Post Views: 70 Zəfər PUA-larımızın şərəfinə iki cinas bayatı: Oğlum, iti qov anında, Səy et, iti qov, anında. Qalsın Zəfər tarixində Adı “İtiqovan”ın da. *** Oğlum, ol öncül, bayraqdar, Gəlsin göylərə bayraq dar. Gör necə göz dağı verir, Düşmənə bizim “Bayraqdar”.
Oktyabr 15, 2021
“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub
Post Views: 33 AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı işıq üzü görüb. Nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinində tarix yazan, Vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edən 39 kürdəmirli şəhiddən bəhs olunur. 721 səhifədən …
“Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub
Post Views: 36 AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimovanın tərtib və toplama materialları əsasında aşıq Cahangir Dalğının “Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub. Azərbaycan Aşıqlar Birliyinin qərarı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə …
Tanınmış Pakistan şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub
Post Views: 26 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi tərəfindən Pakistan şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub. Vəsait Ədəbiyyat İnstitutunun Elmi şurasının 13 sentyabr 2021-ci il tarixli qərarı ilə işıq üzü görüb. “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. …
“Nizami “Xəmsə”sində akustik obrazlar (linqvopoetik təhlil)” kitabı işıq üzü görüb
Post Views: 56 Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi münasibətilə Prezident İlham Əliyev 5 yanvar 2021-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Bu ədəbi hadisə klassik irsimizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Cari ildə …
Xalq şairi Vahid ƏZİZ.”HƏLƏ SUYA DÖNÜB İÇİLMİR DUMAN…”
Post Views: 59 Solur lalələr də,bənəvşələr də, çəmən necə dözür,kollar ağlamır? alışa bilməzdi bu cürə dərdə, çinar ona görə çiçək bağlamır. Nə əyri çömçəyəm,nə sınıq boşqab, ürəyim nələrə tab gətirdi,tab! Yatmış “Qaraçuxam” bağlı bir kitab, doğmalar oxumur,yad varaqlamır. Səbrim ölümlərdəni məni saxladıb, eşqlər cünün kimi məni dağladıb, nakişi olanlar məni ağladıb; sonra danlayıb ki:”Kişi ağlamır!”. …
Xalq şairi Vahid ƏZİZ.”HƏRBİÇİ PALTARI GEYİNDİ QIZLAR”
Post Views: 35 Savaş ara vermir toylar çalına, yenə evlər yıxar “Qara kağızlar”, salıb subaylığın tərs damarına- hərbiçi paltarı geyindi qızlar! “Dirilik suyudur” qadın sevgisi- “ölüm qəlpəsinə” nəğmə oxudar, Snayperlik qızlarda Tanrı vergisi- eşqi də,kini də ürək dağıdar. Ağlını çaşdırmaz barlar,maşınlar, unutsa-biryolluq unudar səni, vəfalı mələkdir hərbiçi qızlar, ölsən-ürəyindən asar şəklini! Vətəndən savayı heç nəyi …
Xalq şairi Vahid ƏZİZ.”BİR YANDAN KƏPƏNƏK,BİR YANDAN ARI…”
Post Views: 32 Hərdən unuduram-nə qədər varam? Gəlib-gedən huşum il qarışdırır, Sönmüş köz altına maşa salıram- İnciyir,eləcə kül qarışdırır. Ömür gedə-gedə tiftiklənibdi, İndi əlimdəki sapdı,iynədi, Özünə qalsaydı-bulanmaq nədi? Sellər çeşmələrə lil qarışdırır. Dünyanın ən gözəl fəsli-baharı, Bərəkət gətirər durna qatarı, Bir yandan kəpənək,bir yandan arı- gecələr yuxusun gül qarışdırır. Ağlıma gəlməzdi bu cür qocalam; Gecəni-gündüzlə …
Xalq şairi Vahid ƏZİZ.”BİLMİŞƏM”
Post Views: 36 Söhbət saldı ayrılıqdan, dedim,gülüm,necə dözüm? yenə danlandım nahaqdan- irad etdi-“Acdı gözüm” “Sənsiz ömrü yox bilmişəm, müjganların ox bilmişəm…” söz içindən söz çıxardıb, qəzəbləndi-“Çoxbilmişəm!” O,son savaş,o,son vuruş, aramızı Fələk vurmuş, sən demə,od-alovumuş, mən onu soyuq bilmişəm. Artırdı saçların dəni, birtəhər aldım vədəni, dərdimnən sino gedınin meylin mənə yox bilmişəm…
Xalq şairi Vahid ƏZİZ.”OYNADI…”
Post Views: 57 Sozalıb sönürdü ocağın közü, Sular qəfədanda güclə qaynadı, Birdən parıldadı alovun gözü- Meh əsdi,havada xəfə oynadı. Qələmlər,nələrə dözürmüş kağız! Beyinlər qazandır,qapağı-ağız, Harın məclisində göbək atan qız, Şövqlə çırtma vurub dəfə,oynadı. Meyvəli budaqda yarandı haça, Xal tutdu-Saraya döndü Qalaça, Cavanlıq eşqinə düşdü bir qoca Babanın toyunda nəvə oynadı! Payıza kökləndi aşığın sözü,’ Sonalar …
AYB-nin qurultayının gələn il Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb
Post Views: 30 Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısında birliyin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib. AZƏRTAC xəbər verir ki, toplantıda qurultayın 2022-ci ildə, yaz aylarında Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb. Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, qurultay …
“Səhnə” adlı yeni teatr yaradılıb
Post Views: 31 Azərbaycanda “Səhnə” adlı yeni teatr yaradılıb. AZƏRTAC xəbər verir ki, teatr “1 Səhnə” prodüser mərkəzinin nəzdində açılıb. Mərkəzin direktoru, aktyor Elçin Hacı bu barədə məlumat verərək teatrsevərləri təbrik edib. “Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev yaradıcı kollektivin insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib. Teatrın ilk işi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan …