəndir. Bu səfərlərin təxminən yarısı şəhərin kimya müəssisə¬lərinin inkişafı, kimyaçıların sosial qayğıları və problemlərinin həlli ilə bağlı olmuşdur. Ulu öndərin – «Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm» – deməsi Sumqayıt kimyaçılarının əməyinə verilən ən böyük mükafatdır. Sumqayıt hələ 1970-80-ci illərdə öz iqtisadi potensialına görə SSRİ məkanın¬da tanınmağa başlamışdı. Onun istehsal etdiyi məhsullar ölkənin 100-dən artıq şəhərinə ixrac olunurdu. Burada fəaliyyət göstərən bir neçə elmi tədqiqat institutu nəinki SSRİ miqyasında, həmçinin də xarici ölkələrdə böyük nüfuza malik idi. Sumqayıtda Maşınqayırma, Qara və əlvan metallurgiya, trikotaj, kimya sənayesi inkişaf edərək, bir çox ölkələrin diqqətini özünə cəlb etmişdi. Şəhərimiz iqtisadi potensialına görə Cənubi Qafqazda 3-cü yerə çıxmışdı.
    1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıtdıqdan sonra da dövlət qayğılarının çoxluğuna, işinin son dərəcə gərgin ol¬masına baxmayaraq, Heydər Əliyev bir neçə dəfə Sum¬qa¬yıtda ol¬muş, sum¬qayıtlılarla, eləcə də kimyaçılarımızla görüşmüş, şəhərin hərtərəfli inkişafı üçün döv¬lət səviyyəsində mühüm tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

    – Ulu öndərin bizə miras qoyduğu müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir və bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bununla bağlı Sizin fikirlərinizi də eşitmək istərdik.

    – Ümummilli lider Heydər Əliyev bizə bir çox maddi və mənəvi dəyər qoyub gedib. Onlardan biri dünya birliyində etibarlı iqtisadi və siyasi dayaqları olan, iqtisadi inkişaf yolunda inamla addımlayan hüquqi, demokratik, müstəqil Azərbaycan dövlətidir. Digəri isə bu dövlətin müstəqilliyini qoruyub saxlayan, onu layiqincə inkişaf etdirən, əbədiliyini təmin edən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevdir. Bu gün fəxrlə demək olar ki, son illərdə ölkəmizin əldə etdiyi böyük uğurlarda, regionların sosial-iqtisadi inkişafında, şəhərlərin, qəsəbələrin simasının gözəlləşdiril¬mə¬sində, eyni zamanda gənclərin hərtərəfli fəaliyyəti üçün geniş imkanların yaradılmasında ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalan, bu siyasəti daha geniş miqyasda davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri vardır. Sumqayıt şəhərində bütün sahələr üzrə həyata ke¬çirilən irimiqyaslı layihələr, aparılan təmir-bərpa, abadlıq və quruculuq işləri, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlar, ekoloji sağlam mühitin yaradılması hər bir sumqayıtlını sevindirir, qəl¬bini qürur və fəxarət hissi ilə doldurur. Çünki şəhərimiz cənab prezidentin daimi qayğısı əhatəsindədir. Sumqayıtın coğrafi mövqeyi, maddi bazası, böyük kadr potensialı, gözəl ənənələri var. Möhtərəm prezidentimiz İlham Əliyev Sumqayıtı respublikanın ikinci sənaye şəhərinə çevirməyi qarşıya məqsəd qoyub və biz inanırıq ki, bu belə də olacaqdır.

    – Bir müddət bundan öncə, daha dəqiq desək, bu ilin sentyabr ayının 2-də möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu ad Sizə, eləcə də bütün sumqayıtlılara nə deyir?

    – Zakir Fərəcovu sumqayıtlılar bacarıqlı, daima əhali arasında olan, diqqətli və qayğıkeş rəhbər kimi tanıyır. Bundan öncə də Zakir müəllim Fərəcov cənab Prezidentin inam və etimadını doğrultmuş, Abşeron rayonunu, onun mərkəzi Xırdalan şəhərini müasir, abad, ölkəmizin ən gözəl məkanlarından birinə çevirmişdir.
    Zakir Fərəcovun şəhərimizə İcra başçısı təyin olunmasından cəmi 100 gün vaxt keçib. Bu qısa zaman kəsiyinə baxmayaraq şəhərin hər yerində ümumi canlanma gözə çarpır. Sumqayıt şəhəri, demək olar ki, yeni inkişaf mərhələsini yaşayır. Son 3 ayda Sumqayıtda quruculuq-abadlıq işləri geniş vüsət alıb. Şəhərin ümumi görkəminə xələl gətirən fərdi yaşayış evlərinin fasadı aqlay daşla üzlənir. Bu işlər Heydər Əliyev prospekti və Azərbaycan küçələrində zövqlə, peşəkarlıqla yerinə yetirilir. Prospekt və küçələr boyu şəhərdə 3 mərtəbəli 18 binada hazırda üzlənmə işləri sürətlə davam edir. İndiyədək 5600 kvadratmetr sahədə 13 yaşayış binası üzlənmişdir. Aqlayla üzlənən bu binalar şəhərin memarlıq estetikasında yeni bir mərhələnin olacağı ümidlərini yaradır. Onu da qeyd edək ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, üslubuna, dizayn və naxışlarına toxunulmur. Bundan əlavə, 9 mərtəbəli binaların üz fasadlarının yenidən rənglənməsi və dam örtüklərinin fransız mansardları ilə yenidən qurulması işləri aparılır. Artıq 18-ci mikrorayonda 35 yaşayış binasına dəmir konstruksiyalı üzlük vurulub.
    – Yəqin ki, görülən işlər bu sadaladıqlarınızla məhdudlaşmır?
    – Təbii ki, yox. Artıq dəniz kənarında 4 kilometr məsafədə çimərlik, bulvar, yaşıllıq zolağı və yaşayış kompleksinin tikintisinə başlanılıb. Ulu öndərin adını daşıyan parkda üçmərtəbəli yeni Heydər Əliyev Mərkəzinin tikintisi aparılır. Müasir tipli şahmat məktəbinin binasının özülü qazılır. Lüdviqshafen parkı yenilənir. Şəhərin girəcəyində 4 kilometr məsafədə yol yenilənmişdir. Eni təxmini 26-30 metr olan yolun hər iki tərəfində yaşıllıq zolaqları salınacaq və suötürücülər quraşdırılacaqdır. Şəhər rəhbərliyinin diqqət yetirdiyi əsas məsələlərdən biri də körpələr evləri və uşaq bağçalarıdır. Havaların soyuması uşaq bağçalarının istiliklə təmin olunması və bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Şəhər rəhbərliyinin qayğısı sayəsində qısa müddətdə Sumqayıtdakı 56 uşaq bağçasından 48-nin dam örtüyü əsaslı təmir olunub və istilik sistemləri quraşdırılıb. Yeri gəlmişkən, qeyd edim ki, şəhərdə istilik təchizatının daha da yaxşılaşdırılması üçün qazanxanalar yenidən qurulur, modul tipli yeni qazanxanalar istifadəyə verilir. Sumqayıtın mərkəzdən kənar ərazilərində diqqəti çəkən əsas problemlərdən biri məhəllədaxili yollarda ciddi təmirə ehtiyacın duyulması idi. Bir müddətdir ki, 1-ci, 3-cü, 6-cı, 9-cu, 13-cü, 17-ci və 18-ci mikrorayonlarda, 47-ci, 48-ci məhəllələrdə daxili yolların, bağlar massivinə gedən yolun asfaltlanmasına başlanılıb. Artıq həmin mikrorayonlarda bu işlərin böyük bir qismi yüksək keyfiyyətlə yerinə yetirilib. Eyni zamanda yeni yaşılllıq zolaqları salınmış, keçirilən son iməciliklər zamanı 10 mindən artıq ağac əkilmişdir.
    – Şəhər rəhbərliyi ilə, Ağsaqqallar şurası arasındakı əlaqələr nə vəziyyətdədir?
    – İcra başçısı təyin edildikdən sonra hörmətli Zakir müəllim Fərəcovun ilkin olaraq şəhər Ağsaqqallar Şurasının üzvləri ilə görüşməsi bizi çox məmnun etdi. Təbii ki, bu da şəhər rəhbərliyinin ağsaqqallara, şəhərin qurucularına verdiyi dəyərdən irəli gəlir. Biz şura üzvləri də belə qərara gəldik ki, qarşılıq olaraq mütəmadi şəkildə şəhərin yaşayış məntəqələrində, idarə və təşkilatlarında, ümumtəhsil, peşə və ali məktəblərində “Sumqayıt doğma evimizdir, onu daha da gözəl, müasir şəhərə çevirmək hər birimizin borcudur” devizi ilə yığıncaqlar, görüşlər keçirək, söhbətlər aparaq, şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərində şəhər rəhbərliyinə mənəvi dəstək olaq. Artıq tərəfimizdən 20-dən artıq belə görüş keçirilmişdir.

    – Müzəffər müəllim, son olaraq nəsə demək istərdinizmi?

    – Biz, sumqayıtlılar inanırıq ki, Zakir müəllim Fərəcov bundan sonra da möhtərəm cənab Prezident İlham Əliyevin etimadını doğruldacaqdır. Bu çətin, məsuliyyətli və şərəfli işdə sumqayıtlılar, o cümlədən Sumqayıtı quran, onun inkişafında müstəsna xidmətləri olan ağsaqqallar da şəhər rəhbərinə daima dəstək olacaqlar. İnamla deyə bilərəm ki, hazırda ararılan genişmiqyaslı quruculuq, abadlıq işlərinin nəticəsində yaxın gələcəkdə çox böyük sənaye mərkəzi olmaqla Sumqayıt regionun, bəlkə də dünyanın ən gözəl və ekoloji cəhətdən ən tımiz şəhərlərindən birinə çevriləcəkdir.

    – Geniş və maraqlı müsahibəyə görə təşəkkür edirik.

    Müsahibəni apardı: Rafiq Oday,
    Respublikanın Əməkdar jurnalisti.

  • Bağışlamaq sevgiyə vəsilə olur

    12358336_508206822694970_1423304116_n

    Hər bir problem sevgi, mərhəmət, səbir və ağılla həll olunar.Allah Quranda insanlara bağışlayıcı olmağı belə tövsiyə edir: Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər Qoy əfv edib bağışlasınlar.Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhimlidir. ( Nur surəsi, 22) …

    İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən.Onları əfv et və təqsirlərindən keç.Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Maidəsurəsi, 13) Təbliğin əvəzində sevgidən başqa mükafat almamaq, İslamın gözəl əxlaqını insanlara təbliğ etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək, ədaləti, səbri və mərhəməti tövsiyə etmək, yoxsulu doyurmağı təşviq etmək ibadətdir.Bu ibadətin qarşılığı Allah qatındadır.İnsandan gözlənilən yalnız sevgidir. “De : Mən sizdən bunun əvəzində sevgidən başqa bir şey istəmirəm.Kim bir yaxşılıq etsə, onun savabını artırarıq.Həqiqətən, Allah bağışlayandır, şükrün əvəzini verəndir”. (Şura surəsi, 23) Allah Bəqərəsurəsinin 177-ci ayəsində iman gətirənlərin “…sevdiyi malı qohum-əqrabaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən…” olduqlarını bildirir.Başqa bir ayədə isə belə deyilir: “Onlar özlərinin istədikləri şeylərdən kasıblara, yetimə və əsirə də verərlər”. (İnsan surəsi, 8) Bu ayədə sevgi və mərhəmətin üstün əxlaq modeli olduğu göstərilir.Mömin öz istəyinə baxmayaraq yeməyi, bir az öncə onu öldürmək istəyən əsirə verir.

    Zənginlik də yoxsulluq kimi imtahandır. “Mülkün sahibi Allah isyədiyinin ruzisini bol edər, istədiyinikinidə azaldar.Onlar dünya həyatı ilə sevinirlər.Halbuki, dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür”. (Rad surəsi, 26) Əgər hz.Süleymanın “Həqiqətən, mən mal-mülk (və ya at) sevgisini Rəbbimi zikr etmək üçün seçdim” sözləri nümunə götürülərsə və dünya zənginliyi Allahın göstərdiyi kimi istifadə edilərsə, insanlar arasında sevgi, məhəbbət və mərhəmət də artacaqdır. Nəticə həqiqi sevginin yaşanması üçün hər kəs əvvəlcə Allahı dərin bir sevgi ilə sevməli, eşqlə bağlanmalı və Allahın sevgisini qazanmaq üçün bu əxlaqı göstərməlidir.

    Allah sevdiyi qullarının qəlbinə sevgisini yerləşdirər və digər insanların qəlbində də onlara qarşı sevgi yaradar.Sevginin mənbəyi və sahibi yalnız Allahdır.

    İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər.İman gətirənlərin və Allaha olan sevgisi daha güclüdür. (Bəqərəsurəsi, 165 )

    Allah insaflı olanları sevir. ( Mumtəhənəsurəsi, 8)

    Allah təmizlənənləri sevir. ( Tövbəsurəsi , 108 )

    Allah müttəqiləri sevir. ( Tövbə surəsi, 7)

    Allah yaxşı iş görənləri sevir. ( Maidəsurəsi, 93 )

    Allah ədalətli olanları sevir. ( Maidə surəsi,42 )

    Allah təvəkkül edənləri sevir. ( Ali-İmran surəsi, 159 )

    Allah səbir edənləri sevir. (Ali-İmran surəsi, 146 )

    Allah tövbə edənləri sevir, pak olanları da. ( Bəqərəsurəsi , 222)

    Allah qorxanları sevir. ( Ali-İmran surəsi, 76 )

    Xeyalə Səfərova

  • “Bir insan ömrünə nələr sığarmış…” kitabına yazılan ön söz

    k

    Rahilə Dövranın Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Bir insan ömrünə nələr sığar-mış…” poemasını əlyazma şəklində oxudum. Ulu Öndərə həsr olunmuş onlarla poemanı xatıradım və belə fikirləşdim ki, hər bir şair eyni mövzuya öz daxili dünyasının gözü ilə baxır. Çünki hər bir şairin əvəzolunmaz insana, dahi şəxsiyyətə öz sevgisi, öz məhəbbəti var.
    Poemanın “Proloq” hissəsində ənənəvi forma diqqətimi cəlb etdi. Yəni bir sıra sənətkarlarımızın yaradıcılığında olduğu kimi Rahilə Dövranın poema-sında da çətin sınaq qarşısında qalan müəllifin duyğu və düşüncələri ,həyəcanı təbii şəkildə verilib.
    Müəllif çətin imtahan qarşısında qaldığını, işlə-yəcəyi mövzunun çətinliyi barədə narahatlığını giz-lətmir.
    Ulu Öndər Heydər Əliyev elə böyük tarixi şəx-siyyətdir ki, onun haqqında həqiqətən də söz desək çox çətindir. Çünki deyilən hər bir sözün böyük və ağır məsuliyyəti var. Ona görə də müəllif ruhuna və qəlbinə yaxın olan bir mövzuda əsər yazdığını dönə-dönə vurğulayır, gördüyü və şahidi olduğu bir çox hadisələrə şair gözü ilə yenidən baxır.
    Poemanın “Heydər Əliyev muzeyində”, “Naxçıvan Ali Sovetinin sessiyasında”, “Ümid körpüsü”, “Qur-tuluş”, “Dünya azərbaycanlılarının I qurultayı”, “Yuxusuz gecələr”, “Atəşkəs”, “El sevinci”, “Gənc zabitlərlə görüş”, “Aci xəbər”, “Ümumxalq matəmi”, “Ata əmanəti” kimi fəsilləri gözlərimiz önündə canlı lövhələr yaradır.
    Müəllif hər bir hadisəyə real yanaşır, böyük sevgi və məhəbbətlə ümummilli xalq sevgisini qələ-mə alır. “Heydər-Xalq Xalq-Heydər” birliyi əsərin ana xəttini təşkil edir.
    Müəllif “Heydər Əliyev muzeyində” fəslində-hər bir eksponata canlı varlıq kimi baxır. “Canlı bir şahiddir foto, sənədlər, dövrün, zəmanənin aynası kimi”-deyərək hər bir tarixi sənədin arxasında xalqı-mızın taleyini görür. Ağrı-acılar, sevinclər bu sənəd-lərin dili ilə bizə çox sözlər deyir. Ulu Öndərin Kremldə çalışdığı illəri müəllif belə səciyyələndirir:-

    Öndər sayəsində yüksəldi dövlət,
    Baykaldan Amura yollar çəkildi.
    Hər yerdə intibah, çoxaldı sərvət,
    Yüzlərlə qəsəbə, şəhər tikildi.

    Müəllıf sonrakı fəsillərdə də Ulu Öndərin gərgin əməyini, vətənpərvərliyinı canlı lövhələrlə yarada bilir. Qanlı Yanvar faciəsindən sonar Bakıya gələn, lakin orada yaşamasına imkan verilmədiyi üçün Naxçıvana dönən Heydər Əliyevin Ali sədri seçilməsindən sonrа xalqa arxa, dayaq olması, Naxçıvanı ağır,çətin vəziyyətdən çıxarmaq üçün İranla, Türkiyə ilə əlaqələr yaratması böyük sevgi ilə tərənnüm olunur.
    “Ümüd körpüsü” fəslində Rahilə Dövran bir şair kimi 1992-ci ilin may ayını göz önündə can-landırır:-

    Dayanmışdı Araz üstə,
    Azəri, türk vətəndaşlar.
    O tay, bu tay, dəstə-dəstə,
    Qovuşmuşdu türk qardaşlar.

    Ulu Öndərin 1993-cü ildə yenidən Bakıya qayıtması, siyasi xadim kimi daha böyük işlər gör-məsi, atəşkəsə nail olması poemada xronoloji ardı-cıllıqla işlənmişdir. Öndərin böyük xidmətlərinı müəllif özünəməxsus şəkildə belə səciyyələndirir:-

    Xidmətin saymaqla bitirmək olmaz,
    Hara nəzər salsan izi görünür.
    Öndər bir Günəşdir, nuru azalmaz,
    Bitib tükənərmi əbədi bir nur?!

    Rahilə Dövran poemanın hər bir fəslini böyük sevgi ilə işləmişdir. Hiss olunur ki, müəllif hər bir sahəyə aid duyğu və düşüncələrini qələmə almaq is-tərkən çox düşünüb –daşınıb, tarixi sənədlərə əl atıb, məsuliyyət hissini bir an olsun unutmayıb.
    Müəllif poemanın “Epiloq”unda ulu öndərin xalqa bəxş etdiyi azadlıqdan, səadətdən söz açır. Da-hi ınsanın həmişə bizimlə olduğunu qeyd edir:-

    Olmasa da aramızda Ulu Rəhbər,
    O, diridir, hər bir zaman bizimlədir.
    O, xoşbəxtlik, firavanlıq, parlaq zəfər,
    El atası, Baş Komandan bizimlədir!
    Poema xoş bir sonluqla tamamlanır:-

    Salnamədir uca-uca göydələnlər,
    Vuruşlardan, döyüşlərdən bizə xəbər.
    Körpələrin gülüşüdür təzəcə tər,
    O, sahilsiz, sonsuz ümman bizimlədir!

    Bəli, Ulu Öndər həmişə bizimlədir. Müəllif bu həqiqəti öz poemasında dönə-dönə vurğulayır. Ümid edirik ki, Rahilə Dövranın Ümummilli Liderimizə həsr etdiyi bu poema oxucuların da diqqətini cəlb edəcəkdir.

    Asim YADİGAR,
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri,
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şair.

  • Günel ƏLİYEVA.”Yuxu”

    Yağmur, sənə ağ qızılgül almışam. Ağ gülləri çox sevirəm .Sən bunu hardan bilirsən? Axı sənə deməmişdim .Bilirəm ,sənin sevdiyin hər şeyi bilirəm .Səni xoşbəxt etmək üçün sevdiklərini sənə ərmağan edəcəm .Yox, mənə sadəcə özünü hədiyyə et. Sən ola bilərsən məni xoşbəxt edə biləck ərmağanım.
    Dənizzz ,maşın …
    Yox ,yox ,Dənizzz, getmə .Mən sənsiz yaşaya bilmərəm ,məni də apar özünlə. Apar, qurbanının olum ,apar məni də .Dəniz ,getməəə ,yalvarıram getmə .Gözünü aç, oyan qurbanın olum, oyan .Yox ,Dəniz gedə bilməzsən, sən yaşayacaqsan .Getmə ,qurbanın olum, getmə, Dənizzz.
    İlk dəfə idi ki ,Yağmur əbədi yuxuya getmək istəmirdi, əksinə bu yuxudan oyandığı üçün xoşbəxt oldu.
    Off ,şükür ,Allahım ,yuxuymuş.
    Fəqət ,Yağmurun yuxuları gerçəyə dönərdi çox vaxt .Kaş bu yuxu çin olmasın ,Allahım ,Dənizi qoru.
    Gördüyü yuxu Yağmurun həsrətini yaşa çevirib damla -damla gözündən axıdırdı sanki .
    Yuxu Allahın möcüzələrindən biridir .Həsrət qaldığın, dəlicəsinə darıxdığın insanı qucaqlayar ,öpər, əllərini tutarsan yuxunda .Daha da artırar sevgini yuxu .
    Dəhşətlisi isə sevdiyin, canından çox istədiyin insanları yuxunda olsa belə itirməyindir .Əgər biz röyalardan ayılarkən gözlərimizdəki yaşa toxunursa əllərimiz, parça- parça olursa qəlbimiz ,niyə yuxuya həyat deməyək ?Hiss etdiyimiz ,duyduğumuz hər yerdə həyatın izləri var.
    Bəzən olar həsrət qaldığın ,itirdiyin ,yanında olmayan doğmanı yuxunda görərsən. Ona sarılarsan möhkəmcə .Baxarsan o sevdiyin üzə bir yuxu qədər . Fəqət ,təsəllin olar bu yuxu .
    Mən onu gördüm yuxumda. Gördüm gözlərini ,tutdum əllərini. Mən onu daha çox sevdim yuxumda.

    Mən bahar fəsliyəm, sən qış fəslisən,
    Mənimlə üz -üzə gələn deyilsən.
    Artıq özgəninsən ,mənim deyilsən,
    Nə olar, bir dəfə yuxuma gəlsən.

    Həsrət zindanında məhkumam, sevdiyim !Elə bil qolumu qandallayıb ,bir məhbəsə salıblar məni .Qolumu sıxan qandal deyil ki, məni incidən, mənim qollarımı sıxan eşqsizlik ,nəvazişsizlikdir ,sevdiyim !
    Bəlkə də ,ürəyimi sıxır .Bir otağın küncündə, dörd divarla tənha qalmışam. Səs gəlir, adamlar var burada. Amma mən sadəcə eşidirəm ,duymuram ,dinləmirəm. Görmürəm də. Kim var otaqda ?Tənhalıq,mən yalnız sənin səsini dinləyirəm. Səni hiss edirəm .

  • Təranə Turan RƏHİMLİ.”Mustafa Quliyevin 20-30-cu illər tənqidinin inkişafında rolu”

    Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi çoxəsrlik bir inkişaf yolu keçmişdir. Tarixi kökləri qədim dövrün xalq ədəbiyyatı nümunələrindən başlanan, XI əsrdə ilk filoloqu Xətib Təbrizini yetirən ədəbiyyatşünaslıq və tənqidimizin inkişafında XX əsrin 20-30-cu illəri ən mürəkkəb dönəm hesab edilir. Bu onilliklər istər ictimai fikrin, istərsə də bədii ədəbiyyatın inkişafı baxımından son dərəcə mürəkkəb, ziddiyyətli olmuş, dövrün hakim ideologiyasının nüfuzedici təsirilə «marksizm-leninizm» dünyagörüşünə əsaslanan, onun prinsipləri ilə çıxış edən ədəbi tənqid, və elmi-nəzəri fikir də təbii olaraq bu ictimai ziddiyyətlərdən kənarda qalmamışdır. Bu mərhələdə tənqid həyat həqiqətini ayrı-ayrı hadisə və faktların zahiri doğruluğu və reallığı, empirik qavrayışı mənasında deyil, həyatın əsas aparıcı cəhətlərini, meyllərini, müəyyən dövrün tarixi mahiyyətini, inkişaf tendensiyalarını əks etdirmək, bu cəhətdən həmin hadisələrin ictimai-bədii inkarı mənasında başa düşürdü.
    Ədəbi tənqidin əsas diqqət mərkəzində duran məsələlərdən birincisi sovet ədəbiyyatının mövqeyini möhkəmləndirmək idi. Həmin məqsədin reallaşması üçün qarşıda duran konkret vəzifələr – sosialist sənətinin yeni yaradıcılıq metodu və üslubunun müəyyənləşdirilməsi, partiyanın ədəbiyyat sahəsində siyasətinin həyata keçirilməsi, hakim ideologiyanın bədii ədəbiyyatda əks etdirilməsi, həyata «kommunist münasibəti»n müdafiə edilməsi idi. Azərbaycanda 1920-1930-cu illərdə nəzəri təfəkkürü ilə diqqəti cəlb edən, son dərəcə fitri istedada malik tənqidçi və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Həmin ədəbiyyatşünaslar və tənqidçilər nəslini təmsil edənlər Ə.Nazim, S.Mümtaz, M.Quliyev, H.Zeynallı, M.Ələkbərli, B.Talıblı, B.Çobanzadə, Ə.Abid, A.Musaxanlı, S.Hüseyn (Kazımoğlu), R.Axundov, M.Hüseyn və başqaları kimi yüksək elmi-nəzəri təfəkkür sahibləri idilər. Bu dövrdə professional milli ədəbi tənqidimiz məhz bu ilk mübariz nəslin həmin istedadlı nümayəndələri tərəfindən yaradılır, inkişaf etdirilirdi. XX əsrin 20-30-cu illərinin ədəbiyyatşünaslığının, ədəbi tənqidinin yeni mahiyyət kəsb edən nəzəri görüşlərlə zənginləşməsində, inkişafında, Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq problemlərinin həllində Mustafa Quliyevin mühüm xidmətləri olmuşdur. 1930-cu illərdə ədəbi tənqidin ədəbiyyatın taleyi ilə yaxından maraqlanmasında, onun əsas inkişaf istiqamətlərini müəyyənləşdirən fəal bir janr kimi möhkəmlənməsində, tənqidin nüfuzunun və peşəkar hazırlığının artmasında M,Quliyevin tənqidçilik fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Çağdaş Batı Trakya Türk şeiri və yorulmaz tədqiqatçı”

    filologiya üzrə fəlsəfə doktoru, dosent
    Prezident təqaüdçüsü

    Yunan hakimiyyətində yaşamasının 80 ildən artıq böyük bir tarixi dönəmini başa vuran türk diyarı Batı Trakyanın zəngin ənənələrə malik ədəbiyyatı vardır. Bu ədəbiyyatın türk dünyasında tanınmasında görkəmli tədqiqatçı, İzmirdəki Dokuz Eylul Universitetinin müəllimi Fəyyaz Sağlamın mühüm xidmətləri olmuşdur. Batı Trakya ədəbiyyatının tədqiqinə 1985-ci ildən başlayan F.Sağlam bu sahədə bir çox nailiyyətlər qazanmış, bu ədəbiyyatın inkişaf tarixinin son 50 ilini ardıcıl və sistemli şəkildə araşdırmağa müvəffəq olmuşdur.
    Alimin böyük çətinliklərlə əldə edə bildiyi ilk ədəbi mətnlərin 1990-cı ildə Kültür Bakanlığı tərəfindən «Batı Trakyada (Yunanıstanda) çağdaş türk ədəbiyyatı antalogiyası» adıyla nəşr edildiyi vaxtlardan bütün türk dünyasında bu ədəbiyyata qarşı ciddi maraq yarandı. F.Sağlam bu antalogiyanın nəşri ilə əslində daha böyük bir missiyanı yerinə yetirmiş, Yunanıstanda türk ədəbiyyatının yaranması kimi mühüm bir gerçəkliyi dünya ədəbi ictimaiyyətinin nəzərinə çatdırmışdı. Həmin antologiya ilə dünya türk ədəbi həyatına vəsiqə alan Batı Trakya ədəbiyyatı görkəmli tədqiqatçının yorulmaz təbliğatçılıq fəaliyyəti sayəsində ümumtürk mədəniyyəti tərəfindən tanındı. F.Sağlam bu sahədə onlarla dəyərli tədqiqat əsərlərini Yunanıstanda, Yuqoslaviyada, Quzey Kıbrısda, Türkiyədə, İngiltərədə, Almaniyada, Bolqarıstanda, Makedoniyada, Hollandiyada, Özbəkistanda nəşr etdirməklə Batı Trakya türk şeirini, hekayəsini, folklorunu, uşaq ədəbiyyatını nəinki türk xalqları arasında, dünyanın qabaqcıl inkişaf etmiş bir çox ölkələrində təbliğ etdi. Alimin «Batı Trakya türkləri cocuq ədəbiyyatı» (1990), 1Y cildlik «Yunanıstan (Batı Trakya) türkləri ədəbiyyatı üzərinə incələmələr» (1991-1995), «Yunanıstan (Batı Trakya) türkləri ədəbiyyatında Atatürk» (1992), «Yunanıstanda (Batı Trakyada) çağdaş türk şeiri antologiyası» (1995) kimi fundamental tədqiqat əsərləri bu qəbildəndir.
    Batı Trakya ədəbiyyatının yaradıcılıq nailiyyətləri ilə yaxından tanışlıq göstərir ki, bu ədəbiyyatın başlıca uğurları poeziya ilə bağlıdır. Buna görə də F.Sağlamın türkçülük mövqeyindən, çağdaş elmi təfəkkür işığında araşdırdığı Batı Trakya ədəbiyyatına dair elmi tədqiqatlarının böyük qismi poeziyanın problemlərinə həsr olunmuşdur. Tədqiqatçı müxtəlif illərdə nəşr edilmiş monoqrafiyalarında, onlarla məqalələrində Batı Trakya türk şeirinin dolğun elmi mənzərəsini yaradıb. Qeyd etmək lazımdır ki, türk ədəbiyyatlarının tədqiqi və təbliği seriyasından olan kitablarda, məqalələrdə, alimin özünün də etiraf etdiyi kimi, Fəyyaz Sağlama qədər Batı Trakya türk şeirindən, bütövlükdə ədəbiyyatından bir sətir belə yazılmamışdır. (daha&helliip;)

  • Nigar RÜSTƏMQIZI.”Yüksəklik”

    nr

    Yüksəkliyə qarşı böyük fobiyam var…O qorxu ki, əvvəllər məndə olmayıb. Sözümün canı var. Keçən yay bu qorxuya, həyəcana rəğmən iki rəfiqəmlə Dənizkənarı Parkda mənim üçün çox yüksək atraksiyona mindik. Rəfiqələrimin yanımda olmasımı, gənclik çılğınlığımı, ya hər şey bir qırağa, özümün adrenalin həvəskarı olmağımmı bu qorxuya üstün gəldi…
    İlk dəfə idi öz-özlüyümdə cəhənnəmin uğultusunu, ölümün hənirtisini ən yaxınımda, qulaqlarımda eşidirdim. Qorxudan gözlərimi bərk-bərk sıxmışdım, yerim çox narahat və təhlükəli idi. Mənə elə gəlirdi ki, bərkidici tutacağdan əlimi çəksəm, hər tikəm o möhkəm küləkli yay günündə, göyün yeddinci qatında bir yana səpiləcək. O atraksiyona mənim inadımla minmişdik, elə ən çox dəhşət içində olan da mən idim, deyəsən. Rəfiqəm dəfələrlə demişdi ki, istəmirəm, çox həyəcanlananda ürəyim narahat olur. Yaxşı bilirdim bunu…Nəysə ki, birtəhər yola gətirmişdim. Elə ona görəydi ki, bütün fikrim ondaydı.
    Adını bərkdən bağırdığım yadıma gəlir: “Qorxma, qorxma, düşürük…dayanır…” Mən bağıranda nədənsə onun səsi çıxmırdı…Hələ yüksəklik qorxusu canıma yer eləməmiş “ona nəsə oldu” qorxusu bürüdü məni. Mən “dayanır…” dedikcə o hənirti oturacağımızla birgə daha da qalxırdı elə bil. Yenə səsi gəlmirdi…Bu dəfə qətiləşdirdim ki, nə olsa da əlimi çəkəcəm oturacaqdan, gözlərimi də açacam. Gözümü açanda onun da tutacaqdan bərk tutduğunu görüb xeyli rahatladım. Aramızda sədd olduğuna görə üzünü çətinliklə görürdüm. əlimi buraxıb əlindən tutdum, eyni sözləri deyə-deyə beşinci dəqiqənin tamamında bu cəhənnəmin uğultusu birdəfəlik kəsildi. Artıq yerdəydik. Illərlə əsirlikdə, sürgündə əsir-yesir olmuş halındaydım. O biri rəfiqəm məndən bir az uzaqda oturduğuna, əvvəldən qorxmadığına, bu da üzündə əks olunduğuna görə ani ona baxıb səsi çıxmayan rəfiqəmə donuxub baxırdım. Məlum oldu ki, güclü külək nəfəsinə dolmasın deyə danışmırmış. “Yenə minək” deyəndə başa düşdüm ki, bu yüksəklik qorxusunu üstələyən qorxum boş yerəymiş…
    Sözümün yenə canı var. Hər zaman itirməkdən qorxmuşam. Ağlım kəsəndən dəyər verdiyim hər şey və hər kəsi elə “hər şeyim” bilmişəm. Məncə, həyatda hər gözəl şeyin təməlində dostluq, yoldaşlıq, hörmət və anlayış dayanır. Bunlar var, sədaqət yoxdursa… O zaman hər şey sıfırlanır…Sədaqət hər şeydən önəmlidir…
    S.Sarvan deyir:

    Əh, birin bilirsən, sən də birin yox,
    daha yıxılıram heç xəbərin yox.
    Gördüm ki, tutmağa özgə yerim yox,
    tutdum yıxılmağa qorxduğum yerdən…

    Yıxılmağa qorxduğum yerlərdən yıxıldım…Gördüm tutmağa yerim də yoxdur…tutmağa yerim yoxdursa, yıxılmağa qorxduğum yerlər də qalmayıb demək. Artıq yüksəklikdən qorxmadığımı da hiss eləyirəm. Əslində, insanın yıxılmağı normaldı, anormal olan ətrafındakıların, yaxınlarının münasibətidi. Yıxan da elə budu. Bundan belə dost tərəfindən yıxılsam nə ki, ayaqlarımı kəssələr təəccüblənmərəm, yıxılmaram. Həmişəkindən daha soyuqqanlı, daha qəddar olmuşam, sanki. Həmişə deyirəm ki, həyatımdan, yaşadıqlarımdan bir roman yazacam. Bestseller olacaq bir roman…Hər kəs üçün ibrət olsun. Kimsə çəkməsin çəkdiklərimi. Bəlkə, elə bir roman yaza bilməyəcəm heç vaxt, bəlkə heç bestseller də olmayacaq, amma, bir neçə insanın həyatını bataqlıqdan qurtarmaq mənə nəsib olacaqsa o zaman “hərşeyim”i yenidən qazanacam. Və ən yüksəklərdə hiss eləyəcəm özümü, bundan da qürur duyacam. Əslinə qalanda mən həyatda tanıdığım adamları, şahidi olduğum hadisələri bir daha kitab səhifələrindən oxumaq istəməzdim. Vəziyyət o yerdədi ki, təlaş üçündə olmaq yerinə qəribə bir sakitlik içindəyəm. Bu boyda da yanılmaq olar? Elə bil illərdi birgə yaşadığın, həyatını, ömrünü-gününü birgə keçirdiyin və hər şeyin əla olduğu bir dönəmdə həyat yoldaşın sənə deyir ki, hamısı yalan idi, heç sevməmişəm səni. Absurt bir şeydi, deyilmi? Belə absurtların içində də sakitəm. Elə bil yuxudakı kimi qışqırmaq istəyirəm, səsim çıxmır. Bəlkə, buna görə də sakit görünürəm. Susduqlarımı eşitsinlər daha… Hər şeyi bağışlamaq hər şeyi anlamaq deməkdir – romalılar belə deyir. Anlamaq və bağışlamaq yəqin ki, tək mənim alnıma yazılmayıb. Bir az da başqaları anlasın artıq. Susduqlarımı tapsınlar, tapıb yan-yana düzsünlər, rəngbərəng bir təsbeh düzəltsinlər. Ya da şeytan yelləncəyi qursunlar. Qalxaq-düşək, düşək-qalxaq… Qalxanda görək və düşəndə susaq…
    “Özünə qayıdır hər şey, özünə” – deyir Ramiz Rövşən. Mən də özümə qayıtmışam, nəhayət ki…Amma bilin ki, qayıtmaq istədiyimiz o yerdə bizim qoyub getdiklərimiz qalmır. Kürün axıb gedən suları kimi adamlar da dəyişir. Və əsl həqiqət bəlkə də budur ki, heç bir yerdə heç kim heç kimi gözləmir…

    Nigar RÜSTƏMQIZI,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

  • Günel ƏLİYEVA.”Özünü məndən apar”

    gunel

    Peşmanam, sənə ‘’getmə, qal‘’dediyim üçün peşmanam.Çox , amma çox peşmanam.
    ‘’Getmə ‘’demişdim sənə.Mənim sənə aid kitabımda.Sənsə ‘’ Səndən getməyəcəm’’ dedin sənin mənə aid kitabında .
    Və getmədin, qaldın, amma yanımda deyil, ruhumda, canımda, qanımda, varlığımda.Niyə qaldın, səhrada susuz qalan adam kimi suya möhtac etdin qalmağınla.Susamışam, su ver mənə.
    Nə olar bir yudum su.Ciyərlərim yanır susuzluqdan.Su verməsən öləcəm.
    Ölmək səndən əbədiyyən getməkdir, sevdiyim. Sənin gülüşünə, sənin baxışına, sənin varlığına həsrət qalmaqdır .
    Mən yaşamaq istəyirəm.Yaşat məni özündə, sözündə, hər kəlməndə.
    Sol yanım ağrıyır, sevdiyim! Ürək ətdən deyil ki, sadəcə.Həsrətdəndir, dərddəndir .
    Mənim ürəyim səndəndir.Səndən-sənin sözlərindən, sənin cümlələrindən, sənin cismindən -sənə aid hər şeydən ibarət bir mənzilimdir o mənim.Kimsə ürəyimi qıranda ona elə qəzəblənirəm ki .Məni incitdikləri üçün deyil, sevdiyim, ürəyimdəki səni incitdikləri üçün.
    Amma sən də məni incidirsən.Bax, mən sənə qıymıram, sənsə yaman ağrıdırsan ürəyimi .
    Mən səni qəlb evimdən çıxaracaq qədər güclü deyiləm.Fəqət, getməlisən, əzizim, yoxsa fəryadımda boğulacaqsan .
    Getməlisən.
    Nə olar get.
    Əbədiyyən, həmişəlik, birdəfəlik get!
    Əvvəl xatirələrini, sonra gözlərini, baxışını, gülüşünü, kədərini, həsrətini, sevgini-hər şeyini al,
    götür qəlb evimdən, məndən get .
    Mən səni özümdən apara bilmirəm. Ümidim sənə möhtacdır, sən… baxışını, gülüşünü ,varlığını sevdiym sən… özünü məndən apar.Elə apar ki, gözlərim gözlərindən, sözlərim sözlərindən,
    əllərim əllərindən asılıb qalmasın.
    Xatırlamayım, səni düşünməyim bircə an da.
    Get, nə olar get.Arxana baxmadan get.
    Elə get ki, yuxularımda da görməyim səni. Elə get ki, darıxmaq hissimin alovunu da söndür.
    Darıxmayım sənin üçün.

    Apar şirin sözünü ,
    Mənə baxan gözünü,
    Xatirənin yüzünü,
    Minini məndən apar.
    Əllərinin ətrini,
    Sevginin həsrətini,
    Sənsizliyin dərdini,
    Qəsdini məndən apar.
    Apar ,sevdiyim, apar!
    Bilməm, günahım nədir?
    Qəm -kədər məni tapar.
    Apar gülən üzünü,
    Apar yanlış –düzünü,
    Apar, nə olar apar!
    Sənə aid hər şeyi,
    Sənlə yanan ışığı,
    Qəlbimin yaraşığı,
    Ya qayıt gəl ömrümə,
    Ya da get birdəfəlik,
    Özünü məndən apar!

    Məndən get ki ,səni unudum .Amma mən səndə həmişə qalacam. Çünki sənə ürəyimin əlləriylə vurduğum sillənin ağrısını heç vaxt unutmayacaqsan.

  • Günay HƏSƏNLİ.”Bir dəstə nərgiz içində bir bənövşə “

    Uzaq keçmişə qayıdaq, cəmiyyətin yarandığı ilk dövrə. İbtidai icma quruluşunda insanlar yavaş-yavaş təkamül prosesi keçir və təkmilləşməyə doğru yönəlir. Nəhayət daş dövrü, tunc dövrü gəlir. Daş dövründə insanlar qarınlarını doyurmaq üçün daş alətlərlə ov ediblərsə, tunc dövründə tunc alətlərlə ov ediblər. Hadisələr bir-birini əvəz edib, daha mükəmmələ doğru addımlayıb. Hər dövrün öz yenilikci adamları olub. Var olanı daha səmərəlisiylə, daha yaxşısıyla əvəz etməyə çalışanlar. Yenilikci sözünü hal-hazırda “yaradıcı adam” deyə cilalamışıq.
    XXI əsr, texnologiyanın sürətlə inkişaf etdiyi əsrdi. Çox şeyi texnologiyanın bizə verdiyi imkanlardan istifadə edib asanlıqla qurmaq, yaratmaq mümkündü. Amma elə şeylər var ki, onları yalnız insan təfəkkürü qurub, yarada bilir. Bunlara şairlər, rəssamlar, musiqiçilər və alimlər daxildir. Alimlər mərhələ-mərhələ elmlərini artıraraq alim olurlar. Bu birisilər isə İlahi istedad tələb edir. Yaradıcı insanlar Allaha yaxın bəndələrdir. Musiqiçilər yeni-yeni musiqilər bəstələyərək insan ruhunu xoş etməyi bacarırlar. Bəzən gözəl musiqilər əsrlərlə ömür qazanır. Şair öz hisslərini sözlərlə elə deməyi bacarmalıdı ki, başqa heç kim o cür deməmiş olsun. Bu əsl şairin bacarması gərəkəndir. Rəssam isə hisslərini rənglərlə, rəsmlərlə deyir. Elə bir tablo yaratmalıdır ki, ortaya çıxarmaq istədiyi bütün ifadələr həmin tabloda əks olunsun. Rəssamlar çox incə iş görərək, böyük qüdrətə sahib olurlar. Bir portret çəkərkən sifət gizgiləri o qədər dəqiq işlənir ki, rəsmdəki şəxsin həsrət çəkdiyi, əzab çəkdiyi, dalğınlığı, nigarançılığı və ya sevinci, xöşbəxtliyi asanlıqla sezilir. Gözlə görünməyən mücərrəd hesab etdiyimiz dərd, duyğu, əzab, sevinc və s. insani hisslər rəssamın o kiçik fırçasının ucundadır. Yalnız rəssamlar onu müəyyən edib, rəsmə köçürə bilirlər. Rəssamlar yer üzünə fərqli baxır, fərqli münasibət göstərirlər. Onlarda yaradılmış olan bütün varlıqlara xüsusi bir sevgi var. Rəssamlar ağacdan qopub düşmüş, saralmış bir yarpağı elə təsvir etməyi bacarırlar ki, sanki o yarpaq insan həyatından qopub arxada qalan bir gündür, bəşərin gözəlliyi olan hər hansı bir insanın, insanlar sırasından silinməsidir, dünyanın gərdişidir- yaradılış və son deməkdir. Rəssamlar bu cəsarətin, istedadın sahibləridirlər. (daha&helliip;)

  • Günel ƏLİYEVA.”Kitabların həyatımızdakı rolu”

    İnsanı gözəlləşdirən onun davranışı, onun əməlləridir. Həyata baxışımızın dəyişməsində, fikirlərimizin düzgün istiqamətə yönəlməsində oxuduğumuz kitabların o qədər böyük əhəmiyyəti var ki. Kitab işıqdır, həyat yolumuzu aydınlığa çıxarar. Bizə doğru yolu göstərər.
    İnsan nə qədər çox mütaliə edərsə düşüncəsi bir o qədər artar. Elm tükənməz xəzinədir. Oxuduqca bitməz. Hər dəfə kitab oxuduqdan sonra hələ oxumalı olduğumuz çox kitabların olduğunu düşünərik.
    Fikrimcə, istirahətin ən səmərəlisi zamanını, vaxtını elmə sərf edərək keçirdiyin zamankı istirahətindir.
    Oxuduğum romanlardan biri kimi Cek Londonun ’’Martin İden’’ romanının qəhrəmanı Martin İdenin özünü təsdiq etmək üçün zəhmətə qatlaşması, çətinliklərə sinə gərərək hədəfinə, məqsədinə doğru irəliləməsi və gec də olsa öz arzusuna çatması bu əsəri mənim üçün unudulmaz edib. Bu roman düşüncələrimə təsir edib və nə vaxtsa çətinliyə düşsəm Martin İden obrazını, onun həyatdakı çətinliklərlə mübarizəsini xatırlayır və mən də həyata təslim olmamağı seçirəm.
    Deməli, kitablar bizə həyat bəxş edir. Uğur qazanmaq üçün stimul verir.
    Cəmiyyətin maariflənməsi, savadlanması yolunda atılan birinci mərhələ kitabdan, elmdən başlanmalıdır. Kitab oxumağın təbliğatı olduqca mühüm əhəmiyyət kəsb edir.
    Kitablar bizə tariximizi, ədəbiyyatımızı, qəhrəmanlarımızı, igidlərimizi öyrədir .
    Mirzə Ələkbər Sabirin, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin və digər şair və yazıçılarımızın bu gün də aktual olan tənqidi məzmunlu, satirik əsərləri bizə cəmiyyətimizdə hələ də elmsiz insanların olduğundan xəbər verir.
    Mən, sən, o, biz, siz, onlar-hər birimiz kitabları sevdirməli və bununla da düşüncələrə, fikirlərə müsbət təsir etməyi bacarmalıyıq.
    Unutmayaq, uğura, zirvəyə gedən yolun astanasında elm dayanıb. Elmdə həyat var.
    İntellektual səviyyəmizi artırmaqla, cəmiyyətdə mühüm mövqeyə sahib ola bilərik. Kitab oxumağı sevmək ən böyük xoşbəxtlikdir.
    Axı təhsilli insanlara vətənimizin, xalqımızın ehtiyacı var. Odur ki , daima oxuyaq, mütaliə edək.
    Qaranlıqdan işığa yalnız elmin sayəsində çıxa bilərik.
    Sonda elm haqqında deyilmiş ən gözəl fikirlərdən birini sizinlə bölüşmək istərdim:

    “Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər“ (Frensis Bekon ).

  • Məhəmməd TURAN.”Bəndalı Coşqun” (Məqalə)

    12272796_1654052408169394_1251811743_n

    Bəndalı Coşqun…Bu adı eşidəndə ümidi bir saç teli qədər qalmış “ədəbi mühit” arzularım sağalır…
    Bəndalı Şəmkirin Zəyəm kəndində anadan olub həmin kənddə oxuyub , boya-başa çatıb…
    Bəndalını ilk görən gün poeziyasıyla tanış olduğum gün elə sevindim ki…
    Şəmkir indidən çox böyük bir fərəh duymalıdır ki qoynunda Bəndalı kimi bir Qəzəlxan yetişir…
    Bəndalı çox duyğulu , mənalı ən əsası odur ki ifratsız və ağıllı yazır…Bəndalının dəyəri odur ki o sözün dəyərini bilir…
    Bir də Bəndalının qəzəllərində xüsusilik var ki dədə-baba üsulu ilə yaradır…Qədim dövrdə yazılan üsulda…Mən məsuliyyətlə deyirəm Xəqani , Nəsimi nəfəsində…
    Bəndalı qəzəllərində ərəb-fars mənşəli sözləri yerində , doğru və yetərincə işlədir…Bu da xüsusi gözəllik verir qəzələ…

    Yerə etdikdə sirayət yağışın damlaları,
    Verə hər qəlbə hərarət yağışın damlaları.

    Gecədən ta səhərə gəl yenə leysan yağaraq,
    Düşə bu torpağa ne’mət yağışın damlaları.

    Dəxi mənsiz, görəsən, sevgili canan nə edir,
    Mənə ondan edə söhbət yağışın damlaları.

    Enə bu yer üzünə, sanki həzin musiqi tək,
    Edə bu qəlbimi rahət yağışın damlaları.

    Yağışı bax belə vəsf etməyə bu Bəndalıya,
    Yarada bir daha fürsət yağışın damlaları.

    ***

    Üzüb artıq məni sənsiz bu məhəbbət, gözəlim.
    Nə olar dön geri bitsin daha həsrət, gözəlim.

    Baxıram Ayə, xəyalınla qurub ünsiyyət,
    Edirəm hər gecə sənlə yenə söhbət gözəlim..

    Bağlama sevgimizi qismətə çün, tarixə bax
    Qeysə də olmadı öz Leylisi qismət, gözəlim..

    Düşmüşəm heyrətə ta gördüyüm andan səni mən,
    Görmədim sən kimi bu dəhrdə afət, gözəlim.

    Sordum insanlara bu sevgi məhəbbət nə imiş,
    Sən demə heç yox imiş sevgiyə qiymət gözəlim.

    Yazdığım namələrin yoxmu sənə tə`siri heç?
    Nola bir gözlərin etsin mənə diqqət, gözəlim.

    Var ümidim ki dönərsən mənə, gər dönməyəsən.,
    Tapşırar canını bu Bəndalı əlbət, gözəlim.

    ****

    Qəlbən sevirəm mən elə bir yarı gözəldir.
    Həm hüsnü gözəl həm də həya, arı gözəldir.

    Qafil, elə bir bağdı ki, bu sevgi-məhəbbət,
    Aşiqlər üçün həm gülü həm xarı gözəldir.

    Yüz hüsnü gözəl olsa da gər göz qabağında,
    Hər aşiq üçün sevdiyi dildarı gözəldir.

    Hər aşiqə öz yarı gözəl olduğu tək bil,
    Hər bir ağaca verdiyi öz barı gözəldir.

    Ey Bəndalı, hər söz yazana söyləmə şair,
    Şair ona de yazdığı əşarı gözəldir

    ****

    Ey gül, məni bu sevgidə bimar elədin sən,
    Pünhan idi, hər dərdimi aşkar elədin sən.

    Bir vaxt mənə öz sevgini izhar eləsən də,
    Çox keçmədi heç, sevgini inkar elədin sən.

    Dərdim ilə birlikdə qoyub sən məni getdin,
    Bir özgəyə öz eşqini izhar elədin sən.

    Üz döndərərək sən mənə, saymaz yana keçdin,
    Hər dəm məni, min dərdə giriftar elədin sən.

    Etdin elə rəftar onu düşmən belə etməz,
    Ey yar, niyə mənnən belə rəftar elədin sən?!

    Bir dəm dinərək qəlbimi viran eləyibsən,
    Bir anda edərsən onu gülzar elə dinsən.

    Bir ağ vərəqə, Bəndalı, öz dərdini yazdın,
    Xalqın oxumaqçün onu əşar elədin sən.

    Gördüyünüz kimi bu gözəl, mənalı, estetik-mənəvi zövq verən misraların , beytlərin sahibidir Bəndalı Coşqun…
    Bəndalıya gələcək poetik fəaliyyətində və həyatında uğurlar arzu edirik… Yaz Bəndalı! Yaz!

  • SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi tərəfindən həyata keçirilən müxtəlifyönümlü tədbirlər Sumqayıt gənclərinin diqqət mərkəzindədir

    0830

    SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi 5 ildən artıqdır ki, Sumqayıt şəhərinin ictimai, mədəni, sosial həyatında yaxından iştirak edir, kimyaçıların və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün davamlı olaraq mədəni-kütləvi tədbirlər həyata keçirir. Bu tədbirlər sırasına Sumqayıt gənclərinin bilavasitə sağlamlığına, şəhərdə idmanın kütləviliyinin artırılmasına yönəlmiş idmanın müxtəlif növləri üzrə sağlamlıq spartakiadaları, mini-futbol, voleybol, şahmat, stolüstü tennis, səmti müəyyənetmə yarışları, xalq yazıçısı Çingiz Abdullayevlə görüş, bir sıra teatr tamaşalarının təqdimatında iştirak, «Əli və Nino» Kitab evi ilə birgə “Kitab bayramı”nın keçirilməsi, şəhər Təhsil şöbəsi ilə birgə ekologiya ilə bağlı elmi-praktik konfransların, kimya olimpiadalarının təşkili, Bakı və Sumqayıt üzrə keçirilmiş kimya olimpiadasının qaliblərinin, həmçinin Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin və Sumqayıt şəhər orta məktəb şagirdlərinin kimya elmləri doktoru, professor Vaqif Abbasovla görüşünün keçirilməsi, Azərbaycanın gənc kimyaçılarının Respublika elmi konfransının təşkili, məktəbəqədər tərbiyə müəssisələri və ümumtəhsil məktəblərinin şagirdləri üçün silsilə layihələrin həyata keçirilməsi və s. daxildir.
    Bakı şəhərindəki Tarix və İstiqlal muzeylərinə, Sumqayıtın Tarixi müzeyinə, həmçinin respublikamızın bir sıra bölgələrinin tarixi yerlərinə ekskursiyaların təşkili, Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə hər il «N» saylı hərbi hissədə zabit və əsgər heyəti ilə görüşlərin keçirilməsi, onların bayramlarının xüsusi proqramlarla təbrik edilməsi də şəhər sakinləri, ələlxüsus da gənclər tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
    Gənclərin diqqətini çəkən tədbirlərdən biri də «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə mütəmadi olaraq “Breyn-rinq” və “Xəmsə” bilik yarışmalarının keçirilmə¬sidir. Bunu bir neçə gün bundan öncə keçirilən və Azərbaycanın Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Breyn-rinq” bilik yarışı zamanı müxtəlif komandaların üzvlərindən aldığımız müsahibələr də təsdiq edir. Gəlin onların bu haqda fikir və düşüncələrini dinləyək.

    Elvin Dadaşov
    (“Panda School” məktəbəqədər hazırlıq şəbəkəsinin direktoru):
    – Sumqayıt şəhəri gənclər şəhəri, sənaye şəhəri kimi tanınıb. Onun ən vacib resursu gənclərinin intellektual potensialıdır. Bu potensialı bir araya gətirmək üçün Azərikimya İB-nin keçirdiyi mütəmadi tədbirlər əvəzolunmazdır. Bu müəssisə nəinki bütün Sumqayıta, bütün Azərbaycana qürur gətirəcək işlər görür.

    “Master intellektual klubu”nun idarə heyətinin üzvləri:
    – “Master intellektual klubu” olaraq 4 nəfər idarə heyətindən ibarətik. Klubun prezidenti Seymur Salamov həm də respublikamızın ən yaxşı sual müəllifidir. Vüqar Ağayev sual müəllifi olaraq, həmçinin təşkilati işlərlə məşğul olur. Əsgərov Sabir klubun aparıcısı, Salamov Teymur isə klubun texniki işləri ilə məşğul olur. Klubda hər həftənin cümə günü məktəblilər, şənbə günü gənclərin asudə vaxtının səmərəli keçirməsi üçün 31 saylı orta məktəbdə intellektual oyunlar keçiririk. 10 illik təcrübəmizə arxalanaraq Bakıda, Sumqayıtda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən müəssisə və idarələrdə belə oyunlar keçiririk. Belə müəssisələrdən biri də “Azərikimya” İB-dir. Azərbaycan Respublikasının dövlət əhəmiyyətli günlərində “Azərikimya”da 20-dən çox müəssisə və idarələrinin iştirakı ilə intellektual oyunlar təşkil edirik. Hətta son tədbirlərimizə Bakı şəhərindən müəssisələr dəvət olunur. Tədbirimizi həmişə olduğu kimi giriş sözü ilə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı hörmətli Muxtar Babayev açır. Yüksək səviyyəli təşkilatçılıq, müasir aparat sistemi, heç bir gecikmə olmadan əyləncəli, şən, olduqca gərgin məcrada davam edən oyunumuzun sonunda Muxtar Babayev özü şəxsən qalibləri qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır. “Master intellektual klubu” olaraq təklifimiz ondan ibarətdir ki, cəmiyyətimizin, insanların, gənclərin maariflənməsi, asudə vaxtlarının səmərəli keçməsi, ölkəmiz, dünya haqqında daha çox məlumatlı olması aspektindən belə yarışların mütəmadi keçirilməsi məqsədəuyğundur.

    Lalə Bədəlova (H.Əliyev adına Bakı Neft Emalı zavodu):
    – Biz Bakıdan dəvət edilmişik. Əvvəllər “Azərikimya” İB tərəfindən gənclərə yönəlmiş bir çox yüksək səviyyəli tədbirlərin keçirildiyini eşitmişdik. Bu gün isə bunun canlı şahidi olduq. Yarış çox peşəkar səviyyədə təşkil olunmuşdur və burada iştirak etməkdən zövq aldıq. Tədbirin müxtəlif təşkilatlarda çalışan gəncləri əhatə etməsi, onları birləşdirməsi və tanış olub dostlaşmasına şərait yaratması, xüsusilə müsbət və ürəkaçan haldır. Sumqayıt gənclər şəhəri statusunu bir daha təsdiq etdi. Biz gələcəkdə daha çox bu qəbildən tədbirlərdə iştirak etməyi arzu edirik.

    Səma Əsədova (YAP Sumqayıt şəhər təşkilatı):
    – “Azərikimya” İB-də ənənəvi olaraq keçirilən bilik yarışı biz gəncləri olduqca sevindirir. Hər dəfə bu yarışlarda intellektual səviyyəmizi nümayiş etdirir, bilmədiklərimizi öyrənirik. Bu yarışda Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatını təmsil edirdik. Fikrimcə, bu yarışma əvvəlkilərdən daha çətin oldu. Çünki həm mövzular dərin, həm də rəqiblər güclü idi. Ancaq çətin mübarizənin qaliblərindən olmaq bizi daha çox sevindirdi. “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı cənab Muxtar Babayevə və yarışın təşkilatçılığında əməyi olan hər kəsə komandamız adından təşəkkür edirik.

    Əli Mirzəyev (QWERTY tədris mərkəzinin İcraçı direktoru):
    – “Azərikimya” İB-nin keçirdiyi bütün intellektul yarışlarda komandamız iştirak edir. Bu möhtəşəm təşkilatçılığı ilə seçilən yarışlar deyərdim ki, intellektual sferaya verilən ən böyük dəyərdir. Buna görə də biz yarışın təşkilatçısı olan “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri cənab Muxtar Babayevə QWERTY tədris mərkəzi adından təşəkkürümüzü bildiririk. Yarışların çox maraqlı keçməsi biz gəncləri xüsusən sevindirir.

    Anar Qəhrəmanov (“Asan Xidmət” mərkəzinin qrup rəhbəri):
    – “Azərikimya” İB-də keçirilən yarışla əlaqədar olaraq onu deyə bilərəm ki, bizim qrupun bütün üzvləri yarışdan sonra müsbət aura ilə “Asan Xidmət”ə qayıtdıq. “Xəmsə” intellektual oyunu çox gözəl və maraqlı təşkil olunmuşdu. Oyunda 20 komanda iştirak edirdi. “Xəmsə” klubunun bütün üzvlərinə öz təşəkkürümüzü bildiririk. “Asan Xidmət”in rəhbərliyi və kollektivi adından başda “Azərikimya” İB-nin rəhbərliyi olmaqla, bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildirir, belə yarışların tez-tez keçirilməsini və bizə də dəvət göndərilməsini arzu edirik.

    Gülnar Tanrıverdiyeva
    (QAC Sumqayıt şəhər bölməsinin gənclər üzrə təlimatçısı):
    – Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi “Azərikimya” İB-nin təşkil etdiyi bütün tədbirlərdə iştirak edir. Belə tədbirlərdən biri də “Breyn-rinq” bilik yarışmasıdır. Bütün bilik yarışlarında könüllülərimiz iki komanda ilə təmsil olunmuş və komandalarımızın ən azından biri ilk yerin sahibi olmuşdur. Ədalətli şəkildə keçən yarışlar çox yüksək səviyyədə təşkil olunur. Belə ki, sözün əsl mənasında, sağlam mübarizə gedir. Komandalarımızın hər ikisi, xüsusilə də qalib komandamız son yarışdan da çox gözəl təəssüratlarla ayrıldı. Belə maraqlı bilik yarışmalarını təşkil etdiklərinə görə kollektivimiz adından “Azərikimya” İB-nin rəhbərliyinə və təşkilatçılara minnətdarlığımızı bildiririk. Bu yarışlar mütəmadi olaraq keçirilsə, biz – Sumqayıt gəncləri bundan çox məmnun olarıq.

    ***

    Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə keçirilən “Breyn-rinq” və “Xəmsə” bilik yarışmalarının əhatə dairəsi getdikcə genişlənməkdədir. Artıq yarışlarda «Azərikimya» İB-nin idarə və müəssisələrinin təmsil olunduğu komandalarla bərabər, Bakı Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Qafqaz və Sumqayıt Dövlət Universitetinin, Fövqəladə Hallar Nazirliyinin Sum¬qayıt Regional İda¬rə¬sinin, H.Əliyev adına Bakı Neft Emalı zavodunun, YAP Sumqayıt şəhər təşkilatının, şəhər təhsil şöbəsinin, SOCAR-ın Təlim, Tədris və Sertifi¬kat¬laş¬dırma İda¬rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə və şəhər Polis İdarələrinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, “N” saylı hərbi hissənin, “Asan Xidmət”in və digər müəssisələrin komandaları da böyük istəklə iştirak edirlər. Bütün yarışlarda qalib komandalara «Azərikimya» İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitə¬si tərəfindən fəxri diplomlar və mükafatların təqdim olunması yarışlara marağı bir az da artırır.
    «Azərikimya» İstehsalat Birliyi Sumqayıt şəhərinin ictimai, mədəni və sosial həyatında yaxından iştirak etməyi, kimyaçıların və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirləri bundan sonra da davamlı olaraq həyata keçirməyi özünün prioritet istiqamətlərindən sayır.

    Rafiq Oday,
    Əməkdar jurnalist

  • Elnurə AĞAZADƏ.”Cəfər Cabbarlının “Oqtay eloğlu” əsəri haqqında”

    ea
    Mən inanmıram ki, Azərbaycanda dahi dramaturq Cəfər Cabbarlını tanımayan olsun. Ömrü qısa olmasına baxmayaraq, mərhum şairimiz incəsənətin bir çox sahəsində özünü sınamış və ölkəmizə öz töhfəsini bəxş etmişdir. O, nəinki şair, nasir, tərcüməçi, kinossenarist eləcə də kinosünas və teatrşünas idi. Cəfər Cabbarlı yaradıcılığı Azərbaycan kino və teatr sahəsinə misilsiz xidmət etmişdir. O, yaşadığı zaman çərçivəsində gördüklərini keçmiş və gələcək əhatəsinə salaraq real əsərlər yaratmışdır. Çox yaxşı bilirik ki, Cabbarlı realizm banisidir. Bu səbəbdən onun əsərləri hər zamana uyğun olmasına baxmayaraq, bu gün və əminəm ki, gələcək hər ildə öz aktuallığını qoruyacaqdır. Çünki daima xeyir şərlə mübarizə aparır. Nahaq çox zaman haqqı əzir. Arzular bəzən həyata keçməyərək xəyallarda yaşanır. Məhz bu səbəbdən “Aydın”, “Od gəlini”, “Aygün”, “Oqtay Eloğlu” və s. əsərlərə müraciət edərək səbrlə həyatımızı davam etməliyik. Cabbarlı əsərləri içərisində “Oqtay Eloğlu” əsəri xüsusi yer tutur. Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərini yazmasında məqsəd Azərbaycanda milli teatr yaratmaq arzusu idi. O, Oqtay obrazıyla öz arzularını həyata keçirmək istəyirdi. Oqtay pərəstiş etdiyi xalq səhnəsini yüksəltmək istəyir. Milli teatr yaratmaq üçün çalışır. Səhnəni bütün varlığı ilə sevir. Səhnədəki əsərləri tamaşaçıya canlı çatdırmaq üçün əməyini əsirgəmir. Başqa ölkələrdə teatrın inkişafı, yüksəlişini öz ölkəsindəki səhnəsində görmək istəyir. Səhnədə yad ölkələrdə olan qadınlar deyil vətən qızlarının da çalışmasını istəyir. Məhz bu səbəbdən Oqtay Tamaraya: – Bir qız yaratmaq üçün xalqın bütün ruhunu hissiyatını, tarixi adət və ənənəni görünməz incəliklərinə qədər bilməli, onun dərinliklərindən onun mühitindən çıxmalı, bəlkə bir azərbaycanlı olmalıdır. – dedikdə bu sözlərdə ürək yanğısı hiss olunur. Teatr səhnəsində aktyor və aktrisa səhnəni elə canlandırmalıdır ki, tamaşaçı komediyada içdən gülməli, traqediyada ürəkdən ağlamalıdır. Oqtay məhz dahi gözündə belə aktyor idi. Oqtay əsərdə yarandığı gündən bu günə kimi və hətta gələcək illərdə belə səhnə insanları üçün qəhrəman örnək olmalıdır. Bu gün texnikanın sürətli inkişafı sahəsində insanların teatra marağı azalmaqdadır. Bəzən isə teatra getdikdə aktyor obrazı bizi qane etmir. Əsərdəki qəhrəman səhnədəki obrazı tamamlamır. Sanki bu günki səhnəni görərək dramaturq Oqtayın dilindən Muğana səslənir: – Qara qaşlar, qara gözlər, al dodaqlar qızarmış yanaqlar, görmüsüzmü nə qədər gözəllik görünür. Fəqət o göründüyü kimi deyildir. Təbiət baqqalar kimi bizi aldadır. Sən onu olduğu kimi görmək istəmirsən. Bilirik ki, Azərbaycan şairlər, yazarlar yurdudur. Ədəbiyyatımız zəngindir. Lakin bəzən əsər kino və teatrda canlanmaq üçün elə bir insan əlinə düşür ki. Əsər öz dahiliyni itirir. Bu zaman Oqtay Eloğlu əsərində Tabarasanski kimi kefli rejissorlar İlyas Həsən kimi qumarbazlar yada düşür. Oqtay aktyor obrazıyla bərabər ürək yanğısıyla onların işini belə öz öhdəsinə götürmək istəyir. Oqtay: -Yaşamaq istəyirik yaratmalıyıq. İyirminci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilərsə bilsin. Mən bilmirəm.Yaşadığımız mübariz meydanlarının müxtəlif qazmaları var – deyərək səslənir. Əsərdə təkcə teatrı səhnəni yaşatmaq deyil, eyni zamanda bir sənətin vurğunu olan sənətkarı yaşatmaq amalı da vardır. Firəngiz Oqtayı bir sevgili kimi yox, bir sənətkar kimi yaşatmaq istəyirdi. Adətən incəsənət sahəsində bəzi insanları şöhrətə yüksəlmə, ulduz olmaq arzusu məhv edir. Mən deyərdim ki, Oqtay Eloğlu əsərində bu amac yoxdur. Bəs Oqtayın məhv olmasına səbəb nədir? Oqtayın saf, təmiz sənətinə, sevdiyinə olan sevgisi. Həqiqətin boğulmsı. Arzuların həyata keçməməsi. Yalanı həqiqət kimi qəbul etməyə məcbur olması. Bu səbəbdən o səhnə sonunda əli qanlı hayqırır: – Mən dünyada ədalət divanı adına bir şey tanımıram.Hamısı yalandır. Yalan deyir Şiller. Mən yenə ancaq bu zavallı xalqı tanıyır. Ona müraciət edirəm. Ona təslim oluram. Kimdir müqəssir? Yaşadaraq öldürən. Öldürərək yaşadan. Sevərək parçalayan parçalayaraq sevən. Əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Laki Cabbarlı əsərdə öz qəhrəmanını məğlub etsə də, real həyat üçün qalib etdi, yaşatdı Oqtayı. Onun milli dəyərlərimizə verdiyi dəyərli arzular həyata keçdi. Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında teatr ocaqlarımız var. Oqtay obrazı nəinki Azərbaycan səhnəsində xarici ölkələrdə belə sevilərək tamaşaçı sevgisini qazanır. Oqtayı hər an öz simasında yaşadan aktyorlarımız var. Nə qədər Azərbaycan səhnəsi yaşayır Oqtay və onun arzuları yaşayacaq.

  • Elnur RƏSULOĞLU.”Əliağa Kürçaylı poeziyasında tersina”

    et

    Avropa lirik janrlarından olan tersetin xüsusi şəkli – “tersina” italyan mənşəli “terzina”, “terzarima” sözləri ilə bağlı olub “üçüncü qafiyə” mənasını bildirir (Литературный энциклопедический словар. Москва, «Советская энциклопедия», 1987, стр.439). Tersinanın bütün üçlükləri bir-biri ilə xüsusi qafiyə bağlılığına malikdir. Belə ki, ilk bənddən başlayaraq hər bəndin ikinci misrası sonrakı bəndin birinci və üçüncü misraları ilə həmqafiyə olur. Axırıncı üçlükdən sonra ayrıca verilən tamamlayıcı xarakterli bir misra isə həmin üçlüyün orta misrası ilə qafiyələnir. Hər üçlük daxilində ilk və son misraların qafiyələnməsi də qeydə alınır. Məsələn, on üç misradan ibarət tersinanın qafiyələnmə modeli belədir: aba bcb cçc çdç d.
    Məşhur italyan ədibi Aligyeri Dantenin (1265-1321) “İlahi komediya” (1306-1321) əsəri tersina formasında yazıldıqdan sonra Avropada böyük əks-səda oyatmış, tersina geniş yayılmışdır. Bir çox Avropa xalqlarının ədəbiyyatında maraqlı tersina nümunələri yaradılmışdır.
    Poeziyamızda mükəmməl, bitkin tersina yaratmaq isə Əliağa Kürçaylıya (1928-1980) nəsib olmuşdur. Dünya poeziyasının yaradıcılıq təcrübəsinə, janr və üslub axtarışlarına yaxından bələd olan bu istedadlı şairin qələmindən bir sıra diqqətəlayiq sonetlər və tersetlər də çıxmışdır. Ə.Kürçaylı yaradıcılığında poeziyamız üçün çox nadir olan tersina ilə də rastlaşırıq. Elə buradaca xatırladaq ki, Ə.Kürçaylı özü tersina yazana qədər bu şeir şəklində qələmə alınmış ən irihəcmli və qiymətli əsərlərdən birini – A.Dantenin “İlahi komediya”sını həmin formada tərcümə etmişdir. O, bu tərcümənin müəyyən parçalarını hələ o vaxtkı Azərbaycan Dövlət Universitetinin – indiki Bakı Dövlət Universitetinin 1955-ci ildə çap etmiş olduğu müntəxabat vasitəsilə oxuculara çatdırmış, sonra “İlahi komediya”nın tersina formasında tərcüməsi üzərində gərgin yaradıcılıq axtarışlarını davam etdirmiş, əsər Azərbaycan dilində tam halda 1973-cü ildə işıq üzü görmüş (Aligyeri Dante. İlahi komediya. Bakı, “Azərnəşr”, 1973), 1988-ci ildə 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasının 20-ci cildi kimi ikinci dəfə nəşr edilmişdir (Aligyeri Dante. İlahi komediya. Bakı, “Yazıçı”, 1988). 1973-cü ildəki birinci nəşri əsasında təkrar çapa hazırlanmış poema Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (1961) “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Dünya ədəbiyyatı” seriyasından üçüncü dəfə işıq üzü görüb 25000 nüsxə həcmində ölkə kitabxanalarına hədiyyə edilmişdir (Aligyeri Dante. İlahi komediya. Bakı, “Öndər”, 2004). “İlahi komediya”nın uğurlu tərcüməsindən ilhamlanan Ə.Kürçaylı original tersina da qələmə almışdır. Onun böyük italyan şairinə həsr etdiyi “Dante” şeiri yüksək mövzu-ideya məziyyətlərinə malik mükəmməl tersinadır. Şeir on səkkiz üçlükdən və təkmisralı sonluqdan ibarətdir. Hər üçlüyün ikinci misrası sonrakı üçlüyün birinci və üçüncü misraları ilə həmqafiyədir. Sondakı tək misra da axırıncı üçlüyün orta misrası ilə qafiyələnmişdir. Beləliklə, bütün bəndlər zəncirvari qaydada bir-biri ilə bağlanmış, tersinanın bütün poetik forma xüsusiyyətlərinə əməl olunmuşdur. Onu da deyək ki, bu tersinanın ilk üçlüyünün birinci misrası axırıncı üçlüyün son misrası ilə, axırıncı üçlüyün əvvəlinci misrası isə ilk üçlüyün sonuncu misrası ilə eyni olmaqla sanki poetik zəncirin daha da tamlanmasına yönəlmişdir: aba bcb cçc çdç ded eəe əfə fgf gğg ğhğ hxh xıx ıiı iji jkj kqk qaq ala l. Şeirdə Dantenin keşməkeşli taleyi, məşəqqətli həyat yolu, narahat sənət axtarışları barədə dolğun bədii səviyyədə söz açılmış, dahi italyan ədibinin ömür və sənət dünyası barədə bitkin təsəvvür yaradılmışdır. Bu şeir həm də Ə.Kürçaylının Dantenin həyat və yaradıcılığına dərindən bələd olduğunu göstərir. Şeirin on ikinci üçlüyünün ortasındakı İtaliyanın klassik bədii söz ustadı Françesko Petrarkanın (1304-1374) sonetindən götürülmüş misra (“İstidən donardı o, soyuqdan yanardı o!”) da yerinə düşmüşdür. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”QAPILARI TAYBATAY AÇIN… QAPIYA ƏLƏM GƏLİR!”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Uşaqlıqdan hamı mənə qəribə baxırdı. Ailəmizdə dörd uşaq vardı. Ancaq məni kəndimizdə heç kim tanımırdı. Qapıya gələn qonaqlar mənim də qonaq olduğumu sanırdılar. O qədər qaraqabaq uşaq idim ki, bir dəfə qonşu qadınlardan biri demişdi:

    – Qızın baxışlarına bax, elə bil adamı parçalayacaq. Allah, sən saxla!

    O qədər ciddi və qorxulu baxışlarımın olmasını bilmirdim o günəcən… Və o sözü eşidəndə artıq 9-cu sinifdə oxuyurdum. Amma hələ kənddə məni üzdən tanıyan yalnız müəllimlərim və sinif yoldaşlarım idi. Adım isə… Adımı tez-tez eşidirdim:

    – Şəfa yenə olimpiadada yer tutub!-bunu günorta saat 12-də quzularını evə aparan Xanbaba dayı demişdi. Mən də çəpərimizə söykənib onun üzünə baxmışdım. Məni görməzdən gəldiyini sanmışdım, amma tez də yadıma salmışdım ki, axı, məni tanımır…

    – Şəfanın şeirini gördünmü, qəzetdə çıxıb!- məndən iki sinif aşağı oxuyan oğlan demişdi. Yenə üzünə baxmışdım. Məni tanımırdı…

    Və bütün bunlarla yanaşı yuxularımı danışmağa qorxardım. Çünki həmişə yuxuda gördüyümü danışanda nəsə olurdu. Bir dəfə yuxuda gördüm ki, bizim əldamının tavanı ilə divarın arasından bir əl uzanır içəriyə… Mən də qorxuram… Diksinib ayıldım. Amma susdum… Bu yuxunu da gizlədim. Az keçmədi, o əl yenə yuxudan oyatdı məni. Üçüncü dəfə görəndə qaçdım nənəmin üstünə. Yuxumu danışdım. Nənəm salavat çevirdi, anamı çağırdı:

    -Qapıya ələm gələcək. Qızın yuxusuna gəlibsə, gələcək. Hazırlıqlı olun.

    Oxuduğum kitab hələ yadımdadı: Cəmşid Əmirovun “Qara Volqa”sı… Qara paltarlı, qara papaqlı, ağ saqqallı, ağ saçlı, nurani bir qoca qapımıza gəlmişdi. Əlində uzun ağaca bağlanmış ələm…

    -Ay ev yiyəsi, ələmə nəziriniz var, onu çıxarın… Ay ev yiyəsi…

    Anam, nənəm əl-ayağa düşmüşdülər. Baba bir udum çay da içmədi.

    -Məni bura ələm gətirdi, nəziri verin, gedim. Ələmin yolu uzundu-dedi.

    Nəzirini alıb getdi… Və mən kitabımı yarımçıq qoyub küçəyə çıxıb onun arxasınca baxdım…

    QAZAXDA ÜZÜM… İSTƏDİM BİRİN ÜZÜM…

    2008-ci ildə Qazaxa ilk səfərim idi. Qıraq Kəsəmən kəndində İsrafil ağanın evinin divarlarına baxmağa gedirdik. Üzü Kürə tərəf dayandıq. Sağ tərəfdəki qırmızı başdaşıları marağımızı çəkdi. Məzarlığa yaxınlaşdıqca ürəyim xoflanırdı, gözlərim dolurdu… Və hər qəbrin ayaq ucunda balaca, üzü Kürə yuvalar vardı… Qəbirlərin arasında bir az hərlənib yolun soluna keçdik. Ucsuz-bucaqsız kimi görünən üzüm tənəklərinə baxdım… Yarpaqların arasındakı üzümlərdən birini üzmək istədim. Tənəyə çatmağa bir neçə addım qalmış kənd tərəfdən bir kişinin əllərini yelləyərək, qışqıra-qışqıra gəldiyini gördüm:

    – Ayəəə… Ay qızım… Ay uşaqq… Dəymə! Tənəyə dəymə! Dəyməəə!!

    İncimişdi ürəyim… Bir salxım üzüm nəydi ki, qıyılmırdı mənə? Kirimişcə geri qayıdıb yolun aşağı enən hissəsinə doğru yönəlmişdim. Kişi bizə çatanda əllərini dizlərinə dayayıb təngnəfəs halda dedi:

    – İncimiyin, ay uşaq. Biz bu vaxt üzümə əl vurmuruq. Saat 12 olanda, gün qızanda ilanlar Kürə tökülür, düz saat dördəcən, gün əyilənəcən suda olurlar. Biz də canımıza cəfa basıb üzümü yığırıq o günün duran vaxtında. Bu dəyqə o tənəkdə hər yarpağın altda bir ilan qıvrılıb yatır, əl uzatsan çalar, peşmançılıq olar…

    Kişinin gözlərində elə parıltı vardı ki… Canıma üşütmə düşmüşdü… O gözəl yay səhərində Kürün sahilində üşümüşdüm… Dişlərim dişlərimə dəymişdi… Yalnız indi yadıma düşmüşdü ki, uşaqlıqda nənəm bizə ilanın yuvasını göstərmişdi:

    – İlan yuvasını üzü suya tərəf eşir…

    Dönüb qırmızı başdaşılarına və onların ayaq ucundakı yuvalara baxmışdım…

    Kişi özünü dikəldib yolun Kürə enən hissəsinə gəlmişdi, əlini irəli uzatmışdı:

    – Qırılmışlar burdan tökülür çaya… İzlərinə bax, a qızım, elə bilmə qazaxlılar bir gilə üzümü qıymır sana!

    Torpaq yolun üzüaşağı millənən yerində ilanların izləri aydınca görünürdü… Hətta, aradabir köhnə qabıqları da vardı… O izlərə ayaq qoymağa cəsarətim çatmamışdı… Yolun çəmənlik hissəsi ilə İsrafil ağanın evinə getmişdik… Yanmış, qaralmış divarlara baxmışdıq… Əlimi o divarlara sürtmüşdüm… Əllərimin qarasına gözlərimin yaşı düşdükcə, damla-damla ağarmışdı ovuclarım…

    “MƏN NAĞILSIZ YATAMMERAM…”

    Qazaxda gecələmək istəmirəm o ilk və son gecədən bəri… Onda Qarahəsənlidə Xalıqverdi müəllimgildə qalmışdım. Gecəni yatmamışdım. Nənəmin danışdığı hekayəti dönə-dönə xatırlamışdım, Xalıqverdi müəllimlə necə qohum olduğumuzu düşünmüşdüm…

    Nənəm Hajımuğan qızı idi. Hajımuğan Göyçə gölünün o biri sahilində imiş. Sonradan bəri tərəfə keçib Hajımuğanlılar. Bu hadisə neçənci illərə təsadüf edir, bilmirəm, amma onları da yerindən-yurdundan edən ermənilər olub. Nənəmin danışdığı hekayət isə ondan da irəliyə dayanır.

    … Hajımuğanda iki nəsil arasında qan düşmənçiliyi düşür. Qanlı nəsildən biri köçünü tutub Arazı keçməyə qərar verir. Bu nəslin ən gözəl qızı kəndin sayılıb-seçilən nəslində gəlin olur. Təzəcə ana olan bu gəlinin qızına Narın adını verirlər. Gəlinin əri zahı gəlini kənddə qoyub özü sürünün başında dağa qalxır. Gəlinə xəbər çatır ki, nəslin-kökün, atan-qardaşın Arazı keçəcək. Uşağını qucağına alıb özünü atasının köçünə, anasının arabasına çatdırır. Əl çəkmir ki, mən də sizinlə gedirəm… Gəlinin ərinin arxasınca kəndin dəli-dolu bir oğlu at çapır, haray salır dağlara:

    – Gəlin Narını götürüb köçə qoşuldu, hey…

    “-Narın!”-deyə bir səs qopur gənc atanın sinəsindən… İlxının ən gözəl atını seçib köçün dalınca dəhləyir. Köç Arazı keçhakeçdə çatır. Köçə hay düşür. Gəlin atasına yalvarır ki, onu geri göndərməsin, nəsli-kökü olmadan yaşaya bilməz bu tayda… Gəlinin atası qılıncını sıyırıb irəli atılır:

    – Qızımı vermərəm!

    Gənc ata da başını dikəldir:

    – Qızımı vermərəm! – Əlini atıb arabadanca gəlinin qucağından Narını götürür, atın başını geri döndərir… Deyilənə görə, Narının atası ölənəcən deyərmiş:

    – Gəlinin harayı qulaqlarımdan getmir…

    Nənəmin anası idi körpəykən ana qucağından ayrılmış Narın… Xalıqverdi müəllim isə onun qardaşı idi… Və mən Qazax gecəsinin mistikasında illərin o tayına uçurdum… Bütün bu hekayəti gözümlə görürdüm… Yaşayırdım… Səhərin açılmasıyla başımı qaldırıb aynadan eşiyə baxırdım… Hələ onda bilmirdim ki, üstündən illər keçəcək, bir gün Qazaxlı Rüstəmin şeirini eşidəcəyəm: “Mən nağılsız yatammeram…” Mənsə… Mənsə, o mistik nağılla yatmamışdım… Özüm-özümə danışmışdım o nağılı…

    “MƏN RUH GƏMİSİYƏM…”

    Hər il martın 21-də Qazaxda “Səməd Vurğun-poeziya bayramı” keçirilir. 2014-cü ildə mən də getdim. Qoşdum nəfəsimi Qazağın dərviş havasına, qoşuldum Qazağın əhli-ürfanlarına… Üzdən tanımırdım deyə yavaşca Gülnar Səmanın qoluna toxunmuşdum:

    – Barat Vüsal hansıdır?

    Əliylə irəlini göstərmişdi… Ağsaçlı bir dərviş görmüşdüm elə bil… Boğazımda qəhər yığılmışdı… Ona yaxınlaşmaq, salam vermək o qədər çətin gəlmişdi ki, mənə… Yaxınlaşmamışdım… Karvan Ədəbiyyat Muzeyindən yola başlamışdı. Səməd Vurğunun poeziya evində hərəmiz bir şeir oxumuşduq. O qədər həyəcanlı və ağlamağa hazır idim ki, hansı şeiri oxuduğumu özüm də unutmuşam… Hələ də xatırlamıram… Ordan üz tutmuşduq Osman Sarıvəllinin və Eldar Nəsibli Sibirelin məzarını ziyarət etməyə… Orda da titrəmişdim… Gözlərimi yumub üzümü Qırmızı körpüyə tutmuşdum… Külək saçımı qarışdırdıqca ağlamışdım… Göz yaşlarımı küləyə vermişdim, hara aparır aparsın… Qayıdıb bir də Molla Vəli Vidadinin məzarını ziyarət etmişdik… Burda ağlamağı da bacarmamışdım… O qədər aciz idim ki, Qazax torpağında… Torpağın qarşısında aciz idim, havanın qarşısında ruhum bükülmüşdü… Gözlərimi hərləyib Barat müəllimi axtarmışdım… Bir kənarda durub gənclərə baxırdı. Baxışlarından bircə misra asılmışdı: “Mən Ruh gəmisiyəm, minin, di gedək!”

    YÖNÜNÜ GÜNƏ ÇEVİR!

    Hacı Mahmud Əfəndinin məzarını da ilk dəfə 2008-ci ildə ziyarət etmişdim. Ondan sonra yenə yuxularımda o yeri ziyarət edirdim. Balaca alaqapıdan içəri girirdim, türbənin qapısında isə dayanıb növbəmi gözləyirdim ki, girim ziyarət eyləyim… Yenə getdim… Bu qış… “Qışda İncə dərəsi gözəl olmur”-demişdi mənə bir İncəli balası… Yalan deyirmiş… Aslanbəylidə üzümüzə vuran seyrək qar dənələri də mistik bir gücün bizi qarşılamağının bəyazlığı idi… Hacı Mahmud Əfəndinin evi, müsafirxanası, həyətindəki niyyət ağacları, məscidin həyətindən, təpənin üstündən bütün kəndə açılan mənzərə… Elə bil uzaqlardan bir dərviş harayı gəlirdi qulaqlarıma: “Haydı, qalxın, ömrünüzün, ruhunuzun, nəfsinizin yönünü günə çevirin!” Əfəndimizin evindən məscidə olan bir neçə metrlik yolda dizlərim neçə dəfə bükülmüşdü… Özümü toxdadıb yerə çökməmişdim… İrəliləmişdim…

    Deyirlər ki, Seyid Nigarinin Amasyadakı türbəsini Hacı Mahmud Əfəndi tikdirib. Öz müəlliminin haqqını belə halal tutub…

    İncə dərəsində incələn hisslərimlə öz ustadımı- Sədnik Paşa Pirsultanlını xatırlamışdım…. Baş-başa verərək ağlaya bilərdik, ustad-şəyird ikimiz də… Elə ağlayardım ki… Dolmuşdum, amma ağlaya bilmirdim… Nəfəsimi içimə çəkib havanı dinləyirdim… “Haydı, qalxın, ömrünüzün, ruhunuzun, nəfsinizin yönünü günə çevirin!”

    Yönümü günə çevirməyə çalışmışdım… Bacarmışdım…

    SÖZ… SÖZ EŞİDİN!

    Qazax səfərində yol yoldaşımız Rüfət Axundlu idi… Və yolboyu ruh ətri gələn şeirlərini dinləyirdik… “Sol çiynindən mələkləri, Yıxasan, rahat olasan!”… Damcı-damcı yağan yağışda təkəmseyrək qar dənələri uçuşurdu, amma buna qar demək olmazdı… Damcı-damcı boğazıma yığılan qəhərin sellənməsini istəyirdim… Damcılıya gedirdim… İki sevənin ayrılığına ağlayan bu qayalarla birgə ağlaya biləcəkdim, əmin idim… Bu əminliklə ayağımı maşından yerə qoyan kimi əllərim əsmişdi… Qar bərkimişdi… Elə gözəl yağırdı ki… Çiynimizə yağan qara baxıb Rüfətin şeirini düşünürdüm, amma sağı-qolu qatmışdım… Damcılıda damcılayan “qayanın göz yaşları”na barmaqlarımın ucu ilə toxunmuşdum… Yenə titim-titim titrəmişdim… Gözlərimdən sellənən qəhərin qarşısını Avey dağı da kəsəmməzdi daha… Dodaqlarımı kilidləmişdim, amma ruhum canıma sığmırdı… Sonuncu hıçqırığı içimdə çəkdim… Ruhum acmışdı, ruhum… Söz axtarırdım, söz! İndi də Taleh Mansurun şeiri yadıma düşmüşdü: “Ruhun badəsinə söz süz!”

    Ya da Şahinə Könül demiş, şeir oxuyun, ay camaat, şeir!

    Oxumuşdum:

    Bu qışı da yola sal,
    Yazda özüm gələrəm…
    Bakı sənlə məğrursa,
    Gəncəylə sevgiliyəm…

    2015

  • “Həyatın yaşama düsturu… və yaxud Təvəkgül Məmmədovun ömür yolu haqqında düşüncələr”

    Tevekkul Memmedov

    Giriş

    Əslində hər bir insanın ömür yolu bir dastandır – ömür dastanı. Bu dastanın təməli insanın dünyaya gəldiyi andan qoyulur. İnsanın haqq dünyasına qovuşması ilə sona çatır. Əslində bu “sona çatır” ifadəsi də şərti xarakter daşıyır. Bu sonluq o insanlara aiddir ki, yaşadığı 60, 70, 80, 90, 100… illik ömründə özündən başqa kimsəni düşünməmiş, kölgəsindən heç kim bəhrələnməmişdir. Nə bir imkansıza əl tutmuş, nə bir yetimin başını sığallamış, nə də ətrafındakılarla xoş ünsiyyətdə olmuşdur. Belə insanlar üçün qonşuluq haqqı, qohumluq haqqı həmişə arxa planda olub. Belə insanlar dar düşüncəli olublar, burunlarından uzağı görə bilməyiblər. Ona görə də belə insanların ömür dastanı dünyalarını dəyişmələri ilə sona çatır. Amma yuxarıda sadaladığım məsələləri özündə əxz edən insanlar isə dünyalarını dəyişmələri ilə yeni bir yaşam qazanırlar. Çünki bu sayaq insanları xoş duyğu ilə, ehtiramla, kövrək və unudulmaz xatirələrlə mütəmadi olaraq xatırlayanların sayı minlərcədir, on minlərcədir. Bu insanların ömür dastanları adicə dastanlardan deyildir, bu dastan əbədiyyət dastanıdır. Xoş o adamların halına ki, elə sağlığında insanların qəlbində öz qranit heykəllərini ucaldırlar. Belə insanların nə yaşamaqdan qorxusu olar, nə də ölümdən. Çünki belə insanların üzərində Allah-təalanın xoş nəzəri həm bu dünyada olur, həm də axirət dünyasında. Tanrı belə insanları hələ sağlığında cənnətlə müjdələyir. Bəzən görürsən ki, deyirlər cənnət də, cəhənnəm də bu dünyadadır. Əslində bu məcazi anlam daşıyır. Bu o deməkdir ki, insan cənnəti də, cəhənnəmi də bu dünyada qazanır. Yəni özü ilə bu dünyadan aparır. Əməlisaleh insanlar, haqqı nahaqın ayağına verməyənlər, kasıb-kusuba, fəqir-füqəraya əl tutanlar, bütün məsələlərdə ədalətli hökm çıxaranlar, Allaha tapınanlar, etdikləri hər bir yaxşılığı Allahın rizası üçün edənlər özləri ilə cənnəti də bu dünyadan axirət dünyasına aparırlar. Bu sadaladıqlarımın əksini özlərinin həyat amalı seçənlər isə həm bu dünyalarına divan tuturlar, həm də o biri dünyalarına. Bir məsələni də unutmaq olmaz ki, insanın əməl dəftərinə yalnız özünün öz əli ilə sağlığında etdiyi yaxşılıqlar, xeyirxah əməllər yazılır. Dünyasını dəyişəndən sonra isə insanın nə özünün savab qazanmaq imkanı olur, nə də digərlərinin etdiyi yaxşılıqlar onun adına yazılır.

    Hədis
    Rəsuli-əkrəmin sağlığında bir nəfərin atası dünyasını dəyişir. Bu şəxsin böyük bir ərazini əhatə edən xurma bağı var idi. Günlərin bir günü bu şəxs gəlir peyğəmbərin yanına. Deyir ki, bəs mənim atam dünyasını dəyişib, mənim də böyük xurma bağım var, ağacların üstündə də tonlarla meyvə var. İstəyirəm ki, atamın qırxına qədər bu xurmaların hamısını onun məzarının üstündə paylayım. Necə bilirsiniz, bunun atama bir xeyri, savabı varmı? Peyğəmbər qayıdır ki, məsləhət görməzdim, amma yenə də özün bilən yaxşıdır.
    40 gündən sonra həmin şəxs yenə də peyğəmbərin yanına gəlir və deyir ki, dediyim kimi də etdim. Bütün xurmaları yığdırıb atamın qəbrinin üstündə paylatdım.
    Peyğəmbər bir az fikrə gedir və deyir ki, get ağacların altına, üstünə, anbarlara bax, nə qədər xurma tapsan götür gəl bura.
    Həmin şəxs evlərinə gəlir və başlayır deyilən yerlərə baxmağa. Nə ağacların üstündə, nə ağacların altında, nə də anbarda bir dənə də olsun xurma tapa bilmir. Anbardan çıxmaq istəyəndə görür ki, qapının arxasına bir xurma düşüb, üstünə də qarışqalar daraşıb, yarısını da yeyiblər. O, yarısını qarışqaların yediyi xurmanı götürüb peyğəmbərin yanına gəlir. Deyir ki, ya Rəsullullah, hər yeri axtardım, yalnız və yalnız bir dənə bu xurmanı tapdım, onun da yarısını qarışqalar yeyib. Peyğəmbər-xuda həmin şəxsin əlindən xurmanı alır və baş barmağı ilə şəhadət barmağı arasında tutaraq həmin şəxsə göstərir və deyir:
    – Əgər sənin atan sağlığında öz əli ilə bu xurmanı kiməsə versəydi, onun savabı sənin payladığın tonlarla xurmanın savabından daha çox olardı. Ona görə də sənin payladığın xurmaların savabı yalnız sənə məxsusdur, atana yox.
    Aqillər buyururlar ki, mərhəmətli və səxavətli olmaq, ehtiyacı olana əl uzatmaq, yıxılanın qolundan tutmaq, haqqı və ədaləti özünə bayraq etmək imkana bağlı olan məsələ deyil, yəni bunun üçün sənin külli miqdarda varının, dövlətinin olmasına ehtiyac yoxdur. Bu hiss, bu duyğu sənin könlündə, qəlbində, ürəyində olmalıdır, qanınla damarlarında dolaşmalıdır. Bu sayaq yaşamaq sənin həyat kredona çevrilməlidir. Əgər sən bu hissdən, bu duyğudan uzaqsansa milyonların da olsa oradan bir manat götürüb kiməsə verməyə əlin gəlməyəcək.

    Ömrü şöhrətləndirən məqamlar

    Birinci məqam insanın haradan gəlib hara getdiyini bilməsidir. Yəni, insan gərək heç kimin tanımadığı balaca bir kənddən çıxıb hamının tanıdığı böyük bir şəhərə rəhbərlik edəndə damarında, qanında, cismində, ruhunda o balaca kəndin havasının, suyunun, çörəyinin, torpağının ətrinin dolaşdığını unutmasın. Ucalığının kökündə o kəndin tozlu-torpaqlı, parlı-palçıqlı yollarının dayandığını yaddan çıxarmasın.
    Həkim-loğman Hacı Cəfər həkimin Təvəkgül müəllimlə bağlı yazısında hələ lap balaca olarkən qızlarından birinin Təvəkgül müəllimdən «Sizin kəndin adı niyə Azərbaycanın xəritəsində yoxdur?» deyə soruşduğu məqam mənə ustad şairimiz Məmməd Arazın bir hissəsini sizlərə təqdim etdiyim:

    Kəndim, balacasan, çox balacasan,
    Adın yox dünyanın xəritəsində.
    Atılıb qalmısan gözlərdən uzaq,
    Çaylı, baldırğanlı dağ-dərəsində.

    Qartal qıyıltısı dumanı dəlir,
    İnsan hikkəsinin sahili yoxdur.
    Nə yaxşı mürgülü, lal dərələrin,
    Sellərdən qüvvətli sahibi yoxdur.

    Bu, oğul səsidir! Götür dəftəri:
    Danışmaq da yükdür, susmaq da yükdür!
    Böyük dünyamızın kiçik dərdləri
    Böyük dərdlərindən daha böyükdür.

