AY ANA

N tez tükəndin, bitdin,
Dünyamdan köçüb getdin,
Mənipərişan etdin,
Ana, ana, ay ana!

Bizə verdiklərini,
Əkib, biçdiklərini,
Gördük çəkdiklərini,
Ana, ana, ay ana!

Fələk çatdı dadına,
Yetişdin muradına,
Qovuşdunmu yarına,
Ana, ana, ay ana!

Burdan bir el ötürdü,
Məndən namə götürdü,
Görən , sənə yetirdi?!
Ana, ana, ay ana!

Qurban sənin adına,
Düşürəmmi yadına?
Gəl, yetiş fəryadıma,
Ana, ana, ay ana!

AZƏRBAYCANIM

Uzaq əsrlərdən, illərdən bəri,
Bəxş etdin cahana neçə ərləri.
Səninlə fəxr edir Turan elləri,
Sığmayır dünyaya şöhrətin, şanın,
Mənim ana yurdum, Azərbaycanım!

Bir oddan, atəşdən sən doğulmusan,
İlahi sevgiylə hey yoğrulmusan,
Türkün mərd, qeyrətli, ölməz oğlusan,
Dünyaya bəllidir müstəqil adın,
Mənim ana yurdum, Azərbaycanım!

Usanma heç zaman, sən axtar, ara,
Düşünüb dərdinə tapginən çara,
Sinəni dəliblər, ediblər yara…
Dayanmır damarda çağlayan qanım,
Mənim ana yurdum, Azərbaycanım!

Bir daha enməsin məğrur bayrağın!
Aləmə nur saçsın şmür çırağın!
Qoy eşitsin, bilsin düşmənin, yağın,
Sənə bir sipərdi, qurbandı canım,
Mənim ana yurdum, Azərbaycanım!

QALX AYAĞA, AZƏRBAYCAN ÖVLADI!

Qürurumuz, təpərimiz, de, hanı?!
Yerdə qalıb neçə şəhidin qanı,
Sipər edib düşmənə şirin canı,
Qalx ayağa, Azərbaycan övladı?!

Mübarizdən dərs almırıq, niyə biz?!
Dirənib boğaza Vətən dərdimiz,
Daha bəsdir, tükənibdir səbrimiz,
Qalx ayağa, Azərbaycan övladı?!

İstər düşməninlə üz-üzə dayan,
Qatlayıb dizini diz-dizə dayan,
İstərsə, ölümlə göz-gözə dayan,
Qalx ayağa, Azərbaycan övladı?!

Cəngi çaldır, cuşa gəlsin ərənlər,
Qorxusundan muma dönsün görənlər,
Qoy dərs alsın sinəsini gərənlər,
Qalx ayağa, Azərbaycan övladı?!

Xalq gözləyir, deyəsən son sözünü,
Düşməninin çıxarasan gözünü,
Bu savaşda göstər bir də özünü,
Qalx ayağa, Azərbaycan övladı?!

Cihada qalx, bu gün beyət günüdü,
Bu günkü gün Türkün niyyət günüdü,
Yetər artıq, namus, qeyrət günüdü,
Qalx ayağa, Azərbaycan övladı?!