Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Sevgi azadlıqdır, əsirlik deyil,
Eşq dərvişlik olar, yesirlik deyil,
Məhəbbət sonsuzdur, əsrlik deyil..
Zaman sevgi ölçə bilməz, sevgilim..

Könlümdə duyğular səntək zərifdir,
Sən olmayan dünya mənə qəribdir,
Ruhuma səninlə bahar gəlibdir,
Qəlbimdə gül açdı qönçə, sevgilim..

Mən səni görürəm Haqqdan pay kimi,
Könlüm kimi görsün sənə tay kimi,
Gündüzlər günəşim, gecə ay kimim,
Sönmə məndən öncə, sönmə, sevgilim..