Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 13 of 13 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Aynur QAFARLI.Yeni şeirlər (2021) II hissə

Post Views: 80 İstəmirəm bu yuxudan oyanım Üzülübdür, nə əl qalıb, nə ətək, Necə dözsün qarlı qışa bir çiçək. Çıxıb getdin, məni qoydun tənha, tək, Həsrətinə indi necə dayanım?! Sənli günlər bir-birindən boyatda, Unudulmaz, o yaddadır, bu yadda. Səndən özgə kimim var ki, həyatda, Bilirsənmi, təkcə sənsən həyanım?! Gözlərimi bənzədərdin ülkərə, İnanmırsan, yaddaşını silkələ. Heç …

Azərbaycan ədəbiyyatı

Aynur QAFARLI.Yeni şeirlər (2021) I hissə

Post Views: 82 Taleyimi gözlərimdən oxu, bil, İçimdəki qüssə-qəmi soruşma. Niyə belə tez saraldı baharda, Nəyə görə, yaşıl zəmi? Soruşma! İndi daha dərddən-qəmdən gözüm tox, Dərd quyusu çox dərindir, bəyim, çox, O çağların dönməyinə ümid yox, Getdi ömrün gözəl dəmi, soruşma. Bəxt yoluma işığını salmadı, Ağız büzdü, salam verdim, almadı, Ürəyimdə tək biri də qalmadı, …

Mədəniyyət

Şair-publisist İbrahim İLYASLI Azərbaycan Yazıçılar Birliyi Poeziya Seksiyasının sədri seçilib

Post Views: 32 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri Şair-publisist İbrahim İLYASLI Azərbaycan Yazıçılar Birliyi Poeziya Seksiyasının sədri seçilib. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”DOYMURAM GECƏNİN QARANLIĞINDAN…”

Post Views: 28 Doymuram gecənin qaranlığından, saçların qoynuma tökülü qalır, yastığı o qədər qucaqlayıram, çırpırlar,yenə də bükülü qalır, Yer soyuq–atılmış bir qucaq kimi, zülm olmaz bu,olmuş olacaq kimi! göz yaşı söndürmüş bir ocaq kimi, ürək həm közərir,həm külü qalır, İllər yaşatdığı gerçəyə baxır; ağarmış saqqala,birçəyə baxır, gülüm,bu özü də çiçəyə baxır– ya dönür xəzələ,ya gülü …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏKTƏB ONA GÖRƏ MÜQƏDDƏSDİ Kİ…”

Post Views: 24 Hərdən ayrılıram öz məhvərimdən, gözlərim yol çəkir,səsim alınır, qulağım oyanır cingiltilərdən, elə bil hardasa adım hallanlr, Təyyarə qanadı,vaqon təkəri… hər kəsi biy yana apardı yollar, cingilti-eyniylə məktəb zəngləri, şagird dostlarımdı xatırlayanlar, İndi anlayıram–dəyər hər şeyə, hər biri o şirin xatirələrin, sonra həsrətini az çəkək deyə, üstünə bir il də gəldi on ilin, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”QORXURAM…”

Post Views: 34 Həyatın yolları eniş–yoxuşdu, “ho-hodan”qorxuram, “toşdan”qorxuram, payız bağbana da,mənə də xoşdu; əynim nazik olur–qışdan qorxuram. Vaxt-hərdən canıma bir qada salıb, oynadıb,cırnadıb,it-bata salıb, qapim açıq qalıb-it yada salıb, get-gedə azalan huşdan qorxuram, Maral,gendə dolan,kəmənd atan çox, hər şey bazarlanar; alıb-satan çox, arabir yan keçər–sürüşkəndi ox, yuvasız quş kimi daşdan qorxuram! Deyirlər–bələkdə yaman kürmüşəm, həyata …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BU ARAQ NECƏ DƏ QƏRİBƏ ŞEYMIŞ…”