    Kəndim, – balacasan, çox balacasan!… – məşhur şerini xatırlatdı. Məmməd Arazın doğulduğu Nursu kəndinin adı dünyanın xəritəsində yox idisə də, poeziyası günəşə dönüb bütün dünyanı öz nuruna qərq etdiyi bir şair bəxş etmişdi cahana. Elə bir şair ki, əsrlər ötsə də bu günəşin parlaq şəfəqləri dünyanı öz nuruna qərq etməkdə davam edəcək.
    Təvəkgül müəllimin övladlarına – onun ömrünün mənası olan qızlarına üzümü tutub deyirəm: atanızın dünyaya göz açdığı Başkənd kəndi Azərbaycanın xəritəsində qeyd olunmayıbsa da və bu kənddə indi yaşayış yoxdursa da bu kəndin adı atanızın tərcümeyi-halında əbədi ünvan salıb və ötən bu illər ərzində bəlkə də min dəfələrlə müxtəlif mətbu orqanlarda işıqlandırılmaqla Azərbaycanda minlərlə insanın yaddaş tarixində özünə yuva qurub. Bununla isə hər iki mənada fəxr etməyə dəyər.
    İkinci məqam insanın vətəninə, millətinə, torpağına, dövlətinə, dövlətçiliyinə bağlı olmasıdır. Bu sevgini ürəyində yaşadanlar həyatda sözün müstəqim mənasındakı sevgidə də uğur qazanırlar. Bu sevgi, bu uğur da insanı hamının sevimlisinə çevirir. Belə sevgi sahibi olan insanlardan biri də Təvəkgül Yaqub oğlu Məmmədovdur.
    Təvəkgül müəllimin əmək fəaliyyətinin ən qaynar dövrləri ulu öndər Heydər Əliyevin 34 illik gərgin və keşməkeşli, eyni zamanda vətəni, milləti üçün şərəf salnaməsi olan fəaliyyəti dövrünə təsadüf edir. Bu illər ərzində Heydər Əliyevi özünə həyat idealı seçən Təvəkgül Məmmədov həmişə – istər onun respublikaya rəhbərlik etdiyi ilk dövrlərdə, istərsə Moskvadakı fəaliyyəti dövründə, istərsə də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdığı, Azərbaycanı düşdüyü bəlalardan xilas etdiyi illərdə ondan bəhrələnməyə çalışmış, tapşırıq və göstərişlərini, tövsiyələrini özünün fəaliyyət istiqaməti kimi qəbul etmişdir. Təsadüfi deyildir ki, Təvəkgül Məmmədovun Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək ali təhsilli kadr kimi daha qaynar həyata atılmasının tarixi də 1969-cu ilə, Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi ilə təsadüf edir. Məhz elə bunun nəticəsidir ki, Təvəkgül Məmmədov yarım əsrlik əmək fəaliyyəti dövründə harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq, insanların ümid və pənah yerinə çevrilmiş, onun adını tutub gələnlər o ünvandan heç vaxt naümid qayıtmamışlar.
    Vətəni sevmək, onun hər qarışını müqəddəs bilmək imandandır – deyir Təvəkgül müəllim. Təvəkgül müəllimdə yerliçilik anlayışı yoxdur. Kim vətənini, torpağını sevirsə, prezidentinə, gerbinə, bayrağına, himninə sevgi və rəğbət bəsləyirsə, işində məsuliyyətlidirsə, ətrafındakılarla xoş rəftar qurmağı bacarırsa, o, Təvəkgül müəllim üçün, hansı bölgədən olmasından asılı olmayaraq, ən doğma, ən əziz, ən hörmətli adamdır.
    Üçüncü məqam insanın ya göründüyü kimi olması, ya da olduğu kimi görünməsidir. Əslində əsrlərin sınağından keçib gələn bu aforizmin kölgəsində çox mətləblər gizlənir. Bura saxtakarlıqdan uzaq, sadiq, dəqiq, vaxta və sözə bütöv, haqqı, ədaləti özünə bayraq edən, hər hansı bir addımı atmamışdan öncə vicdanının səsinə qulaq asan, hər cür fitnə-fəsaddan, saxtakarlıqdan uzaq olan bir insan obrazının tərifidir bu aforizm. Bu aforizm həm də həyatın yaşama düsturudur.
    Əslində, öncə «həytın varolma düsturu» ifadəsini işlətmək istədim. Sonra fikrimi dəyişdim, çünki var olmaq hələ yaşamaq demək deyil. Var olub da bu dediklərimizin hər hansı birini özündə əxz etmədən də həyatda mövcud olmaq mümkündür. Ancaq bu yaşamaq sayılmaz. Bu sadəcə kortəbii və digər canlılardan fərqli olmayan bir ömür sürməkdi. İnsan o zaman böyük olur ki, ən ali məqama yetişəndə belə sadəliyini, səmimiyyətini, təbiiliyini qoruyub saxlaya bilsin. Onda sevgi də, hörmət də, izzət də, ehtiram da, şan-şöhrət də özü gəlib səni tapacaq. Bax bu illər ərzində biz Təvəkgül müəllimi – Təvəkgül Yaqub oğlu Məmmədovu belə gördük – sadəliyində bir ucalıq, ucalığında bir sadəlik gəzdirən böyük vətən oğlu kimi.
    Dördüncü məqam tabeliyində olanların ürəklərində sənə qorxudan çox sevgi, hörmət və ehtiram hissi bəsləmələrinə nail olmaqdır. Bu da təbii ki, hər rəhbər işçiyə qismət olmayan bir məqamdır. Tale Təvəkgül Məmmədovun bir də onda üzünə gülüb ki, direktor işlədiyi vaxtlarda da, şəhər icraiyyə komitəsində çalışdığı dönəmlərdə də, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi illərdə də tabeliyində olan bütün işçilərin, eyni zamanda bütün şəhər ictimaiyyətinin hörmətini, sevgi və rəğbətini qazana bilib. Bu sevgi insanların qəlbində bu gün də yaşayır, sabah da yaşayacaq, əminəm ki, hətta gələcək nəsillərin də ürəklərinə ötürüləcək. Çünki bu insanların hər birinin taleyində Təvəkgül Məmmədov tərəfindən bu və ya digər formada bəxş olunmuş sevinc payı var.
    Fəaliyyətinin bütün dönəmlərində Təvəkgül müəllim üçün insan amili ön planda olub. Onun fikrincə işçi üçün normal iş şəraiti yaradılmalı, yaxşı maaş almalı, ruhən, mənən, cismən sağlam və problemsiz olmalıdır ki, yaxşı işləyə, öhdəsinə düşən işi problemsiz, vicdan və məsuliyyətlə yerinə yetirə bilsin. Bax, yuxarıda sadaladığımız sevginin mayasında, qayəsində, Təvəkgül müəllimin işçilərə məhz bu yanaşması dayanır.

    ***

    Əslində ömrü şöhrətləndirən məqamların sayını istənilən qədər artırmaq olar. Amma mən buna ehtiyac duymadım. Ancaq onu deməyə ehtiyac duydum ki, daha hansı məqamlardan söhbət açsaydıq orada Təvəkgül müəllimin ünvanına yetərincə xoş söz demək üçün səbəbimiz olacaqdı.
    Bir-iki kəlmə də “Həyatın yaşama düsturu” kitabı ilə bağlı demək istəyirəm. Bu kitab Təvəkgül Məmmədovun halal-hümbət haqqıdır. Əslində onunla bağlı yazılanların hamısını bir araya gətirmək mümkün olsaydı, bəlkə də bir neçə kitab ortaya gələrdi. Ancaq mən bunlarla kifayətləndim. Çünki elə bu kitabda yazılanlar yetərlidir ki, hamının tanıdığı, hamının hörmət bəslədiyi, hamının ehtiram göstərdiyi Təvəkgül Yaqub oğlu Məmmədovu dəyərli oxucular da yetərincə tanıya bilsin.
    Onu da deməyi özümə borc bilirəm ki, müdrik el ağsaqqalı Təvəkgül Məmmədun ömür yolu bir həyat məktəbidir. Bu məktəbdən öyrəniləsi çox şeylər var.
    Üzümü sabahın qurucuları olan gənclərimizə tutub deyirəm: gələcəyinizi xöşbəxt görmək, həyatınızı yaxşı yaşamaq, yüksək mövqe tutmaq, vətənə yararlı vətəndaş, ailəyə xeyirli övlad olmaq, el arasında alnıaçıq, üzüağ və nəhayətdə sözün həqiqi mənasında şərəfli bir ömür yaşamaq istəyirsinizsə bu məktəbdən bəhrələnin.

    Rafiq Oday 2

    Rafiq Oday,
    Respublikanın Əməkdar jurnalisti

  • «Azərikimya» İB-də Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Breyn-rinq” bilik yarışı keçirilmişdir

    1000

    SOCAR-nin «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Breyn-rinq” bilik yarışması keçirilmişdir.
    “Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, YAP Sumqayıt şəhər təşkilatının, şəhər təhsil şöbəsinin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İda¬rəsinin Sumqayıt TəlimTədris Mərkəzinin, H.Əliyev adına Bakı Neft Emalı zavodunun, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, “N” saylı hərbi hissənin, “Asan Xidmət”in və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qatılmışdır.
    Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Breyn-Rinq” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilən, üç mərhələdən ibarət olmaqla dörd saata qədər davam edən bilik yarışmasında yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
    «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutmuş komandaların üzvlərini təbrik etmiş, onlara yeni-yeni qələbə sevincləri arzulamışdır.
    Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunmuşdur. Həmçinin Bakı Ali Neft Məktəbinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə görə mükafatlandırılmışdır.

    Ərşad Bayramlı
    Vüqar Abdullah (foto)

  • Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək

    reklam

    17-19 dekabr 2015-ci il tarixlərində Bakı şəhərində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”Uşaqlığı istəmirəm”

    sx

    Ətrafımdakı insanların, demək olar ki, 90%-i zamanla uşaqlığını xatırlayır. Atdığı addımları, dediyi sözləri, hətta danışdıqları hadisə baş verərkən yediyi yeməklər belə yaddaşlarında. Anam rəhmətlik hər zaman uşaqlığından danışırdı. Və xüsusi qeyd edirdi ki: ” o zaman mənim iki yaşım var idi. Çünki atam hələ sağ idi”. Həmişə belə insanlara həm həsəd aparmışam, həm də təəccüblənmişəm. Bu yaxın günlərdə də bir gənc qızın yazısını oxudum. Küçədə gedən uşağı öz uşaqlığına oxşatması, onu körpəliyinə qaytarması, düzü, mənə çox maraqlı gəldi. Desəm ki, mən uşaqlığımı, demək olar ki, xatırlamıram, bu sizə gülməli gələr. Ancaq mən nəinki uşaqlığımı, hətta məktəb illərimi də xatırlamıram. 18 yaşıma qədər olan həyatım sanki beynimdən silinib. Universitet həyatına başladığım gündən bu günə qədər olan həyatım isə hadisələrin baş vermə saatına qədər yaddaşıma həkk olunub.
    Psixologiya fənnini keçəndə (qeyd edim ki, ən sevdiyim və yaxından maraqlandığım bir sahədir)uzunmüddətli və qısamüddətli yaddaş keçirdik. Həmişə belə bir misal çəkirdik ki: “Ahıl insanların cavanlığında baş verən hadisələr onların uzunmüddətli yaddaşlarına, indiki hadisələr isə qısamüddətli yaddaşlarına həkk olur. Ona görə də onlar cavanlıqlarıyla bağlı hər şeyi xatırlayırlar, bu günü isə unudurlar”. Bəs mənimlə baş verən bu halın adı nədir? Bu sualın cavabını tapmağı çox istərdim. Apardığım kiçik araşdırmadan belə başa düşdüm ki, belə xəstəlik mövcud deyil. Bəlkə də, bu yeni bir xəstəlikdir, bəlkə də, köhnədir, amma tibbə məlum deyil.
    Çox insan “kaş ki yenə uşaq olardım, o günlərə dönərdim” deyir. Zamanlararası pəncərədən uşaqlığına boylanan, həsədlə baxan, geri dönməyi arzulayan o qədər insan var ki. Bu istək mənə o qədər uzaqdır ki. Hərdən mənə də sual verəndə ki,: “ uşaqlığa dönmək istərdin?”, elə kəskin formada “YOX” deyirəm ki, sanki ürəyimə dərin iz salan bir uşaqlıq yaşamışam. Lakin belə deyil. Xatırlamadığım üçündür. Həmişə uşaqlığı ya çox xoşbəxt, ya da çox yoxsulluq, acı içində keçən insanlar daha çox o günləri xatırlayırlar. Mən normal, yəni qeyri-adi olmayan bir uşaqlıq keçirmişəm. Bəlkə, ona görə belə unudulub? Bir də 32 ili yenidən yaşamağı gözə ala bilmərəm.
    Mən uşaqlıqda böyüməyə çox həvəsli olmuşam. Özümdən böyük bacılarıma həsəd aparırdım. İstəyirdim mən də tez böyüyəm. Bu düşüncələr yadımdadır, ancaq hadisələr yox. Bəlkə də, bu hər uşağın istəyidir, ona görə yadımdadır. Bəlkə də, bunu istədiyimi də bilmirəm. Düşünürəm, yəqin, belə düşünmüşəm. Deyəsən, bir az qəliz danışdım. Uşaqlıq xatirələrimdən elə çox danışıblar ki, hərdən gözümün önündə hadisələr canlanır. Amma onları yaşadığımı xatırlamıram. Necə ki, bir əsər oxuyanda hadisələri göz önündə canlandırırsan, eləcə də bu. Sanki yadımdaymış kimi xatırlayıram. Amma əslində xatırlamıram. Nədənsə, mənim uşaqlıq şəkillərim də bir o qədər yoxdur. Bəlkə, yaddaşdan silinən uşaqlığın bununla bir əlaqəsi var? Uşaqlığımla bağlı xatırladığım məqam yalnız budur: “Aş” sözünü düzgün tələffüz edə bilmirdim.(Amma indi elə bir problemim yoxdur) Bacılarım həmişə mənə deyirdilər: “De görüm “aş””,deyirdim “as” və mənə gülürdülər. Bəs bu bir o qədər özəl olmayan hadisə niyə yaddaşımdadır? Bəlkə də, uşaq qürurumun zədələndiyi üçün unudulmayıb…

  • Günel ƏLİYEVA.” Tanrıya əmanət ol, Şuşam!”

    gunel

    Soyuq qış fəsli ,zülmət bir gecə. Göylər ah çəkir ,buludlar ağlayır .İntizar nəğməsi oxuyur təbiət .Şuşa daş qəfəsdədir .Elə hey qolundakı zəncirləri qırmağa çalışır. Qəlbimə hökm edən Vətən sevgisi ,yurd eşqi cəsarətləndirir məni ,güc verir qollarıma .’’Mən Şuşamı xilas etməliyəm ‘’deyərək ona tərəf yollanıram . Elə bu an qeybdən bir səs eşidilir .Bu səsdə bir doğmalıq hiss edirəm .Ona tərəf gedirəm. Nurani simalı ,məğrur dayanan bu şəxs Ümummilli liderimiz Heydər Əliyevdir .
    Biz Şuşanı, biz Qarabağı azad edəcəyik. Azərbaycanın zəfər səsi bütün dünyaya ,kainata yayılacaq .
    ‘’İrəli bax ‘’-deyir bu səs mənə .Tezliklə bu körpüdən keçib gedəcəyik Qarabağımıza .Sevincimdən elə surətlə qaçaraq keçirəm ki ,bu körpüdən. Bu körpünün hər qarışı Vətən eşqindən tikilib sanki. İrəli gedirəm. Qarşıda gözəl bir mənzərə açılıb.
    Cıdır düzü ,Topxana meşəsi insan izdihamına şahidlik edir. Xarıbülbülün ətri, təbiətin palitrası ,al -əlvan rənglərin parıltısı, quşların ecazkar səsi göz oxşayır .İsa bulağından süzülüb gələn dürr kimi su dərdimizi -qəmimizi yuyub aparır .Qarabağ şikəstəsini dinləyirik .Uzun ayrılıqdan sonra yenidən vətənimizin torpağına ayaq basmaq nə böyük səadətdir, ilahi! Anamız kimi qoynuna alır ,əzizləyir bizi Ana Vətənimiz .Qələbənin sevinci ürəklərimizə xoşbəxtlik toxumlarını səpir .
    Güllər -çiçəklər füsunkar təbiət mənzərələri də sanki xoşbəxtliyimizə şərikdirlər .Onlar da sevincimizə şahidlik edir.
    Qəfil bir səsi məni yuxudan oyadır, televizorun səsi .Mavi ekran .Diktor qız xəbərlər proqramını təqdim edir.
    ‘’ Bu gün Şuşanın işğal olunduğu gündür ‘’cümləsi bir andaca məni öz təsiri altına alır .Qəhər boğur məni .Yuxumdakı Şuşanı xatırlayıram .’’Məni xilas edin’’- deyə qolundakı zəncirləri qırmağa çalışırdı Vətənim. Fəqət ,o yuxunun sonunu xatırladıqca inamın artır ,qəlbimdəki ümid çırağı yanır. Ümummilli liderin sözləri yadıma düşür .’’Biz Şuşamızı azad edəcəyik ‘’.
    Şuşam, sənə məktub yazıram. Bu məktubu tezliklə oxuyacağına inanıram .
    Ey Vətən, anamız qədər doğma ,Vətən !Dilimizdə ən müqəddəs kəlməmiz sən , sevgiylə döyünən ürəyimiz sən, damarlarımızdan axan qanımız sən .
    Sənsiz çox darıxmışıq .Torpağın ,daşın üçün .Sənin hər qarışın üçün .
    Ciyərlərimizə çəksək Qarabağın havasını üşüyən ruhumuz isinər bir andaca.
    Sübut et dünyada öz varlığını,
    Daim zirvələrdə ol ,Azərbaycan!
    Fitnəkar siyasət yeridənlərə
    Layiqli cavabın ver ,Azərbaycan!
    Hicran birdəfəlik yad olsun sənə,
    Qələbə Qarabağa aparsın səni.
    Üçrəngli bayrağın qürur hissiylə,
    Əbədi zirvəyə ucaltsın səni.
    Bilirəm ,sən də yolumuzu gözləyirsən .Övladlarından ayrı düşən ananın fəryadını ,naləsini anlamaq çətin deyil ki .
    Səbr et ,Şuşam ! Qəlbimizə hökm edən vətən sevgisiylə ,vətən eşqiylə sənə doğru gələcəyik .Həsrətin bitdiyi ,vüsalın başladığı yerdə görüşəcəyik . O vaxtadak Tanrıya əmanət ol, mənim Şuşam!
    GÜNEL ƏLİYEVA
    Laçın rayonu, E Əliyev adına Fərəcan kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyaytı müəlliməsi

  • Günel ƏLİYEVA.”Sənsizlik ölkəsində”

    10933953_1576747282561262_5520400822900165830_n

    Yollar keçilməz ,əyri ,keşməkeşli olsa da nə fərq edər ki? Bu gediş səni sən ola bildiyin, nəfəs ala bildiyin bir mənzilə aparacaqsa ,döngələrin tərsliyində sadəcə ayağın büdrəyər. Fəqət , ürəyinin sürəti daha böyükdür və o səni heç vaxt yarı yolda buraxmaz .Hamar, düz, yollar səni getdiyin məsafələr boyu rahat edər, bəlkə də ,ayağın büdrəməz ,yıxılmadan ,dayanmadan gedərsən .Amma bu yolun sonunda qaranlığa qərq olacaqsansa ,bax o zaman elə ilişib qalarsan ki ,keçmişində, geridə. Ürəyinin sürəti də səni aparmaz irəli .’’Dur’’ deyər ,’’dayan’’,’’ getmə’’ deyər .Səni yolundan edər qəlbinin səsi .Yox ,əslində bu səs könlünü sızladan ağrılarının ,acılarının səsidir .
    Qışqırmaq ,haray çəkmək istəyərsən, amma köhnə keçmişini ,toza batmış xatirələrini təzə gələcəyinə dəyişəcək qədər güclü olmazsan .
    Zahirində bəxtəvər göründüyün qədərdirsə daxilindəki bədbəxtliyin səni heç bir hamar yol özünə tərəf çəkə bilməz .İstəməzsən içərisində köhnə xatirələrinin də olduğu təzə mənzilini .
    Sən sən ola bilməzsən, sən dəyişə bilməzsən. Dəyişmək vəfasız olmağı ,dəyişmək sədaqətsizliyi özündə ehtiva edir bəzən .Geyimini, libasını ,hətta yerişini, duruşunu da dəyişə bilərsən, amma gözlərindəki kədəri, həsrəti yalnız ürəyindən gələn sevincin, səadətin dəyişə bilər .
    Əllərini uzadarsan, salamlaşarsan yeni həyatınla ,yeni dünyanla, o səni gülərüzlə qarşılasa nə mənası var ki ,qəlbinin gözləri bir nifrətli baxışda ilişib qalarsa. Amma o nifrət deyil səni özünə çəkən, o nifrətin arxasından boylanan hərarətli sevgidir səni yolundan edən .
    Sən yaxşı yolçusan, yollar əyridir .
    Sən yaxşı oyunçusan. Hakim ədalətsizdir.
    Sən yaxşı insansan. Həyat vəfasızdır .
    Yağmur hara getsə də bütün vücudu kimi ürəyini də daşıyırdı özüylə yeni həyatına .Və elə buna görə də yeni mənzilində belə köhnə xatirələrində ilişib qalırdı. Sevdiyi ölkə, işıqlı yollar, xatirələr bir də tənha qadın .Ürəyiylə ,ruhuyla -hər şeyiylə keçmişdə qalan qadının xatirələri onu heç bir zaman tərk etməyəcəkdi. Xatirələr vəfalıydı ,kaş ki ,onlar da insanlar kimi vəfasız olsaydı. Kaş ki …
    Bəzən eşitməsinlər deyə səssiz- səssiz ,bəzən də elə hönkür- hönkür ağlayarsan. Ayağa qalxmaq istəyərsən. Sinəndə döyünən ürəyin düz qamətini elə əyər ki .Getmək, bir yerlərə, sonsuzluğa ,nəhayətsizliyə ,bəlkə də ,bir boşluğa getmək istəyərsən .
    Kimsəsizlər ölkəsi olsa kaş ki, sən də orada kimsəsizliyindən əmin olaraq heç kimin olmadığını bilə- bilə yaşayasan. Ehh… Bu arzuların da bütün arzuların kimi məzara gömüləcək .Həm də diri -diri .
    Hər kəsin ola- ola kimsəsiz yaşamaq, nəfəs almadan, ürək döyüntülərini ,əllərini ,ayaqlarını ,varlığını hiss etmədən sadəcə yaşlanarasan, qocalar içində bütün diləklər ,ağarar zil qara ümidlərinin saçı. Hər kəs üz çevirər dişləri tökülmüş, üzü qırışmış ümidlərinə. Gözəl qadınlar kimi vazkeçilməz olsaydı kaş ki, ümidlərin də .
    ‘’Bəlkələr ‘’ümidlidir,’’ kaşkilər’’ heç olmasa .
    Ayağa qalx ,qamətini düzəlt! Heç vaxt, amma heç vaxt ,təslim olma !Boyun əymə ,qulu olma çarəsizliyin .
    Sənə dünyanın ən ağır işlərini gördürər, əgər çarəsizliyin köləsi olarsansa bir gün.
    Günəşə bax, ondan asılıb qalsın baxışların ,ona bənzəsin ondan ilham alsın varlığın .
    Çıxar əyninə dar gələn ‘’Əzab’’ adlı libasını, o səni naraht edəcək ,bütün vücudunu sıxacaq
    Allahım, mən nə günah işlətdim ki, bədəli bu qədər ağır oldu .
    ‘’Sus’’ ağlama deyən dillər ağlatmamağı bacarsaydılar kaş ki .Gözlərimin yaşını silsəm də sel axını dayanmaz ki .Tükənməz ki, bu yaşlar .Axı o yaşlar mənbəyini qəlb evimdən alır .Qəlbimin yaşlarını öz əlim silə bilməz ki.
    Yağmur ruhunun yaşı cisminin yaşından böyük olan, sözdə gənc ,əsl həqiqətdə isə yetkin insan idi .
    Ümidsizlikdən ümid yaradacaq qədər böyük qadın .Onun böyük ,əlçatmaz arzuları başqasının ən kiçik arzusu idi .
    Yoxluqda deyil ,çoxluqda tənha olmaqdır bədbəxtlik .Hər kəsi vardı yanında dostları ,tanışları ,qohumları, yaxınları .
    Məsafələr yaxın olsa nəyi dəyişər ki ?Ruhlar, könüllər bir- birindən uzaqda olarsa.
    Dünyanın neməti süfrənə düzülsə də yeyə bilmədikdən sonra ondan doya bilmədiyin kimidir həyatın, hər kəskin var ,hər şeyin var ,amma sadəcə kənardan baxarsan onlara.

  • Konstitusiyamız–öyrənək və öyrədək

    Azərbaycan Konstitusiyası – xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun təcəssümüdür
    Konstitusiya dövlətin ali qanunudur, ən yüksək hüquqi qüvvəyə malikdir. Respublikanın ərazi bütövlüyünü, müstəqilliyini, xarici və daxili siyasəti özünün sərbəst şəkildə qurmasını elan edən bir sənəd olmaqla, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını özündə cəmləşdirir. Konstitusiya həmçinin hökumət qanunlarının külliyyatı olaraq, hökumətin fəaliyyətini, insanların cəmiyyətdə və bir-birinə münasibətdə mədəni-əxlaqi davranışlarını nizama salır. Konstitusiya yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydaları özündə ehtiva etməklə iki əsas növə ayrılır. Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur. Yazılmamış konstitusiyalarda isə ali qanuni normalar çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub. Dünyada Azadlıqların Böyük Toplusu (Magna Carta) adlı ilk Konstitusiya 1215-ci ildə İngiltərədə qəbul olunub. İlk yazılı ali qanun isə – 1787-ci il sentyabrın 17-də qəbul edilən, bir sıra dəyişikliklərlə bü gün də qüvvədə olan ABŞ Konstitusiyasıdır.
    Azərbaycana gəlincə isə, bildiyimiz kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Buna görə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir.
    Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da əvvəlkilər kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi. Bu Konstitusiyada dövlət dili haqqında maddə yer alanda Sovetlər İttifaqının on beş respublikasından yalnız ikisində – Gürcüstan və Ermənistanın konstitusiyalarında dövlət dili haqqında maddə var idi. Qalan respublikaların heç birinin konstitusiyasında dövlət dili haqqında maddə nəzərdə tutulmamışdı. Hətta Baltikyanı respublikaların konstitusiyalarında belə, dövlət dili haqqında maddə yer almamışdı.
    Bu Konstitusiyada “Azərbaycan SSR-in milli-dövlət və inzibati-ərazi quruluşu” fəslinə dil haqqında xüsusi maddə əlavə etmək məqsədəuyğun sayıldı və 73-cü maddə aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu sənədin qəbul edilməsi Ulu öndər Heydər Əliyevin timsalında Azərbaycanın o dövr üçün çox mühüm nailiyyətlərindən biri və ən önəmlisi idi. Bu isə o deməkdir ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın dahi oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtidadi-siyasi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönləndirilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.
    Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən və Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı və Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqın-da” Konstitusiya Aktı – müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.
    Azərbaycanın böyük dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə söykənə-rək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən bu Konstitusiya xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun və təntənəsinin təcəssümü olmaqla, xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Bu Konstitusiya respublikada yaradılan demokratik, hüquqi, dünyəvi dövlətin hakimiyyət və idarəetmə orqanlarının əməli fəaliyyətinin hüquqi bazası oldu.
    1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i respublikamızda Konstitusiya günü elan edilmişdir.
    5 bölmədən, 12 fəsildən, 158 maddədən və keçid müddəalarından ibarət olan Konstitusiyamız xalqın iradəsini ifadə edərək dövlətimizin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən etmiş, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratmışdır.
    Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası özündə – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ali hiss və ülvi niyyətləri birləşdirir.
    Dünya təcrübəsi göstərir ki, Konstitusiya uzun müddət üçün qəbul olunsa da, həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzim-lənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən əsas qanunda da dəyişiklikləri zəruri edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişiklik, 2009-cu ildə isə 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilmişdir. Bu əlavə və dəyişikliklər Konstitusiyanın qəbulundan sonrakı dövrdə ölkəmizdə demok-ratiyanın sürətli inkişafından irəli gəlməklə, onların çox hissəsi respublikamızın Avropa Şurası kimi mötəbər beynəlxalq quruma tamhüquqlu üzv kimi qəbul edilməsi və ölkəmizin bu qurum qarşısında götürdüyü bir sıra öhdəliklərlə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması məqsədi ilə bağlı olmuşdur.
    Fəxarət hissi ilə demək olar ki, 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsi idi. “Demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz”, – deyən Ulu öndər Heydər Əliyev sonrakı mərhələlərdə Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı vəziyyətə diqqət çəkərək deyirdi: “Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşatdıq və bundan sonra da yaşadacağıq.”
    Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ən etibarlı tərəfdaş ölkələrdən biri hesab olunur. Azərbaycanın Avropa dövlətləri və Avropanın, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətlərini ölkəmizin dünya iqtisadiyyatında, beynəlxalq münasibətlərdə, o cümlədən regional problemlərin həllində oynadığı və bundan sonra oynayacağı rol müəyyənləşdirir. Azərbaycan öz səlahiyyətinə aid olan hər hansı bir hərəkəti etdiyinə görə heç bir beynəlxalq təşkilat qarşısında məsuliyyət daşımır və heç kəs onu günahlandıra bilməz.
    Azərbaycanda demokratik proseslərin getdikcə dərinləşdiyi, hüquqi dövlət və vətən-daş cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə Konstitusiyanın əsas müddəalarının həyata keçirilməsi, respublika həyatının bütün sahələrinin yeniləşməsində onun açdığı geniş im-kanlardan hərtərəfli istifadə olunması hər bir Azərbaycan vətəndaşından böyük səy və məsuliyyət tələb edir. Bu baxımdan qarşıda duran ən mühüm vəzifə olaraq hər bir ölkə vətəndaşının cəmiyyətimiz, ümumi inkişafımız naminə gündəlik həyat və əmək fəaliy-yətində Konstitusiyanın əsas prinsiplərini rəhbər tutması, onun verdiyi vətəndaş təminatlarından böyük fayda ilə bəhrələnməsi xüsusilə əhəmiyyətli və vacibdir. Konstitusiyamız hərtərəfli islahatların, modernləşmə xəttinin hüquqi bazası olaraq xalqımıza və dövlətimizə xidmət edir. Heç də təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk konstitusiyasının 1-ci maddəsinin I bəndində Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqının olması bəyan edilir, 4-cü maddəsində isə xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa, heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ olmadığı göstərilir.
    Tarixi təcrübə sübut edir ki, hər bir xalqın milli müstəqilliyə qovuşması üçün əlverişli siyasi mühit və milli iradənin olması vacib şərtlərdəndir. Bu gün Ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı, onun müdrik, uzaqgörən xarici və daxili siyasətini özünün siyasi kursu elan etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi və əhalinin sosial rifahının daha da yüksəldilməsi yolunda səmərəli fəaliyyətində daim ölkəmizin ilk demokratik konstitusiyasının müddəa və prinsiplərinə əsaslanır, onun verdiyi hüquqların reallaşmasına çalışır. Bu gün iftixar hissi ilə demək olar ki, artıq Azərbaycanda hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.
    Bununla belə, bu gün əksər vətəndaşların konstitusiya və onun cəmiyyətdəki rolundan xəbərsiz olması, bu ali sənədin öyrənilməsi üçün ciddi addımların atılmasına və bu sahədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və sair maarifləndirici tədbirlərə duyulduğundan xəbər verir. Bu baxımdan, müstəqil dövlətimizin möhkəmlənməsi və tərəqqisi yolunda şagirdindən, tələbəsindən tutmuş aliminə, siyasətçisinə qədər Azərbaycan cəmiyyətinin hər bir üzvü, hər bir Azərbaycan vətəndaşı yeniləşən cəmiyyətimizin bütün sahələrində Konstitusiyamızdan irəli gələn vətəndaş vəzifələrinin həyata keçirilməsində fəal iştirak etməlidirlər. Bunda da məqsəd ondan ibarətdir ki, hər bir şəxs insan hüquqlarının həyata keçirilməsində və qorunmasında öz məsuliyyətini dərk etsin və bu işə öz töhfəsini versin.
    Sonda xalqımızı Konstitusiya günü – bu möhtəşəm bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hər bir Azərbaycan vətəndaşına uzun ömür, can sağlığı diləyir, respublikamızın uğurlu sabahı və işıqlı gələcəyi naminə yeni-yeni uğurlar arzulayıram.

