Post Views: 27 TƏCNİS Sinəmi bir atəş yandırıb yaxır, Haçandı bir nazlı gözəldən düşüb. O gündən günlərim saçım rəngində, O gündən saçıma gözəl dən düşüb. Vəsf etdim hüsnünü gəlincə, gülüm, Gəz sinəm üstündə gəl, incə, gülüm. Dönüb bu yerlərə gəlincə, gülüm, Baxıb görərəm ki, göz əldən düşüb. Vurula bildinsə dərdindən belə, Xoş olar soysalar dərimdən …
Oktyabr 20, 2015
Qalib ŞAMXALOĞLU.”Hələ”
Post Views: 30 Kədərin başında noxtası yoxdu , Gəzir düz-dünyanı , dayanmır hələ ! Haqsız əməlləri bəşərin çoxdu , Dünya haqq nuruna boyanmır hələ ! Cahillər zindana salır dühanı , Ədalət deyilən anlayış hanı ?! Basıbdır ətalət külli cahanı , Qəflətdə yatanlar oyanmır hələ ! Günahkar qanmayır öz günahını , Bəşər təmin etmir xoş sabahını …
Abdulla MƏMMƏD.”Əlvida, gözəl, əlvida”
Post Views: 42 Qaşlarını çatıb getdin, Günəş kimi batıb getdin. Neçə ilin sevincini Qəm üstünə atıb getdin: Əlvida, gözəl, əlvida. Saçlarımda incə dənsən, İnciyən sən, incidən sən. Bil- gəlmərəm hörsən belə Hər telini incidən sən. Əlvida, gözəl, əlvida. Ayrılığı göy də duyub, Ləpirini yağış yuyub… Gözümdəki göz izini Bir gecikən baxış yuyur. Əlvida, gözəl, əlvida. …
Nail DAĞLAROĞLU.”Nə olar”
Post Views: 23 Atginən dünyanın qəm-kədərini Sevdiyin insanı atma, nə olar. Məhəbbət üstünə məhəbbət gətir, Qəmi-qüssələrə çatma, nə olar. Bağı-bağçan olsun süsəni-sübül, Bağında oxusun sevdiyin bülbül. Bəslə, yetir təri-qöncə qızılgül, Qara tikanları qatma, nə olar. Ömrünü keçirtmə qəm qucağında, Sevgini yandırma dərd ocağında. Bir nazlı mələksən cavan çağında, Qəmlər qucağında yatma, nə olar. Gəl qataq …
Elnur RƏSULOĞLU.”Telefon söhbəti”
Post Views: 28 Roman oxuyurdum Əbülhəsəndən. “Sədaqət”. Beləydi romanın adı. Açıq-mavi rəngli telefon birdən, Fasilə vermədən hey dınqıldadı. Dəstəyi qaldırıb dönük həvəslə “Nə olub görəsən?” özümdən sordum. Sonra fikirləşib sönük həvəslə Deyindim: “Boş yerə özümü yordum”. Səsini eşitdim iki nəfərin. Qət etdim, bildim ki, yola girmişəm. Birisi çəkərək köksünü dərin Sözə başlamışdı: – Mən bilmirmişəm. …
Elnur ABDİYEV.Yeni şeirlər
Post Views: 27 Ana ömrü Gecə boyu ayaq üstə, Şux dayanar,Ana ömrü. Düzər sözü bəstə-bəstə, Layla yonar, Ana ömrü.
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XX hissəsi
Post Views: 29 Fidan özünü ağlamaqdan saxlaya bilmirdi. Eldar Fidanın qarşısında əyləşdi. – Biz onsuzda Camalın axırına çıxacağıq. Neçə qızı evlənmək adıyla bədbəxt edib. Elə qız olub ki, evlənib də. Təhminə təəccüblə soruşdu. – O qızların axırı? – Hamısını satıb. O elə-belə restoran sahibidir? Hələ cavansız, çox şeydən xəbəriniz yoxdur. Fidan – Mənə evlənmə təklifi …
Sumqayıt kimya sənayesi: doğrulan ümidlər və yeni hədəflər
Post Views: 34 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 aprel 2010-ci il tarixli “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı əsasında “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olmuşdu. Ötən müddətdə …
Vüsalə SÜLEYMAN.Yeni şeirlər
Post Views: 58 AŞİQEM ÖLÜMƏ… Bir gün yumub gözlərimi, Aldadacam ölümü də. Özümü sözümdən asıb, Çəkəcəm bu zülümü də. Sığa bilmirəm, incimə Nə heçimə, nə köçümə. Od vuracam öz içimə, İsidəcəm çölümü də. Ömür film- dərdli, sərli, Yaşamaq da olmur fərli. Qaçıracam ən dəyərli, Ən maraqlı bölümü də.