Post Views: 35 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair AY Bəniz Əliyarın “Vətən andı” adlı yeni kitabı işıq üzü görüb. Kitab müəllifin öz oxucuları ilə sayca doqquzuncu görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, şeir, sənət aşiqləri tərəfindən maraqla qarşılanacağına, dərin oxucu rəğbətini qazanacağına ümid edirik. “Vətən andı” kitabında şair AY Bəniz Əliyarın …
Oktyabr 20, 2021
Azərbaycanda polyak izlərinin turizm potensialından bəhs edən broşür hazırlanıb
Post Views: 31 Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda polyak izlərinin turizm potensialını vurğulamaq məqsədilə hazırlanmış broşür Azərbaycan Turizm Bürosunun Polşanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memar …
Milli Xalça Muzeyində növbəti tədbir – “Rəssam və xalça: bu gün və sabah”
Post Views: 31 Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq oktyabrın 21-22-də Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Konfrans Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq. Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, konfransa Azərbaycan, Türkiyə, Yaponiya, …
20 oktyabr-Beynəlxalq Kulinariya Günüdür
Post Views: 32 Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən hər il təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından …
Uşaqlar üçün yazılan “İki qardaş” poeması Respublika Uşaq Kitabxanasına hədiyyə edilib
Post Views: 27 Uşaqlar üçün yazılan “İki qardaş” poeması F.Köçərli adına Respublika Uşaq Kitabxanasına hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, “İki qardaş” uşaq poeması 1912-ci ildə lirik, satirik şeirləri, vətənpərvərlik ruhunda qəzəlləri, mənzumə və rübailəri ilə tanınan şair Abbas Ağa (Nazir) Qayıbzadə tərəfindən yazılıb. Poema iki qardaşdan (ağıllı və tənbəl) bəhs edir. Kitabın orijinalı 108 il …
Bakıda “Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi açılacaq
Post Views: 28 Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabrın 5-də Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı sərgi təşkil olunacaq. Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali …
Ədəbiyyat İnstitutunda “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli” Xüsusi buraxılışının təqdimatı keçirilib
Post Views: 22 “Ədəbiyyat qəzeti”nin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birlikdə hazırladığı “Nizami Gəncəvi İli” Xüsusi buraxılışının təqdimatı keçirilib. Əvvəlcə tədbir iştirakçıları institutun foyesində Nizami Gəncəvi ilə bağlı nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar. Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik …
Xalq şairi Zəlimxan YAQUB.”XATİRƏ”
Post Views: 65 Bir körpə var idi Kəpənəkçidə,Sevgisi dumduru bir bulağıydı.Hələ qayğılarla yüklənməmişdi,Hələ qayğılardan çox uzağıydı. Məhəbbət dərində, istək dərində,Hərə öz işində, dərdi-sərində.Nənələr, babalar həndəvərində,Bir evin gözündə şam çırağıydı. Hələ içəridən yeyilməmişdi,Köntöy baxışlarla döyülməmişdi.Hələ yetimliyə əyilməmişdi,Ana gümrahıydı, ata sağıydı. Elə bil dünəndi çəndə itdiyi,Gözə görünmədi vaxtın ötdüyü.Görüb götürdüyü, gəlib getdiyi,Qışda aranıydı, yayda dağıydı. Yamyaşıl çəmənlər …