    Rafiq Oday,
    Respublikanın Əməkdar jurnalisti

  • Estetik dəyərlərin harmoniyasına çağdaş baxış

    teranexanim

    Təranə Turan RƏHİMLİ,
    filologiya üzrə fəlsəfə doktoru, dosent

    “Estetik dəyərlərin harmoniyası” bütün dövrlərdə cəmiyyətdə diqqət mərkəzində yer alan bir məsələ olmayıb, amma bu harmoniya bir qanunauyğunluq kimi bəşər tarixinin bütün mərhələlərində mövcud olub. Ədəbiyyat, musiqi, təsviri sənət bəşəriyyətin ibtidai dövrlərindən başlayaraq müəyyən harmoniya ilə inkişaf edir. Bu günkü gəncliyi həmin harmoniyanı dərkə çağırış, onların diqqətini bu əhəmiyyətli mövzuya yönəltmək, konkret layihə çərçivəsində tədbirlər həyata keçirmək təqdirəlayiq işdir. Dünya Gənc Türk Yazarlar Birliyinin bu sahədə atdığı ilk addım gələcəkdə incəsənət sahələrinin qarşılıqlı yaradıcılıq əlaqələrinə çox əlavələr edəcək, ümumilikdə ədəbi-mədəni əlaqələrin intensivləşməsinə, yeni bir məzmun qazanmasına öz töhfəsini verəcəkdir.
    Estetik zövqü müəyyənləşdirən çoxsaylı amillər içərisində konkret yaradıcılıq sahələrinin – musiqinin, təsviri sənətin və ədəbiyyatın üzvi bağlılığı elə vəziyyətdədir ki, onlardam biri həmişə qeyri-ixtiyari digərini xatırlatmağa xidmət edir. Biri digərini öz mahiyyətində yaşadır. Çünki, şair kimi bəstəkar da, rəssam da ahəngin övladıdır, onları həyəcanlandıran, yaradıcı təxəyyülünü hərəkətə gətirən, yaratmağa sövq edən amillər, səbəblər eynidir. Böyük bəstəkar Frans Şubert deyirdi ki, “yaxşı musiqi əgər təkcə yaxşı musiqidirsə – o yaxşı musiqi ola bilməz.” Bu fikir belə bir həqiqəti diqtə edir ki, yaxşı musiqi bizim xəyallarımızı alıb uzaqlara aparırsa, düşüncələrimizə yeni nəsə əlavə edirsə, yaddaşımızda bir roman qədər dərin iz buraxırsa, o ədəbiyyat kimi zəngin və geniş məzmunludur. Yaxud konkret həyat lövhələrini bütün rəngarəngliyi ilə gözlərimiz önünə gətirirsə, burada yaxşı musiqi həm də rəssamlıqdır.
    Eyni paralelləri bədii fikrin, yaxud rəssamlığın digər incəsənət sahələri ilə əlaqəsi baxımından da izah etmək olar. Təbiətdən doğma səsləri ayırıb müəyyən ahəngə gətirən, bu ahəngi təntənəli surətdə ictimaiyyətə təqdim edən, insan düşüncəsinə sözlərlə təsir göstərən şair də, bu səsləri rənglərin dili ilə danışdıran rəssam da, onları notlara köçürən bəstəkar da eyni məharətin sahibidirlər. Təsadüfi deyil ki, dünya mədəniyyəti tarixində ədəbi istedadı ilə tanınan böyük sənətkarlar incəsənətin digər sahələrində də məharət göstəriblər. Görkəmli rus yazıçısı A.S.Qriboyedov həm də bacarıqlı bəstəkar olmuşdur. Onun yazdığı valslar indi də çalınmaqdadır. M.Y.Lermontov həm də mükəmməl karikatura ustası idi. Yapon ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatçısı K.Yasunari həm də rəssam təxəyyülü, peşəkar fotoqraflıq məharəti ilə tanınırdı. Vəfatından sonra onun Kamakuradakı evindən tapılan, yazıçının pərəstişkarlarını daha bir istedadı ilə heyrətdə qoyan çoxsaylı əsərləri bunun bariz örnəyidir. Yaxud əksinə, rəssam, bəstəkar fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla məşğul olan sənətkarlar çox olmuşdur. Tanınmış rus rəssamı V.Q.Perov həm də yazıçı idi. Onun Moskva həyatından bəhs edən hekayələri dəyərli bədii örnəklər kimi dönə-dönə çap edilmişdi. J.J.Russo həm yazıçı, həm bəstəkar, həm də böyük filosof kimi tanınırdı. A.Kunanbayev yazıçılıqla bərabər bəstəkarlıqla da məşğul olub. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov həm də böyük yazıçı və tənqidçi idi. Bu kimi misalların sayını kifayət qədər artırmaq olar. (daha&helliip;)

  • DGTYB “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə ilə…

    dgtyb

    (AzGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun çərçivəsində 05.11.2015-ci il tarixdən başlayaraq, 3 gün ərzində silsilə tədbirlər keçirildi: Gənclərə Yardim fonduna, rəhbərliyine, sayin Fuad bey Mamedova, sayın DGTYB məsləhət şurasının rəhbəri Əkbər bəy Qoşalıya, layihə rəhbəri Əfsanə xanima dərin təşəkkürlərimizi bildiririk..
    – 05.11.2015 “Estetik dəyərlərin harmoniyası” adlı “Dəyirmi Masa” – “HƏDƏF” Kurslarının Mərkəzi Qərargahında həyata keçirildi, ənc rəssamlar, gənc yazarlar və bəstəkarlar bir araya gəlmişdi. Dəyərli Əkbər bəy Qoşalı, Əfsanə xanım Qıpçaq və Şəmil Sadiq çıxış edərək bu layihənin əsl hədəfini açıqladı.
    – 06.11.2015 “Ədəbiyyat, Musiqi, Təsviri sənət: Gəncliyin peşəkarlıq arayışı” – Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev ad. Konfrans Salonunda yenidən hər kəs bir araya gəldi, gənclərin Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik haqqında olan fikirləri yenidən özləri tərəfindən açıqlandı, hər kəs mahnı, şeir və rəsmlərini nümayiş etdirdi. Bəstəkar Sevinc Tofiqqızı dahi liderimiz mərhum Heydər Əliyev haqqında bəstələdiyi bir semfonini nümayiş etdirdi. Bədii qiraətçi Ülkər Piriyeva qarşıdan gələn Bayraq günü münasibətilə hər kəsi təbrik edərək, dəyərli şairimiz Ramiz Qusarçaylıdan Azərbaycan bayrağı şeirini səsləndirdi. Hörmətli əkbər Qoşalı Və layihə rəhbəri Əfsanə xanım yekun çıxışlarını edərək gənclərə uğurlar arzuladı. Sonda xatirə fotosu çəkdirildi.
    -06.11.2015 Uluslararası Aktivist Sənətçilər Birliyi Azərbaycan Təmsilçiliyinin “ART-Qalareya”sında sənət müzakirələri “Manqal” restoranının salonunda tədbirin davamı oldu. Burada da, Təbrizdən gələn qonaqlarımız sazlı, sözlü hədiyyələrlə bizləri bu gözəl layihə münasibətilə təbrik etdilər.
    07.11.2015 Azərbaycanda Atatürk Mərkəzinin Konfrans Salonunda yekun dəyərləndirmə – silsilə tədbirlərin “Qapanış Toplantısı” heyata kechirildi. Atatürk mərkəzində isə, hər kəs bir araya gəldi. (AzGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun çərçivəsində həyata keçirildi. Tədbirdə hörmətli Fuad Mamedov, Hörmətli Əkbər Qoşalı və bir çox dəyərli insanlar çıxış edərək bu layihənin davamlı olmasını və gələcəkdə də, gənclərdən layihə halına salınmış yeni ideaların həyata keçirilməsində ümidli olduqlarını qeyd etdilər. Ən sonda isə, 3 gün ərzində iştirak edən hər bir gənc və qonaqlar “Onur” və “Qatılım Bəlgəsi” ilə təltif olundular. Layihə rəhbəri Əfsanə xanıma dərin təşəkkürlər.
    Qeyd edək ki, layihənin yekunu olaraq, gənc yazar, bəstəkar və rəssamların əsərlərindən ibarət toplu gələn ay ictimaiyyətə təqdim olunacaq.

  • “Xoşbəxtliyimizin müjdəçisi-Üç Rəngli Bayrağımız…”

    “Bayraq sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. “Hələ min il bundan əvvəl böyük türk dilçi alimi Mahmud Kaşğarlının məşhur “Divanü- lüğət -it – türk” əsərində bu söz müasir dilimizdəki mənada və BAYRAK – BATRAK fonetik variantlarında qeydə alınmışdır.
    Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
    Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur.
    Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
    Hər bir halda, dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli bayrağımız dövlətimizin varlığını bütün dünyada təsdiqləyir. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq.
    Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxr – fəxarət mənbəyidir. Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün özyüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir. Hər bir müstəqil dövlətin tanınması üçün dövlət rəmzləri zəruridir. Azərbaycan dövlətinin də müstəqilliyini simvolizə edən öz bayrağı, gerbi və himni var. Qoy daim zəfər soraqlı olsun üçrəngli bayrağımız!!!

    Ülkər Piriyeva

  • Şüvənəlogiya (satirik, yumoristik yazı)

    1620
    Ağrımayan başı ağrıdan, qanamayan yeri yaraya çevirən və qan çıxardan, problem olmayan yerdə problemi yaradan, mübahisəni başlayan və həll edilməsini istəməyən və qarışqadan fil düzəldən şəxsə şüvən deyilir.
    Şüvən salanları, şüvənləri və şüvən vəziyyətini, şüvən prosesinin yaranmasını, predmetini, obyekt və subyektlərini, həlli yollarını öyrənən elmə şüvənəlogiya deyilir.
    Bu elm Şərqdə yaranmışdır və konfliktologiyanın və insanlar arası münasibətlər sahəsində fəlsəfənin əsasını təşkil edir.
    Şüvən salan, qoparan adam, onun şüvənində iştirak edən hər kəs, hər bir canlı şüvənəlogiyanın əsas subyektidir.
    Bu elmin predmeti şüvəndir. Şüvən vəziyyəti şüvən qoparanın haqlı və ya haqsız olaraq yaratdığı vəziyyətdir.
    Bu elm ta qədimdən yaranmışdır, Adəm və Həvvadan bu günümüzədək gəlib çıxmışdır. İnsan dil açıb danışmağı, heyvan kimi qışqırmağı, anqırmağı, əcaib səslər çıxarmağı bacaran andan bu elm öz əsasını qoymuşdur.
    Bu elmin obyekti şüvənə səbəb olan istənilən mövzu və obyekt ola bilər. Şüvənin həll edilməsi yolları hələ tam öyrənilməmişdir. Çünki şüvəni qopardan və şüvən prosesində iştirak edən subyektlər şüvənin qopardılma səbəbini tam dərk edə bilmirlər ki, onu də həll etsinlər.
    Şüvəni adətən nadan adam edir, şüvən qopardığı mövzunun məğzini bilmədən şüvən qopardır və mübahisə edir.
    Şüvən qoparan adətən mədəniyyətsiz adamdır, çünki şüvən isterikasız ötüşmür və qeyri-etik davranış və sözlərlə müşaiyət olunur.
    Şüvən qoparan digərlərini eşitmir, eşitmək istəmir və digər subyektlərin fikirləri ilə hesablaşmır. “Özü deyir, özü eşidir” prinsipi ilə şüvən işini aparır.
    Məzmunundan və mövzusundan asılı olaraq, şüvənqoparanlar bir neçə kateqoriyaya bölünür:
    1. Vətənşüvənlər-vətəni haqda ətraflı, tam məlumatı olmayan, himninin sözlərini bilməyən, oxumağı özünə rəva bilməyən, tarixindən xəbərsiz olan, gerbinin nə ifadə etdiyini anlamayan, bayrağını tapdalayan, tərs asan, düz tutmayan, rəng və simvolların nə məna daşıdığını bilməyən kəsin “Vətən-Vətən” deməsi, “Qarabağ” şaxsey-vaxseyini anlaya bilmirəm və anlamaq istəmirəm. Ay yazığın balası, heç bilirsən ki, Qarabağ harada yerləşir, hansı rayon və şəhərləri var, işğal altında hansı yerlərdir, hansı tarixlərdə işğal olunmuşdur, İrəvan, Borçalı mahalı da bizimdir, Cənubi Azərbaycan da bizim Vətənimizdir?!Bilmirsən?!Heç təəccüblənmədim! Təəccüb etdiyim, boş-boş bağırmağın, yalançı ürək yanğısı, ictimai təqdimat və reklam xətrinə, başqasından geri qalmamaq üçün etdiyin hərəkət və dediyin sözlər çox sünidir, inandırıcı deyildir. Sən vətənindən xəbərsiz VƏTƏNŞÜVƏNsən!
    2. Dinşüvənlər-oxuduğunuz səhv tərcümə və təfsir edilmiş, təhrif olunmuş, mənasını dəyişmiş dini kitablarınızdır, məqsədiniz ölkə qanunlarına zidd gedərək dünyavi-demokratik ölkədə insanların konstitusiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarını əllərindən alıb, insanlara şəriət qanunlarını sırımaq, onları idarə etməkdir… Məhərrəmlik ayında bədəninə ağır zəbələr endirmək, saçlarını yolmaq, özünü döyüb, qanını axıtmaqla deyil, din və insanlıq! 3 gündən artıq yas saxlayan dindarlarımız, gedin təhsil alın, savadlanın, elmə yiyələnin! Ölkəmiz tolerant və multikultural dəyərlərə malikdir… Şəriət qanunlarını gedin öz ailənizdə tətbiq edin, ən azı orada bəlkə sözünüz keçər, kiçik dövlətinizdə… Gedin, bir, iki nəfər səviyyəsiz radikal düşüncəli dini liderlərinizin dediklərinə avamcasına inanın, şəhid olun, bəlkə cənnətə düşməyə bilet qazanarsınız… Səndən əsl insan çıxmaz, sən nadansan, DİNŞÜVƏNsən! Ac toyuq yuxusunda darı görər! Sizdən biri olmayana, sizin kimi düşünməyənə “kafir” deməyiniz, bilirsiniz nəyə oxşayır?! Pişiyin əli ətə çatmayanda, deyir, ət iylənib, köhnəlib! Sizin kimi “dindar”olmaqdansa, “kafir” olum. Siz cənnətə düşsəniz, yetər, siz olan cənnətə düşmək istəmirəm, cəhənnəm əsl yerimdir mənim…
    3. Pulşüvənlər- pulun qədrini bilən və bilməyənlərdir. Qədrini bilib “Simic şüvənlər”, “Pulum var, vermirəm, borcum var” deyib, özünü göstərir, acıq verir əks cəbhədə olanlara, pulu olmayıb, acından axşam yuxudan oyananlara! Ya da ki, “Pulum yoxdur, nə istəyirsən məndən?! Pulun varsa, mənə də ver!” deyən ağlayanlar da var… Pulun qədrini bilməyənlər “xeyirxah dəli, əliaçıq sadəlövh”lərdəndir ki, onlar da “sağa-sola pul paylayır”, sonra da pulu qurtaranda, özü başlayır, şüvən qopardaraq, dilənməyə, borc verdiyi adamlardan borcunu geri almağa çalışmağa! Qorxmayın, ağlamayın! Qorxan gözə çöp düşər! Özü yıxılan da, ağlamaz!Şüvən qopartmayın, mənasızdır, sən korlar, karlar, lallar məmləkətindəsən!PULŞÜVƏNsən!
    4. Dilşüvənlər– Nə doğma dilinin, nə də əcnəbi dilinin, qrammatik, leksik, orfoqrafik, fonetik qaydalarını bilən, nə də normal danışıq, yazı yazma qabiliyyəti olan insanların dil üstündə şüvən qoparmasını qəbul edə bilirəm! Bir cümləsində 3 dilin sözünü işlədən şəxs, doğma dilini qorumayan, doğma dilinə hörmət etməyən şəxs necə əcnəbi dili qoruya, sevə və o dilə hörmət edə bilər?! Uşaq qədər də olmadıq, onları da korladıq, gözünü açandan öyrədirik əcnəbi dilləri, öz dilini öyrənməmiş, irad və tənqidləri nəzərə almırlar, başqasında belə uşaq görəndə, şüvən qoparırlar, doğma dilləri yada düşür, vətənpərvərlik sevgisi və vicdan oyanır! Gülüncsünüz! Əcnəbi dil bilmək yaxşıdır, amma öz dilini mükəmməl bil, öz dilində mükəmməl yaz, danış, sonra! Öyrən rusca, ingiliscə, almanca, möhtac olma dilmanca… Öz dilinə, soy kökünə lağ eləmə… Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçər! DİLŞÜVƏNsən!
    5. Şəkilşüvənlərən – müasir şüvənsalanlar qrupudur, hara getdi-getmədi, hər yerdə şəkil çəkdirməlidir, özü də fərqli pozalarda… Sonra da paylaşmalıdır sosial şəbəkə, səhifələrdə, like yığmalıdır, likeların sayını saymalıdır, gündəmdə qalmalıdır. Tağ, check in i şəkilsiz etmək inandırıcı olmaz deyə, hökmən ən azı tağ, check in etdiyin yerdə şəklin olsun, həmin yerin bütün bucaqlarında şəkil çəkdirəsən, pulsuz reklam edəsən həmin yeri… Sanki müştəri yığırsan ora! Ucuz ətin şorbası olmaz! Getdiyin yerdə bir şəkil çəkdirsən, məncə yetərlidir, selfie isə az çəkin, bəzi selfielərdə çox qorxunc, gülünc və faciəvi drama qəhrəmanı kimi düşürsünüz… Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi… Sizin şəkilləriniz də dəlinin quyuya atdığı daş kimidir… ŞƏKİLŞÜVƏNsən!
    Bu vaxtadək şərq dünyasında şüvənəlogiya konfliktologiyanın əsası olaraq araşdırılmadığından, şüvənin psixoloji təbiəti öyrənilmədiyindən konfliktlər həll edilməmiş qalır və artamağa doğru gedir. Şüvən qoparanlar, Sizdən soruşuram: Şüvən qopartmaqla, nə qazanırsınız?! Ağlınız artır?!

  • Təranə NAZİMQIZI.”VAQİF BƏHMƏNLİ TÖHMƏTƏ LAYİQDİRMİ..?”

    ts

    Son günlər ədəbi mühitdə tanınmış şair Vaqif Bəhmənliyə verilən töhmət məsələsi gündəmi zəbt etmişdir. Məni də mütəəssir edən bu məsələyə fikir bildirməyi özümə borc bildim. Mədəniyyət Naziri Əbülfəz Qarayev cənabları şair olmaqla yanaşı Vaqif Bəhmənlinin vəzifəsini nazərə almadan, deyilişi ağır səslənən töhmətə imza atmışdır. Görəsən qələm yoldaşımızın günahı nə olub, deyə maraqla izlədim. Sən demə, Vaqif Bəhmənli mədəniyyət nazirimizi vəsf edərək onun şəninə şeir həsr edib. Mən bir qələm əhli kimi hörmətli nazirimizə sual edirəm: ”Nə vaxtdan axı kiməsə şeir vəsf etmək qanun çərçivəsində qadağan olunub? Soruşmaq istərdim,cənab Nazir, siz də işgüzar görüşlər zamanı tez-tez Prezdentimizlə qarşılaşmalı olursunuz. Sizin də hər kəlmənizdə Prezdentə hörmət və ehtiramdan bəhs olunaraq, şəninə mədhedici ifadələr yağdırmısınız. Belə çıxır ki, Prezdent də sizin haqqınızda vaxtında lazımı tədbir görüb, ya sizi işdən azad etməli, ya da mədhiyyələrinizə görə şiddətli töhmət verməli idi ki, siz niyə onun siyasətini tərif edirsiz?? Sorusmaq istərdim, hamımızın sevimlisi, dünya siyasətçisi Ulu Öndərimiz Heydər Əliyevin adına azmı şeirlər yazılıb, mahnılar bəstələnib?! Bütün bunlara rəğmən o alicənab insan bunlara necə rəğbətlə yanaşıb və səmimi münasibət bildirib. Siz isə, deyək ki, adi bir nazir olaraq tanınmış bir şair Vaqif Bəhmənlini MƏDDAH kimi cəzalandırırsınızsa, bəs sizi kim cəzalandırsın?
    Əslində mən qələm dostumuzu bəzən qınayıram, bəzən də yox. Qınayıram ona görə ki, ona üzqarası olan şeri qələmə alanda düşünməliydi. Onun kimi tanınmış bir qələm əhlini ithaf şeir yazmağa nə idi məcbur edən?!. O yetərincə özünə, işinə sadiq və diqqətlə yanaşmağı, ictimaiyyət içində istənilən qədər hörmətə sahib olan bir şəxsiyyətdir. Bəzən qınamıram, ona görə ki, bu yaxınlarda Mədəniyyət Nazirliyinin xətti ilə Vaqif Bəhmənlinin “Yubileyi” qeyd edilmişdir. Lakin yerinə düşər və tam səmimiyyətlə qəbul edək ki, bu Vaqif Bəhmənlinin həm nazir işçisi kimi, həm də şair kimi öz halal haqqı idi. Doğrudur, düşünmək olar ki, Vaqif Bəhmənli həmin şeri o səbəbdən qələmə alıb ki, Əbülfəz bəyə sanki öz borcunu qaytarsın. Qələm adamının başqa nəyə gücü çatar ki?! Bu mənim şəxsi fikrimdir. Lakin şair unudub ki, onun hörmətli naziri həmin şeirə tamamilə başqa yöndən yanaşıb. Belə ki, cənab nazir ədəbi tarixi bildiyi üçün (belə demək mümkünsə) gözünün önünə Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, “Əkinçi” qəzetində dərc edilən məqalə və şeirləri gətirib və düşünüb ki, Vaqif Bəhmənli də öz şeri ilə sətiraltı Mədəniyyət nazirimizdən məqsədyönlü istəyi olub. Görünür, Vaqif Bəhmənli öz nazirini yetərincə tanıaya bilməyib. Nazir də özlüyündə dərk edib ki, şeirdə bəhs edilən xüsusiyyətlərə layiq deyil və daxilindəki ikrah hissi onu belə addımı atmağa sövq eləyib. Şair də də düşünməyib ki, nazir şeri belə anlayar.
    Mən Vaif Bəhmənlinin adını eşidib, şeirlərini oxumuşam, şəxsən tanışlığım yoxdur. Lakin yazıb töhmət aldığı şerlə tanış oldum. Bu şeirə görə onu baltalayan “qələm dostları” çox oldu. Amma mənim fikrimcə şair istər onun naziri, istərsə də onun istəkli qələm dostlarını bir daha yaxşı tanımsını istərdim. Çünki unutmasın ki, yıxılana balta vuran çox olar.
    Əzizimiz Vaqif müəllim! Heç də ruhdan düşməyin. Verilən bu töhmət Mədəniyyət Nazirinin təkcə sizə yox, həm də bütün qələm sahiblərinə ünvanladığı tohmət və hörmətsizlkidir. Sizi şəxsi mənada yetərincə tanımasam da, yazar kimi sizin düşdüyünüz vəziyyət məni qeyzləndirdi və qərara aldım ki, fikirlərimi mətbuatla çatdırım.
    Hörmətli nazirimiz, Əbülfəz bəy! Qələm əhlini rəzil etməyin, bu addımı atmağa mədəniyyət naziri olaraq qəti şəkildə birmənalı olaraq haqqınız yoxdur. Ən azı düşünmək lazım idi. Siz bu gün bir nazir, o isə nazir işçisi olmaqla yanaşı, xalqın sevimli şairidi. Vaqif Bəhmənlinin Elə bir şairə Mədəniyyət Naziri tərəfindən töhmət verilməsi hansı mədəniyyətə uyğundur?! Nəinki Vaqif Bəhmənlini, onsuz da həssas və qəlbi yuxa şairləri, dərd köynəyini əynindən çıxara bilməyən yazar əhlini bu addımınız çox sarsıtdı. Unutmayın ki, araşdırma apardığım müddətdə heç də Vaqif müəllim haqqında mənfi fikir və rəyə rast gəlmədim. Bu isə onun bir daha ictimaiyyətdə qazandığı yüksək nüfuz sahibi olmasından xəbər verir. Onu tanıyanlar əyilmədən bu yolun yolçusu olduğunu, qürur və mənsəb sahibi olmasını tam əminliklə vurğulayırlar. Unutmyın ki, Vaqif müəllim bu şeiri yazmaqla MƏDDAHLIQ yox, sadəcə özünü sizə borclu qalmamaq tərəfindən çıxış etmişdir.!

  • Allahverdi Bağırov

    Аллахверди_Багиров

    Allahverdi Teymur oğlu Bağırov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə,Qarabağ Ağdam futbol klubunun yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna, Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Ən böyük hərbi uğuru 1992-ci il 12 iyundə Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olmuşdur. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olmuşdur.Ailəli idi, bir oğlu iki qızı var.Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
    Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Allah rəhmət eləsin.

    Mayisə ƏSƏDULLAQIZI,
    Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”Axirətdən gələn pul

    sx

    Mən gözümü açıb atamı şagird hazırlayan görmüşəm. Hər gün eyni vaxtda qapı döyülərdi. Bir andaca dəhliz ayaqqabılarla dolardı. Anam da onların arxasınca ayaqqabıları cütləşdirib, səliqəyə salardı. Yağışlı, palçıqlı günlərdə o ayaqqabıların ətrafı iki-üç dəfə silinərdi. Hələ qarlı, şaxtalı havalarda anam onlara atamın diliylə desək “ pürrəngi” çay da verirdi. Atamınsa bir qolunda təzyiq ölçən aparat sallaq olurdu. Ya anam, ya biz tez-tez təzyiqini ölçürdük. Ayaqları isə isti su ilə dolu olan vedrədə. Bu cür pul qazanırdı mənim atam. Hər gün dörd nəfər bir evdən Bakıya yollanırdı. Bir şəhərdən başqasına getmək yetərincə maddiyat tələb edirdi. Dördümüz də Universitetdə oxuyurduq. Ən az pul mənimlə ortancıl bacıma verilərdi. O zamanın diliylə desək, “ üç məmməd”.
    Mən Universiteti bitirdiyim il atam qəfildən dünyasını dəyişdi. Bizim də dünyamız tar-mar oldu. Anam ağlamaqdan gözlərini kor etdi. Bir gözü tamamən tutuldu. Hər gün onun ağlamaq səsiylə oyanırdım yuxudan. O zamanlar vəziyyətimiz heç də yaxşı deyildi. Mən Universitetləri bitirib evdə işsiz oturmuşdum. Hər gün kimlərdənsə mənim işim üçün zəng gözləyirdik. Gözümüz telefonda qalmışdı.
    Bir gün də səhər yenə anamın ağlamaq səsinə oyandım yuxudan. Artıq mənimçün adi bir hal olduğu üçün səbəbini də soruşmadım. İstiqamətimi dəyişib yenidən yatmaq istəyirdim ki, birdən qapı bərk döyüldü. Evdə yalnız ikimiz idik. Qoxduq. Təlaşla qapıya qaçdıq. Qapının arxasında tanımadığımız simayla qarşılaşdıq. Orta yaşlı bir qadın ağlaya-ağlaya divara söykənmişdi. Görünür pilləkənləri qaçaraq çıxmışdı. Əlini sinəsinə qoyub tövşüyürdü. Əvvəlcə yanlış gəldiyini sandıq. Qadın ikimizin də ona necə susqun baxdığımızı görəndə sözə başladı.
    -Salam. Qəzənfər müəllimgilin evidir?
    Cavab verməmişdən öncə beynimizdə müxtəlif “yəqinlər” yarandı. Mən düşündüm: “Yəqin, atamın ölümündən xəbərsizdi, yanına şagird gətirmək istəyir. Bəs niyə ağlayır? Niyə həyəcanlıdır? Bir də axı atam artıq illər öncə ölmüşdü. Bu günə qədər şagirdlə bizi narahat edən olmayıb”. İçimdəki suallara içimdəcə yarı əminliklə, yarı şübhəci cavab verdim. Nəhayət ki, anam dilləndi:
    -Bəli. Amma… (daha&helliip;)

  • Çətinliklər sevginin və sədaqətin sınağıdır

    1445962927_vefa

    Günlərlə üzülüb ağlayaraq həyatı özünə zindan edən o qədər insan var ki..
    Bu insanlar iman gətirmədən həyatın ağır yükünü çiyinlərinə alaraq yaşamağa çalışırlar. Halbuki insan iman gətirməsə, dünyanın bütün ağırlığı üzərinə çökər və bu ağırlığın altında əzilərək ölümə doğru irəliləyər.
    Bir insandan sevgi gözləyər, amma axtardığı qarşılığı ondan tapmaz. Karyera qurmağı hədəfləyər, ən yüksək mövqeyə çatar, yenə də qane olmaz. Mal-mülk əldə edər, lakin istədiyi xoşbəxtliyə nail olmaz. Çünki gerçək xoşbəxtlik və rahatlıq ancaq imanla və Allaha təvəkküllə mümkündür.
    Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! ( Ali İmran surəsi, 160)
    Təvəkkül, səbir və qədərə təslim olmaq .. Bu anlayışlar üzərində çox durmaq lazımdır. Çünki insanlar Allahdan uzaq olduqları, iman gətirmədikləri, təvəkkül etmədikləri üçün bədbindirlər. Ən kiçik çətinliklə qarşılaşdıqda fəryad edirlər. Bir az xəstələnsələr, ölüb-ölüb dirilirlər. Halbuki ölüm anı qədərlərində bəlli deyilmi? Elə isə bu qədər təşviş nəyə lazımdır? Bu dünyanın sonunda hamımızı sonsuz axirət həyatı gözləmir? Niyə insanlar axirətdən bu qədər xəbərsiz yaşayırlar? Allah yaratdığı bütün insanlar üçün müəyyən qədər təyin edib. Hamımız bu qədəri yaşayırıq. Öləcəyimiz anı nə bir saniyə uzada, nə də qısalda bilərik.
    Buna görə də, hər imtahanı xoş qarşılamalı və səbir etməliyik.
    Müsəlmanın qəlbi imanla doludur. Həyatı boyu Allaha təvəkkül edərək yaşayır. Təvəkkül etmək bu dünyadakı ən böyük rahatlıqdır.. Allaha təvəkkül etmək insani nikbin edir. İnsan çox zəif yaradılıb. Dərhal qorxuya düşür, ümidsizliyə qapılır, narahatlıq keçirir. Amma təvəkkül etdikdə bütün əzablar yox olur, böyük güc qazanır. Ona görə də, həqiqətən iman gətirən insanı heç nə çökdürə bilmir. Çünki iman gətirənlər güclərini yeganə dost və bütün kainatın sahibi olan Allahdan alırlar.
    Əlbəttə ki, müsəlmanlar da çətinliklərlə üzləşirlər. Məsələn, insan çox sağlam olduğu anda beli tutular. Qəflətən başına bəla gələr. Ən yaxın dostundan pislik görə bilər. Təhsili üçün çox vacib olan imtahandan kəsilə bilər. Yaxınları dünyasını dəyişər. Övladı xəstələnə bilər. Maddi sıxıntı çəkə bilər. Belə hallarda müsəlman bilir ki, dünya həyatı “oyun və əyləncə” yeri deyil, imtahan yeridir. Həyatının hər anında könüldən Allaha təslim olub Ondan razı olduğunu göstərər. Bilər ki, hər çətinliklə bərabər bir asanlıq var. Allah bir qapını bağlasa, min qapını açar.
    Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! ( Şərh surəsi, 5)
    Əslində hər imtahan insanın nəfsini tərbiyə etmək üçündür. Çətinlik, sıxıntı, yoxluq, xəstəlik, qısası, bu dünyadakı çatışmazlıqlar olmadan öyrənmək mümkün deyil. Məhz bu məqamda inanclı insanlarla inkar edənlər ağ və qara kimi bir-birlərindən ayrılırlar. Müsəlmanın səbri və təvəkkülü təqdirəlayiqdir. İnkarçıların çarəsizliyi isə onları pəjmurdə həyat yaşamağa məhkum edir.
    Şübhəsiz ki, Allah yaratdığı bütün qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibidir. Onlara Qurana sarılaraq təvəkkül etməyi, səbir etməyi və qədərə təslim olmağı öyrədir. Lakin inadla inkar edənlər düşdükləri bataqlıqda çırpına-çırpına üzüntü ilə yaşamağa məhkumdurlar…
    De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” ( Tövbə surəsi, 51)

    Vəfa Kərimzadə

  • Şükür Allaha olan sevgimizin ifadəsidir

    1446569431_cms-image-000011948

    Bizi yoxdan var edən və hər an saysız-hesabsız neməti ilə əhatə edən, qoruyan, xəstələndiyimiz zaman şəfa verən, bizi yedirdən, içirdən Rəbbimizə sevgimizi göstərə bilməyimizin ən mühüm yollarından biri şükür etmək, yəni Allaha bizə verdiyi bütün nemətlər üçün təşəkkür etməkdir.

    Şükür etmək həm fərzdir, həm də ruhumuza rahatlıq verən bir ibadətdir. Rəbbimiz dünyaya gəldiyimiz andan öləcəyimiz ana qədər bizə dayanmadan müxtəlif gözəlliklər verir. Bir-birindən gözəl çiçəklər, bir-birindən sevimli heyvanlar, həm görünüşləri, həm ləzzətləri xoşumuza gələn yeməklər, fərahlıq verən içkilər, qupquru torpağın içindən çıxan və bir-birindən fərqli görünüşlərə, rəng və qoxulara malik tərəvəzlər, meyvələr, yolumuzu asanlaşdıran minik vasitələri Allahın xoşumuza gəlsin deyə, biz iman edən qullarına sevgisini təzahür etdirdiyi nemətlərdir.

    Rəbbimiz bizə o qədər çox nemət yaradır ki, əgər Allahın nemətini saymağa cəhd etsək, onu ümumiləşdirərək belə saya bilmərik. (Nəhl surəsi, 18) Bunun qarşılığında bizdən gözlədiyi tək şey verdiyi bu nemətlərin şüurunda olaraq Ona sevgimizi ən səmimi şəkildə yönəltməyimizdir. Sevgimizi göstərməyimiz üçün bizə verilən hər şeyin Allahın lütfü olduğunu görüb, bu nemətlərə qarşı daim minnət ruhu içində olmağımız səbəb olur.

    Dərin düşünmədikdə bəlkə ağlımıza belə gəlməyəcək incəliklər bizim üçün həyati əhəmiyyətə malik bir nemətdir. Biz bu nemətləri əldə etmək üçün heç bir əmək sərf etmirik. Həyatımızdakı bir çox təfərrüatın bizim üçün əvəzsiz nemət olduğunu onları itirdikdə anlayırıq. Ancaq bir çox insanın ağlına saysız nemət üçün Allaha şükür etmək gəlmir. Allah «Səba» surəsinin 13-cü ayəsində, “Qullarımdan şükür edənlər azdır” deyə bildirir, iman edənləri belə bir qəflətə qarşı xəbərdar edir.

    Halbuki biz fərqində olsaq da, olmasaq da Rəbbimiz həyatımızı davam etdirməyimiz və xoşbəxt olmağımız üçün üzərimizdəki nemətlərini anbaan, heç bir axsaqlıq olmadan davam etdirir. Buna baxmayaraq, şükür etməyi unudan bəzi insanlar var. Allah insan nəfsindəki bu nankorluğa Quran ayələrində belə diqqət çəkir:

    Sizə qulaq, göz və ürək verən Odur. Siz (Allahın nemətlərinə) çox az şükür edirsiniz. (Müminun surəsi, 78)

    Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz! (Araf surəsi, 10)

    Mömin üçün sevdiyi insanların rahatlığı, dincliyi vacibdir. Mömin sevdikləri üçün rahatlıq yaradır, sağlam olması, şən olması üçün çalışır. Şübhəsiz, bunların hamısını Allah rizası üçün edir və bunun qarşılığında da sevgi görməyi umur. Bu fədakarlığa göz yumulması, biganə münasibət göstərilməsi, sevgi verilən insanın ruhundakı əxlaq və sevgi çatışmazlığının əlamətidir. Bizi yaradan, kainatın hər nöqtəsində sonsuz Ağlı ilə təzahür edən Rəbbimizin sonsuz gözəllik və incəliklərini göz ardına vurulması da Allahın qəzəbinə səbəb olacaq bir əxlaq pozuntusudur. Rəbbimiz Quranda bu mövzuya belə diqqət çəkir:

    (Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir! (İbrahim surəsi, 7)

    İnsan Allahın nəsib etdiyi qədər ağıla, bacarıq və düşünmə qabiliyyətinə malik ölümlü, aciz qul olaraq belə gördüyü gözəlliklər qarşısında təşəkkür gözləyərkən, nəfəs alıb verməyimizdən görməyimizə, yeriyə bilməyimizdən yuxuya getməyimizə qədər saymaqla bitməyən sonsuz neməti bizə hər an bəxş edən Allaha qarşı şükürdə heç bir nöqsan olmamalıdır.

    Bu səbəbdən hər nemətlə qarşılaşdıqda sözlə daima, “Elhamdülillah, ya Rəbb, sənə şükürlər olsun” demək Allaha olan sevgimizin, minnətdarlığımızın göstəricisidir. Bu eyni zamanda, ətrafımızdakı insanlara da bu ibadəti xatırlatmağımıza səbəb olur. Sözlə deməklə yanaşı o nemətləri qoruyacaq və onlara zərər gəlməsini əngəlləyəcək bir dəqiqlik içində olmağımız da Allahın bəyənəcəyi bir əxlaqdır.

    Allahın bizə verdiyi ən dəyərli nemətlərdən biri sağlamlığımızdır. Sağlam olduğumuz üçün şükür etməyimiz Allaha olan sevgimizin göstəricisidir. Sağlamlığımızı qorumağa çalışmağımız, sağlamlığımızı pozacaq vərdişlərdən uzaq olmağımız isə şükürün əməli göstəricisidir. Buna görə də dilimizdəki şükrü davranışımızdakı şükürlə də möhkəmləndirməyimiz gözəl iman əlamətidir.

    “Allahım Sənə şükür edirəm” cümləsini ifadə etməklə yanaşı, təvəkkül, Allahdan hər an razı bir ruh halını da əhatə edir. Ona görə şükür yalnız bolluq içində deyil, yoxluq içində də heç vaxt tərk edilməməsi, hətta daha da çox edilməli olan bir ibadətdir.

    Allahı sevən və Ondan razı olan insanlar sağlamlıqları üçün daim şükür etdikləri kimi, xəstələndikləri zaman da şükür edirlər. Allah onları daha ağır bir xəstəlikdən qoruduğu, şəfaya səbəb olan dərmanlar yaratdığı, xəstəliyin diaqnozunu təyin edən tibbi cihazları və həkimləri yaratdığı üçün Allaha minnətdarlıq edirlər. Allah hər hansı bir ağrı verdikdə, daha böyük ağrıları düşünüb, içində olduqları vəziyyətə yenə şükür edirlər. Hər cür çətinliyin, əziyyətinin dünyadakı imtahanın bir hissəsi olduğunu bilirlər. Allahın razı olacağı əxlaqa yiyələnmək üçün Allahın bu imtahanları xüsusi yaratdığını düşünüb, yenə sevinc içində olurlar.

    Bu səbəbdən iman edənlərin həyatı çətinliklərlə, bolluq içində keçsə də daim şükür ibadətini yerinə yetirməyin bərəkətini, vicdanı rahatlığını yaşayır və Allahın rizasını qazanmağı ümid edirlər.

  • Əyləncə dünyasında necə xoşbəxt ola bilərik ?

    1446110739_11701148_880540382034435_4546486736952633996_n

    Əyləncə bugünkü insanlarının əsas ehtiyaclarından biridir. Texnologiyada, xüsusilə də informasiya texnologiyasında son illərdə əldə edilən nailiyyətlər ictimailəşmək, özünü inkişaf etdirmək və ya müasir həyatın yeknəsəqliyindən uzaqlaşıb xoş istirahət keçirmək istəyən kütlələri arxasınca aparır. Musiqi, oyunlar, sənətkarlıq, kinoteatr, idman, televiziya kanalları, video və kompüter oyunları, kütləvi informasiya vasitələri, internet kimi əylənməyi təmin edən vasitələrlə yanaşı alış-veriş mərkəzləri, otellər, istirahət mərkəzləri, gecə klubları da həyatı daha cazibədar hala gətirmək üçün alternativlər irəli sürür.

    Ünsiyyət üzrə mütəxəssis amerikalı Nil Postman əyləncənin ictimai həyatda gəldiyi yeri bu şəkildə ifadə edir: «Ölənə kimi əylənmək səviyyəsindəyik». Həqiqətən də 21-ci əsr insanını əyləndirmək üçün bu gün hər şey mövcuddur. Led və plazma texnologiyaları, internetə bağlanma xüsusiyyəti və xüsusi inkişaf etdirilmiş tətbiqləri ilə çox estetik görünüşlü ağıllı televizorlar, təkcə səs və görüntünü ötürməklə kifayətlənməyən, musiqi dinləmək, televizor izləmək, şəkil və video çəkmək kimi funksiyaları olan ağıllı telefonlar və hər kəsin xoşuna gələn daha bir çox teknoloji məhsul… Xüsusi görüntü effektləri və animasiya texnikaları ilə zəngin filmlər… Üç ölçülü kompüter oyunları… Ünsiyyət vasitələri sayəsində on minlərlə kilometr uzaqlıqdakı insanlarla rahat şəkildə əlaqə qurula bilən, nəql etmənin çox asanlaşdığı, informasiyanın anındaca hər yerə ötürülə bildiyi çox inkişaf etmiş bir dünya… Hər biri və daha da artığı dövrümüzün insanları üçündür.

    Bəs onlarla nəhəng sektor əyləndirmək üçün bu qədər əmək sərf edərkən insanlar niyə hələ də xoşbəxt deyil? Özlərini əhatə edən bu əyləncə dünyasında necə olur ki, xoşbəxtliyi əldə edə bilmirlər?

    Küçədəki insanlara diqqətlə baxın. Düşüncəli, şübhəci, narahat, qəzəbli və qəmqin simalarla qarşılaşacaqsınız. Nələrdən söhbət etdiklərinə də qulaq asın. İş yerində, ailədə, idman zalında, kafedə bir yerdə olduqlarında bir-birlərinə nə qədər sıxıntılı və dərdli olduqlarını danışdıqlarının şahidi olacaqsınız.İnsanlar ədatən bədbinliyin həyatın son mərhələsi olan qocalıq dövründə ortaya çıxacağını düşünürlər. Yaşlılıqla bərabər gələn acızliklər və xəstəliklər bunun səbəbi olaraq qəbul edilir. Halbuki yaşadığımız dövrdə bədbinlik xüsusilə gənclər arasında yayılıb.

    Kənardan baxdıqda çox qəşəng, baxımlı, həyat dolu, şən görünən onlarla gənc əslində xoşbəxt ola bilməməkdən şikayət edir. Kafelərdə, restoranlarda birlikdə olduqda ortaya çıxan mənzərə həyatlarındakı hər şeyin mükəmməl olduğu təəssüratını yaradır. Halbuki bir çoxu o kafelərdə, restoranlarda dostlarına nə qədər bədbəxt olduqlarını, həyatdan nə gözlədiklərini bilmədiklərini, içlərindəki sıxıntıdan qurtula bilmədiklərini danışırlar. Hamısının əlində də siqarət və içki var. Hamısının unutmaq istədiyi sıxıntıları, qaçmağa çalışdıqları problemləri, cavab tapa bilmədikləri problemləri var.

    Yeni qeyimin, yeni səyahətin, yeni kəşf etdikləri əyləncə məkanının həyatlarına yeni həyəcan və xoşbəxtlik gətirəcəyini düşünürlər, lakin bunların heç biri içlərindəki sıxıntını aradan qaldıra bilmir.

    Ardı-arda planlar qururlar. “Həftə sonu bura gedək”, “orda çox gözəl əyləncə məkanı var, bir neçə günlük ora gedək” deyərək qurduqları planlar bir-birinin ardınca gəlir. Rahat olacaqlarını düşünərək tətilə gedirlər, amma getdikləri yerdə yenə də xoşbəxtliyi tapa bilmirlər. İnsanların səs-küyü, səyahətin verdiyi yorğunluq, içkinin verdiyi baş ağrısı ruhlarında sıxıntıya səbəb olur, dərhal evə qayıtmaq istəyirlər. Evə qayıtdıqlarında bədbinliklərini də özləri ilə birlikdə gətirdikləri üçün sıxıntıları davam edir. Bu dəfə də növbəti tətilə hazırlaşırlar. Bu, həyat boyu davam edir.

    Tapa bilmədikləri xoşbəxtliyin axtarışı içindəki gənclər hələ 19, 20, 21 yaşlarında özlərini yorulmuş və çökmüş hiss etməyə başlayırlar. Narkotik, içki kimi fiziki və zehni uyuşduran maddələrin yayılmasının arxasında da bu bədbinlik xəstəliyi var. Bədbinliklərini özlərini uyuşduraraq unutmağa çalışırlar. Instagram, Facebook kimi sosial şəbəkələrdə paylaşdıqları şəkillərdə və ya verdikləri şərhlərdə “həyatın zövqünü sonuna qədər yaşayırıq” təəssüratını yaratsalar da, şəxsi söhbətlərində ifadələri tamamilə başqadır.

    Yeni qeyimlər, yeni imic, yeni dostluqlar, yeni mühit və ya yeni maşın, ev, son model telefon və ya kompüter… Heç biri onları həqiqi mənada qane etmir. Gənc yaşda sanki içləri boşalmış insanlara çevrilirlər. Halbuki xoşbəxt olmaq çox asandır. Hər insan iman gətirib özünü Allaha təslim etdikdə rahat və xoşbəxt olacaq şəkildə yaradılıb. Ruhun qidası olan imandan uzaqlaşan insan havasız qalır, zaman keçdikcə bütün canlılığını itirir və sanki ölmədən ölür. Ruha qidasını verən insan isə hər zaman canlı, xoşbəxt və şən olur.

    Dolayısilə hər kəs özünü imanla, mənəviyyatla qidalandırmalıdır. Şübhəsiz ki, Allaha imanın gətirdiyi gözəl əxlaq, vicdan, sevgi, mərhəmət, fədakarlıq insanın əsas qida mənbəyidir. Daha da önəmlisi Allaha sevgi, vəfa və sədaqət… Ruh ancaq Allah eşqi ilə nəfəs alıb verdikdə canlanır. Allahı unutmuş, Allahdan üz çevirmiş bir insan içdən-içə nəfəs ala bilməyən ruhu ilə birlikdə yaşamağa davam etsə də, hara gedirsə-getsin, nə edirsə-etsin, axtardığı xoşbəxtliyi tapa bilməz. İçində ölü ruh daşıdığı müddətcə hər cür dünyəvi imkana sahib olsa da, sıxıntıdan və əziyyətdən əsla xilas ola bilməz.

    Halbuki Allaha özünü təslim etmiş bir insan həyatının hər anında xoşbəxtdir. Belə ki, xoşbəxt olmaq üçün sayısız səbəbi var. Allahı sevməyin, Onun yaratdığı gözəllikləri görə bilməyin daimi xoşbəxtliyi içindədir. Ölümdən sonrakı həyatda onu gözləyən sonsuz cənnəti ümid etməyin xoşbəxtliyi və sevinci içindədir, Allahın lütfü ilə yaşadığı, sevdiyi şeylərə Allahın lütfü ilə sahib olduğu üçün, ailəsi və dostları ilə birlikdə olduğu üçün, hər şeyi Allahın yaratdığı gerçəyinin fərqində olduğu və həyatını qəflətdən uzaq keçirdiyi üçün hər zaman sevinclidir. Xoşbəxt olmaq üçün süni səbəblər axtarmasına ehtiyac yoxdur. Qəlbinin dərinliklərində tükənməyən daxili rahatlıq və sevinc hara getsə, onunla birlikdədir. Teknologiyanı, musiqini, sənəti, rəqsi, əyləncəni yaradanın Allah olduğunu və bütün bunları nemət olaraq yaratdığını bilir. Hər birindən ayrı zövq alır. Onu kədərləndirəcək, sıxıntıya salacaq heç nə yoxdur. Çünki hər şeyin dostu olan Allahdan gəldiyini bilir. Əylənmək, xoşbəxt olmaq üçün əlində bir çox səbəbi olduğu halda, xoşbəxtlikdən uzaq həyatı olanlar bilməlidirlər ki, xoşbəxtlik kənarda deyil, insanın öz içində olan bir dəyərdir.

  • Qiymət MƏHƏRRƏMLİ: “Məsələ yerindəcə həll olundu, ilan ulduz görən kimi “öldü”…”

    1836816_10200683320604901_1150158201_o

    Müsahibim sevdiyim şair, “Elimiz.Günümüz” qəzetinin baş yazarı,
    filologiya üzrə fəlsəfə doktoru Qiymət xanım Məhərrəmlidir.
    – Salam, Qiymət xanım. Mənim sizə ünvanladığım sualları cavablandırmaya da bilərsiniz. Ən azından ona görə ki, özünüz də dediyiniz kimi, məni tanımırsınız və bunu da bilirəm ki, siz yaxından tanımadığınız heç bir jurnalistə müsahibə vermirsiniz. Lakin bilin ki, suallarımı cavablandırmasanız, bu, gənc bir jurnalistin sevdiyi bir yaradıcı insan barəsindəki ümidlərinin çilik-çilk olması demək olar.
    – Bu ümidləri qırmamaq xatirinə və sizin səmimiyyətinizə inandığım üçün bugünkü müsahibəyə razılıq verdim.
    – Nəhayət ki… Hər halda, gəlin, söhbətə körpü salaq. Xahiş edirəm, özünüzü oxuculara təqdim edəsiniz: axı, siz kimsiniz, Qiymət Məhərrəmli?
    – Sualınıza cavab verməmişdən öncə deyim ki, bu yazı üçün özünüzə nədən israrla məhz Qiymət Məhərrəmlini müsahib seçdiyiniz mənə qaranlıq görünür. Özümü təqdim etməyə gəlincə, təvazökarlıqdan kənar kimi çıxmasın, yəqin bu imza özündə nəyisə ehtiva edir ki, bu gün tanımaza-bilməzə onun ünvanına bu qədər sual göndərilir. Gərəklidirsə, deyim: Qiymət Məhərrəmli ən əvvəl ana, bacı, həyat yoldaşı, sonra isə elmi işçi, qələm adamı, dost, yoldaş, ən mühümü isə vətəndaşdır.
    – Deyəsən, sizi tərpətmək o qədər də asan olmayacaq. Lakin cavabdan da görünür ki, siz ailəni, övladları hər kəsdən və hər şeydən üstün tutursunuz. Necə deyərlər, həyatda karyera qazanmaq məsələsi sizin üçün ikinci dərəcəlidir. Bu, belədirmi?
    – Düzünü desəm, mən karyeranı heç vaxt ailəmdən, övladlarımdan üstün tutmamışam, tutmaram da. Karyera bu gün ola, sabah isə olmaya bilər. Ailə, nəsil, şəcərə isə insanın soyu, kökü, bu günü, keçmişi, gələcəyidir. Ləyaqəti olan insan isə nə bugününə, nə keçmişinə, nə də gələcəyinə xəyanət etməlidir.
    – Bilmək olarmı, neçə övladınız var?
    – Maraqlıdırsa, deyim: 3 oğlumuz, iki nəvəmiz var.
    – Hərdən eşidirik ki, Qiymət Məhərrəmli ailəsindən ayrılıb, indi Türkiyədə yaşayır…
    – Vallah, elə sual verirsiniz ki, adamın lap ayağının altından yer qaçır. İnanın, 32 illik ailə həyatımızda yoldaşımla aramızda bircə dəfə də olsa kiçik bir narazılıq da olsun olmayıb ki, deyim bu şayiənin bir uyarı var. Əksinə, mən texnikumda oxuyanda da, ali təhsil illərimdə də tələbə yoldaşlarıma hər zaman öz ailəm kimi mehriban, səmimi ailə arzulamışam. Buna onların hər biri şahiddir. Eyni zamanda, ailəmizin bütün dostları da bizdəki sədaqətə, səmimiyyətə, sevgi və ehtirama həsəd aparıb, bizdən nümunə götürməyə çalışıblar. Mən 18 yaşıma kimi doğma Şəkidə yaşamışam, ömrümün ondan sonrakı 32 ilini isə Bakıda yaşamaqdayam. Türkiyəyə, Gürcüstana, İrana olan işgüzar səfərlərim, görünür, kimlərinsə yuxusunu qaçırır, ona görə bu cür əsassız sözlər danışırlar. Ana Vətənimi ürəkdən sevirəm, dünyanın heç bir yerində duruş gətirib yaşaya bilmərəm.
    – Sizcə, ailənin möhkəmliyinə səbəb nədir? Axı, ind (daha&helliip;)

  • Hüseynov Qahir Qüdrət oğlu

    1533150_672733326111760_899121006_n

    Mayisə ƏSƏDULLAQIZI,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı layreatı

    1968-ci il, İyulun 07-si, Goranboy rayonunun Sarov kəndində anadan olub. 1975-ci ildə Sarov kənd 8 illik məktəbin 1-ci sinifinə gedib ve 1983-cu ildə 8 illik məktəbini, 1985 ildə Dəliməmmədli orta məktəbini bitirib və həmin il- 1985-ci ildə Rusiyanın Ulyanovsk şəhərində Ali hərbi tank məktəbinə qəbul olunub. 1989 cu ildə ali məktəbi bitirib və təyinatla Rusiyanin Zabaykal hərbi dairəsində Ulan Ude şəhərində hərbi hissədə 198-ci motoatıcı diviziyasında tank alayının hərbi tank tağımının komandiri vəzifəsində leytenant rütbəsində hərbi qulluğa başlayıb .1992 ci ildə Xocali faciəsini eşidib mart ayinin evvəli, 2 zabit dostu ilə vətənə köməyə gəldilər. Azərbaycan Müdafiə Nazirliyinə müraciət edib. N saylı alayda tank komandiri təyin olundu.1992 ilin mart ayında Ağdam rayonunda yerləşən 708 hərbi hissənin tank taborunun komandiri vəzifəsinə təyin olunan baş leytenant Qahir Hüseynov dərhal əməliyyat və döyüş şəraiti ilə yaxından tanış olur. Xidmətinin ilk günlərindən qorxmazlığı və igidliyi ilə fərqlənən Qahir qisa bir zamanda komandanlığın və döyüşçülərin rəğbətini qazanır. Ağdam və Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib. 18 iyun 1992-ci ildə axşam 20.30 radələrində Qahir va Şirin Mirzəyev(polkovnik-leytenant, Azərbaycanın Milli Qəhrəmanı) kəşfiyyat rotasinin komandiri leytenant Yavər Babayev,Şirin Mirzyevin qardasi oglu Mubariz Mirzeyev,Şirin Mirzeyevin əmisi nəvəsi Araz Mirzəyev. Sag qalan surucu ağdamli Mubariz olmusdu.Döyüşçülərin mövqelərini yoxlayıb növbəti döyüş tapşırıqlarını verib geri dönərkən Ağdamın Qaralar kəndi ərazisində UAZ 469 markalı avtomobildə minaya düşdülər. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunub. Subay idi. Goranboy rayonun Dəliməmmədli qəsbəsində adına küçə var. Doğulduğu Sarov kənd Mədəniyyət evi Qahir Hüseynovun adını daşıyır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

  • Şəfa VƏLİYEVA.”Sonsuz ehtiramla…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yenə də “bir ayrı cür”əm… Elə bilirsiniz ki, bu “bir ayrı cür”ün izahını verə bilərəm? Yox! Belə asanmı olur hər şey? Asan? Həmişə sonsuzluq işarəsini möhtəşəm bilmişəm. Çünki onun da bir sözə sığar izahı, ölçüsü, boyu-buxunu yoxdur. Gözlə görülməyən, əllə tutulmayandır möhtəşəmlik… Qarşısında idrakının belə aciz qalmasıdır. Sonsuzluq – sonu görünməyən, bilinməyən, ölçülməyən… Sonsuzluq – bəzən hisslərimizin dəruniliyini, həqiqiliyini, bitməzliyini çatdırmaq üçün dilimizə gələn tək kəlmə… Və o günə qədər hər şey elə “bu cür” idi. İndi isə “bir ayrı cür”. Həmin gün Vəfa Mürsəlqızının “Sonsuz son” adlı şeirini oxumuşdum.
    O gündən sonra bütün “son”ları sevdim. Filmlərə ancaq “the end” yazılsın deyə baxdım. “Ardı var…” kəlməsini ümidlə eyni tutmadım. Nağılların sonunu da başladığı kimi eyni həyəcanla gözlədim. Təki, o son gəlsin. Təki, göydən üç alma düşsün insanların bəxtinə. Mən dadmasam da. Seyrçisi olub sevinmək də gözəldi. Vəfa Mürsəlqızının “Sonsuz son”u bir qadın cəsarətiylə qələmdən ayrılıb. Bəli, ayrılıb! Siz elə bilirsiniz, təkcə kişilər ayrılığı seçir? Təkcə kişilər tərk edir? Təkcə kişilər arada nazilmiş bağı çəkib qoparır? Nahaq belə düşünürsünüz… Qadınlar qapıları çırpıb getdikləri kimi hələ heç bir kişi yumruğunu stola çırpmayıb. Çünki hələ heç bir kişi “sonsuzluğuna görə” tərk edilməyib…

    Bir qadın ağlayıb sızıldayırdı,
    Bir gizli kədəri daşıyırdı o.
    Vitrinin önündə durub sakitcə,
    Ana səadəti yaşayırdı o.
    Yaşadı qəlbində dərd əkə-əkə,
    Bir sonu yoxmu ki, sonsuzluğunun?
    Bir uşaq papağı, bir cüt də çəkmə,
    Dünyada ən böyük arzusu onun…

    Uşaq papaqları da cürbəcür olur: qaytanlı, fəs, ləçək, boğmalı… Ölçüləri də fərqlidi: ovuc boyda, fincan boyda, top boyda, boşqab boyda… Ömründə bir dəfə də olsun uşaq papağı almayan qadın indi arzu “boxça”sına hansı ölçüdə papağı qoysun? Uşaq var, ayda bir dəfə təzə ayaqqabı alınır. Axı, günbəgün böyüyür. Sonsuz qadının arzularında isə cəmi bir cüt çəkmə var. Və ölçüsünü özü də bilmir… Rəngi isə hər gün vitrindəkilərlə birgə dəyişir, ya mavi olur, ya da çəhrayı… Bu gün “bir ayrı cür”əm… Gözlərimi güzgülərdən gizlədirəm. Adamlar uzaqlaşıb. Ürəyim uşaqlaşıb ey, uşaqlaşıb… “Sonsuz son”un titrlərinə çox var, deyəsən… Hələ var…

    Utanır arada bədbəxtliyindən,
    Taleyin yazdığı bu acı sondan.
    Qorxur ki, sonsuzum gözü var deyə,
    Analar uşağın gizlədə ondan.
    Nə olsun, qayıtmır əri üzünə,
    Bəlkə də cavandır, bağlanıb ona.
    Amma hiss edir ki, həsədlə baxır,
    Arada qonşunun uşaqlarına.

    Qonşunun varına paxıllıq olar, inəyinə, buzovuna, yanmayan ot tayasına həsəd apara bilərsən. Bəs, uşaq? Yenicə başlamış bir həyata, Allahın möcüzə göstərib yaratdığı “adəm”ə paxıllıq, həsəd olarmı ki?! Bəlkə də olar. Amma bu paxıllığın, bu həsədin arxasında heç vaxt “Niyə onun var, mənim yoxdur?”- üsyanı gizlənməz. “Kaş, elə bundanca mənim də olaydı…”-deyərlər. Belə diləyərlər, belə. Bu cür. Bilirsən, Vəfa, sənin yalançı olmağını elə istəyirəm ki… Amma deyilsən. Elə istəyirəm ki, “Sonsuz son” yalan olsun. Hardasa, o “sonsuzluq” deyilən nədirsə, onun sonu gəlsin. O da görsün ki, insan oğlunun sevgisi qarşısında necə acizdir. Hələ ki, insan oğlu “sonsuzluq” işarəsinin möhtəşəmliyi qarşısında boynunu bükür. Bir də bunu deyim, Vəfa!

    Sevdiyin hamıdan betər öldürür,
    Qatilin hamıdan gözəl ağlayır

    – demisən ha! Haşa, bir də bunu demə! Bu boyda həqiqəti dilə gətirmə! Qorxuram axı… Sevməkdən də, mənimçün tökülən göz yaşlarından da qorxuram. Bu gün “bir ayrı cür”əm. İndi bu “bir ayrı cür”ün əlindəcə əsir-yesir olub bunları sənə yazıram.

    Gəncə

  • Yeni müsabiqəyə start verilib

    DİQQƏT! YARIŞMA BAŞLANDI!
    Səhifəni bəyənərək “Övladım….” cümləsini istəyinizə görə tamamlayın, paylaşın və ən çox bəyəni alan 3 izləyicimizin rəyinə MELTEM MODULER BAKU sürpriz hədiyyə dolu səbət verəcək! Müsabiqəyə qatılın kreativ fikirlərinizi bizimlə paylaşın, hədiyyələr qazanın!…
    NOT: YALNIZ 1-5 NOYABR TARİXLƏRİNDƏ.
    ————–
    Meltem Bebek ve Genç Odası
    Ünvan: Babək prospekti 22/10, (012) 448-18-52

  • Lalə: Qadın başlanğıcının türk mifologiyasındakı daha bir simvolu

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bütün gözəllikləri qadınlara aid edib Ana Təbiət…Ya da əksinə, Ana Təbiətin ən gözəl yönlərinə bənzədilib qadın. Hər iki anlamda da qadın gözəllik rəmzi olub. “Çirkin” sözü hansı qadına deyilsə, bu, ən böyük təhqir sayılıb. Ona görə yox ki, qadınlar hamısı gözəl olub, yox… Ona görə ki, qadın gözəlliyin daşıyıcısı olub. Bəli, daşıyıcısı. Və ilkin dünyagörüşlərdə gözəllik “cücərdən”, “yetirən” mənaları ilə anlaşılıb.

    Qadın məhz həyatı “cücərdən”, “yetişdirən” olduğundan ucalaşıb. İnsanın ikinci ömrü, yəni övladı isə onun üçün təbiətin tüm gözəlliyini üstələyib. Beləcə, Qadın-gözəlliyin daşıyıcısı, yəni, bətnində ikinci ömür yetirən kimi qiymətləndirilib. Amma, qadınları bir xarakter olaraq qəbul edən cəmiyyətə qədər davam edə bilib onun bu dəyəri…

    Qadına xarakter kimi yanaşanda onun adiliyini “kəşf etdiklərini” sanıb kişilər. Öz xarakterlərində olan xüsusiyyətləri, bəzən qəbul etmədikləri vərdişləri qadınlarda da kəşf edəndə, qadın onlar üçün adiləşib.

    Və yaradılışın “cənnətdən qovulma” günahını da qadınların işlədikləri aydınlaşanda, daha qadının yüksəlişini gözləmək… əlbəttə, ağılsızlıq olardı. Bundan sonrakı dövrdə dünya “qadın başlanğıcı” anlamını sadəcə, tarixə çevirə bilib. Bu gün əksər Qərb bestsellerində “qadın başlanğıcı” əfsanə kimi yazılır… Filmlərdə bu əfsanədən “tabu” kimi bəhs edilir. Və “qadın başlanğıcı” tarixin bir daha təkrarlanmayacaq səhifəsi kimi bu gün beyinlərə “yeridilir”… Bəs, dünya bu qəbul edə bilmədiyi anlamı niyə unutmur? Bax, bu sual məni çox düşündürdü… Nəhayət, insanın dilinə gətirməyə qorxduğu həqiqətlərin çoxunu təbiətdə şifrələdiyini gördüm. Bilərəkdən, ya bilməyərəkdən, yaxud da istəyərəkdən, ya istəmədən ədəbiyyat, tarix, eləcə də, ana təbiət qadın başlanğıcının izlərini qorumaqda və yaşatmaqdadır. Beş ləçəkli qızılgül kimi… Qızılgülün bu gözəlliyi, onun rəngi, məsumluğu qarşısında əksər hallarda su kənarlarında, calalarda bitən ağ zambaq günahkar sayılıb bir az… Məhz bu günah idi orta əsrlərin Fransasında sol çiyinə yaraşdırılan… Günah olan…

    Bəs, dünyanın qəbul etdiyi kimi, qadın başlanğıcının rəmzi beş ləçəkli qızılgüldürmü təkcə? Yox! Əgər belə olsaydı, “Ana xaqanlığı” yaşamış tarix deşifrə olmuş sirrinin açılmasını belə asan qəbul etməzdi. Beş ləçəkli qızılgül, “qadın başlanğıcı” əfsanəsinin görünən tablosudur… Arxa ştrixləri isə hər xalqın təfəkküründə başqa-başqa nəsnələrdə, türlü-türlü anlamlarda kodlaşdırılıb. Kripteks kimi açılması da təhlükəlidir… (daha&helliip;)

  • Günel ƏLİYEVA.”Ana Vətən”

    gunel

    Çox zaman ana və vətən kəlmələrini birlikdə işlədərik .Hər nəticənin bir səbəbi var axı .Eləysə söylədiyimiz bütün sözlər kimi bu sözün də dərinliyinə varmaq ,fəlsəfəsini anlamalıyıq .Axı niyə ana vətən deyirik ?
    Yəqin ki ,bütün suallar kimi bu sualın cavabına da hər kəsin subyektiv yanaşması var .Elə mən də bu məqaləmdə sözügedən suala öz düşüncələrimə sığınaraq cavab axtarmağa çalışdım.
    Kimdir ana ?Saatlarca beşiyimizin ətrafında pərvanə olaraq yuxuya getməyimizi seyr edən, yuxudan oyanarkən isə açılan gözlərimizdən ilham alaraq arzulara qovuşan ,həyat səmasında xoşbəxtliyindən rəqs edən müqəddəs insan?!
    Dünyanının ən möhtəşəm nəğməsi olan laylasıyla körpəsini cənnətə aparan ,övladının ömrünü nura qərq etmək üçün özünü yandıran və özünün yanıb- yanıb tutuşduğu alovun qığılcımlarından körpəsinə işıq, nur ərmağan edən qadın?!
    Gözlərində ,baxışlarında hər zaman qorunmağa, xilas edilməyə möhtac uşaq kimi qaldığımız, bizi dəli ruzigardan ,dərd yağışlarından müdafiə etməyə cəsarəti çatacaq qədər güclü bəşər övladı?!
    Kimdir ana?! Zil qara saçlarını ömrümüzə, bir gülüşümüzə fəda edəcək qədər əzəmətli ,vüqarlı zirvə ?!
    Ananın böyüklüyünün, əzəmətinin qarşısında ən uca zirvələr belə baş əyər.

    Ağaran saçlarını
    Sığallayan ,oxşayan,
    Əl ola biləydim kaş.
    Üzündəki qırışı
    Səndən alıb –aparan,
    Yel ola biləydim kaş.
    O solan bənizində
    Günəşin olardım kaş.
    Titrəyən dodağında
    Sənin qədər vüqarlı,
    Sənin qədər dəyərli,
    Söz ola biləydim kaş.
    Ürək dostun ,sirdaşın,
    Tənha olsan qəlbində
    Həmdəmin olaydım kaş.
    Yollarına nur saçan,
    Sənə qolların açan,
    Sevincin olaydım kaş.
    Yuyub -yuyub qəmini,
    Kədərini aparan,
    Yağışın olaydım kaş.
    Ömrünün hekayəsin
    Yazıb- yazıb uzadan,
    Qələmin olaydım kaş.
    Sən ola biləydim kaş.

    Bəs Vətən? Axı nədir bizə vətənimizi də anamız qədər doğma edən ?Sözdəki mənsubiyyət şəkilçisi?! Bəli ,Vətən də bizimdir ,anamız kimi o da bizi qoynuna alır ,biz ona sığınmışıq ,hara gediriksə gedək dünyanın cənnəti bizim üçün vətən torpağının hər qarışındadır .
    Vətənimiz də bizə anamız qədər əzizdir .Nə vətənsiz ,nə də anasız yaşamaq yaşamaq deyil ki ,var olmaqdır sadəcə .Anamızı itirsək ,baxışına ,gülüşünə, kəlmələrinə, ətrinə, nəvazişinə, həsrət qalarıq. Burnumuzun ucu göynəyər, darıxarıq. Qəlbimizin fəryadı bütün kainata ağı deyər sanki.
    Vətənimizdən ayrılsaq da yaşayan sadəcə cismimiz olar .Bax bu gün də yaşayırıq ,fəqət diri ikən ölü kimi, fəqət ürəyi döyünməyən insan kimi . Çünki Qarabağımız -vətənimizin bir hissəsi ,torpaqlarımızın 20%-i düşmənin əsarətində fəryad qoparır.
    Vətənimizin torpağında anamızla birlikdə addımlamaq ən böyük səadətdir .

