Post Views: 30 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü * * * Ürəyincəmi? Bu ruhsuz, duyğusuz Halım necədi? İndi, yoxsa öncəmi?.. Qəfil ürəktutmasıtək Tutmuşam ürəyimi. Hara qoyum? Küncəmi? Təzə-təzə sevinirdim, Təzə-təzə sevirdim. Dağıtmısan, Qoparmısan qönçəmi. Özünü bir özgəsiylə Nə vaxt dəyişir insan? Nə vaxt? “Böyüyüncəmi?” * …
Oktyabr 21, 2021
Xəyalə SEVİL.Yeni şeirlər (IV hissə)
Post Views: 26 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Həyat bu qədər sadə… Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu …
Xatirə FƏRƏCLİ.Yeni şeirlər (VII hissə)
Post Views: 28 Söz oyununda İçimə çəkilib daldalanmışam Dəli duyğularım öz oyununda, Təpədən dırnağa misralanmışam Çarpışan fikirlər söz oyununda. İntizarım bilmir nə hədd, nə hüdud, Itir, güman itir, üzülür umud, Yüklənən kirpiklər toqquşan bulud Yaşlar qıraq gedir göz oyununda. Sən qutsal sandığın kimində oyun, Aşkarında oyun, sirrində oyun, Ömrümüz illərin əlində oyun, Özümüz taleyin boz …
Xatirə FƏRƏCLİ.Yeni şeirlər (VI hissə)
Post Views: 55 Qış ağacları Ümidləri yaza, günəşə, talanıb yaşılı, rəngi-ruhu bomboz, yolub saçlarını sərxoş küləklər, döyür təpəsinə dünyanın qışının dolusu, qarı, pəjmürdə görkəmin düzəltmək üçün yağış damlasından sırğalar taxıb bu çör-çöp ağaclar, qış ağacları. Can vətənim Gözlərimin yaşındasan, vətənim, ürəyimin başındasan, tikə-tikə, parça-parça vətənim. Yetim əlində yağlı tikə olmusan hər zaman. Hər istəyən bir …
Adilə NƏZƏR.”SİZ ÖZÜNÜZLƏ DANIŞIRSINIZ?”
Post Views: 35 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Dərgilərdən birinin “Özüylə söhbət” rubrikasına yazı vermək təklifi aldığımda ilk ağlıma gələn rubrikanın adının anlamı oldu. Və düşündüm ki, hər bir insan başqası ilə söhbət edə bilmək üçün öncə özü ilə söhbət etməyi bacarmalıdır. Haradasa oxumuşdum ki, insan psixoloji baxımdan …
Adilə NƏZƏR.Yeni şeirlər (2021)
Post Views: 29 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri FƏSİLLƏR DƏYİŞİR Sözalır göydə Günəş yellər uyudur bu yeri, Dağılır odlu yayın səltənəti, bax, solaraq. Yox olur təbiətin yazdığı ilk yaz əsəri, Pozulur gülbaharın rəngi, itib yox olaraq. Ruhu sarsır zəminin sapsarı çılpaq düzəni, Gücü çoxdan tükənibdir işaran boz günəşin. …
Ay Bəniz ƏLİYAR.Yeni şeirlər (2021)
Post Views: 29 Və bir gün adamın əlləri qadının qırmızı donunun qanına bulaşdı… Göz yaşları çiçəklərin açdığı yerdə, hər sabah kitab oxuyan adama bənzədi. Gözləri şişkindi. Bir udum hava kimi ətirləndiyi güllərə borcun ödəmək istəyəndə, əlləri yadına düşmüşdü. Qadını qırmızı donunun içindən çəkib çıxartmışdı adam. Qadın yenə də ölümünə gülümsünmüşdü. Bir qadının ölümü bir adamın …
Ay Bəniz ƏLİYAR.”Keşkə məzarda da pəncərə olsa”
Post Views: 25 . Keşkə məzarda da pəncərə olsa, Ordan bu dünyaya boylana bilsəm. Dünyanın qapısın açırmış kimi, Döyüb pəncərəni dünyaya gəlsəm. Bir quş dimdikləsə şüşələrini, Bu peşman ürəyim bəlkə kiriyə. Arada yaylıqla silsəm tərini, Arada boylansam üzü bəriyə. Belə bir məzarda ölsəm, kaş elə, Boylana-boylana qalsam, kaş elə. Bitməyən yazıma boylana bilsəm, Oğluma, qızıma …