“Oğlumla söhbət” şeirlər silsiləsindən
O qarlı zirvədə görünən qala,
“Koroğlu qalası” adlanır, oğul.
Qərinələr ötüşüb düşsə də, yola,
Eli düşünəni el anır, oğul.
Koroğlu getsə də, vüqarı getmir,
Koroğlu dağ olur, dağ olan itmir!
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.