    Anadır hər kişiyə öz vətəni,
    Bəsləyib sinəsi üstündə onu.
    Südüdür kim dolanıb qanım olub .
    O mənim sevgili cananım olub.
    Vətəni sevməyən insan olmaz,
    Ols da o şəxsdə vicdan olmaz.
    (Abbas Səhhət)

    Fəqət ,həsrətin sonundakı vüsala qovuşmaq ümidi ,inamı bizimlədir və biz Qarabağımıza qayıdacayıq .Bunu bizə Azərbaycan Respublikasının Prezidenti ,Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti deyir, bunu bizə Mübarizlərin ,Fəridlərin şəhidlik zirvəsindən ucalan səsləri deyir .
    Biz doğma yurdumuzu qaytaracayıq və Azərbaycanın ərazi bütövlüyü bərba olunacaq .Bunu bizə içimizdəki vətən eşqi deyir. Bu eşqin daima zirvələrdə olması diləyiylə…

  • Günel ƏLİYEVA.”Ümidlər ümidsizləşərlərsə…”

    12107261_1681684228734233_7942365331840835205_n (1)

    Qara donlu qaranlığın əsiri olar bütün cahan .Kədər nəğməsin’’i sevər’’ könüllər. Torpaq suyu deyil dərdin axıtdığı göz yaşlarını çəkər canına .Qəmdən ruh alan çiçəklərin hüzün dolu baxışları bir az da duz basar yarana.
    Hanı yamyaşıl libaslı füsunkar təbiət lövhələri?! Hanı o vüqarlı dağlar?! Hanı o şıltaq ,çılğın, dodağından gülüşü qaçırmayan insan ?!Fəryad etmək istəyərsən ,ağrın- acın elə böyük ki, bütün dünya duyar harayını .Bəzənsə sükütün qoynuna girib əzabının tellərini sığallayarsan .Bax ,yalnız onda anlayarsan əslində kimin dostun ,sirdaşın olduğunu .Ən yaxın dostun zülmət gecələr… Bərk- bərk qucaqlayar ,boynuna sarılarsan yalnızlığının .
    Deyirlər bahar fəslidir ,isti meh əsir çöldə . Ehh ,sən inanmazsan deyilənlərə .Axı sənin qəlbinin sənə diktə etdikləri deyilənləri yaxına buraxmır heç vaxt .Günəşin doğmasını deyil ,batdığı anı izləmək ,yazın hərarətini deyil, qışın soyuqluğunu duymaqdırsa qismətin… Çıxışı yoxdur bu yolun .Deyəsən ,sonuna çatmısan … Tükənir həyat eşqin .Məsum deyilsən əvvəlkitək. Nifrətin eşqinə qalib gəlir. Səbirsizliyinin qulu olmusan. Kölgətək izləyirsən tənhalığını .Kənardan baxıb aciz olduğunu düşünürlər ,fəqət onlar heç bir zaman anlamayacaqlar yolun sonuna doğru səni hansı keşməkeşlərin gətirdiyini .
    Qapı döyülür. İndi isə qapını açmalısan.

    Bu gün yenə qalmışam ,
    Xəyallarla baş- başa .
    Həyat sanki tamaşa.
    Zülmət çöküb gözümə,
    Kədərlə boylanıram,
    Bəxtimin aynasında
    Gördüyüm öz üzümə.
    Dərd verirəm özümə.
    Hönkür hönkür ağlayır
    İçimdəki buludlar
    Sızıldadır ruhumu
    Bu sağalmaz yaralar
    Külü olmuşam indi
    Yanan hər bir ocağın
    Ruhumun qığılcımı
    Hər tərəfə nur saçır
    Özümuysə yandırır
    Kədərlə qucaqlaşıb
    Dərdimi danışıram
    Fikirlərim dil açıb
    Bir biriylə danışır
    Gözümdəki kədərim
    Üzümdəki gülüşlə
    Dost olmağı bacarmır
    Saxta gülüşlərimi ortür
    Gözümdəki dərd
    Qəm kədər körpü çəkir
    Yol salır qəlb evimə
    Zülmət qapımı döyür
    Mən gedirəm açmağa
    Bilmirəm nə ad verim
    Mən belə yaşamağa

  • Ateizmin xarakter inkişafındakı mənfi rolu

    savalankardesimiz

    İnsaların davranışlarını müəyyən edən xarakter dediyimiz bu anlayışa doğru mövqedən yanaşılmadığında fərdi inkişafın qarşısını alan qəlibə çevrilə bilir

    İnsanlar müxtəlif xarakterlərə sahibdir. Xarakater dediyimiz anlayış isə insanların yaradılışdan gələn, fitrətən sahib olduqları xüsusiyyətlərin, uşaqlıqda məruz qaldığı təsirlərin, böyüdüyü şəraitin, ətraf mühitin, ailəsinin, təhsilinin göstərdiyi digər təsirlərin nəticəsində formalaşan davranış üslublarının toplusudur.

    İnsaların davranışlarını müəyyən edən xarakter dediyimiz bu anlayışa doğru mövqedən yanaşılmadığında fərdi inkişafın qarşısını alan qəlibə çevrilə bilir. Hətta bu sahədə psixologiya elmini tədris edən bəzi mütəxəssilərində böyük rolu var. İnsanları müyyən xarakteristik qruplara ayıraraq bu qrupların “standart” olduğu və xarakterin şüurlu idarə edilə, formalaşdırıla, inkişaf etdirilə bilməyəcəyi vurğulanaraq şüursuz şəkildə, təbii gedişata tabe olmağın lazımlılığı tədris edilir. Bunun da səbəbi təkamül fərziyyəsinin mənfi təsirlərinin psixologiya elmindən də yan keçməməsidir. Təkamül fərziyyəsi artıq süqut etsə də, vaxtı ilə bütün elm sahələrinə maksimum böyük zərər verərək ciddi mənfi təsirlərə səbəb olmuşdur. Eləcə də psixologiya sahəsində yazılmış əsərlərə, tədris vasitələrinə diqqət edilsə, onların böyük əksəriyyətinin təkamül fərziyyəsi prinsiplərinə və artıq doğruluq mahiyyətini itirən bəzi təcrübələrə əsaslandırıldığı görülə bilər.

    Bu “elmi” təsirin nəticəsi olaraq təhsil yoluyla, KİV-lərlə, müxtəlif seriallar, filmlər və əyləncə proqramları vasitələri ilə yanlış bilgi əsasında formalaşdırılmış xarakterlərin dəyişməzliyi anlayışı yəni “standart xarakter” anlayışı insanlara fərqində olmadan təbliğ olunur. İnsanlar arasında “standart xarakterin” və ondan qaynaqlanan davranışların bioloji, təbii olduğu fikri formalaşır və qəbul edilir. Bu prinsipə görə insan şüursuz bir varlıqdan, heyvandan törədiyi üçün davranışlarındakı neqativliklər keçmişdən qalan təbii biloji aktlardır və normaldır. Bu düşüncənin kütləvi təsirlərini və zərərlərini də məqalədə qeyd edəcəm. Lakin öncəliklə, bu qeyd etdiyim müşahidə olunan situasiyanın qaynağı olan amillərə diqqət edək. (daha&helliip;)

  • Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc

    1427

    Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc

    Allah rizası üçün həmrəy olmaq möminlərin gündəlik həyatda və çətinliklər qarşısında müvəffəqiyyət əldə etməsinin vacib sirridir. Müsəlmanların tarix boyu başlarına gələn hadisələrə baxdıqda da çətinliklərdən həmişə bu tərzdə xilas olduqlarını görürük. Başda insanlara nümunə olan peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və səhabələri olmaqla bütün müsəlmanlar bu əxlaqı ən gözəl tərzdə yaşayıblar. Göstərdikləri üstün əxlaq və fədakarlıq nümunələri ilə İslamiyyətin və Quran əxlaqının bütün dünyaya yayılmasına səbəb olublar.

    Möminlərin vacib xüsusiyyətlərindən biri də qardaşlıq, həmrəylik mənasını verən təsanüddür. Rəbbimiz Quranda bütün möminlərin qardaş olduğunu bildirmişdir. Möminlər Allah rizası üçün yaşayan, Onun rəhmətini və cənnətini ümid edən insanlardır. Buna görə də bir-birilərini çox sevirlər və həmrəydirlər. Allah bu gözəl əxlaq xüsusiyyətindən razı olduğunu Quranda belə bildirir:

    ”Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.’ (Saff surəsi, 4)

    Möminlər gözəl əxlaqlı, təvazökar və sevgi doludurlar. Buna görə də möminlər arasında təsanüd çox rahat yaranır. Allah möminlərin bir-birlərinə olan bağlılıqlarının necə olduğunu Quranda belə bildirmişdir:

    ‘Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.’ (Ali-İmran surəsi, 103)

    Möminlər arasındakı həmrəyliyin vacib xüsusiyyətlərindən biri də qısqanclıq, kin və ya mənfəətçilik kimi rəftar pozuqluqlarının olmamasıdır. Başlarına hansı hadisənin gəlməsindən asılı olmayaraq, heç vaxt fədakarlıq, təvazökarlıq və bağışlayıcılıq kimi Quran əxlaqının qazandırdığı rəftarlardan əl çəkmirlər.

    Uca Rəbbimiz Quranda möminləri təsanüdü pozan rəftarlara qarşı xəbərdar edir. Məsələn, mömin digərinin xoşuna gəlməyən və onu təhqir edən üslubdan qətiyyən istifadə etməməlidir. Allah Quranda bu vəziyyəti belə bildirmişdir:
    ”Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.’ (İsra surəsi, 53)

  • Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 Oktyabr 1989-cu il)

    1902788_614529541965133_896121757_n

    “AYDINOGLU CONSULTİNG GROUP” LL Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktorunu, Azərbaycan Jurnalistlər Birliyinin üzvünü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin xüsusi müxbirini, gənc yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 Oktyabr 1989-cu il)

    10730926_708473925888118_1815156677351752954_n

    “AYDINOGLU CONSULTİNG GROUP” LL Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin təsisçisi və baş redaktorunu, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Beynəlxalq Əlaqələr və Tərcümə” şöbəsinin rəhbərini, “KenanAydinoglu.Com” saytının Mətbuat xidmətinin rəhbərini, Azərbaycan Jurnalistlər Birliyinin üzvünü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin foto-müxbirini, tərcüməçi-jurnalistini, gənc yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • “Mən sadəcə xoşbəxt olmaq istədim…”

    oglan

    Xoşbəxtlik, Xoşbəxtlik…Kasıb olanlar xoşbəxtliyi pulda,var-dövlətdə, sevgidən əziyyət çəkənlər sevgidə, dişləri ağrıyanlar xoşbəxtliyi dişləri sağlam olmaqda görər. Gülməlidir hə, amma bu fikirləri Şekspir səsləndirmişdi.Bu həqiqətəndə belədir. Saysaq adını xoşbəxtlik qoyacağımız ,xəyalında oldugumuz çox anı göstərə bilərik.Bəzən kiçik xoş anı xoşbəxtlik hesab edərsən.Çünki sən illərdir o kiçik anın həsrətindəsən. Bir neçə dəqiqəlik xoş an sənin xoşbəxtliyin olar.Hər insan xoşbəxtliyə irəliləmək adını xoşbəxtlik qoya biləcəyi nələr isə axtarar.Tapar bəziləri ,tapar xoşbəxt sanar özünü, bəziləri xoşbəxtliyi səhv anlayar, bəziləri isə nə qədər axtarsada tapa bilməz.Ondan uzaq qaçar xoşbəxtlik.Sanki uca bir zirvədə dayanar. Nə qədər ona yaxınlaşmaq istəsəndə yaxınlaşa bilməzsən.Kim isə,nə isə yolunu kəsər,addımlamağa qoymaz səni.İnsanların istədikləri şeyə sahib olması böyük bir xoşbəxtlikdir,amma sahib olduğundan çoxunu istəməmək daha böyük bir xoşbəxtlikdir.Mənə görə hərdən xoşbəxtlik ücün nəsə axtarmaq,xoşbəxtliyi nədəsə görmək mənasız düşüncədi.Xoşbəxtlik insanın içindən ,dərinliklərdən gələn bir hissdi.İnsan sadəcə xoşbəxt olduğunu düşünür,səbəbi isə bir vaxt arzu etdikləri deyil, sadəcə hissidi.Həyatla sülh bağlasan xoşbəxt,müharibə etsən bədbəxt olarsan.Uşaq ikən yəqinki çox insanın həyata keçirdiyi və keçirə bilmədiyi arzuları olub.Bəzən xoşbəxtlik kəlməsinin özünü belə səhv anlayarsan.Arzularını,umidlərini yanlış küçələrdən xoşbəxtlik adlı ünvana catdirmaq istəyərsən.Yalnız sonda başa düşərsən ,düzgün qapını döymədiyini..Səhərlər özünü xoşbəxt sanan insanların çoxu gecələr düşünərkən özlərini bədbəxt hiss edir.Gecələr dinlədiyin musiqilərdimi buna səbəb,ya özün?Bəzən bilərəkdən musiqiçiləri günahkar çıxartmaq istəyərik.Sanki bunların səbəbi özümüz deyilik.Təsəvvür etmək,xəyalına gətirmək canlandırmaq istəyərsən..Çəkinmə özünü xəyallarına etibar et.Xəyalların edə bilməyəcəyi ,qarşısını kəsən maneələr yoxdur.Xoşbəxtliyə çatmağa imkan verməyən bir şey yoxdur xəyallarda.Xəyallar sərhəd tanımaz.Uşaq ikən oynadığımız oyuncaqlardan ,oynayarkən yıxılmaqdan,kitabları vərəq-vərəq axtararaq şəkil tapmaqdan yorulardıq. (daha&helliip;)

  • “Azərbaycan gəncini meşşan həyat tərzi maraqlandırır”

    12177844_677046909098283_661331825_n

    Azərbaycan Kempo Federasiyası mətbuat xidmətinin rəhbəri, jurnalist Elşən Yəhyayev gənclərin cəmiyyətdə rolu barədə Moderator.az-a bir yazı göndərərək düşüncələrinin ictimai müzakirəyə çıxarılmasını xahiş edib: Çox vaxt gənclər sevgini digər hisslərlə qarışdırırlar. Əgər buna hiss demək mümkündürsə.Siz kimdənsə istifadə edirisinizsə onda bunu sevgi adlandırmaq olmaz. Bu kimi hallar insana sevgi kimi görünür, əslində isə bunların hamısı saxtadır. Bu gün Azərbaycan gəncliyi həm inkişafdadır həm də ki, tənəzzülə doğru irəliləyir. Günümüzdə, Azərbaycanda çox mənasız və xoşagəlməz gənclik formalaşır Bizdən əvvəlki nəslin yaşadığı zaman, mühit, şərait tamam fərqli olub və bu da gənclərin səhv yolda olduğunu göstərir. Hazırda ölkəmizdə Avropaya inteqrasiya prosesi gedir və belə gənclər müasir düşüncəli gənclərlə fikir ayrılığına düşür, bu da gəncliyin parçalanması deməkdir. Bu özünü indi göstərməsə də gələcəkdə mütləq cəmiyyətə, ələxüsus da cəmiyyətin ən vacib hissəsi olan gəncliyə öz ziyanlarını göstərəcək. Dünyanın hansı yerindən aslı olmayaraq, gənclik hər zaman dəyişikliyə maraqlıdır.Bu, Azərbaycandada belədir. Amma problem ondadır ki, dəyişikliyə nail olmaq üçün seçdikləri yol çox zaman yanlış olur. Çox təəssüf ki, bu gün Azərbaycan gəncini meşşan həyat tərzi maraqlandırır.Bütün bunlara səbəb olan faktorlar isə daha böyük mövzudur.Belə olan halda gənclərimizin vətəndaş cəmiyyətinin inkişafında aktiv rolunu gözləmək olmur.Halbuki Azərbaycan gəncini təhsilli, ictimai cəhətdən fəal, dövlətin və cəmiyyətin idarə edilməsində və inkişafında yaxından iştirak edən,çox böyük hədəfləri və məqsədləri olan, enerjili və özünə güvənən gənc kimi görmək istəyərdim.

  • Təranə ŞƏMS.“Vaxtdan uca” və “Cavidnamə”

    ts

    Rafael Hüseynovun “VAXTDAN UCA”- əsəri uzun illər öncə işıq üzü görməsinə baxmayaraq yenə də oxucuların maraq dairəsindədir. Mən özüm də bu kitabı yaxın günlərdə gec də olsa oxudum. Bu o demək deyil ki, mənim Hüseyn Cavidin yaradıcılığından heç xəbərim yoxdur. Onu qeyd edim ki, Azər Turanın “CAViDNAMƏ” – ni Rafael Hüseynovun “VAXTDAN UCA” əsərindən əvvəl oxumuşdum. Lakin hər iki yazarın əsərinə fikir bildirməyimin əsaslı səbəbi mütaliəni sevən Cavidsevər oxucular kimi, məni də bu əsərlərə olan fikir müxtəlifliyi məcbur etdi. Bu günlərdə tanınmış araşdırmaçı-alim Azər Turanın tədqiqat əsəri, olan“CAVİDNAMƏ”ni oxuyub,mətbuat səhifələrində fikrimi bildirmişdim. Buna baxmayaraq, hər iki əsərə qarşı oxucuların fikir ayrılığını nəzərə alaraq yenidən fikrimi oxucularla bölüşmək istərdim. İlk öncə onu qeyd edim ki,”VAXTDAN UCA” əsəri “CAVİDNAMƏ” ilə müqayisədə elmi əsər deyil, sadəcə Rafael Hüseynovun Hüseyn Cavidə olan sevgisinin bəhrəsi kimi səciyyələndirilə bilər. Çünki yazılmış fikirlər müəyyən mənada tarixi faktlara əsaslanmasa da oxucunu Cavidin yaşadığı həyatın keşməkeşinə səyahət etdirir. Kitabın adına gəlincə, VAXT VƏ ZAMAN ALLAHA məxsusdur. Kitaba ön söz yazan Anar müəllim vaxt və bəxt anlamlarının bir-birini tamamladığını önə çəkir. Mən bir oxucu kimi önə çəkilən fikir haqqında belə deyərdim, Hüseyn Cavidin başına gələnlər nə vaxtdır, nə bəxtdir, sadəcə yaşadığı dövrün burulğanlı mühitidir. Onu bu burulğana sürükləyənlər onun nə qədər əlçatmaz olduğunu bilənlər idi. Bu əlçatmazlıq Hüseyn Cavidi ucaltdı. O ucalığı ilə əqidə və təffəkürünün, ilahi bəsirətinə sığınan əqli, zəkası oldu ki, ona qarşı üzü dönmüş zamanın gərdişinə tanrısına üsyan etmədən dözdü və yaşadı. Bəli, zamanın haqsız məngənəsində çabalayan Hüseyn Cavid məfkurəsinin cilalanması mümkünsüz olduğundan, zaman–zaman onun bənzərsizliyi bu günümüzə də gəlib çatdı. Hüseyn Cavid “dayanan zaman”ın nə vaxtsa onun bəxtinə sarı irəliləyəcəyini sanki əvvəldən bildiyi üçün heç mücadilə etmədən öz tanrısına sığındı. Tutduğu bu yol dözülməz olsa da, Hüseyn Cavid dözdü və düşmənlərinin gözünə dik baxdı. O, hətta bilirdi ki, onu 1937 – ci ilin burulğanına sürüklüyənlər zaman gələcək o dövr xatırlanarkən murdar xislətli insanların bu günümüzə gəlib çıxan tör – töküntüləri utanc hissi keçirəcəklər, hətta öləcəklər belə…. Yarım əsr əvvəlin saralmış qəzet səhifələrində bu iyrənc misraları oxuyub təəccüblənməmək mümkün deyil: (daha&helliip;)

  • Müəllimə məktublar!

    ex

    « Mən Məktəbə gələrkən çox həyacanlı idim.Səbirsizliklə müəlliməmi görmək istəyirdim.Müəlliməmi görərkən sevindimki belə gözəl müəlliməm var. Sinif yoldaşlarımı görərkən həyəcanlanırdım.Sonra onlarla dost oldum.”
    “Mən sizin sinifə gələndə sevindim.Ona görədə sizin sinfdə qaldım.Çox sağolun müəllimə.Siz olmasa idiniz biz şagirdlər savadsız qalardıq.Oxuya bilməz,yazı yaza bilməzdik.”
    Şair həyatda yaxşı nə varsa götürür və öz əsərinə daxil edir.Ona görədə onun əsəri gözəl ,həyatı isə çirkin olur.( L.N.Tolstoy)
    5 oktyabr” Müəllimlər günü”münasibəti ilə bütün şagirdlərim tərəfindən yazılan məktublardan tək ikisini yazdım.Hər birisinin məktubu bundanda artıq ürək dolu sözlərdən ibarətdir.Həyəcanlı yazılarla buraxılan səhvləri gözlərim inanınki sevincdən bir o qədərdə görməyirdi.Çünki artıq ürəklərindən keçənləri onların gözlərindən oxumusdum.
    Maraqlar fərqlidir,istəklər fərqlidir.Valideyinlər var ki insanın əziyyətini bir çırpıda yerə sərir.Valideyin varki əvvəldən bir çox anlaşılmazlıq olsada sonra getdikcə ona güvənməyi öyrənirsən. Hər kollektiv də olduğu kimi müəllim kollektivi ilə də işləmək çox çətindir.Deyərdim ki bir az da artıq çətindir.Çünki bu çox şərəfli peşədə öyrədən sən olduğun halda qəribə insanlarla qarşılaşırsan.Sənə ağıl vermək istəyənlər,adına ləkə vurmaq istəyənlər,milyonları qarşına sərmiş kimi etdikləri təbrikləri başa qalxanlarda heç də az deyil.Yəqin tek yeganə peşədir ki can qoyub yol öyrətdiyin şagirdlərinin səni sevməsini, görməməzlikdən gələn və öz mənafeyinə yaraşan hərəkət edənlərdə yəqin bu peşədə can qoyub qurbana çevrilənlərdir.
    Cəmiyyət istəksiz bir şey etməz.Biz çox güclü xalqıq.O qədər azadıq ki heç kimi heç kim heçnəyə məcbur edə bilməz. Ancaq bəzən sadə müəlliməni mürəkkəbə çevirib öz peşəsinə nifrət etdirmək həddinə gətirənlərdə olur.Nə yaxşıki yaxşı insanlarda var.Bu yolun keşməkeşindən keçib sənə səbrli olmağı xatırladan, yanında güclü olduğunu hiss elətdirənlər də var.Zaman o qədər qısadırki istədiyimiz kimi yaşamaq üçün ömrümüz deyərdim ki çox azdır.Gəlin o zamanı yaxşı dəyərləndirək.Dünya malı üçün bir –birimizə quyu qazmayaq.Ləyaqətimizi parçalamayaq.Dalaşanda elə sözlər barı sərf edəkki barışmağa üzümüz olsun.Qəlbimin qırıldığı çox insanlar var.Mən peşəmi o qədər sevirəm ki heç kim bu sevdamdan əl çəkdirə bilməz.Bir müəllimə kimi inanıram ki ,vəfasız dost kölgə kimidir.İşıqlı gündə səni izlər,buludlu gündə gözdən itər.
    Fikir müxtəli ola bilər,lakin həqiqət birdir.Həqiqətdən qaçmayın.İnsan kimi insan olun ! Onu da deyimki acı dil bal satandan,şirindil bibər satandan yaxşıdı

  • Sumqayıt Kimya sənayesi – 70

    2

    5

    6

    08

    8-Almaniya 11.

    13

    Azərbaycan sənayesinin ilk elmlər doktoru

    “Bu çox nadir haldır ki, Əbülfəz Babayev kimi istedadlı bir elm adamı zavodda qalıb işləyir və elmi axtarışlarını elə orada uğurla davam etdirir. Bilavasitə istehsalatda çalışaraq, elmi nəzəriyyə ilə, həm də konkret praktik əhəmiyyəti olan nəzəriyyə ilə məşğul olmağa hər adam qadir deyil. Babayevin bu sahədə unikallığını həm də o fakt sübut edir ki, o, Azərbaycan sənayesinin (elminin yox, məhz sənayesinin!) yetişdirdiyi ilk elmlər doktorudur.
    Onun monoqrafiyası dərin elmi əsaslar üzərində qurulmuş, eyni zamanda konkret praktik işə, istehsalata xidmət edən fundamental, olduqca dəyərli bir əsərdir. Əbülfəz Babayev elmi fikirlə istehsalatın effektiv vəhdətinə nail olmağı bacaran nadir bir fenomendir. Belə bir istehsalatçı alimi, öz işinin professoru olan bir adamı layiqincə qiymətləndirmək lazımdır”.
    Dzantemir TMENOV,
    Ukraynanın əməkdar elm xadimi,
    kimya elmləri doktoru, professor.
    1991-ci il.

    Ə.Babayevin kimyaçı bioqrafiyasının mühüm məqamları

    1972-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu kimyaçı mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra təyinatla Sumqayıt Sintetik Kauçuk zavodunda işə başlayan Əbülfəz Babayev ilk gündən özünün kimya istehsalatına böyük marağı, elmi axtarışlara olan meyli ilə nəzər-diqqəti cəlb etmişdi.
    Artıq 1975-ci ildə – müəssisədə işə başlamasının üçüncü ilində o, gənc mühəndis-kimyaçı kimi özünün 15-dən artıq səmərələşdirmə təklifinin istehsalata tətbiqinə nail olmuş və “Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi” adına layiq görülmüşdü. Elə həmin il o, Kazan şəhərində keçirilən, polimer materialların istismar xassələrinə həsr edilmiş Ümumittifaq elmi-praktik seminarına dəvət edilmişdi. SSRİ-nin görkəmli kimyaçı alimlərinin də iştirak etdiyi tədbirdə gənc kimyaçı kimi Əbülfəz Babayevə də söz verilmişdi. Onun modifikasiya edilmiş butil-kauçukun əsasında alınan rezinlərin vulkanlaşdırılması ilə bağlı məruzəsi seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elmi axtarışlara olan marağı ilə o, müəssisənin gənclərini də elmi-texniki axtarışlara cəlb etmək məqsədilə respublikada ilk dəfə olaraq zavodun gənc mütəxəssislərindən ibarət “elmi-tədqiqat qrupu” da yaratmışdı.
    Təsadüfi deyil ki, onun bütün sonrakı mühəndis-texnoloq fəaliyyəti istehsalatın texniki yeniliklər, elmi əsaslar üzərində qurulması və daim təkmilləşdirilməsi ilə bağlı olmuşdur. 30 ilə yaxın Sintetik Kauçuk zavodunda çalışan, SSRİ-nin neft-kimya sənayesində ən gənc baş mühəndis olan Ə.Babayev bu vəzifədə 19 il səmərəli fəaliyyət göstərmiş, sonrakı illərdə (2001-2005) Etilen-polietilen zavoduna rəhbərlik etmişdir.
    Diqqətəlayiqdir ki, Əbülfəz Babayev bilavasitə istehsalatın ehtiyaclarından irəli gələn elmi axtarışlar aparmaqla özünün həm namizədlik, həm də doktorluq dissertasiyasını bilavasitə zavod şəraitində, istehsalatdan ayrılmadan hazırlayıb müdafiə edən ilk azərbaycanlı kimyaçı alim, yalnız kimya sənayesinin deyil, bütövlükdə Azərbaycan sənayesinin ilk elmlər doktorudur.
    Özünün çoxsaylı, həm də qiymətli elmi axtarışları və nailiyyətləri sayəsində Beynəlxalq Mühəndislik Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor kimi yüksək elmi titul və dərəcələr qazanmış Əbülfəz Babayevi nəinki MDB ölkələrində, hətta bir çox xarici ölkələrdə istehsalatçı-alim kimi tanıdan, nüfuzunu daha da artıran, onun bir çox sovet alimlərinin, hətta elmi-tədqiqat institutunun nail ola bilmədikləri yeni texnologiyalar işləyib-hazırlaması, yüksək elmi-texniki nailiyyətləri olmuşdur. Təsadüfi deyil ki, əldə etdiyi çoxsaylı uğurlara görə Ə.Babayev iki dəfə Beynəlxalq Mühəndislik Akademiyasının Qızıl medalına layiq görülmüşdür.
    Əbülfəz Babayevin sayəsində SSRİ miqyasında ilk dəfə olaraq nitril latekslərinin istehsalının fasiləsiz texnologiya üzrə alınmasına, dinyada ilk dəfə olaraq ən yüksək təmizliyə malik (99,99 faiz! Onun istehsal olunduğu digər 4 ölkədə bu mühüm göstərici 99,9-dan çox deyil) mütləq izopropil spirtinin istehsalına Azərbaycanda nail olunmuşdur. Məhz həmin kimyəvi məhsul müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünya bazarına çıxarılmış və respublikanın ağır iqtisadi dövründə yüz minlərlə dollar gəlir gətirmişdir.
    Ölkəmizin iqtisadiyyatının inkişafında mühüm yer tutan neft-kimya kompleksinin xammal mənbəyi olan “EP-300” qurğusunun tikintisi bilavasitə Əbülfəz Babayevin iştirakı ilə, texnologiyasının mənimsənilməsi isə onun elmi-texniki rəhbərliyi ilə aparılmışdır. Məhz onun sayəsində mütləq təmizliyə malik izopropil spirti, izopropil efiri ilə yanaşı stirol monomeri, müxtəlif latekslərin alınma texnologiyası müvəffəqiyyətlə istehsalata tətbiq olunmuş, bir çox kimyəvi məhsulun keyfiyyəti beynəlxalq standartlar səviyyəsinə çatdırılmış və onlar dünya bazarına çıxarılmışdır. Bütün bunların nəticəsi olaraq Sumqayıtda yüzlərlə iş yeri qorunub-saxlanmışdır.
    Həmin dövrdə Ə.Babayevin tədqiqatlarının əsas istiqaməti məhz “EP-300” kompleksinin səmərəliliyini artırmaq məqsədilə qurğuda alınan bütün məhsulları istehlak tələbləri səviyyəsinə çatdırmaq olmuşdur. Bunun üçün o, təmiz benzolu ayırmadan alkilləşmə prosesi apararaq, etilbenzolun (stirol üçün xammal) alınması texnologiyasını işləyib-hazırlamış və onların istifadəsiz qalmış avadanlıqlarda istehsalını həyata keçirmişdir. İstehsalatçı alim kimi o, ”Sintezkauçuk” zavodunda Azərbaycanda ilk dəfə olaraq aktiv katalizator kompleksinin istehsalına da nail olmuşdur ki, bu da yeni bir elmi uğur olmaqla yanaşı iqtisadiyyatımız üçün də xüsusi əhəmiyyət kəsb etmişdir.
    Ə.Babayev Azərbaycandan olan yeganə tədqiqatçı-alimdir ki, Moskva və Leninqrad alimlərinin bilavasitə müraciəti üzrə onun istehsalat şəraitində qısa bir vaxtda işləyib-hazırladığı kimyəvi maddədən əsrin faciəsi olan Çernobıl qəzasının radiasiya zonasına qoruyucu “örtük” çəkilməsində istifadə olunmuşdur.

    Ə.Babayev nazirliyi necə təəccübləndirdi?
    …Azərbaycanın dahi rəhbəri, Ulu öndər Heydər Əliyevin ölkənin neft-kimya sənayesinin yenidən qurulması proqramı çərçivəsində ötən əsrin 70-ci illərinin sonlarında layihələndirilməsinə başlanılmış “EP-300” kompleksinin tikintisi aparılarkən SSRİ Neft-Kimya Sənayesi nazirinin müavini Leonti Karpenko Sumqayıta gəlmişdi. Tikintinin gedişinin qrafikdən müəyyən qədər geri qalması onda qurğu işə salındıqdan sonra yeni texnologiyanın mənimsənilməsi prosesinin də xeyli uzanacağı qənaətini yaratmışdı. Lakin 1987-ci il dekabrın 31-də tikinti başa çatıb, qurğu istismara verildikdən 19 gün sonra ilk məhsul – etilen alınması mümkün olmuşdu.
    SSRİ-nin analoji qurğularında hazır məhsul çıxımına yalnız 5-6 aydan sonra nail olunduğundan, Sumqayıtda bu prosesin cəmi 19 günə başa çatdırılması barədə Moskvaya raport verəndə, nazirlikdə buna inana bilməmişdilər. Lakin həqiqət bu idi ki, Sumqayıt kimyaçıları belə bir yüksək nəticə, rekord əldə edə bilmişdilər – hər şeyi qabaqcadan ölçüb-biçərək, işin gedişi zamanı ekspromt olaraq konstruksiya və texnologiyada müəyyən yeniliklər tətbiq etmiş Ə.Babayevin sayəsində.

    “Babayev, kömək edin…”

    …Təxminən 25 il əvvəl, Sovetlərin dağılacağının hələ güman edilmədiyi bir dövrdə Moskvadan, SSRİ Neft-Kimya Sənayesi Nazirliyindən Ə.Babayevə xəbər çatdırılmışdı ki, Omskın Sintetik kauçuk zavodunda ağır istehsalat qəzası baş verib. Nazirliyin nümayəndələrinin də hadisə yerində olmasına, müəssisənin mütəxəssislərinin, qəza xidmətlərinin bütün səylərinə baxmayaraq, artıq ikinci gün idi ki, qəzanın nəinki qarşısını almaq, heç hansı səbəbdən törəndiyini də bilmək olmurdu. Omck böyük təhlükə qarşısında idi. Şəhər rəhbərliyi də, nazirlik də böyük təşviş içərisində idi – vaxt keçdikcə vəziyyət daha da gərginləşirdi, hər an patlayış və böyük dağıntı, bədbəxtçilik ola bilərdi. Nazirliyin və müəssisənin baş mütəxəssislərinin məsləhətləşmələri heç bir nəticə verməmişdi.
    Belə bir məqamda nazirlikdən sintetik kauçuk istehsalatlarının “xarakterinə” yaxşı bələd olduğu üçün Ə.Babayevə də müraciət edilmiş, öz fikir və məsləhətlərini bildirməsi xahiş olunmuşdu. Ona verilən tələsik, qısa məlumatdan Omskda nə baş verdiyini öyrəndikdən və qəzanın xarakterini təhlil etdikdən sonra o, buna səbəb ola bilən nasazlıqları aradan qaldırmaq üçün ilkin mülahizələrini bildirib, hansı ardıcıllıqla və nə etmək lazım olduğunu söyləmişdi. Bundan sonra hər şey onun qiyabi olaraq dediklərinə hadisə yerində nə dərəcədə düzgün əməl ediləcəyindən asılı idi.
    Təxminən 4 saat sonra Omskdan xoş xəbər gəldi – qəzanın qarşısı Ə.Babayevin “təlimatına” əməl edilərək alınmışdı. Bir gün sonra isə sumqayıtlı “xilaskar”a həm nazirlik, həm də zavod kollektivi adından təşəkkür bildirilmişdi.
    Təbii ki, Əbülfəz müəllim üçün nazirliyin təşəkküründən daha vacib olan o idi ki, o, baş vermiş qəzanın səbəbini min kilometrlərlə uzaq məsafədən, qiyabi olaraq, həm də çox dəqiqliklə müəyyən edə bilmiş və öz təklifləri ilə onun qarşısını almaqda iştirak etmişdi.
    Bu, həm də təkcə Əbülfəz Babayevin yox, Azərbaycan elminin qələbəsi, kimya elminin respublikada yüksək inkişaf səviyyəsində olduğunun təsdiqi idi. Ən əsası isə o idi ki, yaranmış ağır vəziyyətdə Moskva məhz Azərbaycana, onlar üçün “qlubinka” sayılan Sumqayıta müraciət etmişdi. İşin öhdəsindən gələ biləcək yeganə bir mütəxəssis olaraq Moskvanın SSRİ kimi nəhəng bir ölkədə məhz Azərbaycan kimçyaçısına müraciət etməsinin özü qürurverici idi.

