“Oğlumla söhbət” şeirlər silsiləsindən
Düzlər… Geniş düzlər gülür baharda,
Baxdıqca nə ucu, nə bucağı var.
Yarıac, yarıtox yaşasalar da,
Yüzdən çox ömr edib burda babalar.
Bu torpaq, bu günəş, bu su, bu hava,
Min gözə işıqdır, min dərdə dava.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.