
***
Mən yorğun yolların
sinəsi üstündə
həsrətini qucaqlayan
tənha bir
yer adamı,
gözlərimdəki bayram sabahı
yalnızlığıdır
səni özləmək.
Duyğularım
minarələrdən dağılan
səcdə çağırışına
tələsən
səs qədər həssas,
al saçlarımı,
qoynunun ən rahat bir küncündən as.
Hər gün
azan səsini
ilahi bir eşqlə gözləmək kimidir,
səni gözləmək,
cismimdə
nə hiss varsa
sevginlə şifrələnib…
Bütün dinləri
yanıma alıb
sən gələn yollara diz çökmüşəm,
gözlərinə təzimdəyəm,
mən
Allahın yuxusuz gözündəyəm…