    ***

    1994-cü ildə Ə.Babayev Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü seçilmişdi. Həmin Akademiyanın üzvləri arasında təkcə kimyaçı alimlər yox, həm də radiasiya və kosmik tədqiqatlar, müdafiə sənayesi sahəsində çalışan görkəmli alimlər, hərbçi generallar da vardı. Belə ki, orada seçim məsələsi son dərəcə ciddi və məsuliyyətlə aparılırdı.
    Bir il sonra – 1995-ci ilin ortalarında həmin Akademiyanın kimya şöbəsinin müdiri Bakıya gəlmişdi. Onu Azərbaycanın Nazirlər Kabinetinin nümayəndəsi və Ə.Babayev qarşılamalı olmuşdu. Görüş zamanı moskvalı akademik bildirmişdi ki, Akademiyanın müxbir üzvlüyünə yeni seçilənlərə səsvermədə iştirak edən akademiklər Ə.Babayevin kimyanın aktual problemləri ilə bağlı müxtəlif elmi jurnallarda dərc olunan məqalələrinə xüsusi maraq göstərdiklərindən və onun elmi tədqiqatlarını yüksək qiymətləndirdiklərindən seçki zamanı Ə.Babayevə yekdilliklə səs vermişdilər.
    Görünür, heç də təsadüfi deyildi ki, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, Kanada, İtalıya və digər ölkələrin elmi-texniki jurnallarında dərc olunmuş 300-dən artıq elmi məqalənin, 100-dən çox patent və ixtiranın, 17 monoqrafiya və dərs vəsaitinin müəllifi olan Ə.Babayev elə həmin il Nyu-York Elmlər Akademiyasının, iki il keçdikdən sonra isə həm də Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdi.

    “Siz heç vaxt nitril lateksi ala bilməyəcəksiniz!”

    Ötən əsrin 80-ci illərinin əvvəllərində sənayenin müxtəlif sahələrində, xüsusilə yüngül sənayedə tələbatın yüksək olduğu, lakin tərkibində zəhərli xlorun az olmadığı xloropren lateksi əvəzinə xlorsuz olan nitril latekslərinin sənaye üsulu ilə, həm də fasiləsiz texnologiya ilə alınması məsələsi sovet kimyaçılarını çox ciddi şəkildə düşündürürdü. O zaman həlli çox çətin və mürəkkəb olan bu işin üzərində SSRİ Elmlər Akademiyasının Leninqrad, Voronej və Yaroslavl Elmi-Tədqiqat İnstitutlarının tanınmış alimləri ilə yanaşı “Sintezkauçuk” İB-nin Baş mühəndisi Əbülfəz Babayev də bilavasitə texnoloji proseslərin davam etdiyi istehsalatda – özünün «elmi-tədqiqat institutunda» çalışır, tədqiqat aparırdı.
    Onu belə bir çətin problemin həllinə girişməyə sövq edən bir-neçə səbəb var idi. Əvvəla, o, bir azərbaycanlı mühəndis kimi heç cür qəbul edə bilmirdi ki, sənayenin bir çox sahələri üçün son dərəcə vacib olan xloropren lateksinin SSRİ-də yeganə istehsalçısı olan Yerevan bu sahədəki monopoliyasından sui-istifadə edərək, İttifaqın bir çox sənaye müəssisələrini çıxılmaz vəziyyətdə qoyurdu – gah qiymətləri qaldırır, gah da həmin məhsulun istehlakçılara verilməsini qəsdən ləngidir, bəzən də tamamilə dayandırırdı. SSRİ sənayesinin bir çox sahələrini xammalla təchiz edən “Nairit” zavodu xloropren istehsalatını rekonstruksiya adı ilə saxlamaq və bununla bağlı Moskvadan külli miqdarda vəsait qopartmaq niyyətində idi (söhbət 1988-ci ildən gedir – o zaman ermənilər təkcə Azərbaycana yox, həm də Kreml rəhbərliyinə qarşı ən kəskin tələblər, iddialar qaldırırdılar). Ancaq erməni hiyləgərliyi ilə qurulmuş ultimativ tələblərə baxmayaraq, İttifaq nazirliyi onların arzusunda olduğu vəsaiti ayırmaq fikrində deyildi. Odur ki, “Nairit”in fəhlələri uzunmüddətli tətillərə başlamışdı və bununla bağlı həmin zavodun məhsulundan xammal kimi istifadə edən istehlakçı müəssisələrdə vəziyyət gərgin xarakter almışdı.
    Düzdür, həmin ərəfədə xloropreni əvəz edə bilən, başlıcası isə tərkibində xlor olmayan, bütün texniki parametrlərinə görə ondan xeyli üstün və zərərsiz olan nitril lateksinin SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr içərisində ilkin olaraq Sumqayıtda, “Sintezkauçuk” zavodunda istehsalına başlanılmışdı. Ancaq təəssüf ki, məhsul yalnız fasiləli rejim üzrə, kiçik partiyalarla alınırdı ki, bu da çətinliklər bahasına başa gəlir və İttifaq sənayesinin tələbatını ödəyə bilmirdi.
    Prosesin texnologiyası o dərəcədə qeyri-mükəmməl, natamam işlənmişdi ki, əsas mühəndis-texniki korpusun diqqətinin məhz məhsul çıxımına yönəlməsinə, bunun üçün maksimum səy göstərilməsinə baxmayaraq, istənilən keyfiyyəti almaq mümkün olmurdu. Hətta hər dəfə zay olmuş lateksə bənzər kütlə dənizə atılmalı olurdu və bu, ekologiyaya böyük ziyan vurmaqla yanaşı, zavodun istehsal həcminin kəsirdə qalması ilə nəticələnir, maliyyə vəziyyətinə ciddi təsir göstərirdi.
    Problem onda idi ki, mövcud texnologiya üzrə işləyərkən alınan lateks kütləsi proses zamanı bərkiyərək, reaktoru sıradan çıxarırdı. Həm də prosesi yenidən başlamaq üçün hər dəfə həmin bərk kütlənin 12 kub metrlik reaktordan çıxarılması, hissə-hissə kəsilib-qopardılaraq, reaktordan xaric edilməsi üçün iə 80 nəfərə qədər fəhlə son dərəcə ağır və yorucu olan işə cəlb edilirdi.
    Yaranmış xoşagəlməz vəziyyət Ə.Babayevin ciddi narahatlığına səbəb olurdu. Digər tərəfdən isə nitril lateksi həm Azərbaycanın, həm də bütövlükdə SSRİ sənayesinin müxtəlif sahələri, o cümlədən hərbi sənaye üçün son dərəcə lazımlı, olduqca vacib, qiymətli bir kimyəvi məhsul idi. Odur ki, necə olursa-olsun, daha optimal, daha səmərəli variant işlənib-hazırlanmalı idi. Mövcud texnologiyanın təkmilləşdirilməsi və ya yenisi ilə əvəz edilməsi üçün isə ciddi elmi axtarışlar aparmaq tələb olunurdu.
    Ancaq Ə.Babayevi yeni texnologiyanın hazırlanmasına sövq edən başqa bir səbəb də var idi… Nitril lateksi məsələsi İttifaq nazirliyində müzakirə olunarkən Təchizat İdarəsinin müşavirədə iştirak edən xanım rəisi orada etinasızlıq və təkəbbürlə Sumqayıt kimyaçılarının nitril lateksinin alınmasına heç zaman nail ola bilməyəcəklərini, bununla da nazirliyi pis vəziyyətdə qoyacaqlarını iddia etməsi idi.
    Həmin müşavirədən təxminən 4 ay keçdikdən sonra problemin həlli yolunda Ə.Babayevin gərgin səyləri, elmi təhlil və araşdırmaları uğurla nəticələndi – texnologiyanın demək olar ki, yenidən işlənərək, bütünlüklə dəyişdirilməsi, avadanlıqda rekonstruksiya aparılması nəticəsində Sumqayıt kimyaçıları, nəhayət ki, SSRİ-də ilk dəfə olaraq nitril latekslərinin fasiləsiz metodla alınmasına nail oldular.
    Azərbayçanın görkəmli kimyaçı alimi akademik Musa Rüstəmov Ə.Babayevin bu elmi uğuru ilə bağlı fikirlərini bölüşərək o zaman demişdi: “Bu işdə Babayevin ən böyük xidməti ondan ibarətdir ki, o, bu prosesdə kükürd oksidi sərfinin təxminən 10 dəfə azaldılmasına, çox qiymətli butilen fraksiyasının alınmasına, milyonlarla manat iqtisadi gəlir əldə edilməsinə nail olmuşdur. Dünya texnologiyası səviyyəsində aparılmış bu işi bir alim kimi o, məharətlə, geniş və kompleks elmi-texniki tədqiqat nəticəsində həyata keçirə bilmişdir”.
    Bu gün fəxrlə demək olar ki, o dövrdə SSRİ-də bir-neçə elmi-tədqiqat müəssisəsində fasiləsiz metoda nail olmağa çalışsalar da, buna müyəssər ola bilməmişdilər. Ə.Babayevin sayəsində nitril lateksinin istehsalı üzrə fasiləsiz metod birinciliyi Azərbaycana nəsib oldu.

    ***

    Nitril latekslərinin yeni texnologiya üzrə istehsalı qaydaya salındıqdan sonra Sumqayıt kimyaçıları Ertmənistanın “Nairit” zavodunun lateks verməməsi üzündən fəaliyyəti dayanmaq təhlükəsi qarşısında qalmış Abakanın Ayaqqabı fabrikinin, Çernoqorsk kombinatının və digər müəssisələrin də lateksə olan ehtiyaclarını artıqlamasilə ödəmişdi.
    Hətta Abakan zavoduna həmin dövrdə Sumqayıtda istehsal olunan nitril lateksləri yox, onların tamamilə başqa bir modifikasiyasının lazım olmasına, onun alınması üçün bəzi texnoloji dəyişikliklər və müəyyən kimyəvi əlavələr tələb olunmasına baxmayaraq, Sumqayıt kimyaçıları Əbülfəz müəllimin rəhbərliyi altında həmin işlərin öhdəsindən də vaxtından xeyli əvvəl gələrək, sifarişçinin tələbatını bütünlüklə ödəyə bilmişdi.
    O zaman Çernoqorsk kimya kombinatının baş mühəndisi A. Qrinjov özü də fərqinə varmadan, bir “sirri” açaraq bildirmişdi ki, Ə.Babayevin ünvanını ona keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyində işləyən bir qadın – bir vaxt təşəxxüs və etinasızlıqla Əbülfəz Babayevə “siz heç vaxt nitril lateksi ala bilməyəcəksiniz!” deyən həmin xanım vermişdi. Bu, gecikmiş də olsa, hər halda Azərbaycan elminin gücünün, qüdrətinin etirafı, onun kimya elminin növbəti qələbəsi demək idi!..
    Sonralar iş elə gətirmişdi ki, Ə.Babayev bir dəfə Moskvada – SSRİ Neft-Kimya Sənayesi Nazirliyində olarkən həmin qadın ona yaxınlaşaraq, Sumqayıtda nitril lateksinin fasiləsiz üsulla alınmasına görə onu təbrik etmiş və bir vaxt ona inamsızlıqla dediyi sözlərə görə üzr istəmişdi.

    Sumqayıt “Çernobıl”a da kömək əlini uzatdı

    Bir vaxt «Soyuzkauçuk» Baş İdarəsinin rəisi, sonralar SSRİ Neft-Kimya Sənayesi nazirinin müavini olmuş texnika elmləri doktoru V.Sazıkin 1998-ci ildə Sumqayıtın «Sintezkauçuk» zavodunda olarkən təəccübünü gizlətməyərək, demişdi: «Babayev nitril lateksinin fasiləsiz metodla alınmasına, elmi-tədqiqat institutlarının öhdəsindən gələ bilmədiyi bir işə necə nail olubsa, bu gün də mənim üçün sirr olaraq qalır».
    O, bunu təsadüfi olaraq yada salmamışdı. Belə ki, o vaxtlar Əbülfəz Babayevin bütün keyfiyyət parametrlərinə görə xloropren lateksindən üstün olan nitril latekslərinin fasiləsiz üsulla alınması sovet kimya elmində və sənayesində böyük bir elmi uğur kimi qiymətləndirilmişdi…
    Bu, həm də Sovetlərin çox ağır bir dövrünə – Çernobıl qəzası dövrünə təsadüf etdiyindən, Ə.Babayevin elmi nailiyyəti təcili olaraq və həm də çox ciddi sınaqdan keçməli olmuşdu. Belə ki, radiasiyanın 35 kilometrlik radiusdakı ərazidən şüalanmış tozlar vasitəsilə kənara yayılmasının qarşısını almaq o vaxt təcili tapşırıq kimi Leninqradın elmi-tədqiqat institutlarından birinə tapşırılmışdı. Lakin orda bu məsələ ilə bağlı Sumqayıta, Əbülfəz Babayevə müraciət edilməsi məsləhət görülmüşdü.
    Məsələnin həlli Sumqayıtda özünü çox gözlətmədi. Qısa bir müddətdə lateksin yeni texnologiya əsasında xüsusi modifikasiyasının istehsalına başlanıldı və həmin qiymətli kimyəvi məhsul dəmiryol çənləri ilə Çernobıla yola salındı.
    “Babayev lateksi”nin texnologiyası əsasında alınan yeni modifikasiyanın üstünlüyü onda idi ki, onun tərkib hissəsi olan kauçuk emulsiyasını radiasiya ilə zəhərlənmiş əraziyə səpdikdə o, nazik, lakin çox etibarlı qoruyucu təbəqə yaradırdı ki, bu da radiaktiv tozların daha geniş dairədə yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verirdi.
    Və bu birmənalı olan həqiqətdir ki, həmin modifikasiyanın alınma texnologiyasının işlənib-hazırlanmasında nə Rusiya, nə də Azərbaycan tərəfdən ikinci və ya üçüncü bir şəxs iştirak etməmişdi.

    Azərbaycan kimyaçısının beynəlxalq nüfuzu

    Bu gün onu da xüsusilə qeyd etmək lazımdır ki, dünyanın bir çox nüfuzlu elmi təşkilatları Ə.Babayevi vaxtaşırı olaraq beynəlxalq elmi simpoziumlara və konfranslara dəvət edirlər. Elmi uğurları bilavasitə kimya istehsalatının ehtiyaclarından yaranan tədqiqatçı alimə Yaponiyanın məşhur “Niçimen Korporeyşn” şirkətindən onun elmi ixtirasından yeni yaradılacaq avtomatik sistemlərdə istifadə edilməsi üçün razılığını verməsi barədə müraciət də Ə.Babayevin kimya sahəsində beynəlxalq elmi nüfuzundan xəbər verir.
    Təsadüfi deyil ki, sumqayıtlı kimyaçı alim son illər dünyanın ən mötəbər elmi tədbirlərində – Amerika, İngiltərə, Rusiya, Almaniya, Fransa, İtaliya, Türkiyə, İran, Əlcəzair və s. ölkələrdə keçirilən bir çox beynəlxalq elmi simpoziumlarda, konfrans və konqreslərdə Azərbaycan kimyasını ləyaqətlə təmsil etmişdir. Qürur hissi doğurur ki, Ə.Babayev dünyanın nüfuzlu elm adamlarının toplandığı həmin tədbirlərdə sadəcə iştirakçı olmamış, həm də böyük maraq doğuran elmi məruzələrlə dəfələrlə çıxış etmiş, beynəlxalq nüfuza malik bir alim kimi təsdiqi və etirafı olaraq, ona dəfələrlə simpoziumların plenar yığıncaqlarına sədrlik etmək etimad edilmişdir.
    Professor Əbülfəz Babayev artıq neçə illərdir ki, Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun (bu yaxınlaradək – Neft Akademiyasının) professoru olaraq, sabahın mühəndis-texnoloqlarının yetişdirilib-hazırlanmasına öz töhfəsini verməklə və aspirantla-rının elmi işlərinə rəhbərlik etməklə bu gün də öz elmi fəaliyyətini uğurla davam etdirir.

    Rəhman ORXAN.

  • Sumqayıt kimya sənayesi: doğrulan ümidlər və yeni hədəflər

    0930

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 aprel 2010-ci il tarixli “Neft-kimya sənayesin­də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı əsasında “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olmuşdu. Ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olunmuşdur. İlk dəfə etilen istehsalatının layihə gücü səviy­yəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi yüksəldilmiş, xammala qənaət olunmuş, balans itkiləri minimuma endirilmiş, beləliklə məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır.
    Doğrulan ümidlər
    – «Azərikimya»nın SOCAR-ın tərkibində daha sürətlə tə­rəqqi edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar, demək olar ki, özünü doğrult­maq­dadır. Belə ki, ötən beş il ərzində SOCAR-ın dəstəyi sayə­sində «Azərikimya»nın texniki bazasının güc­ləndirilməsi, Etilen-polietilen zavodunda məh­sul istehsalının artı­mına, xammal və yarımfabrikat məhsulların itkisinin qarşısının alın­masına yönəldilmiş yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, bu işlərin ən ciddi reqla­mentlər əsa­sında aparılması, kimyaçıların əməyi­nin layiqincə qiy­mət­ləndiri­lə­rək əməkhaqqılarının artırılması, iş və məişət şəraitinin yaxşılaş­dırıl­ması və s. tədbirlər «Azərikimya» İB-də həm istehsalat, həm də insan amili baxımın­dan yeni bir canlanmaya və yüksəlişə səbəb ol­muş­dur. (daha&helliip;)

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.” Şəhra çiçəyi.”

    sx

    Yenə yarpaqlarım əzildi. Heç olmasa yoldan kənara atsaydı məni o zalım. Döndüm əvvəlki vaxtıma. Demək, bu mənim sonumdu. Bura qədərmiş. İkinci elə biri bir də olmayacaq. Mən belə ayaq altındaca tapdanıb məhv olacam. Burdan məni hara aparacaqlar? Yəqin, böyük maşınlarda gecə gəzintisinə çıxacam. Axı o maşınlar həmişə gecə gəlirlər. Dəniz o maşınların səsindən yaman qorxardı. Heç düşünməzdim ki, mən də o vahiməli maşınla gəzəcəm. Sonra böyük bir dağa gedəcəm, orda cəhənnəm istisində yanıb kül olacam.
    Noolar, köhnə dost, bir az oyna, yellən ,məni apar kolların arasına sal. Bəlkə, onda qurtulam. Sən mənim həmişəki kimi tənha vaxtlarımda ayanımsan. Yadında onunla tanışlığım? Buna sən vəsilə olmuşdun. Köhnə, uçulmuş bir eyvanda solub gedirdim. Nə gün işığı görmürdüm, nə də su. Sən birdən bərk əsdin. Yenə, deyəsən, yelləncəyində lap yuxarıya qədər yellənirdin. Mən eyvandan düşdüm yerə, dibçəyim sındı. Tanıdın indi məni? Yadına düşdüm? Həəə. O zamanlar adım sırğagülü idi. Məni sırğaya bənzədirdilər. İndi adım Şəhra çiçəyidir. Daha doğrusu, bura gələnə kimi elə idi. İndi hansı adı istəsən verə bilərsən mənə. Nə mənası var ki? Onsuz da birazdan yanıb kül olacam.
    Bilirsən, sən yellənib məni yerə salanda səndən çox incimişdim. Elə bərk dəymişdim ki, hər yerim sızlayırdı. İki gün yerdə eləcə qaldım. Sonra məni zərif əllər qoynuna aldı. Onunla ala-qaranlıq dar küçələrdən yorğun-yorğun bir evə gəldik. Ev də yorğun idi. Qapısı belə açılmaq istəmirdi. Divarlardakı səsləri eşidirdim. Öz aralarında evin bütün əşyaları danışırdılar. Hamısı yorulmuşdu. Yeni bir istiliyə onların da ehtiyacı var idi. O, mənimlə danışa-danışa məni yeni qabla bəzədi. Yeni evim xoşuma gəlməyə başlamışdı. Onda sənə olan incikliyim də aradan qalxmışdı. Məni yıxdığın üçün sənə minnətdar idim. Hətta mənimlə özünü tanış da etdi – ” Salam, mən Şəhrayam. Səni kim belə atıb? Bu kövrək yarpaqların, gövdən bu yükü necə qaldırır? Bilirəm, çətindi. Ancaq Allah güc verir. Zərif çiyinlərin elə ağır yüklər qaldırmağa məcbur qalır ki, altında əzilirsən. Qorxma, artıq mən varam.”
    O mənim tozlanıb çirklənmiş xatirələrimin üzərindən keçən bir barmaq idi. Xəyallarımdakı xoşbəxtliyi öz kölgəsi ilə isidən bir mələk idi. İkinci nəfəsim idi, ikinci doğuluşum. Uzun, zillət dolu sancılardan sonra, nəhayət ki, doğulmuşdum. Ancaq bir az boğulmuşdum. Ana qucağı, hərarəti, qayğısı dincəltdi məni.
    Bir gün o zalımın bu dünyaya göz açdığı gün idi. Şəhram məni nəfəs kimi ona verdi. Öz nəfəsindən bir nəfəs. “ Sənə öz aldığım nəfəsi verdim. Artıq nəfəsim səndə. Sən var olduqca mən də varam. Qoyma məni boğulam. “ –bu sözləri bir kağıza yazıb yarpaqlarım arasına saldı. Adımı da “Şəhra çiçəyi” qoydu.
    Mən özəl birinə verilmiş bir özəl idim. Candan qopmuş bir can. Nəfəsdən gedən bir nəfəs.
    Onsuz darıxsam da yenə evimə isinirdim. Axı adını daşıyırdım. Onun kimi cəsur, iradəli görünməliydim. Zamanla anladım ki, heç kəs o ola bilməz. O təbiilik, içdənlik yalnız onda var.
    Ilk ayrılıqda məni də evdən ayırdılar. Yaşanmış xatirələrə xatir belə qalmadım. Və mən burdayam. Ayaqlar altında , lazımsız, atılmış. Axı mən nəfəs idim. İndi hardasa mənim Şəhram boğulur. Ona nəfəs lazımdı. At məni kolluqların arasına. Bəlkə, yenə nəfəs oldum.

  • 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    gmiib

    Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir.

    XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

    Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

    Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

    1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

    1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi olaraq biz də xalqımızı bu möhtərəm gün münasibətilə təbrik edir və müstəqilliyimizin daimi olmasını arzulayırıq.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi

  • Uğurlu inkişafın davamı üçün Mehriban Əliyevaya səs verək!

    ugurlu-inkisafin-davami-ucun-mehriban-eliyevaya-ses-verek-bYB-1

    “Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir”.

    Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

    1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

    2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

    Mehriban Əliyeva 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaradıb və 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

    Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. On bir illik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

    2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

    2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

    2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.

    2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

    2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

    O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərir. “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” –deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

    Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.

    Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

    Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2015 – ci il Parlament seçkilərində də namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüşdür.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi

  • Depressiyadan qurtulmaq yolları

    fxh

    Dünyaya ilk dəfə gözümüzü açandan ölənə qədər sonsuz nemətlərlə qarşılaşırıq.

    Dünyaya ilk dəfə gözümüzü açandan ölənə qədər sonsuz nemətlərlə qarşılaşırıq. Nəfəs aldığımız havadan tutmuş, üzərində yeridiyimiz torpaq, günəş, içdiyimiz su, yediyimiz yeməklər, fərqli rəng və qoxuda bitkilər, müxtəlif canlılara qədər hər şey insan üçün xidmət edir. Əlbəttə ki, bu saydıqlarım Allahın bizim üçün yaratdığı nemətlərin çox az qismidir. Nəinki təbiətdə, nəinki öz vücudumuzda, bir hüceyrəmizdə belə bizim üçün yaradılan nemətləri saymaq istəsək və bunları yazsaq bir kənara, yəqin ki, bunun üçün çox uzun zaman lazımdır. Ancaq bir çox insan var ki, sahib olduğu o qədər neməti görməzlikdən gəlir, dünyada “sıxıntı” kimi görünən bəzi problemləri gözündə böyüdür və uzun zaman da bu problemlərin içindən çıxa bilmir. Bu məqalədə dövrün ən böyük problemlərindən biri olan “depressiya” və onun çıxış yolları haqqında yazmaq istəyirəm.

    Bir neçə gün bundan qabaq sosial şəbəkədə gənc bir oğlanın statusunu gördüm. Bu status çox pessimist ruhda yazılmışdı, həyatın çox boş və acımasız olduğunu, tək çıxış yolunun ölüm olduğunu qeyd etmişdi, yanına da qaranlıq rəsim yerləşdirmişdi. Xeyli insan da bəyənmiş və bu fikrə rəy yazmışdı. Çox təccübləndim, gənc bir oğlanın belə fikirlər paylaşmasından və bir çox gənc insanın da bunu dəstəkləməsindən. Bir daha başa düşdüm ki, belə pessimist ruh halı istər oğlanlar, istərsə də qızlar arasında çox geniş yayılıb və bu da çox normal qarşılanır.

    Yuxarıda da verdiyim misal kimi, müasir dövrümüzdə depressiya çox adi hal kimi qarşılanır, sanki hər insan mütləq bunu yaşayır və yaşamalıdır. Məsələn, bir insan işə gedir, işdə bir az çətinliyi düşdü, o zaman depressiya halı başlamalıdır; isti havadan sərin havalara keçdik, depressiyaya düşmək üçün uyğun şərait yaranıb; sevgilindən, yaxud da işdən ayrıldın, kimsə sənə pis söz dedi və s … Yəni, bir çox insan depressiyaya düşmək üçün sanki uyğun şərait axtarır. Əslində, bu ruh halı həm fiziki, həm də mənəvi ciddi problemlərə səbəb ola bilər, ancaq bəzi insan belə halları normal qarşılayır, hətta xarakterinin ayrılmaz parçası kimi görür. Sanki bu hislər olmasa, həyatın “dadı-duzu” qalmayacaq. Bunu baxdığımız televiziya kinolarında, yaxud da dinlədiyimiz mahnılarda da görə bilərik. Bir çox kinolarda ağlamaq, dalaşmaq, küsüb-barışmaq, bir sözlə “romantik” münasibətlər o kinoların ayrılmaz hissəsidir və bu cür kino, klip, yaxud da əsərlər çox rəğbətlə qarşılanır.

    Halbuki insanın fitrəti kədər deyil, sevinc və hüzur üzərində yaradılmışdır. Bu dünyanın yaradılmaq məqsədi imtahan olmaqdır. Əlbəttə, dünyada hər kəs imtahan olunur. Bu, Allahın dəyişməz qanunudur. Ancaq müsəlman özünə yaraşdırmaz depressiyaya düşməyi. Niyə də depressiyaya düşsün ki?! Allah bir ayədə belə bildirir:

    Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

    Ayədə də bildirildiyi kimi, bizi yaradan Allah imtahan etmək üçün həyatımızda fərqli hadisələr yaradır. Ancaq hər şeyin Allahın idarəsi altında olduğunu bilən mömin əsla hüznə qapılmaz, ağlamaz, kədərlənməz. Allaha güvənər, Allahın hər hadisəni xeyirlə yaratdığını bilər. Ən əsası isə bizim əsl yurdumuz axirətdir – imtahanların olmadığı, gözəlliklər və sevgi yurdu. Bir müsəlman var gücü ilə cənnət üçün çalışar, yaşadığı hadisələr həm əxlaqının gözəlləşməsinə, həm cənnətə layiq olmasına, ən əsası, Allahın rizasını qazanmasına vəsilə olar.

    Digər tərəfdən, müsəlman ağıllı olar, əgər bir problem varsa, həmin problemi düşünər, ağılla həll etməyə çalışar və çıxış yolları tapar. Müsəlman güclü iradəyə sahibdir, hadisələrdən mənfi yöndə təsirlənməz, nümunəvi əxlaq sərgiləyər. Hislərinə qapılmaq, duyğularının əsiri olmaq müsəlmana yaraşmaz.

    Nəticə etibarı ilə, depressiya halları cəmiyyətdə normal qarşılanan hal olsa da, bu, Quran əxlaqına əsla uymayan və Allahın bəyənmədiyi əxlaqdır. Allah bizim şən, sevincli, hüzurlu olmağımızı istəyir. Bu həm də cənnət əhlinin xüsusiyyətidir. Özünü Allahın yaratdığını bilən, sonsuz şəfqət, mərhəmət və ədalət sahibi olan Allahı tanıyan, gözəl əxaqı qarşılığında cənnətlə mükafatlandırılacağını bilən, hər şeyi Allahın xeyirlə yaratdığına əmin olan insan depressiyaya düşməz. Allahı şövqlə sevər; nə bu dünyadan bezər, nə də də ki bu dünyaya bağlanar. Yaşadığı hər anının Allahın onun üçün yaratdığı nemət olduğunu bilər, Allahın rizasını qazanmaq üçün cəhd edər və şükür edər. Sıxıntıdan qurtulmağın yolu da budur: Allahı zikr etmək və yalnız Onun üçün yaşamaq.

    … Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

    Firuzə Həsənzadə

  • Mayisə ƏSƏDULLAQIZI.”Əliyar Əliyev”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Əliyar Əliyev 1957 -ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra,Saransk Dövlət Universitetionu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim, “Məhsul” könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun təşkilatçılığı Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədrlinə gətirir. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.
    Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1992 -ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar Əliyev döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.
    Əliyarın son döyüşü 1992 -ci il oktyabrın 3-dəLaçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Allah rəhmət eləsin!

  • Sumqayıt Kimya sənayesi – 70

    fm

    “Sovetlər dönəmində müttəfiq respublikalar da daxil olmaqla
    dünyanın 100-dən çox şəhərinə məhsul göndərən Sumqayıtın kimya müəssisələrinin yaratdığı problemlər də az deyildi…”

    «Azərikimya» İB-nin İcraçı direktorunun müşaviri, «Tərəqqi» medallı, respublikanın Əməkdar mühəndisi, kimya elmləri üzrə fəlsəfə doktoru
    Firudin Mustafayevlə müsahibə

    – Firudin müəllim, Siz uzun illər Kimya Sənaye Birliyinin baş direktoru, «Azərikimya» Dövlət Şirkətinin vitse-prezidenti, SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Baş mühəndis – İcraçı direktorun birinci müavini vəzifəsində çalışmısınız. Hazırda da «Azərikimya» İB-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edirsiniz. Kimya sənayesində həm böyük təcrübəniz var, həm də taleyini bu sahəyə bağlamış insan kimi maraqlı və şərəfli həyat yolu keçmisiniz. Söhbətimizə kimya sənayesinin yaranma və inkişaf tarixindən başlayaqmı?
    – Əgər Azərbaycanda kimya sənayesinin ilk yaranma tarixindən danışmalı olsaq, onda gərək XIX əsrin ortalarına gedib çıxaq. Çünki o dövrdə Bakının neft rayonları ərazisində artıq kükürd turşusu və kaustik soda istehsal edən bir neçə kiçik sex fəaliyyət göstərirdi. Bu kimyəvi məhsullardan yanacaq və sürtgü yağlarının təmizlənməsində istifadə olunurdu. Həmin məhsulların istehsal həcmi yerli tələbatı ödəməklə yanaşı, Azərbaycandan kənara ixrac etməyə də imkan verirdi. Bakı soda zavodları istehsal gücünə və fəhlələrinin sayına görə ən iri müəssisələrdən sayılırdı. Sonralar bu müəssisələrdə azot və xlorid turşuları, kənd təsərrüfatı üçün dəmir və mis kuporosu, toxuculuq fabrikləri üçün sabun surroqatı istehsal olunurdu. Həmin dövrdə Bakıda yeni müəssisələrin – xam neftdən benzol və toluol istehsal edən pirogen zavodların tikintisinə başlanıldı. 1917-ci ildə Nobel qardaşlarının ilk pirogen zavodu işə salınmışdı. Onun istehsal gücü 60 min pud benzol və 30 min pud toluol idi. Tüstüsüz barıt hazırlayan hərbi zavodlar toluolun əsas istehlakçıları kimi ona xüsusi maraq göstərirdilər. Beləliklə, aromatik karbohidrogen istehsal edən Bakı pirogen zavodları Azərbaycanda neft-kimya sənayesinin təməlini qoymuş oldu. (daha&helliip;)