Post Views: 27 (zarafatyana və ciddi) Bu araq necə də qəribə şeymiş !? həyat dərk olunmur ayıq baş ilə, hər bir şərayitdə gözəl gedirmiş, həm soğan-çörəknən,həm bozbaş ilə. Könlüm arasında bəm ilə zilin, bezdik tənəsindən zirin-zibilin! arabir lap topuq vursa da dilin, səni danışdırar gözlə-qaş ilə. Məclis yaraşığı,həm də xoxandı, kişini ucaldan,yerə soxandı! “girmə küpəsinə”,adam …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏNİ APAR…”

Post Views: 34 (Sevən bir qızın dılindən) Az oyna qəlbimin sönən közüynən- özünnən,imanlı ol,məni apar! bezdim dərdləşməkdən çeşmə gözüynən- yarpazam,su içib,yol-məni apar. Atma yarı yolda-özgə qaldırar, sevən yar–yarına könül aldırar! bahar-lalələri erkən soldurar, dönüm bənəvşəyə,kol,məni apar. Görsən lal-dinməzəm,biraz ərk elə, ya sev,ya könlümü tamam tərk elə! sarmana bilməsəm-bilərzik elə, yapış barmağımdan,qol,məni apar. Gəlsən,gecələrdə,de-ayıq olum, sən …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”GÜLÜM, MƏHƏBBƏTLƏ ZARAFAT OLMAZ”

Post Views: 38 Asanmı sanırdın mehri, ülfəti? – Heç vaxt incimirdin sözümdən mənim. Əyləncə bilirdin sən məhəbbəti? – Qorxmadan öpürdün üzümdən mənim. Hisslərin əlində oldun əsir sən, Körpə bir məhəbbət düşdü sazağa. İndi titrəyirsən, indi əsirsən, Qaçmaq istəyirsən məndən uzağa. Geriyə yol varmı ancaq sevgidə? – Ürəyim titrəyir, yol çəkir gözüm. Alın yazısıdı elə sevgi …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Əli Rza XƏLƏFLİ.”ALLAHIN ƏMANƏT YOLU”

Post Views: 60 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Vaqif Bəhmənliyə Oxudum şerini Vaqif Bəhmənli, Hər misran pir daşı , ocaq daşıdır… Xatirə yolların dumanlı , çənli Gördüyün zirvələr dağlar başıdır… Məmməd Araz yolu…anlamaq dərdi, Əzablar içində yaşamaq yolu… Allahın pay böldü, əmanət verdi, Sənindi dərdləri daşımaq …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Eşq dərdin sonuncu mərtəbəsidi…”

Post Views: 38 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü Eşq dərdin sonuncu mərtəbəsidi… Eşq dərdin sonuncu mərtəbəsidi… Qəlb ora adamı dillə çıxardır. Yuxuda gördüyüm alagöz gəlin, Qışın bu vaxtında çillə çıxardır. Mənim də içimdə eşq odu sönüb, …Eh, mənə bu kəndin havası düşmür. Anam ocaq çatır, külək söndürür, Anamla küləyin davası düşmür… …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Burax əllərimi…”

Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Burax əllərimi, qoy çıxım gedim, Nəyinə lazımdır sənin bu sevgi. Həsrəti gözümə qoy sıxım gedim, Olsun ürəyimə qənim, bu sevgi. Nə əhlət daşıyam, nə ümid …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Qığılcımdan doğan alov”

Post Views: 32 Çalıb haqqımızı taxtımız üstə, Yurdsuz kafirlərə taxt yaratdılar. Saxta Erevanı tarixə yazıb, İrəvan qalasın söküb atdılar. Böyük Ermənistan xülyası ilə Haya arxa oldu fitnəkar ruslar. Acgöz caqqallar tək doymadı gözü, Qarabağı tutdu xain-cəsuslar. Doğma yurdumuzdan didərgin salıb, Otuz il Cıdırda at oynatdılar. Yağılar vətəndə göz dağı olub, Qeyrət yaramızı çox qanatdılar. Dığalar …