
Tərsinə yozulsa düzüm,
gerçəyim,
deyirdim-“küsərik bir az uzağı”,
eşqdə də son bahar varsa,çiçəyim,
bizim təqsirimiz nədədir axı?
Nəqarət:
SƏNDƏ NƏ GÜNAH VAR?-SƏN BİR MƏLƏKSƏN,
İNCİYİB-KÜSDÜYÜM ÖZ ÜRƏYİMDIR,
MƏNİ TƏNHALIĞA MƏHBUS APARAN
SƏNSİZ YAŞANACAQ GƏLƏCƏYİMDİR.
2.
Hicranda bir nəfər günahkar olmur,
gülüm,ikimiz də günah etmişik,
hər biri bir yanda-iki gül solur;
birgə ölmək ücün ayrı bitmişik…