Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri

Orda…
Bağın lap sonunda,
İndicə yağışın suladığı nanə kolları var a,
Əvvəlcə ətri, sonra rəngiylə
Almışdı ya könlümüzü…

Sənsə…
Əvvəlcə acı sözlərin,
Sonra “gözlərimin işığı” deyişinlə
Xatircəm etmişdin a məni…
Heç bilmədim, nə oldusa,
Nanəlikdə itdin, yox oldun,
Nanə kollarıyla birlikdə!

Əgər bütün olanlar
Nanə kolları arasında tez yoxa çıxacaqdısa,
Arxasınca bir nanə ətri qalmayacaqdısa,
Onda bizim o yağışın altında
Rəqsimizin adı nəydi?
Nanələrin acığına tanqomu?