Şamama Vəliyeva Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. 40 ildən artıqdır ki, ömrünü təhsilimizin inkişafına həsr edən, xalqının övladlarının təlim və tərbiyəsində xüsusi rolu olan pedaqoqlarımızdandır. Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı bir çox insanların özünəməxsus fikrirləri var. Şamama müəllimənin Ulu öndərlə bağlı dəyərli fikirləri, xatirələri şagirdlərinin dilinin əzbəridir:
– Ümummilli lider Heydər Əliyev XX yüzilliyin böyük mütəfəkkiri, dövlətimizin qurucusu, Azərbaycanın xilaskarı, xalqının dinc yaşayışını, dünyada sülhün daimiliyini, sabitliyini istəyən, hər kəsin qəlbində xüsusi yerı, sevgisi olan, vətənin ən ağır vaxtlarında həyatını böyük təhlükə qarşısında qoyaraq onun yaşaması, var olması üçün bütün ömrünü xalqına, millətinə fəda etməyə hazır olan və qalan ömrünü də Azərbaycanın, Azərbaycan xalqının gələcəyinə həsr edən bir dahi şəxsiyyət kimi əbədi yaşayacaq. O, Azərbaycanı xılas etmək üçün xalqına, millətınə arxalandı, xalq onu müdrik rəhbər kimi, xalqını, millətini sevən bir vətəndaş kimi sevdi.
Hazırda Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuz və şöhrətinin artması, dünyada demokratik, hüquqi, dünyavi dövlət statusu qazanması məhz Ulu öndərin zəkasının məhsuludur. Ulu öndərin müəllim əməyinə verdiyi qiymət, hər zaman biz müəllimlər üçün ən böyük qiymət olub. Ümummilli lider haqqında danışmaq hər bir insan kimi mənim üçün böyük fəxarətdir. Bu gün ulu öndərin siyasətini dəstəkləyən, bu siyasətin həyata keçirilməsində bütün qüvvəsini səfərbər edən, onun başladığı yolu şərəflə davam etdirən pespublikamızın Prezidenti İlham Əliyev cənablarının təhsilə və təhsil işçilərinə olan qayğısı, ölkəmizdə ümumi təhsilin səmərəli təşkilində, məqsədyönlü tədbirlərin həyata keçirilməsi, biz təhsil işçilərini təhsilə daha məsuliyyətlə və sevgiylə yanaşmağı tələb edir.
Şamama Vəliyeva 3 b sinfinin rəhbəridir. Sinifdə 34 şagird var. 12 əlaçısı olan sinfin şagirdlərinin böyük əksəriyyəti zərbəçi şagirdlərdir. Şagirdlərinin hər birinə böyük ümidllər bəsləyən müəllimə fəal təlimlə tədris etdiyi dərsdə bütün şagirdlərinin fəallığından, dünyagörüşündən xüsusilə danışdı. Qeyd etdi ki, müasir şagirdin bir şəxsiyyət kimi formalaşması üçün lazım olan bütün təlim şəraitinin yaradılmasını əsas məsələ kimi qarşıya qoymaqla yanaşı, şagirdin inkişafını, onun düşünmək, analiz və sintez etmək qabiliyyətlərini önə çıxaran bütöv bir təhsil prosesı olan Milli kurikulumun böyük əhəmiyyəti var. Kurikulumların tətbiqi müəllimləri fəal təlimin təşkili, yeni interaktiv təlim üsullarının müəyyənləşdirilməsi və təcrübədə tətbiqi sahəsində fəal axtarışlara qoşaraq, yaradıcı fəaliyyət göstərməsinə təkan verir.
Şamama müəlimə ibtidai sinif müəllimi olaraq yeni dərsə verilən tələbləri öz təcrübəsində yaradıcılıqla nəzərə alır, bir-birindən maraqlı dərs nümunələrini hazırlamaqla yanaşı, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edir. Öz işinə məsuliyyətlə yanaşan, müxtəlif treninqlərdən, kurslardan faydalanan müəlliməyə verilən sertfikatlar onun işini daha gözəl şəkildə əks etdirir. Bu şərəfli, məsuliyyətli yolda Şamama müəlliməyə uğurlar arzulayır, naliyyətləriniz davamlı olsun deyirik!
Nisə Qədirova,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü