Xalq şairi Hüseyn ARİF.”Kərəm meydanı”

“Oğlumla söhbət” şeirlər silsiləsindən

Kərəm meydanıdır gördüyün meydan,
Burda zalımların qırdı belini.
Gücsüzə güc verdi, xəstəyə dərman,
Uzatdı ellərə kömək əlini.
Dediyi bir söz də qalıb yadigar:
-İgidi qılınc yox, qeyrət yaşadar.

*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.