Xalq şairi Zəlimxan YAQUB.”GƏLİB”
Post Views: 31 Üzdən ağladığım yadıma gəlmir,Ağlasam, göz yaşım ürəkdən gəlib.Sevgim də, sözüm də, məhəbbətim də,Nə varsa beşikdən, bələkdən gəlib. Gah sola boylandım, gah da ki, sağa,Yeridim başıma qar yağa-yağa.Qalxa bilmişəmsə uca bir dağa,Bu, təmiz arzudan, diləkdən gəlib. Varlığım titrəyər, ürəyim əsər,Qəmli söz qəlbimi doğrayar, kəsər.Qəriblər dilində saldığım əsər,Durnanın saldığı lələkdən gəlib. Ancaq özümündü itən …
Xalq şairi Zəlimxan YAQUB.”TANRI HƏDİYYƏSİ”
Post Views: 29 Açın mənim qəlbimi, oxuyun kitab kimi,Orda ilham adında cilvəli bir pəri var.Təkcə nazlanmaq deyil onun işi, peşəsi,Qayğıların içində min bir dərdi-səri var. Duyğuların, hisslərin gah zilidi, gah pəsi,Çeşmələrin, çayların, bülbüllərin səsidi.İlham nə yaradırsa, Tanrı hədiyyəsidir,Qələm adlı qızılı, dəftər adlı zəri var. Buluddan sıyrılan Ay, haqdan yanan şam mənə,Yuxusuz gecələrim ləzzət mənə, tam …
Xalq şairi Zəlimxan YAQUB.”GECİKDİRMƏ”
Post Views: 38 Səhərləri açan kişi,Aç səhəri, gecikdirmə.Üfüqlərdən üstümüzəYağan zəri gecikdirmə. Gecə laldı, qaranlıq kar,Fikrim geniş, meydanım dar.Səhərlərə səfərim var,Bu səfəri gecikdirmə. Sən balıq ver, tilov məndə,Sən çınqı ver, alov məndə.Sən bir at ver, cilov məndə,Ağ kəhəri gecikdirmə. Ölüm varsa, qalım yoxdur,Ölüm qədər zalım yoxdur,Bəd xəbərə halım yoxdur,Xoş xəbəri gecikdirmə. Bir gün toya, bir gün …
Xalq şairi Zəlimxan YAQUB.”Səninkidir”
Post Views: 24 Boylan, başın üstə yüksəkliyə bax, insan,Əllərin çatmasa da, o uzaq səninkidir.Yeridiyin yerləri yerişinlə möhürlə,Ayağın altındakı bu torpaq səninkidir. Doğan Günəş, yağan qar qismətədi, baxtadı,Ömrün, günün yolunda gah bürkü, gah şaxtadı.Beşiyində ağacdı, tabutunda taxtadı,Bu palıd səninkidir, o qovaq səninkidir. Bir alın yazısı var hər kəsdə, hər adamda,Ölməz bir kimsə yoxdur, ömür bişmişdə, xamda.İstər …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Əsa götürmə!”
Post Views: 29 “…Çəkilmişəm qınıma…Qorxaram mən,-yalan desəm Tanrıdan,doğru desəm bəndədən…” __ B.Vahabzadə Sən belə demədin bir zaman şair,-Başında şimşəklər çaxanda belə!Qırx il sətiraltı qışqıran şair,Susarmı səngərdən qalxanda belə?! Bəndənin evini yıxdı yalanlar,O başa düşmədi faş olanacan.Özün deyirdin ki,heykəl olanlarDaşa basılıblar daş olanacan. Qoy daşa bassınlar,o daş arxadır,Zirvənin himnini tufanlar deyir.Qartal-ildırımla əlbəyaxadır,Yerdə-çəyirtkəni sərçələr yeyir. Şair qəsddən …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”LƏYAQƏT”
Post Views: 38 Nə qədər ağırdı səndən ayrılıbBaşqa bir iqlimə səfər eləmək.Sonra da hardasa könlümü alıbBir qəlb ağrısıyla “darıxma” demək. Ayrılıq qəm verir,görüş səadət,Qəmi də sən verdin səadət kimi.Yaraşır insana məncə,ey afət,Qəm də bir mənəvi ləyaqət kimi. Üşüdür ruhunu nəfəsi qışın,Bəzən bir paxılın buz baxışı da.Bəzən bir həyasız geriqalmışınTəkidlə özünə çağırışı da. Sirli, maraqlıdır bu …